Məhkəmə qərarları › İş №2-2(102)-496/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-496/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-496/2024 02.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MTK-ya qarşı ““cavabdehdən 7.500.000 manat məbləğində əsas borcu, 720.415.51 manat məbləğində fa iz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 sentyabr tarixli 2-2(103)-12/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 (bundan sonra-“ iddiaçı”) 2018-ci il 21 fevral tarixində cavabdeh "xxxx" MTK-ya ( bundan sonra-cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.500.000 manat məbləğində əsas borcu, 720.415.51 manat məbləğində faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 iyun tarixli 2-2(113)-347/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir ( hakim L.Əliyeva). Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi baradə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 22(103)-124/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edənməruzəçi hakim C.Yusifov, hakimlər V.Baxışova və R.Qurbanov). Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli 2-2(102)- 308/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunaraq, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir ( sədrlik edən- məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və Z.Əliyev). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 sentyabr tarixli 2-2(103)-12/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim M.Tağızadə, hakimlər İ.Şirinov və K.Əkbərov). Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mü mkünlüyü yoxlanılarkən şikayətin cavabdeh müəssisənin direktoru tərəfindən imzalanmasına baxmayaraq, onu tərtib etmiş vəkil tərəfindən imzalanmadığı, bununla da kassasiya şikayətinin MPM-in 407.3-cü maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinin tələbinə görə “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza-imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənədinformasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi, “Elektron Məhkəmə” informasiya sistemində i istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənədi, elektron sənəd hesab etmişdir. Hazırkı halda “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, kassasiya şikayəti elektron qaydada 2024-cü il 10 may tarixində yalnız cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndə2 tərəfindən imzalanmış, lakin şikayəti tərtib edən Vəkil tərəfindən elektron qaydada imzalanm amışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 sentyabr tarixli 2-2(103)-12/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar