Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-137/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: İcarə müqaviləsi və icarəyə verənin məsuliyyət daşıdığı hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X2 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı "icarə müqaviləsində nəzərdə tutulmuş əmlakın iddiaçıya təhvil verilməsi və əmlakın iddiaçıya təhvil verilmədiyi müddət üçün hesablanmış cərimənin tutulması" tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 sentyabr tarixli 2-2(10 7)-92/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 28 iyul tarixli icarə müqaviləsinə görə icarədar (Cavabdeh) Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1.316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini icarəçiyə (İddiaçı MMC) icarəyə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2. 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən 15 il müddətinə qüvvədədir. 3. 3.1 və 3.2-ci bəndlərinə əsasən 2023-cü il 1 oktyabr tarixindən etibarən hər ay 1.745 manat icarə haqqı ödənilməsi razılaşdırılmışdır.
4. Müqaviləni iddiaçı tərəfdən nümayəndə qismində X4, Cavabdeh tərəfindən isə onun nümayəndəsi X1 imzalam ışdır. 5. 4.1-ci bəndinə əsasən icarəyə verən obyekti tərəflər arasında imzalanan təhviltəslim aktı əsasənda icarəçiyə təqdim etməlidir. 6. 4.2-ci bəndinə əsasən obyekt istismar və təyinatı üzrə istifadə üçün minimal standartlara və tələblərə uyğun olmadıqda icarəçi obyekti təhvil almamamq hüququna sahibdir. 7. 4.4-cü bəndinə əsasən İcarəyə verən qüsurlar haqqında İcarəçiyə təhvil-təslim zamanı məlumat vermədiyi və ya qüsurları gizlətdiyi halda qüsurlar obyektin istifadəsi zamanı ortaya çıxdıqda icarəyə verən icarəçinin tələbi ilə qüsurları aradan qaldırmalıdır. Qüsurların aradan qaldırılması üçün obyekti icarəçi istifadə etmək imkanından məhrum edilərsə, müddətin axımı dondurulmalıdır və həmin dondrulmuş vaxt əzrində icarə haqqı ödənilməməlidir. 8. 4.5-ci bəndinə əsasən icarəyə verən obye kti bu müqavilənin 4-cü hissəsində nəzərdə tutulmuş şərtlərə uyğun 2023-cü il 1 sentyabr tarixinədək icarəçiyə təhvil verməlidir. Hər gecikdirilən gün üçün icarəyə verən icarəçiyə icarə haqqının 5%-i məbləğində cərimə ödəyəcək. Obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün icarə haqqı ödənilməyəcək. Cərimə məbləği obyektin təhvil verilməsindən sonra icarə haqqından tutulacaq. 9. 5.1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq obyekti təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə icarəçinin istifadəsinə vermək icarəyə verənin öhdəliyidir. 10. 10-cu bəndinə əsasən Tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi forsmajor halların yaranması ilə bağlı olduğu halda tərəflər məsuliyyət daşımır. Öhdəlikləri yerinə yetirmək imkanı olmayan tərəf bu barədə digər tərəf i məlumatlandırmalıdır. 11. 2023-cü il 5 oktyabr tarixli aktda qeyd olunmuşdur ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1.316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsi yararsız vəziyyətdədir və istifadə üçün təhlükəlidir. Həmin aktı inşaat şirkətinin rəhbəri, mütəxəssis və Cavabdeh tərəfindən təsdiq etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı MMC (bundan sonra - "iddiaçı") Cavabdeh (bundan sonra - "cavabdeh") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax şəhəri, Heydər Əliyev prospekti 52 ünvanında yerləşən ümumi sahəsi 1.316,9 kv.m olan əmlak kompleksinin (bundan sonra – “icarə obyekti”) 160 kv.m hissəsini tərəflər arasında bağlanmış 2023-cü il 28 iyul tarixli icarə müqaviləsində (bundan s onra – “icarə müqaviləsi”) nəzərdə tutulmuş qaydada və şərtlərlə iddiaçıya təhvil verilməsi, 2023-cü il 1 sentyabr tarixindən 2024-cü il 25 yanvar tarixinədək həmin əmlak iddiaçıya təhvil verilmədiyindən hesablanmış 12.848 manat və ödənilmiş 129 manat pul vəsaitlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə icarə müqaviləsinə əsasən cavabdeh icarə obyektini 2023-cü il 1 sentyabr tarixinədək iddiaçıya təhvil verməli idi, lakin hal-hazıradək icarə obyekti təhvil verilmədiyindən cavabdeh hər gecikdirilən gün üçün iddiaçıya icarə haqqının 5 faizi məbləğini cərimə ödəmək öhdəliyini (müqavilənin 4.5-ci bəndi) üzərinə götürmüşdür. Bu səbəbdən də həmin obyektin iddiaçıya təhvil verilməsini v ə gecikdirmə üçün hesablanmış 12.848 manat cərimənin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.
14. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 25 iyun tarixli e-2-2(117)-619/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (hakim – M.Hüseynov).
15. İş materiallarına əsasən tərəflər arasında etibarlı icarə müqaviləsi bağlanmış və müqaviləyə uyğun olaraq, cavabdeh icarə obyektini 2023-cü il 1 sentyabr tarixində iddiaçıya təhvil verməli idi. Lakin obyektin qəzalı vəziyyətdə olması ilə bağlı akt məhkəməyə təqdim edilsə də, məhkəmə müəyyən etmişdir ki, obyektin vaxtında təhvil verilməməsi cavabdehdən asılı olmayan səbəblərlə bağlı olmuş, o, bilərəkdən gecikdirmə etməmişdir. 16. 2023-cü il 5 oktyabr tarixli akta görə, obyekt istifadəyə yararsız və təhlükəli vəziyyətdə olm uşdur. Müqavilənin 4.4-cü bəndinə əsasən, əgər icarəyə verən obyektin qüsurlarını gizlədibsə və bu qüsurlar sonradan aşkar edilərsə, onları aradan qaldırmalıdır. Bu səbəbdən obyektin təmiri dövründə icarə haqqının ödənilməsi dayandırılmalıdır. Müqavilənin 10-cu bəndinə görə fors-major hallarında tərəflər öhdəliklərin icrasına görə məsuliyyət daşımırlar və bu barədə qarşı tərəfi məlumatlandırmalıdırlar.
17. Məhkəmə müəyyən etmişdir ki, obyektin təhvil verilməməsi cavabdehin iradəsindən asılı olmayaraq onun qəzalı vəziyyətdə olması ilə bağlı olmuşdur. Tərəflərin nümayəndələri məhkəmədə obyektin söküldüyünü və yerində yeni bina inşa edildiyini bildirmişlər ki, bu da onun istifadəyə yararsız olduğunu sübut edir. İddiaçı cavabdehin arqumentlərinə qarşı hər hansı əsaslı sübut təqdim etməmişdir.
18. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulmamış, obyektin istifadəyə verilməməsi ondan asılı olmayan səbəblərlə bağlı olmuşdur. Eyni zamanda, cavabdehin təqsirli hərəkəti sübuta yetirilmədiyindən iddiaçının tələbi əsassız hesab edilmişdir. Əks halda, obyekt bilərəkdən qəzalı vəziyyətdə icarəyə verilsəydi, icarəyə verən müqavilənin 4.4-cü bəndinə əsasən iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşımalı olardı. Cavabdeh obyektin qəzalı olması barədə rəsmi bildiriş təqdim etməsə də, nümayəndəsi iddiaçının bu vəziyyətdən xəbərdar olduğunu bildirmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1, 442, 447.1, 447.7, 448.1, 448.2, 676.0, 676.0.1, 676.0.2, 676.0.3, 700.1, 700.2 və 700.3-cü maddələrinə; Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
20. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 sentyabr tarixli 2-2(107)-92/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia tələbi qismən təmin edilərək cavabdehdən 12.848 manat cərimə və ödənilmiş 129 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – Ə.Kərimov, hakimlər – M.Əsədli və E.Hüseynov).
22. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında mübahisə icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnamisi (bax §16-17) ilə razılaşmayaraq qeyd etmişdir ki, icarə müqaviləsinin 1.1 və 4.5-ci bəndlərinə əsasən, cavabdeh icarə obyektini 2023-cü il 1 sentyabr tarixinədək iddiaçıya təhvil verməli idi. Müqaviləyə görə, cavabdeh obyekti minimal standartlara uyğun şəkildə təqdim etməli, iddiaçı isə icarə haqqını ödəməli idi.
23. Lakin iş materiallarından görünür ki, icarə obyekti həmin tarixədək təmir edilərək iddiaçıya verilməli olduğu halda, cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh müqavilə bağlayan zaman binanın təmirsiz olduğunu bildiyini və təmir etdikdən sonra təhvil verməyi planlaşdırdığını məhkəməyə bildirsə də, obyek tin divarlarının uçması bu prosesi dayandırmışdır. Məhkəmə bu halın icarə müqaviləsinin 5.1.1-ci bəndi ilə də təsdiq olunduğunu müəyyən etmişdir.
24. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən fors-major hallarına istinad etmiş və müqavilənin 10-cu bəndini əsas gətirmişdir. Lakin məhkəmə kollegiyası bununla razılaşmayaraq müəyyən etmişdir ki, 2023-cü il 5 oktyabr tarixli akta əsasən bina uzun müddət baxımsızlıqdan istifadəyə yararsız vəziyyətə düşmüş və 1999-cu ildə baş vermiş zəlzələ nəticəsində təhlükəli hala gəlmişdir. Belə olan halda, cavabdehin müqavilə bağlandıqdan 10 gün sonra obyektin qəzalı vəziyyətə düşdüyünü bildirməsi inandırıcı hesab edilməmiş və onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən yayınması kimi qiymətləndirilmişdir.
25. Məhkəmə iş materiallarını və məhkəmə baxışı zamanı müəyyən edilən halları nəzərə alaraq icarə obyektinin artıq mövcud olmadığını, yerində yeni və daha müasir bir binanın tikildiyini təsbit etmişdir. Bu hal cavabdehin obyekti qəzalı vəziyyətə görə deyil, yeni bina tikmək məqsədilə təhvil vermədiyini göstərmişdir.
26. Bundan başqa, cavabdeh tərəf obyektin qəzalı olması ilə bağlı iddiaçıya rəsmi bildiriş göndərildiyini sübut edə bilməmişdir. İddiaçı tərəf isə müqavilənin 2023-cü ilin iyul ayında bağlandığını və cavabdehin 2023-cü il 1 sentyabr tarixinədək obyektin təmirini tamamlayaraq onlara təhvil verməli olduğunu bildirmişdir.
27. Qanunvericiliyə əsasən icarəyə verən əmlakı müqavilədə nəzərdə tutulan müddətdə icarəçiyə təhvil verməlidir. Mövcud iş üzrə bu öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə müqavilənin 4.5-c i bəndinə uyğun olaraq cavabdehin iddiaçıya 12.848 manat məbləğində cərimə ödəməli olduğu qənaətinə gəlmişdir. Lakin icarə obyektinin təhvil verilməsi ilə bağlı apellyasiya şikayətinin bu hissəsi təmin edilməmişdir, çünki obyekt artıq mövcud deyil.
28. Baxış zamanı müəyyən olunmuşdur ki, icarə müqaviləsinin predmeti olan bina tamamilə sökülmüş və yerində yeni, hündürmərtəbəli bina tikilməkdədir. Beləliklə, məhkəmə hesab etmişdir ki, müqavilənin predmeti artıq mövcud olmadığından, onun təhvil verilməsindən söhbət gedə bilməz. Bu səbəbdən, iddiaçının müqaviləni xəbərdarlıq müddətini gözləmədən ləğv etmək hüququ vardır.
29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla, əlavə olaraq MM-in 6.2, 385.1, 390.1, 390.5, 399.1, 425.1, 442, 443.1, 44 5.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 452.1, 460.1, 462.1, 465.1, 676.0, 676.0.1, 677.1, 677.1.2, 677.1.4, 677.4, 700.1, 700.2 və 700.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına; MPM-in 14.2, 77.1, 88, 119.1, 119.2 və 119.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
30. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir
31. Həmçinin cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qismən təmin edilən hissəsində ləğv, iddia tələbinin həmin hissə də rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
32. Azərbaycan Respublikası “İcarə haqqında” Qanununun 7.1 və 7.5-ci maddələri, MM-in 425, 442 və 448.1-ci maddələri üzrə - Şəki Apellyasiya Məhkəməsi ziddiyyətli və ikitərəfli yanaşması ilə bildirmişdir ki, bir tərəfdən icarəyə verən obyekti icarəçiyə 2023-cü il 1 sentyabr tarixədək təhvil veriməli idi lakin təhvil verməmiş və bununla da icarəyə verən üzərinə düşən öhdəliklərini pozmuşdur, digər tərəfdən də mübahisəli obyektin söküldüyünü və yerində yeni tikilinin olmasını göstərmişdir. İddiaçı apellyasiya məhkəməsinin mövqeyinə münasibətdə bildirmişdir ki, hal-hazırda mövcud olan olan obyekt (foto şəkill ərinə görə istifadəyə yararlıdır və həmin əmlak kompleksində dönər və pal-paltar məhsullarını satışı ilə məşğul olan dükanlar fəaliyyət göstərir) icarə müqaviləsinin predmetidir və həmin obyektin icarə müqviləsində göstərilən “Çıxarışı” da hal-hazırda qüvvədədir. Odur ki, icarəyə verənin müqavilədə göstərilən hissəni icarəçiyə təhvil verməməsi üçün heç bir əsas yoxdur.
33. MPM-in 88 və 165-ci maddələri üzrə - iddiaçı apellyasiya məhkəməsinin icarə müqaviləsi üzrə obyektin təhvil verilməsi barədə mövqeyinə münasibətdə bildirmişdir ki, həm elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə edilmiş foto şəkillərdən, həm də yerli baxış zamanı müəyyən edilmişdir ki, icarə müqaviləsinin predmeti olan icarə obyekti hal-hazırda mövcuddur. Həmçinin sözü gedən İcarə müqaviləsinin 1.1-ci bən dində də göstərilmiş obyektin hüquq müəyyənedici sənədi olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi tərəfindən verilmiş **********977-12301 reyestr nömrəli 2022-ci il 17 yanvar tarixində ********** nömrəilə qeydiyyata alınmış “Çıxarış” da hal-hazırda qüvvədədir. İcarə müqaviləsinin 1.1 və 4.5-ci bəndlərinə görə icarə obyekti 2023-cü il 1 sentyabr tarixinədək “İcarəyə verən” olan cavabdeh tərəfindən “İcarəçi” olan iddiaçıya təhvil verilməlidir. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
34. MM-in 324.5-ci maddəsi üzrə - apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən işin faktiki halları müəyyən edilməmişdir. Belə ki, ilkin olaraq icarə obyektinin iddiaçıya cavabdeh tərəfindən təhvil verilməməsi cavabdehin iradəsindən asılı olmayan halın baş verməsi, yəni həmin obyektin qəzalı vəziyyəti ilə əlaqədar olmuşdur. Cavabdeh tərəf iddiaçıya təhvil vermək üçün binanı təmir etdirmək istəyən zaman binanın divarları uçmuş, bu razılaşdırılmış qaydada tərəflər arasında etibarlı icarə müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən 2023-cü il 1 sentyabr tarixində obyekt iddiaçıya təhvil verilməli idi. Obyektin qəzalı vəziyyətdə olması ilə bağlı akt məhkəməyə təqdim olunsa da, məhkəmə hesab etmişdir ki, obyektin iddiaçıya vaxtında təhvil verilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermiş, yəni şüurlu şəkildə obyektin təhvil verilməsini ləngitməmiş və oxşar hərəkətlər etməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulmamış və obyektin istifadəyə verilməməsi yalnız cavabdehdən asılı olmayan səbəblər ilə bağlı olmuşdur. 2023-cü il 5 oktyabr tarixli aktda qeyd olunmuşdur ki, icarə obyekti yararsız vəziyyətdədir və istifadə üçün təhlükəlidir. Həmin aktı inşaat şirkətinin rəhbəri, mütəxəssis və cavabdeh tərəfindən təsdiq edilmişdir.
35. MPM-nin 1.3-cü maddəsi üzrə - Məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bütün sübutlar dəqiq və tam qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən qətnamədə mülki prosessual qanunvericiliyin normaları qeyd olunmuş, lakin düzgün şərh verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi b ütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
139. Daşınar və daşınmaz əmlaka hüq uqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. …” “Maddə
203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. …” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliy in məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. …” “Maddə
676. Kirayəyə verənin məsuliyyəti 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır....” “Maddə
677. Əşya müqaviləyə uyğun gəlmədikdə kirayəçinin hüquqi müda fiə vasitələri 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.1. əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur; 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur.... 677.4. Kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun. “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hü quqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
40. Azərbaycan Respublikasının “İcarə müddəalarında aşağıdakılar nəzərdə tutulur: haqqında” Qanununun müvafiq “Maddə
4. İcarəyəverənlər Əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur....”
41. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyə n edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Göründüyü kimi normanın məzmunundan aydın olur ki, daşınmaz əmlakı icarəyə vermək üçün icarəyə verənin həmin əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış mülkiyyət hüququ və ya digər əşya hüquqları olmalıdır.
44. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən M ülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmçinin bu Məcəllənin 203.1-ci maddəsində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Normanın məzmunundan aydın olur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qalsa da, əgər həmin əmlak məhv olubsa, ona olan mülkiyyət hüququ da itirilir. Faktiki olaraq əmlakın məhvindən sonra həmin qeydiyyatın da hər hansı hüquqi əhəmiyyəti qalmır.
45. Göründüyü kimi hazırkı işdə çıxarış qüvvədə qalsa da, daşınmaz əmlak məhv olmuşdur. Ona görə də qüvvədə qalmış çıxarış da hər hansı hüquqi əhəmiyyətə malik d eyildir.
46. Həmçinin əmlakın yerində hal-hazırda hündürmərtəbəli və tamamilə yeni və başqa formada müasir bina tikilir və həmin tikilinin hüquqmüəyyənedici sənədi mövcud deyil. Yəni cavabdehin icarə verən statusuna sahib olması üçün mövcud vəziyyətdə hər hansı hüquqi əsas yoxdur.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu hissədə kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilmir.
48. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində doğru maddi hüquq normalarına istinad etməklə ətraflı şəkildə doğru qiymətləndirmə aparmış və məhkəmə kollegiyası da həmin mövqe ilə razı laşır və əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.
49. Bundan başqa məhkəmə kollegiyası iddiaçının və cavabdehin MPM-in 88 və digər maddələri ilə bağlı irəli sürdükləri dəlillərə münasibətdə bildirir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
50. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci i l 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğ u və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçı və cavabdehin kassasiya şikayətlərində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 sentyabr tarixli 2-2(107)-92/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.