Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-96/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Cavabdehikası adından Azərbaycan Cavabdehikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı QSC BOKT-un cavabdeh Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASC, Gəncə şəhəri üzrə Icra Idarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərrac protokolunun imzalanmış hesab edilməsi Azərbaycan Cavabdehikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı QSC BOKT-un cavabdeh Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASC, Gəncə şəhəri üzrə Icra Idarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2015-ci il ## ### tarixli, 2(044)- 1766/2015-ci il tarixli icra vərəqəsinə əsasən X2, X1, X3 və “xxxx” MMC-dən müştərək qaydada cəmi 51091 manat məbləğində pul vəsaiti tutulub “xxxx” ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinə 0,0722 ha torpaq sahəsi ilə birlikdə yönəldilməli, evin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməli, fərdi yaşayış evinin açıq hərracdan satılmalı və hərracdan satıldıqdan sonra bir ay müddətində ev boşaldılmalıdır.
2. Həmin icra vərəqəsi əsasında Gəncə şəhəri üzrə Icra Idarəsi tərəfindən 2015ci il ## #### tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, sonuncunun sifarişi əsasında Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən icra sənədində göstərilmiş ipoteka predmeti bağlı hərrac təşkil edilmişdir. Ipoteka predmeti ilə bağlı birinci hərrac 2015-ci il ## ###### tarixə təyin edilmiş, baş tutmadığı üçün Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən ikinci hərrac 2015-ci il ## ###### tarixə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş hərrac baş tutmadığı üçün ipoteka saxlayana Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən 2016-cı il ## ###### tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildiriş ünvanlanaraq ipoteka predmetinin əldə edilməsi təklif edilmişdir. Tələbkar bank tərəfindən Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə 2016-cı il ## ###### tarixli **/*** nömrəli məktub ünvanlanaraq ipoteka predmetinin tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin onun adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. Həmin məktub cavabdeh tərəfindən rəsmi qaydada 2016-cı il ## ###### tarixində qəbul edilmişdir.
3. Hərrac təşkilatı ipoteka predmetinin satılması barədə sənədləri 2016-cı il ## #### tarixində icra məmuruna qaytarmış və icra məmuru da icra sənədinin məhkəməyə qaytarılması barədə 2018-ci il ## ######## tarixli qərar çıxarılaraq həmin icra sənədlərini Gəncə şəhəri Nizami rayon Məhkəməsinə qaytarmışdır.
4. Azərbaycan Cavabdehikası Prezidentinin 2015-ci il ## #### tarixli, *** saylı Fərmanının və Azərbaycan Cavabdehikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli, ***S saylı Sərəncamının icrası ilə əlaqədar X2, X1, X3 və “xxxx” MMC-nin “xxxx” ASC-yə olan 51.091,0 manat məbləğində borcu üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş və borca dair sənədlər təhvil-təslim aktına əsasən “xxxx” ASC-dən İddiaçı QSC-yə təhvil verilmişdir.
5. Daha sonra İddiaçı QSC tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun 2018-ci il ## ######## tarixli qərarından şikayət verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il ## ###### tarixli *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, icra məmurunun 2018-ci il ## ######## tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardad icra edilməsi üçün 2019-cu il # ### tarixdə Gəncə şəhəri üzrə Icra Idarəsinə daxil olmuşdur. Icra məmuru 2023-cü il ## ###### tarixli məktubla ipoteka predmeti olan evin hərracda satılması üçün “xxxx” MMC-yə sifariş vermişdir. “xxxx” MMC ipoteka predmetinin ilkin satış qiyməti 90.000 manat olmaqla hərracın keçirilməsini 2023-cü il ## ###### tarixə təyin etmiş, bu barədə tərəflərə 2023cü il # ###### tarixli bildiriş göndərilmişdir. Həmin tarixdə hərrac baş tutmadığına görə hərrac təşkilatı təkrar hərracın keçirilməsini 2023-cü il ## #### tarixə təyin etmiş, bu barədə tərəflərə 2025-ci il ## ###### tarixli bildiriş göndərmiş, satış qiymətini 15% azaltmaqla 76.500 manat müəyyən etmişdir. Təkrar hərrac da baş tutmamış, bundan sonra ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 2023-cü il # ##### tarixli protokol və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 2023-cü il ## ###### tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus yuxarıda qeyd olunan fərdi yaşayış evini İddiaçı QSC əldə edərək, bu barədə öz adına mülkiyyət sənədi almışdır.
6. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cavabdehlər “xxxx” ASC-yə, Azərbaycan Cavabdehikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinə, “xxxx” MMC-yə və İddiaçı QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Gəncə şəhəri üzrə Icra Idarəsi cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddia ərizəsində əvvəllər onun mülkiyyətində olmuş Gəncə şəhəri, Bakı küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 2023-cü il # ##### tarixli **/* nömrəli protokolun, “xxxx” MMC ilə İddiaçı QSC arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 2023-cü il ## ###### tarixli müqavilənin və əmlaka İddiaçı QSC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair 2023-cü il # #### tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə “xxxx” ASC arasında bağlanmış 2013-cü il # ######## tarixli ** nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, Gəncə şəhəri, Bakı küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair DƏDKR publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin 2024-cü il ## #### tarixli **(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC tərəfindən Gəncə şəhəri, Bakı küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 2023-cü il # ##### tarixli **/* nömrəli protokolun, cavabdehlər “xxxx” MMC ilə İddiaçı QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 2023-cü il ## ###### tarixli müqavilənin və Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, ** nömrəli daşınmaz əmlak, reyestr nömrəsi 200013003629-10301) cavabdeh İddiaçı QSC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair 2023-cü il # #### tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış 2013-cü il # ######## tarixli ** nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən ** nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, ** nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) ipotekaya xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il ## #### tarixli *(***)-****/**** saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sözügedən qətnaməsindən “xxxx” ASC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Cavabdehikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il ## #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi qismən – “Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, ** nömrəli daşınmaz əmlak, reyestr nömrəsi 200013003629-10301) cavabdeh İddiaçı QSC BOKT-un mülkiyyət hüququnun qeydə alınmasına dair 2023-cü il # #### tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış 2013-cü il # ######## tarixli ** nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən ** nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, ** nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) “ipotekaya xitam verilməsi” hissəsində ləğv edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, işin qətnamənin ləğv olunan hissəsində yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
8. Iddiaçı İddiaçı QSC BOKT (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2015-ci il ## ### tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən tutmanın yönəldiyi Qurban qızı (bundan sonra – “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1”) tərəfindən 2013-cü il # ######## tarixli ** nömrəli ipoteka müqaviləsi əsasında “xxxx” ASC-yə ipoteka qoyulmuş Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla: Gəncə şəhəri, Bakı küçəsi, ** nömrəli fərdi yaşayış evi) (bundan sonra – “ipoteka predmeti”) hazırki ipoteka saxlayan iddiaçı tərəfindən əldə olunması barədə hərrac protokolunun cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia onunla əsaslandırılmışdır ki, tələbkar İddiaçı QSC icranın eyni zamanda ipoteka predmetinin hərracda satılmaqla onun xeyrinə tamamlanmasında hüquqi marağa malik olmuş və özündən asılı olan ardıcıl hərəkətləri etmişdir. Belə ki, “xxxx” ASC tərəfindən hərrac təşkilatı “xxxx” MMC-yə ünvanlanmış 2016-cı il ## ###### tarixli cavab məktubunda ipoteka saxlayan, ipoteka predmetini qəbul etdiyini bildirmiş, əmlakın bankın mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedura başlamağı xahiş etmişdir. Lakin cavabdeh tərəfindən “xxxx” ASC-yə hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə hər hansı bir müqavilə göndərilməmişdir. Cavabdeh tərəfindən 2016-cı ildə hərrac keçirilərkən “Ipoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, “xxxx” ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalamaq barədə razılığı olmasına və bu barədə cavabdehə yazılı şəkildə məktub göndərilməsinə baxmayaraq, həmin razılıq məktubuna cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş, Bankla protokol imzalanmamış, son nəticədə cavabdeh həmin protokolu imzalamaqdan yayınmışdır. 2016-cı ildə keçirilmiş hərracda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi ilə bağlı hərrac protokolunun imzalanmaması, ipoteka saxlayanın təqsiri nəticəsində deyil, məhz hərrac təşkilatının təqsiri nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka əmlakının bank tərəfindən 30 gün müddətində əldə edilməsini əngəlləmişdir. Bunun nəticəsində ipoteka saxlayan (tələbkar) “Ipoteka haqqında” Azərbaycan Cavabdehikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir. Yəni “xxxx” ASC-yə “Ipoteka haqqında” Azərbaycan Cavabdehikası Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka premetinin əldə olunması ilə əlaqədar öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi halda, hərrac təşkilatı və icra məmurunun hərəkətsizliyi nəticəsində bunun baş verməməsi ipoteka saxlayanın ziyanına təfsir edilərək ipotekaya xitam verilə bilməz.
10. Cavabdeh və üçüncü şəxslərin nümayəndələri birinci instansiya məhkəməsində iştirak etməmişlər.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Ü.Həsənova).
12. Məhkəmə hesab etmişdir ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda hərrac təşkilatı olan cavabdeh protokolu imzalamaqdan yayındığından iddiaçı ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbi barədə hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.
13. Məhkəmə mövqeyini Azərbaycan Cavabdehikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 415.5, 415.7-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Cavabdehikası Qanununun 41.2, 41.5, 42.1, 42.8, 43.7, 43.7-1 və 43.8-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq prosessual pozuntu kimi üçüncü şəxsin istinad etdiyi hallara münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmədiyini bildirsə də, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmin ərizədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərmiş, yəni iddia ərizəsi icraata qəbul edildiyi andan müstəqil tələb irəli sürməyən üçüncü şəxs statusuna malik olmuşdur, bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclaslarında iştirakının təmin edilməsi məqsədilə məhkəmənin vaxtı və yeri barədə bildirişlər sonuncunun rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin məhkəmə tərəfindən üçüncü şəxsə göndərilmiş bildirişlərdən ikisi “Bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, eləcə də digər bildirişlərin üçüncü şəxsə çatdırılmasını təsdiq edən xəbərnamələr iş materiallarına əlavə edilməmişdir. Belə ki, iş materiallarına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olması müəyyən edilməmişdir. Odur ki, məhkəmə üçüncü şəxsin apellyasiya şikayətində irəli sürdüyü iddia müddətinin buraxılması barədə dəlilləri iddia müddətinin tətbiqi barədə ərizə verilməsi kimi qiymətləndirmiş və həmin dəlillərə münasibət bildirilməsini mümkün saymışdır.
17. Bununla bağlı kollegiya qeyd etmişdir ki, hazırkı iddia tələbi müqavilədən irəli gələn tələb olmadığından mübahisəyə müqavilə tələbləri üçün mülki qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətlərinin tətbiqi istisna olunur. Digər tərəfdən işin hallarından da göründüyü kimi bank tərəfindən ipoteka predmeti olan əmlakın əldə edilməsinə etiraz etməməsi barədə məktub 2016-cı il ## ###### tarixində hərrac təşkilatına göndərilmişdir. Belə olan halda iddiaçı tərəfindən 2025-ci il ## #### tarixində hazırkı iddia ilə məhkəmə müraciət edilərkən mübahisəyə tətbiq edilməli olan 10 illik ümumi iddia müddətinin buraxılmaması açıq-aşkardır.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 373.1, 373.2, 415.5-415.7-ci maddələri, “Ipoteka haqqında” Azərbaycan Cavabdehikası Qanununun 41.2, 41.5, 42.1, 42.8, 43.7, 43.7-1, 43.8-ci, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 372.2-ci maddəsi və «Ipoteka haqqında» Azərbaycan Cavabdehikası Qanununun 43.1, 43.3, 43.4, 43.5, 43.8-ci maddələri üzrə - məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, iş üzrə mübahisə Gəncə şəhər məhkəməsində baxılarkən də araşdırılmış, iş üzrə cavabdehə ünvanlanan 2016-cı il ## ###### tarixli **/*** nömrəli məktub mülki işin məhkəmə hazırlıq iclasında sübut qismində məhkəməyə təqdim edilsə də, həmin məktubun cavabdehə çatdırılmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 2023-cü il ## ######## tarixli **/*** nömrəli məktubda isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus əmlak üzrə keçirilmiş hərraclarla bağlı sənədlər toplusunu uzun müddət keçdiyi üçün məhkəməyə təqdim olunmasının mümkün olmadığı bildirilmişdir. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus ipoteka predmetinin açıq hərracdan satılması ilə əlaqədar cavabdeh tərəfindən 2015-ci il ## ###### tarixdə sonuncu hərracın keçirilməsindən 7 il 7 ay 24 gün, “xxxx” ASC-yə məxsus tələbetmə hüququnun iddiaçıya keçməsindən 8 il 1 ay 8 gün, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2019cu il ## ###### tarixli *(***)-***/**** nömrəli qərardadının qəbul edilməsindən 4 il 6 ay, vahid məhkəmə təcrübəsini formalaşdıran «Ipoteka haqqında» Azərbaycan Cavabdehikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Cavabdehikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2022-ci il ## ###### tarixli **/**** nömrəli Qərardadının qəbul edilməsindən 8 ay 9 gün sonra, 2023-cü il ## ###### tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, eləcə də cavabdeh tərəfindən 2015-ci il ## ###### tarixdə sonuncu hərracın keçirilməsindən 7 il 1 ay 23 gün sonra «xxxx» MMC tərəfindən 2023-cü il ## ###### tarixdə ilk hərrac keçirilmişdir. Həmçinin hazırkı mübahisənin kökündə ipoteka müqaviləsi durur ki, bütün mübahisələr də həmin müqavilədən irəli gəlir. Belə olan halda məhkəmə MM-in 373.2-ci maddəsinə uyğun olaraq iddia müddətini tətbiq etməli idi.
21. MPM-in 9, 14.1, 14.2 və 77.1-ci maddələri üzrə - iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Belə ki, işə əlavə edilən Gəncə şəhər Məhkəməsinin 2024-cu il 28 mart tarixli, *(***)-****/**** saylı qətnaməsindən go ru nu r ki, cavabdehə u nvanlanan 2016-ci il ## ###### tarixli 13/271 no mrəli məktub mu lki işin məhkəmə hazırlıq iclasında su but qismində məhkəməyə təqdim edilsə də, həmin məktubun həqiqətən cavabdehə çatdırılmasına dair hər hansı poçt xəbərnaməsi, qəbz və ya digər su but dəfələrlə təklif olunmasına baxmayaraq, cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinə u nvanlanmış 2023-cu il 28 sentyabr tarixli **/*** nömrəli məktubda isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus əmlak u zrə keçirilmiş hərraclarla bağlı sənədlər toplusunu uzun mu ddət keçdiyi u çu n məhkəməyə təqdim etməyin mu mku n olmadıg ı bildirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Cavabdehikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 373. Iddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.”
“Maddə 415. Hərracın təşkili və keçirilmə qaydası 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.”
25. “Ipoteka haqqında” Azərbaycan Cavabdehikası Qanununun hüquq münasibətlərinin yarandığı dövrdə (hərracın keçirildiyi dövrdə) qüvvədə olmuş redaksiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 41. Ipoteka predmetinin satış üsulları 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “HYPERLINK "http://eqanun.az/framework/1406" \o "Azərbaycan Cavabdehikasının 2001-ci il 27 dekabr tarixli 243-IIQ nömrəli Qanunu"Icra haqqında” Azərbaycan Cavabdehikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “HYPERLINK "http://eqanun.az/framework/1406" \o "Azərbaycan Cavabdehikasının 2001-ci il 27 dekabr tarixli 243-IIQ nömrəli Qanunu"Icra haqqında” Azərbaycan Cavabdehikasının Qanununa uyğun olaraq müəyyən edilir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “HYPERLINK "http://e-qanun.az/framework/1406" \o "Azərbaycan Cavabdehikasının 2001-ci il 27 dekabr tarixli 243-IIQ nömrəli Qanunu"Icra haqqında” Azərbaycan Cavabdehikasının Qanununa uyğun olaraq verir. 41.5. Hərrac açıq auksion formasında keçirilir.” “Maddə 42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.”
“Maddə 43. Hərracın baş tutmamış elan edilməsi 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. Ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.”
26. Azərbaycan Cavabdehikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 28.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 29.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 30.Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Cavabdehikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2022-ci il ## ###### tarixli **/**** saylı qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia irəli sürülməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) hərracın təkrarən baş tutmaması, 2) ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması.
31. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə ipoteka predmeti ilə bağlı birinci hərrac 2015-ci il ## ###### tarixə təyin edilmiş, baş tutmadığı üçün Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən ikinci hərrac 2015-ci il ## ###### tarixə təyin edilmişdir. Həmin tarixə təyin edilmiş hərrac baş tutmadığı üçün ipoteka saxlayana Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən 2016cı il ## ###### tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildiriş ünvanlanaraq ipoteka predmetinin əldə edilməsi təklif edilmişdir. Tələbkar bank tərəfindən Cavabdehika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə 2016-cı il ## ###### tarixli **/*** nömrəli məktub ünvanlanaraq ipoteka predmetinin tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin onun adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi də həmin məktubun cavabdeh tərəfindən 2016-cı il ## ###### tarixdə qəbul edilməsini və işin digər hallarını birlikdə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, ipoteka saxlayan öz iradəsini qanunla nəzərdə tutulmuş müddətdə ifadə etmiş, lakin hərrac təşkilatı tərəfindən protokolun rəsmiləşdirilməsi təmin edilməmişdir.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, “Ipoteka haqqında” Qanunun 43.7-1-ci maddəsi və Ali Məhkəmənin **/**** saylı Qərardadında nəzərdə tutulan hüquqi şərtlər mövcud olmuş, protokolun imzalanmaması ipoteka saxlayanın davranışı ilə deyil, hərrac təşkilatının hərəkətsizliyi ilə əlaqədar olmuşdur.
34. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi bu əsasa görə iddianın təmin edilməsi nəticəsinə gəlməklə maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.
35. Kassasiya şikayətinin iddia müddətinin tətbiq edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı tələbin hüquqi mahiyyətini düzgün müəyyən etmişdir. Belə ki, hazırkı tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyin icrası barədə deyil, hərrac təşkilatının qanunla üzərinə düşən hərəkəti yerinə yetirməməsi nəticəsində protokolun imzalanmış hesab edilməsinə dair xüsusi müdafiə vasitəsinin tətbiqi ilə bağlıdır. Bu baxımdan, mübahisəyə MM-in müqavilə tələblərinə dair xüsusi iddia müddətlərinin tətbiq edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunauğundur.
36. Kassasiya şikayətində 2016-cı il ## ###### tarixli məktubun cavabdehə təqdim edilməsinin sübuta yetirilməməsi, habelə iş üzrə sübutların yetərli olmaması barədə irəli sürülən dəlillər mahiyyət etibarilə sübutların qiymətləndirilməsi və işin faktiki hallarının yenidən araşdırılması tələbinə yönəlmişdir.
37. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
38. Azərbaycan Cavabdehikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Cavabdehikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
39. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 40.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, üçüncü şəxsin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 41.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 42.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.