Məhkəmə qərarları › İş №2-2(102)-13/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-13/2024

01.02.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-13/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs X1 olmaqla) sənədlərin surətinin verilməsi, daşınmaz əmlakın istismarı üzrə işlərin təmin edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 iyul tarixli, 2-2(104)-141/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtinaya dair ərizəyə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra-“iddiaçı”) 2022-ci il 28 oktyabr tarixində cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra müvafiq olaraq-“MMC”, “Cavabdeh2”, “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, - MMC-nin təsis olunduğu 2020-ci il 2 mart tarixindən yekun məhkəmə qərar tarixinədək olan dövr üzrə qeyd edilən sənədlərin surətinin verilməsi: işçilərin və xidmət müqaviləsi bağlanılmış şəxslərin siyahısı, onlarla bağlanılmış əmək və mülki müqavilələrinin surətlər i, onların qeydiyyatı barədə dövlət portalından bildirişlərin surətləri, satınalmalarla bağlı iş görülən şəxslərin siyahısı, onlarla bağlanılan müqavilələrin surətləri, kassa kitabının təsdiqlənmiş surəti, təhtəlhesab şəxslərinin siyahısı və onlara verilmiş vəsaitə dair hesabat, nağd pul vəsaitlərinin dövriyyəsinə dair hesabatı, kapitalların hərəkəti barədə hesabatı, mənfəət zərər hesabatı, balans, qəbul olunmuş, o cümlədən xidmət göstərilmiş müştərilərin siyahısı, vergi və DSMF qurumlarına rəsmi təqdim edilmiş hesabat, bəyannamə və arayışların surətləri, MMC-nin daşınmaz əmlaklarının hüquqi vəziyyəti (yüklülüyünün olub-olmaması) barədə arayış, - Daşınmaz əmlakın istismarı üzrə isə qeyd edilən işlərin təmini: daşınmaz əmlaklarda olan daşınar əmlakın inventarlaşması və MMC-yə aid olmayan da şınarların siyahısı (həmin daşınarlarının hüquqi statusu göstərilməklə), tikinti işlərinin aparılması daxil olmaqla, daşınmaz əmlak və əmlak daxilində daşınar əmlakın inventarlaşması, yekun qiymətləndirilməsi üzrə kənar auditin təyin olunması, audit yekunlaşana kimi, şəffaflığın təmin olunması, maraqlar toqquşmasının qarşısının alınması məqsədilə bütün təsisçilərin və onların nüfuz dairəsində olan şəxslərin cari idarəetmədən uzaqlaşdırılması, yekdil seçilmiş kənar idarəçiyə həvalə olunması, auditin nəticələrinə görə daşınmaz əmlakın və ordakı daşınar əmlakın istismar qaydalarının (şərtlərininin) sonrakı dövr üzrə müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 24 fevral tarixli, e-2-2(115)-72/20 23 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, MMC-nin təsis edildiyi 2020-ci il 2 mart tarixindən 2023-cü il 24 fevral tarixinədək işçilərin və xidmət müqaviləsi bağlanılmış şəxslərin siyahısı, onlarla bağlanılmış əmək və mülki müqavilələrin surətləri, onların qeydiyyatı barədə dövlət portalından bildirişlərin surətləri, satınalmalarla bağlı iş görülən şəxslərin siyahısı, onlarla bağlanılan müqavilələrin surətləri, kassa kitabının təsdiqlənmiş surəti, təhtəlhesab şəxslərinin siyahısı və onlara verilmiş vəsaitə dair hesabat, nağd pul vəsaitlərinin dövriyyəsinə dair hesabat, kapitalların hərəkəti barədə hesabat, mənfəətzərər hesabatı, balans, qəbul olunmuş, o cümlədən xidmət göstərilmiş müştərilərin siyahısı, vergi orqanlarına və Dövlət Sosial Müdafiə Fonduna rəsmi təqdim edilmiş hesaba t, bəyannamə və arayışların surətləri, MMC-nin daşınmaz əmlaklarının hüquqi vəziyyəti (yüklülüyünün olub-olmaması) barədə arayışın MMC-dən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır (hakim G.Quliyeva).

3. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən, iddianın rədd edildiyi hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 iyul tarixli, 2-2(104)-141/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən- məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Bayramov).

5. Həmin qətnamədən iddiaçı tərəfi ndən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat a) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

6. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-667/2023 nömrəli, 2023-cü il 6 dekabr tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

8. Kassasiya baxışı zamanı 2-2(102)-13/2024 nömrəli iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış 2024-cü il 1 fevral tarixli ərizədə (işin materiallarında olan 2022-ci 25 avqust tarixli etibarnamə ilə nümayəndəyə belə səlahiyyət veri lmişdir) iddiaçı tərəfindən hazırki iş üzrə verilmiş kassasiya şikayətindən imtina edildiyi bildirilmiş və həmin imtinanın qəbul edilərək kassasiya icraatına xitam verilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassa siya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır». “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə d ə ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə ma hiyyəti üzrə baxılmasını davam etdirir.”

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir «….dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onu n predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir». Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası MPM-nin yuxarıda istinad olunan normalarının tələblərinə (mətni üçün bax bu qərarın 9-cu bəndi) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.

12. Kollegiya iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə 2024cü il 1 fevral tarixli ərizəni yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından (mətni üçün bax bu qərarın 9-cu bəndi) qiymət verərək hesab edir ki, şikayətdən imtinanın qəbul edilməməsi üçün MPM-nin 410.2-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından, imtina qəbul edilməli və iddiaçının şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.

13. Məhkəmə kollegiyası hazırki kassasiya şikayətindən imtina edilənədək, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilən, Bakı 10 saylı Mediasiya Təşkilatında «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən hazırlanmış, baxılan iş üzrə tərəflərin də iştirak etdikləri 2023-cü il 16 dekabr tarixli barışıq sazişi ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat MPM-nin 47-ci fəsli ilə nəzərdə tutulmuş qaydada tənzimlənir. 14.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 410 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə iddiaçının kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva B.F.Qəribov İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar