Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-106/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC BOKT-un cavabdehlər “X1” MMC Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyev Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 22(103)-1152/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı QSC BOKT (bundan sonra mətndə iddiaçı) cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 768.019,30 avro (əsas borc 563.589,20 avro, faiz borcu 204.430,10 avro) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan məbləğinin cavabdehə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika, nəqliyyat vasitələri və avadanlıqlara) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq DƏDRX-in və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra Cavabdeh2 iddiaçıya, "xxxx" MMC-yə və Bakı şəhəri 29 saylı Notariat Kontoruna qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın təmin edilməməsi, 2018-ci il 23 oktyabr tarixli iddiaçı, etibarnamə ilə onun əvəzinə və birinci cavabdeh arasında bağlanmış ipoteka müqavi ləsinin və Bakı şəhər 29 saylı Notariat Kontorunda verilmiş 2018-ci il 17 yanvar tarixli etibarnamənin ipoteka qoyulması hissəsində etibarsız hesab edilməsi, ünvan 2 ünvanında 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m. olan qeyriyaşayış sahəsindən əlavə olaraq həmin torpaq sahəsində digər tikililərə onun istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 iyul tarixli qərardadı ilə Cavabdeh2 vəsatətinə əsasən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.
4. Qərardadla razılaşmayan Cavabdeh2 ondan şikayət verərək, qərardadın iş üzrə icraatın dayandırılması, ekspertizanın qarşısında sual qoyulması hissəsində ləğv edilməsini, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ağamalıoğlu küçəsi 13A-da 0,7143 ha torpaq sahəsində yerləşən 118,7 kv.m. olan qeyriyaşayış sahəsindən əlavə həmin torpaq sahəsində inşa edilmiş başqa tikililərin və qurğuların tədqiq edilib qiymətləndirilməsi barədə ekspertiza qarşısında sual qoyulmasını xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 sentyabr tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 22(103)-1152/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli qərardadı ləğv edilmiş, Bakı Kommersiya Məhkə məsinin e-22(113)-183/2021 nömrəli iş üzrə 2021-ci il 30 iyul tarixli qərardadından Cavabdeh2 apellyasiyası qeyri-mümkün hesab edilərək, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmışdır (sədrlik edən V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ikinci cavabdehin şikayətinə əsasən onun əsl narazılığı işin dayandırılması deyil, qərardadla qoyulan sualların tərkibidir. Bundan əlavə, ekspertizanın təyin olunması barədə çıxış edən ikinci cavabdeh iş üzrə icraatın dayandırılacağını bilirdi yaxud, bilməli idi. Bu baxımdan, ikinci cavabdeh əslində ekspertizanın təyin olunması qərardaddan şikayət vermişdir ki, bu şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsilə (bundan sonra mətndə MPM) n əzərdə tutulmamışdır.
8. Qərardad 2021-ci il 18 oktyabr tarixində iddiaçının vəkili və nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmişdir 9. 2021-ci il 25 oktyabr tarixində Cavabdeh2 tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmişdir. c) Kassasiya instansiyasındakı birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 noyabr tarixli 2-2(102)-633/2021 saylı qərardadı ilə kassasiya şikayətinin icraata qəbulundan imtina edilərək, şikayətin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən K.Abiyeva, hakimlər İ.Dadaşov, B.Qəribov).
11. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 tərəfindən 2021-ci il 25 oktyabr tarixində ver ilmiş kassasiya şikayəti MPM-in (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş və şikayətdə Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinin tələbi və etibarnamə ilə bağlı qanunvericiliyin tələbləri gözlənilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Bakı Apellyasiya məhkəməsi 2021-ci il 7 dekabr tarixli 2-2-(103)-1152/2021 saylı qərardadı ilə Cavabdeh2 tərəfində verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).
13. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada (“Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavə) tərtib edilməmişdir. Həmçinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hansı maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi göstərilməmişdir. Bundan əlavə, kassasiya şikayətini elektron qaydada imzalayan Vəkil iş materiallarına əlavə edilmiş etibarnaməsinin müddəti bitmiş və yeni etibarnamə təqdim edilməmişdir.
14. Məhkəmə qərardadında Azərbaycan Respublikası MPM-in 407.1, 407.1.4, 408.1.1-ci maddələrinə istinad etmişdir.
15. Qərardad 2021-ci il 8 dekabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
16. Cavabdeh2 tərəfindən 2021-ci il 12 dekabr tarixində həmin qərardaddan kassasiya şikayəti verilərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadadından şikayət verilərkən 6 bənddən ibarət yalnız prosessual hüquq normalarının pozulması barədə dəlillər yazılmışdır. Bu səbəbdən məhkəmənin şikayətin maddi və prosessual hüquq normaları baxımından əsaslandırılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır.
18. Vəkil verilmiş etibarnamə Azərbaycanda deyil, xaricdə Türkiyə Respublikasında təsdiq edilmiş və buna görə də onun müddəti məhdudlaşdırılmamışdır. Belə olan halda kassasiya şikayətini elektron qaydada imzalayan Vəkil kassasiya şikayətini imzalamaq səlahiyyəti olmuşdur.
19. Apellyasiya məhkəməsinin qərardadında göstərilmişdir ki, kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada (“Kassasıya şikayətinin forması” adlı 3 saylı Əlavə) tərtib edilməmişdir”. Halbuki, “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəyə baxdıqda görmək olar ki, kassasiya şikayətində göstərilən Əlavədə olan bütün bəndlərə və şərtlərə əməl edilmişdir, yəni formaya uyğun düzgün tərtib edilmişdir.
20. Kassator şikayətində Azərbaycan Respublikası MM-in 363.2, Azərbaycan Respublikası MPM-in 407-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğ undur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
363. Etibarnamənin müddəti 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. 363.2. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədə k qüvvəsini saxlayır....”
25. MPM-in 2021-ci il 1 oktyabr tarixindən qüvvədə olan redaksiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:.... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci əsaslandırılması” maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;... 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ilə Cavabdeh2 həmin məhkəmənin 2021-ci il 04 oktyabr tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə həmin kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq düzgün olaraq belə qənaətə gəlmişdir ki, şikayət Mülki Prosesual Məcəllə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Qanunla müəyyən edilmiş forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
28. Lakin cavabdehin kassasiya şikyətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir.
29. Kassasiya şikayəti verilərkən göstərilən tələblərə əməl edilməməsi MPM-nin 408.1, 408.1.1 və 408.1.5-ci maddələrinin tələblərinə əsasən kassasiya şikayətinin geri qaytarılması üçün əsasdır (bax yuxarıda § 26).
30. Məhkəmə qərardad qəbul edərkən həmçinin cavabdehin adından kassasiya şikayətini imzalayan nümayəndənin etibarnaməsinin müddətinin bitməsinə istinad etmişdir.
31. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin müvafiq qərardadın qəbulundan sonra yeni mü ddətə etibarnamə təqdim etməsini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan istinadına münasibətdə kassasiya şikayətinin dəlilləri üzrə hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab etmir.
32. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, düzgün tətbiq edilmiş, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(103)-1152/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik