Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-152/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 oktyabr tarixli, 2-2(105)-90/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsindən və həmin Baş Kredit Müqaviləsi əsasında bağlanmış 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşmadan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor”, Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Müqavilə və Razılaşmaya əsasən əsas və dövriyyə vəsaitinin artırılması və İddiaçı Açıq Səhmdar Cəmiyyətində aktiv olan 25.000 manat kredit üzrə qalıq borcun və "xxxx" Açıq Səhmdar Cəmiyyətində aktiv olan 14.000 manat və 168.000 manat k reditlər üzrə qalıq borcun bağlanması məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 (VÖEN **********) 24 ay müddətinə illik 16 % dərəcəsi ilə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. 2. 28 yanvar 2020-ci il tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli Kredit verilməsinə dair Razılaşmanın 4.2-ci bəndinə əsasən, bu Müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin Razılaşmanın 4.8-ci bəndinə əsasən, Borcalan bu Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə öd ənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0,1 faiz dəbbə pulunu da ödəyir. Dəbbə pulu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğ Kreditora tam ödənildiyi günə qədər hesablanır. 3. 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli Kredit verilməsinə dair Razılaşmaya 1 nömrəli Əlavədə göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 9.792,62 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur, ödəniş cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 2022-ci il 30 yanvar müəyyən olunmuşdur. 4. “2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli Kredit verilməsinə dair Razılaşma” üzrə bağlanmış 2020-ci il 23 aprel tarixli Əlavədən görünür ki, borcalan Cavabdeh1 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2- 2-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşma üzrə verilmiş kreditin müddəti 2022-ci il 30 aprel tarixədək uzadılmış və bununla bağlı məlum Razılaşma əsasında verilmiş kreditin qaytarılması üçün 2020-ci il 23 aprel tarixli Ödəniş Cədvəli tərtib olunmuşdur. X2 görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 10.590,93 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. Ödəniş Cədvəlinə əsasən ödənişin son tarixi 2022-ci il 30 aprel müəyyən olunmuşdur. 5. 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228- 20(1) nömrəli Kredit verilməsinə dair Razılaşmanın şərtlərinə uyğun olaraq “ipoteka qoyan” Cavabdeh2 Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evi üzrə mülkiyyət hüququ “ipoteka saxlayan” İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. 6. 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20(Z1) nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh3 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh3 zamin olara q borcalan Cavabdeh1 2020-ci il 28 yanvar tarixli 4- BİZG1Z2-2-01228-20 nömrəli Baş Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 7. 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20(Z2) nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq borcalan Cavabdeh1 2020-ci il 28 yanvar tarixli 4- BİZG1Z2-2-01228-20 nömrəli Baş Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
8. X1 tələblərinə görə zaminliklə təmin e dilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin (Zaminlər) və Borcalan Kreditor (Bank) qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıyırlar. 9. 2021-ci il 7 may tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşma üzrə 2021-ci il 7 may tarixə borcverən İddiaçı ASC-yə 184.874,05 manat məbləğində əsas borc, 32.170,53 manat məbləğində faiz borcu və 1.214,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 218.259,05 manat məbləğində borcu vardır (həmin Arayışdan görünür ki, əsas borc üzrə son ödəniş 2021-ci il 30 mart tarixdə 2.000 manat məbləğində, faiz borcu üzrə isə son ödəniş 2021-ci il 7 yanvar tarixdə 100 manat məbləğində edi lmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2021-ci il 1 iyun tarixdə cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”), Cavabdeh4 (bundan sonra – “Cavabdeh2”) və Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 184.874,05 manat əsas, 32.170,53 manat faiz və 1.214,47 manat cərimə borcu olmaqla, ümumilikdə 218.259,05 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi (83,6 kv.m yaşayış və 209,6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına borcun iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evinə tutma yönəldi kdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi və iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli Baş Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi işin hallarına istinadən əsaslandırılaraq göstərilmişdir ki, 2021-ci ilin may ayının 7-dək borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə banka 184.874,05 manat əsas, 32.170,53 manat faiz və 1.214,47 manat cərimə borcu olmaqla, ümumilikdə 218.259,05 manat borcu yaranmışdır. Müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə yaranan borc məblə ğləri ödənilməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Lakin müddətin keçməsinə baxmayaraq, cavabdehlər həmin bildirişə münasibət bildirməmişlər. Eyni zamanda, reyestr orqanına ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydə alınması barədə ərizə göndərilmiş və həmin ərizə bu orqanda qeydə alınmışdır.
12. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 317, 442, 445, 448, 449, 465, 472 və 501-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34 və 39-cu maddələrinə istinad edilərək əsaslandırılmışdır.
13. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 31 avqust tarixli 2(060)-5258/2021 nömrəli qərardadı ilə kommersiya işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – A.Süleymanova).
15. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli 2-2(119)-1192/2021 qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və ipоtekа predmeti olan əmlakın likvid qiymətinin müəyyən edilməsi ilə əlaqədar müstəqil qiymətləndirici təyin edilmişdir (hakim – Z.Sadiqov).
16. Məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 18 aprel tarixli 9/2490 nömrəli rəyinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli 4BİZG1Z2-2-0-1228-20(1) nömrəli Kredit verilməsinə dair Razılaşma üzrə Cavabdeh1 2021-ci il 7 may tarixə 184.874,05 manat əsas borcu və 32.248,90 manat faiz borcunun, 2021-ci il 7 dekabr tarixinə isə 182.374,05 manat əsas borcu və 48.456,54 manat faiz borcunun olduğu müəyyən edilmişdir (Rəydən görünür ki, borcalan tərəfindən 2021-ci il 7 may tarixindən sonra, yəni 2021-ci il 25 oktyabr tarixdə 2.500 manat və 2021-ci il 5 noyabr tarixdə isə 1.000 manat məbləğində kredit ödənişləri etmişdir).
17. Müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 2022-ci il 7 fevral tarixli MB 15/0118 nömrəli Qiymətləndirmə Hesabatında ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2022-ci il 7 fevral tarixinə hesablanmış likvid dəyəri 250.000 manat məbləğində müəyyən edilmişdir.
18. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 31 may tarixli, 2-2(119)-29/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 182.374,05 manat məbləğində əsas borc, 32.170,53 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla, cəmi 214.744,58 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan 214.744,58 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq iddiaçıya olan cəmi 214.744,58 manat məbləğində borcun ödənilməsi, tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 250.000 manat məbləğində müəyyən ed ilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumlarının və xidmət haqqının əvəzi olaraq cəmi 70 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ipоtekа predmetinin qiymətləndirilməsi xidmətinin dəyəri olan cəmi 300 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuli yyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim – Z.Sadiqov).
19. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1, zamin Cavabdeh2 və zamin Cavabdeh3 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsi, 2020-ci il 28 yanvar tarixli 4BİZG1Z2-2-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşma, 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20(Z1) nömrəli Zaminlik Müqaviləsi və 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20(Z2) nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, iddiaçıya ödənilməli olan əsas borcu və əsas borca görə hesablan mış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da iddiaçıdan alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər.
20. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan borcun məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 18 aprel tarixli 9/2490 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və həmin cavabdehlərdən tutulmalı olan borc məbləği həmin rəyə, iddiaçı tərəfin iddia ərizəsində əksini tapmış iddia tələbinə və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, iddia tələbində 2020-ci il 28 y anvar tarixli 4-BİZG1Z22-0-1228-20(1) nömrəli “Kredit verilməsinə dair” Razılaşma üzrə 2021-ci il 7 may tarixə hesablanmış “184.874,05 manat məbləğində əsas borcun tutulması” tələb edilsə də, 2022ci il 18 aprel tarixli 9/2490 nömrəli ekspertiza rəyində iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra edilmiş ödənişlər də nəzərə alınaraq 2021-ci il 7 dekabr tarixinədək hesablanmış əsas borcun məbləği “182.374,05 manat” miqdarında müəyyən edilmişdir. Bu halda, əsas borcun tutulması hissəsində ekspertiza rəyi mötəbər sübut kimi nəzərə alınmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ekspertiza rəyində 2021-ci il 7 dekabr tarixinə hesablanmış “182.374,05 manat” məbləğində əsas borc tutulmalıdır. Həmçinin, 2022-ci il 18 aprel tarixli 9/2490 nömrəli ekspertiza rəyi ndə 2021-ci il 7 may tarixə faiz borcunun məbləği “32.248,90 manat” miqdarında, 2021-ci il 7 dekabr tarixinə isə faiz borcunun məbləği “48.456,54 manat” miqdarında müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “32.170,53 manat məbləğində faiz borcunun tutulması”, yəni daha az miqdarda faiz borcunun tutulması tələb olunur. Bu halda isə MPM-in 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərdən iddia tələbində göstərilən məbləğdə (32.170,53 manat məbləğində) faiz borcu tutulmalıdır. İddianın "1.214,47 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada c əmi 200 manat məbləğində cərimə tutulmalıdır.
21. Məhkəmə iddianın “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan borcun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi” hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələbinin həmin hissəsi də əsaslı olduğu üçün MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təmin edilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyəri) 250.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının “Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli 4-BİZG1Z2-2-0-1228-20 nömrəli Baş Kredit Müqaviləsinin ləğv edilməsi” barədə id dia tələbi də təmin edilməli və tərəflər arasında bağlanmış həmin müqavilə ləğv olunmalıdır.
22. Məhkəmə hesab etmişdir ki, iddia tələbi digər hissələrdə, yəni “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetləri satıldıqdan sonra istifadə hüququnun itirilməsi, həmin əmlaklardan çıxarılma, həmin əmlakların boşaldılması və Banka təhvil verilməsi” hissələrində əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir.
23. Məhkəmə bu qənaətini MM-in 317.1, 319.1, 319.4, 385.1, 421, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 467, 470.1, 472.1, 472.3, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 39.3.3, 41.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin (bundan sonra – “MPM”) 218.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 01 nömrəli Qərardadına istinad edərək əsaslandırmışdır.
24. Cavabdeh1 2022-ci il 8 iyul tarixdə həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 oktyabr tarixli 2-2(105)-90/2022 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şika yəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – F.Məmmədov və İ.Dəmirov).
26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş materiallarında olan sübutlara, təyin edilmiş ekspertiza rəylərinə əsaslanaraq düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh bank tərəfindən yeni ödəniş qrafiki və kredit borcunun ödənilməsinə əlavə vaxt verilmədiyini bildirsə də, “Kredit verilməsinə dair Razılaşma” üzrə bağlanmış 2020-ci il 23 aprel tarixli Əlavədən görünür ki, “Kredit verilməsinə dair” Razılaşma üzrə verilmiş kreditin müddəti 2022-ci il 30 aprel tarixədək uzadılmış və bununla bağlı Razılaşma əsasında verilmiş kreditin qaytarılması üçün 2020ci il 23 aprel tarixli Ödəniş Cədvəli tərtib olunmuş və ödəniş cədvəlində borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 10.590,93 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir.
27. Məhkəmə bu qənaətini MM-in 296.1, 309.1, 317, 319.1, 319.4, 385.1, 421, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 449.1, 462.1, 465.2, 470.1, 472.1, 472.3, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7, 1.0.9, 33, 34.1, 39.1, 39.3.3, 41.2-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbay can Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 01 nömrəli Qərardadına istinad edərək əsaslandırmışdır.
28. Qətnamə 2022-ci il 11 oktyabr tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
29. Cavabdeh 2022-ci il 14 dekabr tarixdə qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 dekabr tarixli 2-2(105)-90/2022 nömrəli qərardadı ilə Cavabdeh1 kassasiya şikayəti müddət ötürülməsi səbəbindən geri qaytarılmışdır.
31. Cavabdeh1 qətnamədən kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 yanvar tarixli 2-2(105)-90/2022 nömrəli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilərək, kassasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
33. MM-in 425.1 və 472.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə işin hallarını araşdırarkən, Bank tərəfindən ona yeni ödəniş qrafiki verilmədiyindən icra zamanı gecikmə olmasını nəzərə almamışdır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuli yyət daşıyırlar. Göstərilən halda məhkəmənin onun məsuliyyətini təsbit etməsi qanunsuz olmuşddur.
34. MPM-in 9.1, 9.3, 14.1, 88, 217.1, 217.3, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iddiaçının qeyd etdiklərinə və iddiaçı tərəfin təqdim etdiyi sübutlara nisbətən üstünlük verməklə bərabərlik prinsiplərini pozmuş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Belə ki, əmlakın qiymətləndirilməsi ekspertizası üzrə qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 2022-ci il 7 fevral tarixli MB 15/0118 nömrəli Qiymətləndirmə Hesabatında ipoteka predmetinin 2022-ci il 7 fevral tarixinə hesablanmış likvid dəyəri 250.00 0 manat məbləğində müəyyən edilmişdir. Halbuki, bu məbləğ gerçəkliyi əks etdirmir. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 500.000 manat məbləğindədir. Bununla da qanunvericiliyin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq eləməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilm iş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndiri lməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşın maz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəl iyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edi lmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.... 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzə rdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 40. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşa ğıdakılar nəzərdə tutulmuşdur: “M a d d ə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.1. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxa rılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır.... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “M a d d ə
41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir....”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunm uş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. Ali Məhkəmənin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 noyabr tarixli, 2-2(106)-140/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılma lı, kassasiya şikayətləri təmin edilməməlidir.
43. Cavabdehin kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi İşin faktiki hallarını, Bank tərəfindən ona yeni ödəniş qrafiki verilmədiyindən icra zamanı gecikmə olmasını, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 500.000 manat məbləğində olmasını nəzərə almamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
45. Kredit verilməsinə dair Razılaşma” üzrə bağlanmış 2020-ci il 23 aprel tarixli Əlavədən görünür ki, “Kredit verilməsinə dair” Razılaşma üzrə verilmiş kreditin müddəti 2022-ci il 30 aprel tarixədək uzadılmış və bununla bağlı Ra zılaşma əsasında verilmiş kreditin qaytarılması üçün 2020-ci il 23 aprel tarixli Ödəniş Cədvəli tərtib olunmuş və ödəniş cədvəlində borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 10590,93 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir.
46. Məhkəmə kollegiyası şikayətin ipoteka predmetinin satış qiymətinin çox aşağı müəyyən olunması ilə bağlı dəlilinə münasibətdə vurğulayır ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə müəyyən edilməsi, mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olur.
47. Hazırkı halda, iş mat eriallarında olan ipoteka müqaviləsindən görünür ki, müqavilə bağlanan zaman ipoteka predmeti olan əmlakın bazar dəyəri 205.000 manat dəyərində müəyyən olunmuş, ipоtekа predmetinin ilkin satış qiymətinin təyin olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi üzrə qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş Qiymətləndirmə Hesabatında isə ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2022-ci il 7 fevral tarixinə hesablanmış likvid dəyəri 250.000 manat məbləğində müəyyən edilmişdir..
48. Göründüyü kimi, məhkəmə tərəfindən məhkəmə mübahisəsi dövründə əldə olunmuş qiymətləndirici rəyinə istinad olunmaqla ipoteka predmeti olan əmlakın likvid dəyərinin, tərəflərin müqavilədə razılaşdırdıqları 205.000 manatdan d aha artıq – 250.000 manat məbləğində müəyyənləşdirilməsi qanuni və ədalətli olmuş, ipoteka predmetinin qiymətinin qiymətləndirmə hesabatında müəyyən olunmuş qiymətdən daha artıq olmasını sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh tərəfindən bununla bağlı hər hansı sübutlar təqdim olunmamışdır.
49. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxs lərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
50. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
51. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitə ləri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmışdır.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
55. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.
56. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır
58. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 sentyabr tarixli, 2-2(103)-727/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 oktyabr tarixli, 2-2(105)-90/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.