Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-115/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 oktyabr tarixli 2-2(104)-210/2023 nömrəli qətnaməsindən cavabde h tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Şəmkir rayon Polis Şöbəsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə 2021-ci il 12 aprel tarixli qərarından görünür ki, Cavabdeh polis idarəsinə verdiyi izahatında "xxxx" MMC-dən un məmulatlarının aldığını, ilk əvvəllər ödəniş etdiyini, lakin sonradan ona göndərilən un keyfiyyətsiz olduğundan dəyərini ödəmədiyini, lakin hazırda borcunun olmadığını bildirmişdir.
2. Elektron daşıyıcıda olan Cavabdeh ilə Xırman MMC-nin nümayəndəsi X4 arasındakı səs yazısından Cavabdeh ondan tələb olunan pul məbləğində borcunun olmasını etiraf etməsi müəyyən olunur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 3. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.536 manat əsas borc, gecikdirilmiş vaxta görə hesablanmış əldən çıxmış fayda kimi 5.204,53 manat və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2016-cı ilin əvvəllərində işgüzar münasibətlər yaranmışdır. Cavabdeh əvvəllər nağd, sonradan isə nisyə olaraq iddiaçının istehsal etdiyi un məhsullarının satışını həyata keçirmişdir. Cavabdeh sonuncu dəfə 2016-cı ilin oktyabr ayında ümumi dəyəri 21.536 manat un məhsulunun pulunu ödəyə bilməmişdir. Bu illər ərzində cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Cavabdeh 2021-ci ilin mart ayınadək iddiaçıya olan 21.536 manat pulu ödəyəcəyinə söz vermiş, lakin borcu ödəməkdən yayınmışdır. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7 və 449.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh əldən çıxmış fayda kimi əlavə hesablanmış pul vəsaitini ödəməlidir. Cavabdeh 2016-cı ilin oktyabr ayından 2021-ci il 2 avqust tarixinə kimi borcunu ödəmədiyindən, dörd il on ay üçün 5.204,53 manat (21.536 manat x 5% x 4 il 10 ay) əldən çıxmış fayda kimi iddiaçıya pul ödəməlidir.
5. Cavabdeh iddia tələbinə etiraz edərək onun əsassız olduğunu, pulları sürücülər və bank vasitəsi ilə göndərməklə tam şəkildə ödədiyini və iddiaçıya borcunun qalmadığını bildirmişdir.
6. X3 məhkəmədə bildirmişdir ki, təxminən iki-üç il bundan əvvəl sürücü kimi iddiaçı hüquqşünasını Şəmkirə gətirmiş və bor cla bağlı cavabdehlə görüşmüşlər. Cavabdeh borcunu ödəyəcəyini bildirmiş, sonra borc əvəzi olaraq maşını verməli olmuşdur. Maşın bankda girovda olduğundan və həmin borc bağlandıqdan sonra maşının götürülməsi ilə bağlı razılığa gəlinmişdir. Sonradan rəhbərliklə əlaqə saxlanılmış və rəhbərlikdən borcun ödənilməsi üçün müəyyən vaxt verilməsi və maşının cavabdehdə qalması bildirilmişdir.
7. X1 məhkəmədə bildirmişdir ki, 2001-ci ildən iddiaçıda xəzinədar, 2007-ci ildən hazırkı vaxta kimi isə satış müdiri işləyir. Onların müəssisələri un şatışı ilə məşğuldur və sifarişlərinə əsasən Şəmkirdən cavabdehə un göndərmişlər. Un şirkətin yük avtomobilləri ilə onlara çatdırılmışdır. Pullar da əsasən sürücülər vasitəsilə göndərilmişdir. Cavabdehin 21.536 manat borcu qalmış və dəfələrlə borcun ödənilməsi i lə bağlı onunla danışmışdır. Həmçinin cavabdehin maşınının borc əvəzi götürülməsi barədə razılıqları da olmuş, əməkdaşlarını maşının götürülməsi üçün göndərmişlər. Son məqamda cavabdeh rəhbərliyə müraciət edərək borcunu ödəyəcəyini və maşının onda qalmasını xahiş etmiş, rəhbərlik tərəfindən onun bu xahişi nəzərə alınmışdır. Hazırda üç ildən artıq vaxt keçdiyindən sənədlər saxlanılmır. İddiaçıda mühasibatlıq proqramı var. Şirkətə borcu olan şəxslər və borclar, o cümlədən cavabdehin 21.536 manat borcu da həmin proqramda dəqiq göstərilir.
8. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 2 iyun tarixli e-2-2(115)-326/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehdən 21.536 manat məbləğində borc və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 154,61 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – K.Vəliyev).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə un satması cavabdehin isə həmin məhsulları qəbul etməsi mübahisəsiz haldır. İzahatından göründüyü kimi, cavabdeh iddiaçıdan un aldığını etiraf etmiş, lakin iddiaçının haqlı olmamasını isə aldığı unların əvəzini tam şəkildə ödəməsi ilə əsaslandırmışdır. Belə olan vəziyyətdə cavabdeh ödənişlər barədə sübut təqdim etməlidir. Cavabdeh pulları iddiaçıya sürücülər və bank vasitəsilə göndərdiyini bildirsə də bu barədə sübut təqdim edə bilməmişdir. Cavabdeh ən azından bank vasitəsilə ödəmiş olduğu pullar barədə yazılı sübut təqdim etmək imkanına malik olduğu halda bunu da etməmişdir.
10. Məhkəmə iddia tələbinin 5.204,53 manat əldən çıxmış fayda ilə bağlı hissəsini isə əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının maddi zərərə məruz qalması sübutlarla təsdiqini tapmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni MM-in 21, 329.2, 329.3, 385.1, 386.1, 389.1, 406.1, 442, 448.1, 567, 598, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 76.1, 76.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddianın təmin edilən hissəsində ləğv olunması və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək bildir mişdir ki, tərəflər arasında borc münasibətləri son olaraq 2016-cı ildə yaranmış, iddiaçı isə 7 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 oktyabr tarixli 2-2(104)-210/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
15. Məhkəmə kollegiyası ilk öncə iddia müddətinin ötürülməsi ilə bağlı iddia müddətinin tətbiqinə münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh isə birinci instansiya məhkəməsində iştirak etsə də, iddia müddətinin tətbiqi nə dair ərizə verməmişdir. Apellyasiya məhkəməsində isə iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi o halda qəbul edilən hesab oluna bilərdi ki, cavabdeh birinci instansiya məhkəməsində bu imkandan məhrum olsun. İş üzrə isə belə hal mövcud olmamışdır. Buna görə də iddia müddəti tətbiq edilməmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şahid ifadələri, səs yazısı və cinayət işinin başlanmasının rədd edilməsi barədə 2021-ci il 12 aprel tarixli qərarda göstərilən cavabdehin izahatını sübut qismində qəbul etsə də, cavabdeh yalnız şahidlərin ifadəsinin qeyri-mötəbər olmasını mübahisələndirmişdir. Cavabdeh digər sübutlara qarşı isə hər hansı bir dəlil irəli sürə bi lməmiş, yalnız alqı-satqı və borca dair yazılı sənədlərin olmamasını əsas gətirərək, iddianın sübut olunmadığı və iddia müddətinin ötürüldüyünü iddia edərək qətnaməni əsassız hesab etmişdir. Halbuki, həmin səs yazısı birinci instansiya məhkəməsində də tədqiq olunmuşdur.
17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ən mötəbər sübut iddiaçının nümayəndəsi X4 ilə onun arasında olan telefon danışığından ibarət səs yazısı olmuşdur. Həmin səs yazısı ilə də cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcunun olması təsdiq olunmuşdur. Həmin səs yazısı məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, cavabdeh isə həmin səs yazısında qeyd olunanları xatırlamadığını qeyd etmişdir. Cavabdehə səsin ona məxsus olmadığı təqdirdə səs yazısının ekspertizasının keçirilə biləcəyi bi ldirilsə də, həmin təklifə də münasibət bildirməmişdir. Həmin səs yazısı birinci instansiya məhkəməsində də tədqiq olunmuş, nə həmin vaxt, nə də ki apellyasiya şikayətində cavabdeh danışıqdakı səsin ona məxsus olmasını inkar etməmişdir.
18. Sonrakı danışıqlarda iddiaçının nümayəndəsi borcun 22.000 manat olmasını cavabdehə bildirmiş, cavabdeh “imkanı olan kimi borcunu ödəyəcəyini” bildirməklə borcunu etiraf etmişdir. Həmin danışığın isə tərəflər arasında Şəmkir Rayon Məhkəməsində iş olarkən, yəni 2022-ci il tarixində baş verməsi səs yazısından da müəyyən olunmuşdur.
19. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi barədə 2021-ci il 12 aprel tarixli qərarından görünür ki, cavabdeh polis idarəsinə verdiyi izahatında iddiaçıdan un məmulatlarının aldığını, ilk əvvəllər ödəniş etdiyi ni, lakin sonradan ona göndərilən un keyfiyyətsiz olduğundan dəyərini ödəmədiyini bildirmişdir. Cavabdeh polisdə də belə izahat verdiyini xatırlamadığını bildirmişdir ki, belə olan təqdirdə cavabdehə əvvəlki məhkəmə iclasında həmin izahatını məhkəməyə təqdim edə biləcəyi təklif edilsə də, polisə verdiyi yazılı izahatını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan sübutlardakı məlumatlar iş üzrə dindirilmiş şahid ifadələri uyğunluq təşkil etdiyindən dindirilmiş şahidlərin ifadələri də mötəbər sübut kimi qəbul olunmalıdır.
20. Məhkəmə kollegiyası cavabdehin alqı-satqının və borcun yazılı sübutlarla təsdiq olunmaması ilə bağlı şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin şifahi qaydada bağlanması yol verilən olmaqla, mallara da ir qaimələrin, təhvil aktlarının və borca dair yazılı sənədlərin olmaması, nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin olmasının müəyyən edilməsi və bunun digər sübutlarla təsdiq olunması iddianın rədd edilməsinə əsas verməməkdədir. Mübahisə üzrə də cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçının tələb etdiyi məbləğdə pul öhdəliyinin olması sübut olunmuşdur. Həmçinin, cavabdehin 2016-cı il tarixində fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müraciət etməsi və buna müvafiq olaraq da onun fəaliyyətinin vergi orqanında dayandırılmış statusunda olması həmin dövrdə cavabdehin iddiaçıdan mal almaması anlamına gəlməməkdədir.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 375.2, 567, 600.1 və 600.4ci maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslan dırmışdır.
22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 373-cü maddəsinin tələbi pozulmuşdur. Cavabdehin iddiaçıya borcu qalmış olsaydı, bu müddət ərzində rəsmi xəbərdarlıq göndərilməli idi. Belə hal isə baş verməmişdir.
24. MM-in 528 və 529-cu maddələrinin tələbləri pozulmuşdur. İddiaçı məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş və əsassız olaraq iddia təmin olunmuşdur.
25. MM-in 567-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh bir neçə il bundan əvvəl un məhsullarının satışı ilə məşğul olmuş, bu məqsədlə iddiaçıdan un məhsulları almış və müvafiq olaraq ödənişlər etmişdir. Ödənişlər bəzən bank vasitəsilə edilmişdir. Sonuncu alış-veriş 2016-cı ildə həyata keçirilmişdir. Hazırda cavabdehin iddiaçıya hər hansı borcu qalmamışdır. Lakin təxminən 7 il vaxt keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etsə də, borcun qalmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan və müvafiq araşdırmaların aparılması üçün şərait yaratmadan iddianın həmin hissədə təmin olunması barədə əsassız qətnamə qəbul etmiş, apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamışdır.
26. MM-in 1091-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı cavabdehin hesabına əsassız varlanmaq istəsə də, məhkəmə bu halı nəzərə almamışdır.
27. MM-in 1097-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, keyfiyyətsiz un məhsullarının cavabdehə dəyərindən artıq məbləğə satılması ilə id diaçı deyil, cavabdeh özü ziyana düşmüşdür.
28. MPM-in 14.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə hansı əsasa və mötəbər sübuta istinad edərək iddiada göstərilən məbləğdə borcun olması qənaətinə gəldiyini əsaslandıra bilməmişdir.
29. MPM-in 54-cü maddəsinin tələbi pozulmuşdur. Həmin vaxt cavabdeh fərdi sahibkar kimi fəaliyyət göstərməmişdir. Məhsullar Şanxay adlı şəxsə rəsmi qaydada verilmişdir. Belə olan halda iddiaya cavab verməli olan şəxs hazırki cavabdeh ola bilməzdi. Çünki, məhkəmə qətnamədə MM-in alqı-satqı müqaviləsi ilə bağlı müddəlarına istinadla həmin vaxt alqı-satqının həyata keçirildiyini qeyd etmişdir. Mübahisənin kommersiya mübahisəsi olduğu nəzərə alındıqda, belə yanaşmanın əsassız olduğu görünür. Buna baxmayaraq, məhkəmə pulun məhz hazırki cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. İddia tələbi cavabdehə qarşı deyil, həmin vaxt rəsmi sənədlərə əsasən iddiaçı ilə alqı-satqı etmiş şəxsə qarşı qaldırılmalı idi.
30. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı iddiada göstərilən məbləğdə borcun olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə iddiaçının əsassız mülahizələrinə istinad etməklə iddianı təmin etmişdir.
31. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Birinci instansiya məhkəməsi yalnız iş üzrə şahid qismində dindirilmiş şəxslərin həqiqəti ifadə etməyən ifadələrini mötəbər sübut kimi qəbul etmiş və yalnız onlara əsaslanmışdır. Şahidlər iddiaçının işçisi olmaqla mənafelərinə uyğun ifadə vermişdir və bu ifadəni də sübut kimi qəbul etmək olmazdı. Hətta iddiaçının mühasibi öz ifadəsində bildirmişdir ki, 3 ildən artıq vaxt keçdiyinə görə borcun həqiqətən də olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmirlər. Lakin apellyasiya şikayənin əsas dəlilinin bu olmasına baxmayaraq, məhkəmə bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Səs yazısında borcun həqiqətən də göstərilən məbləğdə olmasını cavabdeh etiraf etməsə də, məhkəmə səs yazısına istinadla iddianı təmin etmişdir. 32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarında göstərilənlərə riayət edilməmişdir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyy ən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Lakin məhkəmə mötəbər sübutlarla təsbit olunan faktlara əsaslanmaq əvəzinə, iddiaçıya yaxın olan şəxslərin həqiqəti əks etdirməyən ifadələrinə və qeyri-müəyyən səs yazısına əsaslanmışdır. 33. “Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 2007-ci il 26 iyul tarixli qərarında göstərilənlərə riayət edilməmişdir. Sözügedən qərarda sübut etmə yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi qeyd edilsə də, cavabdehin iddiada qeyd edilən məbləği ödəməli olduğu sübuta yetirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkə məsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
35. Etiraz onunla əsaslandırılmışdır ki, dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, cavabdeh pulu ödəməmişdir. 2020-ci ilin mart ayında cavabdeh borcunu ödəmək üçün ona möhlət verilməsini xahiş etmiş, verilmiş möhlət bitdikdən sonra, 2021-ci ilin mart ayında pulu ödəməkdən imtina etmişdir. İddiaçı 2021-ci il 11 mart tarixində Şəmkir Rayon Polis İdarəsinə müraciət edərək, cavabdehdən pulun alınması və əməllərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Cavabdeh təhqiqata izahat verərkən, 2010-cu ildən iddiaçı ilə işgüzar münasibətdə olduğunu etiraf etmiş və həqiqətən iddiaçıdan buğda unu aldığını təsdiqləmiş, un xarab olduğu üçün pulu ödəmədiyini bildirmişdir. Lakin cavabdeh nə 2016-cı ili n əvvəlində un məhsullarını qəbul edərkən və nə də sonra borcun ödənilməsi tələb olunanda bu barədə hər hansı etirazını bildirməmişdir.
36. Şəmkir RPİ-nin 2021-ci il il 12 aprel tarixli qərarına əsasən, cavabdehin barəsində cinayət işinin başlanılması rədd edilməklə, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada Şəmkir Rayon Məhkəməsinə müraciət etməsi izah olunmuşdur. İddiaçı Gəncə Kommersiya Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, lakin iddia məhkəmənin 2022-ci il 28 noyabr tarixli qərarı ilə MPM-in 150.1.6 və 150.2-ci maddələrinin tələbləri əsas gətirilməklə geri qaytarılmışdır. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilmişdir.
37. İddia müddətindən 7 il keçməmişdir. Cavabdeh 2021-ci ilin mart ayına kimi iddiaçıya olan 21.536 man at pul vəsaitini ödəyəcəyinə söz vermiş, lakin pulu ödəməmişdir. Belə olan halda iddia müddətinin axımı 2021-ci ilin mart ayından hesablanmalıdır. İddiaçı hüquqlarının pozulduğunu bildikdən sonra məhkəməyə müraciət etmişdir.
38. İddiaçının mühasibinin 3 ildən artıq vaxt keçdiyi üçün borcun olmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edə bilməmələrinə dair ifadəsi ilə bağlı kassatorun dəlilinə gəldikdə isə iddiaçı bildirir ki, ifadə verən iddiaçının mühasibi deyil, satış şöbəsinin müdiri olmuşdur. O da öz ifadəsində “belə sənədlərin müəyyən vaxtdan sora arxivləşdirilərək məhv edildiyini” bildirmişdir.
39. Cavabdehin rəsmi xəbərdarlıq edilməməsi ilə bağlı dəlilinə münasibətdə iddiaçı bildirir ki, cavabdehə rəsmi qaydada pretenziya və mediasiya təklifi göndərilmişdir. Halbuki, həmin pros esə qədər cavabdeh şifahi razılaşmalar və telefon danışıqları zamanı borcunun olmaması barədə hər hansı fikir bildirməmişdir.
40. İddiaçının nümayəndəsilə cavabdeh arasındakı borcun etirafı barədə telefon danışığı yazılmış və sübut kimi elektron daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Kassasiya baxışının hədləri
41. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real z ərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə
406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müə yyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş q aydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Ali məhkəmənin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gənc ə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 oktyabr tarixli 2-2(104)-210/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
46. Məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq kassasiya şikayətinin MM-in 373-cü maddəsi üzrə dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, lakin həmin məhkəmədə iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Apellyasiya məhkəməsi tərəfindən də haqlı olaraq, cavabdehin birinci instansiya məhkəməsində sözügedən ərizəni təqdim etmək imkanı olduğu halda, bu imkandan istifadə etməməsini əsas götürməklə iddia müddəti tətbiq edilməmişdir. Belə ki, MM-in digər bir norması olan 375.1-ci maddəsində məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməli olduğu nəzərdə tutulmuşdur. Cavabdeh isə ərizəni birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunanadək deyil, iş apellyasiya məhkəməsinin icraatında olarkən təqdim etmişdir.
47. Bundan başqa, məhkəmə kollegiyası “sübut kimi yalnız şahid ifadəsininin əsas götürülməsi” ilə bağlı kassasiya şikayətinin dəlilinin əsassız olması qənaətinə gələrək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi şahid ifadələri, səs yazısı və cinayət işinin başlanmasının rədd edilməsi barədə 2021-ci il 12 aprel tarixli qərarda göstərilən cavabdehin izahatı sübut qismində qəbul olunmuş, cavabdeh həmin sübutlara qarşı hər hansı mötəbər dəlil irəli sürə bilməmiş, haz ırda kassasiya şikayətində isə işin hallarının sübut olunmadığını ümumi ifadələrlə qeyd etmişdir. Sübutları qiymətləndirmək səlahiyyətinə malik olan aşağı instansiya məhkəməsi iş üzrə mötəbər sübutlardakı məlumatların şahid ifadələri ilə uyğunluq təşkil etdiyi qənaətinə gələrək, həmin ifadələri də mötəbər sübut kimi qəbul etmişdir.
48. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymə tləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
49. Bundan başqa, yuxarıda münasibət bildirilən “sübut kimi yalnız şahid ifadəsininin əsas götürülməsi ilə bağlı” şikayətin dəlili, elə kassatorun özü tərəfindən kassasiya şikayətindəki digər dəlil ilə təkzib edilmiş, məhkəmənin səs yazısına da əsaslandığı bildirilmişdir. Həmin səs yazısının qeyri-mötəbərliyini vurğulayan kassator səs yazısının özündə həqiqəti əks etdirməməsi ilə bağlı dəlillərini aşağı instansiya məhkəməsinə təqdim etməmişdir. Cavabdehə aşağı instansiya məhkəməsində səsin ona məxsus olmadığı təqdirdə səs yazısının ekspertizasının keçirilə biləcəyi bildirilsə də, həmin təklifə də vaxtında münasibət bildirməmişdir. Bununla yanaşı, cinayət işinin başlanmasının rədd edilməsi barədə 2021-ci il 12 aprel tarixli qərardan görünür ki, cavabdeh polis idarəsinə verdiyi izahatında iddiaçıdan un məmulatlarının aldığını, ilk əvvəllər ödəniş etdiyini, lakin sonradan ona göndərilən un keyfiyyətsiz olduğundan dəyərini ödəmədiyini bildirmişdir.
50. Məhsulların Şanxay adlı şəxsə rəsmi qaydada verilməsini qeyd edən kassatorun iddiaya cavab verməli olan şəxsin hazırki cavabdeh olmaması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəməsinin qəbul etdiyi sübutlardan müəyyən olunanlara görə, hazırki iş üzrə tərəflər arasında alqı-satqı münasibəti mövcud olmuş, həmçinin cavabdeh özü də iddiaçıdan un aldığını və nəticədə borcu olduğunu etiraf etmişdir. Belə olan hal da, sözügedən münasibətin MM-in 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsindən irəli gəldiyini hesab edən məhkəmələr, bu məsələdə də hər hansı hüquq pozuntusuna yol verməmişlər.
51. Məhkəmə kollegiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş borc tələbinin qanuni əsası müəyyən edilmiş və faktiki hallar MM-in 567-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.
52. O da qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsinin tərəfləri müvafiq alqı və satqını özlərin in etibar etdiyi şəxslər tərəfindən də icra edə bilərlər. Belə olan halda, mahiyyət etibarilə təhvil-təslim prosesinin etibar edilənlər tərəfindən həyata keçirilməsi, həmin alqısatqı münasibətinin əsas tərəflərinin dəyişməsinə dəlalət etmir. Bundan başqa, hazırda cavabdehin səs yazısındakı etirafı və iş üzrə sübutlar hər bir halda tərəflər arasında alqısatqı münasibətlərinin mövcud olduğunu təsdiq etmişdir. Alqı-satqı müqaviləsinin şifahi qaydada bağlanması isə qanunla qadağan olunmur. Digər tərəfdən, cavabdehin 2016-cı il tarixində fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müraciət etməsi və buna müvafiq olaraq da onun fəaliyyətinin vergi orqanında dayandırılmış statusunda olması, həmin dövrdə cavabdehin iddiaçıdan mal almaması anlamına gəlmir.
53. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması işin hallarının sübut olunmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə, belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
54. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yo xlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir
55. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual h üquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 oktyabr tarixli 2-2(104)-210/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 oktyabr tarixli 2-2(104)-210/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.