Məhkəmə qərarları › İş №2-2(102)-175/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-175/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-175/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 2 saylı notariat ofisi, Bank "xxxx" ASC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mü lki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 2 saylı notariat ofisi, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı notarial qaydada verilmiş razılığın etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Gəncə Şəhər Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh3, Gəncə şəhəri 2 saylı notariat ofisinə, Bank "xxxx" ASC-yə və Azərbaycan Respublikasının İqtisa diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh3”, “Notariat”, “Bank” və “Ərazi idarəsi”) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə olunan Cavabdeh3 mülkiyyətindəki 199,2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair Notariatda verdiyi razılıq ərizəsinin etibarsız hesab edilməsi, Bank ilə Cavabdeh3 arasında bağlanmış 2018-ci il 4 sentyabr tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması, həmin qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv e dilməsi, Bank və Notariatdan mənəvi zərərin ödənilməsi müqabilində hər birindən xeyrinə 5.000 manat olmaqla, cəmi 10.000 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin 2023-cü il 26 dekabr tarixli 2(125)-7797/2023 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – C.Tağıyev).

3. Həmin məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, Bank ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsindən müəyyən olunanlara əsasən, ipoteka qoyan və borcalan Cavabdeh3 vergi ödəyicisi olmaqla kredit ona biznes məqsədi ilə verilmişdir. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat

4. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 2 fevral tarixli 2-2(115)-398/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Qələndərzadə).

5. Kommersiya Məhkəməsi qeyd etmişdir ki, “Elektron Məhkəmə” informasiya sistemindən müəyyən edilənlərə əsasən, iddiaçı fərdi sahibkar statusuna malik olmamış və o vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Həmçinin tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan ikisi, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə və hüquq münasibətlərinin xarakterinə dair şərtlər mövcud olmamışdır. Ona görə mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Həmçinin, Cavabdeh3 vergi ödəyicisi o lmaqla kreditin ona biznes məqsədi ilə verilməsi hazırki mübahisəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə olmasına dəlalət etməmişdir. Belə ki, iddiaçının tələbi Cavabdeh3 ilə birgə nikah dövründə əldə edilmiş qeyri-yaşayış sahəsinin ipoteka qoyulması ilə bağlı müqavilənin etibarsızlığı ilə bağlı olduğu üçün mübahisə hər hansı sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağı dakılar nəzərdə tutulur: “...

11. Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz s ahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan müba hisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.”

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiy a məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi

8. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir.

9. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 7) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predme ti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

10. Plenum Qərarının 11-ci bəndində (bax § 6) formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

11. Hazırkı halda tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamışdır. Belə ki, iddiaçının tələbi onun Cavabdeh3 ilə birgə nikah dövründə əldə edilmiş qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə dair notariatda verdiyi razılıq ərizəsinin və həmin əmlakın ipoteka qoyulması ilə ba ğlı müqavilənin etibarsızlığı ilə bağlıdır. Yəni, bu mübahisə tərəflər arasındakı ailə hüquq münasibətlərindən qaynaqlanır, bu səbəbdən də hər hansı sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir.

12. Cavabdeh3 vergi ödəyicisi olmaqla krediti biznes məqsədi ilə alması isə hazırkı mübahisəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə olmasına dəlalət etmir.

13. Bundan başqa, iş materiallarından məlum olur ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamış, yəni fərdi sahibkar statusuna malik deyildir. Belə olan halda isə mübahisənin subyekt tərkibi işə istənilən halda kommersiya məhkəməsində baxılmasını istisna edir.

14. Belə ki, Plenum Qərarının 27-ci bəndində formalaşdırılmış hüquqi mövqelərdən (bax § 6) aydın olur ki, mübahisə tərəfi olan fiziki şəxs fərdi sahibk ar deyildirsə, həmin mübahisəyə onun sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.

15. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz, ona görə də işə ümumi məhkəmədə, yəni iddianın verildiyi Gəncə Şəhər Məhkəməsində baxılmalıdır.

16. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 2 saylı notariat ofisi, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı i ş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar