Məhkəmə qərarları › İş №2-2(102)-113/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-113/2020

10.06.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-113/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası Ərizəçi MMC-nin (Kreditor1 ASC) müflis hesab edilməklə ödəmə qabiliyyəti olmayan hesab edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: müflis elan edilmə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, Ərizəçi MMC-nin (bundan sonra ərizəçi) “müflis hesab edilməklə ödəmə qabiliyyəti olmayan hesab edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə” (Kreditor1 ASC) ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasın ın 22(103)-663/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən ərizəçinin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)381/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunan hallardan görünür ki, ərizəçi MM-nin Kreditor1 ASC-yə olan borcunun yaranmasının əsasları ondan ibarətdir ki, onlar arasında xx.xx.2011-ci il tarixdə Az-003 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən ASC tərəfindən ərizəçiyə qaimə fakturalar, elektron vergi-hesab fakturaları, sair sənədlər əsasında “PE” tipli qaz boruları təhvil verilmiş və borulara görə sonuncunun borcu yaranmış və tərəflər xx xxxxx 2015-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə borcun məbləğinin 237.503,60 manat təşkil etdiyini təsdiqləmişlər. İddiaçı tərəfindən isə həmin boruların onun tərəfindən satılması və bundan əldə olunan vəsaitin necə xərclənməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəçi x xxxx 2019-cu il tarixdə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (ünvan 1) müflis hesab edilməklə ödəmə qabiliyyəti olmayan hesab edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli 2-2(81)-256/2016 saylı qətnaməsi ilə ərizəçidən “xxxx” ASC-nin xeyrinə 217.544,08 manat əsas borc, 23.750,36 manat faiz borcu və 30 manat dövlət rüsumunun, cəmi, 241.324,44 manat pulun tutulması qət edilmiş və qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 202(103)381/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, MMC-nin dövlət büdcəsinə, o cümlədən, Bakı şəhəri X2 vergilər üzrə borc 30238,87 manat, sosial sığorta haqları üzrə DSMF-yə 5.775,18 manat borcları da vardır. İqtisadiyyatda yaranmış maliyyə böhranı vəziyyəti Cəmiyyətə də öz təsirini göstərmiş, müştəriləri əvvəllər müxtəlif sifarişlər verib ödənişlər etsə də, hazırda onlar qalmamış və cəmiyyətin hazırda heç bir yerdən gəliri yoxdur. Ona görə də ödəniş qabiliyyəti olmadığından iflas vəziyyətinə gəlib çıxmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-2(81)-354/2019 sa ylı iş) xx xxxx 2019-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən ərizəçinin ərizəsi təmin edilərək müflis elan edilmiş və iflas prosesinə başlanılması qət edilmiş, Azərbaycan Respublikasının vətəndaşı X4 əmlak inzibatçısı təyin edilmişdir. Kreditor1 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizəçinin ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5məruzəçi, X9 və X8, 2-2(103)-663/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Kreditor1 ASC-nin apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçinin (borclu) “müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair” ərizəsi təmin edilməmişdir. Ərizəçi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Dünya iqtisadiyyatında yaranmış maliyyə böhranı vəziyyəti ərizəçi şirkətdən də yan keçməmişdir. Müştəriləri əvvəllər müxtəlif sifarişlər verib ödənişlər etsə də, hazırda müştərisi qalmamışdır. Şirkətin heç bir yerdən 1 manat da olsun gəliri yoxdur. Həmçinin ödəniş qabiliyyəti yoxdur, iflas vəziyyətinə gəlib çıxmışdır. İş materiallarına əlavə edilən ərizəçinin hesablaşma hesabı olduğu banklardan əldə edilmiş cavablardan görünür ki, şirkətin çoxsaylı banklarda olan hesablarında vəsait yoxdur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Dövlət Yol Polisinə, Milli Depozit Mərkəzi və X3 Palatası və digər orqanlara verilmiş sorğulara alınmış cavablarda şirkətin adına hər hansı əmlakın qeydiyyata alınmadığı göstərilmişdir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi ərizəçinin vicdanlılıq nümayiş etdirərək vergi orqanına olan borcunu ödəməsinə belə qiymət vermişdir ki, “vergi borclarının ödənilməsi onu deməyə əsas verir ki, MMC-nin kreditor borclarını ödəmək üçün normal istehsal fəaliyyəti göstərmək və gəlir əldə etmək qabiliyyəti tükənməmişdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Məcəllənin 63.2-ci maddəsində göstərilir ki, “Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılma sı əsasları və qaydası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyənləşdirilir. tərəflərin izahatı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandıma hissəsi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2016cı il tarixli 2-2(81)-256/2016 saylı qətnaməsi ilə Ərizəçi MMC-dən “xxxx” ASC-nin xeyrinə 217.544,08 manat əsas borc, 23.750,36 manat faiz borcu və 30 manat dövlət rüsumu, cəmi, 241.324,44 manat tutulması qət edilmişdir. Bundan başqa ərizəçinin dövlət büdcəsinə, o cümlədən, Bakı şəhəri X2 vergilər üzrə bo rc 30.238,87 manat, sosial sığorta haqları üzrə DSMF-yə 5.775,18 manat borcu vardır. Ərizəçi hesab edir ki, cəmiyyətin hazırda heç yerdən gəliri yoxdur. Ona görə də ödəniş qabiliyyəti olmadığından iflas vəziyyətinə düşdüyündən müflis hesab edilməlidir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Mülki Məcəllənin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir (63.2-ci maddə). “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir;b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir;c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Qanunun 5-ci madd əsinin 1-ci bəndində qeyd edilir ki, qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. Qanunun 5-ci maddəsinin 2-ci bəndinə görə borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun sə lahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. Ərizəçi ödəmə qabiliyyəti olmamasını məhkəmə icraatı zamanı təsdiq edə bilməmişdir. Onun ödəmə qabiliyyəti olmaması kreditor tərəfindən də təsdiq edilmir. Ərizəçi sonuncu hesabat tarixinə olan mühasibat balansını da iflas haqqında ərizəyə əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, ərizəçi tərəfindən 2014-2016-cı illər üzrə mənfəət vergisi bəyannamələrində bəyan etdiyi xərcləri təsdiq edən sənədləri ərizəsinə əlavə etməmiş, hazırkı mərhələdə də, məhkəmənin təklif etməsinə baxmayaraq belə sənədlər məhkəməyə t əqdim olunmamışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-381/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunan hallardan görünür ki, ərizəçinin Kreditor1 ASC-yə olan borcunun yaranmasının əsasları ondan ibarətdir ki, onlar arasında xx.xx.2011-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən ASC tərəfindən ərizəçiyə qaimə fakturalar, elektron vergi-hesab fakturaları, sair sənədlər əsasında “PE” tipli qaz boruları təhvil verilmiş və borulara görə ərizəçinin borcu yaranmış və tərəflər xx xxxxx 2015-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə borcun məbləğinin 237.503,60 manat təşkil etdiyini təsdiqləmişlər. Boruların onun tərəfindən satılması və bundan əldə olunan vəsaitin necə xərclənməsini təsdiq edən sənədlər məhkəməy ə təqdim edilməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə nə qədər ki kreditor tərəfindən mübahisələndirilən və iş üzrə xx.xx.2019-cu il tarixli müstəqil auditor hesabatında da göstərilən 2014-2016-cı illərdə ərizəçi MMC-nin 1.267.348,05 manat məbləğində xərcinin olması, ən azından, qanun qüvvəsini almış məhkəmə qətnaməsində təsbit olunan, borcun yaranmasına əsas olan boruların satılması və bu zaman əldə olunan pul vəsaitinə dair xərc sənədləri məhkəməyə təqdim olunmamışdır, belə olan halda, həmin xərcləri ehtiva edən əməliyyatların qanuni əsaslarla həyata keçirilməsini və ərizəçi müəssisənin ödəmə qabiliyyəti olmayan duruma gəlməsi həqiqiliyini şübhə altına alır. Halbuki, bütün bu məsələlərə aydınlıq gətirmək və ödəmə qabiliyyəti olmayan vəziyyətə düşməsinin təbii istehsal müstəvisin də baş verdiyini mötəbər sübutlarla əsaslandırmaq vəzifəsi ərizəçinin üzərinə düşən sübutetmə yüküdür ki, məhkəmə tərəfindən cəmiyyətin qəsdən özünü iflasa uğratması halı təkzib olunsun və məhkəmədə inam yaransın ki, onun iflasa uğraması qanuni əsaslara söykənən faktiki şərtlərinin nəticəsidir. Ərizəçinin təqdim etdiyi səyyar vergi yoxlaması aktlarına əsasən vergi orqanı tərəfindən ona hesablanmış təxminən 400.000 manata yaxın maliyyə sanksiyasının ödənilərək hazırda vergi borcun miqdarı 30.000 manat həddinə çatdırmışdır. Bu halın özü, ən azından onu deməyə əsas verir ki, ərizəçinin kreditor borclarını ödəmək üçün normal istehsal fəaliyyəti göstərmək və gəlir əldə etmək qabiliyyəti tükənməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmasına əsasən, ərizəçinin ödəmə qabiliyy əti olmadığı sübuta yetirilmir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Ərizəçinin ödəmə qabiliyyəti olmaması məhkəmə icraatı zamanı sübuta yetməmişdir. x xxxx 2019-cu il tarixli auditor rəyində ərizənin ödəmə qabiliyyəti olmaması, saxta müflisləşmənin əlamətlərinin olmadığı qeyd edilsə də, ərizəçi sonuncu hesabat tarixinə olan mühasibat balansını iflas haqqında ərizəyə əlavə etmədiyindən, onun ödəmə qabiliyyəti olmayan sayılması apellyasiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmədiyindən, ötən müddətdə vergi borcu ilə bağlı ödəmələr apardığından auditor rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti əsas lı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-663/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar