Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-194/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-in cavabdeh xxxə qarşı lizinq müqaviləsi üzrə əsas borcun və cərimənin tutulması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi, borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun, İddiaçı "İddiaçı" ASC-in nümayəndəsi xxx oğlunun iştirakı ilə, Cavabdeh xxx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarix li, 2-2(103)-18/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ASC (bundan sonra- ASC) və cavabdeh (bundan sonra-xxxxx) arasında ***** və ***** saylı lizinq müqavilələri bağlanmışdır. 2. 2012-ci il **** tarixli ***** saylı lizinq müqaviləsinin şərtlərinə görə ASC tərəfindən cavabdehə ümumi məbləği 2.153.800 manat, tutumu 5000 ton olan Atmosfer kontrollu kartof saxlama anbarı üçün avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verilmişdir.
3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh tərəfindən avadanlığın dəyərindən 229.300 manat əvv əlcədən ödənilmiş, müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən ödənişlər hər rübün sonunda qrafikdə qeyd edilən məbləğlərdə həyata keçirilməli idi. Müqavilənin 5.5-ci bəndində lizinq alanın ödənişi gecikdirilən borca görə gecikdirilmiş məbləğin 0,1 faizi məbləğində cərimə ödəməli olduğu nəzərdə tutulmuşdur. 4. 2014-cü il ***** tarixli ***** saylı lizinq müqaviləsinin şərlərinə əsasən ASC tərəfindən cavabdehə ümumi məbləği 408.430 manat, tutumu 5000 ton olan Atmosfer kontrollu kartof saxlama anbarı üçün əlavə avadanlığın quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə vermişdir.
5. Bu müqavilənin 1.2-ci bəndinə əsasən cav abdeh tərəfindən avadanlığın dəyərindən 50.000 manat əvvəlcədən ödənilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən ödənişlər hər rübün sonunda 9.960 manat olmaqla həyata keçirilməli idi. Müqavilənin 5.5ci bəndində lizinq alanın ödənişi gecikdirilən borca görə gecikdirilmiş məbləğin 0,1 faizi məbləğində cərimə ödəməli olduğu nəzərdə tutulmuşdur.
6. Tərəflər arasında bağlanmış müqavilələr üzrə ASC tərəfindən cavabdehə lizinqə verilmiş avadanlıqlara görə lizinq ödənişləri qrafik üzrə həyata keçirilmədiyindən ASC borcun ödənilməsi barədə cavabdehə pretenziya göndərmiş, gecikdirilmiş borcun ödənilməsi təmin edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC cavabdeh cavabdehə qarşı 1.010.944 manat əsas borc, 633.916 manat cərimə və 30 manat dovlət rüsumu olmaqla, cəmi 1.644.890 manatın cavabdehdən tutularaq iddiaçı ASC-ə ödənilməsi, müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərıüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq ASC ilə cavabdeh arasında bağlanmış 2012-ci il **** tarixli ***** nömrəli və 2014-cü il ***** tarixli ***** nömrəli müqavilələrə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə İ müqavilə üzrə dəyəri 2.513.800 manat olan tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı avadanlığını və İİ müqavilə üzrə ümumi dəyəri 408.430 manat olan tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün əlavə avadanlıqların quraşdırılması ilə birlikdə lizinqə götürmüşdür. Cavabdeh cavabdeh hər iki müqavilə üzrə texnoloji avadanlıqların ümumi dəyərindən 279.300 manat məbləğində ilkin öd əniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafiklərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 2018-ci il 1 yanvar tarixinədək ödəməli olduğu 1.295.600 manat məbləğindən 284.656 manat məbləğində ödəniş aparmış və müqavilə üzrə 1.010.944 manat borcu qalmışdır. cavabdehə borc məbləğinin ödənilməsi barədə pretenziya göndərilsə də borc öhdəliyi tam şəkildə yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (ASC) lizinq alandan (cavabdeh) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi h əcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə 2018-ci il 1 yanvar tarixinədək olan borcun məbləği 1.010.944 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği isə 633.916 manat təşkil etmişdir. Tərəflər arasına bağlanmış müqavilənin 8-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin (ASC-in) yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət etməlidirlər. Cavabdeh fərdi sahibkarlıq statusuna malik şəxs olduğundan yaranmış mübahisələrin həlli üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət olunur. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 avqust tarixli, 2-2(82)534/2018 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 259.0.6-cı maddəsinə əsasən, baxılmamış saxlanılmışdır.
10. Daha sonra ASC-in nümayəndəsi 2018-ci il 13 sentyabr tarixində məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına dair 2018-ci il 10 avqust tarixli qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 sentyabr tarixli, 2-2(82)534/2018 saylı qərardadı ilə ərizə təmin olunmuş, iddia ərizəsinin baxılmamış saxlanılması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 avqust tarixli, 2-2(82)534/2018 saylı qərardadı ləğv edilmiş və iş məhkəmə baxışına təyin olunmuşdur. 12. 2018-ci il 23 oktyab r tarixində ASC-in nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1.228.324 manat əsas borcun, 902.911 manat cərimənin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.131.265 manat məbləğin cavabdehdən tutularaq ASC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 dekabr tarixli, 2-2(82)534/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh cavabdehdən 1.228.324 manat əsas borc, 902.911 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.131.265 manat məbləğində pul tutularaq ASC-ə ödənilmişdir (hakim-Etibar Mustafayev).
14. Məhkəmə hesab etmişdir ki, cavabdeh ASC-in iddia tələbini təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 42 5.1, 448.1, 448.2, 741.1, 748-1.5, 748-1.12, 748-10.1, 748-10.2-ci maddələrinə, MPM-in 119.1 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Məhkəmənin qətnaməsi tərəflərə 2018-ci il 6 dekabr tarixində göndərilmişdir.
17. Həmin qətnamədən apelyasiya şikayəti verilmədiyindən iş üzrə 2019-cu il 23 fevral tarixində icra vərəqəsi verilmişdir. 18. cavabdeh 2019-cu il 5 aprel tarixində məhkəməyə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 dekabr tarixli, 2-2(82)-534/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilərək bərpa olunması və apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etm işdir. Ərizə 2019-cu il 2 may tarixində məhkəməyə daxil olmuşdur.
19. Məhkəmənin 2019-cu il 7 may tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmamış və apellyasiya şikayəti geri qaytarılmışdır.
20. Həmin qərardaddan cavabdeh şikayət vermiş və məhkəmənin 2019-cu il 7 iyun tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 3 iyul tarixli, 2-2(103)-502/2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 may tarixli, 2-2(82)534/2018 saylı qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 22. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 avqust tarixli, 2 -2(82)851/2019 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 dekabr tarixli, 2-2(82)-534/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 sentyabr tarixli 2-2(103)-18/2020 saylı qətnaməsi ilə cavabdeh cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018ci il 5 dekabr tarixli, 2-2(82)-534/2018 saylı qətnaməsi qismən cərimə tutulması hissəsində ləğv edilməsi, cavabdeh cavabdehdən ASC-in xeyrinə 122.832 manat cərimə tutulması, cərimə tələbini n qalan hissədə rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və cavabdeh cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 50 manat ekspertiza xərcinin tutulması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
24. Cavabdeh cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən tutulmuş borc məbləğini mübahisələndirdiyindən məhkəmənin 2019-cu il 12 dekabr tarixli qərardadı ilə cavabdeh cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
25. Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il **** tarixli **** saylı rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehin 2018-ci il 23 oktyabr tarixinədək ASC-ə olan əsas borcu 1.228.324 manat, cərimə borcu 902.911 manat təşkil edir.
26. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına, Mülki Məcəllənin 445.1, 462.1, 465.2, 467, 747.1-ci maddələrinə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmış, və əlavə olaraq cavabdeh cavabdehdan öhdəliyin icrasının gecikdirilməsinə görə tutulmuş 902.911 manat cərimə məbləğini əsas borca nisbətdə tənasübsüz şəkildə yüksək məbləğ hesab edərək, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən belə nəticəyə gəlmişdir ki, həmin hissədə qətnamə ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borcun 10 faizi məbləğində 122.932 manat cərimə tutulmalı, cərimə borcu ilə bağlı qalan hissədə rədd olunmalıdır (bax yuxarıda §§14-15). Həmçinin bu məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ilə bağlanmış lizinq müqavilələri üzrə cavabdehdən 1.2 28.324 manat əsas borcun tutulması hissəsində iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 8 sentyabr tarixində göndərilmişdir. İş materiallarına əlavə edilmmiş poçt xəbərnaməsinə əsasən cavabdeh cavabdehə ünvanlanan qətnamənin surətini “*****” soyadlı şəxs 2020-ci il 18 sentyabr tarixində şəxsən imzalamaqla təhvil almışdır.
28. Qətnamədən kassasiya şikayəti verilmədiyindən 2020-ci il 25 noyabr tarixində qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
29. Həmin qətnamədən cavabdeh cavabdeh 2021-ci il 10 fevral tarixində kassasiya şikayəti vermiş, şikayət məhkəməyə 2021-ci il 16 fevral tarixində daxil olmuşdur.
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(103)-18/2020 saylı qərardadı ilə cavabdeh cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 408.1.4-cü maddəsinə əsasən geri qaytarılmışdır.
31. Qərardadın surəti tərəflərə 2021-ci il 19 fevral tarixində göndərilmişdir. İş materiallarında olan poçt xəbərnaməsinə əsasən, “******” soyadlı şəxs qərardadın surətini 2021-ci il 1 mart tarixində imzası ilə şəxsən təhvil almışdır.
32. Cavabdeh cavabdeh 2021-ci il 5 mart tarixində Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 17 fevral tarixli, 2-2(103)-18/2020 saylı qərardadından kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 22(103)-18/2020 saylı qərardadının kassasiya icraatı qaydasında ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün Azərnbaycan R espublikası Ali Məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət məhkəməyə 2021-ci il 12 mart tarixində daxil olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
33. Bakı Apellyasiya Məhkəməsi kassasiya şikayətinin geri qaytarılmasının səbəbi kimi qətnamənin cavabdeh tərəfindən 2020-ci il 18 sentyabr tarixdə qəbul edilməsini göstərmişdir. Lakin cavabdeh cavabdeh həmin qətnaməni şəxsən qəbul etməmiş və xəbərnaməyə isə imza etməmişdir. Bu səbəbdən də kassasiya şikayəti vermək imkanı olmamışdır.
34. Bundan başqa qeyd edilən dövr pandemiya ilə əlaqədar karantin dövrü olmuş, cavabdeh isə yaşı ilə əlaqədar risk qrupunda olduğu üçün ev şəraitində olmuşdur. Lakin məhkəmə bunların heç birini nəzərə almamışdır. b) kassasi ya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
35. İddiaçı ASC-in nümayəndəsi Süleymanov Məftun Süleyman oğlu məhkəmə kollegiyasının iclasında vəkillə birgə iştirak etmədiyinə görə məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir.
36. Cavabdeh cavabdeh və iddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
37. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
38. Məhkəmə kollegiyası iddiaçının və cavabdeh in məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunduqlarını nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
1. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
2. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
3. Kassasiya i nstansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müd dətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa; 408.1.2. şikayət qətnamə və qərardadı qəbul etmiş məhkəmə vasitəsi ilə göndərilməmişsə; 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; 408.1.6. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olmuşsa. 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olma sından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 408.4. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 408.5. Bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğu ndan iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(103)-18/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılmasının səbəbi kimi qətnamənin cavabdeh tərəfindən 2020-ci il 18 sentyabr tarixində qəbul edilməsini göstərmiş, lakin cavabdeh cavabdeh həmin qətnaməni şəxsən qəbul etməmiş və xəbərnaməyə isə imza etməmişdir. Bu səbəbdən də kassasiya şikayəti vermək imkanı olmamışdır. Bundan başqa qeyd edilən dövr pandemiya ilə əlaqədar karantin dövrü olmuş, cavabdeh isə yaşı ilə əlaqədar risk qrupunda olduğu üçün ev şəraitində olmuşdur. Lakin məhkəmə bunları n heç birini nəzərə almamışdır.
41. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əsasən, cavabdehin adına olan bütün yazışmalar, o cümlədən Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 2 sentyabr tarixli, 2-2(103)-18/2020 saylı qətnaməsinin surəti də, məhkəmə tərəfindən ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında olan cavabdehin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, yaşayış yeri ünvan 1 ünvanıdır və bundan əlavə pandemiya ilə əlaqədar karantin dövrü olması, cavabdeh isə yaşı ilə əlaqədar risk qrupunda olduğu üçün ev şəraitində olması (dəlildə qeyd olunduğu kimi) həmin qətnamənin surətini almamasını mümkünsüz edir. Digər tərəfdən məhkəmə kollegiyası onu da vurğulayır ki, MPM-in 146-cı maddəsinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin iş materiallarında olan poçt xəbərnaməsinə əsasən qətnamənin surəti 2020-ci il 18 sentyabr tarixində qəbul olunmuşdur. Cavabdeh cavabdeh həmin qətnamədən kassasiya şikayətini 2 ay ərzində verməli olduğu halda, müddəti ötürməklə 2021-ci il 16 fevral tarixində vermişdir. 42. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. 43. “Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı” işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəz ərə almalıdırlar.
44. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsindən verilmiş cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən аpellyаsiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verildiyini, iki aylıq prosessual müddətin hər hansı bir üzürlü səbəb olmadan ötürüldüyünü nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
45. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçü n əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(103)-18/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
35. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-2(103)-18/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.