Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-15/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı “X6 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı ilk, Cavabdeh “X6 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi, tələbin güzəşti, yeni sübutun qəbul edilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “X6 (PMC)” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə ilk, Cavabdeh MMC-nin “X6 (PMC)” MMC-yə qar şı borcun tutulması barədə qarşılıqlı tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024cü il 11 iyul tarixli 2-2(103)-674/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə "xxxx" arasında bağlanmış 2020-ci il 17 mart tarixli “Dəmiryol infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanmasına dair X4 əsasən, tərəflər "xxxx" QSC tərəfindən həyata keçirilən “Dəmiryolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” adlı layihənin işlənib hazırlanması üçün ətraflı əməkdaşlığa razılıq vermişlər. Bu müqaviləyə əsasən yaradılan birgə müəssisə birlikdə fəaliyyət göstərəcək və hüquqi ünvanı Bahnhofstrabe 36,65185 Viesbaden, Almaniyadır. Birgə müəssisə tərəflər arasında birgə müəssisə hesab ediləcək və müqavilədə qeyd olunanlar tərəflər arasında digər fidusiar əlaqə və ya tərəfdaşlıq yaratmaq kimi təfsir edilməyəcək (1-ci bənd). Birgə müəssisə layihədə işləmək, istinad şərtlərinə və texniki təklifə əsasən xidmətlər göstərmək məqsədilə yaradılır. Tərəflər layihənin uğurunu təmin etmək üçün tam əməkdaşlıq etməyə və tədbirlər görməyə razılıq verir (2-ci bənd). "xxxx" tərəflərin fakturalarının və müştəri (Azərbaycan Dəmiryolları QSC) tərəfindən ödənişlərin monitorinqi və fakturalaşma ilə bağlı maliyyə idarəetmə xidmətləri töhfəsini verəcəkdir (3.1.7-ci bənd).
2. X3 (PMC)” MMC, "xxxx" QSC və "xxxx" arasında “Dəmiryolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması üçün konsult asiya xidmətləri haqqında” 2020-ci il 24 aprel tarixli müqavilə bağlanmışdır. 3. "xxxx" tərəfindən X3 (PMC)” MMC-nin hesabına 2020-ci il 5 avqust tarixdə 9504 avro, 2020-ci il 12 avqust tarixdə 9504 avro, 2020-ci il 13 avqust tarixdə 9504 avro, 2020ci il 21 oktyabr tarixdə 4.700 avro pul köçürülmüşdür.
4. X3 (PMC)” MMC, "xxxx" və Cavabdeh MMC arasında bağlanmış “Dəmiryol infrastrukturunun yerinə yetirilməsi üzrə iş planının işlənməsi”nə dair 2021-ci il 1 dekabr tarixli X4 əsasən, tərəflər "xxxx" QSC tərəfindən həyata keçirilən “Dəmiryolu infrastrukturunun texniki xidməti üzrə Əməliyyat Planının hazırlanması” adlı layihənin işlənib hazırlanması üçün əməkdaşlığa razılaşmışlar. Müqavilə üzrə tərəflər arasında aşağıdakı maliyyə razılaşması əldə olunmuşdur: Railistics (ƏDV xaric) - cəmi 952.820 avro, öncədən ödəniş 80% - 762.256 avro, 20% ehtiyat-190.564 avro, İddiaçı MMC (ƏDV xaric) – cəmi 471.092 avro, öncədən ödəniş 80% 376.873 avro, 20% ehtiyat – 94.218,40 avro. Hər bir tərəf üçün ehtiyat məbləğinin 20%-i riskin azaldılmasına ayrılacaq. Tərəflər müqavilədə qeyd olunan layihə ilə bağlı bütün xərcləri öz mütəxəssisləri və fəaliyyətləri üçün tutulan vergi əlavə olmaqla, ayrılmış büdcədən (ehtiyat məbləğdən istifadə etmədən) qarşılayacaqlar. X7 müqaviləsində və müqavilədə göstərildiyi kimi öz vəzifələrini tam şəkildə təmin edəcəklər. Ehtiyat məbləğlərdən istifadə hər iki tərəf arasında mütənasib olaraq bölünəcək (80/20). Ödəniş planı aşağıdakı şəkildə icra olunur: 1-ci ödəniş 25% (ƏDV xaric) 94000 manat, 2-ci ödəniş 25% (ƏDV xaric) 94000 manat, 3-cü ödəniş 30% (ƏDV xaric) 112.80 0 manat, 4-cü ödəniş 20% (ƏDV xaric) 75200 manat. Cavabdeh MMC "xxxx" QSC-dən ödəniş qəbzini aldıqdan sonra maksimum 15 iş günü müddətində X3 (PMC)” MMC-yə yuxarıdakı köçürmələri edəcək. 5. “Railistic GmbH”, X3 (PMC)” MMC və Cavabdeh MMC arasında 2021-ci il 14 dekabr tarixində 2020-ci il 17 mart tarixli müqaviləyə Əlavə Saziş imzalanmışdır. Həmin sazişə əsasən Cavabdeh MMC 2020-ci il 17 mart tarixli müqavilənin 3.1.7-ci bəndində nəzərdə tutulmuş “Railistic GmbH”-nın öhdəliklərini öz üzərinə götürmüşdür. Həmin sazişin 4-cü bəndinə əsasən "xxxx" vəCavabdeh MMC Birgə Müəssisə haqqında müqavilənin 3.1.7-ci bəndinin Cavabdeh MMC tərəfindən yerinə yetirilməsinə və sifarişçiyə vura biləcəyi hər hansı zərərə görə birgə və ayrılıqda məsuliyyət daşıyırlar.
6. Cavabdeh MMC X3 (PMC)” MMC-nin hesabına 2022-ci il 23 fevral tarixdə 37600 manat, 2022-ci il 4 iyul tarixdə 94000 manat, 2022-ci il 29 sentyabr tarixdə 8500 manat, 2022-ci il 30 dekabr tarixdə 104.300 manat pul köçürmüşdür.
7. X3 (PMC)” MMC tərəfindən Cavabdeh MMC-yə 88.736 manat (ƏDV daxil) pulun ödənilməsi üçün 2023-cü il 2 mart tarixli EBDA seriyalı 255047 nömrəli elektron qaimə təqdim edilmiş və 2023-cü il 27 aprel tarixində 2021-ci il 1 dekabr tarixli X8 üzrə Cavabdeh MMC-nin ona 88.736 manat (ƏDV daxil) borcunun olması barədə maliyyə arayışı tərtib edilmişdir. 8. "xxxx" QSC tərəfindən X3 (PMC)” MMC-yə ünvanlanmış 2023-cü il 31 iyul tarixli məktubda qeyd edilmişdir ki, “Railistics GmbH, X3 (PMC)” MMC və ADY arasında bağlanmış 2020-ci il 24 iyun tarixli AFD/CS/QCBS/S2/2019-1 nömrəli müqaviləyə əsasən məsləhətçi şirkət tərə findən 2021-ci il 27 oktyabr, 2022-ci il 31 yanvar, 2022-ci il 16 dekabr və 2023-cü il 18 yanvar tarixli təhvil-təslim aktları ilə müqavilədə əks olunan hesabatlar, o cümlədən “İnfrastruktura Texniki Xidmət üzrə Əməliyyat Planı” sifarişçi təşkilata təqdim edilmiş və göstərilmiş xidmətlərin dəyəri "xxxx" QSC tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 88.736 manat borcun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il 1 dekabr tarixli müqavilə üzrə iddiaçı öz öhdəliklərini icra e tmiş, lakin cavabdeh razılaşdırılmış məbləği tam ödəməmiş və onun iddiaçıya 88.736 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır.
11. Cavabdeh də öz növbəsində qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan "xxxx"-ya olan 43.712,26 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, 2021-ci il 1 dekabr tarixli X8 ilə iddiaçı üçün ümumi məbləğ 471.092,00 manat müəyyən edilmiş, bu məbləğin 20%-i Layihə ilə bağlı gözlənilməz xərclər üçün “risk ehtiyatı” kimi müəyyən edilmişdir. Bu, iddiaçı üçün 94.218,40 manat təşkil etmişdir. Müqavilə ilə müvafiq gözlənilməz xərclərin "xxxx" və iddiaçı arasında 80/20 nisbətində b ölüşdürülməsi nəzərdə tutulmuşdur. Müxtəlif səbəblərə görə Layihə xərcləri əhəmiyyətli dərəcədə artmış, risklər üçün ayrılmış ümumi məbləğ onları tam əhatə etmək üçün kifayət etməmişdir. Bütün gözlənilməz xərcləri aparıcı partnyor "xxxx" öz üzərinə götürmüşdür. Bu xərclər Layihənin dayandırılması və “pilot layihə” ilə bağlı olmuşdur. Layihə rəsmi olaraq 2020-ci il 3 iyun tarixində başlamış, koronovirus pandemiyası ilə əlaqədar vəziyyətə görə rəsmi olaraq 2020-ci il 27 iyul tarixindən 2021-ci il 12 aprel tarixinədək, demək olar ki, bir il müddətinə dayandırılmış, lakin fasilə zamanı aparıcı məsləhətçi "xxxx" layihə üzərində davamlı işləməli olmuşdur ki, bu gözlənilməz idi. Bu planlaşdırılmamış işin əsas səbəblərindən biri iddiaçı ilə "xxxx" QSC arasında “pilot layihə” haqqında ikitərəfli şi fahi razılaşma idi. İddiaçı aparıcı partnyor kimi "xxxx" ilə məsləhətləşmədən Birgə Müəssisə adından “pilot layihə” həyata keçirməyə razılaşmışdır. Gələcək layihənin tam məzmunu üçün “nümunə” kimi xaricdən yerinə yetirilməli olan bu “pilot layihə” "xxxx" ilə "xxxx" QSC arasında mübahisəyə səbəb olmuşdur. "xxxx" izah etməli olmuşdur ki, bu “pilot layihə”ni həyata keçirmək mümkün deyil, çünki o, tam layihə ilə eyni işi ehtiva edir. Lakin "xxxx" QSC fərqli fikirdə idi və iddiaçı aparıcı partnyor "xxxx"-dan fərqli olaraq bu fikri dəstəkləmişdir. Bu “pilot layihə” və müzakirələr yüksək xərclərə və layihənin ümumilikdə böyük itkisinə səbəb olmuşdur. “Pilot layihə”nin nəticələrinin heç biri Layihə zamanı istifadə edilə bilməmiş, iddiaçının əvəzinə daha etibarlı yerli tərəfdaşları işə cəlb etmək e htiyacını ortaya çıxarmışdır. Nəticədə "xxxx" QSC Birgə Müəssisəyə olan etimadını itirmiş və bu etimad sonradan Bakıda iş zamanı yüksək səylə yenidən bərpa olunmuşdur. Bu “pilot layihə” üzrə xərclər cəmi 235.345,65 avro təşkil etmişdir. "xxxx" və iddiaçı arasında bölüşdürülürsə, bu məbləğ "xxxx" üçün 80% - 188.276,52 avro və iddiaçı üçün 20% - 47.069,13 avro və ya 87.165,06 manat kimi bölünür. Bu xərclər gözlənilməz olmuş və onlar Layihənin müqavilə ilə məyyənləşdirilmiş məzmunu ilə əlaqəli olmamışdır. Bundan əlavə, onlar X8ndə təsbit olunmuş layihə tərəfdaşları arasında razılaşdırılmış koordinasiya olmadan iddiaçı tərəfindən başlanmışdır. Bundan əlavə, hesabatların və nəticələrin hazırlanması və "xxxx" QSC ilə müzakirəsi tam olaraq "xxxx" tərəfindən həyata keçirilməli olduğu üçün iddiaç ı bu gözlənilməz işin həllinə töhfə verməmişdir. 2020-ci il 17 mart tarixli X4 əsasən, iddiaçı yerli dəstək işlərini həyata keçirməli idi. Buraya tapşırıqların həyata keçirilməsində dəstək, tapşırıqların uğurla yerinə yetirilməsinə vaxt ayırmaq, ekspertlərin fəaliyyətini təmin etmək, məlumatların toplanması və yayılmasında köməklik, yerli hakimiyyət orqanları ilə əlaqə, ofis dəstəyi, hesabatların və təqdimatların tərcüməsi, ekspertlər üçün əsas sənədlərin tərcüməsi daxil idi. İddiaçı yerli katiblik və tərcümə fəaliyyətləri ilə bağlı 2020-ci il 17 mart tarixli X4 qismən əməl etmiş (tərcümə işi çox gec başlamış, bu da layihənin yekunlaşdırılmasının bir neçə ay gecikməsinə səbəb olmuşdur), "xxxx" QSC ilə yerli əlaqə ümumiyyətlə həyata keçirilməmişdir. Buna görə də, ADY yerli dəstək üçün əlavə işçilər işə götürməyi xahiş etmiş, "xxxx" bu məqsədlə cənab Ramin Nurullanı işə götürmüşdür. Bunun üçün xərclər tamamilə gözlənilməz olduğundan Layihənin risklə bağlı xərclərinə əlavə edilməlidir. Bu əlavə işçinin cəlb edilməsinə ehtiyac yalnız iddiaçı mütəxəssislərinin layihə ilə bağlı ADY ilə əlaqədə öz vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar olmuşdur. X13 2021-2022-ci illər arasında cəlb edilməsi ilə bağlı xərclər 67.067,53 avro təşkil etmişdir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ "xxxx" üçün 80% - 53.654,02 avro, iddiaçı üçün isə 20% 13.413,51 avro və ya 24.839,83 manat təşkil etmişdir. Yuxarıda qeyd edildiyi kimi, layihənin dayandırılması nəticəsində ADY Birgə Müəssisəyə etimadını itirmiş, buna görə də Layihənin nəticələrinə və davam edən iş performansına nəzarət etmək üçün Birgə Müəssisədən neytral və etibarlı ekspert işə götürülməsini gözləmişdir. "xxxx" layihədə həyata keçirilən işlərlə tanış olan cənab Pol Paueri işə götürmüşdür. Onun cəlb edilməsi gözlənilməz idi. X17 cəlb edilməsi ilə bağlı xərclər 25.050,00 avro təşkil etmişdir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ "xxxx" üçün 80% - 20.040,00 avro və iddiaçı üçün 20% - 5.010,00 avro və ya 9.277,78 AZN təşkil etmişdir. Bu Layihədə iştirak edən ekspertlər komandası qismən Birgə Müəssisə şirkətlərinin işçiləri və qismən də kənar məsləhətçilər kimi işə götürülmüşdür. "xxxx" tərəfindən işə götürülən məsləhətçilər "xxxx"nın müqaviləyə uyğun Layihə payının, iddiaçı tərəfindən işə götürülən ekspertlər isə onun müvafiq Layihə payının bir hissəsidir. 2023-cü ilin yanvar ayında ADY tərəfindən 3-cü öd əniş tamamlanmış və müqaviləyə uyğun olaraq müvafiq məbləğ iddiaçıya köçürülmüşdür. İddiaçının ekspertləri "xxxx"-ya müqavilələrinə uyğun olaraq ödənişlərini ADY-nin istəyi ilə Layihənin Bakıda keçiriləcək yekun təqdimatına getməkdən imtina etdiklərini bildirmişlər. Bu, iddiaçı tərəfindən müqavilənin pozulmasını təşkil edir və "xxxx"nın ADY qarşısındakı reputasiyasına təsir göstərir. Bundan əlavə, iddiaçı subpodratçı ekspertlər Halil Demir, Musa Yılmaztürk, Tural Hezenzade və Xəzər Qasımzadəyə bildirmişdir ki, "xxxx" onların ödəmə məbləğini iddiaçıya ödəmədən tutmuşdur. Buna görə də iddiaçı mütəxəssislərə pul ödəməyəcək. Bu, həqiqətə uyğun olmayan bəyanatdır və dərhal iddiaçının məsul şəxsi Nümayəndə1 bu haqda bildirilmişdir. "xxxx" və Layihənin uğuru həmin ekspertlərin töhfəsindən çox ası lı idi. Mütəxəssislər gözləntilərə uyğun nəticələr versələr də, müqavilələrinə uyğun olaraq maaş almadıqları halda bu, Birgə Müəssisə və "xxxx"-nın reputasiyasına da mənfi təsir göstərərdi. Buna görə də "xxxx" bu ekspertlərə birbaşa ödəniş etmişdir. Çünki iddiaçı açıq şəkildə bildirmişdir ki, onlar 4-cü ödənişi aldıqda belə ekspertlərə pul verməyəcəklər. Bu məbləğ 91.848,00 manat təşkil etmişdir. Bu məbləğ tam şəkildə iddiaçı tərəfindən ödənilməli idi. Risklə bağlı xərclər üzrə ödənişlərin ümumi məbləği 327.463,18 avro təşkil etmişdir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ "xxxx" üçün 80% - 261.970,54 avro və iddiaçı üçün 20% 65.492,64 avro və ya 121.282,66 manat təşkil etmişdir. Bu məbləğ iddiaçı ilə bağlı ehtiyat məbləğ olan 94.218,40 manatdan 27.064,26 manat çoxdur. 20% risk ehti yatının məbləği faktiki xərcləri ödəmədiyindən əlavə xərclər də X8ndə razılaşdırıldığı kimi tərəflər arasında bölüşdürülür. Buna görə də 27.064,26 manat məbləğində risklə bağlı əlavə xərclər iddiaçıya 4-cü ödənişdən çıxılmışdır. Eyni zamanda iddiaçının ekspertlərinə ödəniş 91.848,00 manat da iddiaçıya 4-cü ödənişdən çıxılmalıdır. Bu halda iddiaçıya ödənişdən çıxılacaq ümumi məbləğ 118.912,26 manat edir. İddaçıya 4-cü ödənişin məbləği 75.200,00 manat olmalı idi. İddiaçı tərəfindən "xxxx"-ya ödənilməli məbləğ isə 118.912,26 manat təşkil edir. Bu halda iddiaçının "xxxx"-ya 43.712,26 manat borcu yaranmış olur. Ümumiyyətlə hazırkı iddia üzrə əsl cavabdeh Almaniya Federativ Respublikasının hüquqi şəxsi olan "xxxx"-dır. Məhkəmə tərəflər arasındakı həqiqi münasibətləri fərqli dəyərləndirərsə və iddiaçının iddiası üzrə həqiqi cavabdehin Cavabdeh olması nəticəsinə gələrsə, bu hal üçün Cavabdeh "xxxx"-nın adından 43.712,26 manat borcu tələb etmək hüququ yaranır.
13. İddiaçının nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddiaya etirazında bildirmişdir ki, iddiaçı və cavabdeh tərəf eyni hüquqlu tərəflər olaraq “birgə iştirak” ilə layihəni təhvil veriblər, müştəri tərəfindən uğurlu şəkildə təhvil alınıb vəhər hansı iddia qaldırmayıb. Ehtiyat vəsaitdən gözlənilməz xərclərə sərf olunmasına icazə verilən xərc təyinatı müqavilənin 2-ci səhifəsinin yuxarıdan 2-ci bəndi və sonrakı nömrələnmiş 1, 2 və 3-cü bəndləri ilə açıq-aydın göstərilib və razılaşdırılıb. Orada açıq şəkildə birbaşa ekspert xərclərinə və ya digər birbaşa layihə xərclərinə sərf olunmayacağı tərəflər arasında razılaşdırılıb. Layihə s onuna qədər də tərəflər buna uyğun hərəkət edib. Bu mənada qarşı tərəfin qeyd etdiyi onun üçün yaranan əlavə xərclər bu təyinata daxil olmadığından ehtiyat vəsaitdən və ya iddiaçıdan tutula bilməz. Başlıca məqam odur ki, müştəri/sifarişçi ilə ortada razılıq/protokol var və layihəyə fasilə verilməsi əlavə xərc yarada bilməz. Bundan əlavə, iddiaçının guya “şifahi” olaraq müştərinin/sifarişçinin qərarına təsir etməsi həm əsassız, həm də ən böyük dövlət müəssisələrindən biri olan ADY-nin qərarverici komandasına hörmətsiz fikirdir. İddiaçı nəinki müştəriyə, hətta Railistics-ə əlavə xərc çəkdirmək üçün qərarına təsiredici gücə malik deyildir. Bu baxımdan Railistics sadəcə bu xərci çəkməyə özü qərar verib. Bunun əksini sübut edən sübut yoxdur. Anlaşılandır ki, müştəridə narazılıq yaratmamaq və on u məmnun saxlamaq üçün bu addımlar əsas tərəfdaş tərəfindən atılıb və müəyyən xərclər yaranıb. İddiaçı da bu layihə fasiləsi və “Pilot Layihə” çərçivəsində əsaslı səviyyədə əlavə xərclər çəkib və iqtisadi faydalar itirib. Amma yuxarıda qeyd olunan razılıq çərçivəsində bu əlavə xərcləri cavabdehdən tələb etmir. Çünki müqavilə buna icazə vermir. Məsələnin qısa xülasəsi budur ki, bu xərclər cavabdehin öz qərarı ilə yaranan əlavə layihə xərcləridir. Digər ekspertlərin (Ramin Nurulla və Pol Pauerin) cəlb olunması ilə əlaqədar xərclər və bununla bağlı qeyd olunanlar əsassız və uydurmadır. Həmin ekspertlər, Railistics tərəfindən cəlb olunan əlavə resurslardır. Buna dair kifayət qədər müştəri ilə yazışması və layihə sənədləri/protokolları var. Cavabdehin iddia sənədinə sübut kimi əlavə etdiyi görü ş protokollarında belə bunu sübut edən faktlar var – X10 layihə meneceri kimi görüşdə iştirak edib. Bu ekspertlərin müqaviləsi Railistics-lədir və iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçının iş keyfiyyəti ucbatından əlavə xərclər yaradan yubanmanın olmasına, qeyd olunan əlavə ekspertlərin layihə çərçivəsində razılaşdırılan iddiaçının büdcəsində olduğuna, iddiaçı ilə bu “əlavə ekspertlərin” müqaviləsi olduğuna, iddiaçının bu ekspertlərlə bağlı yarancaq əlavə xərcləri qarşılayacağına dair razılığının olduğuna dair sübut təqdim olunmayıb.
14. Bakı Kommersiya Məhkəməsinin (hakim X9) 2024-cü il 4 aprel tarixli e-22(113)-111/2024 nömrəli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2021-ci il 14 dek abr tarixli Əlavə Sazişə əsasən "xxxx" iddiaçı ilə aralarında bağlanmış 2020-ci il 17 mart tarixli X8 üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş və iddiaçı kreditor olaraq buna icazə vermişdir. Belə olan halda isə Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən Cavabdeh MMC borclu "xxxx"-ni əvəz etmişdir.
16. Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə cavabdeh olsa da 2021-ci il 1 dekabr tarixli müqaviləyə əsasən 4 mərhələdə ödənilməli olan ödənişlərin üçünü ödəmiş, 4-cü mərhələ üzrə ödənilməli olan ƏDV ilə birlikdə 88736 manatı ödəməkdən imtina etmişdir. Halbuki cavabdeh "xxxx" QSC-dən ödəniş qəbzini aldıqdan sonra maksimum 15 iş günü ərzində iddiaçıya köçürməni etməli idi. Cavabdehin öhdəliyin icrasından imtina etməsi şahid ifadəsi ilə də öz təsdiqini tapmışdı r. Belə ki, şahid, "xxxx"-nin rəhbəri X16 Sauerbreyin ifadəsindən də aydın olur ki, iddiaçıya ödənilməli olan məbləği cavabdeh tərəf onun göstərişi ilə, iddiaçının ekspertlərə pul ödəməsi üçün təzyiq vasitəsi olaraq qəsdən ödəməmişdir. Hətta şahid iddiaçının ekspertlərə pul ödəməyə söz verəcəyi halda özünün ödədiyi pulu geri qaytararaq 4-cü ödənişi ödəməyə hazır olduqlarını da bildirmişdir. İddiaçının başqa şəxslər (ekspertlər) qarşısında öhdəliyinin olması və cavabdeh tərəfindən iddiaçının razılığı olmadan həmin öhdəliyin icra edilməsi cavabdehi iddiaçı qarşısındakı öhdəlikdən imtina etməsinə əsas vermir. Buna görə də iddiaçı cavabdehdən 88736 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır.
17. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək göstərmişdir ki, cavabdehin 2020-ci il 17 m art tarixli müqaviləyə əsaslanaraq "xxxx"-yə ödənilməli olan borcu iddiaçıdan tələb etmək hüququ olmadığından, qarşılıqlı iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, 2021-ci il 14 dekabr tarixli Əlavə Sazişə əsasən "xxxx" 2020-ci il 17 mart tarixli müqavilə üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş, lakin tərəflər arasında "xxxx"-nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Halbuki sadə yazılı formada bağlanmış 2020-ci il 17 mart tarixli müqaviləyə əsaslanan tələbin güzəşti də həmin yazılı formada həyata keçirilməlidir. Cavabdehin nümayəndəsi "xxxx"-nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı məhkəməyə müqavilə təqdim etməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- “MM”) 194.1, 194. 2, 194.4, 385.1, 386.1, 390.1, 425, 427.3, 430.1, 430.2, 442, 448.1, 522.1, 522.2, 522.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının (hakimlər - X1 (sədrlik edən və məruzəçi), X5 və X2) 2024-cü il 11 iyul tarixli 2-2(103)-674/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıdan yaranmış xərclərlə bağlı pul tələb etsə də, onların arasında layihələrlə bağlı müqavilə bağlanmamış, Almaniyada yaradılmış şirkət "xxxx" iddiaçıya olan tələb hüququnu cavabdehə güzəşt etməmiş, yalnız sazişlə müəyyən edilmişdir ki, iddiaçının ödəniş tələbini cavabdeh təmin etməlidir. Yəni sazişlə Almaniya şirkəti iddiaçı qarşısında öhdəliyini cavabdehə ötürmüşdür. Göründüyü kimi tərəflər arasında birbaşa müqavilə münasibətləri yaranmadığından cavabdehin subyektiv tələb etmə hüququ yaranmamışdır.
22. Məhkəmə cavabdehin apellyasiya şikayətinin "xxxx" birgə borclu olduğundan MM-in 503-cü maddəsinə əsasən subyektiv hüququnun olması barədə dəlilinə m ünasibətdə qeyd etmişdir ki, MM-in 522.1-ci maddəsinə görə üçüncü şəxs borclunu əvəz edir və birgə borclu olmaları istisna edilir. Odur ki, MM-in 503-cü maddəsinin tətbiq edilməsi mümkün deyil.
23. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 194.1, 194.2, 194.4, 385.1, 386.1, 425, 430.1, 442, 448.2, 448.3, 503, 522.1, 522.2, 522.3-cü və MPM-in 14.2, 77.1, 88, 372.6-cı maddələrinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 431.1, 540, 1091, 1092-ci maddələri üzrə - məhkəmə kobud səhvə yol verərək, öhdəliyin üçünc ü şəxs tərəfindən icrası zamanı kreditorun razılığının tələb olunmamasını müəyən edən Mülki Məcəllənin 431.1-ci maddəsini nəzərə almamışdır. "xxxx" tərəfindən PMC-nin ekspertlərinə ödənişi təsdiq edən ekspertlərin məktubları iki dəfə məhkəmələrə təqdim olunmuşdur. Məhkəmə isə bu sanədləri nəzərə almamışdır. "xxxx" tərəfindən öhdəliyin icrası nətiçəsində iddiaçı əsassız varlanmışdır. Ona görə də tərəfindən mütəxəssislərə edilmiş ödənişlər nəticəsində iddiaçı əldə etdiklərini "xxxx"-ya qaytarmalıdır. Həmçinin birgə borclular olduğundan, cavabdeh Mülki Məcəllənin 502 və 503-cü maddələrinə uyğun olaraq "xxxx"-nın iddiaçıya qarşı irəli sürə biləcəyi bütün tələb və etirazları irəli sürə bilər. Bundan başqa məhkəmə iclasında iştirak etmiş "xxxx"-nin qanuni təmsilçisi Udo Sauerbrey də tələblərin c avabdeh tərəfindən irəli sürülməsinə razı olmuş və buna etiraz etməmişdir. 26. “İnvestisiya fəaliyyəti haqqında” qanunun 12.1-ci maddəsi üzrə - həm birinci, həm də apellyasiya instansiya məhkəmələri tərəfindən MM-in və digər qanunvericilik aktlarının normalarının tətbiq edilməsindən açıq-aşkar və qərəzli şəkildə yerli hüquqi şəxs (investor) olan iddiaçının xeyrinə imtina edilmiş, bununla da "xxxx"-nın xarici investor kimi hüquqları pozulmuş və xarici investora yerli hüquqi şəxs (investor) olan iddiaçıya münasibətdə qanunazidd şəkildə az əlverişli rejim tətbiq edilməklə investorların hüquq və azadlıqlarının qorunmasına dövlət tərəfindən verilən təminat yerinə yetirilməmişdir. Apellyasiya məhkəməsi sadəcə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkrarlamaqla kifayətlənmiş, apellya siya şikayətində göstərilən dəlillərə heç bir münasibət bildirməmişdir.
27. MM-in 502 və 503-cü maddələri üzrə - əgər Cavabdeh da bu iş üzrə cavabdeh, yəni borclu hesab edilirsə, onda Cavabdeh və "xxxx" birgə borclular hesab edilirlər. “Railistics Azərbaycanın” "xxxx"-nı əvəz etməsinə gəldikdə isə, Cavabdeh kimi tanındığından, məhkəmə özünün də istinad etdiyi 2021-ci il 14 dekabr tarixli Əlavə Razılaşmanın 4-cü bəndini də nəzərə almalı idi. Həmin bəndə əsasən "xxxx" və Cavabdeh Birgə Müəssisə haqqında müqavilənin 3.1.7-ci bəndinin (Tərəflərin fakturalarının və Müştəri tərəfindən ödənişlərin monitorinqi və fakturalaşdırma ilə bağlı maliyyə idarəetmə xidmətləri) Cavabdeh tərəfindən yerinə yetirilməsinə və “Railistics Azərbaycanın” Sifarişçiyə vura biləcəyi hər hansı zərərə görə birgə və ayrı lıqda məsuliyyət daşıyırlar. Beləliklə, Cavabdeh hətta cavabdeh olsa belə, “Railsites GmbH”-nı əvəz etməmişdir və Cavabdeh və "xxxx" elə Birgə Müəssisə haqqında müqavilənin 3.1.7-ci bəndinin yerinə yetirilməsinə görə birgə borclulardır.
28. MPM-in 54-cü maddəsi üzrə - məhkəmə belə nəticəyə gəlmişdir ki, tələb hüququ “Railistics Azərbaycana” deyil, “Railistes GmbH”-ya məxsusdur. Belə olan halda, məhkəmə tərəfindən “Railistics Azərbaycanın” əsl iddiaçı "xxxx" ilə əvəz edilməsini təklif etməli idi. Məhkəmə belə bir təklif etməmiş, Cavabdeh da ondan imtina etməmişdir. Railistcs GmbH”-nin qanuni təmsilçisi Udo Sauerbreyin məhkəmə iclasında iştirak etməsi və “Railistics Azərbaycanın” tələblərinə uyğun ifadə verməsi də onu ifadə edir ki, Cavabdeh üçün tələbin "xxxx" tərəfindən irəli sürülməsi tək lifi etirazla qarşılanmayacaqdı. Birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən tələbin güzəşti haqqında müqavilənin təqdim ediləcəyi halda subyektiv hüququnun olacağını qeyd etmiş, buna müvafiq olaraq, baxmayaraq ki, “Railistics Azərbaycanın” subyektiv hüququ mövcuddur, hər ehtimala qarşı 2024-cü il 29 aprel tarixində bağlanmış, 2023-cü il 1 iyun tarixindən qüvvəyə minən tələbin güzəşti haqqında müqavilə apellyasiya məhkəməsinə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdehın subyektiv hüququnun olmaması ilk dəfə məhz qətnamədə qeyd edilmişdir. Tələbin güzəşti haqqında müqavilənin tələb olunması da yalnız qətnamə ilə bildirilmişdir. İddiaçının əsl iddiaçı ilə əvəz olunması məsələsini həll etmək və bu təşəbbüsü irəli sürmək məhkəmənin vəzifəsi olmuşdur. Məhkəmə isə b u vəzifəsini icra etmədən qətnamə qəbul etmişdir. Ona görə də bu müqaviləni yalnız apellyasiya şikayətini təqdim edərkən təqdim etmək mümkün olmuşdur. Bu müqavilə iddiaçının maraqlarını da pozmur. Belə ki, o, güzəşt barədə məlumat əldə etdiyi tarixə qədər öhdəliyini "xxxx" qarşısında icra etmiş olsaydı, “Railistcs Azərbaycan” qarşısında öhdəliyin icrasından azad olardı. Həmçinin iddiaçı “Railistcs GmbH”-ya qarşı irali sürə biləcəyi etirazları Cavabdeha qarşı da irali sürə bilər. Beləliklə, tələbin güzəşti haqqında müqavilənin apellyasiya məhkəməsi tərəfindən qəbul edilməsi üçün əsas mövcud idi. Məhkəmə isə birinci instansiya məhkəməsinin iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi ilə bağlı yol verdiyi kobud prosessual pozuntuya, habelə yuxarıda əsaslandırıldığı kimi təqdim olunmuş tələbin güzəşti müqaviləsinə dair heç bir münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqavil əyə dəyişiklik edilməsi tələb olunmur.... 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir...” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni tə msilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır....” “Maddə
502. Birgə borclunun kreditor barəsində qarşılıqlı tələbi Birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır.” “Maddə
522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə et ibarlı olur. 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır....”
33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə 54.1. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu h esab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı ilə "xxxx" arasında bağlanmış "xxxx" QSC (müştəri) tərəfindən həyata keçirilən “Dəmiryolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” adlı layihə ilə bağlı 2020-ci il 17 mart tarixli X8 çərçivəsində "xxxx" müştəri tərəfindən ödənişlərin monitorinqi və fakturalaşma ilə bağlı maliyyə-idarəetmə xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür (3.1.7-ci bənd).
35. Bundan sonra 2021-ci il 1 dekabr tarixində iddiaçı, "xxxx" və cavabdeh arasında X8 bağlanmış, həmin müqavilə üzrə tərəflər layihə ilə bağlı bütün xərcləri öz mütəxəssisləri və fəaliyyətləri üçün tutulan vergi əlavə olmaqla, ayrılmış büdcədən (ehtiyat məbləğdən istifadə etmədən) qarşı layacaqlar. Ehtiyat məbləğlərdən istifadə hər iki tərəf arasında mütənasib olaraq bölünəcək (80/20). Ödəniş planı üzrə "xxxx" iddiaçıya 4 dəfə ödəniş etməli olmaqla, sonuncu, yəni 4-cü ödəniş ƏDV xaric 75.200 manat (ƏDV daxil 88.736 manat) müəyyən edilmişdir. Eyni tərəflər arasında 2021-ci il 14 dekabr tarixində imzalanmış Əlavə Sazişə əsasən cavabdeh “Railistic GmbH”-nın 2020-ci il 17 mart tarixli müqavilənin 3.1.7-ci bəndində nəzərdə tutulmuş öhdəliklərini öz üzərinə götürmüşdür. Həmin sazişin 4-cü bəndinə əsasən "xxxx" və cavabdeh müqavilənin 3.1.7-ci bəndinin cavabdeh tərəfindən yerinə yetirilməsinə və sifarişçiyə vura biləcəyi hər hansı zərərə görə birgə və ayrılıqda məsuliyyət daşıyırlar.
36. Hazırda iddiaçı cavabdeh tərəfindən 2021-ci il 1 dekabr tarixli müqavilə üzrə 4-cü ödənişin edilmədiyini bildirərək, ƏDV daxil 88.736 manatın onun xeyrinə tutulmasını tələb edir.
37. Cavabdeh isə qarşılıqlı iddiasında bildirmişdir ki, iddiaçının qüsurlarına görə layihəyə əlavə ekspertlərin olunması ilə bağlı gözlənilməz xərclər iddiaçı imtina etdiyinə görə etimadın qorunması üçün tərəfindən qarşılanmış və iddiaçının öhdəsinə düşən 118.912,26 manat hissə ona edilməli olan 4-cü ödənişlə (75.200 manat) əvəzlənməklə, iddiaçının "xxxx"-yə 43.712,26 manat borcu qalmışdır.
38. Göründüyü kimi, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 1 dekabr tarixli müqavilə üzrə 4-cü ödənişin (ƏDV daxil 88.736 manat) edilməməsi işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisəli məsələ isə qarşılıqlı iddianın əsasları ilə bağlıdır.
39. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia nı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin 2020-ci il 17 mart tarixli müqaviləyə əsaslanaraq "xxxx"-yə ödənilməli olan borcu iddiaçıdan tələb etmək hüququ yoxdur. Belə ki, 2021-ci il 14 dekabr tarixli Əlavə Sazişə əsasən "xxxx" 2020-ci il 17 mart tarixli müqavilə üzrə tərəfindən ödənişlərin iddiaçıya verilməsi öhdəliyini cavabdehə vermiş, lakin tərəflər arasında "xxxx"- nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı müqavilə bağlanmamışdır.
40. Apellyasiya məhkəməsi də bu mövqe ilə razılaşaraq, cavabdehin "xxxx" ilə birgə borclu olması barədə dəlilinə münasibətdə onu da qeyd etmişdir ki, MM-in 522.1-ci maddəsinə görə üçüncü şəxs borclunu əvəz edir və birgə borclu olmaları istisna edilir. Ona görə MM-in 503-cü maddəsinin tətbiq edilməsi mümkün deyil.
41. Məhkəmə kol legiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə MPM-in 372.2-ci maddəsinin tələbləri pozulmaqla baxılmışdır.
42. Belə ki, işin materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə "xxxx" tərəfindən iddiaçıya qarşı tələbinin ona güzəşti haqqında 2024-cü il 29 aprel tarixli müqavilə əlavə edilmiş və sonuncu tərəfindən bu sübutun yeni təqdim edilməsi, subyektiv hüquqlarının olmaması barədə mövqeyin ilk dəfə birinci instansiya məhkəməsinin qətnaməsində ifadə edilməsi, bundan sonra aralarında tələbin güzəştinə dair hazırkı müqavilənin bağlanması ilə əsaslandırılmışdır.
43. Apellyasiya məhkəməsi isə qeyd olunan sübuta ümumiyyətlə qiymət verməmiş, MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından həmin sübutun qəbul edilib-edilməməsi m əsələni tərəflərlə müzakirə etməmiş, bu barədə heç əsaslandırma aparmamışdır.
44. Halbuki, mübahisənin düzgün hüquqi həlli baxımından bu sübutun qəbul edilibedilməməsi məsələsi əhəmiyyət kəsb edir. Belə ki, həmin sübut cavabdehin qarşılıqlı iddianı qaldırmağa dair subyektiv hüququnun olub-olmaması ilə bağlıdır ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd etməsinin əsası da məhz cavabdehin subyektiv hüququn olmaması ilə bağlı olmuşdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəy yənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
46. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qarşılıqlı iddiaya aid hissədə apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düz gün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə biləcək şəkildə pozulmuşdur ki, bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır.
48. Bu zaman nəzərə alınmalıdır ki, hazırda ilkin iddianın əsaslılığı mübahisə olunmasa da, qarşılıqlı iddia ilkin iddia üzrə tələb edilən məbləğin qarşılıqlı borclar üzrə əvəzlənməsi ilə bağlı olduğundan, ilkin iddia üzrə hər hansı məbləğin tutulub-tutulmaması, o cümlədən tutulacaq borcun məbləği qarşılıqlı iddiaya münasibətdən asılıdır. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hər iki iddiaya birgə qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
49. Şərh edilənləri və MPM-in 416, 417, 419-cu maddələ rini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 iyul tarixli, 2-2(103)-674/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.