Məhkəmə qərarları › İş №2-2(102)-18/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-18/2025

22.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-18/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı “Təbiət X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vindikasiya tələbi - mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X3 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “Təbiət X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və.s tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 avqust tarixli 2-2(106)-1 38/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "Təbiət X11” Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə 2019-cu il 2 sentyabr tarixində kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Cavabdeh sahibkarlıq subyekti kimi 2013-cü il 3 dekabr tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi VÖEN (**********) verilmişdir və o, hal-hazırda Kürdəmir rayonu, Mollakənd kəndi ünvanında qeydiyyatdadır.

3. Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən sahəsi 86.0 kv.metr olan qeyri-yaşayış binası 7 yanvar 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə “Təbiət X11” MMC-nin adına daşınmaz əmlakın Dövlət reystrində qeydiyyata alın mışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "Təbiət X11” MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2020-ci il 7 yanvar tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən Kürdəmir rayonu, Mollakənd kəndinin ərazisində yerləşən və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən cavabdehin və digər şəxslərin çıxarılması, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən istifadəyə maneələrin qadağan edilməsi, giriş-çıxış yollarının cavabdehin öz hesabına əvvəlki vəziyyətə bərpa edilməsi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının cavabdehin öz vəsaiti hesabına istifadəyə yararlı vəziyyətdə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1995-ci il tarixdən Kürdəmir rayonu, Mollakənd kəndinin ərazisində yerləşən 0,4766 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək məqsədi ilə ümumi sahəsi 86 kv. metrdən ibarət qeyriyaşayış binası inşa edib müəyyən müddət ərzində həmin qeyri-yaşayış binasında fəaliyyət göstərmişdir. Sonradan qeyri-yaşayış binasında fəaliyyətini dayandırmış və qeyri-yaşayış binası müəyyən müddət ərzində istifadəsiz qalmışdır. Ailələrində yaranmış ciddi problem səbəbindən bir müddət kənddə yaşamamalarından istifadə edən ona məxsus qeyri-yaşayış binasının qonşuluğunda fəaliyyət göstərən kafenin sahibi cavabdeh iddiaçıya aid əmlakı mənimsəmiş və qanunsuz olaraq zəbt edərək istifadə etməkdə davam etmişdir. Cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, qarşılıqlı şikayətlər araşdırılmış, müxtəlif inzibati qərarlar qəbul edilmiş, buna baxmayaraq cavabdeh zəbt etdiyi qeyri-yaşayış binasından çıxmamış, qanunsuz olaraq faydalanaraq hər dəfə onlarla mübahisə etmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində sahədə faəliyyət göstərmək, icarə və istifadə etmək mümkünsüz olmuşdur. Cavabdehin hazırda qeyd edilən qeyri-yaşayış sahəsində heç bir fəaliyyəti yoxdur, hətta VÖEN-ə əsasən sahibkarlıq fəaliyyəti uzun illərdir dayandırılmış və müxtəlif vaxtlarda Rusiya Federasiyasında işləyir. Buna baxmayaraq burdakı nümayəndələri vasitəsi ilə iddiaçıya məqsədli, qərəzli və süni olaraq ziyan vurmaqda davam edir.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 02 sentyabr 2019-cu il tarixində Dövlət qeydiyyatına alınmış "Təbiət X11” MMC 1995-ci il tarixdən mübahisəli qeyri-yaşayış binasını inşa edə və həmin binada kənd təsərrüffatı məhsullarının satışı ilə məşğul ola bilmazdi. Nəticədə həmin qeyri-yaşayış binasına dair iddiaçıya xx.xx.2020-ci il tarixli çıxarış da verilə bilməzdi. Mübahisəli qeyri-yaşayış binası, cavabdeh tərəfındən inşa edilməklə, onun qohumu Qulu İmanova maxsus olmuş, sonradan Qulu İmanovun arvadı X7 məxsus olmuş fermer təsərüfatına məxsus olmaqla, xüsusi mülkiyyət olmuşdur. Belə ki, mübahisali qeyri- yaşayış binası X7 məxsus olmuş “Təbiət” kooperativinin nəzdində olmuş, sonradan Kürdəmir rayon X10 xx.xx.1995-ci il tarixli, 49 nömrəli “Kürdəmir rayonu S.O.Şirvani adına kolxozun nəzdindəki “Təbiət” kooperativinin əsasında “Təbiət” kəndli (fermer) təsərrüfatı yaradılması haqqında” qərarı əsasında yaradılmış “Təbiət” kəndli (fermer) təsərrüfatının nəzdində balansına verilmiş qeyri-yaşayış sahəsidir və “Təbiət” X6 xüsusi mülkiyyətinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 va Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2003-cü il tarixli, 72 saylı “Qeydiyyat vəsiqəsi” mövcuddur. Bundan başqa, vəkilin sorğu maktubuna Azərbaycan Respublikası Dövlət Statistika komitəsi Kürdəmir rayon Statistika idarəsi cavab olaraq yazmışdır ki, “Təbiət X11” X4 adına xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilədək Kürdəmir rayonu üzrə statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olmuşdur. Həmçinin, "Təbiət X11” Məhdud Məsuliyyətli Cəmiyyəti X12 adına xx.xx.2019-cu ildən Kürdəmir rayonu ü zrə statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. Göründüyü kimi "Təbiət” X11 və "Təbiət X11” Məhdud Məsuliyyatli Cəmiyyəti fərqli hüquqi şəxslərdir. Eyni zamanda, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixədək, Kürdəmir rayonu üzrə statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olmuş “Təbiət” X6, 2019-cu ildə təsis edilmiş “Təbiət X11” MMC-yə hər hansı bir aidiyyati yoxdur, xx.xx.2020-ci il tarixədək də aidyyati olmamışdır. O cümlədən də, “Təbiət” X8 məxsus, 1995-ci ildən bu təsərrüfatın istifadəsində olmuş, 2003-cü ildə xüsusi mülkiyyət olaraq dövlət qeydiyyatına alınaraq “Qeydiyyat vəsiqəsi” verilmiş 86.0 kv.m sahəsi olan qeyri-yaşayş binasının, 2019-cu ildə təsis edilmiş, “X19 Tasarrüfatı” MMC-ya aidiyyatinın nədən ibarat olduğu məlum deyildir. Bundan əlavə, cava bdeh istifadəsində olan torpaqlar bələdiyyənin mülkiyyətinə verildikdan sonra, Kürdəmir rayonu, Mollakənd Bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli İclasının qararı ilə tikinti məqsədi ilə, 99 il müddətinə, 0.35 hektar torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Bundan sonra, Mollakənd Bələdiyyəsinin sadri N.Qasımovun və Kürdəmir rayon Torpaq va Xəritəçəkmə Şöbəsinin məsləhətçisi Ş.Ağayevin birgə tərtib etdiklari “Yerin seçilmə Aktı” əsasında, Kürdəmir rayonu Mollakənd Bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli Qararına əsasən X5 istifadəsinə tikinti məqsədi üçün 0.35 hektar torpaq sahəsinin yer üzərində “Torpaq tapa nişanları” ilə ayrılıb verilmasi təmin edilmişdir. Daha sonra, Kürdəmir rayonu Mollakənd Bələdiyyəsi ilə cavabdeh arasında “Torpaq icarə müqaviləsi” bağlanmış, “Kürdəmir rayonu X1 Planı”ndan Çıxarış, “Torpaq icarə müqaviləsi”nə əlavə edilmişdir. Mollakənd Bələdiyyəsinin 12 iyul 2012-ci il tarixli ümumi İclasının 07 saylı protokolundan çıxarışdan isə görünür ki, məhz cavabdehə satılmış, Kürdəmir rayon Mollakənd Bələdiyyəsinin alqı-satqı predmeti olan 18mx13mz234 kv.m torpaq sahəsi, başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, İstifadəsinə və İcarəsinə verilmədiyindən, bu torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. Kürdəmir rayonu Mollakənd Bələdiyyəsinin xx.xx.20212-ci il tarixli 07 saylı qərarına əsasən, Kürdəmir rayonu Mollakənd Bələdiyyəsinin mülkiyyətinda olan, sahibkarlıq məqsədi ilə cavabdehə icarəya verilmiş 234 kv.m torpaq sahəsinin planı va ölçüsü çıxarılmış, kadastr göstəriciləri göstərilmək lə torpaq sahəsinin qaiməsi (sertifikatı) tərtib olunmuş, xx.xx.2013-cü il tarixdə, AM ********* nömrə ilə X16 kitabında uçota alınmışdır. İddiaçının adına olan daşınmaz amlakın Dövlat reyestrindan çıxarışda isə 86.0 kv.m sahəsi olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin dövlat mülkiyyatində olması qeyd edilmişdir. 16 saylı Ucar ərazi İdarəsinin mütəxəssisi, müraciət əsasında Kürdəmir rayonu Mollakənd kəndində olmuş və Bələdiyyə sədrinin göstərdiyi sahəyə baxış keçirmişdir. Mütəxəssisin yerlərə baxışından sonra məlum olmuşdur ki, “Təbiət X11” MMC-yə verilmiş çıxarışda onun istifadəsində olan 0.0104 ha torpaq sahəsi ilə cavabdehin icarəsində olan və bələdiyyə mülkiyyəti olaraq xx.xx.2013-cü il tarixdə X16 kitabında uçota alınmış torpaq sahəsi üst-üstə düşür. Bu da onu göstərir ki, id diaçının adına olan çıxarış saxta tərtib edilmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsi, bələdiyyə tərəfindən nə X9, nə də ki onun təsis etdiyİ "Təbiət X11” MMC-yə ayrılmamışdır. Bu hal, Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin, Saatlı rayon Vəkil Bürosuna ünvanladığı xx.xx.2020-ci il tarixli, **********40 saylı cavab məktubundan görünür.

7. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyun tarixli, e-2-2(121)-207/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin 2020-ci il 7 yanvar tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Kürdəmir rayonu, Mollakənd kəndinin ərazisində yerləşən ümumi sahəsi 86,0 kv.metr olan qeyri-yaşayış binasından və həmin qeyri-yaşayış binasının yerləşdiyi 0,0104 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim - Zaur Abbasov).

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi mübahisəli daşınmaz əmlak üzərində qeydiyyata alınmış mülkiyyət hüququnun mövcudluğu faktı ilə birbaşa bağlıdır. Belə bir faktın mövcud olması isə iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla öz təsdiqini tapır. İddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən mübahisələndirilməsi müvafiq qeydiyyata alınmış həmin hüquqa iddiaçı tərəfindən istinad edilməsinin mötəbərliliyini aradan qaldırmır. Digər tərəfdən, iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 1 fevral tarix li e-2-2(121)-207/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılmasının nəticəsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 aprel tarixli, 2-2(106)-53/2024 nömrəli qərardadı ilə bu nəticəyə gəlinmişdir ki, cavabdehin iddiaçıya qarşı Şirvan İnzibati Məhkəməsində qaldırdığı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab olunaraq ləğv edilməsinə dair mübahisə üzrə iddiaçı cavabdehin inzibati məhkəmədə iddiasını əsaslandırdığı birinci hal, yəni mübahisəli qeyri-yaşayış sahəsi və altındakı torpaq sahəsinin iddiaçının təsisçisi X13 tərəfindən aldadılaraq ona satılması mülki hüquqi əqdlərlə bağlı olmaqla inzibati məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçıya verilmiş qeyri-yaşayış s ahəsində yerləşən torpaq sahəsinin Kürdəmir rayon Mollakənd bələdiyyəsinin 2007-ci il 20 noyabr tarixli iclasının qərarı ilə 99 il müddətinə ona verilmiş 0.35 ha torpaq sahəsi ilə üst-üstə düşməsi halı özlüyündə cavabdehə iddiaçının adına mübahisəli torpaq sahəsi ilə bağlı aparılmış qeydiyyatın düzgünlüyünü mübahisələndirməyə əsas versə də, hazırki işin materiallarından torpaq sahələrinin üst-üstə düşməsi mötəbər sübutlarla təsdiqini tapmır.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlak üzərində iddiaçının dövlət qeydiyyatına alınmış hüquqlarını mübahisələndirmək üçün cavabdehin müvafiq subyektiv hüquqa malik olub-olmamasına, olduğu halda iddianın uğurluluq ehtimalına yuxarı instansiya məhkəməsi tərəfindən artıq hüquqi qiymət verildiyinə görə, həmin əsasla iddiaçının mübahisəli da şınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunun şübhə altına alınması yolverilməzdir.

10. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı mülkiyyətçi olaraq mövcud qanunvericiliyin ona tanıdığı hüquqi imkanlardan istifadə və həmin hüquqlarına istinad edərək, mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını başqa şəxsin qanunsuz sahibliyindən geri almaq, həmin əmlakdan istifadəyə, həmin əmlaka faktiki sahibliyə istənilən üçüncü şəxs tərəfindən yaradılmış maneələrdən qorunmaq hüququna və həmin hüququnu məhkəmə müdafiəsi hüququndan istifadə edərək realizə etməklə bağlı subyektiv hüquqa malikdir. Buna görə də, iddia tələbi cavabdehin mübahisəli əmlakdan çıxarılması hissəsində əsaslı olduğuna görə təmin edilməlidir.

11. Məhkəmə, iddia tələbinin cavabdehin və digər şəxslərin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən istifadəyə maneələrin qadağan edilməsi, giriş-çıxış yollarının cavabdehin öz hesabına əvvəlki vəziyyətə bərpa edilməsi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının cavabdehin öz vəsaiti hesabına istifadəyə yararlı vəziyyətdə bərpa edilməsi hissələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, əvvəla cavabdehin qanunsuz sahiblik etdiyi əmlakdan çıxarılması həm də, həmin əmlakdan və onunla bağlı olan torpaq sahəsindən cavabdehin və qeyri-məhdud dairədə digər şəxslərin də istifadəyə maneə yaratmalarının qadağan edilməsini ehtiva edir. Digər tərəfdən iddiaçı əmlakın bərpa edilməsini tələb etsə də, əmlakın əvvəlki (cavabdehin qanunsuz sahibliyindən əvvəl) vəziyyətinə və qanunsuz sahiblik zamanı gətirilmi ş sonrakı vəziyyət barədə hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, iddia həmin hissələrdə təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ və İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 139.1, 139.3, 140, 152.5, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilmiş hissədə ləğv olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 202 4-cü il 29 avqust tarixli 2-2(106)-138/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər C.İmanov – sədrlik edən və məruzəçi, P.Əhmədov və T.Kərimov).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşmış və hesab etmişdir ki, cavabdehin mübahisəli qeyri-yaşayış və torpaq sahəsindən çıxarılmasında doğru nəticəyə gəlmişdir.

16. Həmçinin, məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilm əz. Belə ki, işin müəyyən olunan halları ilə cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan qeyri-yaşayış sahəsindən mülkiyyətçinin razılığı olmadan istifadə edir və mülkiyyətçinin tələbi ilə qeyri yaşayış sahəsini boşaltmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ və İV hissələrinə, MM-nin 139.1, 139.3, 140, 152.5, 157.2-ci maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Azərbaycan Respublikası Kon stitusiyasının 60-cı maddəsi üzrə - birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə buna əhəmiyyət verməmişdir. Habelə, Şirvan İnzibati Məhkəməsində iddiaçının adına olan çıxarşın verilməsi ilə bağlı aparılmış qeydlərin mübahisələndirilməsinə dair inzibati işi nəzərə almamışdır.

20. MM-in 157.2-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi bu maddi normanı hazırkı mübahisəyə tətbiq edərkən əhəmiyyət verməmişdir ki, iddiaçıya 2019-cu ildə çıxarış əsasında istifadəyə verilmiş torpaq sahəsi, cavabdehə bələdiyyə tərəfindən verilmiş və 2013-cü ildə dövlət qeydiyyatına alınaraq kadastrda qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, məhz cavabdehin mülkiyyətinə qəsd edilmişdir.

21. MPM- in 14.2, 77.1, 88, 217-ci maddələri üzrə - cavabdeh tərəfindən təqdim edilmiş sübutlar məhkəmə tərəfindən qəbul edilməmiş, o cümlədən, ümumiyyətlə sübut təqdim edilməməsi qeyd edilmiş, həmin sənədlər qətnamədə göstərilməmiş, onlara hüquqi qiymət verilməmişdir. Təqdim edilən sənədlərə məhkəmə ümumiyətlə əhəmiyyət verməmiş və iş materiallarında olan sənədlər məhkəmə tərəfindən qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Maddə

141. Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin mə zmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.” “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.”

25. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müva fiq “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə

220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığ ı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.” “Maddə

254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;” “Maddə

392. Apellyasiya inst ansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.4. şikayət verilən qətnamənin, apellyasiya şikayətinin, təqdim edilmiş sübutların, işə apellyasiya instansiyasında baxılarkən iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu; 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə ba xan birinci instansiya məhkəməsi üçün məcburidir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır”. “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, y axud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.

27. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılması barədə iddia vindikasiya iddiasıdır və onun qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

29. Məhkəmə kollegiyas ı qeyd edir ki, yalnız həmin şərtlər hamısı mövcud olduğu halda bu növ iddialar təmin edilə bilər. Ona görə də, mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə həmin şərtlərin hamısının mövcüd olub-olmaması ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparmalıdır.

30. Hazırki işdə isə buna riayət olunmamışdır.

31. Belə ki, MM-in 157.2-ci maddəsininin birinci dispozisiya şərtinə dair qeyd edilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM-in 139.1, 139.3-cü maddələri).

32. Bununla yanaşı, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpa q sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər (MM-in 141.1 və 141.2-ci maddələri).

33. Hazırki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrındə mülkiyyət hüquqi ilə iddiaçının adına qeydiyyata alınmışdır.

34. Bununla yanaşı, cavabdeh Şirvan İnzibati Məhkəməsində cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinə və 3-cü şəxs olan iddiaçıya qarşı iddia qaldıraraq mübahisəli daşınmaz əmlaka dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirmişdir.

35. Eyni zamanda, o, Şirvan Kommersiya Məhkəməsinə iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim etmiş və həmin Məhkəmənin 2024-cü il 1 fevral tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır.

36. X14 Məhkəməsinin 2024-cü il 2 aprel tarixli qərardadı ilə iddiaçını həmin qərardaddan verdiyi şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü həmin məhkəməyə qaytarılmışdır.

37. Nəticədə cavabdehin verdiyi iddia ərizəsi əsasında başlanılmış inzibati məhkəmə icraatının nəticəsi gözlənilmədən birinci instansiya məhkəməsi tərəfindən mübahisənin mahiyyəti üzrə qətnamə qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsi də həmin qətnaməni dəyişdirmədən saxlamışdır.

38. Halbuki, cavabdehin iddia ərizə si əsasında başlanılmış inzibati məhkəmə icraatının nəticəsi hazırki iddianın qanuni əsasını təşkil edən MM-in 157.2-ci maddəsinin birinci dispozisiya şərtinin mövcüd olub-olmamasının müəyyən edilməsində həlledici rol oynayır.

39. Məhkəmə kollegiyası bildirir ki, qanunverici MPM-də məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “MPM-in 254.1.4-cü m addəsinin şərh edilməsinə dair” 2004-cü il 25 mart tarixli Plenum Qərarı).

40. Apellyasiya instansiyası məhkəməsi isə mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçının adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin həqiqiliyi ilə bağlı məsələnin hazırki iş üzrə tərəflər arasında olan mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ olduğunu və ona görə də, həmin məsələ nizamlananadək hazırki işə baxılmasının, ümumiyyətlə, mümkün olmamasını nəzərə almamışdır.

41. Nəticədə isə hazırki iddianın qanuni əsasını təşkil edən MM-in 157.2-ci maddəsinin birinci dispozisiya şərtinin mövcüd olub-olmaması qeyri-müəyyən olaraq qalmışdır.

42. Cavabdeh tərəfindən qaldırılmış inzibati iddiaya qiymət verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gətirdiyi və apellyasiya instansiyası məhkəməsinin razılaşdığı dəlillər isə əsassızdır.

43. Belə ki, mülki məhkəmə icraatı qaydasında baxılan işdə inzibati məhkəmənin icraatında olan inzibati iddianın uğurluğuna və ya əsaslığına qiymət verilməsi yolverilməz haldır və həm mülki, həm də inzibati prosessual qanunvericiliyin tələblərinə ziddir.

44. Bundan başqa, işi mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadından verilən şikayət üzrə yuxarı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarında müəyyən edilən hallar işin mahiyyəti üzrə həll edilməsi baxımından hər hansı preyudusial və ya məcburi xarakter daşımır.

45. Belə ki, MPM-in 82.3-cü maddəsi başqa mülki məhkəmə icraatında baxılan iş üzrə və məhkəmə qətnaməsində müəyyən edilən halların preyudusiallığını müəyyən edir.

46. MPM-in 399-cu maddəsində müəy yən edilən apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi isə birinci instansiya məhkəməsinin qərardadında həll olunan məsələlərə aiddir.

47. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 157.2-ci maddəsinin ikinici dispozisiya şərti, yəni mübahisəli əmlakın cavabdehin sahibliyində olmasına dair qeyd edilir ki, həmin hal işin mübahisəsiz halı olduğu üçün onun yoxlanılmasına zərurət olmamışdır.

48. MM-in 157.2-ci maddəsinin üçüncü dispozisiya şərti, yəni cavabdehin əmlaka sahibliyinin qanunsuz olmasına dair qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.

49. Halbuki, cavabdehin dəlillərinə görə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Kürdəmir rayon Mollakənd Bələdiyyəsi ilə bağlanmış 2007 -ci il 26 noyabr tarixli torpaq icarə müqaviləsinə əsasən onun qanuni sahibliyindədir.

50. Lakin, qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə hüquqi qiymət verməmiş, habelə cavabdehin təqdim etdiyi sübutlara ümumiyyətlə münasibət bildirməmişdir.

51. Halbuki, MPM-in 218.1, 220.4, 392.1.4, 392.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində tərəflərin təqdim etdiyi sübutlara qiymət verilməli və təqdim edilmiş hər hansı sübut rədd edildiyi halda bununla bağlı məhkəmənin dəlilləri göstərilməlidir.

52. Habelə, MPM-in 392.2-ci maddəsində müəyyən edilmişdir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmi n edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

53. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir.

54. Məhkəmə kollegiyası MPM-in 417.1.3, 418.2 və 418.3-cü maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsasən hüququn tətbiq edilməsində səhv buraxmış, mübahisənin həlli üçün lazım olan maddi hüquq normasını doğru müəyyən etsə də, onun tətbiqində yanlışlığa yol vermiş, habelə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmiş prosessual pozuntulara yol vermişdir.

55. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

56. İşə yenidən baxılarkən MM-in 157.2-ci maddəsinin dispozisiya şərtləri növbəli şəkildə yoxlanılaraq hüquqi dəyərləndirmə aparılmalı, cavabdehin iddiası əsasında aparılan inzibati məhkəmə icraatı ilə hazırkı mübahisənin əlaqəsi və həmin inzibati mübahisə həll edilənədək hazırki işə baxılmasının, ümumiyyətlə, mümkün olubolmamasına qiymət verilməli, cavabdehin dəlillərinə və təqdim etdiyi sübutlara qiymət verilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 avqust tarixli 2-2(106)-138/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar