Məhkəmə qərarları › İş №2-2(102)-159/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-159/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-159/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilmiş pulun geri qaytarılması, dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-2(103)-889/2024 nömrəli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “İnam MMC” ilə Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 2020-ci il 3 sentyabr tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə (müqavilənin predmeti) əsasən, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələblərinə uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. - 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh ASC-nin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə olunmuş 1 m3 xammal suya görə hesablaşma ƏDV ilə __ manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1 manat müqabilində müəyyən olunur.

2. Sumqayıt şəhər Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli 3(060)-2436/2023 nömrəli qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-“İXM”) 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibat i xətanın törədilməsində təqsirli bilinib 7.500 manat cərimə edilmiş, İXM-in 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Həmin qərardan İddiaçı MMC apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli 3(105)-540/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti olunmamış, birinci instansiya məhkəməsini qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 2024-cü il 30 yanvar tarixli pretenziya ilə borc məbləğinin 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan son ra-“iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2020-2023cü illər ərzində 4.886,07 ödənilmiş çirkab suların axıdılmasına görə pulun, 7.500 manat ödənilmiş cərimənin, dövlət rüsumuna görə ödənilmiş 128 manat olmaqla, cəmi 12.514,07 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 3 sentyabr tarixində bağlanmış * nömrəli müqaviləyə əsasən, cavabdeh müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 dövlət standartının tələblərinə uyğun, məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar hüquqi və öhdəliklərini üzərinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə görə, müəssisə ayda bir dəfədən az olmayaraq istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparmalı və müvafiq qaydada tərtib olunmuş ödəniş sənədini istehlakçıya təqdim etməlidir. Müqavilədən də göründüyü kimi, müqavilə tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar münasibətləri tənzimləyir. Tərəflər arasında bağlanılmış 2020-ci il 3 sentyabr tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 2020-2023-cü illər ərzində 4.886,07 çirkab suya görə pul ödənilmişdir. Qeyd olunan ödənişlərin iddiaçı tərəfindən cavabdehə ödənilməsi 151.404 nömrəli abonent kartından müəyyən olun ur. Cavabdehin Sumqayıt Sukanal İdarəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş 2023-cü il 19 sentyabr tarixli məktubdan görünür ki, sözügedən kanalın (“Acıdərə”) “Sumqayıt Sukanal” idarəsinin balansında olmadığını, kanal boyu obyektlərdə formalaşan tullantı sularının kanala axıdılmasına dair qeyriyaşayış obyektlərinə tərəflərindən texniki şərt verilmədiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya texniki şərt verilmədiyi halda, çirkab sulara görə xidmət haqqının alınması qanunsuz olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya çirkab suların axıdılmasına görə göstərilən xidmətlər qanunsuz idisə, hansı səbəbdən çirkab suların axıdılması tərəflər arasında bağlanmış 2020-ci il 3 sentyabr tarixli müqavilədə belə bir xidmətin göstərilməsi öhdəlik kimi qəbul olunduğu və bu xidmətlərə görə 2020-2023-cü illər ərzində 4.886,07 vəsait alındığı sual olunur. İddiaçının İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7.500 manat cərimə edilməsi ilə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqə vardır. Cərimə məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və bu səbəbdən də iddiaçıya maddi ziyan dəymişdir.

6. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddia tələbinin heç bir əsası mövcud deyil. İddiaçı müəssisə ilə cavabdehin Sumqayıt Sukanal idarəsi arasında “su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” müqavi lə bağlanmışdır. Belə ki, iddiaçı müəssisədə formalaşan çirkab suları birbaşa “Acıdərə” kanalına, oradan isə cavabdehin kanalizasiya kollektoruna axıdılır. İddiaçının istinad etdiyi ekologiya idarəsi tərəfindən cərimə edilməsi məsələsinə gəldikdə isə qeyd olunmuşdur ki, inzibati orqan olan Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddiaçı müəssisə barəsində İXM-in 264.0.1ci maddəsinə əsasən ilkin olaraq inzibati xəta haqqında protokol, daha sonra isə inzibati tənbeh edilməyə dair qərar qəbul edərkən, iddiaçı tərəfindən ona məxsus mebel sexində formalaşan tullantı-çirkab sularının təmizlənmədən “Acıdərə" kanalına axıdılması, həmçinin əmələ gələn bərk məişət və istehsalat tullantılarının ətraf mühitin mühafizə tələblərin ə əməl etmədən pozulması olmuşdur. Mövcud qaydalara əsasən, iddiaçıya məxsus mebel sexində formalaşan tullantı-çirkab suları, müəssisənin ərazisində quraşdırılmış təmizləyici qurğudan emal edildikdən və zərərli maddələrin çəkisi minimuma endirildikdən sonra kənarlaşdırıla bilinər. Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Sumqayıt şəhəri üzrə ətraf mühitin mühafizəsi çərçivəsində bir sıra istehsalat müəssisələrində monitorinq aparmış və nəticə olaraq bir sıra müəssisələr, o cümlədən iddiaçı müəssisə tərəfindən İXM-in 264.0.1-ci maddəsinin tələblərini pozduğunu aşkar etmişdir. Analoji işlər üzrə də məhkəmə təcrübəsi formalaşmış və iddiaçıların hazırki iş üzrə cavabdehə qarşı iddiaları rədd edilmişdir. Digər tərəfdən “Az ərsu ASC-nin fəaliyyətinin təmin olunması ilə bağlı bir sıra tədbirlər və Azərsu ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 158 nömrəli qərarından müəyyən edilir ki, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1.855.000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır. Beləliklə, iddiaçının obyekti birbaşa olaraq kanalizasiya sisteminə qoşulmasa da, obyektin tullantı suları Nazirl ər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən cavabdehin balansında olan kollektora axıdıldığından, iddiaçı faktiki olaraq cavabdehin tullantı suyunun axıdılması xidmətindən istifadə edir.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 may tarixli e-2-2(113)-2065/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir (hakim – Z.Axundova).

8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya tullantı sularının axıdılması xidmətinin göstərilib-göstərilməməsi işin mübahisəli halını təşkil etmişdir. İşin mübahisə edilməyən halı isə ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus obyektin çirkab suları “Acıdərə” kanalına axıdılır. 9. “Azərsu ASC-nin fəaliyyətinin təmin olunması ilə bağlı bir sıra tədbirlər və Azərsu ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 158 nömrəli qərarından müəyyən olunur ki, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1.855.000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır. Burdan belə qənaətə gəlinir ki, iddiaçının obyektinin tullantı suları Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən cavabdehin balansında olan kollektora axıdıldığından iddia çı faktiki olaraq cavabdehin tullantı suyunun axıdılması xidmətindən istifadə edir.

10. Bundan başqa, iddiaçı tələbini əsaslandırarkən qeyd etmişdir ki, cavabdehin ona texniki şərt verilmədiyi halda, çirkab sulara görə xidmət haqqının alınması qanunsuz olmuşdur. Qeyd edilən hala münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydaları”nın 1.1-ci bəndində qeyd edilmişdir ki, bu qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sistemi nə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir. Yuxarıda qeyd edilənlərdən müəyyən olunduğu kimi, texniki şərtlərin verilməsi üçün istehlakçıların müraciət etməsi gərəkdir. Belə olan halda iddiaçının qeyd edilən, yəni texniki şərtin verilməməsi halına istinad etməsi əsassız olmuşdur.

11. İddiaçı obyektin tullantı sularını cavabdehin balansında olan su kanalına axıtmaqla faktiki olaraq cavabdeh tərəfindən ona tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair razılığını ifadə etmişdir. Həm də qeyd olunan illər ərzində tullantı sularının axıdılmasına görə cavabdeh tərəfindən hesablanmış borcun iddiaçı tərəfindən ödənilməsi faktı da özü-özlüyündə tərəflərin tullantı xidmətlərinin axıdılması xidmətlərinin göstərilməsi bar ədə razılığa gəlmələrinə dəlalət etmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab etmişdir.

12. Məhkəmə iddia tələbinin 7.500 manat ödənilmiş cərimənin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli 3(105)-540/2023 nömrəli qərarından müəyyən olunanlara görə, Sumqayıt Şəhər Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli 3(060)-2436/2023 nömrəli qərarı ilə hazırki iş üzrə iddiaçı İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 7.500 manat cərimə edilmiş, İXM-in 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmiş, həmin qərardan iddiaçı apellyasiya şikay əti təmin olunmamış, qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. İXM-in 264-cü maddəsi “Su obyektlərinin mühafizəsi qaydalarının pozulması” ilə əlaqədar inzibati xəta olmaqla fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi su obyektlərinin mühafizəsi qaydalarının pozulması hesab olunur və ona görə məsuliyyət müəyyən edilir.

14. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçının iddia tələbində İXM-in 264.0.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 7.500 manat cərimə edilməsi, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqəli olması halına istinad etməsi əsassız olmuşdur. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan istifadə“ qaydalarının 2 nömrəli əlavəsi – Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1.4-cü bəndində istehlakçının hüquq və öhdəlikləri kimi balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıdığı qeyd edilmişdir. Yəni iddiaçı öz balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşımış və su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqların olmamasına görə cərimə edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddia tələbi göstərilən hissədə də əsassız hesab etmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- “MM”) 21, 385.1, 386.1, 398.1, 1096 və 1097-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76.1, 77.1 və 82.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın t əmin olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-2(103)-889/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə il əvə hüquqi qiymətləndirmə ilə razılaşmış, gəldiyi nəticəni MM-in 21, 385.1, 386.1, 398.1, 1096 və 1097-ci maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya mə hkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 qərarı ilə təsdiq olunmuş “Sudan İstifadə qaydalar”ı üzrə - cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda “Azərsu ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və Azərsu ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 158 nömrəli qərarından müəyyən olunanlara görə, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərh ələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1.855.000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınması qeyd edilmişdir. Belə ki, iddiaçının İXM-in 264.0.1-ci maddəsi ilə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş aparılarkən “Acıdərə” kanalının onların balansında olmaması ilə bağlı məktub verilir, sonradan isə məhkəmə araşdırması zamanı kanalın onların balansında olması etiraf edilir. Bu xüsusat da cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsini birmənalı olaraq sübut edir. Yuxarıda qeyd olunan qaydalardan da müəyyən olunur ki, cavabdeh tərəfindən qanunvericilik normaları pozulmuş və iddiaçıya maddi ziyan dəymişdir.

21. MM-in 1096.1-ci maddəsi üzrə-təqsirkar cavabdehin qərəzli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Belə ki, ilkin araşdırma zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinə verilmiş məktubda Acıdərə kanalının onların balansında olmadığı qeyd olunsa da, sonradan məhkəməyə təqdim edilmiş məktub və etirazda Acıdərə kanalının onlara məxsus olması bildirilmişdir. Halbuki, qeyd olunan kanala çirkab suların axıdılmasının qanunsuz olması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya yazılı və şifahi bildiriş və xəbərdarlıq verilməmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 2 nömrəli əlavəsi üzrə-su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1.4-cü bəndində istehlakçının hüquq və öhdəlikləri kimi balansında və ya ərazisində olan su təchizatı, kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıdığı qeyd edilmişdir. Tərəflər arasında bağlanmış sudan istifadəyə dair müqavilədə balansında və ya ərazisində olan su təchizatı, kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyətə dair hər hansı bənd nəzərdə tutulmamışdır, lakin apellyasiya məhkəməsi tərəflər arasında hər hansı belə öhdəliyin olub-olmamasını araşdırmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

23. MPM-in 106.1-ci maddəsi üzrə-məhkəmələ r iddiaçı tərəfindən verilmiş işin faktiki halları ilə bağlı izahatları, təqdim olunmuş sübutları tam araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamışdır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəz ərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (re al zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öh dəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əm əldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.”

28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

30. İddiaçının iddia tələbi iki hissədən ibarətdir-tərəflər arasında bağlanmış 2020-ci il 3 sentyabr tarixli müqavilə üzrə tullantı sularının axıdılması xidmətlərinə görə ödənilmiş 4.886,07 manat pulun geri qaytarılması (birinci tələb); iddiaçının inzibati xəta törədilməsində təqsirli olmasına görə ödənilmiş 7.500 manat cərimənin zərər şəklində cavabdehdən iddiaçının xeyrinə tutulması (ikinci tələb).

31. Məhkəmə kollegiyası 2020-2023-cü illər ərzində iddiaçının tullantı sularının axıdılması xidmətlərinə görə ödədiyi 4.886,07 manat pulun geri qaytarılması tələbinin əs assız olması ilə bağlı işə baxmış məhkəmələrin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin hissədə məhkəmələrin gəldiyi nəticə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmuş (bax yuxarıda § 1), mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

32. İddiaçının ikinci tələbinə gəldikdə, işə baxmış məhkəmələr həmin hissədə nəticəni belə əsaslandırmışlar ki, iddiaçı öz balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşımış və su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqların olmamasına görə cərimə edilmiş, iddiaçının İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi ilə cavabdehin hərəkətləri arasında əlaqə olmamışdır.

33. Məhkəmə kollegiyası qeyd olunanan hissədə gəlinən nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

34. Belə ki, iddiaçının inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-540/2023 saylı, 2023-cü il 27 noyabr tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçıya aid istehsal sahəsində formalaşan tullantı-çirkab suları təmizlənmədən birbaşa Acıdərə kanalına axıdılır. Həmin kanal isə Cavabdeh ASCnin balansında deyil, dənizə açılır. Bu zamana məhkəmə Cavabdeh ASC “Sumqayıt Sukanal İdarəsi” tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya v ə Təbii Sərvətlər İdarəsinə verilmiş 19 sentyabr 2023-cü il tarixli məktubda göstərilənləri nəzərə almışdır. Həmin məktubda isə göstərilmişdir ki, sözügedən kanal (“Acıdərə”) “Sumqayıt Sukanal” idarəsinin balansında deyildir, kanal boyu obyektlərdə formalaşan tullantı sularının kanala axıdılmasına dair qeyri-yaşayış obyeklərinə tərəflərindən texniki şərt verilməmişdir.

35. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli, 158 nömrəli Qərarının 1.2-ci bəndinə görə, “Sumqayıt şəhərində Acıdərəcə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kameranın dövlət vəsaitləri hesabına inşa edilən və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən isti smar olunan, texniki xidmət göstərilən dövlət əmlakının həmin Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır.

36. Digər tərəfdən iş üzrə tərəflər arasında bağlanmış 2020-ci il 3 sentyabr tarixli müqavilənin 5.1-ci bəndində müəssisənin (hazırki halda cavabdeh) istehlakçının kanalizasiya sisteminə axıtdığı tullantı sularının tərkibinə daim nəzarət etdiyi, limitdən artıq çirkləndirici maddələrin tullantı sularının tərkibində ətraf mühitə axıdılması aşkar edilərsə, NK-nın 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarına uyğun olaraq, istehlakçıdan əlavə “çirkləndirici maddələrin axılmasına görə ödəmə alması” göstərilmişdir.

37. Göründüyü kimi, cavabdehin inzibati xəta üzrə icraat zamanı verdiyi məktubdakı mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabin etinin 11 aprel 2019-cu il tarixli, 158 nömrəli Qərarının istinad olunan bəndi və tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndi ilə ziddiyyət təşkil etmişdir.

38. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının ziyan tələbinə qiymət verərkən iddiaçının inzibati xətanın törədilməsində təqsirli bilinməsi ilə cavabdehin 2020-ci il 3 sentyabr tarixli müqavilənin 5.1-ci bəndi ilə üzərinə götürdüyü öhəliklərini yerinə yetirməsi arasında səbəbli əlaqənin olub-olmaması üzrə hər hansı hüquqi qiymətləndirmə aparmamış, bununla da, sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin prossesual pozuntu, mübahisəli hüquq münasibətinə tətbiq edilməli maddi hüquq normasının da düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

39. Bundan əlavə məhkəmə kollegiya sı qeyd edilməsini zəruri hesab edir ki, işin müəyyən edilmiş, mübahisə edilməyən hallarına görə tərəflər arasında tullantı sularının axıdılması xidmətlərinə görə 2020-ci il 3 sentyabr tarixli müqavilə bağlansa da, iddiaçı müvafiq texniki şərt almadan həmin xidmətlərdən istifadə etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən tələbinə MM-in 21.3-cü maddəsinin tələbi nəzərə alınmaqla qiymət verilməlidir. Həmin maddənin tələbinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (MM-in 21.3-cü maddəsi).

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətn aməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə qismən-cavabdehdən 7.500 manat cərimə məbləğinin tutulması tələbinə aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə qətnaməsinin ləğv edildiyi hissədə yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.

41. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyət lər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

42. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli, 2-2(103)-889/2024 nömrəli qətnaməsi qismən- cavabdeh "xxxx" ASC-dən 7500 manat cərimə məbləğinin tutulması tələbinə aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar