Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-168/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ərizəçi və Maraqlı şəxs iş üzrə QƏRAR Açar sözlər: Müflisləşmə (iflas) ilə bağlı mübahisələr 23.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Ərizəçinin “müflis elan olunma” barədə ərizəsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(105)-109/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi maraqlı şəxsi göstərməklə ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin müflis elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi uzun müddət Xarici İşlər Nazirliyində diplomat vəzifəsində çalışmış və təyinatı ilə əlaqədar bir müddət ABŞ-da, Nyu-York şəhərində işləmişdir. Çalışdığı dövrdə bir qədər pul topladıqdan sonra öncədən tanışlıq əlaqələri olan maraqlı şəxs ilə şəriklik edərək avtomobil ticarətinə başlamışdır. Ticarətə başlamaq üçün o, 90.000 ABŞ dolları, maraqlı şəxs isə 76.000 ABŞ dolları məbləğində pul qoymuşdur. Dövlət qulluqçusu olduğu üçün VÖEN aça bilməzdi və buna görə də həmin ticarət zamanı əməliyyatlar maraqlı şəxs tərəfindən icra olunurdu. Lakin, fə aliyyəti birbaşa gəlir əldə etməyə yönəlmiş ticarət xarakterli münasibət olmuşdur. Birgə ticarət əlaqələri olduğu zaman maraqlı şəxs tərəfindən aldadıldığı üçün hal-hazırda külli miqdarda müxtəlif şəxslərə borcu da yaranmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2(105)-702/2022 nömrəli qətnaməsinə görə onun maraqlı şəxsə 195.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Hal-hazırda yaranmış bu vəziyyət işinə mənfi təsir etdiyindən, Xarici İşlər Nazirliyindəki vəzifəsində də çalışmır. Buna görə də gəlirləri qətnamədə qeyd olunmuş borcu ödəməyə imkan vermir. Yəni, maddi vəziyyəti getdikcə çətinləşdiyindən borcu ödəmək qabiliyyətində deyildir.
3. Maraqlı şəxs ərizəyə etiraz etmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyul tarixli e-2-2(119)-731/2024 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim – Z.Sadiqov).
5. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik iş üzrə tərəflərin istinad etdiyi halların onlar tərəfindən sübuta yetirilməsini nəzərdə tutduğuna görə, müflis elan olunma üçün borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmaması məhkəmə araşdırması zamanı təsdiqini tapmalıdır. Lakin, ərizəçi tərəfindən məhkəməyə hazırkı ərizəsində qeyd olunan xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim olunmamış və məhkəmə araşdırması zamanı ərizəçinin dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
6. Həmçinin məhkəmə bildirmişdir ki, məhkəmə araşdırması zamanı ərizəçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2(105)702/2022 nömrəli qətnaməsi üzrə yaranmış borc öhdəl iklərini ödəmək qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən və eləcə də, ümumilikdə ödəmə qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər sübutlar olmadığından ərizə təmin oluna bilməz.
7. Məhkəmə gəldiyi nəticəni “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 5, 11-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(105)-109/2024 nömr əli qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – Z.Məmmədov, M.Hüseynov).
10. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ərizəçi hazırda ərizəsinin əsası kimi hər hansı yerdə işləməməsini qeyd etsə də, bu onun ödəmək qabiliyyətinin olmadığını sübut etmir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 63-cü maddəsinə, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.5, 3, 11-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.4, 384.0.1, 392, 393 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Ərizəçi kassasi ya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: 13. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi üzrə - apellyasiya məhkəməsi müvafiq normanın tələblərini pozmuş, ərizəçinin əleyhinə qanunsuz və əsassız qətnamə qəbul etmiş, ərizəçinin hazırda işsiz olduğunu və borcu ödəmək qabiliyyətinin olmadığını nəzərə almadan işin faktiki hallarını tam, ədalətli, obyektiv şəkildə araşdırmamış və nəticədə onun əleyhinə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
14. MPM-in 14, 88, 217.1, 217.3, 418.1, 418.2, 418.3-cü maddələri üzrə - məhkəmə həqiqətə nail olmaq və işin hallarının tam və hərtərəfli araşdı rılması məqsədilə lazımi şərait yaratmaq əvəzinə natamam iş materialları əsasında işi tam aydınlaşdırmamış və tədqiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 416-cı maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Qanununun “Maddə
1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; Ər izəçi – məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxs; Borclu müəssisə – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxs; Fərdi borclu – öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar – fiziki şəxs;” “Maddə
2. İflas prosesinə başlanmasının ümumi qaydaları
1. İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.
2. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Bu Qanun publik hüquqi şəxslərə şamil edilmir. Ələt azad iqtisadi zonasında müflisləşmə və iflas sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. Bu Qanunda istifadə edilən “borclu” anlayışı borclu müəssisəyə və fərdi borcluya aiddir. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir.” “Maddə
11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan e tməkdən imtina barədə.
2. Məhkəmə iclasında baxılan iflas haqqında iş mahiyyətcə həll olunmadıqda məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar haqqında müvafiq qərar çıxarır: a) işə baxılmanın təxirə salınması barədə; b) iş üzrə icraatın dayandırılması barədə; c) işə xitam verilməsi barədə; ç) iddianın baxılmadan saxlanması barədə. Məhkəmə qəbul etdiyi qərarlarda borcların ödənilməsi tədbirlərinin, o cümlədən borclunun əmlakını təşkil edən aktivlərin müsadirəsinin dayandırılmasını (əgər bu təminatlı kreditorun hüquqlarını pozmursa) nəzərdə tuta bilər.
3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildi rsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Belə hallarda məhkəmə özünün müvafiq qərarında iflas haqqında əsassız ərizə verilməsi nəticəsində borcluya və ya kreditora (kreditorlara) dəymiş ziyanın əvəzinin ödənilməsinə dair göstəriş verə bilər.” 18. 1999-cu il noyabrın 26-da qəbul olunmuş “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
7. Normativ hüquqi aktların tətbiq edilmə qaydası Normativ hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur. 19. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Sahibkarlıq fəaliyyəti Respublikasının Qanunun Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” “Maddə
10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı
1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyic isi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
20. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.” “Maddə
33. Vergi ödəyicilərinin uçotu 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəz ifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.”
21. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir.”
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik 1.4. Digər qanunlarda olan prosessual hüquq normaları müddəalarına uyğunlaşdırılmalıdır.” bu Məcəllənin “Maddə
153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesa b edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəm ə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
24. Belə ki, MPM-in 418.4-cü maddəsində kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamə və ya qərardadın ləğv edi lməsi əsasları müəyyən edilmişdir.
25. Həmin əsaslardan birini – iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmənin işə mahiyyəti üzrə baxması təşkil edir (418.4.10).
26. Hazırkı işdə də həmin maddədə nəzərdə tutulmuş hal mövcuddur.
27. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsində əsas anlayışlar qeyd edilmişdir.
28. Həmin maddəyə əsasən, bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; Ərizəçi – məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxs; Borclu müəssisə – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və ya fəaliyyəti dayandırılmış və borcu olan hüquqi şəxs; Fərdi borclu – öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar – fiziki şəxs.
29. Həmin Qanunun 2-ci maddəsində isə müəyyən edilmişdir ki, iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir (bənd 1). Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Bu Qanun publik hüquqi şəxslərə şamil edilmir. Bu Qanunda istifadə edilən “borclu” anlayışı borclu müəssisəyə və fərdi borcluya aiddir (bənd 2).
30. Beləliklə, “Müflisləşmə və iflas haqqında” Qanunun qeyd olunan tələblərinə görə məhkəməyə iflas haqqında ərizə ilə istənilən fiziki şəxs deyil, yalnız öz fəaliyyətini hüquqi şəxs yaratm adan həyata keçirən sahibkar müraciət edə bilər.
31. Eyni zamanda, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 və 10-cu maddələri və Vergi Məcəlləsinin 13.2.37 və 33.3-cü maddələrindən müəyyən edilir ki, fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirməsi üçün vergi orqanlarında qeydiyyatdan keçməli və VÖEN əldə etməlidir. Yalnız bundan sonra fiziki şəxs fərdi sahibkar statusunu əldə edir.
32. Ərizəçi isə aktiv VÖEN-i mövcud deyil və özü də kommersiya fəaliyyətini qeydiyyata alınmadan həyata keçirdiyini bildirir. Bu hal, onun fərdi sahibkar kimi hüquqi statusa malik olmadığını təsdiq edir. Belə olan halda, o, “Müflisləşmə və iflas haqqında” Qanunu ilə müəyyən edilən subyektlər sırasına aid deyildir.
33. Həmin Qanunla müəyyən edilən suby ektlər sırasına aid olmayan şəxsin verdiyi iflas haqqında ərizəyə isə məhkəmə tərəfindən mahiyyəti üzrə baxıla bilməz.
34. Belə ki, “Müflisləşmə və iflas haqqında” Qanunda fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin müflis elan olunması nəzərdə tutulmamışdır.
35. Mülki Məcəllənin “Fiziki şəxslər” adlı 3-cü fəslində də həmin məsələnin mümkünlüyü qeyd edilməmişdir.
36. Eyni zamanda, belə şəxsin verdiyi ərizə üzrə MM-in 11-ci maddəsinə əsasən mülki qanunvericiliyin analogiya üzrə, yəni “Müflisləşmə və iflas haqqında” Qanunun müddəalarının fərdi sahibkar statusu olmayan fiziki şəxslərə münasibətdə tətbiq edilməsi də mümkün deyildir.
37. Belə ki, həmin Qanun hüquqi və fiziki şəxslərin müflisləşməsi ilə bağlı xüsusi münasibətləri tənzimləyir.
38. MM-in 11.4-cü maddəsində isə müəyyən edi lmişdir ki, xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir.
39. Qeyd olunanlara əsasən müəyyən edilir ki, fərdi sahibkar statusu olmayan fiziki şəxslərin müflisləşməsi ilə bağlı ərizəyə baxılmasının hüquqi əsasları mövcud deyildir.
40. Belə olan halda isə həmin işlərə baxılmasının prosessual əsaslarının mövcudluğu da istisna edilir. Belə ki, mülki qanunvericiliyin xüsusi münasibətlərinə aid işə baxılmasının hüquqi əsası olmadıqda bununla bağlı ərizəyə mahiyyəti üzrə baxılaraq, onun təmin və ya rədd edilməsi mümkün deyildir. 41. “Müflisləşmə və iflas haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinin b) bəndində qeyd olunanlar da işə mahiyyəti üzrə baxılmasını nəzərdə tutan norma kimi qiymətləndirilə bilməz.
42. Belə ki, həmin maddənin tələblərinə görə məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.
43. Qeyd olunan maddənin b) bəndi hərfi mənada təfsir edildikdə belə nəticəyə gəlinə bilər ki, müflisləşmə barədə ərizə “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsində qeyd edilən şəxslər tərəfindən verilmədikdə ərizə rədd edilməlidir.
44. Lakin həmin Qanunun 2-ci maddəsində müəyyən edilmişdir ki, iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericili klə tənzimlənir (bənd 1).
45. Prosessual qanunvericiliyin tələblərinə görə isə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə ərizənin qəbulundan imtina edilir, ərizə icraata götürüldüyü halda isə iş üzrə icraata xitam verilir (MPM-in 153.2.1 və 261.0.1-ci maddələri).
46. Həmçinin, MPM-in 1.4-cü maddəsində müəyyən edilmişdir ki, digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.
47. Qeyd olunan maddədə təsbit edilən “uyğunlaşdırma”ya isə digər qanunlarda olan prosessual hüquq normalarının MPM-in müddəalarına uyğun təfsir və tətbiq edilməsi də başa düşülür.
48. Buna misal olaraq “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin tətbiq edilməsini qeyd etmək olar.
49. Belə ki, həmi n maddənin tələblərinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarında isə müəyyən edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilm əsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
51. Bundan əlavə, “Müflisləşmə və iflas haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinin b) bəndi ilə MPM-in 153.2.1 və 261.0.1-ci maddələri arasında kolliziyanın olması qəbul edilsə belə, hər iki qanun hal-hazırda qüvvədə olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun qəbul olunmasından əvvəl qüvvəyə mindiyindən həmin normalar arasındakı kolliziya qüvvədən düşmüş “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənməlidir.
52. Həmin Qanunun 7-ci maddəsinə görə hazırkı münasibətlərə zamanca daha sonra qüvvəyə minmiş MPM tətbiq edilməlidir.
53. MPM-in tələblərinə görə isə fərdi sahibkar statusu olmayan fiziki şəxslərin müfl isləşməsi ilə bağlı ərizəsinə məhkəmə qaydasında baxıla bilməz.
54. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
55. Apellyasiya instansiyası məhkəməsi isə iş üzrə icraata xitam verilməli olduğunu nəzərə almayaraq və qeyd olunan prosessual hüquq normalarının tələblərini pozaraq işə mahiyyəti üzrə baxmışdır.
56. Bu da, MPM-in 418.4.9 və 418.5-ci maddələrinə əsasən kassasiya instansiyası tərəfindən qətnamənin ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə hüquqi əsas yaradır.
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, MPM-in 261.0.1 və 417.1.5-ci maddələrinə əsasən, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
58. Qeyd olunanlara əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(105)-109/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.