Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-128/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMMC-nin Cavabdeh1 MTK-ya və “xxxx” MMM-nə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: ev üzərində idarəçiliyin və sənədlərin təhvil verilməsi, zərərin ödənlməsi GİRİŞ HİSSƏ 23.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı MMMC-nin (Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətidir) cavabdehlər Cavabdeh1 MTK-ya (Mənzil Tikinti Kooperatividir), “xxxx” MMM-nə (X1) və 3-cü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə, Nərimanov rayon Nərimanov Bələd iyyəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı binalar üzərində idarəçiliyin və sənədlərin sakinlərə təhvil verilməsi, zərərin ödənilməsi haqqında iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı MMMC və cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı MMMC cavabdehlər Cavabdeh1 MTK-ya, “xxxx” MMM-nə və 3-cü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə, Nərimanov rayon Nərimanov Bələdiyyəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası Fövqəladə Ha llar Nazirliyinə qarşı iddi ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. ünvan 1 ünvanlarında yerləşən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların istismara qəbul aktının alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdeh MTK-ya həvalə edilməsi; 2. ünvan 2 ünvanlarında yerləşən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin cavabdeh MTK-dan alınaraq iddiaçı MMMC-yə verilməsi; 3. ünvan 2 ünvanlarında yer ləşən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların idarəçiliyi və kommunal xidmətlərin göstərilməsi ilə bağlı cavabdehlər MTK və MMM arasında bağlanmış xx xxxx 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi; 4. cavabdeh MMM-dən 14.444 manat alınaraq iddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev; iş No 2-2(82)-235/2018) iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş No 22(103)-107/2019) iddiaçı MMMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Dadaşov, hakimlər K.Bədəlov və Z.Quliyev; iş No 2-2(102)-302/2019) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi; iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş № 2-2(103)-747/2019) iddiaçı MMMC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən - ünvan 2 ünvanlarında yerləşən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin cavabdeh MTK-dan alınaraq iddiaçı MMMC-yə verilməsinə dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunması; həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması; ünvan 2 ünvanlarında yerləşən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilmə si barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin iddiaçı MMMC-yə verilməsinin cavabdeh MTK-ya həvalə olunması; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı MMMC kassasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin, həmin qətnamədən narazı qalan cavabdeh MTK kassasiya şikayət verərək, qətnamənin - ünvan 2 ünvanlarında yerləşən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazən in verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin iddiaçı MMMC-yə verilməsinin cavabdeh MTK-ya həvalə olunması hissəsində ləğv olunması; işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri İddiaçı MMMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə qismən əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Cavabdeh MTK-nı n kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə qismən əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflərin və 3-cü şəxslərin nümayəndələri gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə müvafiq olaraq işə oun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hər iki kassasiya şikayəti təmin edilməməli; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 05/ƏN11-2-214-14 nömrəli çıxarışın surətinə əsasən, sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı və digər sənədləri əsasında İddiaçı MM MC daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakınınistismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdə 1117MM4-0060 qeydiyyat nömrəsi ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kimi qeydiyyata alınmışdır. Qanuni təmsilçisi Nümayəndə1dır. Hüquqi ünvanı ünvan 3 materiallarında olan, xx.xx.2017-ci il tarixli 1117MM4-0060 qeydiyyat nömrəli İddiaçı Nizamnaməsinin surətinə müvafiq olaraq İddiaçı müstəqil təsərrüfat subyekti olmaqla ünvan 4 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəl ləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. İşin materiallarında olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 1117-MM4-0060 qeydiyyat nömrəli qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə görə, “Nərimanov6” Mənzil M ülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx xxxxxx 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşin materiallarında olan, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********811400 nömrəli çıxarışın surətinə uyğun olaraq Cavabdeh2 MMM xx.xx.1997-ci il tarixdə X3 kimi qeydiyyata alınmışdır. İşin materiallarında olan, Cavabdeh1 MTK (Sifarişçi) ilə Cavabdeh2 MMM (İcraçı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 1318 saylı, 28.12.98-ci il tarixli və 543 saylı, xx.xx.2002-ci il tarixli sərəncamlarına əsasən “Cavabdeh1-FK” Ltd şirkəti tərəfindən Nərimanov rayonu, 942943-cü məhəllə, M.Əlizadə küçəsi ünvanda çoxmərtə bəli yaşayış binaları kompleksinin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Həmin tikinti «Cavabdeh1-FK» Ltd şirkətinin nəzdində yaradılmış Cavabdeh1 MTK üzvlərinin vəsaiti hesabına həyata keçirilir. Cavabdeh1 MTK Nərmanov rayonu, 942-943-cü məhəllədə - S.Vurğun 138 / 140 və S.Rəhman 11 ünvanlarda çoxmərtəbəli yaşayış binaları kompleksini inşa edir və sakinlərə xidmət göstərilməsini təşkil edir. Müqavilənin 1.1-ci bəndində göstərilənə əsaslanaraq «Sifarişçi» kommunal xidmət göstərilməsini bu müqavilə ilə «İcraçı»ya həvalə edir. «İcraçı» tərəfindən göstərilən bütün kommunal və digər xidmətlər (işlər) üzrə yaranan münasibətlər «İcraçı» ilə sakinlər arasında imzalanan fərdi ımiqavilələr ilə tənzimlənir. «Sifarişçi» yaşayış binalarından ibarət kompleksdə yaşayış üçün nəzərdə tutu lan işləri yerinə yetirdikdən sonra «İcraçı»ya işləmək üçün şərait yaradılmasını və ayrılmış sahədən istifadə etməyi; «İcraçı»nın sakinlərə kommunal xidmət göstərməsi üçün zəruri köməkliyi əsirgəməməyi və meydana çıxan sualların həllində iştirak etməyi; sakinlərə xidmət göstərmək üçün zəruri olan və yaşayış kompleksində quraşdırılan avadanlıqların işlədilməsi üçün texniki dəstəyin göstərilməsini; sakinlərə xidmət göstərmək üçün müvafiq kommunal və servis müəssisələri ilə submüqavilələrin (podrat, subpodrat, icarə, subicarə və s.) bağlanmasında «İcraçı»nın üstünlük hüququnun tanınmasını öhdəliyinə götürür. «İcraçı» yaşayış binalarından ibarətkompleksi qəbul etməyi və normal istismar şərtləri daxilində qüsursuz saxlamağı; «Sifarişçi»nin sakinlərə kommunal xidmət göstərilməsi zamanı meydana ç ıxa bilən texniki və digər sualların həllində iştirakını təmin etməyi; sakinlərə xidmət göstərmək üçün zəruri olan və yaşayış kompleksində quraşdırılan avadanlıqları normal, işlək və saz vəziyyətdə saxlanılması üçün əlindən gələni əsirgəməməyi və Sifarişçinin texniki dəstəyindən yararlanmağı öhdəliyinə götürür. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki işə baxmış Ali Məhkəmənin qərarında müəyyən edilmiş göstərişə uyğun araşdırma aparmaqla, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, binanın istismara qəbul edilməsinə cavabdeh olan hüquqi şəxs, yalnız qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədləri toplayarq səlahiyyətli orqana təqdim etmək öhdəliyi daşıyır. Həmin binanın istismarina icaz ənin verilməsi barədə akt isə səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq yoxlamalar həyata keciriləndən sonra qəbul edilir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.42-ci maddəsinə əsasən, sifarişçi-tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. Həmin Məcəllənin 47.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podra tçını müəyyənləşdirir. Həmin Məcəllənin 47.4-cü maddəsinə görə, Sifarişçi: -47.4.1. müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqini təmin edir; -47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir; -47.4.3. bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin texnikiiqtisadi əsaslandırma (və smeta) sənədlərinin hazırlanmasını və müvafiq icra hakimiyyəti orqanı ilə və (və ya) əlaqədar qurumlarla razılaşdırılmasını təmin edir; -47.4.4. bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin isə h əm də texnikiiqtisadi əsaslandırma və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin edir; -47.4.5. müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır; -47.4.6. tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Bununla yanaşı Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 309 saylı xx.xx.2014cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”ndə tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən hansı sənədlərin əlavə olunması müəyyənləşdirilmişdir. Cavabdeh MTK-nın nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinin iclasındakı izahatından müəyyən olunur ki, binanın istismara qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan sənədlər aidiyyatı orqana təqdim edilmişdir. Göründüyü kimi, binanın istismarina icazənin verilib-verilməsi müvafiq icra hakimiyyəti orqanının diskresion səlahiyyətinə aid olan məsələ olduğundan ünvan 1 ünvanlarında yerləşən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların istismara qəbul aktının alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə təqdim edilməsi vəzifəsinin cavadeh MTK-ya həvalə edilməsinə dair iddia tələbinin təmin edilməməsinə dair 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bunan başqa, iddia tələbinin “ünvan 5 ünvanlarında yerləşən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların idarəçiliyi və kommunal xidmətlərin göstərilməsi ilə bağlı cavabdehlər MTK ilə MMM arasında bağlanmış xx xxxx 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi” ilə bağlı qeyd olunmalıdır ki, Azərbycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanun la başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasında n asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə uyğun olaraq etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı MMMC, tərəf kimi çıxış etmədiyi, cavabdehlər MTK ilə MMM arasında bağlanmış müqavilənin və bu müqavilənin doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsini tələb etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrində göstərilən hallar, həmçinin həmin müqavilənin iddiaçı MMMC-nin hansı mara qlarına toxunması işin materialları ilə müəyyən olunmur. Bundan əlavə, mübahisələndirilən müqavilənin bağlanan zaman qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair iddiacı MMMC nə 1-ci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda iddianın bu hissəsi də təmin oluna bilməzdi və 1-ci instansiya məhkəməsi həmin tələbi düzgün olaraq rədd etmişdir. Eyniliklə də, iddia tələbinin cavabdeh MMM-dən 14.144 manat alınaraq iddiaçı MMMC-yə ödənilməsi hissəsi də əsassız və qanunsuz olmuş, belə ki, iddiaçı MMMC tələb etdiyi pulun mülkiyyətcilər tərəfindən cavabdeh MMM-yə ödənildiyi və sonuncu tərəfindən isə toplanmış pulun “Azərqaza” İctimai Birliyinə ödənilmədiyini sübut edə bilməmişdir. Belə olan halda, borca görə ödədiyi 14.11 4 manat pulun cavabdeh MMM-dən tələb edilməsinə dair iddia tələbi təmin edilə bilməz və bu hissədə də 1-ci instansiya məhkəməsinin qətnaməsi düzgün olmuşdur. Lakin, ünvan 2 ünvanlarında yerləşən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin cavabdeh MTK-dan alınaraq iddiaçı MMMC-yə verilməsinə dair iddia tələbinin təmin edilməməsinə dair 1-ci instansiya məhkəməsinin nəticəsi əsassız və qanunsuz olmuşdur. Belə ki, həmin məhkəmə sözügedən tələbi irəli sürmək üçün iddiaçı MMMC-nin subyektiv hüququnun olmaması ilə bağlı fikir söyləsə də, iş üzrə müəy yən olunur ki, sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı və digər sənədləri əsasında İddiaçı MMMC daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdə 1117-MM4-0060 qeydiyyat nömrəsi ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 6 Yuxarıda qeyd olunduğu kimi, iddiaçı MMMC-nin Nizamnaməsinin surətinə əsasən, həmin MMMC, müstəqil təsərrüfat subyekti olmaqla ünvan 4 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azər baycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir, MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Beləliklə, mübahisəli yaşayış kompleksində yaşayan sahə mülkiyyətçiləri tərəfindən yaradılmış və əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarət olan cəmiyyətin məh z məqsədlərini həyata keçirmək üçün zəruri olan sənədləri tələb etmək üçün iddiaçı MMMC-nin subyektiv hüququnun olmadığı barədə 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə hər hansı hüquqi əsasa söykənmir və tələb olunan sənədlərin surətlərinin ona verilməsi isə cavabdeh MTK-nın hər hansı konfidensial saxlanılmalı olan hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəl lənin 122.1-ci maddəsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: -122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; -122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək. Digər tərəfdən, cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin cavabdeh MTK-dan alınaraq iddiaçı MMMC-yə verilməsihissəsində iddia tələbini rədd edən 1-ci instansiya məhkəməsi bu sənədlərin iddiaçı MMMC-yə məhz, kompleksin idarəçiliyinin həyata keçirilməsi üçün lazım olduğunu düzgün qiymətləndirməmiş, bu sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi ilə cavabdeh MTK-nın qanunla qorunan hər hansı mənafeyinin pozulmadığını nəzərə almamış, bununla da 1-ci instansiya məhkəməsi işin qeyd edilən hallarını düzgün qiymətləndirmək əvəzinə, mübahisənin yalnız formal tərəflərinə istinad etməklə, faktiki olaraqsa mübahisəni mahiyyəti üzrə həll etməkdən yayınmışdır. Belə ki, X5 Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xx xxxxxx 2017-ci il tarixli qərarına görə, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarların nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X6rşı, x xxxxxx 1994cü il, paraqraf 29-30, seriya A no: 303A). Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi h üququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı MMMC-nin və cavabdeh MTK-nın kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hü quq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, hər iki kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı MMMC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-128/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-128/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver