Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-445/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi Ərizəçi müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizəsi üzrə Açar sözlər: müflis elan edilmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X22 və X21 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ərizəçinin nümayəndəsi və vəkil vəkil2, maraqlı şəxs maraqlı şəxs10 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə8, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi nümayəndə6 iştirakları ilə, ərizəçi (Borclu) Ərizəçi “müflis elan edilməsi” barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları
1. Ərizəçi kreditorlar siyahısına əsasən onun "maraqlı şəxs7" MMC-yə 16.121 manat, maraqlı şəxs6 MMC-yə 46.560,60 manat, maraqlı şəxs9 MMC-yə 5.238 manat, maraqlı şəxs5 MMС-yə 1.605,12 manat, "X17" MMC-yə 8.677,65 manat, maraqlı şəxs10 MMC-yə 299.949,10 manat borcu vardır.
2. Ərizəçi debitorlarının siyahısına əsasən Buffeteriya Azərbaycanın 130.04 manat, X1 Bravonun 93 manat, Kingsmartın 1 367.69 manat, X16 116.25 manat, Baku MMC Topdan Satışın 63.70 manat, Möcüzə Marketin 193.99 manat, Sərham Marketin 460.91 manat, Restoran Bazar Şərq Bazarının 96.00 manat, Şok Marketin 49.94 manat, X7 72.90 manat, Üç Almanın 668.29 manat borcları vardır.
3. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü "xxxx” MMC ilə "xxxx" MMC arasında bağlanmış ## ###### 2025–ci il tarixli, CHA № ** saylı auditor müqaviləsinə əsasən verilmiş ## ###### 2025-ci il tarixli auditor rəyində qeyd olunmuşdur ki, ## ###### 2025–ci il tarixinə "xxxx" MMC-nin 2024–cü il üzrə ümumi gəlirləri 90 393,26 (doxsan min üç yüz doxsan üç manat 26 qəpik) manat olmuşdur. ## ###### 2025–ci il tarixinə "xxxx" MMC-nin 2024–cü il üzrə ümumi xərcləri 134 635,26 manat olmuşdur. ## ###### 2025-cі il tarixinə "xxxx" MMC-nin xalis zərəri 2024–cü il üzrə 44 242 manat təşkil etmişdir. ## ###### 2025-cі il tarixinə "xxxx" MMCnin 2024–cü il üzrə debitor borcu 158 055,38 manat olmuşdur. Cəmiyyətin öhdəlikləri kreditor borcu 723 314,31 manat və 46 582,98 manat bank krediti olmuşdur.
4. maraqlı şəxs10 MMC-nin cavabdehlər “xxxx” MMC və X10 qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən ƏDV daxil 248149,42 manat borc, 12000 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 297,58 manat olmaqla, cəmi 260.447 manat məbləğində pul vəsaitinin maraqlı şəxs10 MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir.
5. “xxxx” MMC Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin “economy.gov.az/az/post/2994” saytında "xxxx" MMC-nin müflis elan olunması ilə əlaqədar paylaşdığı müflisləşmə elanında Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- ****/**** saylı iş üzrə məhkəmə iclasının ##.##.2025-ci il tarixinə, saat 10.30-a təyin edildiyini, debitor ve kreditorların Bakı Kommersiya Məhkəməsinə müraciət edə biləcəklərini qeyd etmişdir.
6. “Azərbaycan” qəzetində ##.##.2025-ci il tarixdə nəşr edilmiş bildirişdə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin “economy.gov.az/az/post/2994” saytında "xxxx" MMC-nin müflis elan olunması ilə əlaqədar paylaşdığı müflisləşmə elanında qeyd olunmuşdur ki, "xxxx" MMC-nin müflis elan olunması ilə bağlı müvafiq qaydada Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. e-*-*(***)-****/**** saylı iş üzrə növbəti hazırlıq iclası ##.##.2025-ci il saat 15:15 tarixinə təyin olunmuşdur.
7. “Azərbaycan” qəzetində ##.##.2025-ci il tarixdə nəşr edilmiş bildirişdə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin “economy.gov.az/az/post/2994” saytında "xxxx" MMC-nin müflis elan olunması ilə əlaqədar paylaşdığı müflisləşmə elanında qeyd olunmuşdur ki, "xxxx" MMC-nin müflis elan olunması ilə bağlı müvafiq qaydada Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. e-*-*(***)-****/**** saylı iş üzrə növbəti hazırlıq iclası ##.##.2026-cı il saat 12:30 tarixinə təyin olunmuşdur.
8. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin “economy.gov.az/az/post/2994” saytında "xxxx" MMC-nin müflis elan olunması ilə əlaqədar paylaşdığı müflisləşmə elanında Bakı Kommersiya Məhkəməsində e-*-*(***)- ****/**** saylı iş üzrə məhkəmə baxışının ##.##.2025-ci il tarixinə, saat 12:00-a təyin edildiyini, debitor ve kreditorların Bakı Kommersiya Məhkəməsinə müraciət edə biləcəklərini qeyd etmişdir.
9. Çap tarixi ##.##.2025-ci il olan “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, onun DSMF üzrə borcu 7542,46 manat, Işsizlikdən Sığorta Fondu üzrə borcu 361,79 manat, ITS üzrə borcu 1222,39 manat təşkil edir.
10. maraqlı şəxs10 MMC (ipoteka saxlayan) ilə X4 (ipoteka qoyan), borc alan “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, TSC ****/** nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetiniAzərbaycan Respublikası DIN BDYP Qll tərəfindən verilmiş ##.##.2023-cü il tarixli BB****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WFOXXXTTFXCB51796, mühərrikin nömrəsi CB51796 və buraxılış ili 2012 olan X2 markalı **LE*** dövlət nömrə nişanlı (rəng: ağ) avtomobil təşkil edir.
11. maraqlı şəxs10 MMC (ipoteka saxlayan) ilə X4 (ipoteka qoyan), borc alan “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, TSC ****/** nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetini Azərbaycan Respublikası DIN BDYP Qll tərəfindən verilmiş ##.##.2023-cü il tarixll BB****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2008 olan X13 Yük markalı **XV*** dövlət nömrə nişanlı (rəng: ağ) avtomobil təşkil edir.
12. maraqlı şəxs10 MMC (ipoteka saxlayan) ilə X10 (ipoteka qoyan), borc alan “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, TSC ****/** nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetini- Azərbaycan Respublikası DIN BDYP Qll tərəfindən verilmiş ##.##.2010-cu il tarixli ABN ****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JHLRE48558C407275, mühərrikin nömrəsi 2764161 və buraxılış ili 2008 olan Honda CRV Minik markalı **DS*** dövlət nömrə nişanlı (rang: tünd göy met.) avtomobil təşkil edir.
13. “xxxx” ASC ilə “xxxx” MMC arasında imzalanmış **********08022022 saylı ##.##.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X18 Kreditləşmənin Xüsusi Şərtlərinə dair *****/*** saylı Əlavənin 2-ci bəndinə əsasən Bank 50 000 manat məbləğində Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri(16%), komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə (24 ay) və qaydada Banka ödəməyi öhdəsinə götürür.
14. “xxxx” ASC ilə X4 arasında *****/*** saylı, X10 ilə *****/*** saylı, "xxxx" MMC ilə isə *****/*** saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlər "xxxx" MMC-nin Kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.
15. ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
16. Ərizəçi Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ##.##.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü olaraq “Etil” yeyinti spirtinin və alkoqollu içkilərin topdan satışı (4617401) seçilmiş və faktiki olaraq qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olmuş müəssisədir. Fəaliyyətinin ilkin dövrlərindən bir sıra müəssisələrlə əməkdaşlıq edilmiş və bazara uğurla daxil olunmuşdur. Hansı ki, ilkin olaraq bağlanan müqavilələrdən biri də maraqlı şəxs10 MMC ilə bağlanan TSC ****/** saylı alqısatqı müqaviləsidir. Bundan əlavə qısa zaman ərzində müəssisənin maraqlı şəxs6 MMC, maraqlı şəxs9 MMC, X5 kimi yerli şirkətlərlə böyük əməkdaşlığı mövcud olmuşdur. Cəmiyyət bazar daxilində mövcud olan yanlış razılaşmalar səbəbi ilə sonrasında bir xeyli ziyan çəkmiş və əldə etdiyi məhsullarla əlaqədar ödəmə qabiliyyətini tamamilə itirmişdir. Belə ki, əməkdaşlıq edilən şirkətlər tərəfindən eksklüziv distributor razılaşmalarının bağlanılması ilə bağlı razılıqlar əldə edilsə də, əməkdaşların başqa şirkətlərlə müqavilələr bağlaması və sonda məhsulların yalnız tərəfindən deyil, digər müəssisələr tərəfindən satılması halları baş verdiyindən cəmiyyət xeyli ziyan çəkmişdir. Habelə müəssisə əməkdaşlıq etdiyi sahibkarlıq subyektlərinin məhsullarının topdan və pərakəndə satışını təmin etdiyi zaman yararlılıq müddəti bitmiş qida məhsullarının qaytarılmasını təmin edə bilmədiyindən məhsullar üzrə ziyanı faktiki olaraq iddiaçı çəkmək məcburiyyətində qalmışdır. Bundan əlavə kontragentlərin bəzisi soyuducular təqdim etməli olduğu halda bunu vaxtında etməmişdir. Satdığı məhsullar mövsümi xarakter daşıdığından soyuducuların vaxtında verilməməsi satış nöqtəsində məhsula təlabatın əsas təsir edici amili olaraq sərinləşdirilmiş şəkildə satışa çıxarılmasını qeyri-mümkün etmiş, nəticədə məhsul dövriyyəsinin kifayət qədər azalmasına səbəb olmuşdur. Həmçinin Merçendayzinq xidməti ilə bağlı razılaşmaya uyğun olaraq xərcləri kontragentlər ödəməli olduğu halda ödəniş edilməmiş, bu ödənişləri “xxxx” MMC həyata keçirdiyi üçün xərclərin artmasına və ziyana səbəb olmuşdur. Qeyd olunan hallar onu deməyə əsas verir ki, topdan satışların həyata keçirildiyi kontragentlərin bir çoxunun razılaşmalara əməl etməməsi səbəbindən onların üzərinə düşən öhdəliklərin şirkət tərəfindən yerinə yetirilməsi məcburiyyətində qalındığından nəticədə külli miqdarda ziyan çəkmişlər. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri ərazisindən başqa, ölkənin bir sıra regionlarında yerləşən mağazalara qida və qeyri-qida məhsullarının satışını həyata keçirmiş, belə alqı-satqı münasibətlərindən öz öhdəliklərini yerinə yetirməyən mağazaların müəssisəyə zərər vurması halları baş vermişdir. Regionlarda mağazaların fəaliyyətlərini hüquqi formada həyata keçirməməsi və nəhayətində vergi ödəyicilərinin hesablarını dondurması ilə iddiaçıya olan borcların tələb edilməsi mümkün olmamışdır. Əməkdaşlıq çərçivəsində maraqlı şəxs10 MMC, habelə X5 məhsulları ilə əlaqədar distributor razılaşmaların imzalanacağı gözlənilsə də, belə Müqavilələr imzalanmadan iş əlaqələrinə ziyan gəlmişdir. Hazırda şirkətin uğursuz razılaşmaları ucbatından maraqlı şəxs10 MMC-yə (Qəbələ şəhəri., Elçin Kərimov 34) 299 949.1 manat, maraqlı şəxs6 MMC-yə (Bakı şəh., Xətai ray., X8) 46 560.6 manat, maraqlı şəxs9 MMC-yə (Bakı şəh., Nizami ray., Bəhruz Nuriyev küç ev 54., m56) 5 238 manat, X5 (Salyan şəhəri., A.Ağabəyli 7) 16 121 manat, maraqlı şəxs5 MMC-yə (Bakı şəh., N.X14 26 a) 1605.12 manat, “X6 Company” MMC-ə (Saatlı rayonu Saatlı şəhəri Heydər Əliyev prospekti 25A) isə 8 677.65 manat həcmində borc öhdəlikləri yaranmışdır. Müəssisənin cari tarixə uyğun olaraq Azərbaycan Respublikasında icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərlə bağlı mövcud vəziyyəti aşağıdakı kimidir: • Məcburi dövlət sosial sığorta haqqı üzrə: 7502.23 manat, • Işsizlikdən sığorta haqqı üzrə: 361.76 manat, icbari tibbi sığorta haqqı üzrə: 1222 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.
18. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5, 63.1-ci maddələrinə, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2.5, 3, 11-ci maddələrinə istinad olunmuşdur.
19. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ərizəçi (Borclu) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “müflis elan edilməsi” barədə ərizəsinin rədd edilməsi və onun müflis elan edilməsindən imtina edilməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı və sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilir. Belə ki, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur. Hazırkı iş üzrə isə qeyd edilən kateqoriyadan olan sübutlar, xüsusilə sonuncu hesabat tarixinə olan maliyyə hesabatları ərizəyə əlavə edilməmişdir. Digər tərəfdən, ərizəyə əlavə edilən ##.##.2025-ci il tarixli auditorun rəyi mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, həmin rəy 2024-cü il üzrə verilmiş maliyyə hesabatları əsasında tərtib olunmuşdur və hazırda həmin hesabatlardan 2 il müddət keçmişdir. Bundan əlavə audit rəyində qeyd olunan debitor və kreditor borcu məbləğləri debitor və kreditorlar siyahısında qeyd olunan məbləğlərlə üst-üstə düşmür. Belə ki, audit rəyində kreditor borcu 723 314,31 manat qeyd olunsa da audit rəyində bu borc cəmi 377151,47 manat, debitor borcu 158 055,38 manat qeyd edilsə də, audit rəyində bu borc cəmi 3219,71 manat qeyd olunmuşdur. Bundan başqa həmin rəydə auditin necə aparılması, nələrin araşdırılması, məbləğlərin necə hesablanması və s. ilə bağlı heç bir məlumat qeyd olunmamış, sadəcə ərizəçinin məlumatları və ümumi sözlərdən ibarət olmuşdur. “Müflisləşmə və iflas haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə hazırkı halda ərizəçinin “Müflisləşmə və iflas haqqında” Qanununda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, ərizənin rədd olunması, ərizəçinin müflis elan olunmasından imtina edilməsi qənaətinə gəlib.
21. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsi 63.1-ci maddəsinə, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 3-cü maddəsinin a, b, c bəndlərinə, 5-ci maddənin 1-ci hissəsinin a, b, c bəndlərinə, 5-ci maddənin 2-ci hissəsinin a, b, c bəndlərinə istinad etmişdir.
22. Ərizəçi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayətində iddia ərizəsində istinad edilən hallar təkrarlanmaqla yanaşı həmçinin göstərilmişdir ki, Ərizəçi debitorlarının siyahısına əsasən Buffeteriya Azərbaycanın 130.04 manat, X1 Bravonun 93 manat, Kingsmartın 1 367.69 manat, X16 116.25 manat, Baku MMC Topdan Satışın 63.70 manat, Möcüzə Marketin 193.99 manat, Sərham Marketin 460.91 manat, Restoran Bazar Şərq Bazarının 96.00 manat, Şok Marketin 49.94 manat, X7 72.90 manat, Üç Almanın 668.29 manat borcları vardır. Kreditorlar tərəfindən verilən malların çox hissəsi keyfiyyətini itirdiyi üçün tullantı kimi zibilliyə atılmış, müəyyən hissə isə keyfiyyətini itirməsinə baxmayaraq hazıradək anbarda saxlanılır. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü "xxxx” MMC ilə "xxxx" MMC arasında bağlanmış ## ###### 2025–ci il tarixli, CHA № ** saylı auditor müqaviləsinə əsasən verilmiş ## ###### 2025-ci il tarixli auditor rəyində qeyd olunmuşdur ki, ## ###### 2025–ci il tarixinə "xxxx" MMC-nin 2024–cü il üzrə ümumi gəlirləri 90 393,26 manat olmuşdur. ## ###### 2025–ci il tarixinə "xxxx" MMC-nin 2024–cü il üzrə ümumi xərcləri 134 635,26 manat olmuşdur. ## ###### 2025-cі il tarixinə "xxxx" MMC-nin xalis zərəri 2024–cü il üzrə 44 242 manat təşkil etmişdir. ## ###### 2025-cі il tarixinə "xxxx" MMCnin 2024–cü il üzrə debitor borcu 158 055,38 manat olmuşdur. Cəmiyyətin öhdəlikləri kreditor borcu 723 314,31 manat və 46 582,98 manat bank krediti olmuşdu. Çap tarixi ##.##.2025-ci il olan “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, onun DSMF üzrə borcu 7542,46 manat, Işsizlikdən Sığorta Fondu üzrə borcu 361,79 manat, ITS üzrə borcu 1222,39 manat təşkil edir. maraqlı şəxs10 MMC (ipoteka saxlayan) ilə X4 (ipoteka qoyan), borc alan “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, TSC ****/** nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetini Azərbaycan Respublikası DIN BDYP Qll tərəfindən verilmiş ##.##.2023-cü il tarixli BB****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WFOXXXTTFXCB51796, mühərrikin nömrəsi CB51796 və buraxılış ili 2012 olan X2 markalı **LE*** dövlət nömrə nişanlı (rəng: ağ) avtomobil təşkil edir. maraqlı şəxs10 MMC (ipoteka saxlayan) ilə X4 (ipoteka qoyan), borc alan “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, TSC ****/** nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetini Azərbaycan Respublikası DIN BDYP Qll tərəfindən verilmiş ##.##.2023-cü il tarixll BB****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2008 olan X13 Yük markalı **XV*** dövlət nömrə nişanlı (rəng: ağ) avtomobil təşkil edir. maraqlı şəxs10 MMC (ipoteka saxlayan) ilə X10 (ipoteka qoyan), borc alan “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, TSC ****/** nömrəli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetini- Azərbaycan Respublikası DIN BDYP Qll tərəfindən verilmiş ##.##.2010-cu il tarixli ABN ****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JHLRE48558C407275, mühərrikin nömrəsi 2764161 və buraxılış illi 2008 olan Honda CRV Minik markalı **DS*** dövlət nömrə nişanlı (rang: tünd göy met.) avtomobil təşkil edir. maraqlı şəxs10 MMC tərəfindən təqdim edilən yuxarıdakı üç ipoteka müqaviləsi maraqlı şəxs10 MMC-nin gələcəkdə “xxxx” MMC-yə verəcəyi malların zəmanəti kimi imzalansa da 2024-cü il ərzində yeni mallar təqdim edilmədiyi üçün müqavilələr Daşınar Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışlar və hüquqi qüvvəyə malik deyillər. “xxxx” ASC ilə “xxxx” MMC arasında imzalanmış **********08022022 saylı ##.##.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi X18 Kreditləşmənin Xüsusi Şərtlərinə dair *****/*** saylı Əlavənin 2-ci bəndinə əsasən Bank 50.000 manat məbləğində Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri (16%), komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə (24 ay) və qaydada Banka ödəməyi öhdəsinə götürür. “xxxx” ASC ilə X4 arasında *****/*** saylı, X10 ilə *****/*** saylı, "xxxx" MMC ilə isə *****/*** saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlər "xxxx" MMC-nin Kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Audit rəyində qeyd edilən 46 582,98 manat bank krediti borcu "xxxx" MMC-nin ödəmə qabiliyyəti olmaması səbəbilə zamin X4 tərəfindən ödənilmişdir. Bununla bağlı Anar Bədəlov tərəfindən təqdim edilmiş hesabdan çıxarışlar iş materiallarına əlavə edilmişdir. 2024-cü ilin aprel ayından etibarən "xxxx" MMC ödəmə qabiliyyətini tamamilə itirdiyi üçün nə kreditorlarına olan borcları, nə də digər dövlət ödənişlərini həyata keçirə bilməmişdir. "xxxx "MMC -nin Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə olan borcları ilə bağlı sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. Ərizəçi nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etmiş, təmin edilməsini xahiş etmişdir.
26. Kreditor maraqlı şəxs10 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, ərizəçinin MMC-yə olan borcu 249.000 manat təşkil edir. Məhkəmə qətnaməsi olsa belə, qətnamə qəbul edildiyi vaxtdan hər hansı ödəniş edilməmişdir.
27. Kreditor Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş, ərizəçinin hazırda 57.000 manat məbləğində borcu olduğunu qeyd etmişdir.
28. Digər kreditorlara məhkəmə iclasınını vaxtı və yeri barədə məlumat verilmiş olsa belə, sonuncular məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmşdirlər. Məhkəmə kollegiyası, şikayətə digər maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
59. Hüquqi şəxsin ləğvi ... 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. ...”
30. Azərbaycan Respublikası “Müflisləşmə və iflas haqqında” Qanunu: Maddə 1. müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Maddə 2. Iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Maddə 3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu 3. Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Maddə 11. Iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Maddə 11.3. məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.
Apellyasiya baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən tam şəkildə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Ərizəçi müflis elan edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəyə əsas kimi müqavilə münasibətlərində olduğu kommersiya hüquqi şəxsləri, eləcə də dövlət orqanları (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi) qarşısında icra edilməmiş pul öhdəliklərinin olması və həmin öhdəlikləri icra etmək qabiliyyətinin olmaması ilə əsaslandırmışdır.
36. Borclu ödəmə qabiliyyətinin olmamasını təsdiq etmək üçün “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-cü il tarixli auditor rəyini məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd etməyi zəruri sayır ki, sözügedən auditor rəyi borclu “xxxx” MMC ilə bağlanmış auditor müqaviləsinə əsasən borclunun təqdim etdiyi sənədlər əsasında aparılmaqla yanaşı MMC-nin yalnız bir illik (2024-cü il) dövr ərzində fəaliyyətini əhatə edir.
37. Belə olan halda sadalanan qanunvericilik normalarını və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar “xxxx MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.
38. Beləliklə, kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini
40. rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov