Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-107/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: yükdaşıma müqaviləsi, öhdəliyin icrası, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “nəqliyyat ekspediziya müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-747/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (ekspeditor) ilə Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (müştəri) arasında 2021-ci il 25 avqust tarixdə ALM-086/3 nömrəli nəqliyyat-ekspedisiya xidmətləri üzrə müqavilə bağlanmış, müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq, ekspeditor müştərinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yükü daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirməyi (nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi), habelə, yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərməyi öhdəsinə götürür, məsələn (siyahı məhdudlaşdırılmır): Bütün növ dəmir yol stansiya xidmətləri (yüklər in yüklənməsi və göndərilməsi üçün sənədin alınması, vaqonların/nəqliyyat vasitələrinin verilməsi-götürülməsi, nəqliyyat sənədlərinin tərtib olunması, stansiya xidmətləri üzrə ödənişin (yüklərin/vaqonların/nəqliyyat vasitələrinin saxlanılmasına görə, vaqonların/ nəqliyyat vasitələrinin boş dayanmasına görə cərimələrin) edilməsi daxil olmaqla), mühafizə, yükləmə-boşaltma xidmətləri; - Gömrük rəsmiləşdirilməsi və/və ya digər rəsmiliklər; - Keyfiyyət və kəmiyyət ölçüləri - Yükün/malın saxlanması/anbara yığılması; - Yüklərin/malların yenidən yüklənməsi; -Tərəflərin razılaşdırdığı xidmət növləri; - 1.2-ci bəndinə görə müştəri görülmüş işlərin və xidmətlərin bu müqavilənin şərtlərinə uyğun olaraq vaxtında təhvil alınması və ödənilməsi üzrə öhdəliyi öhdəsinə götürür. - 2.1.1-ci bəndinə əsasən eks peditor müştəri (müştərinin səlahiyyətli şəxsi) tərəfindən verilmiş yüklərə, son yük qəbul edənə və ya müştərinin sifarişində (bundan sonra "Sifariş" adlandırılacaq) qeyd olunan digər məntəqəyə çatdırılması üçün nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə öhdəliyi üzərinə götürür. - 3.5-ci bəndinə əsasən: a) Tərəflər arasında başqa cür razılaşdırılmayıbsa, müştəri ekspeditora işlərin ilkin dəyərinin 100%-ni ekspeditor tərəfindən proforma hesabfakturanın təqdim etmə tarixindən etibarən 3 gün ərzində köçürür. b) İşlərin görülməsi faktı üzrə ekspeditor tərəfindən sifariş üzrə yekun hesab-faktura təqdim edilir, işlərin faktiki dəyəri ilə avans ödənişi məbləği arasındakı fərq müştəri tərəfindən hesab-fakturanın təqdim edilməsi andan etibarən 3 bank günü ərzində ödənilməlidir. - 3.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan müddət ərzində, ekspeditor müştəriyə yekun hesabfakturaları təqdim edir. - 4.1-ci bəndinə əsasən hər bir sifarişin icra olunması üzrə ekspeditor elektron poçt vasitəsilə müştəriyə görülmüş işlər və xidmətlər aktının elektron surətini göndərir. 5 iş günündən gec olmayaraq, müştəri, elektron poçt vasitəsilə, müştərinin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə bərkidilmiş aktın surətini göndərir, yaxud, həmin müddət ərzində, akt üzrə əsaslandırılmış etiraz təqdim edir. Tutuşdurma aktında təqdim olunan xidmətlər üzrə tam məlumat olmalıdır ki, bura keçid kodları, nəqliyyat vasitələrinin növləri, nömrələri və mənsubiyyəti, əmtəənəqliyyat qaimələrinin nömrələri, göndəriş və təyinat məntəqələri, yükün təsviri və XİF ƏN kodları, brutto çəkiləri daxildir. - 5.2-ci bəndinə görə bu müqavilədə qeyd olunan ödəniş müddətləri pozulduğu zaman ekspeditor müvafiq ödənişin daxil olma anına qədər işlərin görülməsini başlamamaq və onların görülməsini dayandırmaq hüququndadır, bu zaman müştəri ekspeditora ödənişin gecikdirilməsi ilə bağlı bütün itkiləri kompensasiya etməyi öhdəsinə götürür. Hesab fakturaların müüəyyən edilmiş müddət ərzində ödənilməsində gecikdirmələr halında, müştəri ekspeditora ödənişin gecikdirildiyi hər gün üçün ödənilməmiş hesab-fakturaların məbləğinin 0,5% məbləğində penya ödəyir. - 7.6-cı bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri onu imzaladıqdan sonra qanuni qüvvəyə minir və 2023-cü il 1 fevraladək daxil olmaqla etibarlıdır. 7.7-ci bəndinə əsasən bu müqavilə tərəflərin istənilən biri tərəfindən, pozmaq niyyəti barədə ən azı 30 təqvim günü öncədən xəbərdar etməklə, müştəri tərəfindən ekspeditorun bütün xərclərinin kompensasiya edilməsi şərti ilə, pozula bilər.
3. Müqavilə üzrə 2021-ci il 1 sentyabr - 2022-ci il 31 mart tarixinə (yük daşımaları üzrə) 2022-ci il 27 aprel tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, aktda ALM-086/3 nömrəli müqavilə üzrə göstərilmiş beynəlxalq yükdaşıma xidmətləri ilə bağlı sonuncu dəfə 2022-ci il 8 fevral tarixdə 167.181,64 ABŞ dolları, ümumilikdə 501.799,35 ABŞ dolları məbləğində ödəniş edildiyi və 2022-ci il 31 mart tarixə Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 İddiaçı MMC-yə olan borcunun 21.099,65 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (rəis Nicat Əliyev qeyd edilsə də, Quliyev.Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir.
4. Müqavilə üzrə 2021-ci il 1 oktyabr - 2022-ci il 31 mart tarixinə daxili daşınma üzrə 2022-ci il 27 aprel tarixli qarşılıqlı üzləşmə aktında müqavilə üzrə göstərilmiş daxili yükdaşıma xidmətləri ilə bağlı 2022-ci il 31 mart tarixə Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 İddiaçı MMC-yə olan borcunun 17.020,12 manat məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (rəis Nicat Əliyev qeyd edilsə də, Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir. 5. 2022-ci il 15 aprel tarixli 150422-45Feb saylı işlərin təhvil-təslim aktına görə müqaviləyə əsasən icraçı (ekspeditor) - İddia çı MMC tərəfindən sifarişçi (müştəri) - Dövlət X2 01- xx.xx.2022 tarixləri əhatə edən dövr üzrə beynəlxalq yük daşıma xidmətlərinə görə ümumilikdə göstərilmiş xidmətlərin cəmi dəyəri 145.580,33 ABŞ dolları təşkil edir. Akt İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir. 6. 2022-ci il 15 aprel tarixli 150422-45Feb/1 saylı işlərin təhvil-təslim aktına görə müqaviləyə əsasən icraçı (ekspeditor) - İddiaçı MMC tərəfindən sifarişçi (müştəri) - Dövlət X2 01-xx.xx.2022 tarixləri əhatə edən dövr üzrə daxili yük daşıma xidmətlərinə görə ümumilikdə göstərilmiş xidmətlərin cəmi dəyəri 6.841,06 manat təşkil edir. Akt İddiaçı MMC-nin imzası və möhürü, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 (Quliyev Z.H) tərəfindən imzalanmaqla təsdiq edilmişdir.
7. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsinə təqdim edilmiş 2021-ci il 15 noyabr tarixli, İNV-F-2111-0032 nömrəli hesabfakturada (final-invoys) nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin sentyabr ayı üzrə beynəlxalq yük daşıma xidmətlərinin ümumi dəyərinin 22.046,73 ABŞ dolları təşkil etdiyi göstərilmişdir.
8. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsinə təqdim edilmiş 2021-ci il 15 dekabr tarixli, İNV-F-2112-0027 nömrəli hesabfakturada (final-invoys) nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin oktyabr ayı üzrə beynəlxalq yükdaşıma xidmətlərinin ümumi dəyərinin 69.736,19 ABŞ dolları təşkil etdiyi göstərilmişdir
9. İddiaçı MM C tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsinə təqdim edilmiş 2021-ci il 15 dekabr tarixli İNV-F-2112-0028 nömrəli hesabfakturada (final-invoys) nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin oktyabr ayı üzrə daxili yük daşıma xidmətlərinin ümumi dəyərinin (ƏDV daxil) 1.602,2 manat təşkil etdiyi göstərilmişdir.
10. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsinə təqdim edilmiş 2022-ci il 6 yanvar tarixli, İNV-F-2201-0007 nömrəli hesabfakturada (final-invoys) nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2021-ci ilin noyabr ayı üzrə beynəlxalq yük daşıma xidmətlərinin ümumi dəyərinin 47.852,94 ABŞ dolları təşkil etdiyi göstərilmişdir.
11. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabd eh Dövlət X2 elektron poçt vasitəsilə göndərilmiş 2021-ci il 30 noyabr tarixli üzləşmə aktında həmin tarixə Agentliyin İddiaçı MMC qarşısındakı daxili yükdaşımalar üzrə borcunun 1602,20 manat təşkil etdiyi əls olunmuşdur. Akt İddiaçı MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
12. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 elektron poçt vasitəsilə göndərilmiş 2021-ci il 30 noyabr tarixli üzləşmə aktına həmin tarixə Agentliyin İddiaçı MMC qarşısındakı beynəlxalq yükdaşımalar üzrə borcunun 58.766,46 ABŞ dolları təşkil etdiyi əks olunmuşdur. Akt İddiaçı MMC tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
13. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh Dövlət X2 təqdim edilən 2022-ci il 4 fevral tarixli, İNVPre-2202-0004 nömrəli hesab-fakturadan (avansinv oys) görünür ki, nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə yükdaşıma xidmətləri üçün avans ödənişinin ümumi dəyəri 167.181,64 ABŞ dolları təşkil etmişdir. 14. "xxxx" ASC-nin 2021-ci il 13 oktyabr tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığına əsasən, 137.477,98 manat, 2021-ci il 3 dekabr tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığına əsasən 124.807,59 manat, 2022-ci il 11 yanvar tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığına əsasən 306.564,54 manat, 2022-ci il 8 fevral tarixli 000AZİ********** nömrəli ödəniş tapşırığına əsasən 284.208,79 manat məbləğində pul vəsaitləri İddiaçı MMC-nin hesabına köçürülmüşdür. 15. 2021-ci il 26 oktyabr - 2022-ci il 4 fevral tarixləri arası dövrdə sifarişçi (müştəri)Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 ilə (Zakir.GElektron ünvan 1;Elektron ünvan 2) icraçı (ekspeditor)-İddiaçı MMC (Elektron ünvan 3) arasında aparılmış “e-mail” yazışmaları ilə təsdiq edilir ki, həmin dövrlərdə icraçı (ekspeditor) tərəfindən müvafiq olaraq 2021-ci ilin iyul, sentyabr, oktyabr, noyabr ayları üzrə final-invoys və üzləşmə aktları sifarişçiyə (müştəri) göndərilmiş, üzləşmə aktlarının imzalanıb 5 iş günü ərzində icraçıya geri qaytarılması xahiş edildiyi bildirilmişdir. 16.. İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışında qeyd edilmişdir ki, nəqliyyat ekspedisiya müqaviləsi üzrə Azərbaycan Respublikası Cavabdeh Dövlət X3 2021-ci il 1 sentyabr - 2022-ci il 28 fevral tarixləri üzrə 522.899 ABŞ dolları məbləğində beynəlxalq yükdaşıma xidmətləri sifariş etmiş, əvəzində isə cəmi 501.799,35 ABŞ dolları ödəniş etmiş, 17.020,12 manat məbləğind ə daxili yükdaşıma xidmətləri sifariş etmiş, əvəzində isə heç bir ödəniş etməmiş, Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 daxili yükdaşıma xidmətləri üzrə 17.020,12 manat, beynəlxalq yükdaşıma xidmətləri üzrə isə 21.099,15 ABŞ dolları məbləğində borc öhdəliyi mövcuddur.
17. Azərbaycan Respublikası Cavabdeh 2022-ci il 5 aprel tarixli 018 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Cavabdeh Dövlət X1, onun tabeliyində olan Taxıl fondu üzrə idarənin, “Qaya”, “Qala” və “Qoşqar” Kombinantlarının ləğv edilməsi üzrə adları və vəzifələri qeyd edilmiş tərkibdə Ləğvetmə Komissiyası yaradılmışdır. 18. “Ədliyyə” qəzetinin aprel 2022-ci il tarixli 04 (217) nömrəli buraxılışından görünür ki, Azərbaycan Respublikası Cavabdeh Dövlət X3, onun tabeliyində olan Taxıl fondu üzrə idarə, “Qaya”, “Qa la” və “Qoşqar” Kombinantları ləğv olunduğunu elan edir və kreditorlardan bu elan dərc olunduqdan sonra 60 gün ərzində təşkilata olan tələblərini bildirmələri xahiş edilmişdir. 19. 2022-ci il 29 sentyabr tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Cavabdeh 2022-ci il 5 aprel tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyasının sədri və üzvləri Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 balansında olan dövlət əmlakının bir qismini (Agentliyin tabeliyində olan Taxıl fondu üzrə idarənin, “Qaya”, “Qala” və “Qoşqar” Kombinantlarının bir sıra əmlakları) Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə təhvil vermişdir. Akt Azərbaycan Respublikası Cavabdeh təhvil-təslim komssiyasının sədri və üzvləri (o cümlədən Dövlət X1 Maliyyə şöbəsinin müdiri Zakir Quliyev) tərə findən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
20. İddiaçı MMC (bundan sonra – “iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.099,65 ABŞ dolları, daxili yükdaşımalar üzrə isə 17.020,12 manat əsas borc, 76.690 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 manat dövlət rüsumunun, həmçinin dövlət büdcəsinə köçürülmüş 9,58 manat, cəmi 129.999,11 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. İddia onunla əsaslandırılmışıdır ki, 2018-ci il 3 may tarixdə dövlət qeydiyyatına alınmış və Sifarişçinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yükü daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirməyi (nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi), habelə, yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərir. Cavabdehin Dövlət X3 (bundan sonra – “Agentlik”) ilə müvafiq yüklərin dəmir yolu vasitəsi ilə daşınması məqsədi ilə 2021-ci il 25 avqust tarixli ALM-086/3 nömrəli nəqliyyat ekspedisiya müqaviləsi imzalanmışdır, bununla da müqavilənin şərtlərinə uyğun olaraq yerləşdirilmiş sorğuya əsasən ekspeditora işlərin ilkin dəyərinin 100% əvvəlcədən ödənişini etməklə görülmüş işlərin və xidmətlərin vaxtında təhvil alınması və ödənilməsi üzrə öhdəliyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlər üzrə əməl iyyatların (xidmətlərin) icrasını və ya icrasının təşkilini, sifarişçi isə sifariş edilən xidmətlərin dəyərini ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda Xidmətlərin göstərilməsinin başlamasına 3 təqvim günü qalmış, ekspeditorun bank hesabına 100% öncədən və işlərin görülməsi faktı üzrə ekspeditor tərəfindən sifariş üzrə yekun hesab-faktura təqdim edilir. İşlərin faktiki dəyəri ilə avans ödənişi məbləği arasındakı fərq Sifarişçi tərəfindən hesab-fakturanın təqdim edilməsi andan etibarən 3 bank günü ərzində ödənilir. Müqavilənin 4.1-ci bəndinə görə hər bir sifarişin icra olunması üzrə ekspeditor elektron poçt vasitəsilə sifarişçiyə görülmüş işlər və xidmətlər aktının elektron sürətini göndərir. 5 iş günündən gec olmayaraq, Sifarişçi elektron poçt vasitəsil ə, təsdiqlənmiş aktın sürətini göndərir, yaxud, həmin müddət ərzində, akt üzrə əsaslandırılmış etiraz təqdim edir. Cavabdeh ayrı-ayrı tarixlərdə Agentliyin üzləşmə aktını imzalamış, son olaraq isə mühasib Quliyev.Z.R tərəfindən 2022-ci il 27 aprel tarixli yük daşımaları üzrə Üzləşmə aktı imzalanmışdır. Həmin aktla tərəflər ekspeditor tərəfindən 2022-ci il 31 mart tarixinə 21.099,65 ABŞ dolları, daxili yükdaşımalar üzrə isə 17.020,12 manat məbləğində daşımaların həyata keçirilməsini, cavabeh isə daşınmaların müqabilində yaranmış borc məbləğinin ödənilmədiyini təsdiqləmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə istinad edilməklə Agentliyə, cavabdehə müxtəlif tarixlərdə borcun ödənilməsinə dair xəbərdarlıqlar və tələblər, məsələnin məhkəmədənkənar həll edilməsinə dair məktublar göndərilmi ş, lakin cavabdeh müxtəlif bəhanələri əsas tutaraq borcun ödənilməsindən yayınmışdır. Müqavilənin 5.2-ci bəndinə görə daşınma üçün təqdim edilmiş hesab-fakturalar üzrə hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5% miqdarında gecikmə cəriməsi nəzərdə tutulmuş, 2023-cü il 30 yanvar tarixə 76.690 manat məbləğində dəbbə pulu hesablanmışdır.
22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinni (bundan sonra – “MM”) 14.1, 14.2.1, 21.1, 21.2, 385.1, 442, 443.1, 443.5, 445.2, 448.1, 465.1, 465.2, 465.3, 850.1, 852.1, 852.2, 852.4-cü maddələrinə instinad olunmuşdur.
23. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, MM-in 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli fun ksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.4-cü maddəsinə müvafiq olaraq İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd olunan maddi hüquq normasından məlum olduğu kimi, cavabdeh yalnız hər hansı bir qurumu yaratmış olduğu halda onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. Agentlik Nazirliyin tabeliyində fəaliyyət göstərsə də, o Nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli Sərəncamı əsasında yaradılmışdır. Bu səbəbdən də, cavabdeh həmin Agentliyin öhdəliklərinə cavabdeh qurum deyil. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanı na əsasən Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” X8 yaradılmış və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Cavabdeh Dövlət X1 öz fəaliyyətini davam etdirməsi müəyyən edilmişdir. “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” X6 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 2022-ci ilin 11 fevral tarixində dövlət qeydiyyatına alındığına görə hazırkı tələb üzrə cavabdeh mövcud deyil.
24. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 iyu n tarixli, e-2-2(113)-1397/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim L.Əliyeva).
25. Məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdehin Agentliyinin bazasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X7 yaradılsa və agentliyin balansında olan əmlaklar yeni yaradılmış PHŞ-in balansına verilsə də, agentliyin passivləri PHŞ-ə verilməmiş, eləcə də PHŞ-in nizamnaməsində onun Dövlət X1 hüquqi varisi olması barədə müddəa yer almamışdır. Odur ki, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X5 Dövlət X1 hüquqi varisi hesab edilməsi barədə əsas yoxdur.
26. Agentliyinin ləğv edilməsi, belə olan halda onun hüquqi varisinin olmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X5 yaradılması barə də Azərbaycan Respublikası Prezidentinin Fərmanında, eləcə də digər normativ hüquqi aktlarda Dövlət X1 ləğv edilməsi barədə müddəa nəzərdə tutulmamışdır. İkincisi, MM-də hüquqi şəxsin ləğv edilməsinin, yəni onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsinin qaydaları müəyyən edilmişdir ki, cavabdehin Agentliyinin mövcudluğuna MM-də hüquqi ləğv edilməsi üçün müəyyən edilmiş qaydada xitam verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
27. Agentliyinin Əsasnaməsində onun aparatının və tabeliyində olan bölmələrin büdcədən maliyyələşdirilən işçilərin sayı, strukturu və ştat cədvəli, büdcə vəsaitləri üzrə xərc smetası və qanunvericiliyə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetasının Nazir lik tərəfindən təsdiq edilməsi (5.11), agentliyin aparatının strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçilərinin AR fövqəadə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi (5.12), agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək hüququna malik olmaması (5.22.10) və s. bəndlər nəzərdə tutulmuşdur ki, həmin bəndlərin məzmunu Mülki Məcəllənin 43.1-ci maddəsinin tələbləri baxımından Agentliyin hüquqi şəxs statuslu qurum olmasını istisna edir. Beləliklə, Dövlət X3 müstəqil hüquqi şəxs deyil, Cavabdeh strukturuna daxil olan qurum olduğundan onun mövcudluğuna və fəaliyyətinə son qoyulmasının nəticələrinin hüquqi şəxsin ləğv edilməsi ilə eyniləşdirilməsi üçün əsaslar yoxdur. Belə ki, hüquqi şəxsdən fərql i olaraq hüquqi şəxsin struktur bölməsi müstəqil mülki hüquq subyektliyinə malik olmur, bu baxımdan struktur bölmənin mövcudluğuna xitam verildiyi halda mülki hüquq subyekti olan hüquqi şəxs mövcud olmaqda davam edir və belə olan halda mövcudluğuna xitam verilmiş struktur bölməsi də daxil olmaqla öz öhdəliklərinə görə məsuliyyət daşıyır.
28. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Agentliyin öhdəliklərinə görə cavab verməli şəxs onun struktur bölməsi olduğu və bilavasitə tabeçiliyində olduğu hüquqi şəxs statuslu qurum, yəni Cavabdeh olduğundan, iddia ona cavab verməli olan şəxsə yönəlmişdir.
29. İşin mahiyyətinə gəldikdə isə məhkəmə tərəflər arasında bağlanmış müqavilədə təhvil-təslim aktlarının elektron poçt vasitəsilə göndərilməsi və həmin aktlara 5 gün ərzində etiraz edilmədikdə aktın imzalanmış hesab edilməsi barədə şərtin olmasını (müqavilənin 4.3-cü bəndi), eləcə də sözügedən aktların agentliyin səlahiyyətli şəxslərinin (o cümlədən Cavabdeh rəsmi domenində yerləşən elektron poçt ünvanına (zakir.gElektron ünvan 1) göndərilməsi və həmin akta etiraz edilməməsinin öz təsdiqini tapdığını nəzərə alaraq həmin aktları Agentliyin 2021-ci il 30 noyabr tarixə iddiaçıya olan borcunun məbləğini təsdiq edən sənədlər kimi qiymətləndirmişdir.
30. Digər tərəfdən 2021-ci il 30 noyabr tarixdən etibarən Agentlik tərəfindən iddiaçıya cəmi 590.773,33 manat məbləğində (xx.xx.2022 və xx.xx.2022) avans təyinatlı və 124.807,59 manat (xx.xx.2021) məbləğində göstərilmiş xidmətlərə görə ödənişlər edilmiş, iddiaçı isə həmin tarixdən sonra Agentliyin yükdaşımalarla bağlı verdiyi sifarişləri, eləcə də həmin sifarişlər əsasında göstərilmiş xidmətlərin həcmini və dəyərini təsdiq edən mötəbər sənədləri təqdim etməmişdir. Xidmətlərin dəyəri barədə təqdim olunan arayışlar iddiaçı tərəfindən tərtib edilmiş birtərəfli sənəd olduğundan məhkəmə onların xidmətlərin göstərilməsi və borcun olması faktını təsdiq etmək üçün yetərli olmaması qənaətinə gəlmişdir. 31. 2022-ci il 15 aprel tarixli təhvil-təslim aktları və 2022-ci il 27 aprel tarixli üzləşmə aktları isə Agentliyin adından Agentliyin baş mühasibi vəzifəsində işləmiş Zakir Quliyevin imzası ilə təsdiq edilmiş, lakin üzərinə möhür vurulmamışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Agentliyin bazasında yaradılmış X8 2022-ci il 11 fevral tarixdən dövlət qeydiyyatına alındığından Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli fərmanının müddəalarına uyğun olaraq həmin tarixdən cavabdehin Agentliyinin fəaliyyətinə xitam verilmişdir.
32. Bu səbəbdən də həmin tarixdən sonrakı dövrdə tərtib edilərək imzalanmış təhviltəslim aktları və üzləşmə aktları mövcud olmayan Agentliyin baş mühasibi tərəfindən deyil, Cavabdeh səlahiyyətli şəxsləri tərəfindən imzalanmalı idi. Bu baxımdan məhkəmə sözügedən üzləşmə və təhvil-təslim aktlarını xidmətlərin göstərilməsi və borcun mövcud olmasını təsdiq edən sənədlər kimi qəbul etməmişdir.
33. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən məhkəmə Agentliyin 2021-ci il 30 noyabr tarixə Agentliyin iddiaçıya daxili yükdaşımalara görə 1602,20 manat və beynəlxalq yükdaşımalara görə 58.766,46 ABŞ dolları məbləğində borcunun olması öz təsdiqini tapsa da, həmin tarixdən sonra Ag entlik tərəfindən iddiaçıya həmin məbləğdən daha yüksək məbləğdə - cəmi 715.580,92 manat məbləğində pul vəsaitinin ödənildiyini nəzərə alaraq sənədlər əsasında hazırda cavabdehin mübahisəli müqavilə üzrə iddiaçıya borcunun olması barədə əsaslı nəticəyə gəlməyin qeyri-mümkün olması nəticəsinə gəlmişdir.
34. Məhkəmə iddianın dəbbə pulunun tutulması tələbinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, Agentliyin mübahisəli müqavilə üzrə iddiaçı qarşısındakı öhdəliklərini lazımi qaydada icra etməməsi iş materialları ilə öz təsdiqini tapmadığından öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulunun tutulması tələbinə dair iddia da əsassız olmuşdur.
35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 43.1, 462.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
36. Qətnamədən iddiaçı apellyasiya şikаyəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-747/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
38. Məhkəmə kollegiyası bildirmişdir ki, tərəflər arasında nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən Agentliyin sifarişləri əsasında yükdaşıma xidmətləri göstərilmiş, Agentlik tərəfin dən isə göstərilmiş xidmətlərin dəyərindən ödənişlər edilmişdir. Tərəflər arasında əvvəllər yükdaşıma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Agentliyə yükdaşıma xidmətlərinin göstərilməsi və həmin xidmətlərə görə haqqın Agentlik tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq bildirmişdir ki, Agentliyin 2021-ci il 30 noyabr tarixə iddiaçıya daxili yükdaşımalara görə 1602,20 manat və beynəlxalq yükdaşımalara görə 58.766,46 ABŞ dolları məbləğində borcunun olması öz təsdiqini tapsa da, həmin tarixdən sonra Agentlik tərəfindən iddiaçıya həmin məbləğdən daha yüksək məbləğdə - 715.580,92 manat məbləğində pul vəsaiti ödənildiyi nindən hazırda cavabdehin mübahisəli müqavilə üzrə borcunun olması iş materialları ilə təsdiq olunmamışdır.
39. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 850.1, 852.1, 852.4-cü, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
40. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi üzrə - apellyasiya məhkəməsi öz qətnaməsində iddiaçı tərəfindən təqdim edilən sənədlər və arayışlar birtərəfli sənəd olmaqla xidmətlərin göstərilməsi və borcun olması faktını təsdiq edən sübut kimi qəbul etmək üçün kifayət etmədiyini bildirməklə həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Belə ki, Agentlik öz növbəsində tərəflər arasında imzalanmış müqavilədən başqa heç bir sənədi (təhvil-təslim aktını, üzləşmə aktlarını və s.) imzalamamış, bununla da müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlar yalnız birtərəfli sənədlər olmuşdur. Əlavə olaraq məhkəməyə elektron poçt vasitəsi ilə aparılan yazışmalar dəlil kimi təqdim olunmuş, lakin məhkəmə bu halı nəzərə almamışdır. 42. 2022-ci il 15 aprel tarixli və 2022-ci il 27 aprel tarixli üzləşmə aktlarında göstərilmişdir ki, cavabdehin beynəlxalq yükdaşımaları üzrə 21.099,65 ABŞ dolları, daxili yük daşımalar üzrə isə 17.020,12 AZN məbləğində borcu ödənilməm iş olaraq qalmışdır. Həmçinin, iddiaçı tərəfindən cavabdehə 37.479,44 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəlxalq yük daşıma xidmətlərinə görə, sentyabr 2021" qeydi yazılmış 2021ci il 6 dekabr tarixli EBBM seriyalı 369531 nömrəli elektron qaimə, 118.551,52 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəlxalq yük daşıma xidmətlərinə görə, oktyabr 2021" qeydi yazılmış 2021-ci il 17 dekabr tarixli EBBO seriyalı 246550 nömrəli elektron qaimə, 1602,20 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Daxili yük daşıma xidmətlərinə görə, oktyabr 2021" qeydi yazılmış 2022-ci il 28 aprel tarixli EBBO seriyalı 246691 nömrəli elektron qaimə, 81.350,00 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəlxalq yük daşıma xidmətlərinə görə, noyabr 2021" qeydi yazılmış 2022-ci il 12 yanvar tarixli EBBP seriyalı 473184 nömrəli elektron qaimə, 70.690,17 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəlxalq yük daşıma xidmətlərinə görə, dekabr 2021" qeydi yazılmış 2022-ci il 10 fevral tarixli EBBQ seriyalı 923381 nömrəli elektron qaimə, 333.370,61 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəlxalq yük daşıma xidmətlərinə görə, yanvar 2022" qeydi yazılmış 2022-ci il 16 mart tarixli EBBT seriyalı 030511 nömrəli elektron qaimə, 8.576,85 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Daxili yük daşıma xidmətlərinə görə, yanvar 2022" qeydi yazılmış 2022-ci il 29 mart tarixli EBBT seriyalı 030650 nömrəli elektron qaimə, 247.486,56 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəlxalq yük daşıma xidmətlərinə görə, fevral 2022" qeydi yazılmış 2022-ci il 20 a prel tarixli EBBU seriyalı 548280 nömrəli elektron qaimə, 6.841,06 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Daxili yük daşıma xidmətlərinə görə, fevral 2022" qeydi yazılmış 2022-ci il 20 aprel tarixli EBBU seriyalı 548395 nömrəli elektron qaimə təqdim olunmuşdur. Əvəzində isə cavabdeh 000AZİ********** nömrəli 2021ci il 13 oktyabr tarixli ödəniş tapşırığına əsasən 137.477,98 manat, 000AZİ********** nömrəli 2021-ci il 3 dekabr tarixli ödəniş tapşırığına əsasən 124.807,59 manat, 000AZİ********** nömrəli 2022-ci il 11 yanvar tarixli ödəniş tapşırığına əsasən 306.564,54 manat, 000AZİ********** nömrəli 2022-ci il 8 fevral tarixli ödəniş tapşırığına əsasən 284.208,79 manat ödəmişdir.
43. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə - hər kəs, onun mülki hüquq və vəzifələri müə yyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi öz qətnaməsində Agentliyin 2021-ci il 30 noyabr tarixə iddiaçıya daxili yükdaşımalara görə 1.602,20 manat və beynəlxalq yükdaşımalara görə 58.766,46 ABŞ dolları məbləğində borcunun olmasının öz təsdiqini tapmasına baxmayaraq həmin tarixdən sonra onun tərəfindən iddiaçıya həmin məbləğdən daha yüksək məbləğdə 715.580,92 manat məbləğində pul vəsaitinin ödənildiyindən hazırda cavabdehin mübahisəli müqavilə üzrə iddiaçıya borcunun olmasının iş materialları ilə təsdiqini tapmadığını qeyd etmiş, bununla da iddiaçının işinin məhkəmə vasitəsi ilə ədalətli araş dırılması hüququ pozulmuşdur. Belə ki, məhkəmənin cavabdeh tərəfindən edilmiş artıq ödəniş kimi hesab etdiyi ödənişlər barədə məhkəmə cavabdehdən heç bir məlumat sorğu etməmiş, artıq ödənişlər barədə izahat almamış və ödənişlər üçün əsas olan sənədləri sorğu etməmişdir.
44. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, işin hallarına görə Agentliyinin bazasında yaradılmış X6 2022-ci il 11 fevral tarixdən dövlət qeydiyyatına alınmış, cavabdehin 2022-ci il 5 aprel tarixli əmrinə əsasən sözügedən Agentliyin ləğvetmə komissiyası yaradılmış və Zakir Quliyev (Agentliyin baş mühasibi) orada komissiya üzvü olmuş, məhz komissiya üzvü olduğu üçün də 2022 -ci il 15 aprel və 2022-ci il 27 aprel tarixli üzləşmə aktlarını imzalayaraq borc məbləğinin mövcudluğunu təsdiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
46. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq tam yoxlanılacaqdır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onl ara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməlidir. faktiki halların yoxlanılması və araşdırılması kimi Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi ya radılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Maddə
850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə
852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.... 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşıman ın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd....”
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Ali Məhkəmənin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 22(103)-747/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
51. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmə cavabdeh tərəfindən edilmiş artıq ödəniş kimi hesab etdiyi ödənişlər barədə cavabdehdən heç bir məlumat sorğu etməmiş, artıq ödənişlər barədə izahat almamış və ödənişlər üçün əsas olan sənədləri sorğu etməmiş, iddiaçı tərəfindən məhkəməyə elektron poçt vasitəsi ilə aparılan yazışmalar dəlil kimi təqdim olunsa da məhkəmə bu halı nəzərə almamışdır.
52. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri sayır.
53. Belə ki, kommersiya mübahisələri üzrə isə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 80,81-ci maddələri).
54. Hazırkı halda işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə Agentliyin 2021-ci il 30 noyabr tarixə iddiaçıya daxili yükdaşımalara görə 1602,20 manat və beynəlxalq yükdaşımalara görə 58.766,46 ABŞ dolları məbləğində borcunun olması öz təsdiqini tapsa da, həmin tarixdən sonra Agentlik tərəfindən iddiaçıya həmin məbləğd ən daha yüksək məbləğdə - 715.580,92 manat məbləğində pul vəsaiti ödənildiyinindən cavabdehin mübahisəli müqavilə üzrə borcunun olması iş materialları ilə təsdiq olunmamışdır.
55. İddiaçının kassasiya şikayətinin 2022-ci il 15 aprel və 2022-ci il 27 aprel tarixli üzləşmə və təhvil-təslim aktları və onların Agentliyin ləğvetmə komissiyasının üzvü tərəfindən imzalanmış olmalarında dair dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
56. Kassasiya şikayətində həmçinin beynəlxalq və daxili yükdaşıma xidmətlərinə görə elektron qəimələrə və ödəniş tapşırıqlarına istinad olunmuşdur.
57. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin bu dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 58. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prins ipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
60. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-747/2023 nömrəli qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
61. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-747/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.