Məhkəmə qərarları › İş №2-2(102)-179/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-179/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-179/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-189/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il 29 may tarixli “anlaşma” adlandırılan sadə yazılı formada bağlanmış müqavilə əsasında Əliyev Mamedin iştirakı və şahidliyi ilə İddiaçı (Şahin) və Cavabdeh arasında olan iş birliyindən, Güzdək Metal zavodundan və başqa bizneslərdən araşdırılaraq aşağıdakı razılıq və anlaşmaya gəlmişlər: - 1) Şahinlə İlqar arasında olan biznes ortaqlığından, iş birliyindən İlqar Şahinə 400.000 ABŞ dolları verməyi öz öhdəsinə götürür; - 2) Həmin məbləği, yəni 400.000 ABŞ dolları İlqar hər ay 2020-ci il iyul tarixindən başlayaraq 10.000 ABŞ dolları Şahinə qaytarır; - 3) Zavodda (Gürzəkdə) malda olan İlqarın hissə faizi 35-40% olduqda, hər ay 10.000 ABŞ dolları, lakin İlqarın hissə faizi mal qalığında artıb 45-50% olarsa (qazancı), ond a 15.000 və ya 20.000 ABŞ dolları hər ay Şahinə ödəyəcəkdir; - 4) Əgər qazanc olmayan təqdirdə hər ay 10.000 ABŞ dolları İlqarın mal qalığından, yəni yerdə olan mal qalığı hissəsindən (ana puldan) çıxılaraq Şahinə ödəyəcəkdir; - 5) 400.000 ABŞ dolları 3 və 4 il müddətindən gec olmayaraq Şahinə ödənməlidir.

2. Ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin iyun ayından 2021-ci ilin iyun ayınadək hər ay 10.000 ABŞ dolları ödəniş olmuş, 270.000 ABŞ dolları borc qalmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra-“iddiaçı”) 2022-ci il 20 sentyabr tarixində Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 270.000 ABŞ dolları borcun, həmin borcun 132 gün üçün illik 5 fa izi olan 4.993 ABŞ dollarının, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci olmaqla, cəmi 274.993 ABŞ dolları və 1.149 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya 270.000 ABŞ dolları məbləğində borcu var. Bununla bağlı 400.000 ABŞ dolları məbləğində borcun hissə-hissə ödənilməsi barədə 2020-ci il 29 may tarixdə birgə tanışları X1 şahidliyi ilə cavabdehlə anlaşma imzalamışlar. Həmin anlaşmaya əsasən cavabdeh 400.000 ABŞ dolları məbləğində borcu 2020-ci il İyun ayından başlayaraq hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 2020-ci il avqust ayından etibarən 13 ay ərzində iddiaçıya hər ay 10.000 ABŞ dolları olmaqla, cəmi 130.000 ABŞ dolları qaytarmışdır. Sonuncu d əfə cavabdeh 2021-ci il avqust ayında borcun 10.000 ABŞ dolları hissəsini qaytarmış, lakin 2021-ci il sentyabr ayından etibarən borcu qaytarmaqdan və aralarında imzalanmış anlaşmanı icra etməkdən boyun qaçırmışdır. Cavabdehin iddiaçıya qalan borc məbləği 270.000 ABŞ dolları təşkil edir. Mübahisənin məhkəməyə qədər mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin aralarında bərabər şəkildə bölünməsini təklif etsə də, cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Buna görə də mediator ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞİH-11384 saylı 2021-ci il 6 yanvar tarixli arayış təqdim etmişdir.

5. İşə birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh tərəf təqdim olunmuş müqavilədəki imzanın cavabdehə məxsus olub-olmamasının ekspertiza yolu ilə müəyyənləşdirilməsini xahiş etmişdir.

6. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 iyun tarixli 4/830 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 170-ci vərəqəsində olan 2020-ci il 30 noyabr tarixli sənədin aşağı hissəsində 2-ci sətirdəki yazıların qarşısındakı imza, 171-ci vərəqəsində olan 2023-cü il 3 mart tarixli məktubun sonunda “Cavabdeh” sözlərinin qarşısındakı imza, 54-cü vərəqəsində olan 2020-ci il 29 may tarixli anlaşmanın sonunda “2.” rəqəminin qarşısındakı imza - eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. Həmin imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə edilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2023 -cü il 29 avqust tarixli 2-2(113)-485/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 270.000 ABŞ dolları borc, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4.882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 274.882 ABŞ dolların ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və 1.149 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 110 manat ekspertiza xərclərinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti e tməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı, cavabdehin onun xeyrinə müəyyən hərəkəti etməyi aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan 29 may 2020-ci il tarixli müqaviləyə istinad edir. Həmin müqavilədə olan imzanın cavabdeh tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 iyun tarixli 4/830 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur.

9. Məhkəmə əsas borcla bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh 400.000 ABŞ dollarını 2020-ci il iyul tarixindən başlayaraq hər ay 10.000 ABŞ dolları pulu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh 2020ci ilin iyun ayından 2021-ci ilin iyun ayınadək hər ay 10.000 ABŞ dolları iddiaçıya ödəmiş, qalan 270.000 ABŞ dolları məbləğ üzrə öhdəliyini yerinə yetirməmişdir.

10. Məhkəmə iddianın faiz borcu hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, göstərilən əsasa görə hesablanmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tələbində göstərilən əsasa görə 132 gün üçün 4993 ABŞ dolları tələb etsə də, 132 gün üçün hesablandıqda həmin məbləğ 4993 ABŞ dolları deyil, 4882 ABŞ dolları təşkil etm işdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia göstərilən hissədə, sonuncu məbləğ cavabdehdən tutulmaqla qismən təmin edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 390.1, 390.4, 428.4, 442, 445.7, 448.1, 462.1 və 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-259/2024 nömrəli qə tnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).

14. Apellyasiya instansiyası məhkəməsi instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin məhkəmə tərəfindən sübutlar və izahatlar əsasında müəyyən edilmiş hallarından görünür ki, iş üzrə hər iki tərəf fərdi sahibkardır və uzun müddət birgə biznes fəaliyyətləri olmuşdur. Tərəflər arasında 29 may 2020-ci il tarixdə sadə yazılı formada müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh tərəflər arasında olan iş birliyi, Güzdək Metal zavodu və başqa bizneslərə birgə qoyulmuş vəsaitdən 400.000 ABŞ dolları pulu iyul 2020-ci il tarixdən etibarən iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə 270.000 ABŞ dolları ödənilməmiş vəsaitin cavabdehdən tutulmasını xahiş edir. Müqavilədəki imzanın cavabdehə məxsus olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023- cü il tarixli 4/830 saylı ekspert rəyi ilə təsdiq edilmişdir.

15. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, cavabdehin iddiaçıya birgə biznes fəaliyyətinə qoyulmuş vəsaiti qaytarmaq öhdəliyi könüllü bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən irəli gəldiyindən əsas borcla bağlı hissədə iddianın təmin edilməsi qanuni və əsaslıdır.

16. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış ed ərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclu olduğundan, qətnamə öhdəliyin icrasının gecikdirildiyi 132 gün üçün illik 5 faizlə 4882 ABŞ dolları pul tutulması hissəsində də qanuni və əsaslı hesab edilmişdir.

17. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh bağlanmış müqaviləni etibarlı əqd kimi qəbul edərək mübahisəni həll etmiş məhkəmə tərəfindən müqavilənin mücərrəd borcun etirafı barədə müqavilə olub-olmamasına hüquqi qiymət verilməsini və müqavilənin 4-cü bəndində öz əksini tapmış şərin nəzərə alınmasını xahiş edir.

18. Cavabdeh apellyasiya şikayətində eyni zamanda müqavilədə qeyd edilən pul vəsaitinin Cavabdeh deyil, "xxxx" MMC-yə verildiyini, bu əsasl a qalıq borcun cavabdehdən tutulmasının əsassız olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin bu mülahizələrini əsassız edərək göstərmişdir ki, müqavilənin mətnində qeyd edildiyi kimi, razılaşmaya əsasən iddiaçıya ödənilməli olan pul həm "xxxx" MMC, həm də tərəflərin digər ortaq bizneslərinə qoyulmuş vəsaitlə bağlı olduğundan və həmin vəsaitin ödənilməsini iddiaçı könüllü olaraq öz üzərinə götürdüyündən məhkəmə iddianın düzgün olmayan cavabdehə qarşı qaldırılmana dair mülahizə ilə razılaşmır.

19. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, cavabdeh müqaviləni qismən icra edərək məbləğin bir hissəsini öz vəsaiti hesabına ödəmişdir.

20. Müqavilənin 4-cü bəndi ilə bağlı (qazanc olmadığı təqdirdə hər ay 100.00 ABŞ dolları vəsaitin cavabdehin mal qalığından çıxılacağına dair) məhk əmə qeyd etmişdir ki, "xxxx" MMC bu müqavilənin tərəfi olmadığından tərəflərin həmin hüquqi şəxsin əmlakına bu müqavilədən irəli gələn öhdəliklə bağlı tutma yönəldilməsinə dair müqavilə şərti mülki qanunvericiliyin tələblərinə zidd olduğu üçün əhəmiyyətsizdir. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

21. Cavabdeh apellyasiya şikayətində məhkəmənin MM-nin 882-ci maddəsinin müddəalarını mübahisə üzrə tətbiq etməməsini pozuntu kimi qeyd etsə də, eyni zamanda göstərir ki, bu müqavilə bağlananadək cavabdehin iddiaçıya borcunun mövcudluğu barədə müqavilə olmamışd ır. Belə olan halda, tərəflər arasında bağlanmış müqavilənin mövcud borcun etirafı barədə müqavilə kimi qiymətləndirilməsi düzgün deyil.

22. Eyni zamanda məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi də hesab edilə bilməz. İşin mübahisəsiz halıdır ki, 400.000 ABŞ dolları məbləğində vəsait iddiaçı tərəfindən müqavilə bağlandıqdan sonra verilmiş məbləğ deyil, daha əvvəl tərəflərin birgə biznes fəaliyyətinə qoyulmuş məbləğdir. Bu isə MM-nin 739-cu maddəsində nəzərdə tutulmuş “Borc müqaviləsi”nin anlayışına uyğun deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddianın faktiki əsasını təşkil edən müqaviləyə biznes ortaqları olmuş sahibkarlar arasında korporativ hüquq münasibətləri çərçivəsində bağlanmış və Mülki Məcəllədə nəzərdə tutulmuş hər hansı müqavilə növünə uyğun gəlməyən müqavilə kimi hüquqi qiymət verir və hesab edir ki, müqavilə azadlığı prinsipinə əsasən razılaşmanın hər iki tərəfin iradə ifadəsinə uyğun bağlandığı və cavabdeh tərəfindən qismən icra edildiyi nəzərə alınaraq iddianın rədd edilməsi üçün qanuni əsaslar mövcud deyil. Müqavilənin birinci səhifəsinin imzalanmaması həmin müqavilənin hüquqi qüvvəsi olmayan etibarsız əqd hesab edilməsi üçün əsas olmadığından apellyasiya şikayəti bu hissədə də əsassız hesab edilir. Məhkəmənin "xxxx" MMC-dən mədaxil sənədlərini tələb etməməsinin prosessual pozuntu olduğuna dair hissədə də apellyasiya şikayəti əsassız hesab edilir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 390.1, 428.4, 442 və 445.7-ci maddələrinə, MPM-in 9.1 və 14.2-ci maddələrinə istinad etməklə əsasla ndırmışdır.

24. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən “anlaşma” adı altında məhkəməyə təqdim edilmiş əlyazmanın əhəmiyyətsiz olması barədə mövqelərinə münasibət bildirilməsi və məhkəmə xərclərinə dair məsələlərin həlli barədə əlavə qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-2(103)-189/2024 nömrəli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizə apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilmiş, qalan hissədə isə ərizə rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).

26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Anlaşma” adı altında məhkəməyə təqdim edilmiş əlyazmanın əhəmiyyətsiz olması barədə mövqeyinə münasibət bildirilməsi bağlı Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 14 fevral tarixli, 2-2(103)-189/2024 saylı qətnaməsi ilə həmin tələbə artıq hüquqi qiymət verilmişdir. Bu baxımdan, həmin hissədə əlavə qətnamə qəbul edilə bilməz.

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-2(103)-189/2024 nömrəli əlavə qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 379 manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 229.1, 229.1.3 və 229.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

29. Cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. MM-in 882.1 və 882.2-ci maddələri üzrə- heç bir pul vəsaiti verilmədiyindən, iddiaçının təqdim etdiyi “anlaşma” borc müqaviləsi kimi nəzərdən keçirilə bilməz və heç bir hüquqi əhəmiyyət daşımır. Apellyasiya şikayətində bu səbəbdən qeyd olunmuşdur ki, “anlaşma” tərtib edildiyi zaman heç bir pul məbləğinin, yəni borcun verilmədiyinə görə iddiaçının nümayəndəsi təqdim olunan 2020-ci il 29 may tarixli “anlaşma”nı açıq şəkildə “borcun etirafı” müqaviləsi adlandırmışdır. Belə vəziyyətdə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı mübahisəyə öhdəliklə bağlı maddi hüquq normaları d eyil (birinci instansiya məhkəməsinin səhvi), ilk növbədə MM-in “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”yə həsr olunmuş 882-ci maddəsinin müddəaları tətbiq edilməlidir”.

31. MM-in 882.2-ci maddəsinin tələbinə görə, “MM-də nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz”. Göründüyü kimi, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, başlıca əqdin mövcudluğunu tələb edir. Hazırkı iş üzrə isə iddiaçı hər hansı başlıca əqd təqdim etməmişdir. Əksinə iddiaçının nümayəndəsi bildirmişdir ki, təqdim olunmuş “anlaşma”nın tərtib edilməsindən əvvəl hər hansı yazılı əqd olmamış, anlaşmada qeyd olunan pul isə cavabdehə verilməmiş, həmin pullar ayrı-ayrı va xtlarda onun cavabdehlə şərik (təsisçi) olduqları Güzdək Metal zavoduna mədaxil edilmişdir”.

32. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, yuxarıda qeyd edilənlər apellyatorun yox, iddiaçının nümayəndəsinin mövqeyidir. Belə olan halda apellyasiya məhkəməsi əgər MM-in 882-ci maddəsinin tələblərini nəzərə alsaydı, məlum olardı ki, həmin maddənin tələbinə görə, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, başlıca (yazılı) əqdin mövcudluğunu tələb edir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən belə əqd təqdim olunmamışdır. Beləliklə MM-in 882-ci maddənin tələbindən çıxış edərək, təqdim olunmuş “anlaşma” borcun etirafı müqaviləsi kimi də qəbul edilə bilinmədiyindən əhəmiyyətsizdir. Cavabdeh də məhz bu səbəbdən, birinci instansiya məhkəməsinin MM-in 882-ci maddəsini düzgün tətbiq etmədiyini, “anlaşma”nın borcun etirafı kimi də qəbul edilməsinin qeyri-mümkünlüyünü, başqa sözlə MM-in 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsizliyini bildirmişdir.

33. Apellyasiya məhkəməsinin cavabdehin həmin anlaşmanı əqd kimi, həm də etibarlı əqd (istər borc və ya istərsə də borcun etirafı) kimi qəbul etməyi barədə mövqeyi cavabdehin apellyasiya şikayətində göstərdiklərini düzgün təhrif etməsi kimi nəzərdən keçirilməlidir. Bundan başqa, apellyasiya şikayətində bildirilmişdir ki, “həqiqətən 2020-ci il 29 may tarixli əlyazma olan “anlaşma”nın giriş hissəsindən görünür ki, öhdəlik tərəflərin Güzdək Metal zavodunda olan biznes fəaliyyəti ilə əlaqədardır. Göstərilənlər aşkar təsdiq edir ki, iddiaçı cavabdehə hər hansı pul məbləğini borc verməmiş və borc kimi təqdim edilən pul vəsaitləri cavab dehə deyil, Güzdək Metal zavoduna verilmişdir (mədaxil edilmişdir).”

34. Cavabdeh iddiaçının özünün təqdim etdiyi və imzaladığı, cavabdeh tərəfindən ümumiyyətlə əqd kimi qəbul edilməyən əlyazmaya istinad edərək bildirmişdir ki, orada yazılmış “öhdəlik”, bilavasitə Güzdək Metal zavodu ilə bağlıdır, əlyazmada cavabdehin zavodda olan gəlirlərindən guya borc üzrə ödəmələrinin həyata keçiriləcəyi nəzərdə tutulmuş və gəlir olmadığı təqdirdə əslində mövcud olmayan borcun zavoddakı mal qalıqlarına yönəldilməsi qeyd olunmuşdur.

35. Apellyasiya məhkəməsi işi araşdırarkən nəzərə almamışdır ki, cavabdehə heç bir pul ödəməyən iddiaçı özünün etiraf etdiyi kimi, əgər tələb etdiyi pulları həqiqətən Güzdək Metal zavoduna sərmayə kimi qoymuşdursa, həmin pul vəsaitlərini yalnız qeyd olunan zavoddan da tələb etməlidir. Apellyasiya məhkəməsi isə pul vəsaitlərinin həqiqətən zavoda və ya hər hansı biznes fəaliyyətinə iddiaçı tərəfindən qoyulduğunu ümumiyyətlə araşdırmamışdır. Həmçinin məhkəmə cavabdeh tərəfindən ödənilməsi iddia edilən pul vəsaitlərinin təyinatını və nə üçün ödənildiyini də aydınlaşdırmamışdır. Halbuki, apellyasiya məhkəməsi tərəflərin uzun illər ortaq kimi fəaliyyət göstərdiklərini nəzərə almalı idi. Apellyasiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

36. MPM-in 14.1 və 174.2-ci maddələri üzrə - apellyasiya məhkəməsi prosessual hüquq normalarının tələblərini də pozaraq, cavabdehin imza nümunələri əsasında tədqiqat aparmayan və yalnız iddiaçı tərəfindən təqdim edilən, mötəbərliyi şübhə doğuran sənədlərə əsasən verilm iş ekspertin rəyinə istinad etmiş, ödəniş cədvəli kimi təqdim olunan sənəddə və “anlaşma” adlanan əlyazmanın birinci səhifəsində cavabdehin imzalarının olmadığını nəzərə almamış, iddiaçının iddia etdiyi pul vəsaitlərinin hansı tarixdə və hansı məbləğlərdə zavoda verildiyini aydınlaşdırmamış, bununla əlaqədar Güzdək Metal zavodundan mədaxil sənədlərini tələb etməmiş və bununla da iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İddiaçı kassasiya şikayətinə qarşı etirazında göstərmişdir ki, kassasiya şikayəti faktları təhrif etməkdən və qanunun uğursuzca izahına cəhddən ibarətdir. Cavabdeh nəzərə almamışdır ki, MM-in 882.5-ci maddəsinin tələbinə görə, əgər borc razılaşma yolu ilə etiraf olunmuşsa, hər hansı formaya riayət edil məsi məcburi deyil.

38. Cavabdehin imzaladığı “anlaşma”ya (razılaşmaya) görə onun iddiaçıya borcu olmuşdur, o, həmin borcu ödəməkdən yayınmağa cəhd etdiyi və iddiaçı bundan şübhələndiyi, borc ödənməyəcəyi təqdirdə borcun tələb etilməsi zamanı yazılı sübut kimi iddiaçının istinad etməyi üçün “anlaşma”nı imzalanmışdır. “Anlaşma”nın mövcud borcun etirafı və ya cavabdehin borcu hissə-hissə ödəməsi ilə bağlı öhdəlik hesab olunması işin obyektiv həlli üçün heç bir əhəmiyyət daşımır.

39. İddiaçı cavabdehə borc verməsəydi, borcu tələb etməzdi. Cavabdeh iddiaçıdan borc almasaydı, 2020-ci il 29 may tarixli “anlaşma”nı imzalamaqla yazılı öhdəlik götürməzdi, hissə-hissə (hər ay 10.000 ABŞ dolları) 130.000 pul qaytarmazdı (130.000 ABŞ dollarının hissə-hissə qaytarılması barədə cədvəl iddia ərizəsinə əl avə olunmuşdur). Cavabdehlə imzalanan 2020-ci il 29 may tarixli “anlaşma” borcun etirafı və hissə-hissə qaytarılması barədə razılaşmadır və həmin razılaşma da MM-in 882.5-ci maddəsinin tələblərinə uyğundur. Cavabdeh isə kassasiya şikayətində uğursuzca MM-in 882.1-ci və 882.2-ci maddələrinə istinad etmiş, bununla MM-in 882-ci maddəsini tam izah etməməyə cəhd etmişdir.

40. Cavabdeh iddiaçı əvvəllər mövcud olmuş qohumluq əlaqələrindən sui-istifadə etməklə, guya metal biznesinə yatırım etmək adı altında və sair bəhanələrlə iddiaçını aldadaraq xüsusilə külli miqdarda pullarını ələ keçirmişdir. O, metal biznesinə yatırım etmək bəhanəsilə iddiaçıdan 550.000 ABŞ dolları, torpaq satın almaq bəhanəsi ilə 30.000 ABŞ dolları və 27.500 manat pul almışdır. Cavabdehin torpaq satın almaq bəhanəsi ilə ələ keçirdiyi 30.000 ABŞ dolları və 27.500 manat pulu iddiaçı prokurorluq orqanlarına şikayət verərək geri almağa nail olmuşdur. Cavabdehin metal biznesinə yatırım etmək adı altında aldığı pulu isə qaytarmayacağından şübhələndiyi üçün də iddiaçı ona ümumi tanışın iştirakı və şahidliyi ilə borcun etirafı barədə 2020-ci il 29 may tarixli “anlaşma”nı imzalatdırmışdır. “Anlaşma”nı imzalayarkən iddiaçı borcun 150.000 ABŞ dolları hissəsini cavabdehə güzəştə getmiş və onun iddiaçıya borcunun 400.000 ABŞ dolları olduğuna razılaşmışdır. Cavabdeh isə iddiaçının bu humanistliyindən sui-istifadə edərək nümayişkəranə surətdə iddiaçıya heç bir borcu olmadığını, borclarını ödəməyəcəyini bildirir.

41. Birinci instansiya məhkəməsində iş baxılarkən cavabdeh borcun etirafı barədə 2020-ci il 29 may tarixli “anlaş ma”dakı imzanın ona məxsus olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə xətşünaslıq ekspertizası keçirilmiş və həmin “anlaşma”dakı imzanın cavabdehə məxsus olduğu bir daha təsdiq olunmuşdur. Hətta ekspertiza üçün imza nümunələri götürülərkən belə cavabdeh öz imzasından fərqli imza nümunələri çəkməyə cəhd etmiş, lakin onun bu cəhdi də uğursuzluqla nəticələnmişdir.

42. Cavabdehin iddiaçıya borcunun olması təkcə 2020-ci il 29 may tarixli “anlaşma” və xətşünaslıq ekspertizasının rəyilə deyil, cavabdehin hər dəfə imzaladığı borcun 10.000 ABŞ dolları hissəsini qaytarması barədə qeydiyyat vərəqləri ilə də təsdiq olunur. Cavabdeh tərəf iddiaçıya borcu qaytarmamaq üçün işə baxılmasını lüzumsuz uzadaraq və işə baxılmasına aşkar surətdə maneçilik törədərək, məhkəməyə əsassız ərizələr vermişdir. X2 da guya iddianın və məhkəmə aktlarının cavabdehin arvadı kimi onun da maraqlarına toxunduğunu bəhanəsini gətirərək əsassız ərizələr, vəsatətlər və şikayətlərlə məhkəməyə müraciətlər etmişdir. Həmin müraciətlərə baxılmasına görə, kassasiya şikayətinin kassasiya məhkəməsinə göndərilməsi 10 ay gecikmişdir.

43. Belə ki, 2024-cü il 24 aprel tarixində cavabdeh tərəf ərizə verərək, apellyasiya məhkəməsinin qətnaməsinə düzəliş olunması, “anlaşma”dakı qeyd edilənlərin olduğu kimi əks edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 2024-cü il 3 may tarixində cavabdehin arvadı Məmmədov Aida Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 oktyabr tarixli 2-2(113)-485/2023 nömrəli qərardadından 8 ay sonra şikayət vermişdir. 2024-cü il 4 iyul tarixində cavabdeh tərəf ərizə verərək guya “anlaşma” adı altında məhkəməyə təqdim edilmiş əlyazmanın əhəmiyyətsiz olması barədə onların mövqeyinə münasibət bildirilməsi və məhkəmə xərclərinə dair məsələlərin həlli barədə əlavə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə də hər dəfə cavabdeh tərəfin əsassız ərizələrinə münasibət bildirilməsi üçün qərardad çıxarmağa, işi birinci instansiya məhkəməsinə qaytarmağa məcbur olmuşdur. Kassasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəmə aktını qismən-iddianın təmin edildiyi hissədə yoxlamışdır. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyas iya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikd ə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər (2021-ci il 23 fevral tarixli 277-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.2.1-ci maddəsinə birinci halda “müqavilələr” sözündən sonra “(əmək müqavilələri istisna olmaqla)” sözləri əlavə edilmişdir)....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmaya n, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

428. Öhdəliyin vaxtından əvvəl icrası... 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 428.4-cü maddəyə “kreditor” sözündən sonra “, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa” sözləri əlavə edilmişdir)”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mall arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməz dir)....”

47. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmən in fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

50. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilən hallara MM-nin 390.1, 442-ci maddəsinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya birgə biznes fəaliyyətinə qoyulmuş vəsaiti qaytarmaq öhdəliyi könüllü bağlanmış m üqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən irəli gəldiyindən iddiaçı 270.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.

52. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 8-10, 14-22).

53. Cavabde h kassasiya şikayətinin ekspert rəyinin mötəbərliyi ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran, sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi və əsaslandırılmış vəsatətin təqdim edildiyi müəyyən edilmir

54. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

56. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-189/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar