Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-125/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Kamil oğluna və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahələrindən məcburi qaydada çıxarılma, dəymiş ziyana görə pul vəsaitinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Kamil oğluna və Cavabdeh2 qarşı “torpaq sahələrindən məcburi qaydada çıxarılması, dəymiş ziyana görə pul vəsaitinin ödənilməsi” tələbinə dair kommersiya iş i üzrə İddiaçı MMC tərəfindən Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(107)-79/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-yə məxsus olan torpaq sahələri **********85 nömrəli çıxarışda 26278 kv.m, **********86 nömrəli çıxarışda 25750 kv.m, **********88 nömrəli çıxarışda 17114 kv.m, **********90 nömrəli çıxarışda 20772 kv.m, **********15 nömrəli çıxarışda 3500 kv.m, **********68 nömrəli çıxarışda 268 kv.m, **********13 nömrəl i çıxarışda 4931 kv.m, **********17 nömrəli çıxarışda 399 kv.m, **********21 nömrəli çıxarışda 2,0038 kv.m, **********22 nömrəli çıxarışda 17179 kv.m, **********23 nömrəli çıxarışda 1372 kv.m, **********91 nömrəli çıxarışda 319 kv.m cavabdehlər Cavabdeh1 Kamil oğlu və Cavabdeh2 tərəfindən istifadə olunur. **********00 nömrəli çıxarışda göstərilən torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunmur. 2. "xxxx" Qiymətləndirmə Şirkətinin 2020-ci ilin sentyabr ayında verdiyi rəyə əsasən, Oğuz şəhərində yerləşən İddiaçı MMC-yə məxsus olan və cavabdehlər tərəfindən zəbt edilmiş 19,8622 ha ərazidə 2020-ci ilin yay və payız mövsümləri üzrə İddiaçı MMC-yə dəymiş ziyanın məbləği 30.190,52 manat (19,8622 ha), 2021-ci ilin yay mövsümü üzrə 11.745,50 manat (7,7273 ha) olmaqla, ümumilikdə 41936 manat t əşkil edir. 3. "xxxx" MMC-nin 21.05.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Oğuz rayonu ərazisində 1 ha torpaq sahəsindən 2000 kq vələmir məhsulu əldə olunmaqla, 1 kq-ın dəyəri 0,45 manat olmaqla 900 manat təşkil edir. 1 hektara əkilən vələmir bitkisi üçün çəkilən xərclər (əkin, biçin, gübrə və.s) 446 manat, əldə edilən gəlir 454 manat təşkil edir.
4. X10 İnkişaf Mərkəzinin 07.10.2020-ci il tarixli 81 nömrəli məktubuna əlavə edilmiş rəyə əsasən, bir hektar torpaq sahəsinin əkilib becərilməsi üçün 446 manat vəsait tələb olunur, 20 sen/ha məhsul əldə edilir və vələmir sahəsinin hər hektarına 160 manat subsidiya hesablanır. Həmçinin, Oğuz rayonunda vələmir payızlıq-yazlıq bitki olmasına baxmayaraq, fevral-mart aylarında əkilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məh kəməsində icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 Kamil oğluna və Cavabdeh2 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahələrindən məcburi qaydada çıxarılması, dəymiş ziyana görə 2020-ci ilin yaz və yay mövsümləri üzrə 41.936 AZN, 2021-ci ilin yaz mövsümü üzrə 19.971,28 AZN, mütəxəssis rəyinin alınmasına görə 500 manat olmaqla, ümumilikdə 62.407,28 AZN pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə yaz mövsümündə mülkiyyətlərində olan torpaq sahələrində tam əkin işləri, gübrələmə işləri və səpin işləri aparıldıqdan sonra cavabdehlər tərəfindən əki lmiş və orada qarğıdalı bitkisi əkilmişdir. Bu faktı Cavabdeh1 Kamil oğlu da etiraf etmişdir. Bundan sonrakı əkin mövsümlərində də cavabdehlər tərəfindən əkilmiş, o cümlədən 2021-ci ilin yaz mövsümündə cavabdehlər həmin torpaq sahəsində əkin işləri aparmışdır. Bununla bağlı cavabdehlərlə aralarında hər hansı bir razılaşma olmamış və hər hansı müqavilə bağlanmamışdır.
7. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 03 iyun tarixli, 2-2(117)-29/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərin iddiaçıya məxsus olan Oğuz şəhəri ərazisində yerləşən 15,1461 hektar torpaq sahəsindən çıxarılması, cavabdehlərdən 2020-ci ilin yaz mövsümü üzrə 13.631,49 manat, 2021-ci ilin yaz mövsümü üzrə 6.876,33 manat olmaqla, cəmi 20.507,82 manat pul və ödənilmiş dövlət rüsumunun 9,86 manat məbləğin də hissəsi tutularaq iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun 20,14 manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 250 manat pulun 125 manatının iddiaçıdan və 125 manatının isə cavabdehlərdən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına ödənilməsi qət edilmişdir (hakim – M.Hüseynov).
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 23.04.2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə görə, sonuncu mütəxəssis rəyində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini əvvəlki rəydə olan texniki səhvi aradan qaldırmış və məhkəmə h əmin uyğunsuzluğu texniki səhv olaraq qəbul edir və 23.04.2021-ci il tarixli rəyi daha mötəbər sübut olaraq qəbul edir.
9. Məhkəmə Əmlak Ekspert Mərkəzi” MMC-nin 21.05.2021-ci il tarixli mütəxəssis rəyinin X9 Mərkəzinin 07.10.2020-ci il tarixli rəyini və işin digər hallarını nəzərə alaraq 1 hektar torpaq sahəsi üçün çəkilən xərcləri və əldə edilən məhsulun həcminə əlaqəli sübutlara uyğun dəqiq hesablama aparmaqla qiymət verildiyindən qeyd edilən rəyi daha obyektiv və qərəzsiz sübut kimi qiymətləndirir.
10. Ona görə də məhkəmə iddiaçı tərəfindən təqdim edilən "xxxx" Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssis rəyinin tam və hərtərəfli olmadığından, sübut olaraq qiymətləndirə bilmədiyindən onunla bağlı iddiaçının çəkdiyi xərclərin cavabdehdən tutulmasını mümkün hesab etmir.
11. İddiaçıya mə xsus ümumilikdə 151.461 kv.m (15,1461 hektar) torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunur. Həmin torpaq sahələri 2020-ci ildə və 2021-ci ildə cavabdehlər tərəfindən əkilmiş və məhsul götürülmüşdür. Həmin torpaq sahələrində iddiaçı təşkilat mütəmadi olaraq vələmir bitkisi əkmiş və vurulmuş ziyanı da vələmir bitkisinə çəkilən xərclər və əldə olunan gəlirə uyğun hesablanmasını tələb edir.
12. Cavabdeh etiraf edir ki, 2020-ci ilin yaz mövsümündə iddiaçı təşkilat tərəfindən həmin torpaq sahəsində artıq əkin işləri aparılaraq səpilmiş və cücərmiş vələmir bitkisinin əkildiyi torpaq sahəsini yenidən əkərək orada qarğıdalı bitkisi əkmişdir.
13. X9 Mərkəzinin 07.10.2020-ci il tarixli rəyinə əsasən Oğuz rayonunda vələmir payızlıq-yazlıq bitki olmasına baxmayaraq, fevral-mart aylarında əkilir. Məhkəmə bu sübutu da təkzib edən bir sübut təqdim edilmədiyindən bu faktı da mötəbər fakt olaraq qəbul edir.
14. İş materiallarındakı icarə müqavilələrindən mübahisə olunan torpaq sahələrinə aid olan yalnız X1 ilə bağlanmış **********22 nömrəli çıxarışda, X7 ilə **********90 nömrəli çıxarışda qeyd edilən torpaq sahəsinin bir hissəsi, X2 ilə **********90 nömrəli çıxarışda qeyd edilən torpaq sahəsinin bir hissəsi və X3 ilə **********8 nömrəli çıxarışda qeyd edilən torpaq sahəsinin bir hissəsi ilə bağlanmış icarə müqavilələridir. Həmin sənədlərə digər sübutlarla əlaqəli formada baxılmış və müəyyən edilmişdir ki, ilkin olaraq həmin icarə müqavilələri surətdir, cavabdehdən həmin müqavilələrin əsilləri və ya təsdiq edilmiş surətləri rəsmi olaraq məktubla tələb edilmiş, cavabdeh həmin sübutla rı təqdim etməmişdir.
15. Bundan əlavə, həmin sənədlər işdə olan sənədlərlə ziddiyyət təşkil edir. Belə ki, X1 ilə torpaq sahəsi barədə 30.06.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi isə 02.04.2019- cu il tarixdə bağlanmışdır. X7 ilə 20.02.2019-cu il tarixdə torpaq sahəsi ilə alqı-satqı müqaviləsi bağlansa da, həmin torpaqla icarə müqaviləsi 05.07.2019-cu il tarixdə bağlanmışdır. X3 ilə torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi 04.03.2019-cu il tarixdə bağlansa da, icarə müqaviləsi 02.10.2019-cu il tarixdə bağlanmışdır. Qeyd edilən faktlardan müəyyən olunur ki, torpaq sahəsini satdıqdan sonra torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüququ olmayan şəxsin həmin torpaq sahəsini icarəyə verməsi mümkün deyildir. Qeyd edilən faktlar həmin icarə müqavillərinin doğruluğuna məhkəmədə şübhə yaratmış və həmin sübut kimi təqdim edilən sənədlər sübut olaraq qəbul edilməmişdir.
16. Məhkəmə iddiaçıya məxsus 15,1461 hektar torpaq sahəsinə 2020-ci ilin yaz mövsümü və 2021-ci ilin yaz mövsümü üçün vurulmuş zərəri və əldən çıxmış faydanı təqdim edilən sübutlara əsasən hesablamışdır. Eyni zamanda, 2020-ci ildə iddiaçı tərəfindən artıq əkilmiş və cücərmiş vələmir bitkisinin əkildiyi torpaq sahəsinin cavabdeh tərəfindən yenidən əkilməsi faktına diqqət yetirmiş və burada vurulan ziyanın həcminin 2021-ci ildə vurulan ziyandan çox olacağını qeyd edir. Yəni 2020-ci ildə vurulmuş ziyan və əldən çıxmış fayda, 2021-ci ildə isə yalnız əldən çıxmış fayda hesablanmalıdır. Oğuz rayonunda vələmir bitkisinin yalnız il ərzində yazlıq bitki olaraq əkilməsi nəzərə alınmışdır.
17. Oğuz rayonu ərazisində 1 ha torpaq sahəsində vələmir əkini üçün çəkilən xərclər 446 manat, əldə ediləcək 2000 kq məhsulun dəyəri (1 kq-ın dəyəri 0,45 manat) 900 manat, əldə ediləcək xalis gəlir (məhsulun rentabelliyi) 454 manat təşkil etməsi ilə bağlı rəy verilmişdir. 18. 2020-ci ilin yaz mövsümü: 15,1461 hektar x 900 manat=13 631,49 manat, 2021-ci ilin yaz mövsümü: 15,1461 hektar x 454 (əldən çıxmış gəlir)= 6 876,33. Həmin illər üzrə vurulmuş ziyan cəmlənir 13631,49 + 6876,33=20507,82 manat.
19. Beləliklə, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqları pozulmaqla həmin hüquqlara müdaxilə olunmuş və bunun nəticəsində cavabdehlər tərəfindən iddiaçıya ziyan vurulmuşdur.
20. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 139.1, 157.2, 157.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilməyən hissəsində ləğv edib, iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
23. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(107)-79/2021 saylı qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev (sədrlik edən), E.Ş.Hüseynov və V.İ.Məlikov) iddiaçının və cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Kommersiya Məhkəmə sinin 2021-ci il 03 iyun tarixli, 2-2(117)-29/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə (bax yuxarıda §§ 4-16) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
25. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni iddianın təmin edilməyən hissəsində ləğv edib, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 26. 2020-ci ilin payız mövsümü üzrə iddiaçıya məxsus torpaqlar cavabdehlərin qanunsuz istifadəsində olmuş və ondan müəyyən gəlirlər əldə etmişdir. Cavabdeh öz izahatlarında da dəfələrlə qeyd etmişdir ki, 2 020-a ilin payız mövsümü üzrə "xxxx" MMCyə məxsus istifadə etdiyi torpaqlarda qarğıdalı əkmişdir. Lakin məhkəmə bu kimi hallara heç bir hüquqi qiymət verməmişdir.
27. Halbuki, AR Kənd Təsərrüfatı Nazirliyinin dənli bitkilərin əkini və aqrotexniki qulluq qaydalarına dair dərc olunmuş şərhlərində qeyd olunur ki, saxlanma şərtləri və qulluq vəsilələri nəzərə alınmaqla dənli bitkilər, o cümlədən vələmir Azərbaycan Respublikası ərazisində həm yaz, həm də payız mövsümü üzrə əkilir.
28. Vələmir bitkisinın payız mövsümü üzrə əkilib-əkilməməsindən asılı olmayaraq iddiaçıya dəymiş ziyan hesablanmalı idi. Belə ki, əgər əkin sahələri cavabdehlər tərəfindən zəbt olunmasaydı istənilən payızlıq bitkilərin əkilməsi və ondan gəlir əldə etməsi istisna edilmirdi. Lakin cavabdehlərin qanunsuz hərəkətləri ilə iddiaçı bu gəlirlərdən məhrum olmuşdur. 29. 14.08.2020-ci il tarixli mütəxəssis rəyinə görə, 2020-ci ilin yaz və payız mövsümləri üzrə cavabdehlər tərəfindən iddiaçıya məxsus 19.8622 ha torpaq sahəsi zəbt olunmuşdur. Növbəti ildə (2021-ci il) cavabdehlər torpaq sahəsindən çıxmadığı və əkin işlərini davam etdirdiyi üçün yeni mövsüm üzrə istifadə olunan torpaq sahəsinin həcminin və əlavə dəymiş ziyanın müəyyən edilməsi zərurəti yaranmışdır. 2021-ci il üçün alınan mütəxəssis rəyindən isə görünür ki, cari il üzrə cavabdehlər tərəfindən Cəmiyyətə məxsus 15,1461 ha torpaq sahəsi istifadə olunmaqdadır.
30. Mütəxəssis rəylərindən görünür ki, cavabdehlər tərəfindən 2020-ci ilin yaz və payız mövsümlərində 19,8622 ha, 2021-ci ilin yaz mövsümündə 15,1461 ha torpaq sahəsi əkilmişdir. Yəni, cavabdehləri n 2021-ci ildə 15,1461 ha torpaq sahəsindən istifadə etməsi məhkəməyə 2020-ci ildə də eyni miqdarda torpaqdan istifadə etməsi qənaətinə gəlməyə heç bir əsas vermir.
31. Həmçinin rəylər arasında yaranan ziddiyyətli fərq aradan qaldırılaraq torpaqların məhsuldarlığı düzgün müəyyən edilməli və iddiaçıya dəymiş ziyan dəqiq hesablanmalıdır.
32. Kassasiya şikayəti Mülki Məcəllənin 157-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı cavabdehlər etiraz təqdim etməmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilm iş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını iddianın təmin edilməyən hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki ha llarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikd ə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyi nin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir”. “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliy in normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(107)-79/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya məxsus ümumilikdə 151.461 kv.m (15,1461 hektar) torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunur. Həmin torpaq sahələri 2020-ci ildə və 2021-ci ildə cavabdehlər tərəfindən əkilmiş və məhsul götürülmüşdür. Həmin torpaq sahələrində iddiaçı təşkilat mütəmadi olaraq vələmir bitkisi əkmiş və vurulmuş ziyanı da vələmir bitkisinə çəkilən xərclər və əldə olunan gəlirə uyğun hesablanmasını tələb edir.
41. Apelyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən "xxxx" Qiymətləndirmə şirkəti nin müvafiq mütəxəssis rəyinin tam və hərtərəfli olmadığından, sübut olaraq qiymətləndirə bilmədiyindən, onunla bağlı iddiaçının çəkdiyi xərclərin cavabdehdən tutulmasını mümkün hesab etmir. X9 Mərkəzinin 07.10.2020-ci il tarixli rəyinə əsasən Oğuz rayonunda vələmir payızlıq-yazlıq bitki olmasına baxmayaraq, fevral-mart aylarında əkilir. Məhkəmə bu sübutu da təkzib edən bir sübut təqdim edilmədiyindən, bu faktı da mötəbər fakt olaraq qəbul edir.
42. Məhkəmələr iddiaçıya məxsus 15,1461 hektar torpaq sahəsinə 2020-ci ilin yaz mövsümü və 2021-ci ilin yaz mövsümü üçün vurulmuş zərəri və əldən çıxmış faydanı təqdim edilən sübutlara əsasən hesablamış, eyni zamanda, 2020-ci ildə iddiaçı tərəfindən artıq əkilmiş və cücərmiş vələmir bitkisinin əkildiyi torpaq sahəsinin cavabdeh tərəfindən yenidən ə kilməsi faktına diqqət yetirərək 2020-ci ilin yaz mövsümü üçün 13 631,49 manat, 2021-ci ilin yaz mövsümü üçün isə 6.876,33 olmaqla, həmin illər üzrə vurulmuş ziyanı 20507,82 manat məbləğində müəyyən etmişlər.
43. Qeyd edilənlərə əsasən iddiaçıya dəymiş ziyanın dəqiq hesablanmalı olması və s. barədə iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
44. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apelyasiya Məhkəməsinin Komme rsiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(107)-79/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
46. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(107)-79/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.