Məhkəmə qərarları › İş №2-2(102)-195/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-195/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-195/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC -nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Lizinq müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC -nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı lizinq müqaviləsinin ləğv edilməsi, müqavilələrə əsasən yaranmış borcun ödənilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 22 noyabr tarixli 2-2(103)-1003/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 2023-cü il 6 iyun tarixli D132 saylı Daxili Lizinq müqaviləsinə əsasən lizinq verən satıcıdan əldə edəcəyi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, lizinq alan bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin maliyyə öhdəliyi 300.000 manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavələrin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir.

2. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən bu m üqavilənun müddəti 24 ay müəyyən edilmişdir. - 5.1-ci bəndinə əsasəan lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. - 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirlən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0,1 faizi həcmində cərimə ödəməlidir. - 6.1.4-cü bəndinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektlərini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 6.2-ci bəndinə əsasən lizinq alan pul məbləğlərinin və lizinq obektinin mübahisəsiz geri alınması ilə bağlı lizinq verənin tələbləni aldığı gündün 3 iş günü ərzində lizinq obyektini qaytarmağa borcludur. Lizinq obyekti qaytarılarkən onun vəziyyəti haqqında akt tərtib edilir. - 7.1-ci bəndinin c yarımbəndinə əsasən lizinq alıcısı təərfindən mübahisə anınadək aparılmış avans və aylıq ilkin ödənişlər geri qaytarılmır.

3. İddiaçı MMC tərəfindən tərtib edilmiş 2024-cü il 6 fevral tarixli maliyyə arayışına əsasən D132 saylı Daxili Lizinq müqaviləsi üzrə 70424 manat əsas məbləğdən və 26943 manat hesablanmış cərimə olmaqla, cəmi 97367 manat borc mövcuddur.

4. X1 ilə İddiaçı MMC arasında bağlanmış 2023-cü il 6 iyun tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı MMC Cavabdeh2 lizinqə vermək üçün almışdır. 5. 2023-cü il 6 iyun tarixli D132 saylı Daxili Lizinq müqaviləsinə 1 saylı Əlavə üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən lizinq məbləği 300000 manat olan illik lizinq mükafatı 25% olmaqla verilmiş 24 ay müddətinə lizinq predmetinə görə Cavabdeh2 2023-cü il 5 iyul tarixindən 2025-ci il 5 iyun tarixinə qədər hər ayın 5-i (və ya 3 ü olmaqla) 11928 manat, sonuncu ay 137439 manat ödəməlidir. 6. 2023-cü il 6 iyun tarixli D132 saylı Daxili Lizinq müqaviləsinə 1 saylı Əlavə üzrə tərtib edilmiş təhvil-təslim aktına əsasən lizing obyekti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh2 (Lizinq alan) təhvil verilmişdir.

7. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüqu qların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15-05101-93001 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xeyrinə hüquq yüklü edilən şəxs kimi Cavabdeh2 adına olmaqla Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı MMC ilə Cavabdeh1 arasında 2023-cü il 6 iyun tarixli D132 saylı Daxili Lizinq müqaviləsi ilə bağlı öhdəliyin təminatı olaraq 2023-cü il 6 iyun tarixli D132 saylı zaminlik müqaviləsi bağlanmışdır.

8. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən “Lizinq verən” ilə Cavabdeh2 arasında 2023-cü il 6 iyun tarixində bağlanmış D132 saylı Daxili lızınq müqaviləsi ilə əlaqədar olaraq “Lizinq alan” “Lizinq verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Lizinq alan” ilə birlikdə “Lizinq verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 3.1-ci bəndinə əsasən “Zamin”, “Lizinq alanın” “Lizinq verən” qarşısında 2023-cü il 6 iyun tarixində bağlanmış D132 saylı Daxili lizinq müqaviləsi üzrə “Lizinq verənə” olan borcu və ona hesablanmış faizlərin və borc tutulması uzrə məhkəmə xərclərinin və “Lizinq alanın” öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Lizinq verənə” dəyən digər zərərin (komisyon cərimə məhkəmə xərclən və s) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Lizinq alanla” eyni həcmdə məsuliyyət daşıyır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və idd ia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) arasında bağlanmış 2023-cü il 6 iyun tarixli D132 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (Cavabdeh2) adına qeydə alınmış dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun və lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 26.943 manat məbləğində cərimənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”) tutulması, lizinq obyekti olan mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. İddiaçı tərəfindən tərtib olunmuş 0051/24 saylı 2024-cü il 6 fevral tarixli borca dair arayışa əsasən lizinq alan bu günə qədər ümumilikdə 95.424 manat ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 25.000 manat ödəniş edilmişdir. Hazırda D132 saylı Daxili Lizinq müqaviləsi üzrə 70.424 manat əsas məbləğdən və 26.943 manat hesablanmış cərimə olmaqla,cəmi 97.367 manat borc mövcuddur. Belə ki, sözügedən Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən lizinq alan lizinq ödənişlərini gecikdirmə mək öhdəliyini üzərinə götürmüşdür. Buna görə də hesab edir ki, lizinq müqaviləsindən irəli gələn tələblə bağlı qərar qəbul edilərkən daxili lizinq müqaviləsinin etibarlılığı məsələsinin də məhkəmə tərəfindən qiymətləndirilməsi zəruridir. Çünki əksər hallarda məhkəməyə müraciət hüququndan sui-istifadə edən cavabdehlər müqavilənin etibarsızlığı ilə bağlı ayrı iddia qaldırmaq yolu ilə məhkəmə çəkişmələrinin illlərlə davam etməsinə səbəb olurlar. Bu isə banklardan aldığı kredit vəsaitlərinin hesabına lizinq fəaliyyətini həyata keçirən şirkətin böyük maliyyə itkilərinə məruz qalmasına gətirib çıxarır. Qeyd edildiyi kimi lizinq obyekti olan mənzil cavabdehin xeyrinə yüklü edilmişdir. Odur ki, lizinq müqaviləsinin ləğvi ilə yanaşı lizinq obyektinin üzərindəki yüklülük də ləğv edilməlidir.

11. Ba kı Kommersiya Məhkəməsinin 2024-cü il 23 iyul tarixli e-2-2(113)-1831/2024 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2023-cü il 6 iyun tarixli Daxili lizing müqaviləsi ləğv edilərək xitam verilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin A.Abdıyevanın adına qeydə alınmış dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməsi, lizinq obyekti olan mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlərdən lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 13000 manat cərimə məbləği, habelə ödənilmiş 172 manat dövlət rüsumunun 129 manatının əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (hakim – K.Hüseynov).

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında lizinq müqaviləsi imzalanmış, müqavilədə cərimənin hesablanması ilə bağlı razılaşma göstərilmişdir. İddiaçı müqavilə üzrə lizing predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı (bundan sonra – “daşınmaz əmlak”) cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmişdir.

13. İddiaçı tərəf 2024-cü il 15 yanvar tarixli xəbərdarlıq məktubunu qarşı tərəfə elektron formada çatdırmış və öhdəliklərin tam şəkildə icra edilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin lizinq obyektinin istifadəsindən məhrum edilməsi və əmlakın cavabdehin öhdəliklərin ödənilməsinə yönəldilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəyi bildilmişdir.

14. Məhkəmə cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının qarşı tərəfə öz iradə ifadəsini bildirməsini nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2023-cü il 6 iyun tarixli D132 saylı daxili lizinq müqaviləsi 2024-cü il 15 yanvar tarixindən ləğv edilmiş hesab edilməlidir.

15. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən müqavilə, qanunvericiliyin və müqavilənin şərtlərinə riayət edilməklə ləğv edilmişdir.

16. Bundan başqa məhkəmə hesab etmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməyərək ödənişi gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı lizinq predmetinin qaytarılması, cavabdehin xeyrinə edilmiş lizinq yüklülüyünün götürülməsi və lizinq obyekti olan mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiasını irəli sürməkdə haqlı olmuşdur.

17. Buna görə də daşınma z əmlak iddiaçıya qaytarılmalı və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində A.Abdıyevanın adına qeydə alınmış dövlət qeydiyyatı ləğv edilməlidir.

18. Məhkəmə iddiaçının cavabdehdən 26.943 manat cərimənin tutulması tələbinə münasibət də qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur.

19. Lakin mülki qanunvericiliyə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 13.000 manat müəyyən olunmalıdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 421.2, 421.3, 462.1, 463.1, 465.2, 467, 747.1, 748.2.9, 748-1.8, 748-1.9, 748-7.1, 748-1.12.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti olan əmlak üzərində cavabdehin (A.Abdıyevanın) adına qeydə alınmış dövlət q eydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi hissəsində təmin olunmaması, dəbbə pulu hissəsində isə azaldılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 noyabr tarixli 2-2(103)-1003/2024 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 13.000 manat məbləğində cərimənin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsində ləğv olunaraq, iddia həmin hissədə rədd edilmişdir (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – Z.Şirinov, T.Mahmudova).

23. Məhkəmə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq yüklülüyü barədə qeydiyyatın ləğv edilməsi, lizinq obyektinin boşaldılması tələbləri ilə bağlı qeyd e tmişdir ki, Cavabdeh2 tərəfindən lizinq müqaviləsi üzrə son ödəniş 2023-cü il 6 oktyabr tarixində edilmiş, yəni xəbərdarlıq məktubunun göndərildiyi tarixə (2024-cü il 15 yanvar tarixə) cavabdeh tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə aylıq lizinq ödənişləri ardıcıl olaraq iki dəfədən artıq ödənilməmişdir.

24. Belə olan halda isə birinci instansiya məhkəməsi MM-in 748-1.12.4-cü maddəsinin və lizinq müqaviləsinin 6.1.4-cü bəndinin tələblərinə əsasən iddiaçının lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüquqlarının yarandığını nəzərə alaraq həmin hissələrdə iddianı təmin etməkdə haqlı olmuşdur.

25. Digər tərəfdən məhkəmə qeyd etymişdir ki, lizinq müqaviləsinin ləğv edilməsi həmin müqavilə əsasında yaranmış lizinq obyektinin lizinq alanın xeyrinə yüklülüyünə xitam verilməsinə səbəb olduğundan lizinq yüklülüyü barədə qeydiyyatın ləğv edilməsi hissəsində də iddia əsaslıdır.

26. İddianın dəbbə pulunun tutulması tələbinə dair hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, Cavabdeh2 lizinq müqaviləsi üzrə öhdəliklərini lazimi qaydada icra etmədiyindən iddiaçı müqavilənin 5.2-ci bəndinə əsasən dəbbə pulu hesablamaq hüququna malik olmuşdur.

27. Lakin məhkəmə onu da vurğulamışdır ki, mülki qanunvericiliyə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verənin tələbləri müəyyən edilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalıdır.

28. Hazırkı halda lizinq alan Cavabdeh2 lizinq müqaviləsi bağlanarkən lizinq obyekti olan mənzilin əldə edilməsinə görə 100.000 manat məbləğində avans (ilkin ödəniş) ödəmiş, lakin lizinq müqaviləsi ləğv edildiyindən dəyərinin bir hissəsini ödədiyi lizinq obyektini əldə etmək hüququnu itirmişdir. Lizinq verən isə lizinq müqaviləsinin ləğv edilməsi nəticəsində lizinq obyektinə (400.000 manat dəyərində) mülkiyyət hüququnu özündə saxlamışdır. Halbuki həmin lizinq obyektinin dəyərinin 100.000 manat hissəsi lizinq alanın ilkin ödənişi hesabına ödənilmişdir.

29. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilə vaxtından əvvəl ləğv edildiyi halda lizinq verənin lizinq alana qarşı tələbləri müəyyənləşdirilərkən avans ödənişi lizinq verənin qənaət etdiyi xərc qismində nəzərə alınmalıdır. Əks yanaşma MM-in 750-ci maddəsinin tələblərinə zidd olmaqla yanaşı lizinq verən in lizinq müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan daha artıq məbləğdə əmlak əldə etməklə əsassız varlanmasına səbəb olacaqdır.

30. Məhkəmə belə qənaətə gəlmişdir ki, lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə görə iddiaçının iddia ərizəsində göstərdiyi gecikdirilmiş əsas borc məbləği (70424 manat) və həmin məbləğə mütənasib hesab edilə biləcək dəbbə pulu məbləği (3500 manat) lizinq alanın müqavilə bağlanarkən ödədiyi və müqavilənin ləğv edilməsi nəticəsində lizinq verənin qənaət etdiyi 100.000 manat avans ödənişi ilə tam əhatə edildiyindən iddiaçı dəbbə pulunun tutulması tələbini irəli sürməkdə haqlı olmamışdır.

31. Məhkəmə gəldiyi nəticəni MM-in 462.1, 747.1, 748-1.12, 748-1.12.4, 748-10.1, 74811.1, 748-11.1.1, 748-11.1.2, 748-11.1.3, 748-11. 1.4, 748-11.1.5, 748-11.1.6, 748-11.1.7, 750-ci və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin olunması hissəsində ləğv edərək həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

33. MM-in 385.1, 421.2, 421.3, 747.1, 748.2.9, 748-1.8, 748-1.9-cu maddələri üzrə məhkəmə müqaviləni ləğv etməkdə haqlı olmamışdır. Daşınmaz əmlakın dəyəri lizinq alanın götürdüyü 300.000 manat ilkin maliyyə öhdəliyindən iki qat artıq qiymət təşkil edir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş müddəti gözlənilmədən müqavilənin ləğv edilməsi tə ləbi irəli sürülmüşdür. Müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmamışdır. Borclular ödənişləri qismən icra etmişlər. Lizinq verən lizinq alanın maliyyə çətinliklərini nəzərə alaraq müqaviləyə dəyişiklik eməklə vaxt verə bilərdi.

34. MPM-in 77.1, 88, 106.1, 416.1-ci maddələri üzrə - Məhkəmə öz gəldiyi qənaətini yalnız birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə uyğun əsaslandıraraq həmin qətnamədəki maddi hüquq normalarını formal olaraq təkrarlamaqla tətbiq etmişdir. Bu da yuxarıda qeyd edilən maddi hüquq normalarına düzgün olmayan yanaşma kimi qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

35. İddiaçı kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, işin mübahisəsiz qaydada müəyyən olunan faktiki hallarında və sübutlarda göstərildiyi kimi cavabdeh m üqavilə üzrə ödəniş öhdəliklərini 2 aydan çox gecikdirmişdir. Bu isə öz növbəsində iddiaçıya müqaviləni ləğv etmək hüququ verir. Buna əlavə olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməsi cavabdeh üçün kifayət qədər vaxt yaratdığı halda, həmin vaxtdan bəri cavabdeh tərəfindən ödənişin həyata keçirilməsinə dair heç bir addım atılmamışdır və məhkəmə qətnaməsindən şikayət verilməklə prosesi uzatmağа çalışmışdır. Bundan başqa lizinq alanın əmlakı alıb satmaq öhdəliyi, ümumiyyətlə, məhkəmə mübahisəsinin predmeti olmamışdır. Bakı Apellyasiya Məhkəməsi qətnaməni çıxararkən lizinq alanın əmlakı alıb satmaq öhdəliyi daşıdığını qeyd etməmişdir. Bu səbəbdən irəli sürülən dəlilin işin nəticəsinə heç bir təsiri olmadığı üçün əsassız hesab olunmalıdır.

36. İddiaçı qeyd edilənlərə əsasən kassasi ya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

37. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki h allarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə il ə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişləri n ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə t utulmuş digər xərcləri....” “Maddə

750. Lizinq alanın məsuliyyət Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutl arın qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasi ya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Mə hkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldi yi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

44. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

45. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 22 noyabr tarixli 2-2(103)-1003/2024 nömrəli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar