Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-144/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İlk iddia üzrə iddiaçı Kürdəmir Rayon İcra Hakimiyyətinin ilk iddia üzrə cavabdeh XXXa qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-144-19 Bakı şəhəri 17 aprel 2019-cu il 17.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh XXXun vəkili Vəkil iştirakları ilə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 iyul 2018-ci tarixli, 2-2(103)-355/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti (bundan sonra mətndə ilk iddia üzrə iddiaçı) cavabdeh XXXa (bundan sonra mətndə ilk iddia üzrə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə uzunmüddətli istifadəyə verilmiş Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2008-ci il tarixli, 96 saylı sərəncamı ilə icarəyə verilmiş 50 hektar və 29 aprel 2011-ci il tarixli, 61 saylı sərəncamı ilə icarəyə verilmiş 120 hektar qış otlaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, 07 may 2008-ci il tarixli, 48 saylı icarə müqaviləsi və 01 may 2011-ci il tarixli, 86 saylı icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsində olan əmlakları i lə birlikdə torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, icarəsində olan torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə əlaqədar olaraq 07 may 2008-ci il tarixli, 48 saylı və 01 may 2011-ci il tarixli 86 saylı icarə müqavilələrinin 01 yanvar 2017-ci il tarixdən dəyişdirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Aida Hüseyn) ilk iddia tələbi təmin edilərək, iddiaçıya Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2008-ci il tarixli 96 nömrəli sərəncamı ilə icarəyə verilmiş 50 hektar və 29 aprel 2011-ci il tarixli 61 nömrəli sərəncamı ilə icarəyə verilmiş 120 hektar qış otlaq sahəsi üzərində istifadə hüququna xitam verilmiş, 07 may 2008-ci il tarixli 48 nömrəli icarə müqaviləsi və 01 may 2011-ci il tarixli 86 nömrəli icarə müqaviləsi ləğv edilmiş və iddiaçı həmin torpaq sahəsində olan əmlakları ilə birlikdə torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbi təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2-1(103)-712/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mirzə Tağızadə, hakiml ər X1 Abiyeva) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh tərəfindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2018-ci il tarixi, 2-2(102)-196/18 saylı qərarı ilə (sədrlik edən hakim Zakir Quliyev, hakimlər Nigar Rəsulbəyova və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 iyul 2018-ci il tarixli, 2-2(103)-355/18 s aylı qətnaməsi ilə (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva)apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsı Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 07 may 2008-ci il tarixli, 96 nömrəli sərəncamı ilə 50 hektar, 29 aprel 2011-ci il tarixli 61 nömrəli digər bir sərəncamı ilə 120 hektar, cəmi, 170 ha qış otlaq sahəsi 15 il müddətinə örüş məqsədləri üçün fiziki şəxs qismində sahibkarılq fəaliyyəti ilə məşğul olan ilk iddia üzrə cavabdehə icarəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fə rmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X2”nə uyğun olaraq mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi quraraq aqropark yaradılmaqla taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 190s nömrəli sərəncamı ilə rayonun “Pirili-Muradxan massivi” adlanan ərazisində yerləşən qış otlaq sahələrinin 4443.06 hektarının, o cümlədən, hazırda Cavabdeh icarəsində olan 26h saylı “Qızılağac” adlanan sahədə olan 50 hektar, 27 h saylı “Muradxan tağı” adlanan sahədə olan 120 hektar - qış otlaq sahələrinin təyinatı dəyişdirilərək, əkin sahələrinin genişləndirilməsi məqsədilə, kənd təsərrüfatı təyinat lı torpaqlar kateqoriyasına keçirilmiş və bu səbəbdən də həmin torpaqlardan örüş məqsədilə istifadə edilməsi qanunun tələblərinə zidd olduğu üçün qış otlaq sahəsi kimi istifadə edilməsinə xitam verilməlidir. Qeyd olunan fərman və sərəncamdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə ilkin iddia üzrə iddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən iki icarə müqaviləsi üzrə 170 ha torpaq sahəsinin icarəçisi XXXa 13 mart 2017-ci il tarixli məktub ünvanlayaraq qeyd olunan aktlara istinadən bildirilmişdir ki, rayonun “Pirili-Muradxan massivi” adlanan ərazisindəyerləşən qış otlaq sahələrinin, o cümlədən, hazırda XXXun icarəsində olan qış otlaq sahəsinin təyinatı dəyişdirilərək əkin sahələrinin genişləndirilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlar kate qoriyasına keçirilmiş, bu səbəbdən də, həmin torpaqlardan örüş məqsədi ilə istifadə edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün həmin torpaqlardan istifadə hüququna xitam veriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İcarəçi XXX 10 iyul 2017-ci il tarixdə tərtib olunmuş qarşılıq iddia ərizəsinin 2-ci abzasının 3-cü bəndində, həm də apellyasiya şikayətinin dəlillərində özü etiraf edir ki, hələ iki il öncədən (belə çıxır ki 2015-ci ildən) həmin torpaq sahəsindən pambıq əkini üçün istifadə etmişdir. İcarəçi XXX tərəfindən (onun özünün də istinad etdiyi) Kürdəmir Rayon İcra Hakimiyyətinin ona ünvanladığı 25 iyul 2017-ci il tarixli cavab məktubunda «öz vəsaiti hesabına mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkələri yaratmaqla qabaqcıl aqrotexniki tədbirlər həyata keçirilməklə «Aqropark» yaradaraq yüksək taxıl, pambıq və digər bitkiçilik məhsulları istehsalına təminat verən layihə təqdim etməsi» təklif olunsa da, həmin vaxtdan bir ildən də çox müddət keçsə də, onun tərəfindən müvafiq sənədləşmə paketinin də rayon icra hakimiyyətinə təqdim edilməsi və müvafiq işlərin görülməsi müəyyən olunmur. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, ilk iddia üzrə cavabdeh örüş məqsədləri üçün icarəsinə verilmiş torpaq sahəsindən əkin məqsədləri üçün istifadə etməklə, birincisi müqavilə şərtlərini, bununla da o, həm də Torpaq Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan örüş məqsədi üçün istifadə edilən kənd təsərrüfatı uqodiyasını qanunla qorunan statusunu pozmuş, eyni zamanda, rayon icra hakimiyyəti tərəfindən ona “Aqropark” layihəs i ilə bağlı edilən təklif də onun tərəfindən baxımsız qalmış, müvafiq olaraq reallaşdırılmamış, bütün bunların müqabilində isə dövlət mülkiyyətində olan 170 ha kənd təsərrüfatı təyinatlı torpağın səmərəli istifadə imkanı buraxılmış, nəticədə həm məhsul istehsalında irəliləyiş əldə edilməsi yolunda vaxt itkisinə yol verilmiş, həm də məhsul bolluğu yaradılması imkanları əldən qaçırılmış, nəticədə dövlət büdcəsi müvafiq daxilolmalardan məhrum olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6, 9, 11, 12, Azərbaycan Respublikası MM-in 421.1, 421.2, 423.2, 713-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı mə hsullarının istehsalına və emalına dair X2”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli, 190s saylı sərəncamı ilə, prosessual hüquq normlar kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədənqarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi və ya müstəsna aidiyyət qaydaları pozulduğu üçün işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddianın əsasını torpaq sahəsinin kateqoriyasının dəyişməsi təşkil edir. Lakin otlaq sahələrinin əkin üçün ayrılması torpaq qanunvericiliyinə əsasən həmin torpağın kateqoriyasını dəyi şdirmir. Çünki həm əkin, həm də örüş və otlaqlar kənd təsərrüfatı yerləri olmaqla məqsədli təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Hətta torpaq sahələrinin məqsədli təyinatının dəyişdirildiyi halda belə, müqaviləyə xitam verilməsi nəzərdə tutulmamış, icarə müqaviləsinin dəyişdirilməsi qeyd olunmuşdur. İcarə müqaviləsinin dəyişdirilməsi ilə bağlı müraciətinə isə heç bir cavab verilməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə cavabdehin və 16 saylı Ucar Layihə-tədqiqat idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda istifadəsinə verilmiş 120 ha otlaq sahəsinin 106 ha hissəsinin təyinatı dəyişdirilmiş torpaq sahəsinə daxil edilmiş, 14 ha hissəsi isə həmin sahəyə daxil edilmədiyi halda, sonuncu hissə ilə bağlı da heç bir səbəb göstəri lmədən icarə müqaviləsinə xitam verilmişdir. Qeyd olunan akt iş üzrə maraqlı şəxslər tərəfindən tərtib edildiyindən onun doğruluğu şübhə yaratdığı halda, torpaqkadastr ekspertizası keçirilməmişdir. Daha bir dəlillə bildirilmişdir ki, mübahisəli torpaq sahəsi Kürdəmir rayonunda yerləşdiyi üçün, hazıki mübahisə müstəsna aidiyyat qaydalarına əsasən Şirvan İnzibatiİqtisadi Məhkəməsində baxılmalı olduğu halda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmaqla ərazi aidiyyatı pozulmuşdur. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası MM-in 399.1, 421.1, 421.2, 422.1, 422.4, 423.1, 423.2, 717.1, 715.5, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12, 17, 73-cü maddələri, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 11, 17-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası kassasiya şikayətində bildirilmiş dəlillə razılaşaraq hesab edir ki, onlar aşağıdakı qaydada pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsində ümumi qayda olaraq məyyən edilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu qaydaya uyğun olaraq ilk iddia üzrə iddiaçı cavabdehə qarşı onun rəsmi qeydə alındığı ünvan üzrə inzibati-iqtisadi məhkəməyə müraciət etmişdir. Lak in Məcəllənin 39.1-ci maddəsi müstəsna aidiyyat kimi nəzərdə tutmuşdur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması (1), tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (2), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında (3) iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Maddələrin tələblərindən göründüyü kimi, daşınmaz əmlakla bağlı aşağıdakı iddiallar həmin əmlakın olduğu yerə görə verilməlidir: (1) mülkiyyət hüququnun tanınması; (2) başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; (3) qanuni sahibin hüquqlarının müdafiəsi barədə. Qeyd edilmiş maddənin daşınmaz əmlakla bağlı tələblərinin tətbiqini n zəruriliyi belə izah olunur ki, həmin işlər üzrə icraat daşınmaz əmlakın yerində müayinəsindən, həmin əmlaka dair sənədlərin vaxtında toplanılmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən, həmin daşınmaz əmlakla bağlı üçüncü şəxslərin maraqlarının mövcud olmasından asılıdır ki, bu hərəkətlər həmin əmlakın olduğu yerdə daha uyğun həyata keçirilə bilər. Digər tərəfdən, müstəsna aidiyyət həm də mübahisə obyektinin yerləşdiyi yerin məhkəməsinin iş üzrə qərarının icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğurur. İlk iddia üzrə iddiaçının tələbləri aşağıdakı hissələrdən ibarətdir: - torpaq sahəsi üzərində cavabdehin istifadə hüququna xitam verilməsi; - tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi; - cavabdehin həmin torpaq sahəsində olan əmlakları ilə birlikdə çıxarılması. Tələblərin mahiyyətindən göründüyü kimi, onlar bilavasitə daşınmaz əmlaka dair hüquqların müdafiəsi və torpaq sahəsinin qanuni mülkiyyətçiyə qaytarıması ilə bağlıdır ki, bu halda iddia tələbləri üzrə müstəsna aidiyyat qaydalarının tətbiq edilməsi zəruri olmuşdur. Qarşılıqlı iddiaya münasibətdə isə Azərbaycan Respublikası MPM-nin 35.3-ci maddəsində müəyyən olunmuşdur ki, qarşılıqlı iddia, aidiyyatından asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən ərazi aidiyyətı qaydalarına düzgün riayət edilməmiş və prosessual qanunvericiliyin aşağıdakı müddəaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 152.1.3-ci maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmi n məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 44.2-ci maddəsinə əsasən, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 418.4.9-cu maddəsinin tələblərinə əsasən belə nəticəyə gəlir ki, apellasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməlidir. Belə ki, istinad edilən maddəyə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa. Habelə, Məhkəmə Hüquq Şurasının 11 apreı 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın 19.11-ci bəndinə əsasən, Kürdəmir rayonu Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan prosessual normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qətnamənin ləğv olunması üçün əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 iyul 2018-ci tarixli, 2-2(103)-355/2018 saylı qətnaməsi ləğv edilsin. İş baxılması üçün aidiyyət üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-144/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-144/2019
17.04.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver