Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-127/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-924/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı (sifarişçi) ilə Cavabdeh2 (icraçı) arasında 2022-ci il 11 avqust tarixində bağlanmış 04 nömrəli müqavilənin 1-ci bəndinə əsasən, icraçı aşağıdakı xidmətləri göstərməlidir: Sifarişçinin sifariş verdiyi alman istehsalı olan 20-lik, 25-lik, 51-lik və 50-60 dərəcə istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları. Sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılması. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifariş “Sifarişçi” tərəfindən verilir; 1.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılmasını həyata keçirir (işi icra edir); 2.1.1-ci bəndinə əsasən sifariş verdiyi xidmətin ilkin 80 faiz dəyərini ödəmək; 2.1.4-cü bəndinə əsasən xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin icraçıya ödəmək sifarişçinin vəzifələrinə; 2.2.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi dizel sayğaclarının quraşdırılmasını həyata keçirmək isə icraçının vəzifəsinə aid edilmişdir; 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir;
3. İddiaçı tərəfindən Cavabdeh2 hesabına 2022-ci il 11 avqust tarixli 04 nömrəli müqavilə üzrə EBCB seriyalı 803351 saylı e-qaimə üzrə 10.920,80 manat məbləğində ödəniş edilmişdir.
4. X9 L1550714-seriya nömrəli FLTR-G020N-5SSNNN-tipli, L25GHOB164-seriya nömrəli FLTR-G025N-05SSENN-tipl i və L50GHOB119-seriya nömrəli FLTR-G050N05SSENN-tipli avadanlıqların test sertifikatlarına əsasən, istehsalçı (manufacturer) *Technoolgy göstərilmişdir, həmin sertifikatların aşağı hissəsində isə **Alman şirkəti (“**is German Company”) olduğu qeyd olunmuşdur.
5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il 13 iyun tarixli, 333/2-011090/2023 nömrəli məktubunda Cavabdeh2 tərəfindən 2011-ci il 1 yanvar tarixindən 2023-cü il 31 may tarixinədək olan dövr ərzində model N:FLTR-CE, Power DC24V, Output 4-20mA/puldeRS485, Serial N:LF**********33, Date 2021-09 Turbine Flowmeter olan sayğacın idxalı haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat olmadığı qeyd edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraa t
6. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh2 (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 10.920,80 manat və 201 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı yuxarıda qeyd olunan hallarına istnad etmiş (bax bu qərarın 1-3-cü bəndləri) əlavə olaraq göstərmişdir ki, müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya Alman istehsalı olan 20-lik, 51-lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları verməli olduğu halda Türkiyə istehsalı olan dizel sayğacları vermişdir. Bundan başqa, həmin sayğaclar ümumiyyətlə işləmir. Məhz buna görə ödəniş məbləğinin 20 faizi cavabdehə ödənilməmiş və bununla bağlı təhvil-təslim aktı tərəflər arasında imzalanmamışdır. Belə ki, sayğacların üzərində yazılmışdır ki onların adı Turbine Flowmeter-dir və modeli FLTR-CE. İnternetdə bu modeldə və bu adda məhsulun hansı şirkət tərəfindən istehsal olunduğunu yoxladıqda məlum olmuşdur ki, onu Türkiyənin *şirkəti istehsal etmişdir. Bu məhsul barədə ətraflı məlumatlar həmin şirkətin www.ceyeko.com internet saytında yerləşdirilmişdir. LF**********36, LF**********33 və LF**********37 seriya nömrəli sayğaclardır. Dəfələrlə sayğacın Türkiyə istehsalı olduğundan, normal işləmədiyindən qəbul etməkdən imtina etdiklərini və onların dəyişdirilməsi barədə cavabdehə bildirilsə də, cavabdeh tərəfindən dəyişdirilməmişdir. İddiaçı bununla bağlı cavabdehə pretenziya məktubu və iddia ərizəsi göndərsə də, cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir.
8. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 14.2.6, 21, 385.1, 442, 587.2.1, 1096, 1097, 1128, 1128.3 və 1129-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 7 və 11-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4-cü maddəsinə istinad etmişdir.
9. Cavabdeh məhkəmə iclasında iddia tələbinə münasibət bildirərək izahatında göstərmişdir ki, müqavilə predmeti olan sayğaclar iddiaçının özündədir və işlək vəziyyətdədir. Sayğac alındığı zaman da iddiaçı ilə razılaşdırılaraq alınmışdır. Belə ki, türk satıcı da avadanlıq bəyənilmədiyi halda geri qaytarıla bilənəcəyini qeyd etmişdir. Lakin idd iaçı həmin sayğacı artıq 1 il işlədir. İddiaçının bir ildən sonra cavabdehdə müraciət edərək sayğacın alman istehsalı yox, türk istehsalı olduğunu bildirməsi və ziyanın ödənilməsini tələb etməyi absurd olmuşdur.
10. İddiaçının nümayəndəsi 2023-cü il 13 iyun tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Cəmiyyətin əməkdaşları olan X4, X5 və X1 şahid qismində dindirilmələrinin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 2023-cü il 14 iyun tarixli məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmişdir.
11. İddiaçının nümayəndəsi 2023-cü il 18 avqust tarixində vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə ekspertizanın keçirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 avqust tarixli e- 2-2(113)-2563/2023 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 avqust tarixli e-2-2(113)-2563/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır (hakim G.Namazova).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının özünün məhkəməyə dəvət etdiyi şahid (iddiaçı müəssisənin baş mexaniki) ifadəsində bildirdi ki, sayğaclara dair bütün texniki sənədlər, pasport, həmçinin sertifikatlar Şirkətə təqdim edilmişdir və sertifikatda sayğacın mənşəyi alman istehsalı olduğu qeyd olunmuşdur. Sayğacların sadəcə birinin göstəricisi düzgün deyil, çünki sazlanması olmalıdır. Sayğaclar 2022-ci ilin sonlarında quraşdırılıb və bugünə k imi həmin sayğacları istifadə edirlər.
15. Buna baxmayaraq iddiaçının nümayəndələri ilk olaraq bildirmişlər ki, sayğaca dair heç bir sənəd təqdim olunmayıb, lakin məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən təqdim olunan sayğacların üç test sertifikatlarının əsillərini iddiaçının nümayəndəsi məhkəməyə təqdim etmişdir və həmin test sertifikatların MMC-də quraşdırılan sayğaclara aid olduğunu bildirmişdir. Sadəcə test sertifikatları ilə razılaşmayaraq bildirmişdir ki, sayğacın mənşəyini test sertifikatları deyil, mənşə sertifikatı ilə müəyyən olunmalıdır, mənşə sertifikatı isə təqdim olunmayıb.
16. Cavabdeh tərəf isə bildirmişdir ki, bütün sənədlər (texniki pasport, test sertifikatı, mənşə sertifikatı və s.) iddiaçı tərəfə təqdim olunub və sayğaclar alman istehsalıdır. Həmin sənədlər bir nüsx ədə olduğu üçün özündə qalmayıb, qarşı tərəfə verilib. Test sertifikatları ilə bağlı iddiaçının arqumentinə cavab olaraq bildirdi ki, həmin sayğaclar *Alman şirkəti tərəfindən istehsal olunduğu üçün, həmin şirkət öz malının testini keçirərək onların sertifikatını verib. *şirkəti özünun istehsalı olmayan malları test edib, onlara sertifikat verə bilməzdir.
17. İşin materiallarında olan MMC-yə təqdim olunan üç sayğaca aid test sertifikatlarından (sertifikatların məhz cavabdeh tərəfindən quraşdırılan sayğaclara aid olması işin mübahisə edilməyən halıdır, hər iki tərəf təsdiq edib, həmçinin işdə olan fotoşəkillərdən də görünür ki, quraşdırılan sayğacların trubinlərinin üzərində olan seriya nömlərəli ilə test sertifikatlarında olan nömrələr eynilik təşkil edir) görünür ki, istehsalçı kimi (ma nufacturer) *Technoolgy göstərilmişdir, həmin sertifikatların aşağı hissəsində isə **Alman şirkəti (“**is German Company”) olduğu qeyd olunmuşdur.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf bu test sertifikatlarında göstərilən “*Technoolgy” ilə "xxxx" adlı ayrı-ayrı şirkətlər olması ehtimalını (GmbH alman dilindənMMC demək olmasını, amma “*Technoolgy” başqa şirkət ola bilər) irəli sürsə də, onu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçı tərəf bildirsə də ki, mənşə serifikatları sayğac quraşdırılan zaman onlara təqdim olunmamışdır, lakin ən azından test settifikatların əsillərini məhkəməyə məhz iddiaçı tərəfin özünün təqdim etməsi faktı onu təsdiq edir ki, həmin test sertifikatları sayğaclar təqdim olunan vaxtdan iddiaçıya verilib və əgər həmin sertifikatl arda istehsalçı kimi göstərilən- “*Technology”nin Almaniyanın deyil, başqa ölkə şirkəti olmasına dair şübhələri/əsaslı sübutları olsaydı, həmçinin mənşə sertifikatların dedikləri kimi təqdim edilməməsi əsasından çıxış edərək həmin sayğacların quraşdırılmasına etiraz edərək müqavilədən vaxtında imtina edə bilərdilər. Lakin, əksinə sayğaclar iddiaçı tərəfindən qəbul olunmuş və bir ilə yaxındır ki, istifadə olunur.
19. Digər tərəfdən iddiaçının nümayəndəsi qeyd etmişdir ki, həmin sertifikatları Türk Şirkəti olan Pera Valf tərəfindən verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, Pera Valf Şirkəti tərəfindən verilən sənəd sertifikat deyil, sadəcə test sertifikatlarında göstərilən texniki göstəricilərə dair açıqlayıcı məktubdur və həmin məktubu cavabdeh tərəf tərcümə edərək mə hkəməyə sübut qismində təqdim etmişdir və bildirmişdir ki, sayğacları Türk şirkətindən alıb, həmin şirkət Almaniyanın *şitrkətinin mallarını satır.
20. Məhkəmə işin qeyd olunan hallarını məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, iddiaçı 8030 dollar (13651 manat) dəyəri olan sayğaclar sifariş vermiş, sayğaclar gəldikdən sonra iddiaçı onları qəbul etmiş, qəbul edən zaman heç bir etiraz etməmiş, sonradan sayğacın müqavilənin 1-ci bəndində nəzərdə tutulduğu kimi Alman istehsalı olmamasını mübahisələndirsə də, cavabdehin öhdəliyi icra etməməsi və bunun nəticəsində də iddiaçıya zərər vurması, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halları işdən müəyyən edilmir, cavabdeh tərəflərin razılaşdığı əşyanı iddiaçıya vermişdir, iddiaçı müqavilədən ona müqavilə şərtinə uyğun gəlməyən ç eşiddə əşya təqdim edildiyi əsası ilə imtina etməmiş, malı qəbul edərək, malın dəyərinin böyük hissəsini ödəmiş və ondan uzun müddət, yəni bir ilə yaxın istifadə etmiş və malı qəbul etdikdən sonra da ağlabatan müddətdə, yəni müqavilənin 2.1.3-cü bəndinə əsasən işi icrasından sonra təhvil almış, cavabdehə öz imtinasını bildirməmişdir.
21. İddiaçı tərəf tərəflər arasında təhvil-təslim aktının olmamasına (cavabdeh isə həmin aktın imzalandığını, sadəcə nüsxəsinin ona verilmədiyi bildirmiş) istinad etsə də, sayğacların quraşdırılmasını və onlar tərəfindən həmin sayğacların bugünə kimi istifadə etdiklərini həm nümayəndəsi, həm dəvət etdiyi şahidlər təsdiq etmişlər.
22. Beləliklə, tərəflər arasında müqavilədə göstərilən malın təhvil-təslimin baş tutması faktına dair şübhələr də aradan qalxmış olu r. İddia ərizəsində göstərilən– “sayğacların ümumiyyətlə işləməməsi” arqumentinə dair məhkəmə bir daha qeyd etmişdir ki, həm iddiaçının özünün dəvət etdiyi şahidlər ifadəsi ilə, həm də iddiaçının nümayəndəsinin məhkəmə araşdırılması zamanı verdiyi izahatında müəyyən olundu ki, sayğacların üçü də quraşdırılan gündən işlək vəziyyətdədir və istifadə olunur. Bu müddət ərzində cavabdeh tərəfə sayğacın işləməməsi ilə bağlı iradların bildirilməsi işin materialları ilə müəyyən olunmur. Üç sayğacdan birinin göstəricilərində müəyyən yalnışlığın olması səbəbinə isə İddiaçı MMC-nin mexaniki aydınlıq gətirərək bildirmişdir ki, bu hal sayğacın sazlanmasına (kolibirovka) ehtiyac olduğundan irəli gəlir. Cavabdeh isə sazlanmanın edilməsinin müqavilə şərti ilə cavabdehə aid olmadığını bildirmiş, iddiaçı tər əfin isə cavabdehin bu argumentə heç bir etirazı olmamışdır.
23. Beləliklə, birinci instansiya məhkəməsi işin müəyyən edilən faktiki hallarına MM-in 385.1, 442, 443.1, 567, 568.1, 579.1, 580.3, 580.4, 581.1 və 588.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırılması zamanı cavabdehin öhdəliyi icra etməməsi və bunun nəticəsində də iddiaçıya zərər vurması, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halları işdən müəyyən edilmir. Cavabdeh tərəflərin razılaşdığı əşyaları və onlara aid sertifikatları və pasportları iddiaçıya vermiş, iddiaçı tərəfindən həmin sayğaclar bəyənilərək qəbul edilmiş, iddiaçı müqavilədən ona müqavilə şərtinə uyğun gəlməyən əşya təqdim edildiyi əsası ilə imtina etməmiş, malı qəbul edərək, dəyərini ödəmiş və ond an uzun müddət istifadə edir və malı qəbul etdikdən sonra da ağlabatan müddətdə cavabdehə öz imtinasını bildirməmişdir. Sayğacların sazlanması, motorun, nasosun təqdim edilməsinin isə cavabdehin öhdəliyi olması müqavilə şərtlərində aşkar olunmur.Odur ki, iddiaçı hüquqi şəxsin iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir və iddia ərizəsi rədd edilməlidir..
24. Məhkəmə gəldiyi nəticəni həmçinin MPM-in 14.1, 14.2, 77.1, 217.3, 217.4, 217.5, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
25. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçının nümayəndəsi 2023-cü il 30 oktyabr tarixində Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması və ekspertizanın keçirilməsi barədə məhkəməyə vəsatət təqdim etmişdir. 2023-cü il 30 noyabr tarixli məhkəmə iclasında verilmiş vəsatətlər təmin olunmamışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-924/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
28. Apellyasiya instansiya məhkəməsi biri nci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmışdır.
29. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş, əlavə olaraq MPM-in 88-ci maddəsinə istinad olunmuşdur.
30. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. MM-in 14.2.6, 21, 385.1, 442, 587.2.1, 1096, 1097, 1128, 1128.3 və 129-cu maddələrinin tələbləri pozulmuşdur-iddiaçı cavabdehlə müqavilə bağlayanda əldə edəcəyi sayğacların Almaniya Federativ Respublikasında istehsal olunması şərtini xüsusi qeyd etmiş və cavabdeh bu şərti qəbul etmişdir. Deməli iddiaçı haqlı olaraq sonuncuya satılan sayğacların məhz Almaniyada istehsal olunduğunu gözləyirdi və Almaniyada istehsal olunan malların keyfiyyətinə daha çox etibar etmişdir. Cavabdeh isə iddiaçının satın alınan mallara aid həmin gözlənilən etibarlılığını təmin etməmişdir. İddiaçı bir müddət cavabdehlə mübahisəni sülh yolu ilə həll etməyə çalışmış və cavabdehin quraşdırdığı sayğacları Almaniyada istehsal olunan yeni sayğaclarla əvəz edəcəyini gözləmişdir. Lakin cavabdeh iddiaçıya yalan vədlər verərək problemi həll etməmiş, sayğacları dəyişdirməmiş və bu səbəbdən iddiaçı cavabdehə ödədiyi pulların ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
32. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.33-cü bəndinin tələbi pozulmuşdur-cavabdeh malın mənşəyi barədə sənədi məhkəməyə təqdim etməmişdir. Belə ki, CoO - Verification Website (ihk.de) linkində internetdə məlumat əks olunmuşdur ki, Almaniyada istehsal olunmuş malların mənşə sertifikatını Almaniyanın Ticarət və Sənaye Palatası verir. Hətta həmin saytda qeyd edilən Palatanın verdiyi sertifikatın nümunəsi də əks olunmuşdur. Həmin sənədin QR kodu ilə onun həqiqiliyini dünyanın istənilən yerindən internet üzərindən yoxlamaq mümkündür. İddiaçı cavabdehdən Almaniyanın Ticarət və Sənaye Palatasının verdiyi mənşə sertifikatının təqdim olunmasını tələb etmiş və bildirmişdir ki, malların həqiqətən Almaniyada istehsal olunması yalnız bu sənədlə müəyyən edilə bilər. Lakin cavabdeh belə sənədi nə iddiaçıya, nə də məhkəməyə t əqdim etməmişdir. 33. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 11-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan qanunun maddələrinin tələblərində göstərilənlərə riayət edilməmişdir.
34. MPM-in 9.1, 14.1, 14.2, 55.1, 57.1, 88, 97.1, 97.3, 98.1, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur-məhkəmə işi tam və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş və məhkəmə qətnaməsi işdə olan sübutlara əsasən əsaslandırılmamışdır. Cavabdeh qeyd edilən malı gömrük nəzarətindən kənar ölkəyə idxal etmişdir. Belə olan halda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrü k İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi məhkəmənin vəzifəsi idi. Cavabdehin nümayəndəsi də birinci instansiya məhkəməsində gömrük orqanının işə cəlb olunmasına və gömrük orqanının rəyinin alınmasına etiraz etmədiyini bildirmişdir. Lakin iddiaçının Azərbaycan Respublikasının Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatəti əsassız olaraq təmin olunmamışdır.
35. Məhkəmə iclası zamanı cavabdeh israrla bildirmişdir ki, iddiaçıya satmış olduğu sayğaclar Alman istehsalıdır və bunu məhkəməyə təqdim etdiyi “Pera Valf” adlı şirkətin məktubu ilə sübut etməyə çalışmışdır. Lakin sayğaclar Çin istehsalı olmuşdur. İddiaçı tərəfindən X7 Müh. 1-ci İhr.San v ə Tic.LtdSti-dən cavabdehin iddiaçıya satdığı oxşar, 1 ədədinin dəyəri 525 ABŞ dolları olan 2 ədəd sayğaclar alınmışdır. Həmin sayğaclar Çin mənşəlidir və X3 Elek Müh.1-ci İhr.San və Tic.Ltd Sti tərəfindən təchiz edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zamanı cavabdeh iddiaçının X2 Elek Müh. 1-ci İhr.San və Tic.Ltd Sti-dən aldığı sayğaclarla cavabdehin iddiaçıya satmış olduğu sayğacların eyni olmadığını bildirmişdir. İşin hallarını obyektiv və ədalətli araşdırılması üçün iş üzrə mütləq şəkildə ekspertiza təyin edilməli idi. Lakin məhkəmə tərəfindən ekspertizanın keçirilməsi barədə vəsatət əsassız olaraq təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
37. Apellyasiya m əhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq m üddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə bo rcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
579. Əşyaların çeşidi 579.1. Əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur....” “Maddə
580. Əşyaların çeşidi haqqında şərtin pozulmasının nəticələri... 580.
3. Alqı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.4. Alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin....” “Maddə
581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur....” “Maddə
588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən ə mələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir....”
40. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əs aslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
43. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinin və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
44. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 14-23, 28-ci bəndləri). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.
46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-2(103)-924/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m