Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-186/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin qa ytarılması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Şəmkir Rayon Məhkəməsi və Gəncə Şəhər Məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" Firması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin 2011-ci il 14 may tarixli **********83 nömrəli reyestr üzrə "xxxx" firmasının xüsusi mülkiyyətində olan Şəmkir rayonunun Sabirkənd kəndinin ərazisində yerləşən 1 ha torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində inşa etdirdikləri tikilinin cavabdehlərin hesabına sökülərək boşaldılması, həmin torpaq sahəsinin "xxxx" firmasının istifadəsinə qaytarılması, həmçinin 2014-cü ilin oktyabr ayından qətnamə icra edilən tarixədək aylıq (kirayə) haqq 1200 manatdan hesablanma qla cavabdehlərdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci il 14 may tarixli **********83 nömrəli reyestr üzrə Şəmkir rayonunun Sabirkənd kəndinin ərazisində 1 ha torpaq sahəsi "xxxx" firmasının xüsusi mülkiyyətindədir. 2014-cü ilin oktyabr ayında Şəmkir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 44-də yaşayan Cavabdeh1 və qardaşı Cavabdeh2 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan "xxxx" firmasının xüsusi mülkiyyətində olan həmin torpaq sahəsini özbaşına tutaraq orada tikinti və quraşdırma işləri aparmaqla (üzərində “ESE TİCARƏT MƏRKƏZİ” yazılmış qırmızı rəngli bina) zəbt etmişlər. Cavabdehlərin bu qeyri-qanuni hərəkətləri hələ də davam etməkdədir və həmin ərazidə “ESE TİCARƏT MƏRKƏZİ” fə aliyyət göstərməklə ağac və digər materialların satışı həyata keçirilir. Dəfələrlə cavabdeh şəxslərə həmin ərazinin boşaldılması, mülkiyyət hüquqlarının bərpa edilməsinə dair müraciətlər etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində torpaq sahəsindən istifadə edilməsi mümkün olmamış, ona görə də həmin torpaq sahəsindən istifadə olunmamasına görə əldən çıxmış fayda da cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 20 noyabr tarixli 2(104)-4613/2019 nömrəli qərardadı ilə Cavabdeh2 Şəmkir Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etdiyi etiraz təmin edilmiş, mülki iş baxılması üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.
4. Gəncə Şəhər Məhkəməsinin 2023-cü il 12 deka br tarixli 2(125)-141/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş (12-ci vərəq) Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, "xxxx" Firması (VÖEN **********) hüquqi şəxsdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Həmçinin, iddiaçının mülkiyyətində olan və cavabdehlərə qarşı qal dırılan iddianın əsasını təşkil edən mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi sahibkarlıq məqsədli daşınmaz əmlak növünə daxildir. Başqa sözlə iddia tələbi kommersiya obyektinin sökülməsindən və kommersiya məqsədli torpaq sahəsinin icarəsinə görə ödənilən haqqın tələb edilməsindən ibarətdir. Göründüyü kimi, tərəflərin subyektiv tərkibində və işin xarakterində kommersiya mübahisəsinə dair zəruri elementlər vardır.
6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 32.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fiki r ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 11, 12, 13, 16-cı bəndlərinə istinad etməklə əsaslandırılmışdır. a) Gəncə Kommersiya Məhkəməsindəki icraat
7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 12 fevral tarixli 2-2(115)-300/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Qələndərzadə).
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbi ilə 2018-ci il 23 oktyabr tarixdə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Belə ki, iddiaçının “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbi 2020-ci il yanvarın 1-dək qüvvədə olan qanunvericliyin tələbinə görə iqtisadi mübahisə hesab olunmurdu. Odur ki, 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş mülki prosessual qanunvericiliyə dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir.
9. Məhkəmə bu qənaətini MPM-in 26-cı maddəsinə (2019-cu il 9 iyul tarixli 1633VQD nömrəli Qanunla edilmiş dəyişikliyədək olan redaksiyada), Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 5-ci bəndinə istinad etməklə əsaslandırmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
26. Mübahisələrin inzibati-iqtisadi məhkəmələrə aidiyyəti (2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli redaksiyada) Qanunla edilmiş dəyişikliyədək olan 26.1. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəa liyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibatiiqtisadi məhkəməyə aiddir. 26.2. İnzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1-ci maddəsində göstərilən subyektlər arasındakı aşağıdakı mübahisələr aiddir: 26.2.1. qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr; 26.2.2. müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr; 26.2.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və ya digər sən ədin icra olunmasının təsdiqi barədə mübahisələr; 26.2.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) cərimələrin tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr; 26.2.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) silinmiş pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr; 26.2.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr; 26.2.7. hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr; 26.2.8. vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr. 26.3. İnzibati-iqtisadi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa bilər. “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;...” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
11. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
12. Belə ki, Gəncə Kommersiya Məhkəməsi işin aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilməsinə və iddia tələbinin iqtisadi mübahisə hesab olunmamasına istinad etsə də, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı maddəsinin əvvəlki redaksiyasına görə idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aras ında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəmələrə aid olmuşdur. Həmin maddədə iqtisadi mübahisələrin kateqoriyaları müəyyən edilmiş, eyni zamanda qanunla inzibati-iqtisadi məhkəmələrin səlahiyyətlərinə aid edilən digər işlərə də həmin məhkəmələr tərəfindən baxılması təsbit edilmişdir.
13. Hazırkı iş üzrə iddiaçı hüquqi şəxs olmaqla, cavabdehlər Cavabdeh2 2004-cü il 13 oktyabr tarixdə, Cavabdeh1 isə 2006-cı il 19 dekabr tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, məqsədli istifadə növü sahibkarlıq məqsədləri kimi müəyyənləşdirilmişdir. Eyni zamanda işə baxılarkən müəyyən olunmuşdur ki, cavabdehlər mübahisəli torpaq sahəsində tikilmiş daşınmaz əmlakdan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə etmişlər.
14. Göründüyü kimi, hazırkı mübahisə hüquqi şəxs olan iddiaçı və fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehlər arasında yaranmış, mübahisə isə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə iqtisadi xarakterlidir.
15. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi aidiyyət qaydalarına riayət edilmədən ümumi məhkəmənin icraatına qəbul edildiyindən, hazırkı mübahisə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır.
16. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 4031.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.