Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-142/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: korporativ mübahisələr, hüquqi şəxsin təsisçiləri (iştirakçıları, üzvləri) ilə hüquqi şəxs arasında mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və iddiaçı 2-nin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)730/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 2021-ci il 8 aprel tarixli **********242400 nömrəli çıxarışına əsasən, Cavabdeh Mənzil Tikinti Kooperativi 2012-ci il 14 noyabr tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalında mayaların miqdarı: X8 – 19,8 faiz, X13 – 4,95 faiz, X15 – 1 faiz, X19 – 24,752 faiz, X22 – 24,75 faiz, İddiaçı1 – 4,95 faiz, iddiaçı 2 (Türkiyə Respublikası) 19,8 faiz. Qanuni təmsilçisi X9r.
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüq uqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən 2012-ci il 14 noyabr tarixində qeydiyyata alınmış Cavabdeh Mənzil Tikinti Kooperativinin nizamnaməsinə əsasən, Kooperativin üzvləri XZ, XF, XL, İddiaçı1 və iddiaçı 2-dir.
3. Həmin nizamnamənin: - 1.2-ci bəndinə əsasən, Cavabdeh Mənzil Tikinti Kooperativi istehlak kooperatividir. - 4.4-cü bəndinə əsasən, ünvan x-də qeydiyyatda olan cavabdehin iştirakçılarının pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları müəyyən edilmişdir: X19 – 5 AZN, 25 faiz 5 pay şəklində, X22 – 5 AZN, 25 faiz 5 pay pul şəklində, X16 – 5 AZN, 25 faiz 5 pay şəklində, iddiaçı – 4 AZN, 20 faiz 4 pay şəklində, İddiaçı1 – 1 AZN, 5 faiz 1 pay şəklində. - 5.3-cü bəndinə əsasən, Kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçm ək və onlara seçilmək, habelə Kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativ üzvlərinin hüquqlarıdır.
4. Cavabdeh Mənzil Tikinti Kooperativi üzvlərinin 2016-cı il may tarixli ümumi yığıncağının 7 nömrəli protokoluna əsasən, kooperativin üzvləri iddiaçı 2 və İddiaçı1 kooperativin üzvündə qalıb-qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır.
5. Cavabdeh Mənzil Tikinti Kooperativi üzvlərinin 2016-cı il noyabr tarixli ümumi yığıncağının 10 nömrəli protokoluna əsasən, kooperativin üzvləri iddiaçı 2 və İddiaçı1 yığıncağa təkrarən gəlmədikləri, habelə kooperativdə qalıbqalmayacaqlarını bildirmədikləri üçün axırıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır.
6. Cavabdeh Mənzil Tikinti Kooperativi üzvlərinin 2017-ci il 13 may tarixli ümumi yığıncağının 12 nömrəli protokoluna əsasən, kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə iddiaçı 2 və İddiaçı1 kooperativin üzvlüyündən çıxarılması qərara alınmışdır.
7. Tikintilərin dövlət reyestrindən elektron çıxarışa əsasən, ünvan 2 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının tikintisinə 2017-ci il 15 noyabr tarixində Cavabdeh Mənzil Tikinti Kooperativinə icazə verilmişdir.
8. Tikintilərin dövlət reyestrindən elektron çıxarışa əsasən, ünvan 2 ünvanında 20 mərtəbəli “A” bloklu yaşayış binasının tikintisinə 2019-cu il 25 iyun tarixində Cavabdeh Mənzil Tikinti Kooperativinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkə məsindəki icraat
9. İddiaçı1 və iddiaçı 2 (bundan sonra birlikdə - “iddiaçılar”, ayrı – ayrılıqda müvafiq olaraq “İddiaçı1” və “iddiaçı 2”) Cavabdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 10 aprel tarixində iddia və 2023-cü il 19 may tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin inşa etdiyi və tikintisi başa çatmış ünvan 2 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binası və ünvan 2 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının təsdiq olunmuş tikinti layihələri, tikintiyə cəlb edilmiş vəsaitlər, çəkilmiş xərclər, yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olmuş vəsaitlər və təsisçilərlə hesablaşmaya dair sənədlərin iddiaçılara təqdim edilməsi b arədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il 8 noyabr tarixində yaradılmış, 2012-ci il 14 noyabr tarixində dövlət qeydiyyatına alınmış cavabdehin qanuni təmsilçisi X9r və cavabdehin mütləq payda üzvləri vardır: X8 – 19.8 faiz, X13 – 4.95 faiz, X15 – 1 faiz, X19 – 24.752 faiz, X22 – 24.75 faiz, İddiaçı1 – 4.95 faiz, iddiaçı 2 – 19.8 faiz. Qeyd edilən məlumatlar Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2022-ci il 1 avqust tarixli məktubu və məktuba əlavə edilən sənədlər əsasında əldə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 2013-cü il 1 fevral tarixli 029 nömrəli cavabdehə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında i stifadəyə verilməsi haqqında sərəncamı qəbul olunmuşdur. Sərəncama əsasən, ünvan 3 ünvanında 1.25 ha torpaq sahəsinin 0.8265 ha hissəsi cavabdehin istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə cavabdeh tərəfindən 19 mərtəbəli və 20 (+zirzəmi) mərtəbəli yaşayış binaları tikilmiş və başa çatmışdır. Tikintilərin Dövlət reyestrindən əldə edilən çıxarışa əsasən: ünvan 4 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının tikintisinə 2017-ci il 15 noyabr tarixdə icazə verilmiş və tikinti obyektinə 2017-ci il 27 dekabr tarixində kod təqdim olunmuşdur. Tikinti obyektinin əsas texniki göstəriciləri tikinti ərazisi – 0.8265 ha, tikinti sahəsi – 889.9 m2, binanın ümumi sahəsi – 12558.2 m2, binanın həcmi – 55727.6 m3, girişlərin sayı – 1, mənzillər (otaqlar üzrə): 1 otaqlı – 36, 2 otaqlı – 3 0, 3 otaqlı – 54 kv.m-lərdən ibarət olmuşdur. ünvan 2 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binasının tikintisinə 2019-cu il 25 iyun tarixdə icazə verilmiş və tikinti obyektinə 2019-cu il 25 iyul tarixində kod təqdim olunmuşdur. Tikinti obyektinin əsas texniki göstəriciləri: tikinti ərazisi – 0.8265 ha, tikinti sahəsi – 833.7 m2, binanın ümumi sahəsi – 17124.9 m2, binanın həcmi – 57253.2 m3, mənzillərin yaşayış sahəsi – 10553 m2 müəyyən olunmuşdur. Cavabdehdə mütləq pay haqqı və hüququ olan üzvləri iddiaçılar cavabdehin sədrinə “məlumatların verilməsi haqqında” ərizə ilə müraciət edərək, cavabdehin dövlət qeydiyyatına alındığı tarixdən hazırki tarixədək apardığı hündür mərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsaitlər, xərclər, cavabdehin üzvlərinin üm umi yığıncaqları, gündəliyə çıxarılan məsələlər və ödənilməli olan dividendlər barədə məlumatın verilməsini və bununla bağlı sənədlərin təqdim olunmasını xahiş etmişlər.
11. Cavabdehin sədri müraciətə 2022-ci il 10 may tarixli 33 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, Kooperativ üzvləri iddiaçılar ümumi Yığıncağın 2017-ci il 13 may tarixli 12 nömrəli protokolu ilə Kooperativin üzvlüyündən çıxarılmışlar. Cavabdehin sədri Etiram Məmmədovun 2022-ci il 10 may tarixli 33 nömrəli məktubu heç bir həqiqəti əks etdirməmişdir. Belə ki, iddiaçılar cavabdehin təsisçiləri olmuş, mütləq pay hüquqları saxlanılmış və bu fakt Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2022-ci il 1 avqust tarixli məktubu və məktuba əlavə edilən sənədlər əsa sında sübut olunmuşdur. Bununla belə, Kooperativ üzvləri olan iddiaçılar 2022ci il 25 iyun tarixində cavabdehin sədri Etiram Məmmədova cavabdehin üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında müraciət ünvanlanmışdır. Müraciətdə ümumi yığıncağın gündəliyinə göstərilən məsələlərin daxil edilməsi xahiş olunmuşdur: - ünvan 3 ərazisində cavabdeh tərəfindən inşa edilən yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında; ünvan 3 ərazisində cavabdeh tərəfindən tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri-yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında; Kooperativin mənfəəti və onun bölüşdürülməsi haqqında. Cavabdehin sədri X12 üzvlərinin ümumi yığıncağının ça ğırılması əvəzinə, Kooperativ üzvləri olan iddiaçılara ünvanlandığı 2022-ci il 1 iyul tarixli 43 nömrəli məktubunda əvvəlki 2022-ci il 10 may tarixli 33 nömrəli məktubuna istinad etməklə məlumatların, sənədlərin verilməsindən və ümumi yığıncağın çağırılmasından imtina etmişdir. Göründüyü kimi, cavabdehin təsisçiləri və mütləq pay haqqı olan üzvləri iddiaçıların mülki qanunvericiliklə qorunan hüquqları pozulmuş, cavabdehdən məlumatlar və sənədlərin alınması üçün məhkəmədən kənar qaydada bütün vasitələrdən istifadə edilsə də, sənədlərin alınması mümkün olmamışdır. 12. 2023-cü il 23 may tarixində cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçılar cavabdehin kooperativ üzvü kimi heç vaxt kooperativin fəaliyyətində, kooperativdə yaranmış xərclərin ödənilməsində iştirak etməmiş və beləliklə üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Bu səbəbdən, cavabdehin əsas təsisçisi X19 və digər təsisçilərin təşəbbüsü ilə ümumi yığıncaq çağırılmış və 2016-cı il may tarixli 7 nömrəli protokoluna əsasən kooperativin üzvləri olan iddiaçılara kooperativin üzvlüyündə qalıb-qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır. Həmçinin cavabdehin 2016-cı il noyabr tarixli ümumi yığıncağının 10 nömrəli protokoluna əsasən, kooperativin üzvləri olan iddiaçıların yığıncağa təkrarən gəlmədikləri, habelə kooperativdə qalıbqalmayacaqlarını bildirmədikləri üçün axırıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır. Lakin iddiaçılar kooperativin ümumi yığıncağına gəlməkdən boyun qaçırmışlar, belə liklə cavabdehin üzvlərinin 2017-ci il 13 may tarixli ümumi yığıncağın 12 nömrəli protokoluna əsasən kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə iddiaçıların cavabdehin üzvlüyündən çıxarılması qərara alınmışdır. Cavabdehin mütləq pay hüququ olan üzvü X10 2018-ci il 31 yanvar tarixində vəfat etmiş və bu səbəbdən cavabdeh iddiaçıları Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlətə qeydiyyatı idarəsində cavabdehin üzvləri siyahısından qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Beləliklə, iddiaçıların cavabdehin üzvlüyündən çıxarılmaları onların kooperativ ilə bağlı kommersiya sirri olan sənədlərin tələb edilməsi üçün hər hansı bir hüquqlarının olmadığını göstərir. Bu səbəbdən iddiaçılar tərəfindən tələb edilən sənəd lərin kommersiya sirri olduğundan və iddiaçıların kooperativ üzvləri olmadığından həmin sənədlər onlara təqdim edilməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 iyun tarixli e-2-2(113)2301/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur (hakim – Ü.Həsənova).
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 2012-ci il 14 noyabr tarixində dövlət qeydiyyatına alınmış, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar hazırda həmin kooperativin üzvləridir. Belə ki, iddiaçılar kooperativə aid olan sənədlərlə tanış olmaları üçün cavabdehə müraciət etmiş, lakin onları bu tələblərinin təmin olunmasından imtina edilmişdir. İddiaçıların kooperativ üzvlüyündən çıxarılmaları ilə bağlı hüquqi şəxslərin dövlət reyestrində hər hansı dəyişiklik aparılmad ığından, kommersiya qurumlarının dövlət reyestrindən sonuncu çıxarışa əsasən iddiaçılar hazırda da kooperativ üzvləri olduğundan onlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 109-4.1.3-cü maddəsində, habelə həmin Kooperativin Nizamnaməsinin 5.3cü bəndində nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilərlər.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 43.1, 109.1, 109.2, 109.5, 109.10, 109-2.1, 109-4.1.3, 109.4.1.8-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1, 111.1-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.2, 9.3, 9.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-730/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, iş üzrə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları ilə və əlavə olaraq MM-in 49.4, 49.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 49.6, 109-cu maddələri üzrə - Apellyasiya məhkəməsi iddiaçıların formal olaraq kooperativ üzvü olmalarını, yəni onların kooperativ üzvü olmaqlarına baxmayaraq, kooperativin hər hansı fəaliyyətində iştirak etməmələrini nəzərə almamış və kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa istinad edərək qətnamə çıxarmışdır. İddiaçılar formal olaraq kooperativ üzvü olmuş, kooperativin fəaliyyətində iştirak etməmişlər və hər hansı vəsait qoymamışlar. Formal təsisçilərin kooperativ üzvlüyündən çıxarılması məsələlərinə dair iclas çağırılmış, onlara müvafiq bildirişlər çatdırılmış, iclaslar keçirilmiş və müvafiq protokollar tərtib edilməklə iddiaçıların kooperativ üzvlüyündən çıxarılması üçün qərar qəbul olunmuşdur. İddiaçılar cavabdehin üzvləri olmalarına baxmayaraq, iddiaçılar kooperativin fəaliyyətində ümumiyyətlə iştirak etməmişlər, yəni çoxmənzilli binaların tikilməsində, həmçinin saxlanmasında, eləcə də kooperativin fəaliyyəti ilə bağlı yaranmış digər xərclərin qarşılanmasında iştirak etməmişlər. Qeyd olunan fakt Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 2023-cü il 16 oktyabr tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz təsdiqini tapmışdır. Həmin qərardan iddiaçının məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 7 dekabr tarixli qərarı ilə qüvvədə saxlanılmış, daha sonra verilmiş apellyasiya şikayəti də təmin olunmamışdır. Belə ki, iddiaçıların cavabdehin formal təsisçiləri olması sübuta yetirilmişdir. Lakin cavabdehin sədrinin səhlənkarlığı nəticəsində iddiaçılar kooperativ üzvlərinin siyahısından çıxarılmaları barədə vergi orqanına müraciət vaxtında edilməmiş və formal təsisçilərin uzaqlaşdırılması mümkün olmamışdır. 23. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi üzrə - İddiaçılar formal olaraq kooperativ üzvü olmuşlar, hazırda isə cavabdehin müvafiq protokoluna əsasən kooperativ üzvlüyündən çıxarılmışlar. Bu səbəbdən, iddiaçıların tələb etdikləri kommersiya sirri olan tikinti layihələri, tikintiyə cəlb edilmiş vəsaitlər, çəkilmiş xərclər, yaşayış və qeyri-yaşayış sahələrinin s atışından daxil olmuş vəsaitlər və təsisçilərlə hesablaşmaya dair sənədləri təmin edilməməlidir. Belə ki, iddiaçılar tərəfindən həmin kommersiya sirri olan sənədləri əldə etmələri, onların əldə etdikləri məlumatlardan öz kommersiya fəaliyyətinin aparılması məqsədi ilə və ya başqa şəxslərə yaymaq məqsədi ilə istifadə edilə bilər. Belə olan halda isə cavabdehin hüquqları pozula və pozulmuş hüquqlarının bərpası mümkün olmaya bilər.
24. MPM-in 9, 82.4, 217.3-cü maddələri üzrə - İddiaçıların cavabdehin formal olaraq kooperativ üzvü olmaları, onların ümumiyyətlə kooperativin fəaliyyətində iştirak etməmələri və kooperativ tərəfindən aparılan tikinti işlərində yaranmış xərclərin qarşı alınmasında iştirak etməmələri nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən tərəflərin qarşılıqlı münasibəti araşdırılmadan, işin həqiqi hallarında nəzərə yetirilmədən qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 2023-cü il 16 oktyabr tarixli Qərarı ilə X27 cavabdehin kooperativ üzvü kimi dövlət reyestrində qeydiyyatda olmasına baxmayaraq, iddiaçı 2 cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən binanın inşası zamanı heç bir pul vəsaiti qoymadığı təsdiqini tapmışdır. Həmçinin həmin qərarda iddiaçının təsisçi öhdəliyi kimi heç bir pul vəsaitini kassaya mədaxil etmədiyi və sonuncunun ümumiyyətlə cavabdehin fəaliyyətində iştirak etmədiyi, formal olaraq pay hüququna malik olması müəyyən edilmişdir. Həmin fakt öz təsdiqini verilmiş izahatlar, təqdim olu nmuş qəbzlər və digər maddi sübutlar ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, sözügedən qərarda iddiaçıların kooperativin fəaliyyətində iştirak etməmələri, yəni onların formal olaraq kooperativ üzvü kimi qalmaları faktı təsdiqini tapmışdır. Həmin qərardan iddiaçıların məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayətlər müvafiq olaraq Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 7 dekabr tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 20 dekabr tarixli qərarı ilə təmin olunmamışdır.
25. İddiaçıların apellyasiya instansiyası məhkəməsinə verdikləri izahatlarda qeyd edilmişdir ki, iddiaçı 2 digər təsisçilər ilə birlikdə cavabdehə 530.000 manat məbləğində vəsaitin ödənilməsinə dair sənədlərə imza atmış və bu sənədlər məhkəməyə təqdim olunmuşdur. Halbuki cinayət i şinin rədd edilməsinə dair Prokurorluğun qərarında iddiaçılar tərəfindən həmin pul məbləğinin ödənilməsi faktı öz təsdiqinin tapmamışdır. Həmçinin iddiaçı 2 izahatında qeyd etmişdir ki, sonuncu cavabdehin fəaliyyəti ilə əlaqədar "xxxx" MMC-yə 20.020 manat pul ödəmişdir. Lakin iddiaçının həmin iddiası həqiqəti əks etdirməmiş, onun tərəfindən bu faktı təsdiq edən sənəd məhkəməyə təqdim olunmamış və təqdim edilə də bilməz, ona görə ki belə bir sənəd mövcud deyildir. Belə ki, "xxxx" MMC və X15 arasında 2015-ci il 29 sentyabr tarixində 1305/1100 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən müvafiq pul məbləği XXL tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İddiaçıların cavabdehin formal təsisçiləri olması, fəaliyyətində iştirak etməmələri, pul vəsaiti qoymamaları sübuta yetirilmişdir. Bu sə bəbdən məhkəmə qətnaməsi həm qanuni cəhətdən, həm də ədalət baxımından ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsi yalnız iddiaçıların kooperativ üzvü kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsaslanaraq qətnamə qəbul etmişdir. Halbuki cavabdeh tərəfindən məhkəməyə hansı səbəblərdən iddiaçıların kommersiya qurumlarının dövlət reyestrindən kooperativ üzvlüyündən çıxarılmalarının mümkün olmadığı göstərilmişdir. Apellyasiya məhkəməsi bu məsələyə hər hansı münasibət bildirməmiş və göründüyü kimi, işə faktlar əsasında baxmamışdır. İddiaçıların cavabdehin fəaliyyətində iştirak etməmələri və hər hansı pul vəsaiti qoymamaları elə özlərinin iddia ərizəsində kooperativin təsisçisi olmayan şəxsin – X5 təsisçi kimi göstərilməsində, ondan əsassız yerə pul tələb etmələrində müəyy ən olmuşdur. X17 cavabdehin təsisçisi olmamış, kooperativin əsas təsisçisi X11 xahişi ilə ofis meneceri kimi fəaliyyət göstərmiş, kooperativin iclaslarında müşahidəçi kimi iştirak etmişdir. Bu hal məhkəmə tərəfindən iddiaçının iddiasının və qəbul ediləcək qətnamənin icrası zamanı əldə edəcəyi sənədlərdən sui-istifadə hallarına yol açacağını nəzərə almamışdır.
26. Bundan başqa 2023-cü ilin sentyabr ayında cavabdehin Türkiyə Respublikasının Azərbaycan Respublikası ərazisində olan səfirliyində rəhbər vəzifəli şəxslərlə görüş zamanı məlum olmuşdur ki, səfirlik uzun zamandır ki iddiaçı 2-ni axtarırmış və onun barəsində Türkiyə Respublikasından şikayətlər olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişlər ki, q əbul edilmiş məhkəmə qətnamələrinə rəğmən cavabdehin sədri X15 vəzifəsindən süni şəkildə istifadə edərək qanunsuz olaraq cavabdeh adından üçüncü şəxslərlə münasibətdə mülki hüquqi əqdlər bağlamış və digər sənədlərə imza atmışdır. Belə ki, X6 2019-cu il 26 may tarixindən cavabdeh şirkətin idarə edilməsində səlahiyyəti olmamış, bununla belə, cavabdeh şirkəti özbaşına idarə etməkdə davam edir. Belə ki, iddiaçılar cavabdehə və onun sədrinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsi) cavabdehin Kooperativ üzvlərinin ümumi yığıncağının 2016-cı il may tarixli 2017-ci il 13 may tarixli, 2019cu il 26 may tarixli və 2021-ci il 26 may tarixli Protokollarının və X6 2019-cu il 26 may tarixindən sədr vəzifəsi səlahiyyətlərinin etibarsız hesab edilməs i barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və iş üzrə 2023-cü il 4 dekabr tarixində e-2-2(113)-4400/2023 nömrəli qətnamə qəbul olunmuşdur. X15 təsisçilərə fəaliyyəti ilə bağlı hesabatının verilməsi məqsədilə Kooperativin üzvlərinin ümumi yığıncağını vəzifəyə təyin edildiyi tarixdən çağırmamışdır. Halbuki təsisçilərin məlumatların və hesabatların alınması hüququ qanunvericinin tələbindən irəli gəlir. X3 vəzifə səlahiyyətləri 2019-cu il 26 may tarixindən etibarsız hesab edilməsinə baxmayaraq sonuncu qanunsuz əməllərini dayandırmamış və onun bu əməlləri törətməsində X17 və X22 yardımçı olmaqla yanaşı birgə iştirak etmişlər.
28. X17 2012-ci il 14 noyabr tarixində MTK dövlət reyestrində qeydə alınarkən 25 faiz pay hüququ ilə təsisçi olmuşdur. X2 2014-cü il 31 iyul tar ixində payını X7 və X1 da, MTK-da satış üzrə menecer vəzifəsi adı altında iddiaçıların iştirakı olmadan və təmin edilmədən keçirilən ümumi yığıncaqlarda iştirak etmiş və saxta protokollara imza atmışdır. Hazırkı mübahisə üzrə Bakı Kommersiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi nəticəyə gələrkən iş materiallarında olan sübutları tədqiq edərək qərar qəbul etmişdir. Cavabdeh vermiş olduğu kassasiya şikayətində Türkiyə Respublikasının vətəndaşı iddiaçı 2 barəsində həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli yazıya yer verməklə onun işgüzar nüfuzuna və şəxsiyyətinə toxunmuşdur. Bundan əlavə, cavabdeh irəli gedərək hətta kassasiya şikayətində aidiyyəti olmayan mövzulara yer vermişdir. Belə ki, şikayətdə cavabdehin onun təsisçilərindən biri olmuş mərhum X14 aid olması və mərhumun Azərb aycan Respublikasının Prezidentinin yaxın qohumu olmasını qeyd etmişdir. X30 cavabdehin təsisçilərindən biri olmuş və o da digər təsisçilər kimi qanunvericidən irəli gələn hüquqları və vəzifələri daşımışdır. Cavabdehin nümayəndəsinin kassasiya şikayətində cənab X18 adını yazmaqla hansı məqsədi daşıdığı iddiaçılara məlum olmamışdır. Bakı Apellyasiya Məhkəməsi işə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxaraq Azərbaycan Respublikası adından qətnamə qəbul etmişdir. İş materiallarına əlavə olunan sənədlər cavabdehin faktiki idarə edən şəxslərin qanunsuz əməllərinin ifşasına yönəlmişdir. Kassasiya baxışının hədləri
29. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqd ır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yara dılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır....” “Maddə
49. Hüquqi şəxsin orqanları... 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:... 49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 fa iz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan halla r istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir” “Maddə
109. Kooperativlər haqqında əsas müddəalar 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3- cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. … 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. … 109.10. Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. …” “Maddə 109-2. Kooperativin üzvləri 109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər....” “Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri 109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır:... 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq;... 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək....”
32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
109. Mənzil-tikinti kooperativləri 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir....” “Maddə
111. Mənzil-tikinti kooperativinin nizamnaməsi 111.1. M ənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, kooperativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onların tərkibi və ödənilməsi qaydası haqqında, pay haqlarının ödənilməsi üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət haqqında, kooperativin idarəetmə orqanları və onların səlahiyyətləri, qərar qəbul etməsi, o cümlədən barəsində qərarların sadə və ya üçdə iki səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında, kooperativin yenidən təşkili və ləğv edilməsi qaydası haqqında məlumatlar göstərilməlidir. …” 33. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü mad dəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.... 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.”
34. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “M addə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
36. Mahiyyət etibarilə hazırkı mübahisə hüquqi şəxsin bəzi təsisçiləri ilə hüquqi şəxs (kooperativ) arasında yaranmış korporativ mübahisədir və iş üzrə iddia tələbinin predmetini iddiaçıların təsisçilik hüquqlarından irəli gələn hüquqi şəxsin fəaliyyəti ilə bağlı müvafiq sənədlərin onlara təqdim olunmasıdır.
37. Belə ki, MM-in 109-4.1, 109-4.1.2 və 109-4.1.3-cü maddələrinə (bax § 31) görə, kooperativin üzvlərinin kooperativin idar ə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək, kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvlərinin hüquqlarıdır.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, eyni hüquqlar cavabdeh MTK-nin Nizamnaməsinin 5.3-cü bəndində də nəzərdə tutulmuşdur.
39. Beləliklə, hazırkı mübahisənin düzgün həlli üçün hüquqi əhəmiyyət kəsb edən əsas məsələ iddiaçıların həqiqətən də hazırda cavabdeh MTK-nın təsisçiləri sırasında öz yerlərini saxlayıb-saxlamamalarının müəyyən edilməsidir.
40. Əgər iddiaçılar hüquqi baxımdan hazırda da cavabdeh MTK-nın təsisçiləri hesab olunurlarsa, o zaman onların yuxarıda istinad edilən hüquqlara malik olması şübhəsizdir.
41. C avabdeh öz mövqeyini onunla əsaslandırır ki, iddiaçılar kooperativin fəaliyyətində, dəfələrlə çağırılmış Ümumi yığıncağın iclaslarında iştirak etməmiş, kooperativin fəaliyyəti üçün qanunvericiliklə zəruri olan mütləq və əlavə pay haqlarını ödəməmiş, bu səbəbdən ümumi yığıncağın 2017-ci il 13 may tarixli 12 saylı protokolu ilə iddiaçılar kooperativ üzvlüyündən çıxarılmışlar. 42. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.2 və 9.3 maddələrinin (bax § 33) məzmunundan aydın olur ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydi yyat orqanına ərizə ilə müraciət edilməli, ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişikliklər edilməsi halı istisna olmaqla, hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.
43. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 2012-ci il 14 noyabr tarixində dövlət qeydiyyatına alınmış cavabdeh MTK-nın nizamnamə kapitalında iddiaç ıların mayaların miqdarı 4,95 % (İddiaçı1) və 19,8 % (iddiaçı 2) təşkil edir. Cavabdeh MTK-nin Nizamnaməsindən görünür ki, iddiaçılar cavabdeh MTK-nın üzvləri sırasındadırlar və onların mütləq pay haqları müvafiq olaraq 4 AZN, 20 %, 4 pay (iddiaçı) və 1 AZN, 5 % 1 pay (İddiaçı1) pul şəklində müəyyən edilmişdir.
44. Göründüyü kimi, hazıradək iddiaçıların kooperativ üzvlüyündən çıxarılmaları barədə dəyişikliyin qeydiyyata alınması məqsədilə cavabdehin qeydiyyat orqanına müraciət etməsi və cavabdehin nizamnaməsində müvafiq dəyişikliklər edilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
45. Beləliklə, məhkəmə kollegiyasının mövqeyinə görə, qanunvericiliyin tələbləri baxımından mübahisəli dəyişiklik (iddiaçıların cavabdeh MTK-nın üzvlüyündən çıxarılmaları) hüquqi qüvvəyə minməmişdi r. Bu səbəbdən də iddiaçılar hüquqi baxımdan hazırda da cavabdeh MTK-nin təsisçilərindən biri hesab olunurlar.
46. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin, iddiaçıların hazırda da kooperativ üzvləri olduğundan MM-in 1094.1.3-cü maddəsində və cavabdeh MTK-nın Nizamnaməsinin 5.3-cü bəndində nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilmələrinə dair nəticəsi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
47. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin bildirir ki, cavabdeh iddiaçıların üzvlüyünün formal olduğunu, MTK-nın fəaliyyətində iştirak etmədiklərini, lazımi vəsaitləri ödəmədiklərini hesab edirdisə, bununla bağlı həmin şəxslərin Kooperativin üzvlüyündən çıxarılması məsələsini qanunvericiliyin tələblərinə uyğun şəkildə həll etmə li idi. Lakin həmin tələblərə əməl olunması işə baxan məhkəmələr tərəfindən müəyyən olunmadığından məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı hesab oluna və mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.
48. Yekunda məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçıların üzvlüyünün formal olub-olmadığı, kooperativin fəaliyyətində iştirak edibetmədikləri, lazımi vəsaitləri ödəyib-ödəmədikləri barədə tərəflər arasında ayrıca mübahisə yaranacağı təqdirdə cavabdeh hazırda istinad etdiyi dəlillərin həqiqiliyini həmin mübahisə çərçivəsində əsaslandıra bilər. Lakin həmin məsələlər heç bir halda hazırkı məhkəmə baxışının predmetini təşkil edə bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi, iddiaçılar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövl ət reyestri haqqında” Qanunun tələbləri baxımından hazırda da cavabdeh MTK-nin təsisçilərin kimi qalmaqda davam edirlər. Hazırkı mübahisənin həlli üçün bilavasitə əhəmiyyət kəsb edən əsas məsələ də məhz budur.
49. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 34) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
50. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 9 oktyabr tarixli 2-2(103)730/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Mənzil Tikinti Kooperativin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-730/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.