Məhkəmə qərarları › İş №2-2(102)-124/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-124/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-124/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X” ASC-nin cavabdeh "Y"-ə qarşı iş üzrə QƏRARI Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi 16.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı "X" ASC-nin vəkili Cavabdeh "Y"-in vəkilinin iştirakı ilə, İddiaçı "X" ASC Cavabdeh "Y"-ə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Koll egiyasının 2020-ci il 22 sentyabr tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı "X" ASC (bundan sonra – “ASC”) ilə Cavabdeh "Y" (bundan sonra – “Y”) arasında 2017-ci il 17 fevral tarixində bağlanmış 42-LD/17 nömrəli müqavilədən (bundan sonra – “xxxx”) görünür ki, ASC (lizinq verən) 22 baş “Holşten-Friz” cinsli damazlıq heyvanı 3 illik müddətə lizinq yolu ilə "Y"-ə (lizinq alan) verməyi, "Y" isə öz növbəsində malların ümumi dəyərinin 33.466,51 manat məbləğini əvvəlcədən, qalan 33.466,53 manat məbləğini isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. 2. müqavilənin şərtlərinə görə: 2.1. ASC damazlıq heyvanları sağlam vəziyyətdə bütün sənədlərlə birlikdə və sığortalanmış vəziyyətdə "Y"-ə verilməsini təmin edir (2.1.1 və 2.1.2-ci bəndlər); 2.2. "Y" damazlıq heyvanların damazlıq məqsədi üçün istifadə olunmasını, onlara qulluğun aparılmasını, zoobaytar xidmətlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün 3 gündən gec olmayaraq müvafiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınaraq xxxx bağlanmasını, saxlandığı yerin (tövlənin) zoobaytar tələblərə tam cavab verməsini, yem bazası ilə təmin edilməsini, qorunub saxlanılmasını öhdəsinə götürür (2.2.3-cü bənd); 2.3. "Y", onun səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, ödənilməmiş qalıq dəyərini ASC-yə ödəyir (2.2.10-cu bənd).

3. İş materiallarına əlavə edilmiş 2020-ci il 9 iyun tarixli maliyyə arayışından görünür ki, "Y" LD/17 nömrəli ümumi dəyəri 66.932,99 manat olan müqavilə üzrə ASC-yə əsas borcu 33.466,66 manat və hesablanmış cərimə 2.725,63 manat təşkil edir.

4. İş materiallarına əlavə edilmiş 2017-ci il 18 iyul tarixli 0791, 0800 nömrəli, 19 iyul tarixli 0794 nömrəli, 26 iyul tarixli 0825 nömrəli Laboratoriyası tərəfindən aparılmış müayinlərin nəticəsi barədə ekspertiza rəylərindən görünür ki, aparılan müayinələr zamanı infeksion xəstəliklərin törədiciləri aşkar olunmamışdır.

5. İş materiallarına əlavə edilmiş ASC ilə “müqavilə” (bundan sonra – “müqavilə”) arasında bağlanmış ASC-yə məxsus iri buynuzlu cins damazlıq heyvanların sığortalanması haqqında 2017-ci il 26 may tarixli 28/17 nömrəli müqavilədən görünür ki, sığortalı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydaların icrası ilə əlaqədar bu müqavilə ilə müəyyən olunmuş sığorta haqqını ödəməyi, sığortaçı isə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu müqavilədə göstərilən sığorta hadisəsi baş verdikdə, sığortalının təqdim edəcəyi siyahıda göstərilən və bu müqavilənin tərkib hissəsi sayılacaq tərəflər arasında əlavə razılaşma ilə müəyyən olunan damazlıq heyvanlara dəyən ziyan və zərərləri ödəməyi öhdələrinə götürmüşlər.

6. Həmin müqavilənin 17.1 və 17.2-ci bəndlərinə əsasən, lizinq alan (təsərrüfat sahibi) sığorta predmetini “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və müavfiq normativlərə uyğun olaraq saxlanılıb bəslənməsini təmin etməli, lizinq verən (sığortalı) lizinq alan (təsərrüfat sahibi) tərəfindən sığorta predmetinin KT Nazirliyinin və ASC-nin mütəxəssisləri tərəfindən hazırlanmış “Lizinq qaydasında güzəştlə satılan damazlıq heyv anların saxlanılması və yemləndirilməsinə dair” qaydalara riayət etməsinə nəzarət etməlidir.

7. İş materiallarına əlavə edilmiş "P" tərəfindən təqdim edilmiş 2018-ci il 7 avqust tarixli rəydən görünür ki, keçirilmiş monitorinqlər nəticəsində məlum olmuşdur ki, təsərrüfatda cins damazlıq düyələrin saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə riayət olunmamışdır. Heyvanlar antisanitar şəraitdə bağlı vəziyyətdə saxlanılır, yemləmə birtərəfli aparılır və heyvanlara yaşıl, sulu şirəli yemlər verilmir. Bundan əlavə, döşəmə beton olmaqla heyvanaların altına döşənəcək sərilməsi təşkil olunmamışdır. Heyvanlara mütəmadi baytarlıq baxışı keçirmək və baytar xidməti göstərmək üçün təsərrüfatda müqavilə üzrə tələb olunan baytar həkimi yoxdur. Qeyd olunanlara əsasən göstərilən tələblərə riayət olunmadığından "P" sözügedən hadisələrlə bağlı məsuliyyət daşımır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki ASC-nin adı dəyişdirilərək “X” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. ASC "Y"-ə qarşı “damazlıq heyvanlar üzrə kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmə əmri haqqında ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək, 15.210 manat əsas borc, 2.725,63 manat cərimə borcu və 20 manat dövlət rüsumunun, cəmi 17.955,63 manat pul vəsaitinin "Y"-dən tutularaq ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı şəhər Sabunşu rayon məhkəməsinin 2018-ci il 20 sen tyabr tarixli 2(008)-7412/2018 saylı məhkəmə əmri ilə "Y"-dən 17.935,63 manat pulun ASC-yə ödənilməsi və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir (hakim – S.A). 10. "Y" 2019-cu il 21 fevral tarixində Sabunçu rayon məhkəməsinin 2018-ci il 20 sentyabr tarixli 2(008)-SRM/2018 nömrəli məhkəmə əmrindən etiraz vermiş və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir.

11. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2019-cu il 27 fevral tarixli 2(008)-SRM/2019 saylı qərardadı ilə "Y"-in vəsatəti təmin edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 12. "Y" 2019-cu il 7 mart tarixində ərazi aidiyyatının dəyişdirilməsi barədə ərizə ilə Sabunçu rayon məhkəməsinə müraciət ünvanlamışdır.

13. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2019-cu il 11 mart tarixli 2(008)-SRM/ 2019 saylı qərardadına əsasən, "Y"-in vəsatəti təmin edilmiş iddia ərizəsi üzrə 2(008)-SRM/2019 nömrəli mülki işin baxılması üçün Bakı şəhər Binəqədi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – A.P).

14. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2019-cu il 24 sentyabr tarixli 2(001)BRM/2019 saylı qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim –S.S).

15. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamı ilə həmin İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir.

16. ASC-nin nümayəndəsi 2020-ci il 9 iyun tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 2020- ci il 9 iyun tarixə yaranmış 33.466,66 manat əsas borcun, 2.725,63 manat cərimənin və 20 manat dövlət rüsumunun "Y"-dən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən "Y" güzəştli dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 66.933,04 manat olmaqla 22 baş damazlıq heyvanları lizinqə götürmüş, damazlıq heyvanların ümumi dəyərindən 33.466,43 manat məbləğində ilkin ödəniş etmişdir. "Y" müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, bu səbəbdən də yuxarıda § 16-da göstərilən borcu yaranmışdır.

18. ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirm işdir ki, heyvanların ölməsi faktı barədə "P" tərəfindən təqdim edilmiş 2018-ci il 7 avqust tarixli rəydə 22 baş düyədən 7 baş düyənin ağ ciyər və digər xəstəliklər nəticəsində müxtəlif vaxtlarda tələf olması barədə məlumatın araşdırılması üçün mal-qaranın saxlanma və bəslənmə şəraiti ilə bağlı qeyd olunan iri buynuzlu heyvanların saxlanıdığı rayonu N saylı qəsəbəsində monitorinqlər keçirildiyi göstərilmişdir. Monitorinqlər nəticəsində yuxarıda § 7-də göstərilənlər məlum olmuşdur. Belə olan halda Cavabdeh tərəfindən müqavilə üzrə icra edilməmiş öhdəliklər yerinə yetirilməlidir. 19. "Y" məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilə üzrə lizinqə götürdüyü damazlıq iribuynuzlu heyvanların ümumi dəyərinin yarısını (33.466,43 manat) qabaqcadan ödəmişdir. Bir müddət so nra heyvanlar tələf olmuşdur. Bununla bağlı müvafiq ekspertiza keçirilmiş, tələf olunmuş heyvanlar yarılaraq ölüm səbəbləri müəyyən edilmişdir. Bundan sonra "P" tərəfindən tamamilə əsassız rəy tərtib edilmişdir. "Y" göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

20. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli 2-2(113)-BKM/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "Y"-dən 33.466,66 manat əsas borc, 200 manat cərimə borcu və 20 manat dövlət rüsumunun tutularaq ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – S.Nuriyeva).

21. Məhkəmə hesab etmişdir ki, "Y"-in müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırkı öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozul ması, müqavilə üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi işin mübahisəsiz halları olmaqla, həmin faktlar iş materialları ilə də öz təsdiqini tapdığından "Y" 33.466,66 manat məbləğində əsas borcu qanunsuz saxlamış, onun ödənilməsini gecikdirmişdir.

22. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə göstərilmiş 2.725,63 manat cərimə məbləği 200 manat məbləğində azaldılmalıdır.

23. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 14.1, 385.1, 386.1, 425.1, 425.2, 442, 462.1, 747.1, 748-1.12.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 24. "Y" 2020-ci il 6 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamən in ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 22 sentyabr tarixli 22(103)-BAM/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli 2-2(113)-BKM/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Q, hakimlər – C.Y və V.B).

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "Y" tərəfindən yalnız 33.466,51 manat məbləğində avans ödənişi aparılmış, bundan sonra heç bir ödəniş edilməmişdir. Beləliklə "Y" öhdəliklərini lazımınca icra etməyərək müqavilə ilə müəyyən edilmiş rüblük ödənişləri vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur.

27. Həmçinin kollegiya hesab etmiş dir ki, dəbbə pulunun tutulması hissəsində iddia qismən əsaslıdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilənin şərtlərindən də göründüyü kimi, lizinq alan təhvil-təslimi zamanı damazlıq heyvanların sağlam olub-olmamasını yoxlamalı, əgər aralarında xəstə və ya digər çatışmazlığı olan heyvan vardısa, onu qəbul etməməli idi. Lakin hazırki işdə lizinq alan "Y" təhvil-təslim zamanı heç bir pretenziya irəli sürmədən təhvil-təslim aktını imzalamışdır.

29. Eyni zamanda, "Y" istinad etdiyi hallar məhz sığorta hadisəsi ilə bağlıdır və bununla bağlı kollegiya izah edir ki, əgər o, heyvanların tələf olması ilə bağlı sığorta hadisəsinin baş verdiyinə istinad edirsə, bu zaman sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığortaçı şirkətə müraciət edə, imtina cavabı aldığı təqdirdə isə bunun la bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, öz qətnaməsini aşağı məhkəmənin istinad etdiyi qanunvericilik aktlarından başqa MM-in 467-ci maddəsinə istinad etməklə əsaslandırmışdır (bax yuxarıda §§ 21-23). 31. "Y" həmin qətnamədən 2020-ci il 29 dekabr tarixində kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

32. ASC tərəf məhkəmə iclasına gəlməmiş və məhkəmə MPM-nin 376.2-ci maddəsinin rəhbər tutaraq işə baxmışdır. Lakin "Y" ASC tərəfin iştira kı ilə məhkəmə prosesinin keçirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə MPM-nin 9-cu maddəsini pozaraq xahişi təmin etməmişdir.

33. Məhkəmə işə baxarkən MM-in 748-ci maddəsinin tələblərin, lizinq müqaviləsinin formasına dair tələblərə əməl olunmasını araşdırmadan qətnamə çıxarmışdır. Halbuki hazırkı lizinq müqaviləsində onun forması, lizinq obyektinin dəqiq təsviri göstərilməmişdir.

34. Lizinq müqaviləsi 2017-ci il 17 fevral tarixində, malların təhvil-qəbul aktı isə müqavilə bağlanmamışdan qabaq – 2017-ci il 27 yanvar tarixində imzalanmışdır. Həmin aktın özündə də çatışmazlıqlar var. Belə ki, aktda qeyd edilən rayon baytarlıq idarəsinin rəisi və ASC-nin rayon şöbəsinin rəhbərinin nə adı, nə də imzası mövcuddur.

35. Kassasiya şikayəti MM-in 748-ci, MPM-nin 9, 417, 418.4.5, 418.4.6, 421- ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etdi

38. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılma sını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-nin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

40. İş üzrə "Y" apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsin i yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

42. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir...” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhd əliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılma sı Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı xxxx ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....”

43. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri “... 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olara q 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir....” “Maddə

259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:... 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələ blərindən kənara çıxa bilər.” “Maddə

376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....”

44. KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir: “Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.” “Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əda lətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

46. Məhkəmə kollegiyası çəkişmə prinsipinin məhkəmə tərəfindən pozulmasına dair dəlili (bax yuxarıda § 32) əsassız hesab edir.

47. KMP-nin formalaşdırdığı hüquqi mövqeyə görə (bax yuxarıda § 44), mülki prosesdə çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Həmin prinsipin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən qanunla və məhkəmə tərəfindən təmin edilən bərabər imkana malik olmalıdırlar. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqlar ın həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir.

48. İşin hallarından görünür ki, ASC öz iddiasını əsaslandırdığı halları təsdiq edən dəlilləri, sübutları müəyyən olunmuş qaydada məhkəməyə təqdim etmiş, "Y" də həmin dəlillərə, sübutlara qarşı öz mövqeyini formalaşdırmağa və müdafiə etməyə bütün prosessual imkanları olmuşdur. "Y" bütün məhkəmə iclaslarında iştirakı təmin olunmuş və o, öz prosessual hüquqlarından öz mülahizələrinə uyğun sərbəst şəkildə istifadə etmişdir.

49. Bir sözlə, ASC-nin məhkəmə iclaslarında iştirak etməməsinin "Y"-ə münasibətdə çəkimə və tərəflərin prosessual hüquq bərabərliyi prinsiplərinin təmin olunmasına heç bir maneçiliyi, mənfi təsiri olmamışdır.

50. Digər tərəfdən, MPM-nin 185.4 və 376.2-ci maddələrinə (bax yuxarıda § 43) görə, məhkəmə baxışının va xtı və yeri haqqında lazımi qaydada xəbərdar edilən iddiaçı məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsi işə baxılmasına mane olmur.

51. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ASC-nin iştirakı olmadan işə baxmaqda haqlı olmuş, bununla bağlı hər hansı prosessual pozuntuya yol verməmişdir.

52. Məhkəmə kollegiyası lizinq müqaviləsinin formasına dair tələblərə əməl olunması məhkəmə prosesində araşdırılmadan qətnamə qəbul edilməsinə, təhvil-qəbul aktının tarixinin müqavilədən əvvəlki tarixə təsadüf etməsinə, həmin aktda müvafiq vəzifəli şəxslərin adları və imzalarının olmamasına dair dəlillərinə (bax yuxarıda §§ 33-34) münasibətdə a şağıdakıları bildirməyi zəruri hesab edir.

53. Əvvəla, həmin dəlillər proses boyu məhkəmə baxışının predmeti olmamışdır. Halbuki onlar "Y"-a əvvəldən məlum idi və məlum olmalı idi. Ona görə də "Y" prosessual qanunun tələblərinə əməl edərək onları əvvəlki məhkəmə instansiyalarında lazımi qaydada təqdim etməli, qarşı tərəf bu dəlillərə dair öz münasibətini bildirməli, işə baxan məhkəmələr isə öz qiymətini verməli idi. Bu baxımdan, məhkəmə kollegiyası hazırkı vəziyyətdə işin faktiki hallarına aid olan və proses boyu müzakirə predmeti olmamış bu dəlillərin əsaslılığı barədə öz mövqeyini ifadə etməyə lüzum bilmir.

54. İkincisi, həmin dəlillərin hətta əsaslı olması güman edilsə belə, hazırda onlar mübahisənin həllinə təsir etmir və edə də bilməz. Belə ki, işin materiallarından görünür ki, "Y" li zinq predmetini öz istifadəsinə qəbul etmiş, onu geri qaytarmamış, bununla bağlı hər hansı rəsmi pretenziya irəli sürməmiş, mallara görə 33.466,51 manat məbləğində avans ödənişi aparmışdır. "Y" özü də heç zaman bu faktların mövcudluğunu təkzib etməmişdir. Başqa sözlə, müqavilə ilə nəzərdə tutulmuş bütün malların "Y" tərəfindən təhvil alınması işin mübahisəz halıdır.

55. Digər tərəfdən, hazırkı iş üzrə iddia tələbi lizinq müqaviləsinin və təhvil-təslim aktının etibarsızlığı olmadığından kassatorun dəlilləri mübahisənin düzgün həlli üçün heç bir əhəmiyyət kəsb etmir.

56. Ona görə də məhkəmə kollegiyasının qənaəti belədir ki, kassatorun sözü gedən dəlilləri ilə bağlı da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

57. Şərh olunanlara v ə MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 22 sentyabr tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar