Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-145/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx " Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 7 yanvar tarixli 2-2(103)-401/2024 nömrəli qərardadından üçüncü şəxs-Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabd eh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 dekabr tarixli e-2-2(113)-31/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ipoteka predmetlərinə tutma yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaitlər hesabına Maraqlı şəxs MMC-nin ASC “Xalq” Bankı qarşısındakı 3.500.000 manat məbləğində əsas borcu, 44.230,47 manat məbləğində faiz borcu, 2021-ci il 1 iyun tarixindən 2023-cü il 27 noyabr tarixinədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 435.555,56 manat məbləğində əldən çıxmış fayda, 170.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4.149.786,03 manat məbləğində pul və saiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul olunması xahiş edilmişdir.
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs (bundan sonra-“üçüncü şəxs”) tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin faiz və cərimə hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 may tarixli 2-2(103)-401/2024 n ömrəli qətnaməsi ilə iddiaçı və üçüncü şəxsin apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edənməruzəçi hakim- V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).
6. Həmin qətnamədən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 avqust tarixli 2-2(103)-401/2024 nömrəli qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim-G.Axundova, hakimlər C.Musayeva və F.Babayev).
8. Həmin qərardaddan üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin Kommersiya kollegiyasının 2024-cü il 9 oktyabr tarixli 2-2(102)-596/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim – B.Qəribov, hakimlər – E.Vəliyeva və B.Məmmədli).
9. İş birinci instansiya məhkəməsinə qaytarılmış, Bakı Kommersiya Məhkəməsi tərəfindən 2023-cü il 19 dekabr tarixli e-2-2(113)-31/2023 nömrəli icra vərəqəsi verilmişdir.
10. Bundan sonra üçüncü şəxs 2024-cü il 10 dekabr tarixdə müddətin bərpası barədə ərizə verərək,qətnamədən şikayət verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilərək qətnamədən verilmiş şikayətin baxılması üçün Ali Məhkəməyə göndərilməsini x ahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, elektron kabinetdə 2024-cü il 11 iyun tarixli bildiriş yerləşdirilmiş və bildirişdə qətnamənin tərəflərə göndərildiyi qeyd olunmuşdur. Bu səbəbdən də, 11 avqust tarixədək şikayət vermə müddətinin olduğunu bilərək şikayət 8 avqust tarixində yerləşdirilmişdir. İcraatda olan işlərin çoxluğu nəzərə alınaraq gələn bildirişin elektron kabinetə yerləşdirilmə müddəti ilə eyni olması qənaətinə gəlmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən sistemə yerləşdirilən qətnamənin vaxtı ilə bildirişin vaxtında bu qədər fərq olmasının mümkün olmaması səbəbindən elektron kabinetə gələn bildirişləri yoxlamamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 7 yanvar tarixli 2-2(103)-401/2024 nömrəli qərardadı ilə qətnamədən kassas iya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair üçüncü şəxsin ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər T.Mahmudova və Z.Şirinov).
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsi üçüncü şəxs-Maraqlı şəxs MMC-nin nümayəndəsinin (vəkilinin) iştirakı ilə elan olunmuş, 07 iyun 2024-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilmiş, 08 avqust 2024-cü il tarixdə onun tərəfindən kassasiya şikayəti verilmişdir.
14. Müddətin ötürülməsinin üzrlü hesab olunması ilə bağlı ərizəsində ərizəçinin irəli sürdüyü hal onun tərəfindən 20 avqust 2024-cü il tarixli qərardaddan kassasiya şikayəti verilərkən də irəli s ürülmüş, lakin kassasiya instansiyası həmin arqumentləri əsassız hesab etmişdir.
15. Ərizəçi müddəti ötürməsinə haqq qazandıracaq başqa əsas və buna dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
16. Şəxsin ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticən i Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 10-1.3, 10-1.5, 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.6, 405.0.1, 407.3, 407.4 və 408.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli Qərarına istinadla əsaslandırmışdır.
19. Həmin qərardaddan üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və qətnamədən verilmiş kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. MPM-in 133.1, 405.0.1-ci maddəsi üzrə-elektron kabinetdə 2024-cü il 11 iyun tarixli bildiriş yerləşdirilmiş və bildirişdə qətnamənin tərəflərə göndərildiyi bildirilmişdir. Bu səbəbdən də avqustun 11-nə kimi şikayət etmə müddətinin olduğunu bilərək, kassasiya şikayəti 2024-cü il 8 avqust tarixində sistemə yerləşdirilmişdir. Məhkəmənin sistemə yerləşdirdiyi qətnamənin vaxtı ilə bildirişin vaxtında bu qədər fərqin olması mümkün deyil. Həmin bildiriş şikayətə əlavə olunur. Məhkəməyə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair təqdim edilmiş məhkəmə bildirişi ərizəyə əlavə edilsə də, məhkəmə bunu üzrlü səbəb hesab etməmişdir. Halbuki, həmin bildirişdə qətnamənin tərəflərə göndərilməsi tarixi 2024-cü il 11 iyun kimi qeyd edilmişdir.
21. Kassator həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci maddələrinin tələblərinin pozulmasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 2017-ci il 12 aprel və 2020-ci il 16 oktyabr tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyə riayət olunmadığına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
23. MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edi lmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarında göstərilmişdir: “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yara tsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın....”
26. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.”... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Maddə
128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.... 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadis ənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə
129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır....” “Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədi n kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.... 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
28. Kollegiya üçüncü şəxsin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının ləğ vi üçün əsas hesab etmir. Belə ki, üçüncü şəxs, nə prosessual müddətin bərpasına dair ərizədə, nə də şikayətdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə bağlı hər hansı üzrlü səbəbə istinad etməmişdir. Tərəflərin elektron kabinetində məhkəmə qərarının proses iştirakçılarına təqdim edilməsinə dair 2024-cü il 11 iyun tarixli bildiriş yerləşdirilməsinin üçüncü şəxsdə məhkəmə aktının da həmin tarixdə təqdim edilməsi təəssüratını yaratması halı isə prosessual müddətin ötürülməsi üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxs tərəfindən prosessual müddətin bərpasına əsas olan sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, həmin məhkəmənin gəldiyi nəticə MPM-nin 133-cü maddəsinin və Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur (bax § 13-17, 2526). Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edlməməlidir.
30. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-cü il 7 yanvar tarixli 22(103)-401/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.