Məhkəmə qərarları › İş №2-2(102)-144/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-144/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-144/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “İddiaçı”nın cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu, X2 ibarət tərkibdə, iddiaçı “İddiaçı”nın cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 oktyabr tarixli 2-2(103)-778/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yaz ılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “İddiaçı” (EDBİ) ilə sifarişçi "xxxx" MMC arasında bağlanmış 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, sifarişçinin podratçı 115 Construction Co. şirkəti ilə bağladığı müqavilə əsasında Azərbaycan Respublikası, Bakı şəhəri yaşayış, kommersiya və biznes kompleksi tikintisi həyata keçirməsi xərcləri 59.246.906 avro məbləğindən artıq olmayacaq və bu müqavilənin müddəalarına əsasən sifarişçi və podratçı arasında bağlanmış 2008-ci il 4 noyabr tarixli 105-B-2008 nömrəli müqavilənin şərtlərinə əsasən təsdiqlənmiş layihə dəyərinin ən azı 60 faizi İran mənşəli material və xidmətlərə sərf olunmalıdır. Sifarişçi layihənin 85% EDBİ tərəfindən razılaşan 43.529.411 avro məbləği ndə kredit vəsaitini əldə etməyə çalışır. Sifarişçi bu vasitə ilə EDBİ-yə təklif edir ki, bu müqavilədə təyin olunan şərtləri ilə layihənin icrası üçün onu maliyyələşdirsin. EDBİ sifarişçiyə həmin işi qeyd olunan və sonrakı şərtlər və müddəalar əsasında yerinə yetirmək üçün X19 X15 ilə tərəflər müqavilədə qeyd olunan şərtlər əsasında kredit vəsaiti ayırır.

2. Həmin müqavilənin şərtlərinə görə: - “Bank” Zaminbank deməkdir; “Podratçı” İİR-in qanunları əsasında təsis edilmiş və fəaliyyət göstərən və Cənubi Cami küçəsi, Kerman şəhəri, İİR-də yerləşən “115 Construction Co” Cəmiyyətidir (1-ci bənd). - EDBİ müqavilədə qeyd olunan şərtlərlə razılaşır ki, işə qəbul edənin tələbi ilə Razılaşmış layihə qiymətinin 85 faizini 37.000.000 avrodan çox olmamaq şərti ilə, EDBİ sığortası ilə maliyyələşdirsin (2-ci bənd). - EDBİ tərəfindən avans qismində zəmanətnamə qarşılığında təsdiq edilmiş layihənin dəyərinin 15%-i həcmində nağd vəsait əvvəlcədən EDBİ tərəfindən ödənilməlidir. EDBİ tərəfindən avans qismində ödənilən 15% vəsait sifarişçiyə ödənilməli olan kredit vəsaitini əhatə edir və sifarişçi bu vəsaitlə yanaşı, müqavilə şərtlərinə əsasən ödənilməli olan digər vəsaiti geri qaytarmalıdır (3.1.11-ci bənd). - Müqavilənin başqa müddəalarına görə EDBİ podratçıya fakturanın 70%-ni müqavilə əsasında aşağıdakı sənədləri aldıqdan sonra ödəyir: Sifarişçi tərəfindən hazırlanmış orijinal ödəniş tapşırığı nüsxəsi və bank tərəfindən imza və möhürlərin doğruluğunu təsdiq edən rəy məktubu. Sifarişçi tərəfindən təsdiqlənmiş 15% miqdarında faktura/deklarasiya qismən ödəniş kimi qəbul edilir (4.1-ci bənd). - Sifarişçi EDBİ tərəfindən hissələrlə ödəniş cədvəlinə əsasən və EDBİ tərəfindən təyin edilmiş bütün məbləğləri müqavilədə qeyd olunan şərtlərə uyğun olaraq və müqavilə üzrə heç bir tərəfin öhdəliklərindən asılı olmayaraq ödəməlidir (5.1-ci bənd). - Bu müqaviləyə əsasən sifarişçi tərəfindən EDBİ-yə geri qaytarılmalı olan əsas vəsait dörd bərabər yarım illik ardıcıl hissələrlə ödəniş şəklində avro ilə ödənilməlidir. İlk ödəniş erkən başlanma vaxtından etibarlılıq müddətinin sonuncu günündən başlayaraq 6 ay sonra olmalıdır (5.2-ci bənd). - Sifarişçi kredit vəsaiti üzrə borclarını məbləğləri avro ilə və ya rahatlıqla avroya konvertasiya edilə bilən digər istənilən valyutada, heç bir azalma tətbiq etmədən yalnız EDBİ-nin azad seçiminə əsasən geri qaytarmalıdır. Sifarişçi bu müqavilə üzrə kre dit vəsaitlərindən irəli gələn borclarla bağlı EDBİ-yə qarşı hər hansı iddia və etiraz tələbini gündəmə gətirməyəcək və bu hüququndan imtina edir. Xüsusilə sifarişçi iddia hüququ, ərizə ilə məhkəməyə müraciət hüququ, podratçıdan hüquq və tələblərini almaq hüququ kimi faktlara istinad etməklə banka olan borclarını geri qaytarılmasını dayandırmaqdan imtina edə bilməz (5.4-cü bənd). - Sifarişçi müqavilə üzrə kredit vəsaiti ilə əlaqədar borcların geri qaytarılması üzrə öhdəliklərini o zaman tam icra etmiş hesab olunur ki, müvafiq vəsait heç bir kəsmə olmadan, EDBİ tərəfindən müəyyən edilmiş hesaba köçürülsün və bu yazılı qaydada təsdiqini tapsın (5.6-cı bənd). 3. 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsi üzrə 2010-cu il 31 avqust tarixli Düzəliş Razılaşmasını n şərtlərinə görə: - Müqavilənin 6-cı bəndində olan vəsait xərclərinin hazırkı rəqəmi yerinə 11% olması müəyyən edilmişdir (1-ci bənd). - Müqavilənin 3-1-11-ci bəndinə düzəliş edilərək, 3-1-11 layihənin təsdiq olunmuş qiymətinin 12,75% nağd olaraq, avans ödəniş şəklində ödənilir. EDBİ-nin 12,75% ödənişi sifarişçiyə ödəmə hesab olunur və sifarişçinin həmin məbləği başqa ödəmələr ilə bərabər müqaviləyə uyğun ödəməli olması müəyyən edilmişdir (3-cü bənd). - Müqavilənin 4-cü bəndinin 3-cü paraqrafına düzəliş edilərək müqavilənin icazələrini nəzərə alaraq EDBİ podratçıya ödənməmiş 72,75 % ödənişi aşağıdakıları almaq ilə faktura/ödəniş ödəyəcək (6-cı bənd). 4. 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsi üzrə tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş, X18 adınd an əlavə nümayəndə X6 tərəfindən imzalanmış 2013-cü il 4 sentyabr tarixli Əlavə N 2 ilə həmin müqavilənin: 5. 1.1-ci bəndinin 3-cü abzasına aşağıdakı əlavələr edilmişdir: Layihənin yekunlaşdırılması üzrə işlərin başa çatdırılması və kreditin geri qaytarılma müddətinin uzadılması məqsədilə aparılan danışıqlara əsasən 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/l 1 saylı kredit müqaviləsinin icra müddəti üç ildən beş ilə uzadılır. Bu müddət 2013-cü il 23 oktyabr tarixində başlanır və 2018-ci il 23 oktyabr tarixində başa çatır. Ödənilmiş bütün vəsait, o cümlədən əvvəl ödənilmiş və ilkin müqavilənin icra müddətində veriləcək bütün vəsait sifarişçinin kredit borcu və öhdəliyi hesab edilir və sifarişçinin EDBİ qarşısındakı öhdəlikləri müqavilənin icra müddətində tam olaraq icra olunmalıdır. - 2-ci bə ndinə dəyişiklər edilərək kredit müqaviləsinin məbləği 37.000.000 avrodan 50.000.000 avroya artırılmışdır. - 10-cu bəndində “Fransa qanunlarını tənzimləyici qanun kimi seçərək və X7 Mərkəzində (TRAC) əsaslanaraq və Sifarişçi tərəfindən Fransa səlahiyyətli məhkəmələrinə təqdimatla” ifadəsi "Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının məhkəmələrinin rəy və qərarlarına” ifadəsi ilə əvəz edilmişdir. - 16-cı bəndində dəyişikliklər edilərək “sifarişçiyə qarşı arbitraj tribunalı və ya Fransa Məhkəməsi tərəfindən” ifadəsi “Azərbaycan Respublikasının Məhkəmə orqanları tərəfindən” ifadəsi ilə əvəz edilmişdir. - 2.3-cü bəndinə əsasən, ipoteka qoyulmuş mülkiyyətin ümumi dəyəri "xxxx" Firması tərəfindən verilmiş olan 2010-cu il 10 fevral tarixli qiymətləndirmə rəyinə əsas ən 11.000.000 manat hesab edilir (bu şərtlə ki, belə qiymətləndirmə tərəflər üçün məcburi olmasın). Qiymətləndirmə hesabatının surəti Qoşma 3 kimi buraya əlavə olunmuşdur.

6. İpoteka saxlayan “İddiaçı” ilə ipoteka qoyan "xxxx" MMC arasında bağlanmış, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 2010-cu il 24 fevral tarixli ipoteka müqaviləsinə əsasən, müəyyən edilir ki, ipoteka saxlayan ilə borclu arasında 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/l 1 saylı kredit müqaviləsinə əsasən ayrılmış 37.000.000 manat məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edil məsi barədə razılığa gəlmişlər.

7. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün ipoteka qoyan bununla öz xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 4 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsini, (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən (bundan sonra – “DƏDRX”) MH seriyalı ******* nömrəli çıxarış verilmişdir) həmin ünvanda yerləşən ümumi sahəsi 266,3 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,144 ha torpaq sahəsini, (DƏDRX tərəfindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir) və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 264,8 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,214 3 ha torpaq sahəsini, (DƏDRX tərəfindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir) ipoteka saxlayan üçün ipoteka qoyur və ipoteka saxlayan təminatlı öhdəliklərin müvafiq qaydada və vaxtında ödənişi, yerinə yetirilməsi və tamamilə ödənilməsi üçün bu ipoteka qoyulmuş mülkiyyəti birinci dərəcəli əmlak təminatı olaraq qəbul edir. 8. 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/l 1 saylı güzəştli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan “İddiaçı” ilə ipoteka qoyan "xxxx" MMC arasında bağlanmış, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 2017-ci il 28 dekabr tarixli 3M1382 reyestr nömrəli ipoteka müqaviləsinin: - ipotekanın predmeti ünvan 2 ünvanında, mülkiyyətində olan 0,4358 ha torpaq sahəs ində yerləşən ümumi sahəsi 58.116,3 m2 olan 24 mərtəbəli 2 girişli yaşayış binasıdır (2.1-ci bənd). - ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 40.000.000 manat məbləğində müəyyən edilmişdir (2.4-cü bənd). - öhdəliyin icra müddəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən 2025-ci il 28 dekabr tarixinədək müəyyən edilmişdir (3.3-cü bənd). - ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilməsi razılaşdırılmışdır (4.1-ci bənd). - İpoteka müqaviləsində təmin olu nmuş öhdəliyin mühüm şərtləri, o cümlədən əsas borcun məbləği və faiz dərəcəsi göstərilməmişdir.

9. DƏDRX tərəfindən verilmiş 2010-cu il 8 sentyabr tarixli aşağıdakı çıxarışlarla təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 3014, Asif Məhərrəmov küçəsi 4-də yerləşən aşağıdakı əmlaklar üzərində "xxxx" MMC-nin hüququ “İddiaçı” qarşısında ipoteka ilə yüklü edilmişdir: - 1110061213 nömrəli Çıxarışla qeyri-yaşayış binası və 0,2143 ha torpaq sahəsi; - 1110061208 nömrəli Çıxarışla torpaq sahəsi; - 1110061203 nömrəli Çıxarışla qeyri-yaşayış binası və 0,144 ha torpaq sahəsi. 10. "xxxx" MMC-nin təsisçisi Qanuni nümayəndə ilə Cavabdeh1 MMC arasında bağlanmış, Cavabdeh1 MMC adından qanuni təmsilçi X23 Sadegh tərəfindən imzalanmış 2014-cü il 14 iyul tarixli müəssisədəki payın alqı-satqı müqavi ləsinin şərtlərinə görə: - müqavilənin predmetini satıcı "xxxx" MMC-nin təsisçisi Qanuni nümayəndə "xxxx" MMC-də ona məxsus olan 100% həcmində 200 payını alıcı tərəf olan Cavabdeh1 MMCyə 200 manata satması, alıcının isə həmin payı alması, satıcı həmin müəssisə ilə bağlı müqavilə bağlandığı tarixədək olan öhdəlikləri və cavabdehliyi (məsuliyyəti) öz üzərinə götürməsi və həmçinin: a) müəssisənin möhürü və ştampı; b) dövlət qeydiyyatı haqqında şəhadətnaməni; v) nizamnamələrini və cəmiyyətə aid digər sənədləri, payını alıcıya təhvil verməsi və alan tərəfin bunları qəbul etməsi təşkil edir (1.1-ci bənd). - Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş 2014-cü il 2 iyul tarixli **********637300 və **********909700 saylı məktublara əsasən, "xxxx" MMCnin təsisçisi Q anuni nümayəndə nizamnamə kapitalındakı 100% payı ipoteka ilə yüklüdür (1.3-cü bənd). 11. “İddiaçı”, "xxxx" MMC (şirkət) və Cavabdeh1 MMC arasında bağlanmış 2017-ci il 5 sentyabr tarixli “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilənin şərtlərinə görə: - müqavilənin predmeti qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi 2018-ci il 18 yanvar olan Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 3 ünvan) və əvvəlki çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsimi Bakı” yaşayış binasının cari fiziki problemlərinin şirkət tərəfindən aradan qaldırılmasının ikinci mərhələsinin icrası hazırki müq avilənin predmetini təşkil edir. Hazırkı müqavilənin predmetinin istiqamətləri müqavilənin tərkib hissəsi sayılan sənədlər, aktlar və texniki göstəricilər, layihə və cizgilərlə əsaslanır, şirkət onların kəmiyyət və keyfiyyət göstəricilərindən məlumatlı olmaqla yanaşı onların icrası barədə öhdəliklər götürmüşdür (2-ci bənd). - bank tərəfindən tələb olunan təqdirdə şirkət öz maliyyə vəziyyəti və üçüncü şəxslər qarşısındakı öhdəlik barədə məlumatları tam və əhatəli şəkildə hazırlayaraq banka və ya bankın istəyi ilə Cavabdeh1 MMC-yə təqdim etməlidir (3.1.2-ci bənd). - bu müqavilənin dəyəri Şirkətin Bank qarşısındakı əvvəlki müqavilələrdən irəli gələn borc öhdəliklərinə əlavə olunur və Şirkət hazırkı müqavilə üzrə aldığı vəsaiti banka olan əvvəlki borcları ilə birgə geri qaytaracağı barədə öhdə lik götürür (3.1.3-cü bənd).

12. İİR Tehran Şəhəri 242 saylı Notariat Kontorunda təsdiq edilmiş 2017-ci il 18 noyabr tarixli razılıq ərizəsindən müəyyən edilir ki, “İddiaçı” "xxxx" MMC-nin 0,43583 ha torpaq sahəsində tikilməkdə olan 2-ci, 3-cü, 4-cü mərtəbələri ofis təyinatlı olmaqla 2 girişli 24 mərtəbəli yaşayış binasının “İddiaçı”nın girovunda qalmaq şərti ilə vahid əmlak kimi qabaqcadan qeydiyyata alınmasına razılıq vermişdir. 13. "xxxx" MMC-nin təsisçisi olan Cavabdeh1 MMC-nin təsisçisi Shokr X1 2017-ci il 26 dekabr tarixli qərarına əsasən müəyyən edilir ki, təsisçi ünvan 5 ünvanında mövcud olan 0,4358 ha sahədə inşa edilən və "xxxx" MMC-yə məxsus iki girişli 24 mərtəbəli yaşayış binasının “İddiaçı”na girov qoyulması barədə qərar qəbul etmişdir. 14. “İddiaçı”, "xxxx" MMC (şirkət) və C avabdeh1 MMC arasında bağlanmış 2018-ci il 6 yanvar tarixli “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilənin şərtlərinə görə: - müqavilənin predmetini qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi 2018-ci il 18 yanvar olan Dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvan) və əvvəlki çıxarışlara əsasən Asəf Məhərrəmov 4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsim Bakı” yaşayış binasının cari fiziki problemlərinin, şirkət tərəfindən aradan qaldırılmasının üçüncü mərhələsinin icrası təşkil edir (2-ci bənd). - müqavilə üzrə bütün ödənişlər təqdim olunacaq sənəd və aktlara əsasən həyata keçiriləcək, şirkət bank tərəfindən tələb olunan lazımi sənədl əri hazırlayaraq banka və bankın istəyi ilə Cavabdeh1 şirkətinə təqdim etməlidir (3.1.4-cü bənd). - müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə şirkət adlanan "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən şirkətə ödənilən və bankın istəyinə əsasən şirkət tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMC-nin kreditor borcu sayılır və onun “İddiaçı”nın qarşısında kredit öhdəliyi kimi tanınır və şirkətin kredit müqaviləsinə əsasən banka olan əvvəlki kredit borclarına əlavə olunur (3.2.1-ci bənd). - müqaviləni dəyəri 1.986.097,29 manat təşkil edir (4.1-ci bənd).

15. DƏDRX tə rəfindən verimiş 2018-ci il 18 yanvar tarixli ********** nömrəli Çıxarışla təsdiq edilir ki, ünvan 2 ünvanında yerləşən 0,4358 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli bina üzərində "xxxx" MMC-nin hüququ “İddiaçı” qarşısında ipoteka ilə yüklü edilmişdir. 16. “İddiaçı”, "xxxx" MMC (şirkət) və Cavabdeh1 MMC arasında bağlanmış 2018-ci il 8 iyun tarixli “Nəsim Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilənin şərtlərinə görə: - müqavilənin predmetini qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi 2018-ci il 18 yanvar olan Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov 4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsim Bakı” yaşay ış binasının cari fiziki problemlərinin, şirkət tərəfindən aradan qaldırılmasının üçüncü mərhələsinin icrası təşkil edir (2-ci bənd). - müqavilə üzrə bütün ödənişlər təqdim olunacaq sənəd və aktlara əsasən həyata keçiriləcək və şirkət bank tərəfindən tələb olunan lazımi sənədləri hazırlayaraq banka və bankın istəyi ilə Cavabdeh1 şirkətinə təqdim etməlidir (3.1.4-cü bənd). - müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə şirkət adlanan "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən şirkətə ödənilən və bankın istəyinə əsasən şirkət tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxx x" MMC-nin kreditor borcu sayılır və onun “İddiaçı”nın qarşısında kredit öhdəliyi kimi tanınır və şirkətin kredit müqaviləsinə əsasən banka olan əvvəlki kredit borclarına əlavə olunur (3.2.1-ci bənd). - müqavilənin dəyəri 8.030.637,62 manat təşkil etmişdir (4.1-ci bənd). 17. "xxxx" MMC ilə “İddiaçı” arasında bağlanmış, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş 2019-cu il 1 iyun tarixli borcların qarşılıqlı üzləşmə aktından görünür ki, həmin aktda 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin “İddiaçı”na ümumi borcunun 80.711.260,17 avro olması qeyd edilmişdir. 18. “İddiaçı” tərəfindən "xxxx" MMC-yə ünvanlanmış, İddiaçı nümayəndəsi X6 tərəfindən imzalanmış tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 2019-cu il 19 iyun tarixli bildirişdən görünür ki, həmin bildirişlə kredit borcunun 10 iş günü ərzində qaytarılması tələb edilmiş, əks təqdirdə həmin borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 19. “İddiaçı” tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış, “İddiaçı”nın nümayəndəsi X6 tərəfindən imzalanmış 2019-cu il tarixli ərizədən görünür ki, "xxxx" MMC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması xahiş edilmişdir.

20. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin “İddiaçı”na ünvanladığı 2019-cu il 25 iyul tarixli məktubu ilə təsdiq edilir ki, "xxxx" MMC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binaya tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. 21. “İddiaçı” t ərəfindən verilmiş 011494 saylı çekin surətindən görünür ki, çek 2010cu ildə El.SƏ.Nİ” MMC-nin adına 5.549.999 avro məbləğinə verilmişdir. 22. “İddiaçı”nın təqdim etdiyi müxtəlif tarixli “maliyyə sənədləri” adlandırdığı sənədlərdən görünür ki, güzəştli kredit müqaviləsinə əsasən, “İddiaçı” tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitlərinin 115 Yol İnşaatı və Tikinti Şirkətinə- ********* saylı hesablaşma hesabına (EL.SƏ.Nİ-115 Yol İnşaatı və Tikinti Şirkəti), Modiriyyat va X8 şirkətinin ********* saylı hesabına, X9 Arman şirkətinin ********* saylı hesabına köçürüldüyü göstərilmişdir. 23. "xxxx" MMC tərəfindən “İddiaçı”na ünvanlanmış müxtəlif tarixli məktublardan görünür ki, bankdan aralarında olan kredit müqaviləsinə uyğun olaraq ödənilməli olan məbləğlərdə vəsaitin podratçıya ödəniş edilməs i tələb edilmiş və podratçıya ödənildikdən sonra, həmin vəsaiti, eləcə də ona hesablanmış faizlər və sairə məsrəfləri müqavilə şərtlərinə uyğun qaytaracağı barədə öhdəlik götürdükləri bildirilmişdir. 24. "xxxx" MMC tərəfindən verilmiş 2021-cı il 26 avqust tarixli 2021/16 saylı maliyyə arayışından görünür ki, ünvan 10 ünvanında inşa olunan 2 girişli 24 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək üçün “İddiaçı” və "xxxx" MMC arasında bağlanmış 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı kredit müqaviləsinə əsasən tikinti işlərinin davam etdirilməsi üçün “İddiaçı”, "xxxx" MMC və Cavabdeh1 MMC arasında bağlanmış üçtərəfli müqavilələrə əsasən X26 Bakı filialı vasitəsilə 2017-ci il 5 sentyabr tarixli üçtərəfli müqavilə, 2018-ci il 6 yanvar tarixli üçtərəfli müqavilə və 2018-ci il 6 iyul tarixli üçtərəfli müqavilə və ona əlavələrə uyğun olaraq “Nəsim Bakı” layihəsi üzrə 2021-ci il 17 iyul tarixinə qədər olan dövr üçün, tikinti quraşdırma işləri üçün, əmək haqqı və digər xərclər üçün "xxxx" MMC-nin kassasına nağd şəkildə 478.271,18 manat, "xxxx" MMC-nin X26 Bakı Filialındakı hesabına köçürmə yolu ilə 3.580.412,67 manat olmaqla, ümumilikdə 4.058.683,85 manat pul vəsaiti daxil olmuş və həmin vəsait “Nəsim Bakı” layihəsilə bağlı xərclərə sərf olunmuşdur. 25. “X20” MMC-nin 2021-ci il 23 sentyabr tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, audit zamanı ünvan 11 ünvanda (əvvəlki adı: A.Məhərrəmov küçəsi, 3014-cü məhəllədə) inşa olunan binanın tikintisinin maliyyələşdirilməsinə görə "xxxx" MMC-nin “İddiaçı”na (EDBİ) əsas məbləğ üzrə 48.734.005,73 avro, əsas b orca hesablanmış faizlər üzrə 31.769.268,39 avro və öhdəliklərin icrasından irəli gələn xərclər üzrə 207.986,05 avro borcunun qaldığı müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 26. “İddiaçı” (bundan sonra – “iddiaçı”) 2019-cu il 2 sentyabr tarixində cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq "xxxx" və Cavabdeh1) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, 2021-ci il 7 sentyabr tarixində isə iddia ərizəsinə dəyişiklik barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, kredit müqaviləsinə əsasən əsas borc üzrə 48.734.005,73 avro, faizlər üzrə 31.769.268,39 avro, cərimə üzrə 207.986,05 avro olmaqla ümumilikdə 80.711.260,19 avro məb ləğində vəsaitin, eləcə də 2019-cu il 31 may tarixindən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14.890,95 avro məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, borcun tutulmasının "xxxx"-nin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58.116,3 m2 olan (DƏDRX tərəfindən 2017-cu il 21 dekabr tarixində RX seriyalı ******* nömrəli çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına "xxxx"-nin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 nömrəli kredit müqaviləsinin 2-ci maddəsinə əsasən, iddiaçı "xxxx"-yə 37.000.000 avro məbləğində kredit ayırmışdır. Kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, cavabdeh kredit götürülmüş vəsaiti hər 6 aydan bir, cəmi 4 ödəniş ilə iddiaçıya geri qaytarmalı idi. 2013-cü il 14 sentyabr tarixində həmin müqaviləyə edilmiş 2 saylı əlavəyə əsasən, həmin tarixə qədər layihə üzrə 28.676.013,63 avro vəsait xərclənmiş, 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinin məbləği 37.000.000 avrodan 50.000.000 avroya artırılmışdır. Eyni zamanda, həmin əlavənin 4-cü (geri ödəniləcək məbləğin düzəlişi) maddəsinə əsasən, 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinə, eləcə də bu müqaviləyə edilən 2010-cu il 31 avqust tarixli Əlavə №1 və 2013-cü il 14 sentyabr tarixində edilmiş Əlavə №2-nin müddəalarına uyğun olaraq əsas borc və ona hesablanmış faizlər, eləcə də digər aidiyyəti xərclər (məsələn idarəçilik və öhdəliklərin icrasından irəli gələn xərclər) icra müddəti bitdikdən sonra ardıcıllıqla hissəhissə səkkiz üç aylıq mərhələdə "xxxx" (güzəştli kredit müqaviləsi üzrə layihənin sifarişçisi) tərəfindən iddiaçıya geri qaytarılmalı idi.

28. İddiaçı ilə EL.SƏ.Nİ” arasında bağlanmış 2019-cu il 19 iyun tarixli 2600/98/8/604 saylı üzləşmə aktına əsasən, EL.SƏ.Nİ” MMC-nin iddiaçıya 2019-cu il 31 may tarixinə olan əsas borcu 48.734.005,73 avro, faizlər üzrə 31.769.268,39 avro, cərimə 207.986,05 avro, ümumilikdə 80.711.260,19 avro təşkil edir. Həmin üzləşmə aktında qeyd olunmuşdur ki, "xxxx" MMC-nin borcun qaytarılması ilə bağlı öhdəliyinin icrasının 2019-cu il 31 may tarixindən etibarən gecikdirdiyi hər gün üçün 14.890,95 avro hesablanır. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təminatı üçün 2010-cu il 23 fevral tarixində tərəflər arasında ipoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmişdir. Birinci İpoteka müqaviləsinə əsasən, təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsini (DƏDRX tərəfindən 2009-cu il 9 oktyabr tarixdə MH seriyalı ******* nömrəli çıxarış verilmişdir), həmin ünvanda yerləşən ümumi sahəsi 266,3 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,144 ha torpaq sahəsini (DƏDRX tərəfindən 2009-cu il 27 oktyabr tarixində MA seriyalı ******* nömrəli çıxarış verilmişdir) və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 264,8 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,2143 ha torpaq sahəsini (DƏDRX tərəfindən 2009-cu il 23 oktyabr tarixində MA seriyalı ******* nömrəli çıxarış verilmişdir) iddiaçının ipotekasına qoymuşdur. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təminatı üçün 2017-ci il 28 dekabr tarixində tərəflər arasında İpoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-1382 reyestr nömrəsi ilə təsdiqləmişdir.

29. İkinci ipoteka müqaviləsinə əsasən, təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.116,3 m2 olan 24 mərtəbəli, 2 girişli yaşayış binas ını (DƏDRX tərəfindən 2017-cu il 21 dekabr tarixində RX seriyalı ******* nömrəli çıxarış verilmişdir) iddiaçının ipotekasına qoymuşdur. DƏDRX tərəfindən RX seriyalı ******* nömrəli çıxarışı ilə ipotekaya qoyulmuş daşınmaz əmlak və onun iddiaçının xeyrinə yüklü olması barədə çıxarış verilmişdir. 2013-cü il 4 sentyabr tarixində tərəflər kredit müqaviləsinə 2 saylı əlavəni təsdiqləmişdirlər.

30. İddiaçının "xxxx"-nin təsisçisi Qanuni nümayəndə (bundan sonra – “Qanuni nümayəndə”) ilə bağladığı və 2010-cu il 15 sentyabr tarixində 3M/3-405 reyestr nömrəsi ilə Abşeron rayonu 1 saylı Notariat Kontorunda qeydiyyatda alınmış ipoteka müqaviləsinə əsasən, "xxxx"-nin nizamnamə kapitalındakı payların 100% kredit müqaviləsi üzrə "xxxx"nin öhdəliklərinin təminatı kimi iddiaçının ipotekasına qoymuşdur. 201 5-ci il 4 iyul tarixində 3M339 reyestr nömrəsi ilə Sumqayıt ASAN notariat kontorunda qeydiyyatda alınmış alqısatqı müqaviləsinə əsasən, "xxxx"-nin nizamnamə kapitalındakı payların yüz faizi Cavabdeh1-nin mülkiyyətinə keçmişdir. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 2016-cı il 27 yanvar tarixli **********535000 nömrəli çıxarışına əsasən "xxxx"nin nizamnamə kapitalındakı payların üzərində mülkiyyət hüququ Cavabdeh1-nin adına qeydiyyata alınmışdır. "xxxx" ipoteka ilə təmin olunmuş öhdəliyini icra etməmiş, iddiaçıdan aldığı 48.734.005,73 avro məbləğində kredit vəsaitini geri qaytarmamış və ona hesablanmış faizləri ödəməmişdir. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 2019-cu il 19 iyun tarixli 2600/98/8/604 saylı bildirişlə "xxxx"-ni məlumatlandırmışdır. Bildirişin a lınması barədə "xxxx"-nin 2019-cu il 21 iyun tarixli 201922 saylı məktubu iddiaçıya təqdim edilmişdir. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 2019-cu il 9 iyul tarixli 2600/98/8/777 saylı bildirişin qeydə alınması ilə əlaqədar DƏDRX-in Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin bildiriş 2019-cu il 19 iyul tarixində qeydiyyata alınmışdır.

31. İddia tələbinin maddi hüququ əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 290.1, 290.2, 295, 296.1, 298.1, 317-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 36.1, 39-cu maddələrinə istinad edilmişdir. 32. 2020-ci il 6 fevral tarixində işin birinci instansiya məhkəməsi baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında barışığa gəldiklərini, borcun bir hissəsinin müstəqil auditor hesabatı ilə 31.075.000 manat məbləğində qiymətləndirdiyini, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58.116,3 m2 olan 24 mərtəbəli 2 girişli yaşayış binası ilə əvəzləşdirilməsinə dair barışıq sazişi imzaladıqlarını bildirmiş, həmin barışıq sazişinin şərtlərinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdirlər.

33. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 fevral tarixli e-2-2(113)-424/2020 nömrəli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir (hakim – Z.Pirverdiyev).

34. Həmin qərardaddan 2020-ci il 30 iyun tarixində maraqlarına toxunan Ərizəçi (bundan sonra – “Ərizəçi”) şikayət verərək, onun ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

35. Bakı Apelly asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli 2-2(103)-518/2020 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 fevral tarixli e-2-2(113)-424/2020 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim – C.Yusifov, hakimlər – E.Nağıyeva və V.Baxışova).

36. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən 2021-ci il 2 mart tarixində keçirilən məhkəmə iclasının qərardadı ilə Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

37. Birinci instansiya məhkəməsində işə baxılarkən 2021-ci il 13 oktyabr tarixində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və "xxxx"-nin qanuni təmsilçisi Qanuni nümayəndə yazılı ərizə verərək, iş üzrə barışı q sazişinin təsdiq edilməsinə dair müvafiq qərardad qəbul olunmasını xahiş etmişdirlər.

38. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(113)1267/2021 saylı qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsindən imtina olunmuşdur (hakim – L.Əliyeva).

39. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya dəfələrlə müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəfindən mübahisəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 80.711.260,19 avro məbləğində borcunun həqiqətən də mövcud olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, "xxxx"-nin daşınmaz əmlakına tutma yönəldilərək həmin əmlakın açıq hərracdan satılması və əldə edilmiş məbləğdən iddiaçın ın mövcud olması sübuta yetirilməmiş tələbinin üstün qaydada ödənilməsi "xxxx"-nin digər kreditorlarının qanunla qorunan hüquqlarını kobud surətdə pozulmasına səbəb olduğundan qanunauyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən, tərəflər arasında bağlanılmış barışıq sazişi qanunazidd olduğundan həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən imtina olunmalıdır.

40. Bakı Kommersiya Məhkəməsinin eyni tarixli digər qərardadı ilə iddia ərizəsi tutmanın "xxxx"-nin nizamnamə kapitalındakı 100% paylara yönəldilməsi, "xxxx"-nin nizamnamə kapitalındakı 100% paylarının hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına "xxxx"-nin iddiaçıya olan borcunun ödənilməsi hissəsində baxılmamış saxlanılmış, bu zaman məhkəmə iddiaçının qeyd edilən hissədə iddianı geri götürməyə dair verdiyi ə rizəni nəzərə almışdır (hakim – L.Əliyeva).

41. Bakı Kommersiya Məhkəməsinin Məhkəmənin 2021-ci il 13 oktyabr tarixli e-22(113)-1267/2021 saylı qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia rədd edilmişdir (hakim – L.Əliyeva).

42. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının, eləcə də "xxxx" və onun təsisçisi Cavabdeh1-nin faktiki olaraq eyni şəxslər (və ya həmin şəxslər tərəfindən verilmiş etibarnamələrə əsasən digər şəxslər) tərəfindən məhkəmə prosesində təmsil edildiyini, eləcə də "xxxx"-nin qanuni təmsilçisinin əvvəlki məhkəmə mübahisələri gedişində verdiyi izahatla hazırkı iş üzrə verdiyi izahatı arasında ziddiyyətlərin mövcudluğunu nəzərə alaraq "xxxx" tərəfindən faktların etiraf edilməsinin işin həqiqi hallarının gizlədilmə si məqsədi ilə baş verməsindən şübhə etmiş və həmin faktların ümumi qaydada sübuta yetirilməsini zəruri saymışdır.

43. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya dəfələrlə "xxxx"-yə və ya müqavilədə podratçı qismində göstərilmiş “115 Construction CO” şirkətinə iddia edilən kredit məbləğinin verilməsini təsdiq edən mötəbər sübutların məhkəməyə təqdim olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən pul vəsaitinin nağd şəkildə verilməsinə dair kassa məxaric sənədləri (və ya digər sənədlər) və ya nağdsız formada verilməsini təsdiq edən ilkin mühasibat uçotu sənədləri (ödəniş tapşırıqları və s.), eləcə də pulun dövriyyəsini təsdiq edən mübahisəli pul vəsaitlərini alan şəxslərin bank hesabından çıxarışlar məhkəməyə təqdim edilməmişdir.

44. İddiaçının kredit vəsaitinin verilməsini sübuta yetirmək üçün məhkəmə təqdim etdiyi “maliyyə sənədi” adlandırılan sənədlərə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə həmin sənədlərin skaner vasitəsilə çıxarılmış və lazımi qaydada təsdiq olunmamış surətləri təqdim edilmişdir. Digər tərəfdən, nağdsız pul hesablaşmalarının formaları (ödəniş tapşırığı, inkasso, akkreditiv, çeklə hesablaşma və s.) MM-in 972-ci maddəsində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi yuxarıda göstərilən “maliyyə sənədi” adlanan sənədlər isə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı formada, eləcə də bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda nağdsız hesablaşmaların aparılmasını təsdiq edən ümumi qəbul edilmiş sənədlər deyildir.

45. Həmin sənədlərin məzmunu da kifayət qə dər ziddiyyətlidir. Belə ki, sənədlərin bir qismində pul vəsaitlərinin “115 Construction” şirkətinə köçürüldüyü (hər dəfə fərqli hesablara) göstərilsə də, əvvəla, həmin sənədlərdə vəsaitlərin köçürməsi iddia olunan hesabların kimin adına olması göstərilməmiş, maliyyə sənədlərinin digər bir qismində isə təyinat kimi mübahisəli kredit müqaviləsinə ümumiyyətlə istinad olunmamış və pul vəsaitinin mübahisəli kredit müqaviləsinə aidiyyəti olmayan digər hüquqi şəxslərə Cavabdeh1-yə və “X9 Arman” şirkətinə köçürüldüyü qeyd edilmişdir. Bununla yanaşı, “maliyyə sənədləri” adlanan sənədlərin bir qismində pul vəsaitlərinin X25 Bakı filialındakı hesablaşma hesabına (kimə məxsus olması bəlli olmayan) köçürüldüyü göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında verilmiş izahatlarda isə tərəflərin nümayəndələri əvvəl mübahisəli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasındakı banklara hər hansı pul köçürmələrinin edilmədiyini bildirildikləri halda, sonrakı məhkəmə iclaslarında isə Cavabdeh1-nin nümayəndəsi və qanuni təmsilçisi tərəfindən bəzi ödənişlərin X25 Bakı filialındakı hesablaşma hesablarına köçürüldüyü bildirilmişdir. Məhkəmə tərəfindən sözügedən ödənişləri alan şəxsin X25 Bakı filialındakı hesabından çıxarışının təqdim edilməsi təklif olunsa da, həmin sənədlər də məhkəməyə təqdim edilməmişdir.

46. Məhkəməyə təqdim edilmiş iddiaçı tərəfindən "xxxx"-nin adına verilmiş çekə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, əvvəla, həmin sənəd də lazımi qaydada təsdiq edilməmiş, xarici dildə olan surəti məhkəməyə təqdim olunmuşdur. İkincisi, həmin çekin nağdlaşdırılmasını və ya çekdə g östərilən vəsaitdən "xxxx" və ya digər şəxs tərəfindən hər hansı nağdsız formada istifadə edilməsini təsdiq edən hər hansı sənəd də məhkəməyə təqdim olunmamışdır.

47. Bununla yanaşı, iddiaçı və cavabdehlər arasında bağlanmış üçtərəfli müqavilələrə əsasən, “Nəsim-Bakı” layihəsinin reallaşdırılması ilə əlaqədar Cavabdeh1-yə və “X9 Arman” şirkətinə köçürüldüyü iddia edilən vəsaitlərin "xxxx"-nin mübahisəli kredit müqaviləsi üzrə borclara aid edilməli olması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən razılaşmalar mübahisəli kredit müqaviləsinə əlavə olaraq imzalanmamış, eləcə də həmin razılaşmaların bağlanması ilə əlaqədar kredit müqaviləsinə müvafiq dəyişikliklər edilməmişdir. Bu baxımdan, həmin müqavilələr çərçivəsində ödənilməsi iddia edilən vəsaitlərin ca vabdehin ipoteka ilə təmin olunmuş mübahisəli kredit müqaviləsi üzrə borclarına aid edilməsi üçün hər hansı bir əsasın mövcudluğu məhkəmə tərəfindən müəyyən olunmamışdır.

48. Güzəştli kredit müqaviləsində layihənin dəyərinin 15 faizinin avans olaraq nağd şəkildə "xxxx"-yə ödənilməli olması nəzərdə tutulsa da, avans məbləğinin nağd şəkildə EL.SƏ.Nİ”-yə və ya podratçıya verilməsini təsdiq edən sənədlər də məhkəməyə təqdim edilməmiş, bundan əlavə, tərəflərin nümayəndələri məhkəmə iclaslarının gedişində kredit müqaviləsi üzrə hər hansı vəsaitin nağd şəkildə verilməsini inkar etmişlər.

49. Borc müqaviləsinin bir növü olan kredit müqaviləsi üzrə kredit alan şəxsin borcu qaytarmaq öhdəliyinin yaranması üçün ilk növbədə kredit verən tərəfindən kredit müqaviləsinin predmeti olan pul vəsaiti kredit alanın mülkiyyətinə verilməli, hazırkı halda isə kredit məbləğinin nağd şəkildə borc alan "xxxx"-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda isə tərəflər arasında mübahisəli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmadığından kredit borcunun qaytarılması tələbinə dair hissədə iddiaçının iddiası əsassızdır. Eləcə də kredit borcunun tutulmasına dair əsas tələb rədd edildiyindən həmin tələbdən irəli gələn əlavə tələblərin - ipoteka tutma yönəldilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənil məsi barədə tələblərin də təmin edilməsi üçün əsaslar yoxdur.

50. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 443.1, 448.1, 739-cu, MPM-in 14.2, 77.1, 89.3, 106.4, 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

51. Həmin qətnamədən 2021-ci il 25 noyabr tarixində "xxxx" tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin, habelə 2021-ci il 17 mart tarixli (Ərizəçi iş üzrə maraqlı şəxs qismində tanınması barədə), 2021-ci il 13 oktyabr tarixli (barışıq sazişini təsdiq etməkdən imtina barədə) qərardadlarının tam ləğv edilməklə, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilərək icraata xitam verilməsi barədə yeni qərardad qəbul olunması xahiş edilmişdir.

52. İddiaçı isə həmin qətnamədən 2021-ci il 27 noyabr tarix ində apellyasiya şikayəti verilərək, onun ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 53. 2022-ci il 15 fevral tarixində keçirilmiş məhkəmə iclasında tərəflər apellyasiya instansiyası məhkəməsinə yeni təqdim etdikləri 2022-ci il 14 fevral tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər.

54. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 fevral tarixli 2-2(103)-139/2022 saylı qərardadı ilə barışıq sazişi ilk dörd bənddə təsdiq edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(113)-1267/2021 saylı qətnaməsi ləğv olunmuş, icraata xitam verilmişdir (sədrlik edən - R.Qurbanov, hakimlər V.Mə mmədov və V.Baxışova).

55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-də çəkişmə prinsipi və birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

56. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə mülki prosessual qanunvericiliyin qeyd olunan prinsiplərinə ziddir. Belə ki, tərəflər kredit və ipoteka müqavilələrinin bağlanmasını, kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin yaranmasını təsdiq etmişdirlər. Eyni zamanda, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin kredit müqavilə si üzrə pul vəsaitinin cavabdehə və onun xahişi ilə podratçı şirkətlərə ödənilməsi isə yuxarıda sadalanan sənədlərlə təsdiq olunur və həmin sənədlərlə bağlı məhkəmənin istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, həmin sənədlər İran İslam Respublikasında tərtib olunmuş, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən leqallaşdırılmış, rəsmi tərcümə olunmuş və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmişdir.

57. Həmçinin "xxxx" ilə “115 Yol İnşaatı və Tikinti Şirkəti” arasında podrat münasibətlərinin olması həm tərəflərin izahatları, həm ödəniş sənədləri, həm də işin 3-cü cildinin 39-103-cü vərəqələrində olan gömrük sənədlərinin surətləri ilə təsdiq olunur. Həmin sənədlərdən müəyyən edilmişdir ki, 2010-2012-ci illərdə “115 Yol İnşaatı və Tikinti Şirkəti” tərəfindən "xxxx"-nin adına müxtəlif mallar idxal olunmuşdur.

58. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 9 yanvar tarixli 10-1(102)-01/13 saylı qərardadı ilə İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizə təmin edilərək, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin 2012-ci il 18 iyul tarixli qərarı Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi, Hakimlər Heyətinin 2012-ci il 11 iyun və 2012-ci il 3 iyul tarixli qərarları iddiaçı İran İslam Respublikasının “115 X21 Yol İnşası Şirkəti” ilə cavabdeh "xxxx" arasında imzalanmış ““Nəsimi” ticarət, yaşayış və ofislər üçün nəzər də tutulmuş 25 mərtəbəli binanın inşası haqqında” 2008-ci il 4 noyabr tarixli 105-B-2008 saylı podrat müqaviləsinin tərkib hissəsi olan X16 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır.

59. Həmçinin iş materiallarından müəyyən olunmuşdur ki, İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə hazırkı mübahisə ilə bağlı 2021-ci il 6 oktyabr tarixli məktub göndərilmişdir.

60. Birinci instansiya məhkəməsi isə tərəflərin izahatlarına, qeyd olunan yazılı sübutlara, səlahiyyətli dövlət orqanlarının yazışmalarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadına əsasən müəyyən etdiyi faktlara deyil, ehtimal və şübhələrə əsaslanaraq nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, kredit və ipoteka müqav ilələri hüquqi şəxslər olan iddiaçı və cavabdeh arasında bağlanmış, həmin müqavilələr və müqavilələrə aid digər sənədlər və etibarnamələr hüquqi şəxslərin səlahiyyətli şəxslərinin imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri ilə də təsdiq olunmuşdur. Ona görə də həmin müqavilələri və müqavilələrə aid digər sənədləri və etibarnamələri imzalayan şəxsləri əsas götürərək tərəflərin faktiki olaraq eyni şəxslər tərəfindən məhkəmə prosesində təmsil edilməsi barədə nəticə səhv olmuşdur.

61. Bundan başqa, MM-də borc müqaviləsinin predmetini bilavasitə borc alana verilməsini müəyyən edən və ya tərəflərin razılaşması, yaxud borc alanın xahişi ilə üçüncü şəxsə verilməsini qadağan edən hər hansı norma mövcud deyil. Eyni zamanda, tərəflərin razılaşması ilə kredit müqaviləsi üzrə pul vəsaiti xarici hü quqi şəxslər olan podratçı təşkilatlara ödənilsə də, hazırda həmin vəsait hesabına ünvan 2 ünvanında 24 mərtəbəli, 2 girişli yaşayış binası inşa edilmişdir.

62. Məhkəmə tərəfindən "xxxx"-nin digər kreditorlarının qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına istinad edilməsi də əsassız olmuş, işin materiallarında bu halı təsdiq edən hər hansı sübut mövcud olmamışdır. Ərizəçi tərəfindən "xxxx" və Qanuni nümayəndə qarşı borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi barədə iddianın irəli sürməsi isə onun "xxxx"-nin kreditoru olması anlamına gəlmir. Çünki həmin iddiaya mahiyyəti üzrə baxılması davam edir və "xxxx"-dən Ərizəçi xeyrinə pul vəsaitinin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Eyni zamanda, Ərizəçi "xxxx" və Qanuni nümayəndə qarşı borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi barədə iddiaya qarşı cavabdehlər tərəfindən müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia irəli sürülmüşdür. Bundan başqa, hazırda Ərizəçi tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin predmetinə hər hansı hüquqları mövcud deyil və ümumiyyətlə tərəflər arasında olan kredit və ipoteka münasibətlərinə aidiyyəti müəyyən edilmir.

63. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qanuni təmsilçisinin digər məhkəmə mübahisəsinin gedişində verdiyi izahata istinad etməsi əsassız olmuşdur. Belə ki, məhkəmə həmin izahata istinad edərək tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə və ipoteka predmeti olan daşınmaz əmlakın cavabdehin mülkiyyətində olmasına şübh ə ilə yanaşmışdır. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata görə isə həmin daşınmaz əmlak "xxxx"-nin mülkiyyətindədir və iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

64. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 139.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, MPM-in 9.1, 9.3, 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

65. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 2022-ci il 24 fevral tarixində işdə iştirak edən şəxslərin elektron kabinetlərində yerləşdirilmişdir.

66. Üçüncü şəxs Ərizə çi həmin qərardaddan 2022-ci il 5 mart tarixində kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 may tarixli 2-2(102)-278/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə 2022-ci il 15 fevral tarixli 2-2(103)-139/2022 nömrəli qərardadı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – İ.Dadaşov və B.Qəribov).

68. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə tərəflər arasında iddia tələbi üzrə hər hansı mübahisənin olması müəyyən edilmir. Bu isə iddia icraatını istisna edir. Məhkəmə araşdırmaları zamanı, iddiaçını və cavabdehi eyni nümayəndələr təmsil etmiş, məhkəməyədək tərəflər arasında mübahisənin olmasına, kredit müqaviləsi üzrə borcalan olan cavabdehin öhdəliklərinin icrasından imtina etməsinə dair sübutlar təqdim edilməmiş, işin məhkəmədə başlandığı vaxtdan etibarən, cavabdehlər tələb üzrə hər hansı etiraz bildirmədən barışıq sazişinin təsdiq olunmasına dair məhkəməyə müraciətlər ünvanlamışlar. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə almamış, mülki dövriyyədə müəyyən rekvizitlərə malik tərəflərin məhkəmədənkənar qaydada barışıq sazişi bağlamamalarının səbəblərinə aydınlıq gətirmədən və prosessual hüquqi baxımdan qarşı tərəflər olan iddiaçı və cavabdehin həm məhkəməyədək, həm də məhkəmə prosesi dövründə eyni mövqedən çıxış etmələrinə, iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin xeyrinə məhkəmə aktı qəbul olunmuş cavabdeh tərəfindən də mübahisələndirilərək apellyasiya şikayəti verilməsinə düzgün hüquqi qiymət vermədən barışıq sazişini təsdiq etməklə MPM-in 4 və 52-ci maddəsinin tələblərinə zidd nəticəyə gəlmişdir.

69. Bundan əlavə MPM-in 52.5-ci maddəsi tərəflər arasında barışıq sazişinin məhkəmə tərəfindən qəbul edilməsini istisna edən iki halı müəyyən etmişdir: 1) bu hərəkətlər qanuna zidd olarsa; 2) həmin hərəkətlər hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini po zarsa.

70. Birinci halla bağlı nəzərə alınmalıdır ki, iş üzrə iddiaçı qeyri-rezident, cavabdehlər isə rezident hüquqi şəxslərdir. İddia tələbinin Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxslərin xarici hüquqi şəxsdən kredit müqaviləsi üzrə aldıqları iddia olunan 48.734.005,73 avro miqdarında xarici valyutanın, müvafiq faizlərlə birlikdə qaytarılmasından ibarət olması nəzərə alınarsa, sözügedən barışıq sazişinin qanuna zidd olub-olmamasının yoxlanılması baxımından ilk növbədə iddia olunan miqdarda pul vəsaitinin valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq ölkə ərazisinə daxil olub-olmamasına hüquqi qiymət verilməlidir. Həmçinin iddianın təmin olunması və ya barışıq sazişinin təsdiq olunması yolu ilə müvafiq vəsaitin qeyri-rezident hüquqi şəxsə qaytarılması, həmin vəsaitin son nəticədə ölkə ərazisindən çıxarılacağını istisna etmir.

71. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə pul vəsaitinin bir hissəsinin cavabdehə, bir hissəsinin isə onun xahişi ilə podratçı olan şirkətlərə ödənilməsi qənaətinə gəlsə də, iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallar qətnamədə ümumi şəkildə qeyd olunmuş, konkret olaraq iddia olunan pul vəsaitinin nə qədər hissəsinin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasına gətirilməsinə aydınlıq gətirilməmişdir. İşin qeyd olunan halı ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kredit məbləğinin nağd şəkildə borc alan "xxxx"-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstəri lmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi işin materiallarına əsasən müəyyən edilməmişdir.

72. Apellyasiya instansiyası məhkəməsi iddia olunan pul vəsaitinin iddiaçı tərəfindən kredit vəsaitinin verilməsini sübuta yetirmək üçün məhkəməyə təqdim edilən “maliyyə sənədi” adlandırılan sənədlərin ziddiyyətli olmaqla, nağdsız hesablaşmaların aparılmasını təsdiq edən ümumi qəbul olunmuş sənədlər olmaması barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmamış və hesab etmişdir ki, həmin sənədlər İran İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən leqallaşdırılmış, rəsmi tərcümə olunmuş, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmişdir. Bununla bağlı kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən maliyyə sənədlərinin müvafiq qaydada leqallaşdırılması, həmin sənədlərin yalnız formasına dair tələb olmaqla, məzmunu ilə bağlı zəruri qiymətləndirmənin aparılmasını istisna etmir. Apellyasiya instansiyası məhkəməsi həmin sənədlərin məzmunu, hazırkı kredit münasibətlərinə aidliyi ilə bağlı tələb olunan qiymətləndirməni aparmamış və MPM-in 81 və 88-ci maddələrinin tələblərini pozmuşdur.

73. Sözügedən maliyyə sənədlərinin hazırki işə aidliyi müəyyən olunarkən nəzərə alınmalıdır ki, iddiaçı maliyyə sənədlərinə əsasən 44 milyon avro məbləğindən artıq vəsaiti "xxxx"-nin öhdəliklərinə görə “115 Yol İnşaatı və Tikinti Şirkəti”nə və İran İslam Respublikasının ayrı-ayrı hüquqi şəxslərinə ödənildiyini göstərmişdir. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 9 yanvar tarixli qərardadından aydın olmuşdur ki, "xxxx"-nin “115 Yol İnşaatı və Tikinti Şirkəti” qarşısında öhdəliyi icra olunmamış qalmış və bu səbəbdən İran İslam Respublikasında 2012-ci il 18 iyul tarixli qərar qəbul edilmişdir.

74. İşin yeni apellyasiya baxışı zamanı tərəflərin təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsinin valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinə uyğun olubolmaması, eləcə də iddia olunan vəsaitin bank qanunvericiliyinin tələblərinə uyğun olaraq borcalanın kredit müqaviləsi üzrə hesabına daxil olub-olmaması yoxlanılmaqla hüquqi qiymət verilməlidir.

75. Müvafiq barışıq sazişinin üçüncü şəxsin hüquqlarını və qanunla qorunan m ənafeyini pozması məsələsinə gəldikdə, hazırki iş üzrə barışıq sazişinin təsdiq edilməsinə dair birinci instansiya məhkəməsinin 2020-ci il 6 fevral tarixli qərardadı maraqlarına toxunan Ərizəçi tərəfindən mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi Ərizəçi şikayətinin işin tam araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi və prosessual qanunvericiliyin tələblərinin pozulması barədə şikayətinin dəlilləri ilə razılaşmış və birinci instansiya məhkəməsinin barışıq sazişinin təsdiqinə dair 2020-ci il 6 fevral tarixli qərardadını ləğv etmişdir.

76. Ərizəçi birinci instansiya məhkəməsinin 2021-ci il 2 mart tarixli protokol qərardadına əsasən, üçüncü şəxs qismində işə cəlb edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən barışıq sazişi təsdiq edilməklə yanaşı, Ərizəçi hazırki iş üzrə üçüncü şəxs kimi prosessual iştirakına xitam verilməsinə dair qərardad qəbul olunmuşdur. Həmin qərardaddan müstəqil şəkildə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmasa da, məhkəmə kollegiyası MPM-in 395.2 və 415-2-ci maddəsinin tələblərini rəhbər tutaraq, hazırda baxılan kassasiya şikayətinin dəlilləri həddində həmin qərardadla həll edilən məsələ üzrə də qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir.

77. MPM Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə icraatın qaydasını müəyyən edir (MPM-in 1-ci maddəsi). MPM-də məhkəmə tərəfindən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilmiş şəxsin prosessual iştirakçılığına xitam verilməsinə dair qərardadın qəbul olunması nəzərdə tutulmamışdır. Bu baxımdan, məhkəmə kollegiya sı Ərizəçi üçüncü şəxs qismində prosessual iştirakçılığına xitam verilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini MPM-in 57-ci maddəsinin tələblərinə uyğun hesab etməmiş və sonuncunun üçüncü şəxs qismində verdiyi hazırkı kassasiya şikayətinin baxılmasını mümkün hesab etmişdir.

78. Üçüncü şəxs Ərizəçi Sumqayıt şəhər məhkəməsində cavabdehlər "xxxx" və iddiaçıya qarşı hazırkı iş üzrə barışıq sazişinin predmetini təşkil edən, tərəflər arasında bağlanmış 2017-ci il 28 dekabr tarixli 3M-1382 reyestr nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin ipoteka müqaviləsinin predmetini təşkil edən mübahisəli yaşayış binasının yüklülüyü barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə iddia qaldırmış və həmin iş üzrə yekun məhkəmə aktı qəbul e dilməmişdir.

79. Mülki qanunvericiliyin tələblərinə görə, girov və ipoteka girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (MMin 269.1 və 140-cı maddələri). Ona görə də əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Bu baxımdan, üçüncü şəxsin qaldırdığı, ipoteka müqaviləsinin etibarsızlığı tələbinə, müstəqil iddia tələbi çərçivəsində hüquqi qiymət verilməsi tələb olunur.

80. Apellyasiya qaydasında baxılarkən, məhkəmə üçüncü şəxsin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin pred metinə hər hansı hüquqlarının mövcud olmamasını əsas götürmüş, hazırkı iddia tələbi ilə üçüncü şəxsin qaldırdığı ipoteka müqaviləsi və həmin müqaviləyə əsasən aparılmış qeydin etibarsızlığına dair tələblər arasında bağlılığın olub-olmamasına hüquqi qiymət verilməmişdir.

81. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 140, 269.1-ci, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci, MPM-in 4.1, 5.1-5.4, 52, 57, 77.1, 81, 88, 191.4, 359.2, 415-2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

82. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 oktyabr tarixli 2-2(103)-778/2022 saylı qətnaməsi ilə iddiaçı və "xxxx" tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-2-2(113)-1267/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyantlara aid edilmişdir (sədrlik edən – X.Cəmilova, hakimlər – A.Oruczadə və M.Tağızadə).

83. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə kredit alan şəxsin borcu qaytarmaq öhdəliyinin yaranması üçün ilk növbədə kredit verən tərəfindən kredit müqaviləsinin predmeti olan pul vəsaitinin kredit alanın mülkiyyətinə verilməsi əsas şərtdir. Hazırki işdə isə kredit məbləğinin nağd şəkildə borc alan "xxxx"-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi halı öz təsdiqini tapmamışdır.

84. Nəzərə alınmalıdr ki, iş üzrə iddiaçı qeyri-rezident, cavabdehlər isə rezident hüquqi şəxslərdir. İddia tələbinin Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxslərin xarici hüquqi şəxsdən kredit müqaviləsi üzrə aldıqları iddia olunan 48.734.005,73 avro miqdarında xarici valyutanın, müvafiq faizlərlə birlikdə qaytarılmasından ibarət olması nəzərə alınarsa, ilk növbədə iddia olunan miqdarda pul vəsaitinin valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq ölkə ərazisinə daxil olub-olmamasına hüquqi qiymət verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddianın təmin olunması və ya barışıq sazişinin təsd iq olunması yolu ilə müvafiq vəsaitin qeyri-rezident hüquqi şəxsə qaytarılması, həmin vəsaitin son nəticədə ölkə ərazisindən çıxarılacağını istisna etmir.

85. İddiaçı kredit müqaviləsi üzrə pul vəsaitinin bir hissəsinin cavabdehə, bir hissəsinin isə onun xahişi ilə podratçı olan şirkətlərə ödənildiyini bildirsə də, onun tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallar ümumi şəkildə qeyd olunmuş, konkret olaraq iddia olunan pul vəsaitinin nə qədər hissəsinin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasına gətirilməsinə aydınlıq gətirilməmişdir. İşin qeyd olunan halı ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kredit məbləğinin nağd şəkildə borc alan "xxxx"-yə və ya müqa vilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi işin materiallarına əsasən müəyyən edilməmişdir.

86. Həmçinin işin təkrar apellyasiya baxışı zamanı da tərəflər iddia olunan kredit vəsaitinin nağd şəkildə ölkə ərazisinə daxil olmaqla cavabdeh tərəfə ödənilmədiyini təsdiq etmişlər.

87. İddiaçının iddia etdiyi pul vəsaitinin həqiqətən verilməsini sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi “maliyyə sənədləri”nə münasibətdə isə qeyd olunmalıdır ki, həmin sənədlər ziddiyyətli olmaqla yanaşı, nağdsız hesablaşmaların aparılmasını təsdiq edən ümumi qəbul edilmiş sənədlər olaraq tərtib olunmuşdur. Həmin sənədlər İran İslam Respublikası nın Xarici işlər Nazirliyi tərəfindən leqallaşdırılmış, rəsmi tərcümə olunmuş və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilsə də, təkcə formasına görə deyil, həm də məzmunu ilə bağlı iddiaçı tərəfin iddia etdiyi məbləğdə pul vəsaitinin verilməsini təsdiqləməmiş və buna görə də iddia tələbinin təmin olunması üçün yetərli sübutlar sayılmır.

88. Sözügedən “maliyyə sənədləri”nin hazırki işə aidliyi müəyyən olunarkən nəzərə alınmalıdır ki, iddiaçı maliyyə sənədlərinə əsasən 44 milyon avro məbləğindən artıq vəsaitin "xxxx"-nin öhdəliklərinə görə “115 Yol İnşaatı və Tikinti Şirkəti”nə və İran İslam Respublikasının ayrı-ayrı hüquqi şəxslərinə ödənildiyini göstərmişdir. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2013-cü il 9 yanvar tarixli qərardadından aydın olmuşdur ki, "xxxx"-nin “115 Yol İnşaatı və Tikinti Şirkəti” qarşısında öhdəliyi icra olunmamış qalmış və bu səbəbdən İran İslam Respublikasında 2012-ci il 18 iyul tarixli qərar qəbul edilmişdir.

89. Beləliklə, iddiaçının iddia etdiyi vəsaitin bank qanunvericiliyinin tələblərinə uyğun olaraq borcalanın kredit müqaviləsi üzrə hesabına daxil olması iş üzrə müəyyən edilmədiyindən maddi hüquq normalarının tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə olan halda, tərəflər arasında mübahisəli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmadığından kredit borcunun qaytarılması ilə bağlı iddiaçının tələbi əsassız olmuşdur.

90. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443. 1, 448.1, 739-cu, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın 2.1-ci bəndinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

91. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 noyabr tarixində iddiaçının nümayəndəsinə və cavabdehlərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

92. İddiaçı həmin qətnamədən 2023-cü il 10 yanvar tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsini və apellyasiya instansiy ası məhkəməsində müəyyən olunmuş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

93. MM-in 385.1-ci maddəsi üzrə - Kassator apellyasiya instansiyası məhkəməsinin mövqeyinə (bax yuxarıda § 83) istinad edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" arasında öhdəlik münasibətlərinin olmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2017-ci il 6 iyun tarixli 1(102)-826/17 saylı qərarı sübut edir. Belə ki, məhkəmənin qərarında müəyyən edilmişdir ki: “Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Qanuni nümayəndə göstərmişdir ki, "xxxx" MMC 2005-ci il 19 may tarixindən onun tərəfindən təsis edilərək, 2 005-ci il 16 iyun tarixində 2 saylı Ərazi Vergilər Departamentində ********** VÖEN ilə vergi uçotuna alınmış, cəmiyyət təsis olunan vaxtdan hazıradək direktor vəzifəsində özü işləyir. Təxminən 2011-ci il tarixinədək cəmiyyət heç bir fəaliyyətlə məşğul olmamış, 2008-ci ilin payız aylarında şəxsi mülkiyyətində olan ünvan 13 ünvanda yerləşən 48 sot torpaq sahəsində bina tikintisi ilə məşğul olmaq qərarına gəlmiş, elə həmin vaxtlarda torpaq sahəsində bina tikintisi aparmaq üçün Bakı şəhəri İcra Hakimiyyətindən sərəncam alaraq, tikinti aparılması məqsədi ilə iddiaçıya kredit almaq üçün müraciət etmişdir. Təxminən 2010-cu ilin oktyabr-noyabr aylarında iddiaçı ilə olan danışıqlar müsbət nəticə vermiş və həmin bankla 27.000.000 avroluq kredit müqaviləsi bağlanmışdır. Kredit alınması üçün şəxsi m ülkiyyətində olan ünvan 13 ünvanında yerləşən 48 sot torpaq sahəsini "xxxx" MMC-nin balansına keçirməklə həmin banka girov qoymuşdur. Müqavilənin şərtləri belə olmuşdur ki, binanın tikintisi üçün bütün maliyyə vəsaiti mərhələlərlə bank tərəfindən kredit şəklində ödəniləcək, tikintini İran şirkəti tərəfindən podrat müqaviləsi əsasında həyata keçirilməklə, ayrılmış kreditin 65-75 faizi məcburi olaraq İran tərəfindən alınacaq mal-material və işçi qüvvəsinə ödəniləcək. Kredit müqaviləsi bağlandıqdan sonra 2011-ci ilin ilk aylarında "xxxx" MMC-nin direktoru kimi bankın ona təklif etdiyi müqavilə bağladığı İran firması olan “115 yol salma və tikinti şirkəti” tikinti işlərinə başlamışdır. Tikinti işlərinə başlanmazdan 3-4 ay əvvəl İran İslam Respublikasından tikintidə istifadə olunacaq tikinti ma terialları gətirilmiş, həmin tikinti başlanmazdan əvvəl, həm də tikinti aparılan dövrdə İrandan gətirilən tikinti materiallarının hamısı gömrük orqanlarında "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, həmin mal-materialların gömrük rüsumları və vergiləri onun tərəfindən “115 yol salma və tikinti şirkəti” nin nümayəndələri tərəfindən ona təqdim olunmuş nağd vəsaitlər hesabına ödənilmişdir. Yalnız iki dəfə müəssisənin “Nikoilbank”ın Sumqayıt filialında olan hesabına bir dəfə 500.000 manat, bir dəfə isə 300.000 manat köçürmə yolu ilə vəsait daxil olmuşdur ki, bu məbləğ onun tərəfindən nağdlaşdırılaraq bir hissəsi gömrük ödənişlərinə, bir hissəsi isə “qara bazar” dan alınmış müxtəlif tikinti materiallarının dəyərinin ödənilməsinə yönəldilmişdir.”

94. MPM-in 63.1-ci maddəsi üzrə - Məhkəmə iddiaçını n təqdim etdiyi mühasibat sənədlərinə laqeyd münasibət bildirərək həmin sənədlərin cavabdehin kredit borcunun təsdiqi üçün yetərli olmadığı barədə əsassız qənaətə gəlmişdir. Halbuki mühasibat sənədlərinin həqiqətən cavabdehin kredit borcunu təsdiq edib-etmədiyini məhkəmə mühasibat eksperti, auditor təsdiqləməlidir. İddiaçı məhkəməyə auditor rəyi təqdim etmişdir. Həmin rəyə heç bir münasibət bildirilməmiş, qeyd edilən rəyin hansı səbəbdən sübut kimi qəbul olunmaması məhkəmə tərəfindən əsaslandırılmamışdır. İddiaçı məhkəmənin onun təqdim etdiyi yazılı sübutlara şübhə ilə yanaşdığını görərək iş üzrə məhkəmə mühasibat ekspertizasının təyin olunmasını xahiş etmişdir. Lakin məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etməmiş, mühasibat eksperti funksiyalarını öz üzərinə götürmüş və ətraflı tədqi qat aparmadan çoxsaylı yazılı sübutlara guya borcun təsdiqi üçün kifayət etməyən sübutlar kimi qiymətləndirmişdir. Belə olan təqdirdə iddiaçının təqdim etdiyi sübutların borcun hansı hissəsini təsdiq etməsi sual olunur. Bu suala cavabı məhkəmə müəyyən edə bilməmişdir. Halbuki əgər borcun bir qismini həmin sübutlar təsdiq edirsə, deməli, ən azından, həmin hissədə iddia təmin olunmalı idi.

95. MPM-in 76.1-ci maddəsi üzrə - Kassator apellyasiya instansiyası məhkəməsinin mövqeyinə (bax yuxarıda § 85) istinad edərək qeyd etmişdir ki, 115 X21 Yol İnşası Şirkəti “Nəsimi” ticarət, yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası haqqında” 2008-ci il 4 noyabr tarixli 105-B2008 saylı podrat müqaviləsinin tərkib hissəsi olan ümumi Podrat müqaviləsi üzrə borcun ödənilməsi tələbi il ə "xxxx"-yə qarşı İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2012-ci il 18 iyul tarixli qərarı ilə iddiaçıya çatası pul vəsaitinin bir qisminin iddiaçı tərəfindən ödənilməsi təsdiq edilmişdir. Həmin məhkəmə qərarının Azərbaycan Respublikasının ərazisində tanınması və məcburi icrası üçün İran İslam Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2013-ci il 9 yanvar tarixli 10-1(102)-01/13 saylı qərarı ilə İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin 2012-ci il 18 iyul tarixli qərarı tanınmış və məcburi icraya yönəldilmişdir. Həmin məhkəmə qərarlar ı da iddiaçının "xxxx"-nin tapşırığı ilə 115 X21 Yol İnşası Şirkətinə pul ödəməsi faktlarını təsdiq edir.

96. MPM-in 80-ci maddəsi üzrə - Qanuni nümayəndə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 2015-ci il 30 iyul tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsinin 2-ci şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi 1-ci dərəcəli hüquqşünas X11 tərəfindən tərtib ittiham aktında qeyd edilmişdir ki: “İş üzrə şahid qismində dindirilmiş "xxxx" MMC-nin sabiq baş mühasibi X3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ilin iyun ayından 2011ci ilin avqust ayınadək "xxxx" MMC-nin baş mühasibi vəzifəsində işləmiş, c əmiyyət 2005-ci il 19 may tarixində Qanuni nümayəndə tərəfindən təsis edilərək, 2005-ci il 16 iyun tarixində 2 saylı Ərazi Vergilər İdarəsində ********** VÖEN ilə vergi uçotuna alınmışdır. Cəmiyyət təsis olunan vaxtdan direktor vəzifəsini Qanuni nümayəndə icra edərək, bütün fəaliyyətinə faktiki olaraq özü rəhbərlik etmişdir. 2011-ci ilin mart ayının əvvəlində cəmiyyət İran bankından alınmış kreditlər hesabına Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 4 ünvanında yerləşən torpaq sahəsində hündür mərtəbəli yaşayış binasının inşasına başlamışdır. İnşaat işlərini podrat müqaviləsi əsasında İran firması olan “115 yol salma və tikinti şirkəti” həyata keçirirdi. İş üzrə şahid qismində dindirilmiş X4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC tərəfindən Bakı şəhərində yaşay ış kompleksinin tikintisi ilə əlaqədar iddiaçının 37.000.000,00 avro kredit müqaviləsinin alınması üçün bağlanmış 2010-cu il 24 fevral tarixli ipoteka müqaviləsi ilə əlaqədar olaraq, özünə məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,185912 ha., 1,314177 ha. və 0,50 ha. torpaq sahələrini 15 ildən artıq tanıdığı "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə xahişi ilə girov qoymuş, lakin Vaqiflə heç bir iş birliyi olmamışdır. Belə ki, 2010-cu ildə Vaqif ona müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonunda yaşayış binasının tikintisi üçün iddiaçı tərəfindən kreditin ayrılması ilə bağlı razılığa gəldiyini, lakin bunun üçün müəyyən əmlakın girov qoyulmasının zəruri olduğunu bildirmiş, o, da Qanuni nümayəndələ yaxın münasibətləri olduğu səbəbindən təmənnasız olaraq, kreditin ayrılması üçün on a məxsus torpaq sahələrinin girov qoyulmasına razılıq vermiş, lakin həmin tikinti ilə bağlı onun heç bir əlaqəsi olmamışdır.”

97. MPM-in 82.4-cü maddəsi üzrə - İddiaçı ilə "xxxx" arasında öhdəlik münasibətlərinin olmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 6 iyun tarixli 1(102)-826/17 saylı qərarı sübut edir. Belə ki, məhkəmənin qərarında müəyyən edilmişdir ki: “Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Qanuni nümayəndə göstərmişdir ki, "xxxx" MMC 2005-ci il 19 may tarixindən onun tərəfindən təsis edilərək, 2005-ci il 16 iyun tarixində 2 saylı Ərazi Vergilər Departamentində ********** VÖEN ilə vergi uçotuna alınmış, cəmiyyət təsis olunan vaxtdan hazıradək direktor vəzifəsində özü işləyir. Təxminən 2011-ci il tarixinə dək cəmiyyət heç bir fəaliyyətlə məşğul olmamış, 2008-ci ilin payız aylarında şəxsi mülkiyyətində olan ünvan 13 ünvanda yerləşən 48 sot torpaq sahəsində bina tikintisi ilə məşğul olmaq qərarına gəlmiş, elə həmin vaxtlarda torpaq sahəsində bina tikintisi aparmaq üçün Bakı şəhəri İcra Hakimiyyətindən sərəncam alaraq, tikinti aparılması məqsədi ilə iddiaçı kredit almaq üçün müraciət etmişdir. Təxminən 2010-cu ilin oktyabr-noyabr aylarında iddiaçı ilə olan danışıqlar müsbət nəticə vermiş və həmin bankla 27.000.000 avroluq kredit müqaviləsi bağlanmışdır. Kredit alınması üçün şəxsi mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən 48 sot torpaq sahəsini "xxxx" MMC-nin balansına keçirməklə həmin banka girov qoymuşdur. Müqavilənin şərtləri belə olmuşdur ki, binanın tikintisi üçün bütün maliyyə vəsait i mərhələlərlə bank tərəfindən kredit şəklində ödəniləcək, tikintini İran şirkəti tərəfindən podrat müqaviləsi əsasında həyata keçirilməklə, ayrılmış kreditin 65-75 faizi məcburi olaraq İran tərəfindən alınacaq mal-material və işçi qüvvəsinə ödəniləcək. Kredit müqaviləsi bağlandıqdan sonra 2011-ci ilin ilk aylarında "xxxx" MMC-nin direktoru kimi bankın ona təklif etdiyi müqavilə bağladığı İran firması olan “115 yol salma və tikinti şirkəti” tikinti işlərinə başlamışdır. Tikinti işlərinə başlanmazdan 3-4 ay əvvəl İran İslam Respublikasından tikintidə istifadə olunacaq tikinti materialları gətirilmiş, həmin tikinti başlanmazdan əvvəl, həm də tikinti aparılan dövrdə İrandan gətirilən tikinti materiallarının hamısı gömrük orqanlarında "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, həmin mal-materialla rın gömrük rüsumları və vergiləri onun tərəfindən “115 yolsalma və tikinti şirkəti” nin nümayəndələri tərəfindən ona təqdim olunmuş nağd vəsaitlər hesabına ödənilmişdir. Yalnız iki dəfə müəssisənin “Nikoilbank” ın Sumqayıt filialında olan hesabına bir dəfə 500.000 manat, bir dəfə isə 300.000 manat köçürmə yolu ilə vəsait daxil olmuşdur ki, bu məbləğ onun tərəfindən nağdlaşdırılaraq bir hissəsi gömrük ödənişlərinə, bir hissəsi isə “qara bazar” dan alınmış müxtəlif tikinti materiallarının dəyərinin ödənilməsinə yönəldilmişdir.”

98. Bundan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 11 may tarixli 2-1(81)-27/2017 saylı qərarında müəyyən edilmişdir ki: “Bağlanmış müqavilələrə əsasən "xxxx" MMC tərəfindən İran İslam Respublikasının bankından götürülmüş kredit məbləğləri İran İslam Respublikasının şirkəti olan “X10 Arman” tərəfindən tikinti işlərini həyata keçirilməsi üçün birbaşa "xxxx" QSC-nin Azərbaycan Respublikasındakı filialına keçirilmişdir.” Həmin qərar qanuni qüvvədədir və məhkəmə bu qərarla müəyyən edilmiş halları nəzərə almalıdır. Lakin məhkəmə həmin halların əksinə qətnamə qəbul etmişdir.

99. MPM-in 89.1-ci maddəsi üzrə - Kassator apellyasiya instansiyası məhkəməsinin mövqeyinə (bax yuxarıda § 87) istinad edərək qeyd etmişdir ki, İran İslam Respublikasının “115 yol salma və tikinti şirkəti” tərəfindən təqdim edilən maliyyə sənədi iddiaçıdan alınan pul vəsaitlərini təsdiq edir. Sənəd Banka təqdim olunub və bankın möhürü sənəd üzərində mövcuddur. Sənədin tərcüməsi İranda notarius və ədliyyə nazirliyi tərəfindən təsdiqlənmiş və Azərbaycan konsulluğun un möhürü ilə leqallaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

100. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

101. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

102. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

103. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da ap ellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

104. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun i sə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəmə yə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği oldu qda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 105. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

8. Hüquqi şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları...

3. Hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətiril məsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir....” 106. “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

8. Mərkəzi Bankın normativ xarakterli aktları 8.1. Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir....”

107. Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın müvafiq m üddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması 2.1. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər....”

108. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 17 fevral tarixli Qərarında qeyd edilmişdir ki: “Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.”

109. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmi ş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın h ədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin....” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

110. Hazırkı iş üzrə iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir.

111. Birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəli kredit münasibətlərinin yaranmadığı qənaətinə gələrək iddia tələbini kredit borcunun qaytarılması tələbinə dair hissədə təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi son apellyasiya baxışında dəyişdirilmədən saxlanılmışdır.

112. Apellyasiya instansiya məhkəməsinin möv qeyi ondan ibarət olmuşdur ki, kredit məbləğinin nağd şəkildə borc alan "xxxx"-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi halı öz təsdiqini tapmır.

113. Həmçinin mübahisələndirilən qətnamədən məlum olur ki, işin təkrar apellyasiya baxışı zamanı da tərəflər iddia olunan kredit vəsaitinin nağd şəkildə ölkə ərazisinə daxil olmaqla cavabdeh tərəfə ödənilmədiyini təsdiq etmişlər.

114. Həmin mövqe ilə razılaşmayan kassator isə qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" arasında öhdəlik münasibətlərinin olmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 6 iyun tarixli 1(102)-826/17 saylı qəra rı sübut edir. Kassator həmin qərarda əks olunmuş birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Qanuni nümayəndə izahatında deyilənlərə istinad etmişdir.

115. Məhkəmə kollegiyası kassatorun həmin dəlili razılaşmayaraq bildirir ki, MPM-in 82.4-cü maddəsinə (bax yuxarıda § 109) görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

116. MPM-in 82.4-cü maddəsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə 2021-ci il 17 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə (bax yuxarıda § 108) görə, məhkəmənin qan uni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.

117. Bu mənada nəzərə alınmalıdır ki, kassatorun istinad etdiyi cinayət işi üzrə məhkəmə qərarı Qanuni nümayəndə ittiham edildiyi vergi cinayətləri barədə çıxarılmışdır və bilavasitə hazırkı kommersiya mübahisəsi ilə əlaqədar deyildir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, sözügedən cinayət işi çərçivəsində birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Qanuni nümayəndə verdiyi izahat bilavasitə hazırkı kommersiya mübahisəsi üçün preyudisial əhəmiyyət kəsb etmir.

118. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, həmin izahatda göstərilənlər apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəyə təsir göstərməmiş, məhkəmə bununla bağlı qətnamənin ləğvinə əsas olan prosessual pozuntuya yol verməmişdir.

119. Həmçinin eyni səbəblərdən məhkəmə kollegiyası Qanuni nümayəndə sözügedən cinayət işi üzrə tərtib edilmiş ittiham aktında göstərilən şahid ifadələrinə kassatorun dəli l kimi etdiyi istinad üzrə ayrıca hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.

120. Kassatorun növbəti dəlilləri ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi mühasibat sənədlərinin həqiqətən cavabdehin kredit borcunu təsdiq edib-etmədiyini məhkəmə mühasibat eksperti, auditor təsdiqləməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi auditor rəyinə heç bir münasibət bildirilməmiş, iddiaçının məhkəmə mühasibat ekspertizasının təyin olunmasına dair vəsatətini əsassız olaraq təmin etməmişdir.

121. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia etdiyi pul vəsaitinin həqiqətən verilməsini sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi “maliyyə sənədləri” ziddiyyətli olmaqla yanaşı, nağdsız hesablaşmaların aparılma sını təsdiq edən ümumi qəbul edilmiş sənədlər olaraq tərtib olunmuşdur. Həmin sənədlər İran İslam Respublikasının Xarici işlər Nazirliyi tərəfindən leqallaşdırılmış, rəsmi tərcümə olunmuş və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilsə də, təkcə formasına görə deyil, həm də məzmunu ilə bağlı iddiaçı tərəfin iddia etdiyi məbləğdə pul vəsaitinin verilməsini təsdiqləmir, buna görə də iddia tələbinin təmin olunması üçün yetərli sübutlar sayılmır. Həmin sənədlərin hazırkı işə aidliyi müəyyən olunarkən nəzərə alınmalıdır ki, iddiaçı maliyyə sənədlərinə əsasən 44 milyon avro məbləğindən artıq vəsaitin "xxxx"-nin öhdəliklərinə görə 115 Yol İnşaatı və Tikinti Şirkətinə və İran İslam Respublikasının ayrı-ayrı hüquqi şəxslərinə ödənild iyini göstərmişdir. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 9 yanvar tarixli qərardadından aydın olur ki, "xxxx"-nin 115 Yol İnşaatı və Tikinti Şirkəti qarşısında öhdəliyi icra olunmamış qalmış, bu səbəbdən İran İslam Respublikasında 2012-ci il 18 iyul tarixli qərar qəbul edilmişdir.

122. Göründüyü kimi, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də iddiaçının təqdim etdiyi “maliyyə sənədləri”ni qeyri-mötəbər, habelə hazırkı işə aidliyi müəyyən edilməyən sənədlər kimi qiymətləndirmişdir.

123. MPM-in 80, 81 və 88-ci maddələrinin (bax yuxarıda § 109) tələblərinə müvafiq olaraq, sübutların aidliyinin, mümkünlüyünün və mötəbərliyinin qiymətləndirilməsi məhkəmənin səlahiyyətindədir və mahiyyət etibarilə hüquqi fəaliyyətdir. Bunun üçün hər bir halda ekspert və ya auditor rəyinə müraciət edilməsi qanunla nəzərdə tutulmamışdır.

124. Ümumiyyətlə, iş üzrə hər hansı ekspertizanın təyin edilməsi MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 109) uyğun olaraq, məhkəmənin vəzifəsi deyil, hüququdur.

125. Baxılan işdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi “maliyyə sənədləri”ni qeyri-mötəbər, habelə hazırkı işə aidliyi müəyyən edilməyən sənədlər kimi qiymətləndirdiyindən və bu barədə mövqeyini öz qətnaməsində əsaslandırdığından ekspert və ya auditor rəyinin alınmasına lüzum görməmişdir.

126. Kassator isə apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini konkret və tutarlı dəlillərlə mübahisələndirə bilməmişdir.

127. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-in 418.3-cü maddəsinə (bax yuxarıda § 109) istinad edərək, iddiaçının məhkəmə mühasibat ekspertizasının təyin olunmasına dair vəsatətini rədd edərkən ayrıca əsaslandırma aparmamasını, habelə iddiaçının təqdim etdiyi auditor rəyinə münasibət bildirməməsini iş üzrə ümumi nəticəyə təsir edən və qətnamənin ləğvi üçün əsas olan prosessual pozuntu kimi qiymətləndirmir.

128. Daha sonra kassator qeyd edir ki, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin 2012-ci il 18 iyul tarixli qərarı ilə iddiaçıya çatası pul vəsaitinin bir qisminin iddiaçı tərəfindən ödənilməsi təsdiq edilmiş, həmin məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2013c i il 9 yanvar tarixli 10-1(102)-01/13 saylı qərarı ilə qərarı tanınmış və məcburi icraya yönəldilmişdir. Həmin məhkəmə qərarları da iddiaçının "xxxx"-nin tapşırığı ilə 115 X21 Yol İnşası Şirkətinə pul ödəməsi faktlarını təsdiq edir.

129. Məhkəmə kollegiyası kassatorun həmin dəlilini də əsassız hesab edir. Belə ki, əvvəla, kassatorun istinad etdiyi Azərbaycan Respublikasının ərazisində tanınaraq icraya yönəldilmiş İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin 2012-ci il 18 iyul tarixli qərarının çıxarıldığı işdə iddiaçı X22 Bankı deyil, 115 Yol İnşaatı və Tikinti Şirkəti olmuşdur. Ona görə də MPMin 82.3-cü maddəsinə (bax yuxarıda § 109) uyğun olaraq həmin məhkəmə qərarının da hazırkı iş üzrə preyudisial əhəmiyyəti yoxdur.

130. İkincisi isə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində iddiaçının təqdim etdiyi “maliyyə sənədləri”nin hazırki işə aidliyinə hüquqi qiymət verərkən sözügedən xarici məhkəmə qərarı barədə münasibətini konkret şəkildə bildirmişdir. Həmin mövqe ondan ibarət olmuşdur ki, iddiaçı maliyyə sənədlərinə əsasən 44 milyon avro məbləğindən artıq vəsaitin cavabdeh "xxxx"-nin öhdəliklərinə görə 115 Yol İnşaatı və Tikinti Şirkətinə və İran İslam Respublikasının ayrı-ayrı hüquqi şəxslərinə ödənildiyini göstərmişdir. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 9 yanvar tarixli qərardadından aydın olur ki, "xxxx"-nin 115 Yol İnşaatı və Tikinti Şirkəti qarşısında öhdəliyi icra olunmamış qalmış, bu səbəbdən İran İslam Respublikasında 2012-ci il 18 iyul tarixli qərar qəbul edilmişdir.

131. Kassator apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinin qanunsuz və əsassız olduğunu tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.

132. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

133. Nəhayət kassatorun son dəlili 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvədə olan 2017-ci il 11 may tarixli 2-1(81)-27/2017 saylı qərarının apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlıdır. Belə ki, həmin qərarda müəyyən edilmişdir ki: “Bağlanmış müqavilələrə əsasən "xxxx" MMC tərəfindən İran İslam Respublikasının bankından götürülmüş kredit məbləğləri İran İslam Respublikasının şirkəti olan “X10 Arman” tərəfindən tikinti işlərini həyata keçirilməsi üçün birbaşa "xxxx" QSC-nin Azərbaycan Respublikasındakı filialına keçirilmişdir.”.

134. Halbuki kassatorun istinad etdiyi və işdə olan (Vİ cild, i/v 268-287) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 11 may tarixli 2-1(81)-27/2017 saylı qərarından məlum olur ki, həmin inzibati işdə iddiaçı "xxxx" şirkəti, cavabdeh isə müvafiq vergi orqanı olmuşdur.

135. Odur ki, MPM-in 82.3-cü maddəsinə uyğun olaraq həmin məhkəmə qərarının da hazırkı iş üzrə preyudisial əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, fərqli tərəflərin iştirak etdiyi inzibati mübahisə üzrə çıxarılmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 11 may tarixli qərarında göstərilənlərin apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması hazırkı iş üzrə gəlinmiş yeku n nəticəyə prosessual baxımdan heç cür təsir göstərə bilməzdi və göstərməmişdir, ona görə də MPMin 418.3-cü maddəsinə uyğun olaraq qətnamənin ləğvi üçün əsas ola bilməz.

136. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 80, 81 və 88-ci maddələrinin (bax yuxarıda § 109) tələblərinə əməl etmiş, habelə MPM-in 420-ci maddəsinin tələblərinə (bax yuxarıda § 109) uyğun olaraq hazırkı iş üzrə Ali Məhkəmənin ilk dəfə çıxardığı 2022-ci il 11 may tarixli 2-2(102)-278/2022 saylı qərarda verilmiş göstərişləri yerinə yetirmiş, MP M-in 217.1-ci maddəsinə (bax yuxarıda § 109) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

137. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 oktyabr tarixli 2-2(103)-778/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 oktyabr tarixli 2-2(103)-778/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar