Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-308/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan ASC-nin ləğvedicisinin cavabdeh MTK-ya qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisinin vəkilinin iştirakı ilə, İddiaçı LPO ASC-nin ləğvedicisinin cavabdeh MTK-ya qarşı “cavabdehdən 7.500.000 manat məbləğində əsas borcu, 720.415.51 manat məbləğin də faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi” iddia tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2-2(103)124/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan İddiaçı ASC (bundan sonra – “ASC”) (borc verən) ilə cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra – “MTK”) (borc alan) arasında 2016-cı il 21 iyul tarixli 020/16 saylı kredit müqaviləsi (bundan sonra – “020/16 saylı müqavilə”) bağlanmışdır.
2. Həmin müqavilənin şərtlərinə görə: 2.1. Borc verən borc alana 2021-ci il 21 iyul tarixənədək illik 7% ödənilmək şərtilə istehlak məqsədi ilə 7.500.000 manat məbləğində kredit vermişdir (1-ci bənd); 2.2. Bu müqavilə üzrə Bank Borcalana 60 ay müddətinə qaytarmaq şərti ilə 7.500.000 manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür (2.1-ci bənd); 2.3. Borc alan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Borc alan kredit və ya ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün ödəniş məbləğinin 1%-i həcmində və vaxtı keçmiş kredit üzrə illik faiz dərəcəsi 14% ödəməlidir (2.5-ci bənd).
3. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 22 iyul tarixli qərarının surətindən görünür ki, həmin qərarla ərizəçi Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, ASC-nin məcburi ləğv edilməsi və A-nın (bundan sonra – “Ləğvedici”) 2016-cı il 24 iyul tarixindən etibarən bankın ləğvedicisi təyin edilməsi qərara alınmışdır.
4. İş materiallarında olan 2017-ci il 7 dekabr tarixli maliyyə arayışından görünür ki, MTK ilə 020/16 saylı müqavilə üzrə sonuncunun ödənilməmiş 7.500.000 manat əsas (qalıq) borcu, 720.415,51 manat məbləğində faiz borcu, cəmi 8.220.415,51 manat borcu var.
5. İş materiallarında olan ASC tərəfindən MTK-ya ünvanlanmış 2017-ci il 20 oktyabr tarixli xəbərdarlıqdan görünür ki, sonuncuya 2017-ci il 13 oktyabr tarixinədək hesablanmış 7.500.000 man at əsas, 647.499,01 manat faiz borcunun 5 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. ƏSF 2018-ci il 21 fevral tarixində MTK-ya qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, MTK-dan 7.500.000 manat məbləğində əsas borcu, 720.415.51 manat məbləğində faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK 020/16 saylı müqavilə üzrə bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımi qaydada yerinə yetirməmiş, ö dənişlərini vaxtlıvaxtında etməmiş, nəticədə MTK-nın banka 7.500.000 manat məbləğində əsas borcu, 720.415.51 manat məbləğində faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə MTK-ya şifahi formada, eləcə də yazılı xəbərdarlıqlar edilmiş, kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.
8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 386.1, 428.4, 442, 445.1, 445.2.1, 448.1, 449.4, 462.3-cü maddələrinə istinad edilərək əsaslan dırılmışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 mart tarixli 2-2(81)-466/2018 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 avqust tarixli 2-2(82)525/2018 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, MTK-dan 7.500.000 manat məbləğində əsas borcu, 720.415.51 manat məbləğində faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 13 dekabr tarixli 2-2(82)525/2018 saylı qərardadı ilə 2018-ci il 10 avqust tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraat təzələnmişdir.
12. MTK-nın nümayənd əsi 2018-ci il 19 dekabr tarixində 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə vəsatət vermiş, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 13. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2019-cu il 27 fevral tarixli 2-2(82)-57/2019 saylı qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur (hakim – E.Mustafayev): 020/16 saylı müqavilə ilə illik 7 % dərəcəsi olmaqla 60 ay müddətinə verilmiş 7.500.000 manat məbləğində kredit məbləği üzrə müqavilə müddətinin bitdiyinə günə qalan əsas məbləğ və hesablanmış faiz nə qədər təşkil edir?
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 8 noyabr tarixli 7814 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspert qarşısında qoyulmuş sual üzrə əsas və faiz borcunu hazırkı ekspertiza tədqiqatı ilə müəyyən etmək mümkün olmadı.
15. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 iyun tarixli 2-2(113)-347/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, MTK-dan 7.500.000 manat məbləğində əsas borc, 720.415,51 manat məbləğində faiz borcu, cəmi 8.220.415,51 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul məbləğinin MTK-dan tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir (hakim – L.Əliyeva).
16. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 16.1. MTK müqavilə üzrə müəyyən ödənişlərin edildiyini bildirərək borcun məbləği ilə razı olmamışdır. 16.2. İddiaya etirazlarına əsas kimi MTK mübahisəli müqavilə üzrə ödənişlər etməsinə və borc məbləğinin daha az olmasına istinad etsə də, müqavilə üzrə ödənişləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 16.3. Kredit məbləğini və kredit üzrə hesablanmış faizləri MTK müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ASC-yə qaytarmamış, bununla müqavilə üzrə öhdəlikləri pozmuşdur. Nəticədə MTK-nın ASC-yə 7.500.000 manat əsas, 720.415,51 manat məbləğində faiz borcu, cəmi 8.220.415,51 manat məbləğində borcu yaranmışdır. 16.4. MTK 020/16 saylı müqavilə üzrə ASC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, müqav ilənin bağlanmasından 4 ilə yaxın müddət keçməsinə baxmayaraq MTK tərəfindən həmin müqavilə üzrə heç bir ödəniş həyata keçirilmədiyindən ƏSF müqavilə üzrə yaranmış faiz borcunu tələb etməkdə haqlıdır. 16.5. Digər tərəfdən, MTK müqavilənin bağlanmasından keçən müddət ərzində faiz borcunun ödənilməsi öhdəliyini ümumiyyətlə icra etmədiyindən ƏSF əsas borcun dərhal qaytarılmasını tələb etmək hüququna malikdir.
17. Məhkəmə bu qənaətini MM-in 385.1, 442, 443.1, 448.1, 739, 743-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.2, 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
18. MTK 2020-ci il 28 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellya siya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 22(103)-124/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 iyun tarixli 2-2(113)-347/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).
20. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 20.1. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, 020/16 saylı müqavilə bağlandığı və bank tərəfindən 7.500.000 manat məbləğində kredit verilməsi MTK tərəfindən mübahisələndirilmir. 20.2. Lakin apellyasiya şikayətində qeyd edilir ki, ASC tərəfindən məhkəməyə borc ilə bağlı kassa məxaric orderi təqdim edilməmişdir. 20.
3. MTK-nın qeyd olunan dəlilinə münasibətdə hazırkı mərhlədə ƏSF tərəfindən məhkəməyə təqdim olunmuş 2016-cı il 21 iyul tarixli 068856 saylı çekdən görünür ki, həmin çeklə MTK-ya 2016-cı il 21 iyul tarixində həqiqətən 7.500.000 manat məbləğində kredit məbəlği verilmişdir (Çek MTK tərəfindən imzalanmış və dairəvi möhürü ilə təsdiq olunmuşdur). 20.4. MTK apellyasiya şikayətində həmçinin mübahisələndirir ki, ƏSF məhkəməyə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış təqdim etmişdir ki, həmin çıxarışdan da hansı məbləğdə borcun verilməsini müəyyən etmək mümkün deyil. 20.5. Məhkəmə kollegiyası bu dəlillə də razılaşmır. Çünki ƏSF tərəfindən məhkəməyə hesabdan çıxarışdan əlavə, 2017-ci il 7 dekabr tarixli maliyyə arayışı da təqdim edilmiş, bundan əlavə, birinci instansyia məhkəməsi tərəfindən bor cun dəqiqləşdirilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası da təyin olunmuş və 2019-cu il 8 noyabr tarixli ekspert rəyi də məhkəməyə təqdim olunmuşdur. 20.6. Qeyd edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, MTK-nın 020/16 saylı müqavilə üzrə ödənişləri mövcud olmamış, 2017-ci il 5 dekabr tarixinə onun 7.500.000 manat əsas borcu, 720.415,51 manat faiz borcu yaranmış, onun banka olan cəmi borcu 8.220.415,51 manat təşkil edir. 20.7. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.3-cü bəndinə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, borcun dərhal qaytarılmasını tələb etmək hüququ (məhkəmə qaydasında və s.) vardır. 20.8. Müqavilənin həmin şərtinə əsasən, Ləğvedici hazırkı iddia tələbində haq lıdır. Ona görə də MTK-nın apellyasiya şikayətinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri tamamilə əsassızdır. 20.9. Şikayətin, Ləğvedicinin ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca şəkildə hesabdan çıxarışı məhkəməyə təqdim etməli olduğunu mübahisələndirən dəlillinə gəldikdə isə, onun bu dəlili formal xarakterli dəlil kiimi qiymətləndirilməlidir. Çünki hazırkı mübahisənin predmetini yalnız bir müqavilə (020/16 saylı müqavilə) üzrə yaranmış borc öhdəliyi təşkil edir ki, həmin müqavilə üzrə də bank hesabından çıxarış məhkəməyə təqdim edilmişdir.
21. Məhkəmə bu qənaətini MM-in 739.1, 739.2, 743-cü, MPM-nin 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. MTK 2021-ci il 5 may tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
23. MTK ilə ASC arasında bir neçə kredit müqavilələri imzalanmışdır. Sözügedən məsələ İlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanmış ********* nömrəli cinayət işi yekunlaşmışdır. Aparılmış istintaq nəticəsində MTK və qeyrilərinin adına kredit kimi yazılmış pul vəsaitlərinin ASC-nin idarə heyətinin sədri Y tərəfindən mənimsənildiyi öz təsdiqini tapmış və istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bu baxımdan da MTK-ya qarşı olan iddia tələbi rədd edilməli idi və ya işin ic raatı dayandırılmalı idi. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi qanuni hesab oluna bilməz.
24. Kassator kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, MPM-in 88, 416, 417.1.3, 418.1-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən Ləğvedicinin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təm in edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq MTK tərəfindən məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.
29. MTK apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddəl əri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
31. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qay da müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
743. Borcun dərh al qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.”
32. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməs i Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: “... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;... 254.2. Məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş ü zrə icraatı dayandırır. “Maddə
385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;”
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) "Polad-2008" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 17 fevral tarixli Qərarında göstərilmişdir ki: “.. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati m übahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.... …mülki işə baxan məhkəmə instansiyaları, o cümlədən Ali Məhkəmənin Kommersiya Kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilən halların preyudisial əhəmiyyət daşımasına hüquqi qiymət verməmiş və bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur…… Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı, həmçinin əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək bir daha qeyd etməyi vacib bilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidl iyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
34. İş materiallarını kassasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2-2(103)-124/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
35. İşin materiallarından göründüyü kimi, hazırkı iddianın predmetini tərəflər arasında bağlanmış 2016-cı il 21 iyul tarixli 020/16 saylı kredit müqaviləsi üzrə əsas borc, f aiz borcu və cərimənin tutulması təşkil edir.
36. Həmin kredit müqaviləsi üzrə borcun tutulmasını mübahisələndirən MTK, sözügedən kredit müqaviləsinin formal bağlanmasına, müqaviləyə əsasən MTK-ya hər hansı vəsaitin verilməməsinə, kredit vəsaitlərinin Bankın idarə heyətinin sədri vəzifəsində işləmiş Y tərəfindən mənimsənilməsinə istinad etmiş, göstərilən faktla bağlı Azərbaycan respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin istintaqının yekunlaşdığını və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini göstərmişdir (bax yuxarıda § 23).
37. N.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2-ci və 320.2-ci maddələri ilə təqsirləndiriləmsinə dair cinayət işi üzrə ittiham aktının nəticəvi hissəs ində qeyd olunmuşdur: “... 2014-2016-cı illərdə sonuncunun direktoru olduğu MTK-nın adına 14.709.260 manat məbləğində təminatsız kredit rəsmiləşdirilməsinə dair qanunsuz tapşırığına əsasən... İddiaçı ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.”
38. Həmin dəlillə bağlı “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan aydın olur ki, təqsirləndirilən Y barəsində cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.
39. Qeyd edilməlidir ki, analoji mübahisə üzrə KMP-nin "Polad-2008" Mənzil-Tikinti Kooperativinin şikayə ti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 17 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə (bax yuxarıda § 33), Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmi ş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
40. KMP-nin elə həmin qərarında göstərilmişdir ki (bax yuxarıda § 33), mülki işə baxan məhkəmə instansiyaları, o cümlədən Ali Məhkəmənin Kommersiya Kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilən halların preyudisial əhəmiyyət daşımasına hüquqi qiymət verməmiş və bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur. KMP şikayətlə bağlı, həmçinin əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək bir daha qeyd etməyi vacib bilir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (sə lahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 17 fevral tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini, hazırki iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə qəbul ediləcək məhkəmə aktının preyudisial əhəmiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, sözügedən cinayət işi yekunlaşanadək iş üzrə icraatın dayandırılması məsələsinə MPM-in 254-cü (bax yuxarıda § 32) maddəsi nin tələbləri qaydasında hüquqi qiymət verilməlidir.
42. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə əsas və faiz borcunun dəqiq müəyyən edilməsi üçün ekspertiza təyin olunmuş, lakin ekspertizaya təqdim olunmuş sənədlər mübahisə predmetinə aid olmadığından və natamam olduğundan, tədqiqat nəticəsində ekspertiza qarşısında qoyulmuş sualları cavablandırmaq və həmin borcların həcmini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya instansiya məhkəməsi sözügedən istiqamətdə əlavə araşdırma aparmadan iddia tələbini tam təmin etmiş, apellyasiya məhkəməsi isə qətnaməni qüvvədə saxlamış, tutulması qət edilmiş faiz borcunun necə (hansı qaydada) hesablanmasına, tələb olunan məbləğin əsaslı olub-olmamasına hər hansı münasibət bildirilməmiş, bununla da sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin (bax yuxarıda § 32) tələblərinə tam əməl olunmamışdır.
43. Şərh olunanlara və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh MTK-nın kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2-2(103)124/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.