Məhkəmə qərarları › İş №2-2(102)-588/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-588/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-588/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ca vabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023- cü il 15 sentyabr tarixli 2-2(103)-12/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Borc verən İddiaçı ASC ilə borc alan "xxxx" MTK-ya arasında 2016-cı il 21 iyul tarixli 020/16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, borc verən borc alana 2021-ci il 21 iyul tarixinədək illik 7 faiz ödənilmək şərtilə istehlak məqsədi ilə 7.500.000 manat kredit verilmişdir. Borc alan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Borc alan kredit və ya ona hesablanmış faizləri nəzərdə tutulmuş tarix lərdə ödəmədikdə hər gecikdirilmiş gün ödəniş məbləğinin 1 faiz həcmində və vaxtı keçmiş kredit üzrə illik faiz dərəcəsi 14 faiz ödəməlidir. Borc alan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 22 iyul tarixli qərarı ilə ərizəçi Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, ASC-nin məcburi ləğv olunması və Əmanətlərin Sığortalanması Fondunun 2016-cı il 24 iyul tarixindən etibarən bankın ləğvedicisi təyin edilməsi qərara alınmışdır.

3. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 2017-ci il 20 oktyabr tarixli xəbərdarlıq ilə sonuncuya 2017-ci il 13 oktyabr tarixinədək hesablanan 7.500.000 manat əsas, 647.499,01 manat faiz borcunun 5 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 4. 2017-ci il 7 dekabr tarixli maliyyə arayışından 2016-cı il 21 iyul tarixli kredit müqaviləsi üzrə "xxxx" MTK-nın ödənilməmiş 7.500.000 manat əsas (qalıq) borcu, 720.415,51 manat faiz borcu olmaqla, cəmi 8.220.415,51 manat borcunun olduğu müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra-“iddiaçı”) 2018-ci il 21 fevral tarixində "xxxx" MTK-ya (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.500.000 manat əsas borc, 720.415.51 m anat faiz borcu, ümumilikdə 8.220.415,51 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2016-cı il 21 iyul tarixli 020/16 nömrəli (bundan sonra-“kredit müqaviləsi”) müqavilə üzrə bank qarşısındakı öhdəliklərini bu günədək lazımi qaydada yerinə yetirməmiş, ödənişlərini vaxtında etməmiş, nəticədə cavabdehin banka 7.500.000 manat əsas borcu, 720.415.51 manat faiz borcu, ümumilikdə 8.220.415,51 manat borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pulun ödənilməsi tələbi ilə cavabdehə xəbərdarlıqlar edilmiş, kredit müqaviləsi üzrə əsas, kreditdən istifadə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında mə lumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunsa da, öhdəlik bu günədək yerinə yetirilməmişdir.

7. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müəyyən ödənişlərin edildiyini bildirmişdir.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibat ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 8 noyabr tarixli 7814 nömrəli ekspert rəyində göstərilmişdir ki, kredit müqaviləsi ilə illik 7 faiz dərəcəsi olmaqla 60 ay müddətinə verilmiş 7.500.000 manat kredit məbləği üzrə əsas və faiz borcunu ekspertiza tədqiqatı ilə müəyyən etmək mümkün olmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 iyun tarixli 2-2(113)-347/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim L.Əliyeva).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh iddiaya etirazlarına əsas kimi mübahisəli müqavilə üzrə ödənişlər etməsinə və borclarının məbləğinin daha az olmasına istinad etsə də, müqavilə üzrə ödənişləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

11. Cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən olunmuş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin banka 7.500.000 manat əsas, 720.415,51 manat faiz borcu, cəmi 8.220.415,51 manat borcu yaranmışdır. Belə olan halda, məhkəmə cavabdehin kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, kredit müqaviləsinin bağlanmasından 4 ilə yaxı n müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin müqavilə üzrə heç bir ödənişin həyata keçirilmədiyini nəzərə alaraq, iddiaçının kredit müqaviləsi üzrə yaranmış faiz borcunu tələb etməkdə haqlı olması qənaətinə gəlmişdir.

12. Digər tərəfdən, məhkəmə cavabdehin kredit müqaviləsinin bağlanmasından keçən müddət ərzində faiz borcunun ödənilməsi öhdəliyini ümumiyyətlə icra etmədiyini nəzərə alaraq, iddiaçının qanunvericiliyin tələbinə əsasən əsas borcun dərhal qaytarılmasını tələb etmək hüququna malik olduğu qənaətinə gəlmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386, 442, 443.1, 448.1, 739 və 743-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə ist inadla əsaslandırmışdır.

14. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2-2(103)-124/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim C.Yusifov, hakimlər V.Baxışova və R.Qurbanov).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin şikayətinin dəlillərindən kredit müqaviləsinin bağlanması və bank tərəfindən ona 7 500.000 manat kredit verilməsinin cavabdeh tərəfindən mübahisələndiri lmədiyi görünür. Lakin apellyasiya şikayətində “iddiaçı tərəfindən məhkəməyə borc ilə bağlı kassa məxaric orderinin təqdim edilmədiyi” göstərilmişdir. Cavabdehin qeyd olunan dəlilinə münasibətdə məhkəmə, iddiaçı tərəfindən təqdim olunmuş 2016-cı il 21 iyul tarixli 068856 nömrəli cavabdeh tərəfindən imzalanmış və dairəvi möhürü ilə təsdiqlənən çekə istinadla qeyd etmişdir ki, həmin çeklə cavabdehə 2016-cı il 21 iyul tarixində həqiqətən 7.500.000 manat kredit məbləğinin verildiyi müəyyən olunmuşdur.

17. Məhkəmə şikayətin “iddiaçının məhkəməyə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış təqdim etməsi və həmin çıxarışda da hansı məbləğdə borcun verilməsinin müəyyən edilməsinin qeyri-mümkünlüyü” barədə dəlili ilə də razılaşmamışdır. Çünki, iddiaçı tərəfindən məhkəməyə iddiaçının hesabından çıx arışdan əlavə, 2017-ci il 7 dekabr tarixli maliyyə arayışı da təqdim edilmiş, bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən borcun dəqiqləşdirilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası da təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2019-cu il 8 noyabr tarixli ekspert rəyi də məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan sənədlərə əsasən isə müəyyən olunmuşdur ki, cavabdehin kredit müqaviləsi üzrə ödənişləri mövcud olmamış, 2017-ci il 5 dekabr tarixinə onun 7.500.000 manat əsas borcu, 720.415,51 manat faiz borcu yaranmış, onun banka olan cəmi borcu 8.220.415,51 manat təşkil etmişdir.

18. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən, borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələb i üzrə təhlükə yaradarsa, borcun dərhal qaytarılmasını tələb etmək hüququ (məhkəmə qaydasında və s.) vardır. MM-nin 743-cü maddəsi də məhz nəzərdə tutur ki, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Tərəflər arasındakı kredit müqaviləsinin qeyd olunan şərtini və MM-nin sözügedən normasından irəli gələn tələbini nəzərə alan məhkəmə, iddiaçının hazırkı iddia tələbində haqlı olması qənaətinə gəlmişdir.

19. Şikayətin “iddiaçının ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca hesabdan çıxarışı məhkəməyə təqdim etməli olduğunu mübahisələndirən” dəlilinə gəldikdə isə, məhkəmə onun bu dəlilini formal xarakterli dəlil kimi qiymətləndirilmişdir. Belə ki, hazırki mübahisənin predmetini yalnız bir müqavilə üzrə, o cümlədən kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyi təşkil etmişdir və həmin müqavilə üzrə də bank hesabından çıxarış məhkəməyə təqdim olunmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 739.1, 739.2 və 743cü maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Azərbaycan Respublikasının A li Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli 2-2(102)-308/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və Z.Əliyev).

23. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulmasını mübahisələndirən cavabdeh “həmin müqavilənin formal bağlanmasına, müqaviləyə əsasən cavabdehə hər hansı vəsaitin verilməməsinə, kredit vəsaitlərinin bankın idarə heyətinin sədri vəzifəsində işləmiş X3 (bundan sonra – “N.İsmayılov”) tərəfindən mənimsənilməsinə istinad etmiş, göstərilən faktla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin i stintaqının yekunlaşdığını və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini” qeyd etmişdir. 24. “N.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair” cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunmuşdur: “... 2014-2016-cı illərdə sonuncunun direktoru olduğu "xxxx" MTK-nın adına 14.709.260 manat təminatsız kredit rəsmiləşdirilməsinə dair qanunsuz tapşırığına əsasən... İddiaçı ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. ”

25. Həmin dəlillə bağlı “elektron məhkəmə” informasiya sistemindən çıxarışdan məlum olmuşdur ki, təqsirləndirilən N.İsmayılov barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.

26. Analoji mübahisə üzrə Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 17 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cina yət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

27. Həmin qərarda göstərilmişdir ki, mülki işə baxan məhkəmə instansiyaları, o cümlədən Ali Məhkəmənin Kommersiya Kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilən halların preyudisial əhəmiyyət daşımasına hüquqi qiymət verməmiş və bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur. K MP şikayətlə bağlı, həmçinin əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək bir daha qeyd etməyi vacib bilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

28. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021ci il 17 fevral tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə qəbul ediləcək məhkəmə aktının hazırki iş üzrə preyudisial əhəmiyyətini nəzərə alaraq, apellyasiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv olunması, sözügedən cinayət işi yekunlaşanadək iş üzrə icraatın dayandırılması məsələsinə MPM-nin 254-cü maddəsinin tələbləri qaydasında hüquqi qiymət verilməli olması qənaətinə gəlmişdir.

29. Bundan əlavə, hazırkı iş üzrə əsas və faiz borcunun dəqiq müəyyən edilməsi üçün ekspertiza təyin olunmuş, lakin ekspertizaya təqdim olunmuş sənədlər mübahisə predmetinə aid olmadığından və natamam olduğundan, tədqiqat nəticəsində ekspertiza qarşısında qoyulmuş sualları cavablandırmaq və həmin borcların həcmini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sözügedən istiqamətdə əlavə araşdırma aparmadan iddia tələbini tam təmin etmiş, apellyasiya məhkəməsi isə qətnaməni qüvvədə saxlamış, tu tulması qət edilmiş faiz borcunun necə (hansı qaydada) hesablanmasına, tələb olunan məbləğin əsaslı olub-olmamasına hər hansı münasibət bildirilməmiş, bununla da sübutların qiymətləndirilməsinə dair mülki prosessual qanunvericiliyin tələblərinə tam əməl olunmamışdır.

30. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 442, 443.1, 448.1, 739.1, 739.2 və 743-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 fevral tarixli Qərarına, MPM-nin 14.2, 77.1, 88, 119.1, 254.1.4, 254.2 və 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 sentyabr tarixli 2-2(103)-12/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şi kayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim M.Tağızadə, hakimlər K.Əkbərov və İ.Şirinov).

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə görə, borc verən borc alana 21 iyul 2021-ci il tarixənədək illik 7% ödənilmək şərtilə istehlak məqsədi ilə 7.500.000 manat məbləğində kredit verilmişdir. Borc alan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Borc alan kredit və ya ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün ödəniş məbləğinin 1% həcmində və vaxtı keçmiş kredit üzrə illik faiz dərəcəsi 14% ödəməlidir. Borc alan kredit müqaviləsi üzrə fa izləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

33. Apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış 21 iyul 2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsini və bank tərəfindən ona 7.500.000 manat məbləğində kredit verilməsini mübahisələndirməmişdir.

34. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hal: 1- İddiaçı tərəfindən məhkəməyə borc ilə bağlı kassa məxaric orderinin təqdim edilməməsi; 2- İddiacının məhkəməyə bir ədəd ümumi şəkildə hesabdan cıxarışda hansı məbləğdə borcun verilməsinin müəyyən edilməməsi ilə bağlı olmuşdur.

35. Birinci dəlillə bağlı iddiacı tərəfindən apelyasiya instansiyasına təqdim edilmiş "xxxx" MTK-ya aid möhürlə təsdiq edilmiş 21 iyul 2016-cı il tarixli 068856 saylı cekdən görünür ki, həmin ceklə Qarant-R MTK-ya 21 iyul 2016-cı il tarixdə həqiqətən 7.500.000 manat məbləğində kredit verilmişdir.

36. Digər dəlillə bağlı məhkəmənin qiymətləndirməsi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə hesabdan çıxarışdan əlavə, 07 dekabr 2017-ci il tarixli maliyyə arayışı da təqdim edilmişdir. Borcun dəqiqləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7814 saylı, 08 noyabr 2019-cu il tarixli ekspert rəyindən isə müəyyən olunur ki, ekspertiza ilə xx.xx.2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsi ilə illik 7% dərəcəsi olmaqla 60 ay müddətinə verilmiş 7.500.000 manat məbləğində kredit məbləği üzrə əsas və faiz borcunu ekspertiza tədqiqatı ilə müəyyən etmək mümkün olmamışdır.

37. Bu baxımdan məhkəmə hesab etmişdir ki, borc məbləği iddiacı tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən olunmuşdur. Çünki, cavabdeh borc məbləğinin bir hissəsini ödədiyini birinci instansiya məhkəməsinin iclasında bildirsə də, bu barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə sübut təqdim etməmişdir.

38. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiya məhkəməsində öz təsdiqini tapmış işin həqiqi hallarından müəyyən olunmuşdur ki, 21 iyul 2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsi üzrə ödənişlər olmamış, 05 dekabr 2017-ci il tarixinə cavabdehin 7.500.000 manat əsas borc, 720.415,51 manat faiz borcu yaranmış, onun banka olan cəmi borcu 8.220.415,51 manat təşkil edir.

39. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi cavabdehin 21 iyul 2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə iddiacının əsas borc və faiz borcunu tələb etməkdə haqlı olmasına dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır.

40. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərini nəzərə alan məhkəmə 2-2(103)-1228/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərardadı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh "xxxx" MTK-ya qarşı cavabdehdən 7.500.000 manat məbləğdə əsas borc, 720.415.51 manat məbləğdə faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğdə kredit borcunun tutularaq onun xeyrinə ödənilməsi tələbinə d air hazırkı kommersiya mübahisəsi üzrə icraatı, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-653/2021 nömrəli cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırmışdır.

41. Təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-32/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı qəbul edilmişdir. Qeyd edilən məhkəmə aktlarından görünür ki, İddiaçı ASC-nin Müşahidə şurasının sədri vəzifəsinə seçilmiş X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2022ci il tarixli, 1(1 01)-80/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və sair maddələri ilə təqsirli bilinib, 03 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

42. Hökmdən görünür ki, X3 qohumu Qanuni nümayəndə2 adına 2013-2015-ci illərdə 10.137.846 manat, 2014-2016-cı illərdə sonuncunun direktoru olduğu "xxxx" MTKnın adına 14.709.260 manat məbləğində təminatsız kredit rəsmiləşdirilməsinə dair qanunsuz tağşırıqlarına əsasən, 7.500.000 manat kreditin verilməsinə dair xx.xx.2016-ci il tarixli 020/16 saylı kredit müqaviləsi və həmin vəsaitlərin Qanuni nümayəndə2 tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaq la həmin tarixlərdə qeyd edilən sənədlər sonuncuya imzaladıldıqdan sonra, ümumilikdə 18.000.000 manat məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri və Qanuni nümayəndə2 vasitəsi ilə xərcləmək üçün götürmüşdür.

43. Göründüyü kimi qeyd edilən hökmlə də müəyyən olunmuşdur ki, tərəflər arasında 21 iyul 2016-ci il tarixli 020/16 saylı kredit müqaviləsi imzalanmış, daha sonra məbləğ iddiaçının direktoru tərəfindən məxaric orderi imzalanmaqla alınmış və götürülmüş kredit məbləği daha sonra X2 verilməsi cavabdehin məsul şəxsinin vasitəsi ilə baş vermişdir.

44. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-30/2021 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-519 /2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarlarından görünür ki, tərəflər arasında borc münasibətlərinə dair əvvəllərdə mübahisələr olmuş, həmin mübahisələr qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə İddiaçı ASC-nin lehinə həll olunmuşdur.

45. Başqa sözlə, "xxxx" MTK dəfələrlə İddiaçı ASC-dən kredit müqaviləsi üzrə kredit götürmüş, lakin yaranmış borc məbləğlərinin ödənilməsindən yayınmışdır.

46. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 386, 442, 443.1, 448.1, 739 və 743-cü maddələrinə, MPM-nin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

47. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. MM-nin 385.1 və 386-cı maddələri üzrə-mübahisələndirilən qətnamədə öhdəliyin yaranmasının əsasları və yaranmış münasibətdən sonra tərəflərin hüquqları qeyd olunmuş və kredit müqaviləsinə istinad edilmişdir. Halbuki, N.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 21 iyul tarixli qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 22 iyun tarixli qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu 2016-ci il 24 iyul tarixindən İddiaçı ASC-nin ləğvedicisi təyin ol unmuşdur. Daha doğrusu, lisenziyası ləğv olunmuş bankın, lisenziyasının ləğv edildiyi 2016-ci il 21 iyul tarixində yüksək məbləğli kredit müqaviləsi imzalamasının heç bir hüquqi və məntiqi açıqlaması yoxdur. Belə olan halda məhkəmə kollegiyasının “N.İsmayılov ilə Qanuni nümayəndə2 qohum olmasına və 7.500.000 manat krediti cavabdehin direktoru kimi onun vasitəsi ilə götürülməsinə, daha sonra məbləğ iddiaçının direktoru tərəfindən məxaric orderi imzalanmaqla alınmasına və götürülmüş kredit məbləğinin daha sonra N.İsmayılova verilməsinin cavabdehin məsul şəxsinin vasitəsi ilə baş verməsinə” dair qənaəti əsassızdır.

49. N.İsmayılov tərəfindən 2013-2015-ci illərdə qohumu Qanuni nümayəndə2 adına və direktoru olduğu cavabdehin adına müxtəlif məbləğlərdə təminatsız kredit müqaviləsi rəsmiləşdirilm iş, lakin həmin müqavilələr üzrə heç bir ödəniş edilməməsinə baxmayaraq, bankın lisenziyasının ləğv olunduğu 2016-ci il 21 iyul tarixində heç bir təminatı olmadan yüksək məbləğli kredit müqaviləsinin rəsmiləşdirilməsi, həmin müqavilənin saxtalaşdırılaraq, məbləğin N.İsmayılov tərəfindən mənimsənilməsinin nümunəsidir. Belə ki, apellyasiya şikayətində cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ilə bağlı kassa məxaric qəbzi və hesabdan çıxarış təqdim edilməsi tələb olunsa da, iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməkdən yayınmış, cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış təqdim etmişdir. Həmin çıxarışda da hansı məbləğdə borcun verilməsini müəyyən etmək mümkün olmamışdır. İddia edilən halı sübut etmə vəzifəsi daşıyan iddiaçı ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca hesabda n çıxarışı məhkəməyə təqdim etməli idi. 50. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsi üzrə-İddiaçı ASC-nin müşahidə şurasının sədri vəzifəsinə seçilmiş N.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 4 fevral tarixli 1(101)-80/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və sair maddələri ilə təqsirli bilinmiş, 3 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 16 yanvar tarixli 1(103)32/2023 nömrəli hökmü ilə dəyişdirilərək, N.İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə təyin olunan və hökmlə Cinayət Məcəlləsinin 308.2-ci maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 64-cü maddələrinə əsasən qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə N.İsmayılova qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Həmin hökm ilə müəyyən olunmuşdur ki, N.İsmayılov qohumu Qanuni nümayəndə2 adına başqa kredit müqavilələri ilə yanaşı direktoru olduğu hazırki iş üzrə cavabdehə 7.500.000 manat kreditin verilməsinə dair kredit müqaviləsi və həmin vəsaitin Qanuni nümayəndə2 tərəfindən götürülməsinə da ir saxta sənədlər hazırlamaqla pul vəsaitini bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə özü üçün mənimsəmişdir. Digər bir ifadə ilə qeyd edilən məbləğdə pul vəsaiti təyinatı üzrə Qanuni nümayəndə2 və direktoru olduğu cavabdehin mənafeyinə xərclənməmiş, N.İsmayılov tərəfindən sənədlər və imzalar saxtalaşdırılmaqla, cinayət yolu ilə əldə edilərək öz tələbatını ödəmək üçün mənimsənilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə kredit məbləği cavabdeh tərəfindən şəxsən götürülmüşdür. Kredit məbləği cavabdeh tərəfindən götürüldükdən sonra həmin pulu kimə verməsi artıq onun şəxsi mənafeyi naminə atdığı addımıdır.

52. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli 1(103)-32/2023 nömrəli qərarı ilə N.İsmayılovun İddiaçı ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitlərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, hökmdə qeyd olunan kredit müqavilələrinin rəsmiləşdirilmə prosedurunun öz vəzifəsindən sui-istifadə edərək düzgün aparmadığına görə təqsirli bilinmişdir. Bu isə onu deməyə əsas vermir ki, bank ilə cavabdeh arasında imzalanmış 2016-ci il 21 iyul tarixli kredit müqaviləsi üzrə 7.500.000 manat kredit məbləği cavabdeh tərəfindən götürülməmişdir. Əksinə, məhkəməyə təqdim edilən 2016-cı il 2 1 iyul tarixli 068856 nömrəli çekdən görünür ki, həmin çeklə cavabdehə 2016-cı il 21 iyul tarixində həqiqətən 7.500.000 manat kredit məbləği verilmişdir (çek MTK tərəfindən imzalanmış və öz möhürü ilə təsdiq olunmuşdur).

53. Qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs N.İsmayılov öz ifadəsində göstərmişdir ki, “işlədiyi müddətdə qohumlarının adına kredit yazdıraraq həmin kredit məbləğini özü götürməmiş, qohumları kredit götürmüş, həmin məbləğləri özləri qəbul etmişlər. "xxxx" MTK bankın müştərisi olmuşdur. Krediti nağd olaraq götürürsə, həmin məbləğ birbaşa onun özünə və ya onun öz xəzinədarına təqdim edilmiş, bəzən isə ödəniş tapşırığı verilirsə kredit məbləği onun bank hesabına köçürülmüşdür”. Cinayət işində hazırkı iş üzrə cavabdehin sədri Qanuni nümayəndə2 də öz ifadəsində cav abdehin adına rəsmiləşdirilən kredit məbləğlərini götürdüyünü və N.İsmayılova verdiyini etiraf etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli 1(103)-32/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh isə götürülmüş kreditdən hesabdan çıxarışa əsasən 707.748,91 manat faiz borcu üzrə,199.645 manat əsas borc üzrə ödəniş edilmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən götürülmüş kreditlər üzrə 2.439.889,91 manat büdcə qarşısında öhdəliklərin icrasına xərclənmişdir.

54. Birinci və apellyasiya instansiya məhkəmələri iddiaçı tərəfindən verilmiş iddia tələbinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmış və tələbə uyğun olaraq cavabdehin banka olan borcunun ödənilməsi qət olunmuş, məhkəmələr iddianın təmin olunması hissəsində düzgün nəticəyə gəlmişdir.

55. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 4 fevral tarixli 1(101)-80/2022 nömrəli hökmü ilə N.İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən N.İsmayılovun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli 1(103)-32/2023 nömrəli qərarı ilə qismən təmin edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, N.İsmayılov öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edər ək, istintaqla şəxsiyyətləri araşdırılan həmin bankın vəzifəli şəxslərinin, adlarına kredit vəsaitinin ayrılması üçün şəxslərin müəyyən edilməsi və həmin şəxslərin iştirakı ilə kredit rəsmiləşdirilməsinin həyata keçirilməsinə dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdikləri yardımda ifadə olunan köməkçilikləri ilə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş həmin banka məxsus əmlakı, ümumilikdə hazırkı iş üzrə cavabdehin adına ayrılmış 14.538.615 manat əsas, 4.462.341,42 manat faiz və cərimə borcunu qəsdən ödəməməklə İddiaçı ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitlərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbə b olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

56. Həmin hökmə əsasən, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, hazırkı iş üzrə cavabdehin sədri olmuş, MTK-nı N.İsmayılovun xahişi ilə təsis etmiş, MTK-nın sədri olsa da, İddiaçı ASC-nin Müşahidə şurasının sədri N.İsmayılov da onunla şərik olmuşdur. 10.000.000 manata qədər pul lazım olduqca hissə-hissə kredit kimi onun adına götürülmüş, yəni sənədləşmə onun adına aparılmış, qol çəkmişdir. Kassasiya baxışının hədləri

57. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

58. Kass asiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

59. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallar ı istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilm əyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olara q peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə

743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.”

60. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

62. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Kons titusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınma qla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

64. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

65. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-12/2023 nömrəli 2023-cü il 15 sentyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar