Məhkəmə qərarları › İş №2-2(102)-161/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-161/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-161/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "A"-nın Cavabdeh "B"-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı, elektrik enerjisi haqqı və əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı "A"-nın vəkilinin iştirakı ilə, İddiaçı "A" Cavabdeh "B"-yə qarşı “icarə haqqının, elektrik enerjisi haqqının və əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 sentyabr tarixli 2-2(103)629/19 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı "A" (bundan sonra – “İddiaçı”) ilə Cavabdeh "B" (bundan sonra – “Cavabdeh”) arasında 2012-ci il 15 may tarixində bağlanılmış icarə müqaviləsindən görünür ki, müqavilədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 2003-cü il 1 sentyabr tarixində 2 saylı kitabın 50-ci vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi 001005 olan Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən İddiaçıya məxsus olan ünvan 1-də, ümumi sahəsi 154.5 m2 o lan “D” kafesinin bir aylıq icarə haqqı 500 manat olmaqla 2012-ci il 15 may tarixindən 2013-cü il 15 aprel tarixinədək Cavabdehin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.

2. Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi T.N cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 2018-ci il 13 iyun tarixli qərarının surətindən görünmüşdür ki, E adlı şəxs (bundan sonra – “E”) Xətai RPİ-nin 37-ci PB-nə daxil olmuş müraciətində özünə məxsus Xətai rayonu Nobel prospektində yerləşən “Di” kafesini on il ərzində "R" adlı şəxsə icarəyə verməsinə baxmayaraq 2017-ci il 19 dekabr tarixində həmin kafeyə gələrkən qapı və pəncərələrin yerində olmadığını, kafedəki əşyaların dağınıq vəziyyətdə olmasını və ona 10.000 manat maddi ziyan dəyməsini bildirmişdir. Qərarda həmçinin göstərilir ki, araşdırma zama nı "E" bildirmişdir ki, o, "R" adlı şəxsi məhkəməyə vermiş, hazırda Xətai rayon məhkəməsində bu işə baxılmaqdadır. O, 10 ilə yaxın həmin obyekti icarəyə götürərək işlətməsinə baxmayaraq yararsız hala salmış, ona maddi ziyan vurmuşdur. Göründüyü kimi, bu faktda cinayət hadisəsi yoxdur. Şəxslər arasında olan münasibətlər mülki xarakterlidir. 3. “Azərişıq” ASC-nin 2018-ci il 7 avqust tarixli HX-18/2513 nömrəli məktubundan görünür ki. ünvan 1-də yerləşən “D” kafesinin elektrik enerjisindən istifadəyə görə 2018-ci il 2 avqust tarixinə 4.951,12 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4. "E" 2018-ci il 17 may tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edərək, Cavabdehdən ödəmədiyi 7.500 manat ica rə haqqının və qeyri-yaşayış sahəsində oğurlanan zəruri ləvazimatlara (qab-qaşıq və mebellərə), avadanlıqlara görə ona vurulan 20.000 manat məbləğində zərərin, işlədib ödəmədiyi elektrik enerjisinə görə 4.550 manat məbləğində, cəmi 32.050 manat pul vəsaitinin alınaraq ona verilməsi və on iki il müddətə işlədərək yararsız vəziyyətə saldığı “D" kafesinin əsaslı təmir olunaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki Cavabdeh 2006-cı il tarixdən etibarən onun faktiki sahibliyində (baş etibarnaməli) olan, “D” kafesini aylıq 500 manat icarə haqqı ödəməklə icarəyə götürmüş, 2012-ci il 15 may tarixindən etibarən onun şəxsi təklifilə notariat qaydada icarə müqaviləsi bağlanılmışdır.

6. Müqaviləyə görə (2.2.3, 2.2.8, 2.2.9-cu bəndlər ), Cavabdeh icarə haqqını hər ayın 15-dək ödəməli, obyektə görə vergi, telefon, elektrik, digər kommunal xərcləri ödəməli, obyektin istismara yararlı və qənaətbəxş vəziyyətdə saxlanması üçün cari təmir işlərini öz hesabına həyata keçirməli, icarə müddəti bitdikdə sahəni əşyaları ilə birlikdə tam və işlək şəkildə icarəyə verənə təhvil verməli, icarə müqaviləsinə xitam verildikdə obyektdə qeydiyyata alınmış NKA-nı qeydiyyatdan çıxarmalı və obyektin olduğu yer üzrə uçota alınması haqqında arayışı (kodu) müvafiq vergilər idarəsinə geri qaytarmalı idi. 7. 2017-ci ilin dekabr ayında gözlənilmədən İddiaçı məlumat verilmişdir ki, kafenin içərisindəki qab-qaşığı və avadanlıqları oğurlanıb, seyf qapını, digər qapı və pəncərələri də çıxarmaqla kafe talan edilib. İddiaçı bu barədə Xətai rayon polis id arəsinin 37-ci Polis bölməsinə və 112 xidmətinə məlumat vermişdir. Ona oğurluq nəticəsində vurulan zərər polis tədqiqatçısı tərəfindən siyahıya alınaraq hesablanmış, nəticəsi barədə bu vaxtadək heç bir məlumat verilməmişdir. Cavabdeh icarə müqaviləsinə xitam verilməsi haqqında heç bir müraciət etmədiyi halda kafeni oğurlatmışdır.

8. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 389.1, 390-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4, 39.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. Xətai rayon məhkəməsinin 2018-ci il 8 iyun tarixli 2(011)-5321/2018 saylı qərardadı ilə əsl olmayan "E" əsl İddiaçı ilə əvəz edilmişdir.

10. Xətai rayon məhkəməsinin 2018-ci il 13 avqust tarixli 2(011)-5321/2018 saylı qətn aməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdehdən ödənilməmiş icarə haqqına görə 5.000 manat pul vəsaitinin alınaraq İddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – F.M).

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 30 oktyabr 2(103)11448/2018 saylı tarixli qərardadı ilə Xətai rayon məhkəməsinin 2018-ci il 13 avqust tarixli 2(011)5321/2018 saylı qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 mart tarixli 2-2(82)-238/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdehdən 5.000 manat məbləğində icarə haqqı və 15 manat dövlət rüsumu tutularaq İddiaçıya ödənilməsi, iddianın qala n hissədə təmin edilməməsi qət edilmişdir (hakim – X.İ).

13. Birinci instnasiyası məhkəməsinin mübahisə üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

14. İddia ərizəsində Cavabdehin 15 ayın icarə haqqını ödəmədiyi göstərilsə də, müəyyən edildi ki, 2017-ci il 15 fevral tarixindəki sonuncu ödənişdən sonra İddiaçı Cavabdehin obyektdən istifadə etməməsini 2017-ci il 19 dekabr tarixində bilmişdir. Belə ki, İddiaçı kafeyə gələrkən qapı və pəncərələrin yerində olmadığını, kafedəki əşyaların dağınıq vəziyyətdə olmasını görmüş, bu barədə polisə məlumat vermişdir. Belə olan halda, Cavabdehdən ödənilməmiş icarə haqqına görə 5.000 manat (2017-ci il 15 fevral tarixindən həmin il 19 dekabr tarixinədək 10 ay) alınaraq İddiaçıya ödənilməlidir.

15. İddiaçı obyektdə 20.000 manat dəyərində əşyaların mövcud olması, həmin əşyaların Cavabdeh tərəfindən oğurlanması və ya götürülməsi barədə məhkəməyə sübut təqdim edə bilmədi və bu, işin hər hansı halı ilə müəyyən edilmədi. Eyni zamanda, Cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi iş materialları ilə təsdiq edilməmişdir.

16. İddiaçı elektrik enerjisinə görə 4.550 manat borca dair tələbin əsasını təşkil edən sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Kafenin elektrik enerjisindən istifadəyə görə 2018-ci il 2 avqust tarixinə 4.951,12 manat borcunun mövcudluğu barədə İddiaçı məhkəməyə sənəd təqdim etsə də, həmin borcun Cavabdehin obyektdən istifadə etdiyi dövrdə yaranması halı müəyyən edilməmişdir.

17. Birinci instnasiyası məhkəməsi bu qənaətini MM-in 21.1, 385.1, 442, 675, 684.1, 693.2.1, 1096.1, 1096.2, MPM-nin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Mahmudov Rusiyaya qarşı iş üzrə” 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı iş üzrə” 2008-ci il 6 mart tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı həmin qətnamədən 2019-cu il 22 iyul tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin qalan hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 sentyabr tarixli 22(103)-629/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 m art tarixli 2-2(82)-238/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Əhmədov, hakimlər – S.Seyidova və V.Məmmədov).

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmış, öz qətnaməsini aşağı məhkəmənin istinad etdiyi hüquq normaları ilə əsaslandırmış (bax yuxarıda §§ 14-17), həmçinin əlavə olaraq MM-in 700.1–700.3, 1099.1-ci, MPM-nin 78.1-ci maddələrinə istinad etmişdir.

21. İddiaçı həmin qətnamədən 2020-ci il 24 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

22. Bakı Apellyasiya Məh kəməsi işi məhkəmədə araşdıran zaman şikayətçi tərəfə rəsmi məlumat verməyib.

23. İş üzrə mütəxəssis rəyi alınmadan, maddi ziyanın müəyyən edilməsi barədə ekspertiza təyin edilmədən və “Azərişıq” ASC-nin 2018-ci il 7 avqust tarixli HX-18/2513 saylı məktubunda müəyyən edilmiş “Durna teli” kafesinin elektrik enerjisindən istifadəyə görə 2018-ci il 2 avqust tarixinədək yaranmış 4.951,12 manat borcun hansı dövrü əhatə etdiyini müəyyənləşdirmədən əsassız qətnamə çıxarmışdır.

24. Əslində iddia tələbi bütövlükdə təmin edilməli idi. Birinci instansiya məhkəməsinin gedişi zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilə hələ də qüvvəsini itirməyib.

25. Məhkəmə qətnaməsinin surəti yalnız 2019-cu il 20 dekabr tarixli ərizə ilə xahiş edildikdən sonra İddiaçıya 2020-ci il 13 yanvar tarixl i məktubla göndərilmiş, poçt vasitəsi ilə 2020-ci il 24 yanvar tarixində təqdim edilmişdir.

26. Kassasiya şikayəti MM-in 157.2, 386, 391, 399.1, 427.3, 442, 445.1, 445.2.1, 445.7, 445.8, 448.1, 700.1, 700.2-ci, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

29. Cavabdeh tərəfi məhkəmə ic lasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası mə hkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında nəzərdə tutulur. “Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.... İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır....”

34. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hall arı istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxd ursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir....” “Maddə

693. Yaşayış otaqlarının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilələrin qüvvəsinin davam etməsi... 693.2. Yaşayış otağının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilə üzrə hüquq münasibətləri aşağıdakı hallarda qeyri-müəyyən müddətə uzadılır: 693.2.1. əgər kirayə müddəti bitdikdən sonra kirayəçi otaqdan istifadəni davam etdirirsə və iki həftə ərzində kirayəyə verən və ya kirayəçi əks niyyətdə olduğu barədə müvafiq olaraq digər tərəfə bildiriş vermirsə. Kirayəçi üçün müddət istifadənin davam etdiyi andan, kirayəyə ver ən üçün bu davametmənin ona məlum olduğu andan başlanır;...” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntus u (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....”

35. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərclə ri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa;...”

36. İHAM “Mahmudov Rusiyaya qarşı iş üzrə” 2007-ci il 26 iyul tarixli Qərarında qeyd etmişdir ki, Ko nvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.

37. İHAM “Qavazov Bolqarıstana qarşı iş üzrə” 2008-ci il 6 mart tarixli Qərarında qeyd etmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sü but edilən həddə uyğun qismən təmin edə bilər. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

38. İş materiallarını, kassasiya şikayətlərinin dəlillərini hərtərəfli tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 sentyabr tarixli 2-2(103)-629/2019 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakının apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamasına dair kassatorun dəlili (bax yuxarıda § 22) ilə razılaşır.

40. İşin materiallarından (səh. 179 və 181) görünür ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmasının vaxtı və yeri haqqında 2019-cu il 27 avqust tarixli bildiriş t ərəflərə göndərilsə də, İddiaçı2 göndərilmiş bildiriş, o, həmin sənədin üzərində qeyd olunmuş ünvandan köçdüyündən 2019-cu il sentyabrın 3-də məhkəməyə qaytarılmış, bundan sonra bildirişin iddiaçıya və ya onun nümayəndəsinə təqdim olunmasını təsdiq edən hər hansı sənəd yoxdur.

41. Qeyd etmək lazımdır ki, bildirişin üzərində ünvan ünvan 1-də ev 87 göstərilmişdir. Halbuki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin (i.m., səh. 167-169) və işin materiallarında olan digər sənədlərin üzərində İddiaçıya aid olan ünvan Bakı ünvan 2 göstərilmişdir.

42. Bundan başqa, işin materiallarından (səh. 182) görünür ki, məhkəmə iclasının vaxtı və yeri haqqında SMS bildiriş iddiaçı tərəf kimi "E"-yə göndərilmişdir. Halbuki "E" hazırkı iş üzrə ilk dəfə 2018-ci il 17 may tarixində Xətai rayon məhkəməsi nə iddia verən şəxsdir. Sonradan "E" ərizəsinə əsasən, Xətai rayon məhkəməsinin 2018-ci il 8 iyun tarixli qərardadı (i.m., səh. 33) ilə "E" əsl iddiaçı ilə əvəz edilmişdir.

43. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin (i.m., səh. 167-169) və işin materiallarında olan digər sənədlərin üzərində iddiaçı tərəfə aid mobil telefon nömrələri göstərilsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin telefon nömrələrinə SMS bildirişin göndərilməsi işin materiallarından görünmür.

44. O da qeyd olunmalıdır ki, İddiaçı və onun hazırkı iş üzrə nümayəndəsinin “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinetləri yoxdur.

45. Belə olan halda bildiriş qanunun tələblərinə uyğun şəkildə İddiaçıya rəsmi qaydada verilmiş və o, məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada mə lumatlandırılmış hesab edilə bilməz.

46. MPM-nin 418.4.5-ci maddəsinə (bax yuxarıda § 35) görə, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır.

47. Qanunda məsələnin bu cür kəskin qoyuluşu təsadüfi deyildir. Belə ki, ölkə Konstitusiyasının 60-cı maddəsinin (hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) İ və İİİ hissələrinə (bax yuxarıda § 33) görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, hər kəsin məhkəmə prosesində dinlənilmək hüququ vardır.

48. Ona görə də məhkəmə baxışında iştirakı təmin edilməyən iş üzrə tərəfi n ilk növbədə təməl konstitusion hüququ pozulmuş olur, daha doğrusu, bu şəxs hüquq və azadlıqların məhkəmə təminatından məhrum olur.

49. Bundan başqa, MPM-nin 9-cu maddəsində (bax yuxarıda § 35) təsbit olunmuş çəkişmə prinsipinə görə, məhkəmədə mübahisəyə tərəflər çağırılıb dindirilmədikdə baxıla bilməz. Məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

50. Bu o deməkdir ki, iş üzrə tərəfin məhkəmə baxışı iclasında iştirakının təmin olunmaması onun konstitusion hüququ ilə yanaşı, həmçinin mülki prosesin təməl prinsiplərindən b iri olan çəkişmə prinsipinin pozulmasına səbəb olur.

51. Hazırkı işdə apellyasiya instansiya məhkəməsi istinad olunan hüquq normalarını pozmaqla kobud prosessual pozuntuya vermişdir.

52. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə qətnamənin şərtsiz ləğvi üçün əsas olduğu halda, kassasiya şikayətinin digər dəlillərindən asılı olmayaraq qətnamənin qüvvədə saxlanılması mümkün deyildir. Ona görə də bu dəlillərin araşdırılmasına hazırda lüzum yoxdur.

53. Yeni apellyasiya icraatı zamanı məhkəmə həmin pozuntunu aradan qaldırılmalı, işə iddiaçı tərəfin iştirakını lazımi qaydada təmin etməklə baxmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şi kayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 sentyabr tarixli 22(103)-629/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar