Məhkəmə qərarları › İş №2-2(102)-156/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-156/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-156/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr və pul öhdəliklərinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlundan və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(103)-922/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 2021-ci il 5 noyabr tarixli 2 xidmət müqaviləsi bağlanmışdır.

2. Hər iki müqaviləyə əsasən, “icraçı” ona məxsus və 1 nömrəli cədvəldə əks olunmuş texnikaları “sifarişçi”yə xidmət göstərməyə verməyi, “sifarişçi” isə texnikaları təyinatı üzrə istifadə edib “icraçı”ya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Birinci müqavilədə xidmət göstərəcək nəqliyyat vasitələri qismində 3 nəqliyyat vasitəsi, digər müqavilədə isə həmin nəqliyyat vasitələri ilə yanaşı, daha 15 nəqliyyat vasitəsi göstərilmişdir.

3. Tərəflər arasında nəqliyyat vasitələri və xüsusi texnikaları vasitəsilə göstərilmiş xidmətlər hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş aktlar tərtib edilmiş, həmin aktlara əsasən ƏDV-siz 2022-ci ilin sentyabr ayı üçün 46.964,29 manat, 2022-ci ilin oktyabr ayı üçün 33.471,43 manat, 2022-ci ilin noyabr ayı üçün 24.642,86 manat, 2022-ci ilin dekabr ayı üçün 21.428,57 manat, 2023-cü ilin yanvar ayı üçün 21.428,57 manat, 2023-cü ilin fevral ayı üçün 14.971,43 manat olmaqla ümumilikdə ƏDV-siz 162.907,15 manat dəyərində göstərilmiş xidmətlər təhvil alınmışdır. 4. 2022-ci ilin sentyabr - 2023-cü ilin fevral ayında göstərilmiş xidmətlərə dair 2022-ci il 2 noyabr tarixli EBCİ 468382 seriya və nömrəli, 2023-cü il 10 yanvar tarixli EBCM 662751 seriya və nömrəli, 2023-cü il 31 yanvar tarixli EBCN 923872 seriya və nömrəli, EBCN 926406 seriya və nömrəli, 2023-cü il 16 fevral tarixli EBCP 020717 seriya və nömrəli, 2023-cü il 28 mart tarixli EBDC 362184 seriya və nömrəli elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmişdir (ƏDV-siz 162.907,15 manat, ümumi ƏDV məbləği 29.323,28 manat).

5. Ödəniş tapşırıqlarına əsasən 2021-ci ilin dekabr – 2022-ci ilin avqust ayları arasında dövrdə göstərilmiş xidmətlərə görə 2021-ci il 23 dekabr tarixində 7.803,57 manat, 2022-ci il 24 fevral tarixində 4.000 manat, 2022-ci il 7 aprel tarixində 10.000 manat, 2022ci il 18 aprel tarixində 20.000 manat, 2022-ci il 29 aprel tarixində 22.000 manat, 2022-ci il 21 iyun tarixində 60.000 manat, 2022-ci il 5 avqust tarixində 20.000 manat, 2022-ci il 7 oktyabr tarixində 42.035,72 manat, 2022-ci il 22 noyabr tarixində 48.017,86 manat, 2023cü il 12 yanvar tarixində 63.559,32 manat olmaqla ümumilikdə 297.416,47 manat pul 2021-ci il 5 noyabr tarixli xidmət müqaviləsinə və ayrı-ayrı elektron qaimələrə istinad edilməklə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra - "iddiaçı") 2024-cü il 17 aprel tarixində Cavabdeh MMC-yə (bundan sonra - "cavabdeh") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il 5 noyabr tarixli xidmət müqaviləsi (bundan sonra – “xidmət müqaviləsi”) üzrə 183.919,26 manat əsas borcun, 33.105,47 manat ƏDV məbləğinin və ödənilmiş 508 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. Belə ki, müqavilənin predmeti üzrə cavabdehə 2022-ci il 2 noyabr tarixli 468382 nömrəli elektron qaimə üzrə 55.417,86 manat, 23-cü il 10 yanvar tarixli 662751 nömrəli elektron qaimə üzrə 39.496,29 manat, 2023-cü il 16 fevral tarixli 020717 nömrəli elektron qaimə üzrə 25.285 manat, 2023-cü il 31 mart tarixli 923872 nömrəli elektron qaimə üzrə 29.078,57 manat, 2023-cü il 31 mart tarixli 926406 nömrəli elektron qaimə üzrə 25.285,71 manat, 2023-cü il 28 mart tarixli 362184 nömrəli elektron qaimə üzrə 17.666,29 manat vəsait ödənilməli olmuşdur. Lakin qeyd edilən ödənişlər və bu ödənişlərin 18 faiz ƏDV məbləği bu günə qədər cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəfindən xidmət müqaviləsinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır. Eyni zamanda, hazırkı iş üzrə elektron qaimələr qəbul edən tərəfindən təsdiq olunmuş və ləğv edilməmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehə cədvəl 1-də əks olunmuş nəqliyyat vasitələrini xidmət göstərməyə vermişdir. Həmin cədvəldə 3 ədəd nəqliyyat vasitəsinin göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş təhviltəslim aktlarına nəzər yetirdikdə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmətin göstərildiyi görünmüşdür. Tərəflər arasında xidmətin göstərilməsi qayda və üsullarını sadəcə bu müqavilə tənzimlədiyindən və tərəflər arasında həmin müqaviləyə əlavə razılaşma imzalanmadığından belə bir sual yaranmışdır ki, təhvil-təslim aktlarında göstərilmiş və müqavilənin predmetində öz əksini tapmayan 15 və ya daha çox nəqliyyat vasitəsi hansı əsasla təhvil-təslim aktlarına əlavə edilmişdir? Əlavə olaraq, müqavilənin 3.6-cı bəndinə əsasən aylıq iş cədvəli (hesabat) 28 gün, gündəlik 10 saat (nahar və çay fasiləsi daxil) üzərindən (yəni aylıq 280 saat iş normasına əsasən) hesablanacaqdır. Lakin təhvil-təslim aktlarından da göründüyü kimi, iddiaçı tərəfindən müqavilənin tələbinə riayət edilməmiş və nəqliyyat vasitələri gündəlik 8 saat olmaqla xidmət göstərmişlər. Müqavilənin 1.1-ci bəndinə qeyd olunmuş nəqliyyat vasitələri üzrə aylıq xidmət haqları nəzərdə tutulmuşdur. Həmin xidmət haqına uyğun olaraq, məsələn aylıq xi dmət haqqı 3.500 manat olan "Hyundai" markalı, 50EG041 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ayda 28 gün, gündə 10 saat olmaqla işlədikdə, həmin nəqliyyat vasitəsinin bir saatlıq xidmət haqqı (3.500:280=12,50) 12,5 manat məbləğində təşkil etmişdir. Bu isə o deməkdir ki, həmin nəqliyyat vasitəsinə ayda 28 gün, gündə 8 saat işlədikdə (28x8=224x12.50 =2.800) 2.800 manat, ayda 30 gün, gündə 8 saat işlədikdə (30x8= 240x12.50 =3.000) 3.000 manat məbləğində xidmət haqqı yaranır. Lakin təkcə 2022-ci ilin iyun ayının təhvil-təslim aktına nəzər yetirdikdə, həmin məbləğin 3.000 manat deyil, 3.750 manat məbləğində əks olunduğu görünmüşdür. Bu isə elektron vergi-fakturalar üzrə ödənişlərdə müqavilədə qeyd olunan xidmət haqqından kəskin şəkildə kənarlaşmaya səbəb olmuşdur. Elektron vergifakturalar müq avilənin 3.1-ci bəndinə uyğun olaraq təhvil-təslim aktlarına uyğun tərtib edilməmiş, müqavilənin şərtləri pozularaq bəzi hallarda təhvil aktları ümumiyyətlə tərtib edilməmiş, bəzi hallarda tərəflərin imzası və möhürü ilə təsdiqlənməmiş, bütün hallarda isə müqavilədə nəzərdə tutulan iş saatı yerinə yetirilmədiyi halda, iddiaçı artıq hesablar təqdim etməklə əsassız ödənişlərin alınmasına nail olmuşdur. Belə ki, qeyd olunan kənarlaşmalara əsasən dekabr 2021-ci il üçün 8.400,50 manat, yanvar 2022-ci il üçün 9.614,34 manat, fevral 2022-ci il üçün 11.542,92 manat, mart 2022-ci il üçün 11.900,07 manat, aprel 2022-ci il üçün 13.839,39 manat, may 2022-ci il üçün 19.782,27 manat, iyun 2022-ci il üçün 16.910,84 manat, iyul 2022-ci il üçün 8.146,54 manat, avqust 2022-ci il üçün 15.889,41 manat, sentya br 2022-ci il üçün 11.535,84 manat, oktyabr 2022-ci il üçün 11.957,22 manat, noyabr 2022-ci il üçün 10.928,69 manat, dekabr 2022-ci il üçün 10.714,41 manat, yanvar 2023-cü il üçün 10.714,41 manat, fevral 2023-cü il üçün 6.542,93 manat məbləğində olmaqla ümumilikdə 178.419,35 manat xidmət haqqına əlavə olaraq əsassız şəkildə hesablanmışdır. Həmçinin məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarına görə, dekabr 2021-ci il üçün və fevral 2022-ci il üçün hər hansı işlər görülməmişdir. Aktların tərəflər tərəfindən imzalanıb təsdiq edilməməsi də özlüyündə bunu təsdiq etmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində qeyd olunan 2023-cü il 31 mart tarixli 926406 nömrəli elektron vergi-faktura üzrə təhvil-təslim aktı mövcud deyil.

9. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının müqavilədən kənarlaşma etməsi nəticəsində cavabdeh tərəfindən ödənilmiş 178.419,35 manat məbləğində əsas borc və 16.751,76 manat məbləğində ƏDV olmaqla ümumilikdə 195.171,10 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehə 1-də əks olunmuş nəqliyyat vasitələrini xidmət göstərməyə vermişdir. Həmin cədvəldə 3 ədəd nəqliyyat vasitəsinin göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarına nəzər yetirdikdə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmətin göstərildiyi görünmüşdür. Lakin sonradan məlum olmuşdu r ki, tərəflər arasında eyni tarixli və eyni nömrəli iki ədəd müqavilə mövcuddur. Belə ki, bir müqavilədə 3 ədəd nəqliyyat vasitəsi ilə, digərində isə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Müqavilənin predmetini təşkil edən (Cədvəl № 1-də) 18 ədəd nəqliyyat vasitəsini nəzərdə tutan müqavilə sonradan imzalanmışdır. Belə ki, müqavilənin predmetini təşkil edən (Cədvəl № 1-də) 3 ədəd nəqliyyat vasitəsi ilə xidmət nəzərdə tutan müqavilənin hər səhifəsində imza olmasına baxmayaraq, digər müqavilənin bütün səhifələri imzalanmamış, 3 ədəd maşın göstərilən müqavilənin sağ küncündə “icraçı” sözünün qarşısında səhifə 2-5-dən yazılmış, digər müqavilədə isə səhifə 5-dən göstərilmiş, sonradan hazırlanan müqavilənin 4.1.3-cü bəndində səhifəni yekunlaşdırmaq üçün 18 maşın cədvəldə göstərilsə də, 19-24-cü boş qrafaların cədvəldə nəzərdə tutulması əqdin yalan və ya uydurma əqd olmasının göstəricisidir. Həmçinin müqavilənin əslinin iddiaçıda olmaması da, tərəfin ikinci müqaviləni uydurmaqla, müqavilənin predmetini təhvil-təslim aktlarına uyğunlaşdırmağa çalışmasını göstərmişdir. Təhvil-təslim aktlarına əsasən iddiaçı müqavilənin tələbinə uyğun şəkildə xidmət göstərməmiş, müqavilənin 3.6-cı bəndinin tələbini pozmuş və nəticədə ciddi kənarlaşmalara səbəb olmuşdur. Belə ki, müqavilənin 3.6-cı bəndinə əsasən, aylıq iş cədvəli (hesabat) 28 gün, gündəlik 10 saat (nahar və çay fasiləsi daxil) üzərindən hesablanmışdır. Lakin təhvil-təslim aktlarına nəzər saldıqda, bəzi nəqliyyat vasitələri aylıq iş saatından (280 saat) az işləməsinə baxmayaraq, hətta xidmət haqqından daha yüksək məbləğdə ödəniş nəzərdə tutulmuşdur. Müqavilənin 1.1-ci bəndinə qeyd olunmuş nəqliyyat vasitələri üzrə aylıq xidmət haqları nəzərdə tutulmuşdur. Həmin xidmət haqqına uyğun olaraq, məsələn aylıq xidmət haqqı 3.500 manat olan “Hyundai” markalı, 50EG041 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ayda 28 gün, gündə 10 saat olmaqla işlədikdə, həmin nəqliyyat vasitəsinin bir saatlıq xidmət haqqı (3.500:280=12,50) 12,5 manat məbləğində təşkil edir. Bu isə o deməkdir ki, həmin nəqliyyat vasitəsinə ayda 28 gün, gündə 8 saat işlədikdə (28x8- 224x12,50=2.800) 2.800 manat, ayda 30 gün, gündə 8 saat işlədikdə (30x8= 240x12,50=3.000) 3.000 manat məbləğində xidmət haqqı yaranır. Lakin təkcə 2022-ci ilin iyun ayının təhvil-təslim aktına nəzər yetirdikdə, həmin məbləğin 3.000 manat deyil, 3.750 m anat məbləğində əks olunduğu görünmüşdür. Bu isə elektronvergi fakturalar üzrə ödənişlərdə müqavilədə qeyd olunan xidmət haqqından kəskin şəkildə kənarlaşmaya səbəb olmuşdur. Belə ki, qeyd olunan kənarlaşmalara əsasən dekabr 2021-ci il üçün 8.400,50 manat, yanvar 2022-ci il üçün 9.614,34 manat, fevral 2022-ci il üçün 11.542,92 manat, mart 2022-ci il üçün 11.900,07 manat, aprel 2022-ci il üçün 13.839,39 manat, may 2022-ci il üçün 19.782,27 manat, iyun 2022-ci il üçün 16.910,84 manat, iyul 2022-ci il üçün 8.146,54 manat, avqust 2022-ci il üçün 15.889,41 manat, sentyabr 2022-ci il üçün 11.535,84 manat, oktyabr 2022-ci il üçün 11.957,22 manat, noyabr 2022-ci il üçün 10.928,69 manat, dekabr 2022-ci il üçün 10.714,41 manat, yanvar 2023-cü il üçün 10.714,41 manat, fevral 2023-cü il üçün 6.542,93 manat məbləğində olmaqla ümumilikdə 178.419,35 manat xidmət haqqına əlavə olaraq əsassız şəkildə hesablanmışdır. Nəticədə, iddiaçı tərəfindən əsassız şəkildə hesablanmış və cavabdehə geri qaytarılmamış ƏDV daxil 195.171,10 manat məbləğində pulun geri ödənilməsi zərurəti yaranmışdır. Həmçinin qeyd edilən kənarlaşmalar müvafiq qurumlar tərəfindən aparılan yoxlamalar zamanı cavabdeh tərəfindən xərclərin çoxaldılması və mənfəətin azaldılaraq vergidən yayınma halı kimi qiymətləndirilərək cavabdehə qarşı maliyyə sanksiyalarının tətbiq edilməsinə səbəb ola bilər.

11. İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, cavabdeh tərəflər arasında iki müqavilə bağlanıldığını, ikinci müqavilədə 18 ədəd nəqliyyat vasitəsinin göstərildiyini və təhvil-təslim aktlarının ona əsasən hazı rlandığını qeyd etmişdir. Tərəflər arasında xidmət müqaviləsi imzalandıqdan sonra qarşı tərəfə xidmət göstərilməyə başlanılmışdır. Sonrakı dövrdə tərəflər arasında müqavilə üzrə olan münasibətlər tərəflər arasında mövcud olan razılaşmaya uyğun şəkildə davam etmiş və tərəflər arasında razılaşmaya əsasən xidmətlər davam etdirilmişdir. Xidmətlərlə bağlı elektron qaimələr cavabdehə vaxtında təqdim edilmişdir. Lakin cavabdeh həmin qaimələrə əsasən ödənişləri həyata keçirməmişdir. Hazırkı iş üzrə tərəflər arasında ilkin müqavilə bağlanılmış və sonradan əlavə nəqliyyat vasitələri ilə bağlı razılaşma olmuşdur. Bu razılaşma hər iki tərəfin azad iradəsi əsasında olmuş və bu razılaşma əsasında tərtib edilmiş təhvil-təslim aktlarının qarşılıqlı şəkildə təsdiq edilməsi də bunu sübut etmişdir. Həmçinin qarşı tərəf öz iddiasında iddiaçının əsassız kənarlaşmalara yol verdiyini iddia etmişdir. Belə ki, məhkəməyə təqdim edilən təhvil-təslim aktlarına görə, həmin aktlarda qeyd edilən nəqliyyat vasitələrinin cavabdehə xidmət göstərməsi faktı qarşı müəssisənin direktoru tərəfindən imzalanıb möhürlənərək təsdiq edilmişdir. Eyni zamanda, bu təhvil-təslim aktlarına əsasən elektron qaimələr də qarşı tərəfə göndərilmiş, lakin cavabdeh ödəmələri həyata keçirməmişdir. Qarşı tərəf öz iddiasında iddiaçı tərəfindən yalan və uydurmaq əqdin bağlanıldığını da qeyd etmişdir. İş üzrə məhkəməyə təqdim edilən sənədlərə, habelə işin hallarına baxılan zaman aydın şəkildə görmək mümkündür ki, tərəflər arasında olan əqd hüquqi xidmətlərin göstərilməsi məqsədilə bağlanılmış, habelə iddiaçı tərəfindən əqdə uyğun olar aq vicdanlı şəkildə öhdəliklər yerinə yetirilmiş, lakin iddiaçı tərəfindən öhdəliklər icra edilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 iyun tarixli e-2-2(113)- 3072/2024 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin olunmuş, cavabdehdən ƏDV daxil olmaqla 192.230,43 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 482,23 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir (hakim – N.Əhmədova).

13. Məhkəmə ilk növbədə cavabdehin əqdin uydurma əqd olmasına istinad edərək ödənilmiş pul vəsaitini tələb etməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı halda əqdin tərəfi olan cavabdeh iddianın faktiki əsası kimi həmin əqdin uydurma əqd olmasına istinad etmiş, lakin tərəflər arasında mövcud olan öhdəlik hüquq münasibətinin əsaslandığı iradə ifadəsinin uydurma olması barədə faktiki əsaslar hazırda mövcud deyildir.

14. Belə ki, cavabdeh bir tərəfdən 18 ədəd nəqliyyat vasitəsi əks olunan xidmət müqaviləsini etibarsız hesab etsə də, digər tərəfdən həmin nəqliyyat vasitələrinin əks olunduğu təhvil-təslim aktları hər iki tərəfin möhürü ilə təsdiqlənmiş və direktorları tərəfindən imza edilmişdir. Həmçinin cavabdeh həmin nəqliyyat vasitələri ilə göstərilən xidmətlərin dəyərini ödəmişdir.

15. Digər tərəfdən, tərəflər arasında mövcud olan müqavilə münasibətləri üzrə qanunvericilikdə məcburi forma müəyyən edilməmişdir. Belə olan halda, fərz olunsa ki, qeyd olunan müqavilə bağlanmamışdır, tərəflər arasında olan işgüzar münasibətlər (iddiaçının elektron qaimə təq dim etməklə xidməti rəsmiləşdirməsi, cavabdehin həmin qaimələrə əsaslanmaqla ödənişlər etməsi, ilkin iddianın faktiki əsasını təşkil edən xidmətlərin təhvil-qəbul aktının təsdiqlənməsi) xidmətlərin üçdən çox nəqliyyat vasitəsi ilə göstərilməsinə və xidmət haqqının fərqli qaydada hesablanmasına dair tərəflərin iradə ifadəsinin mövcud olduğu iş materialları ilə təsdiq olunmuşdur.

16. Cavabdeh təhvil-təslim aktlarının nə üçün təsdiq olunduğu barədə məhkəmənin suallarına əsaslı cavablar verə bilməmiş, imzalanmanı keçmiş baş mühasib və direktorla əlaqələndirməyə çalışmışdır.

17. Cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçın ın cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil etmişdir. Cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Cavabdeh isə iddiaçının onunla olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.

18. Cavabdeh öhdəlikdən kənar ödənilmiş pul vəsaitinin tutulması tələbini isə onunla əsaslandırmışdır ki, müqavilənin 1 nömrəli cədvəlində nəqliyyat vasitələri üçün xidmət haqqı, günlük və aylıq xidmət göstərmə saatı müəyyən edilmiş, lakin təhvil-təslim aktlarında həmin müddətlərdən əlavə xidmətin göstərilməsi üçün də haqq hesablanmışdı r.

19. Məhkəmə qeyd etmişdir ki, xidmətlər cavabdeh tərəfindən imza edilməklə, sonuncunun möhürü vurularaq təhvil alınmış, onların dəyərləri ödənilmişdir (2022-ci ilin sentyabr ayına qədər). Başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir.

20. Məhkəmə cavabdehin hazırkı mövqeyini hüquqdan sui-istifadə hesab etmiş və cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddiasının rədd edilməsi barədə qənaətə gəlmişdir.

21. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsinin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsas ında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.

22. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə MM-in podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır

23. İddiaçı hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə etmiş, lakin hazırda yalnız 162.907,15 manat əsas borc və 29.323,28 manat ƏDV olmaqla ümumilikdə 192.230,43 manat dəyərində xidmətlərin göstərilməsi təsdiqlənmişdir.

24. Məhkəmə hesab etmişdir ki, xidmət müqaviləsi üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəli klərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 337.1, 340.1, 425, 442, 448.1, 448.2, 448.3, 456, 752.1 və 753.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli və M.Şükürovun şikayəti üzrə 2023-cü il 26 aprel tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 242 manat dövlət rüsumunun iddiaçıdan tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(103)-922/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və E.Həsənov).

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, 2021-ci ilin dekabr – 2022-ci il avqust ayları ar ası dövrdə iddiaçı tərəfindən cavabdehə texnikalar vasitəsilə xidmətlər göstərilmiş, həmin xidmətlərə dair təhvil-təslim aktları imzalanmış və elektron qaimə-fakturalar göndərilmiş, cavabdeh xidmət müqaviləsinə istinad etməklə həmin qaimə-fakturalar üzrə ƏDV xaric 297.416,47 manat məbləğində ödəniş etmişdir. 2022-ci ilin sentyabr – 2023-cü il tarixləri arası dövrdə iddiaçı tərəfindən göstərilmiş ƏDV xaric 162.907,15 manat (ƏDV daxil 192.230,43 manat) məbləğində xidmətlərə dair tərəflər arasında təhvil-təslim aktları imzalansa və möhürlənsə, həmin təhvil-təslim aktları əsasında elektron qaimə-fakturalar göndərilsə də, ödəniş həyata keçirilməmişdir.

29. Ona görə də, iddiaçı 2022-ci ilin sentyabr 2023-cü il tarixləri arası dövrdə cavabdehə göstərilmiş xidmətlərin dəyərinin cavabdehdən tutulma sını tələb etmişdir.

30. Cavabdeh isə 15 ədəd texnika ilə xidmət göstərilməsini nəzərdə tutan ikinci xidmət müqaviləsinin onlar tərəfindən bağlanmadığını, həmin müqavilənin uydurma əqd olduğunu, eyni zamanda 2021-ci ilin dekabr – 2023-cü il mart ayları arası dövrdə göstərilən xidmətlərin təhvil-təslim aktlarında əlavə iş günlərinə görə əlavə xidmət haqqının hesablandığını, müqavilələrdə nəzərdə tutulmayan nəqliyyat vasitələri ilə göstərilmiş xidmətlərə görə xidmət haqqının nəzərdə tutulduğunu əsas göstərərək aktlarda müəyyən edilmiş xidmət haqlarında müqavilədəki qiymətlərdən kənarlaşmaların ƏDV daxil 195.171,10 manat təşkil etdiyini əsas göstərərək artıq ödənilmiş həmin pulun iddiaçıdan tutulmasını tələb etmişdir.

31. Cavabdeh qarşılıqlı iddia ərizəsinin faktiki əsaslarından biri kimi iki nci xidmət müqaviləsinin uydurma əqd olmasına, hüquqi əsası kimi isə MM-in 340.1-ci maddəsinə istinad etmişdir. Həmin dəlillərə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iki ilə yaxın müddət ərzində icraçı (iddiaçı) tərəfindən mübahisəli müqavilə əsasında xidmətlər göstərilmiş, xidmətlərin təhvil-təslimi barədə aktlar tərtib edilərək imzalanmış və sifarişçi tərəfindən ödənişlər edilmişdir, başqa sözlə desək hər iki tərəf həmin müddət ərzində mübahisəli müqaviləni icra etmişlər. Digər tərəfdən, hazırkı halda tərəflərin formal müqavilə bağlamağa dair hər hansı maraqlarının (üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq və s.) olması da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilən hallar isə həmin müqavilənin hüquqi nəticə yaratmaq niyyəti ilə bağlanması ehtimalını faktiki olaraq istisna e tmişdir.

32. Cavabdehin istinad etdiyi digər dəlil isə mübahisəli müqavilənin ilk 4 səhifəsinin imzalanmaması, eyni zamanda müqavilənin əslinin təqdim edilməməsi, yəni müqavilənin faktiki olaraq mövcud olmaması və bağlanmaması ilə bağlıdır.

33. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında ikinci xidmət müqaviləsində göstərilən nəqliyyat vasitələri və texnikalar ilə xidmət göstərilməsi faktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş, xidmətlərin təhviltəslim aktları, etiraz edilməmiş elektron qaimə-fakturalar, əvvəlki dövrlər üçün aktlar və elektron qaimə-fakturalar əsasında cavabdeh tərəfindən edilmiş ödənişlərlə öz təsdiqini tapmışdır. Belə olan halda mübahisəli müqavilənin bağlanmaması ehtimal edilsə belə, göstərilən hal yalnız tərəflər ar asında xidmət müqaviləsinin şifahi olaraq bağlanmasına dəlalət etmiş və cavabdehi şifahi olaraq bağladığı xidmət müqaviləsi əsasında göstərilmiş xidmətləri ödəmək öhdəliyindən azad etməmişdir.

34. Bundan əlavə, cavabdeh qarşılıqlı iddiasının faktiki əsası kimi müqavilədə tərəflər arasında imzalanmış aktlarda göstərilmiş xidmət haqqı məbləğləri ilə müqavilədə müəyyən edilmiş xidmət haqları arasında fərqlərin olmasına, yəni tələblərini əsaslandırmaq üçün faktiki olaraq mövcudluğunu mübahisələndirdiyi müqaviləyə istinad etmişdir. Göstərilən hal da cavabdehin müqavilənin bağlanmaması barədə dəlillərinin formal mülahizələrə söykənməsini bir daha təsdiq etmişdir.

35. Xidmətlərin göstərilməsinə dair aktlarda müəyyən edilmiş xidmət haqqı məbləğlərinin müqavilədə müəyyən edilmiş xidmət haqqı məbləğ lərindən fərqlənməsi nəticəsində artıq ödənilmiş pulun geri qaytarılması tələbinə münasibətdə məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan da göründüyü kimi cavabdeh 2021-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə aktlara əsasən artıq hesablanmış pulun geri ödənilməsini tələb etmişdir. Halbuki 2022-ci ilin sentyabr – 2023-cü ilin fevral ayları üzrə xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, cavabdehin qaytarılmasını tələb etdiyi pul vəsaitinin bir hissəsi tərəfindən ümumiyyətlə ödənilməmişdir.

36. Digər tərəfdən, cavabdeh təhvil-təslim aktlarını imzalamaqla və möhürləməklə, eləcə də həmin aktlar əsasında göndərilmiş elektron qaimələri düzəliş üçün qaytarmamaqla və həmin qaimələrə hər hansı bir formada etiraz etməməklə həmin akt və qaimələrdə göstərilmiş xidmətlərin həcmi və dəyəri ilə razılaşmışdır.

37. Aktların əvvəlki direktor tərəfindən təsdiq edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə MM-in 49.1 və 49.2-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi və eyni zamanda iradə yaradıcı və iradə ifadəedici orqanı (təkbaşına icra orqanı) olan direktor qanun və nizamnaməyə əsasən sözügedən hüquqi şəxsin adından çıxış etmək, eləcə də səlahiyyətinə aid məsələlər üzrə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətlərinə malikdir. Bu baxımdan, direktorun vicdansız şəkildə hüquqi şəxsin mənafelərinə zidd olaraq davrandığı, MM-in 49.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla qanuni təmsilçi olan direktorun öz səlahiyyətlərinə aid məsələlər üzrə hə rəkətləri hüquqi şəxsin hərəkətləri sayılır və həmin hərəkətlər direktorun öz iradəsini deyil, məhz hüquq şəxsin “iradə”sini ifadə edir.

38. Hazırkı halda cavabdeh direktorun vicdansız şəkildə hüquqi şəxsin mənafelərinə zidd olaraq davrandığını, yəni MM-in 49.4-cü maddəsində sadalanmış halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Göstərilən hal isə ona dəlalət etmişdir ki, cavabdehin direktoru göstərilmiş xidmətlərin həcmini və dəyəri əks etdirən təhvil-təslim aktlarını imzalamaqla məhz cavabdehin iradəsini ifadə etmişdir.

39. İlkin iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan təhvil-təslim aktları və elektron qaimə-fakturalara əsasən iddiaçı tərəfindən 2022-ci ilin sentyabr-2023-cü ilin fevral aylarında cavabdehə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 192.230,43 manat təşkil etmişdir. Belə olan halda məhkəmə kollegiyası mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən göstərdiyi xidmətlərin dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi 2022-ci ilin sentyabr-2023-cü ilin fevral ayları üzrə ƏDV daxil 192.230,43 manat məbləğində xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 49.1, 49.2, 49.4, 340.1, 385.1, 425.1, 442, 443.1, 560.1, 560.2, 752.1 və 753.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti 2023-cü il 26 aprel tarixli qərarına, MPM-in 77.1-ci maddəsinə istinad ilə əsaslandırmışdır.

41. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

42. MM-in 340.1 və 340.2-ci maddələri üzrə - İş üzrə xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə cədvəl 1-də əks olunmuş nəqliyyat vasitələrini xidmət göstərməyə verir (müqavilə əlavə olunur). Həmin cədvəldə 3 ədəd nəqliyyat vasitəsinin göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarına nəzər yetirdikdə 18 ədəd (bəzi aylarda daha çox) nəqliyyat vasitəsi ilə xidmətin göstərildiyi görünür. Lakin sonradan məlum olmuşdur ki, tərəflər arasında eyni t arixli və eyni nömrəli iki ədəd xidmət müqaviləsi mövcuddur. Belə ki, bir müqavilədə 3 ədəd nəqliyyat vasitəsi ilə, digərində isə 18 ədəd nəqliyyat vasitəsi ilə xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Xidmət müqaviləsinin predmetini təşkil edən (Cədvəl nömrə 1-də) 18 ədəd nəqliyyat vasitəsini nəzərdə tutan müqavilə sonradan hazırlanmışdır. Belə ki, müqavilənin predmetini təşkil edən (Cədvəl nömrə 1-də) 3 ədəd nəqliyyat vasitəsi ilə xidmət nəzərdə tutan müqavilənin hər səhifəsində imza olmasına baxmayaraq, digər müqavilənin bütün səhifələri imzalanmamış, 3 ədəd maşın göstərilən müqavilənin sağ küncündə İcraçı sözünün qarşısında səhifə 2-5-dən yazılmış, digər müqavilədə isə səhifə 1-5-dən göstərilmiş, sonradan hazırlanan müqavilənin 4.1.3-cü bəndlə səhifəni yekunlaşdırmaq üçün 18 maşın cə dvəldə göstərilsə də, 19-24-cü boş qrafalar cədvəldə nəzərdə tutulması əqdin yalan və ya uydurma əqd olmasının göstəricisidir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MM-in 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarı üzrə - məhkəmə cavabdeh istinad etdiyi maddi hüquq normasını işə tətbiq etməli olduğu halda, etməmiş, bu normaya istinad edərək, əqdi uydurma hesab etməklə etibarsız saymamışdır. Həmçinin müqavilənin əslinin iddiaçı tərəfindən iş materiallarına əlavə edilməməsi də məhkəmə araşdırması zamanı ekspertiza təyin olunacağı ehtimal edilərək bilərəkdən həmin müqavilənin əslinin iddiaçıda olmadığı görüntüsünü yaratmış, ikinci müqaviləni uydurmaqla, müqavilənin predmetini təhvil-təslim aktlarına uyğunlaşdırmağa çalışmasının göstəricisidir. Təhvil-təslim aktlarına əsasən iddiaçı müqavilənin tələbinə uyğun şəkildə xidmət göstərməmiş, müqavilənin 3.6-ci bəndinin tələbini pozmuş və nəticədə ciddi kənarlaşmalara səbəb olmuşdur. Nəticədə iddiaçı tərəfindən əsassız şəkildə hesablanmış və cavabdehə geri qaytarılmalı olan ƏDV daxil 195.171,10 manat məbləğində pulun geri ödənilməsi təmin olunmalıdır. İlkin iddia və qarşılıqlı iddianın mövcudluğuna görə, tərəflərin hüquqi niyyətlərinin iradə ifadəsi, vahidliyi və həqiqiliyi mövcud deyildir.

44. MM-in 753-754-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azər baycan Respublikası Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı üzrə - Nə birinci, nədə ki, apellyasiya instansiya məhkəmələri müqavilədə nəzərdə tutulan iş həcmlərinin yerinə yetirilməsinə görə muzdun əsaslarında dəyişiklik edilməsi üçün cavabdehin hər hansı sərəncamlarının olmadığı araşdırılmamış, hətta tərəflər arasında mövcud olan xidmət müqaviləsinin 15.1-ci bəndinin tələbinə əsasən, bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Bu Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda, həmçinin tərəflərin səlahiyyətli şəxsləri ilə imzalanıb möhürləndikdə hüquqi qüvvəyə malik olması nəzərdə tutulduğu halda bu hissəyə hüquqi qiymət verilməmişdir. Apellyasiya inst ansiya məhkəməsi birinci növbədə birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış müqavilənin “Xidmət” müqaviləsi yoxsa “Podrat” müqaviləsi olması ilə bağlı gəldiyi nəticənin maddi hüquq normalarına uyğunluğunu yoxlamağa borclu olduğu halda qətnamənin bu hissəsini yalnız qeyd etməklə kifayətlənmişdir. Əgər həqiqətən tərəflər arasında bağlanmış müqavilə şərtləri “Podrat” müqaviləsi şərtlərinə uyğundursa, nəyə görə MM-in 753.4-cü bəndinin tələbləri tətbiq edilmədən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi hazırki halda tərəflər arasında smetadan artıq işlərin görülməsi, əlavə nəqliyyat vasitələrinin işlərə cəlb edilməsi, həmin nəqliyyat vasitələrinə görə ödənişlərin şərtləşdirilməsi nəzərdə tutulmamışdır. Lakin məhkəmə qərar qəbul ed ərkən işin bu hallarını istinad edilən maddi hüquq normaları baxımından düzgün qiymətləndirməmiş və həmin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

45. MM-in 1091.1 və 1091.2-ci maddələri üzrə - Cavabdeh tərəfindən tərtib edilərək iş materiallarına əlavə edilmiş müqayisəli təhlillərə görə, iddiaçı tərəfindən tərtib edilmiş təhvil-təslim aktları üzrə müəyyən edilmiş muzdun dəyəri müqavilə üzrə nəzərdə tutulmuş muzdun dəyərindən kəskin fərqlənir. Məsələn, eyni tarixli eyni nömrəli heç bir müqavilədə muzdun məbləği tərəflər arasında razılaşdırılmadan 2022-ci il aprel ayının təhvil-təslim aktında Hyundai markalı **-DR-*** DNN-li avtomobil üçün 3.625 manat, Mercedes markalı ** TV *** dövlət nəqliyyat nişanlı avtomobil üçün 267,86 manat, Mercedes markalı ** XX *** dövlət nəqliyyat nişa nlı avtomobil üçün 2.500,01 manat, Toyota markalı ** EC *** dövlət nəqliyyat nişanlı avtomobil üçün 178,57 manat, Toyota markalı 99XC 649 dövlət nəqliyyat nişanlı avtomobil üçün 446,43 manat və digər bir çox aylar üzrə də analoji olaraq tərəflər arasında razılaşdırılmış nəqliyyat vasitələrindən əlavə nəqliyyat vasitələri ilə xidmət göstərilməsi təhvil aktlarına əlavə edilmiş və ya müqavilədə nəzərdə tutulan muzddan əlavə vəsaitlərin ödənilməsi həyata keçirilmiş və ya ödənilməyən vəsait kimi ödənilməsi tələb edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız təhvil-təslim aktlarının imzalanması əsas gətirilərək qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir.

46. MPM-in 77.1, 88, 97 və 217.3-cü maddələri üzrə - Birinci instansiya məhkəməsi həmçinin adi arifmetik hesablamalarla məbləğlərin şişirdilməsini müəyyən edilə biləcəyini görməli olduğu halda əhəmiyyət verməmişdir. Belə ki, nəqliyyat vasitələrinin günlük istehlak saatlarını iş saatı tarifinə vurduqda belə iddia olunan məbləğdən dəfələrlə az məbləğ ortaya çıxmışdır. Həmin hesablamalarla bağlı həm apellyasiya şikayətində, həm də birinci instansiya məhkəməsində ilk iddia tələbinə etiraz və qarşılıqlı iddia tələbində, həmçinin apellyasiya şikayətinə əlavədə ətraflı qeyd edilmişdir. Bütün bunlara baxmayaraq məhkəmə obyektiv nəticə üçün əhəmiyyət kəsb edən həmin halları araşdırmamış, ilkin iddianın əsaslarının MPM-in 77 və 88-ci maddələrinə uyğun şəkildə sübut edilməməsinə nəzər yetirməmişdir. Bu hissədə xüsusi bilik tələb olunduğundan məhkəmə müvafiq ekspertiza təyin etməli olduğu halda etməmiş, bununla da MPM-nin 97-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh tərəfindən apellyasiya instansiyasında məhkəməmühasibatlıq və məhkəmə texniki ekspertizalarının təyin olunması ilə bağlı vəsatət verilsə də, məhkəmə vəsatəti rədd etmiş və öz mövqeyini bu cür əsaslandırmışdır ki, xidmətlərin göstərilməsinə dair aktlarda müəyyən edilmiş xidmət haqqı məbləğlərinin müqavilədəki xidmət haqqı məbləğlərindən fərqlənməsi nəticəsində artıq ödənilmiş pulun geri qaytarılması tələbinə münasibətdə məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan da göründüyü kimi, cavabdeh 2021-ci ilin dekabr2023-cü ilin fevral ayları üzrə aktlara əsasən artıq hesablanmış pulun geri ödənilməsini tələb etmişdir. Halbuki işin mübahisəsiz halıdır ki, 2022-ci ilin sentyab r – 2023-cü ilin fevral ayları üzrə xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, cavabdehin qaytarılmasını tələb etdiyi pul vəsaitinin bir hissəsi onun tərəfindən ümumiyyətlə ödənilməmişdir. Obyektiv qərar qəbul etmək istəyən məhkəmə pulun ödənilməməsini əsas götürmək əvəzinə, iddiaçı tərəfindən artıq pul tələb edilməsi halını müəyyən etmək üçün ekspertiza təyin etməli və MPM-nin 97-ci maddəsinin tələblərini pozmamalı idi və iddianı təmin etdiyi hissədə öz təşəbbüsü ilə belə ekspertiza təyin etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

48. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

50. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xi tamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər....” “Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kred itorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” "Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir...." "Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa d üşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur...." “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamil ə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır....” “Maddə

456. Borclunun öz işçilərinin hərəkətləri üçün məsuliyyəti Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. " Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaş malar və hərəkətlər isə etibarsızdır...." “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.... 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.”

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar mövcud deyildir.

53. Əvvəla, məhkəmə kollegiyası 2021-ci il 5 noyabr tarixində bağlanmış ikinci müqavilənin uydurma və ya yalan əqd olmasına; mübahisəli müqavilənin ilk 4 səhifəsinin imzalanmaması, eyni zamanda müqavilənin əslinin təqdim edilməməsi, yəni müqavilənin faktiki olaraq mövcud olmaması, bağlanmamasına; xidmətlərin göstərilməsinə dair aktlarda müəyyən edilmiş xidmət haqqı məbləğlərinin müqavilədə müəyyən edilmiş xidmət haqqı məbləğlərindən fərqlənməsi nəticəsində cavabdehin artıq pul ödəməsinə dair cavabdehin aşağı məhkəmə instansiyalarında bildirdiyi dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və bununla əlaqədar apardığı əsaslandırma ilə razılaşdığından kassasiya şikayətinin oxşar məzmunlu müvafiq dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

54. Bu sahədə xüsusi bilik tələb olunmasına baxmayaraq məhkəmənin müvafiq ekspertiza təyin etməsi barədə cavabdehin vəsatətini əsassız rədd etməsinə dair dəlillərlə əlaqədar qeyd edilir ki, apellyasiya in stansiyası məhkəməsi özünün protokol-qərardadında bunu iş üçün əhəmiyyət kəsb edən halların mövcud olmaması ilə əsaslandırmışdır (İİ cild, i/v 3). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəli müqavilənin bağlanmaması ehtimal edilsə belə, göstərilən halın yalnız tərəflər arasında xidmət müqaviləsinin şifahi olaraq bağlanmasına dəlalət etdiyinə və cavabdehi şifahi olaraq bağladığı xidmət müqaviləsi əsasında göstərilmiş xidmətləri ödəmək öhdəliyindən azad etmədiyinə, habelə cavabdehin təhvil-təslim aktlarını imzalamaqla və möhürləməklə, eləcə də həmin aktlar əsasında göndərilmiş elektron qaimələri düzəliş üçün qaytarmamaqla və həmin qaimələrə hər hansı formada etiraz etməməklə həmin akt və qaimələrdə göstərilmiş xidmətlərin həcmi və dəyəri ilə razılaşdığına dair mövqey ini əsaslı hesab etdiyindən ekspertiza təyin olunmasına dair vəsatətin təmin edilməməsinin MPM-in 97.1-ci maddəsinin (bax § 51) tələblərinə tamamilə uyğun olması qənaətindədir.

55. Məhkəmənin səhvən MM-in 753.4-cü maddəsinin tələblərini tətbiq etməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, həmin normanın müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlərin ödənilməməsinə dair tələbinin (bax § 50) hazırkı mübahisəyə tətbiqi, məhkəmə kollegiyasının mövqeyinə görə, qeyrimümkündür. Belə ki, həmin tələb podratçı tərəfindən sifarişçinin məlumatı və razılığı olmadan, yəni özbaşına gördüyü işlərlə bağlıdır. Hazırkı halda isə cavabdehin təhvil-təslim aktlarını imzalayaraq möhürləməsi, eləcə də həmin aktlar əsasında göndərilmiş elektron qaimələri dü zəliş üçün qaytarmaması və həmin qaimələrə hər hansı formada etiraz etməməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarını təşkil edir. Odur ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin akt və qaimələrdə göstərilmiş xidmətlərin həcmi və dəyəri ilə razılaşdığına dair doğru nəticəyə gəldiyindən sözügedən normanı tətbiq etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

56. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88- ci maddələrinin (bax § 51) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 51) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(103)-922/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(103)-922/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar