Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-137/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: sənədlərin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı “DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 2017-ci il 27 iyul tarixində ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və çıxarışın, 2017-ci il 26 iyul tarixli bölgü sxeminin və Murad şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağının qərarının etibarsız sayılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 noyabr tarixli 2-2(107)-89/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən 2006-cı il 21 noyabr tarixində və "xxxx" şirkətinin təsisçiləri tərəfindən 2006-c il 15 noyabr tarixində təsdiq edilmiş həmin bölgə şöbəsi tərəfindən 1998-ci il 2 mart tarixində 9/82 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin nizamnaməsinə dəyişiklikdən görünür ki, nizamnamənin 1.4-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir: Müəssisənin təsisçisi və əmlakın mülkiyyətçisi aşağıdakı vətəndaşdır: İddiaçı. 2. 2009-cu il 20 fevral tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsi və “Murad şirkətinin təsisçiləri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞ DQ üzrə Zaqatala Bölgə şöbəsi tərəfindən 9/82 saylı şəhadətnamə ilə 1998-ci il 2 mart tarixində dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin nizamnaməsinə 02 nömrəli dəyişiklikdən görünür ki, nizamnamənin 1.4-cü maddəsi aşağ ıdakı redaksiyada verilmişdir: Cəmiyyətin təsisçisi aşağıdakı vətəndaşlardır: İddiaçı və Cavabdeh3.
3. Zaqatala rayon Qeydiyyat şöbəsinin 2017-ci il 25 may tarixli 129 nömrəli arayışından görünür ki, İddiaçı xx xxxxxx 1954-cü ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. Atası Mehdiyev Mehdi Murad oğlu, anası X3r. 4. 2017-ci il 26 may tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsi və ”Murad” şirkətinin təsisçiləri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞ DQ üzrə Zaqatala Bölgə şöbəsi tərəfindən 9/82 saylı şəhadətnamə ilə 1998-ci il 2 mart tarixində dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin nizamnaməsinə 3 nömrəli dəyişiklikdən görünür ki, nizamnamənin 1.4-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir: Cə miyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimidir; Murad Cavabdeh4 oğlu-65 faiz, İddiaçı Mehdi oğlu 35 faiz. 5. 2017-ci il 21 iyul tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, 1998-ci il 2 mart tarixində 9/82 (sonra **********) dövlət qeydiyyatı nömrəsi ilə "Murad” Şirkəti Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı ünvan 2ni təmsilçisi İddiaçı və hazırki qanuni təmsilçisi Cavabdeh4dur. Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı 35 faiz, Cavabdeh3 65 faizdir. 6. "xxxx" Şirkətinin 2017-ci il 25 iyul tarixli Ümumi yığıncağının 1 nömrəli protokolundan görünür ki, Cəmi yyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 7.020 m2 torpaq sahəsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin hazırladığı və notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 1.720 m2 hissəsinin ayrılaraq Cavabdeh3 xüsusi (şəxsi) mülkiyyətinə verilməsi qərara alınmışdır.
7. DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 2017-ci il 26 iyul tarixli bölgü sxemindən görünür ki, X1 (Cavabdeh3 əvəzinə) və Cavabdeh4 (İddiaçı əvəzinə) Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 7.020 m2 torpaq sahəsinin bölgüsü ilə razıdırlar, etirazı və əlavəsi yoxdur.
8. DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəf indən verilmiş 2017-ci il 27 iyul tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 114 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********74 nömrəli ünvan 3 ünvanında yerləşən 0,1720 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyinatlı torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. 9. 2017-ci il 27 iyul tarixində Zaqatala rayon 2 saylı dövlət Notariat Kontoru tərəfindən reyestrə 3M-84 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş "xxxx" şirkətin təsisçisi İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 ilə Cavabdeh3 adından onun etibarnamə üzrə nümayəndəsi X5 arasında bağlanmış "xxxx" Şirkətində payın Bağışlanm ası Müqaviləsindən görünür ki, “Murad" Şirkətinin təsisçisi Cavabdeh3 şirkətin nizamnaməsinə əsasən, nizamnamə kapitalındakı özünə məxsus payın 65 faizinin 50 faizini özündə saxlamaqla 15 faizini İddiaçı bağışlamış və İddiaçı hədiyyəni qəbul etmişdir. 10. "xxxx" Şirkətinin 2019-cu il 21 yanvar tarixli Ümumi yığıncağının protokolundan görünür ki, Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 0,53 ha torpaq sahəsindən notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 0,265 ha hissəsi ayrılaraq Cavabdeh3 xüsusi (şəxsi) mülkiyyətinə, İddiaçı aid 0,265 ha hissəsi ayrılaraq İddiaçı xüsusi (şəxsi) mülkiyyətinə verilməsi, Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3də yerləşən "xxxx" Şirkətinə məxsus 0,53 ha torpaq sahəsi üzərində yerləşən 1.087,89 m2 sahəyə məxsus daşınmaz əmlak notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 və İddiaçı xüsusi mülkiyyətinə verilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə əlaqədar zəruri məsələlərin həll edilməsi, müraciətlərin, məktubların, sorğuların, bəyanatların, ərizələrin imzalanması, təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən çıxarışların və digər hazır sənədlərin götürülməsi və qeydiyyat prosesi ilə əlaqədar qanunvericiliklə tələb olunan bütün digər hərəkətlərin edilməsi səlahiyyəti (imzalamaq da daxil olmaqla), eyni zamanda hazırkı maddədə sadalanan bütün məsələlərlə bağlı üçüncü şəxslərə etibarnamələr vermək səlahiyyətinin Cəmiyyətin rəhbəri (qanuni təmsilçi) İddiaçı Mehdi oğluna verilməs i qərara alınmışdır.
11. DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 2019-cu il 14 fevral tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********75-06301 nömrəli ünvan 3 ünvanında yerləşən 0,108789 ha yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) təyinatlı torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binası paylı mülkiyyət hüququ əsasında Cavabdeh3 (qeyri-yaşayış binasının 352,7 m2 hissəsi və 0,265 ha torpaq sahəsi), Cavabdeh3 (qeyri-yaşayış binasının 735,1 m2 hissəsi və 0,265 ha torpaq sahəsi), adına qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ə razi Vergilər İdarəsinin yüklülük barədə arayışından görünür ki, "xxxx" Şirkətinin nizamnamə kapitalına və təsisçilərin paylarına münasibətdə kommersiya qurumlarının dövlət reyestrində heç bir yüklülük qeydə alınmamışdır.
13. X2 reyestrdə 7E-7026 nömrə ilə qeyd edilmiş ərizəsindən görünür ki, həyat yoldaşı Murad Cavabdeh4 oğlunun təsisçisi olduğu şirkətdə nizamnamə payının və ya şirkətin mülkiyyətində olan daşınar və ya daşınmaz əmlakın bütövlükdə və ya hissə-hissə özgəninkiləşdirilməsinə etiraz etmir.
14. Bakı şəhəri Binəqədi rayon qeydiyyat Şöbəsi 2013-cü il 6 aprel tarixində verilmiş AZ-İ seriyalı 839987 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X4 2013-cü il 6 aprel tarixində nikah bağlamış, ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir.
15. Şəki İn zibati Məhkəməsinin 2022-ci il 17 fevral tarixli 2-1(116)- 449/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh3) “2017-ci il 27 iyul tarixində ********** qeydiyyat nömrəsi ilə 114 saylı reyestr kitabının 32-ci səhifəsində ünvan 4 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı (bundan sonra – “iddiaçı”) 2021-ci il 30 dekabr tarixində cavabdehlər Cavabdeh3, Cavabdeh4, DƏD RX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Notariat Kontoruna (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayırılıqda müvafiq olaraq “Cavabdeh3”, “Cavabdeh4”, “Qeydiyyat İdarəsi”, “Notariat Kontoru”) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Qeydiyyat İdarəsi tərəfindən 2017-ci il 27 iyul tarixində ********** qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və çıxarışın, 2017-cil il 26 iyul tarixli bölgü sxeminin və "xxxx" şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağının qərarının etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının təsisçisi olduğu "xxxx" şirkətinin mülk iyyətində Zaqatala şəhəri, F.Əmirov küçəsi 3 ünvanında 0,7020 ha torpaq sahəsi və ümumi sahəsi 1.087,89 m2 qeyri-yaşayış binası olmuşdur. Qeyd olunan torpaq sahəsinin 0,53 ha hissəsi və qeyri-yaşayış binası təsisçilər arasında bərabər bölünmüş, yerdə qalan 0,1720 ha torpaq sahəsi isə "xxxx" şirkətinin adında saxlanılmışdır. Son dövrdə iddiaçıya belə bir məlumat daxil olmuşdur ki, həmin torpaq sahəsi qeyri-qanuni yolla şirkətin təsisçisi Cavabdeh3 mülkiyyətinə keçmişdir. Halbuki "xxxx" şirkəti ilə Cavabdeh3 arasında heç vaxt belə bir notarial müqavilə bağlanmamışdır. Vəkil sorğusuna cavab olaraq Qeydiyyat İdarəsi 2021-ci il 18 oktyabr tarixli 2118 nömrəli məktubla bildirmişdir ki, həqiqətən də "xxxx" şirkətinin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsi üzərində şirkətin 2017-ci il 25 iyul tarixli 01 saylı iclas protokoluna və bölgü sxeminə əsasən, Cavabdeh3 mülkiyyət hüquq dövlət qeydiyyatına alınmışdır. Qeydiyyat İdarəsi "xxxx" şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağının protokolu və bölgü sxemi əsasında ünvan 4 ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 hüquqlarını dövlət qeydiyyatına ala bilməsinin mümkünlüyü və bunun qanuni olması sual olunur. Qanunvericiliyin tələblərindən də müəyyən edilir ki, nə "xxxx" şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağının protokolu, nə də bölgü sxemi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır.
18. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi, 13 və 29-cu maddələrinin İ və İİ hissələri, 60-cı maddə sinin İ hissəsi, 125-ci maddəsinin İ hissəsi, 127-ci maddəsinin İİ hissəsi, 129-ci maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 144.1ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45, 46-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 2006-cı il 30 mart tarixli Qərarının 2-ci bəndinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə və onun 1 saylı protokolunun 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 157-ci maddəsinə istinad olunmuşdur. 19. 2022-ci il 6 yanvar tarixində Cavabdeh3 iddia ərizəsinə qarşı etiraz və 2022-ci il 17 yanvar tarixində isə ona əlavə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində də qeyd edir ki, mübahisələndirilən əmlak onun deyil, "xxxx" şirkətinin mülkiyyətində olmuşdur. Belə olan halda, iddiaçının qeyd edilən iddianı irəli sürmək üçün subyektiv hüququ olmadığı müəyyən olunur. Əgər hüquqi şəxsin mülkiyyət hüququnun pozulması ilə bağlı bir mübahisə yaranırsa, hüquqi şəxs özü iddiaçı qismində çıxış etməlidir. Digər tərəfdən, kəsici müddət - şəxsin m üəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddiaçının hətta subyektiv hüququ mövcud olsa belə, yenə məhkəmə kəsici müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməlidir. Bundan başqa, iddiaçı 1.720 m2 torpaq sahəsinin onun mülkiyyətinə keçməsindən xəbəri olmadığını bildirsə də, istər 2017-ci il, istərsə də 2019-cu ildə qeydiyyatlar zamanı, həm iddiaçı özü, həm də onun həyat yoldaşı m üvafiq etibarnamələr təqdim etmiş və bütün prosedurlara əməl edilərək sənədləşmələr aparılmışdır. İddiaçının 2017-ci il tarixli sövdələşməni qanunsuz, 2019-cu il tarixli sövdələşməni qanuni hesab etməsi onun ziddiyyətli və qərəzli olmasından xəbər verir.
21. Zaqatala Rayon Məhkəməsinin 2022-ci il 24 fevral tarixli 2(033)-215/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilmişdir (hakim – T.Həsənov).
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 24 may tarixli 22(107)-89/2022 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 2022-ci il 24 fevral tarixli 2(033)-215/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kom mersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – A.Mahmudov, hakimlər – Ə.Məcidov və M.Əsədli).
23. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 17 avqust tarixli 2-2(117)-865/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim – R.Məcidov).
24. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, MM ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
25. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" şirkətinin 2017-ci il 25 i yul tarixli ümumi yığıncağının protokolu və bölgü sxemi 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas deyildir; qeydiyyat İdarəsi qanunsuz olaraq şirkətin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır.
26. Göründüyü kimi, iddiaçı çıxarışı qanunsuz hesab etsə də, şirkətin ümumi yığıncağının qərarının və bölgü sxeminin etibarsızlığını əsaslandırmamış, hansı səbəblə etibarsız hesab etdiyini göstərməmişdir. Eyni zamanda, adları qeyd olunan sənədlərin etibarsız hesab edilməsinə əsas olan sübutlar da məhkəməyə təqdim olunmamışdır.
27. Hər hansı əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir.
28. İşin məhkəmə araşdırması zamanı müəyyən olunduğu ki mi, mübahisələndirilən əmlakın bölgüsü haqqında sxem təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozuntusu halları olmamış, iddiaçının etibarnamə əsasında nümayəndəsinin iştirakı ilə sənədlər tərtib olunmuş, imzalarla təsdiq edilmişdir. Göründüyü kimi, mübahisələndirilən ümumi yığıncağın qərarının, habelə həmin qərar əsasında verilmiş sənədlərin etibarsız sayılması üçün əsas mövcud deyildir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, MM-in 6, 8.2, 139.1, 140, 146.2, 148.2, 152, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 334.1, 334.2, 334.3.1, 337.1, 338, 339, 404.1, 421.2, 647.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27, 35, 45-ci, MPM-in 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı həmin qətnamədən 2022-ci il 7 sentyabr tarixində apellyasiya şikayəti verərək onun ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 noyabr tarixli 2-2(107)-89/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir (sədrlik edən – G.Cavadova, hakimlər – V.Məlikov və E.Hüseynov).
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda §§ 24-28) ilə razılaşmış və olaraq qeyd etmişdir ki, iddiaçının tələbi o halda əsaslı ola bilərdi ki, mübahisələndirilən sənədlərin qəbul edilməsi zamanı MM ilə müəyyən edilmiş tələblər pozulmuş olsun. Hazırkı halda isə həmin sənədlərin qəbul və tərtib edilməsində iddiaçının iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlərə riayət edilmişdir. Mübahisələndirilən sənədlərin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.4, 324.5, 329.1, 334.1, 334.2, 337.1, 337.2, 337.4, 339.1, 339.3, 421.2-ci, “Notariat haqqında” Azərbay can Respublikası Qanununun 27, 35, 45-ci, MPM-in 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 28 noyabr tarixində iddiaçıya, 2022-ci il 29 noyabr tarixində isə Cavabdeh3 təqdim edilmişdir.
35. İddiaçı həmin qətnamədən 2023-cü il 16 yanvar tarixində kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
36. Vergi Məcəlləsinin 218-220-cu maddələri üzrə - Apellyasiya məhkəməsinin qərarı hüquqi şəxslərin vergi mükəlləfiyyətindən azad olmaqla, mülkiyyətlərində olan daşınmaz əmlakları özgəninkiləşdirmək üçün şərait yarad ır. Məhkəmənin hazırkı yanaşmasına əsasən, ümumi yığıncağın qərarı və bölgü sxemi əsasında istənilən hüquqi şəxs vergidən yayınmaq yolu ilə öz əmlakları barədə sərəncam verə bilər.
37. MM-in 49, 49-1.2, 49-1.4-cü maddələri üzrə - Apellyasiya məhkəməsinin saziş adlandırdığı bölgü sxemi və ümumi yığıncağın qərarı tərtib olunan zaman müstəqil auditorun rəyi də əldə edilməmişdir.
38. MM-in 144, 324, 331, 334 və 337, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-46-cı maddələri üzrə - Apellyasiya məhkəməsi 2017-ci il 26 iyul tarixli bölgü sxeminə əqd kimi hüquqi qiymət vermiş və həmin sxemi “əmlakın bölünməsi haqqında saziş (müqavilə)” kimi qiymətləndirmişdir. Əgər həqiqətən də həmin bölgü sxemi müqavilədirsə, həmin müqavilədə tərəflərin hüquqları, vəzifələri, öhdəliklərinin harad a olması sual olunur. Əgər qeyd olunan sxemdə hər hansı bir bölgüdən söhbət gedirsə, hansı səbəbdən əmlak bütövlükdə bir şəxsin mülkiyyətinə keçmişdir. Ən yaxşı halda əsas (alqı-satqı, bağışlama və s.) müqaviləyə əlavə hesab edilə bilinəcək həmin sənədi məhkəmə qanunsuz, əsassız olaraq saziş (müqavilə) kimi qiymətləndirməsi anlaşılan olmamaqla yanaşı, absurddur. MM-in 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
39. MM-in 359.3-cü maddəsi üzrə - Cavabdeh3 atası Cavabdeh4 ona verilmiş etibarnamadən öz nəfinə sui-istifadə edərək, "xxxx" şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağında şirkətin mülkiyyətində olan 0,1720 ha torpaq sahəsini Cavabdeh3 adına keçirilməsi barədə qərar qəbul etmişdir. Halbuki MM-in 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsi üzrə - İş üzrə ədalətli və qanuni qətnamənin qəbul edilməsi üçün “DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin "xxxx" şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağının protokolu və bölgü sxemi əsasında Zaqatala şəhəri, F.Əmirov küçəsi3A ünvanında yerləşən 0,1720 ha torpaq sahəsi üzərində Cavabdeh3 hüquqlarını dövlət qeydiyyatına ala bilərdimi və bu qanunidirmi?” sualının cavablandırılması əhəmiyyətlidir. İstinad olunan normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin Qanunun 8.0-cı maddəsində təsbit edilənlər əsas hesab olunur. Qanunvericiliyin tələblərinə əsasən, nə "xxxx" şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağının protokolu, nə də bölgü sxemi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır.
41. MPM-in 14.1, 76, 88 və 217-ci maddələri üzrə - Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, o cümlədən, işdə olan sübutlara düzgün hüquqi qiymət verməməklə istinad olunan prosessual normaların tələblərini kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Cavabdeh kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək bildirmişdir ki, bölgü sxemi t ərəflərin razılığı əsasında notarial qaydada təsdiq edilmişdir. Mübahisələndirilən əmlakın bölgüsü haqqında saziş (bölgü sxemi) bağlanarkən hüquq normalarının pozuntusu halları olmamış, əksinə, iddiaçı aldadılma yolu ilə iddia etdiyi mübahisəli torpaq sahəsinin bölgü planına əsasən bölünməsi üçün öz iradəsi ilə (nümayəndə vasitəsilə) notariat kontoruna getmiş, həyat yoldaşının notarial razılığı təqdim edilmiş və əmlakın bölgüsü haqqında saziş bağlamışdır. Həmçinin iddiaçının aldadılma yolu ilə belə bir müqavilə bağlaması həqiqətə uyğun deyil. İşdə əqdin aldatma nəticəsində bağlanmasına əsas verən hallar mövcud deyildir. İstər 2017-ci il, istərsə də 2019-cu il tarixlərində qeydiyyatlar zamanı, həm iddiaçı, həm də onun həyat yoldaşı müvafiq olaraq etibarnamələr təqdim etmiş və bütün qanuni p rosedurlara eyni qaydada riayət edilərək notarial sənədləşmələr aparılmışdır. İddiaçının 2017-ci ilin sövdələşməsini qeyri-qanuni, 2019-cu ilin sövdələşməsini qanuni hesab etməsi iddiaçının ziddiyyətli və qərəzli olmasını xəbər verir. Bundan əlavə, əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün bir il kəsici müddət nəzərdə tutulmuşdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
46. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi.... 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri....” “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühak imə əsasında müəyyənləşdirilməlidir....” “Maddə
329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır....” “Maddə
334. Əqdin notariat qaydasında təsdiqlənməsi 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.” “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (2018-ci il 3 aprel tarixli 1054-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 339.1-ci maddəyə “bağlanmış” sözündən sonra “, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan” sözləri əlavə edilmişdir.)... 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərə fin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin....” “Maddə
359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin m ülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər....” “Maddə
362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan dig ər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....”
47. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Torpaq Məcəlləsinin “Maddə
4. Torpaq sahəsi...
5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. müvafiq müddəalarında Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sah ələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir....” 48. “Notariat haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
27. Notariat hərəkətlərinin aparılması qaydaları Notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbayca n Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir.” “Maddə
35. Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, fəaliyyət qabiliyyətinin və imzalarının həqiqiliyinin yoxlanılması Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalar ının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır....” “Maddə
45. Notariat qaydasında təsdiq edilən əqdlər Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. (2007-ci il 17 aprel tarixli 315-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 45-ci maddənin birinci hissəsində "notariatda təsdiqi məcburi olan əqdləri" sözləri "notariat qaydasında təsdiq edilməli olan əqdləri" sözləri il ə əvəz edilmişdir.) Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. (2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 45-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.)” 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Qanunun un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
5. Dövlət reyestrinin açıqlığı Respublikası... 5.6. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsinin, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və dövlət reyestrində həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqq ında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) təsdiqləndikdən dərhal sonra elektron formada dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistem vasitəsilə dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır. Bu zaman dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi, eləcə də notariat hərəkətinin nəticəsi olan sənədlərin dövlət reyestrinə ötürülməsi ilə bağlı ödənişlərin həyata keçirilməsi qaydas ı, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.” “Maddə 9-1. Daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı 9-1.1. Daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ərarvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) əsasında hüquqlarının “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyy atı aşağıdakıları nəzərdə tutur:...”
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, 2017-ci il 25 iyul tarixində "xxxx" Şirkətinin Ümumi yığıncağı tərəfindən Cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3-də yerləşən "xxxx" Şirkətinə məxsus 7.020 m2 torpaq sahəsindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin hazırladığı və notarial qaydada təsdiq olunmuş Bölgü Planına müvafiq olaraq Cavabdeh3 aid 1.720 m2 hissəsi ayrılaraq Cavabdeh3 xüsusi (şəxsi) mülkiyyətinə verilməsi qərara alınmışdır.
52. Hazırkı iş üzrə iddia tələbləri mübahisəli torpaq sahəsi üzərində Cavabdeh3 adına DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatın və çıxarışın, 2017-cil il 26 iyul tarixli bölgü sxeminin və "xxxx" şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağının qərarının etibarsız sayılması təşkil edir.
53. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, sözügedən qeydiyyat və çıxarış məhz həmin bölgü sxemi və "xxxx" şirkətinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilmiş, mübahisələndirilən əmlakın bölgüsü haqqında sxem təsdiq edilərkən iddiaçının etibarnamə əsasında nümayəndəsinin iştirakı ilə sənədlər tərtib edilmiş, imzalarla təsdiq edilmişdir.
54. Bununla əlaqədar birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı çıxarışı qanunsuz hesab etsə də, şirkətin ümumi yığıncağının qərarının və bölgü sxeminin etibarsızlığını əsaslandırmamış, hansı səbəblə etibarsız hesab etdiyini göstərməmiş, adları qeyd olunan sənədlərin etibarsız hesab edilməsinə əsas olan sübutlar da məhkəməyə təqdim edilməmişdir. Mübahisələndirilən əmlakın bölgüsü haqqında sxem təsdiq edilərkən hazırkı iş üzrə tətbiq edilən maddi hüquq normalarının tələbləri pozulmamış, iddiaçının etibarnamə əsasında nümayəndəsinin iştirakı ilə sənədlər tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Başqa sözlə, mübahisələndirilən torpaq sahəsinin cavabdehin adına daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına iddiaçının iradə ifadəsi mövcud olmuşdur.
55. Həmin mövqe ilə razılaşan apellyasiya instansiyası məhkəməsi həmçinin öz qətnaməsində göstərmişdir ki, iddiaçının tələbi o halda əsaslı ola bilərdi ki, həmin sənədlərin qəbul edilməsi zamanı MM ilə müəyyən edilmiş tələblər pozulmuş olsun. Hazırkı halda isə həmin sənədlərin qəbul və tərtib edilməsində iddiaçının iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlərə riayət edilmişdir.
56. Kassator isə hesab ed ir ki, qanunvericiliyin tələblərinə əsasən, nə "xxxx" şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağının protokolu, nə də bölgü sxemi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Ümumiyyətlə, bölgü sxemi əqd deyildir. MM-in 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
57. Məhkəmə kollegiyası kassatorun həmin dəlillərini əsassız hesab edir.
58. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 5-ci hissəsinə (bax yuxarıda § 47) görə, torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən torpaqlar o sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra b u hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər.
59. Göründüyü kimi, istinad olunan norma: 1) müvafiq torpaqların ayrı-ayrı sahələrə bölünməsini; 2) bölgüdən sonra bu hissələrin hər birinin müstəqil torpaq sahələri kimi dövlət qeydiyyatından keçirilməsini mümkün hesab edir; 3) bölgü ilə bağlı tərəflər arasında ayrıca müqavilənin bağlanmasını zəruri hesab etmir.
60. Elə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda da bununla bağlı bəzi normalar nəzərdə tutulmuşdur.
61. Belə ki, həmin Qanunun 5.6-cı maddəsinə (bax yuxarıda § 49) görə, daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata a lınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya notariat hərəkəti edən digər vəzifəli şəxslər tərəfindən əldə edilməsinin, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və dövlət reyestrində həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin (o cümlədən... bölgü planı,... və s.) təsdiqləndikdən dərhal sonra elektron formada dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya notarial hərəkəti edən digər vəzifəli şəxslərlə dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistem vasitəsilə dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır.
62. Göründüyü kimi, istinad olunan normada bölgü planı dövlət reyestrində əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənəd kimi müəyyən olunmuşdur.
63. Bundan başqa, həmin Qanunun 9-1.1-ci maddəsinin (bax yuxarıda § 49) məzmunundan aydın olur ki, daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən... bölgü planı,... və s.) əsasında hüquqlarının “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı qanunla mümkün hesab edilmişdir.
64. Hazırkı halda da DƏDRX tərəfindən tərtib olunmuş bölgü planı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9-1.1-ci maddəsində qeyd olunduğu kimi, notarial qaydada tə sdiq olunmuşdur.
65. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, qanun vahid torpaq sahəsinin bir neçə şəxs arasında ayrıca müqavilə bağlanılmadan bölünməsini, bununla əlaqədar müvafiq qaydada tərtib olunmuş və notarial qaydada təsdiq edilmiş bölgü planı əsasında yeni sahiblərin əldə etdikləri torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınmasını mümkün hesab edir.
66. Bundan başqa, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin iştirakçılarının (təsisçilərinin) ümumi yığıncağının qərarı müqavilə olmasa da, MM-in 14.2, 14.2.4 və 14.2.8-ci maddələrinə (bax yuxarıda § 46) uyğun olaraq, bilavasitə mülki hüquqlar yaradan “qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi” və “fiziki v ə hüquqi şəxslərin digər hərəkətləri” kimi də qiymətləndirilə bilər.
67. Odur ki, yuxarıda sadalanan sənədlər (1. hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının hüquqi şəxsə məxsus torpaq sahəsinin təsisçinin və ya təsisçilərin mülkiyyətinə verilməsi barədə qərarı;
2. Bu qərar əsasında DƏDRX tərəfindən tərtib olunmuş və notarial qaydada təsdiq edilmiş bölgü planı) əsasında torpaq bölgüsü üzrə torpaq əldə etmiş yeni sahib(lər)in mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunla yol verilən əməliyyat hesab edilməlidir.
68. Yuxarıda şərh olunan mövqeyə uyğun olaraq, məhkəmə kollegiyası kassatorun mübahisə predmeti olan "xxxx" şirkətinin 2017-ci il 25 iyul tarixli ümumi yığıncağının qərarının və DƏDRX tərəfindən tərtib olunmuş və notarial qaydada təsdiq edilmiş 2017-cil il 26 iyul tarixli bölgü planının həmin şirkətin vergi mükəlləfiyyətindən azad olmaqla, mülkiyyətlərində olan daşınmaz əmlakları özgəninkiləşdirmək üçün şərait yaratmasına dair dəlilini də əsassız hesab edir.
69. O da qeyd olunmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, "xxxx" şirkətinin ümumi yığıncağının 2019-cu il 21 yanvar tarixli qərarı ilə cəmiyyətin mülkiyyətində olan Zaqatala şəhəri F.Əmirov küçəsi 3 ünvanında yerləşən 0,53 ha torpaq sahəsindən notarial qaydada təsdiq edilmiş bölgü planına müvafiq olaraq Cavabdeh3 aid 0,265 ha hissəsi ayrılaraq xüsusi şəxsi mülkiyyətinə, iddiaçıya aid 0,265 ha hissəsi ayrılaraq xüsusi şəxsi mülkiyyətinə, 0,53 ha torpaq sahəsində yerləşən 1.087,89 kv.m sahəyə məxsus daşınmaz əmlak notarial qayda da təsdiq edilmiş bölgü planına uyğun olaraq Cavabdeh3 və iddiaçının xüsusi mülkiyyətlərinə verilmiş və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adlarına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 70. 2019-cu ildə də "xxxx" şirkətinin ümumi yığıncağının qərarı ilə şirkətə məxsus torpağın qalan hissəsi iddiaçı ilə Cavabdeh3 arasında eyni qaydada (müstəqil auditorun rəyi olmadan) bölüşdürülmüş və eyni qaydada, yəni bölgü planına uyğun olaraq onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adlarına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.
71. Lakin iddiaçı eyni qaydada verilmiş həmin sənədlərin və aparılmış dövlət qeydiyyatının qanuniliyini mübahisələndirməmişdir.
72. Bu isə yuxarıda qeyd olunan məsələlərlə bağlı iddiaçının mövqeyinin özüözlüyündə ziddiyyətli olmasına dəlalət edir.
73. Həmçinin məhkəmə kollegiyası kassatorun Cavabdeh4 ona verilmiş etibarnamədən öz nəfinə sui-istifadə etməsinin məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlilləri ilə də razılaşmır.
74. MM-in 359.1, 362.1 və 362.2-ci maddələri (bax yuxarıda § 46) müvafiq qaydalara əməl edilməklə, əqdin təmsilçi vasitəsilə bağlanmasına yol verir.
75. İş materiallarından da görünür ki, iddiaçının Cavabdeh4 verdiyi etibarnamədə (şirkətin mübahisələndirilən qərarı qəbul olunarkən həmin etibarnamə qüvvədə idi) sonuncuya məhz belə səlahiyyətlər, yəni harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq iddiaçının bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəs inə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlamaq haqqında və digər əqdlər bağlamaq səlahiyyəti verilmişdir (İ cild, i/v 51-52).
76. Məhkəmə kollegiyası hesab edir ki, təmsilçi tərəfindən etibar edənin adından onun təsisçilik funksiyalarını yerinə yetirərək belə əqdlərin bağlanması da hüquqi baxımdan yuxarıda göstərilən səlahiyyətlərlə ehtiva olunmaqdadır. Belə ki, qanunvericilikdə etibar edənin adından təsisçilik funksiyalarının təmsilçi tərəfindən yerinə yetirilməsi səlahiyyətinin ona verilmiş etibarnamədə xüsusi olaraq qeyd edilməli olmasında dair imperativ göstərişlər nəzərdə tutulmamışdır. Odur ki, etibar edənin adından əqdlərin təmsilçi tərəfindən bağlanması prinsip etibarilə, həm bilavasitə təsisçilik funksiyaları yerinə yetirilməklə, həm də bu funksiyalardan kənar şəkildə mümkündür.
77. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi, iddiaçının etibarnamə əsasında nümayəndəsinin iştirakı ilə sənədlər tərtib edilmiş, imzalarla təsdiq edilmiş, mübahisələndirilən torpaq sahəsinin cavabdehin adına daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına iddiaçının iradə ifadəsi mövcud olmuşdur.
78. O da qeyd olunmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, əvvəlcə Şirkətin nizamnamə kapitalının 65 %-i Cavabdeh3, 35 %-i isə iddiaçıya məxsus olduğu halda, 2017-ci il 27 iyul tarixində, yəni bilavasitə hazırda mübahisələndirilən qərarın qəbul olunduğu və bölgünün aparıldığı vaxt Cavabdeh3 özünə məxsus nizamnamə kapitalından 15 %-ni iddiaçıya bağış lamış, beləliklə də hər iki təsisçinin nizamnamə kapitalı bərabərləşərək 50 % olmuşdur.
79. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi sənədlərin qəbul və tərtib edilməsində iddiaçının iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlərə riayət edilməsinə, həmin sənədlərin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsasların mövcud olmamasına dair nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
80. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübut ları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 80, 81 və 88-ci maddələrinin (bax yuxarıda § 50) tələblərinə əməl etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 50) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
81. Ona görə də kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 noyabr tarixli 2-2(107)-89/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 noyabr tarixli 2-2(107)-89/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini