Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-196/2024 29.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar X20, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənfəətin bölüşdürülməsi ilə bağlı mübahisələr, iş üzrə icraata xitam verilməsi (iş məhkəmədə baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar X20, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3 və Cavabdeh2 qarşı “xalis gəli rdən pay hüququna uyğun məbləğlərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 yanvar tarixli 2-2(103)-78/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh1 MTK-nın nizamnaməsinin: - 1.2-ci bəndinə əsasən Cavabdeh1 istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcə llə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. - 2-ci bəndinə görə kooperativin fəaliyyətinin məqsədi kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının təmin edilməsidir. - 3.3-cü bəndinə əsasən kooperativin əsas məqsədi yaşayış binalarının tikintisi və digər tikinti xidmətlərinin göstərilməsidir. - 4.4-cü bəndinə əsasən kooperativin ilkin pay fondu 20 manat həcmində müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimidir: Əli-X14 – 0,2 AZN, 1%, 0,2 pay pul şəklində, Cavabdeh3 – 6,6 AZN, 33%, 6,6 pay p ul şəklində, X7 – 6,6 AZN, 33%, 6,6 pay pul şəklində, Çalbay Ayhan – 5,6 AZN, 28%, 5,6 pay pul şəklində, İddiaçı1 – 0,4 AZN, 2%, 0,4 pay pul şəklində, İddiaçı3 – 0,6 AZN, 3%, 0,6 pay pul şəklində. 2. 2013-cü il 20 sentyabr tarixli kassa mədaxil orderlərinə əsasən, İddiaçı3 tərəfindən Cavabdeh1 MTK-nın nizamnamə kapitalına 0,60 manat, İddiaçı1 tərəfindən 0,40 manat, Çalbay Ayhan tərəfindən 5,60 manat, X7 tərəfindən 6,60 manat, Cavabdeh3 tərəfindən 6,60 manat, Əli-X14 tərəfindən 0,20 manat məbləğində ödəniş edilmişdir. 3. 2017-ci il 13 noyabr tarixli hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışlara əsasən, Cavabdeh1 MTK-nın nizamnamə kapitalının miqdarı 20 manatdır. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı1 - 2%, Əli-X14 - 1 %, İddiaçı3 - 3 %, Cavabdeh3 - 31 %, X8 - 5%, Çalbay Ayhan (Türkiyə Respublikası) - 27%, Qanuni nümayəndə - 31% təşkil edir.
4. Cavabdeh1 MTK-nın üzvlərinin 2017-ci il 3 noyabr tarixli ümumi yığıncağının protokoluna əsasən, Qanuni nümayəndə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri seçilməsi təsdiqlənmiş və təklif qəbul edilmişdir.
5. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının 2015-ci il 22 oktyabr tarixli “istismar müddəti başa çatmış, ağac materiallarından inşa olunmuş binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binası tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamına əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində ağac materiallarından inşa olunmuş, istismar müddəti başa çatmış 1 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsün ün Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə Cavabdeh1 Mənzil Tikinti Kooperativinə 3008 m2 sahədə 1 ədəd, 2 girişli çoxmərtəbəli yaşayış binası tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. 6. 2021-ci il 6 iyul tarixli 32 nömrəli audit rəyinə əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə ünvanında yerləşən yaşayış binasının mənzillərinin satışından əldə olunmuş vəsaitin müəyyən olunması və təsisçilərin paylarının hesablanması məqsədilə audit keçirilmiş və müəyyən edilmişdir ki, kooperativdə 32% payla təmsil olunan Çalbay Ayhanın 38.644,20 manat alacağı dividend pulu qalmışdır. 7. “X9” MMC-nin 2022-ci il 7 yanvar tarixli M-9552 nömrəli auditor rəyinə əsasən təsisçi Cavabd eh3 və MTK-nın keçmiş sədri vəzifəsində işləmiş Cavabdeh2 tərəfindən "xxxx" MTK-dan artıq götürülmüş 1.334.221 manat MTK-nın kassasına mədaxil edilməlidir. Bundan başqa, X4 38.623 manat, X1 2.396 manat, X2 2.319 manat, cəmi 43.319,0 manat borc qalıqları alınaraq kassaya mədaxil edilməlidir. Bundan sonra (1.334.221 manat + 43.319 manat = 1.377.540 manat) 1.377.540 manatdan 228.028 manat dövlət büdcəsinə vergilərin ödənilməsi üçün, qalan 1.149.531 manat təsisçilər arasında aşağıdakı qaydada ödənilməlidir: Çalbay Ayhana – 517.625 manat, Qanuni nümayəndə – 421.019 manat; X5 – 95.857 manat; İddiaçı3 – 57.513 manat; İddiaçı1 – 38.343 manat; Əli-X14na – 19.172 manat; cəmi 1.149.531,0 manat.
8. X20, İddiaçı3 və İddiaçı1 2022-ci il 25 iyun tarixdə Cavabdeh1 MTK-nın sədrinə müraciət edərək, 15 gün m üddətində MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb etmişlər. Növbədənkənar ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi xahiş olunmuşdur: Sumqayıt şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində Cavabdeh1 MTK tərəfindən inşa edilən iki girişli 16 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər, tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri-yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri, kooperativin mənfəəti və onun bölüşdürülməsi haqqında.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqay ıt Ərazi idarəsinin 2022-ci il 15 avqust tarixli **********74 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus Sumqayıt şəhəri, H.Əliyev prospekti 16-cı məhəllə ərazisində yerləşən çoxmənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən hüquqmüəyyənedici sənədlərə əsasən binanın ümumi sahəsi 17357,76 m2, qeyri-yaşayış sahəsi 1211,2 m2, faktiki olaraq isə ümumi sahəsi 16832,2 m2, qeyri-yaşayış sahəsi 1208 m2 təşkil etmişdir. 10. 2021-ci il 20 oktyabr tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Qanuni nümayəndə şəhər prokurorluğuna etdiyi müraciətində əvvəllər "xxxx" MTK-da baş mühasib işləmiş Füzuli Zeynalovun kassa mədaxil orderlərinə saxta imzalamaqla guya MTK-nın kassasına müəyyən məbləğdə pulun daxil edilməsi görüntüsü yaratdığını göstərmişdir. Bu fakt həmin qaimələr sonradan Füzuli Zeynalov tərəfindən audit yoxlamasına təqdim edilərkən üzə çıxmışdır. Qanuni nümayəndə baş vermiş hadisəyə hüquqi qiymət verilməsini xahiş etmişdir. Cinayət tərkibi müəyyənləşdirilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 11. 2023-cü il 2 yanvar tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Qanuni nümayəndə və Çalbay Ayhanın müraciəti əsasında aparılan araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyənləşdirilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin 2023-cü il 27 aprel tarixli 6(060)-24/2023 nömrəli qərarı ilə Sumqayıt şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri X6 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2023-cü il 2 yanvar tarixli qərarı qanunsuz hesab edilməklə ləğv olunaraq iş yenidən araşdırılması üçün Sumqayıt şəhər prokurorluğuna qaytarılmışdır.
13. X20, İddiaçı3 və İddiaçı1 pretenziya məktubu ilə Cavabdeh1 MTK-ya müraciət edərək, Sumqayıt şəhəri, H.Əliyev prospekti 16-cı məhəllədə tikilmiş hündürmərtəbəli binada mənzillər və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş kooperativin mənfəəti barədə 10 gün ərzində məlumat verilməsini xahiş etmişlər.
14. X20, İddiaçı3 və İddiaçı1 pretenziya məktubu ilə Cavabdeh3 və Cavabdeh2 müraciət edərək, MTK-dan götürdükləri vəsaitin kooperativ üzvlərinə pay haqlarına uyğun olaraq ödənilməsini xahiş etmişlər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
15. X20, İd diaçı3 və İddiaçı1 (bundan sonra – “A.Çalbay”, “İddiaçı3”, “İddiaçı1” və ya birlikdə “iddiaçılar”) Cavabdeh1 Mənzil Tikinti Kooperativinə (bundan sonra – "xxxx") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK-nın Sumqayıt şəhəri, H.Əliyev prospekti 16-cı məhəllə ərazisində inşa etdiyi 16 mərtəbəli (mansardlı) 2 girişli, ümumi sahəsi 17357,76 m2, qeyri-yaşayış sahəsi 1211,2 m2, faktiki olaraq ümumi sahəsi 16832,2 m2, qeyri-yaşayış sahəsi 1208 m2 təşkil edən binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışı nəticəsində əldə edilmiş xalis mənfəətin müəyyən edilməsi, kooperativ üzvləri arasında bölüşdürülməsi və həmin mənfəətin mütləq pay haqqına uyğun olaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddia tələbi işin yuxarıda qeyd edilən ha lları ilə əsaslandırılaraq göstərilmişdir ki, MTK-da mütləq pay haqqı olan iddiaçıların MTK-dan pay haqlarının alınması üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə etmələrinə baxmayaraq, hazırkı tarixədək koorperativin mənfəətindən qanunvericilikdə nəzərdə tutulan qaydada payları bölüşdürülməmişdir.
17. Bundan sonra iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli iclas protokoluna qeyd edilməklə, Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində işə cəlb olunması qərara alınmışdır.
19. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh MTK-nın Sumqayıt şəhəri, H.Əliyev prospe kti 16-cı məhəllə ərazisində inşa etdiyi 16 mərtəbəli (mansardlı) 2 girişli, ümumi sahəsi 17357,76 m2, qeyri-yaşayış sahəsi 1211,2 m2, faktiki olaraq ümumi sahəsi 16832,2 m2, qeyri-yaşayış sahəsi 1208 m2 təşkil edən binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş 3.475.985 manat xalis gəlirdən MTK-da 27% səs və pay hüququ olan A.Çalbaya 938.250 manat, 3% səs və pay hüququ olan İddiaçı3 104.250 manat, 2% səs və pay hüququ olan İddiaçı1 69.500 manatın cavabdehlər MTK, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
20. Cavabdeh MTK iddia tələbinə qarşı etiraz vermiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıların iddia ərizəsi ilə tələb etdikləri məbləğlər 2021-ci il 6 iyul tarixli 32 saylı audit or rəyinə istinadən müəyyənləşdirilmişdir. Adı çəkilən auditor rəyinin də, onun əsasında tələb olunan xalis gəlirdən pul məbləğinin bölünməsi tələbinin də hər hansı hüquqi əsası yoxdur. Belə ki, sərbəst auditor X11 tərəfindən tərtib edilmiş 2021-ci il 6 iyul tarixli 32 saylı auditor rəyi mötəbər sayıla bilməz, çünki həmin rəyin hazırlanması barədə müqavilə cavabdeh MTK-nın sədri ilə bağlanılmamış, rəy hazırlanarkən kooperativin maliyyə və digər sənədlərindən istifadə edilməmiş, rəydə göstərilmiş rəqəmlərin hansı mənbədən götürüldüyü öz əksini tapmamışdır. Eyni zamanda cavabdeh MTK-nın 2013-cü ildə Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 17-ci məhəllə ərazisində inşa etdiyi 2 girişli binanın satışından əldə olunduğu iddia olunan xalis gəlirin mütləq şəkildə həmin kooperativin Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisindəki 2 girişli binasının satışından əldə edilmiş xalis gəlirlə eynilik təşkil etməsi, hər hansı mötəbər sənədə istinad olunmadan bu məbləğə uyğun şəkildə xalis gəlirin bölüşdürülməsinin tələb ounması əsassızdır. Etirazda həmçinin hazırkı qərarın 7-ci bəndində qeyd edilmiş audit rəyinə istinadən göstərilmişdir ki, rəyə əsasən MTK-nın təsisçilərindən Cavabdeh3 və keçmiş təsisçi Cavabdeh2 tərəfindən hesablanmış gəlir məbləğinin 1.334.221 manatı hər hansı əsas olmadan götürülmüşdür. Nəzərə alınsa ki, iddiaçılara çatası məbləğ ümumilikdə 600.000 manatdan bir qədər artıqdır, aydın olur ki, tələb olunan pul vəsaiti MTK-nın hesabında deyildir. Eyni zamanda iddiaçılar MTK-nın Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazi sində inşa etdiyi 16 mərtəbəli 2 girişli yaşayış binasının tikintisinə heç bir pul vəsaiti qoymamışlar, onların həmin binadakı yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş gəlirdən paylarına uyğun pul vəsaitini MTK-dan tələb etmələrinin hər hansı hüquqi əsası yoxdur.
21. Cavabdeh3 nümayəndəsi iddia tələbinə qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıların iddiası Cavabdeh3 və Cavabdeh2 münasibətdə (birlikdə götürülmüş təsisçilərə) təmin oluna bilməz. Faktiki (iddiaçıların pul qoyması sübuta yetərsə) və hüquqi əsaslar (əlavə pay haqqı qoymalarına dair sənədlər olarsa) mövcud olduğu təqdirdə isə MTK-ya qarşı iddiaları qismən təmin edilə bilər. Təsisçilər hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımırlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hüqu qi şəxsin təsisçiləridir və əgər həqiqətən də iddiaçılar MTK-dakı təsis payına uyğun dividendini, payını istəyirsə, hüquqi şəxsdən bunu tələb etməlidir, təsisçilərdən deyil. Çünki qanunla təsisçi buna məsuliyyət daşımır. Bundan başqa, iddiaçılar MTK-nın tikdiyi 16-cı məhəllədəki bina üçün qoyduqları vəsaitin həcmini təsdiq edən sübutları (qəbzlər, hesabdan çıxarış, ümumi yığıncağın protokolu və s.) məhkəməyə etməmişdirlər. Hətta iddiaçıların özlərinin də istinad etdikləri 2022-ci il 7 yanvar tarixli audit hesabatında da qeyd olunur ki, iddiaçılar heç bir pul vəsaiti qoymamışlar. Cavabdeh kimi məhz Cavabdeh2 və Cavabdeh3 iddiaçılara pul vəsaiti ödəməli olduqlarını da təsdiq edən sübut yoxdur. İddiaya əlavəyə görə guya Cavabdeh2 və Cavabdeh3 hüquqi şəxsin kassasından müəyyən məbləğdə pul vəs aiti götürüblər. Cavabdehlər tərəfindən kassadan əlavə vəsait götürülməmiş, digər tərəfdən isə vəsait götürülmüş olsaydı belə, həmin pul vəsaitini tələb etmək hüququ MTK-ya məxsusdur, digər təsisçi bunu tələb edə bilməz. İddiaçıların cavabdehlərdən pul vəsaitinin tələbi üçün əsas sübut kimi istinad etdikləri Sumqayıt Şəhər Prokurorluğunun 2021-ci il 20 oktyabr tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı isə ləğv edilmişdir. İddiaçılardan A.Çalbay 17-ci məhəllədə inşa edilən binanın tikintisi üçün pul vəsaiti yatırmış, təsisçi olmuş, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 isə ümumiyyətlə, hüquqi şəxsin fəaliyyətində iştirak etməmiş, pul vəsaiti qoymamışlar. 17ci məhəllədəki bina ilə əlaqədar mənfəət bölüşdürülmüş və hər bir təsisçi payını götürmüşdür. 2016-cı ildə A.Ça lbay 17-ci məhəllədəki binadan əldə etdiyi vəsaitlə özü təkbaşına bina tikmək qərarına gəlmiş, artıq MTK-nın 16-cı məhəllədə tikmək istədiyi binanın xərclərində iştirak etmək istəmədiyini bildirmişdir. A.Çalbay 17-ci məhəllədə bina tikilərkən birgə vəsait hesabına alınmış dəyəri 150.000 manat olan qülləli krandan öz payına düşən 50.000 manatı istəmiş və şirkətdən ayrıldığını bildirmişdir. Ona həmin kranın pulu ödənilmişdir. Göründüyü kimi, iddiaçılardan yalnız A.Çalbayın MTK-da 17-ci məhəllədəki bina ilə bağlı payı olmuş və o, öz payını götürmüş, 16-cı məhəllədəki binaya isə heç bir vəsait qoymamış, oradan ayrıldığını bəyan etmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 avqust tarixli e-2-2(113)-153/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – Z.Axundova).
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçılar cavabdeh MTK-nın inşa etdiyi Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 16-cı məhəllə ünvanında yerləşən binanın tikintisi üçün MTK-ya vəsait qoyduqlarını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişlər. İddiaçıların istinad etdikləri 2021-ci il 6 iyul tarixli 32 nömrəli audit rəyi Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 17-ci məhəllə ünvanında yerləşən bina ilə bağlı olmuşdur. İddiaçıların istinad etdiyi hallar öz təsdiqini tapmadığından, onların mövcudluğunu təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır.
24. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 46, 52.2, 109.1, 109.2, 109.4 - 109.7, 109.9, 109-4.1.5, 109.11, 110.4, 110-2.1, 1102.2, 110-3.1 - 110-3.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 yanvar tarixli 2-2(103)-78/2024 nömrəli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, koope rativin xalis gəlirinin bölüşdürülməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Qanunvericiliyin və Kooperativin nizamnaməsinin tələblərinə görə Kooperativin tikinti planını və smetasını, proqramını, illik hesabatı və mühasibat balansını təsdiq etmək və zərəri bölüşdürmək məsələsinə baxılması və haqqında qərar qəbul olunması Ümumi Yığıncağın müstəsna səlahiyyətinə aiddir. Kooperativin iş materiallarına əlavə edilmiş nizamnaməsində cəmiyyətin fəaliyyəti nəticəsində əldə olunmuş xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi üçün xüsusi qayd a müəyyən edilməsə də, MM-in 110-2.3-cü maddəsində kooperativ üzvlərinin ümumi yığıncağının ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilməsi göstərilmişdir. Kollegiya qeyd etmişdir ki, xalis gəlirin bölüşdürülməsi ilə bağlı məsələ ümumi yığıncağın iclasında baxılmalı, yalnız ümumi yığıncağın qərarından narazı qalındığı təqdirdə məhkəmə qaydasında həmin qərar mübahisələndirilə bilər. Beləliklə, hazırkı mübahisəyə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından iş üzrə icraata xitam verilməlidir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinə cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının iclasının 01/2023 nömrəli 2023-cü il 18 sentyabr tarixli protokolu əlavə olunmuş, hə min protokoldan təsisçilər arasında xalis gəlirinin bölüşdürülməsi məsələsinə baxılaraq qərar çıxarılması müəyyənləşdirilmir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 43.1, 49.1, 109.1, 109.5 - 109.7, 109.9, 109.11, 110-1.5, 110-2.1 - 110-2.3, 111.1, 111.3, 111.3.6-cı, MPM-in 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
31. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin, MM-in 110-2.1, 110-2.2, 111-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh MTK-nın təsisçilərinin ümumi yığı ncağının 2023-cü il 18 sentyabr tarixli iclasının Protokol qərarında kooperativ üzvləri - Qanuni nümayəndə, A.Çalbaya, İddiaçı1, Əli-X14na, İddiaçı3 və X5 ödənilməli olan 1.416.060,00 manat dividendin cavabdehlər tərəfindən kassaya qaytarılması qərara alınmışdır. Ödənilməli olan vəsait MTK-nın əvvəlki sədri Cavabdeh2 və MTK-nın üzvü Cavabdeh3 tərəfindən mənimsənilmişdir. Bu mənimsəmə faktı kooperativin hazırkı sədri Qanuni nümayəndə ümumi yığıncaqdakı məruzəsində aşkar olunmuşdur. Belə ki, qeyd edilən məbləğ kooperativin kassasında müəyyən olunmamışdır və həmin vəsait cavabdehlər tərəfindən mənimsənildiyindən MTK-nın kassasına qaytarılmamışdır. Bu səbəbdən mütləq pay haqlarına uyğun olaraq 1.416.060,00 manat dividendin üzvlərə ödənilməsi üçün məhkəmədənkənar qaydada bütün tədbirlər görülsə də, bu mümkün olmamış və son nəticədə məhkəməyə müraciət edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh MTK-nın sədri Qanuni nümayəndə 2023-cü il 18 sentyabr tarixində Kooperativin ümumi yığıncağının keçirilməsi barədə üzvlərə bildiriş göndərmişdir. 2023-cü il 18 sentyabr tarixində MTK-nın təsisçilərinin ümumi yığıncağının 94% səs və pay hüququ olan üzvlərinin iştirakı ilə iclası baş tutmuşdur. Ümumi yığıncağın həmin iclasda qəbul etdiyi qərarda “X9” MMC-nin MTK-nın Sumqayıt şəhəri, H.Əliyev prospekti 16-cı məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli (mansardlı) 2 girişli yaşayış binasının tikintisinə çəkilmiş xərclərin, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olmuş vəsaitin və təsisçilərlə hesablaşmanın auditinin nəticələrinin təsdiq olunması, Kooperativin sədri işl əmiş Cavabdeh2 və Kooperativ üzvü Cavabdeh3 tərəfindən mənimsənilən Kooperativ üzvləri Qanuni nümayəndə, A.Çalbaya, İddiaçı1, Əli-X14na, İddiaçı3 və X5 ödənilməli olan 1.416.060,00 manat dividend və 228.028,00 manat dividend vergisinin ödənilməsini təmin etmək üçün MTK-nın kassasına qaytarılması məqsədilə həmin şəxslərə mediasiya və pretenziya qaydasında rəsmi müraciətlər edilməsi və eyni zamanda onların əməllərinə hüquqi qiymətin verilməsi üçün MTK adından hüquq mühafizə orqanlarına müraciətin olunması qərara alınmışdır. İş materiallarından da görünür ki, pretenziya göndərilməklə Kooperativin əvvəl sədri işləmiş Cavabdeh2 və Kooperativin üzvü Cavabdeh3 mənimsədikləri dividend məbləğinin və dividend vergisinin 10 gün ərzində qaytarılması xahiş olunmuş, əks təqdirdə məhkəmə və hüquq mühafiz ə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Eyni zamanda Mediasiya Təşkilatına müraciət edilmiş, cavabdehlər 2023-cü il 30 oktyabr tarixinə təyin olunmuş mediasiya prosesində iştirak etmədiklərindən bu barədə müvafiq arayış verilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə olunmasına baxmayaraq cavabdehlər mənimsədikləri 1.416.060,00 manat dividend və 228.028,00 manat dividend vergisinin MTK-nın kassasına qaytarılmasını təmin etməmişlər. Belə olan halda, iddiaçılar MTK-nın təsisçilərinin ümumi yığıncağının 2023-cü il 18 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş dividendin qaytarılması məqsədilə məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüquqlarından istifadə etmiş, məhkəmə isə hazırkı qərardadı ilə bu hüququ məhdudlaşdırmışdır. Üm umi yığıncağın qərarının icrası olaraq iddiaçıların məhkəmədənkənar qaydada başqa təsir vasitəsi olmadığına görə əmlak hüquqlarının müdafiəsi məqsədilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, qətnamə çıxarıldıqdan sonra MTK-nın təsisçilərinin 2023-cü il 18 sentyabr tarixli ümumi yığncağı keçirilmiş və iclasın Protokol qərarında dividendin ödənilməsi qərara alınsa da, cavabdehlərin təqsiri üzündən bu mümkün olmamışdır. İşə mahiyyəti üzrə baxan Bakı Apellyasiya Məhkəməsinə sonradan əldə olunmuş bu sübut təqdim olunsa da, kollegiya sübutu qiymətləndirməyərək məhkəmə mübahisəsinə baxmaqdan əsassız imtina etmiş və iş üzrə icraata xitam vermişdir.
32. MPM-in 88, 390-cı maddələrinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi iddiaçı tərəfindən işin materiallarına əlavə edilən mötəbər sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Məhkəmə kollegiyası müəyyən edilmiş faktlardan mübahisə tərəflərinin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, hazırkı mübahisənin əsasında duran dəlillərdən biri olan MTK-nın təsisçilərinin ümumi yığıncağının 2023-cü il 18 sentyabr tarixli iclasında qəbul edilən qərarını düzgün qiymətləndirməmişdir. Məhkəmə nəzərdən qaçırmışdır ki, hazırkı mübahisə ilə məhkəməyə müraciətin edilməsi MTK-nın təsisçilərinin ümumi yığıncağının 2023-cü il 18 sentyabr tarixli iclasında qərara alınmışdır. Yəni ümumi yığıncaq MTK-nın ali idarəetmə orqanıdır, bu orqanın məhkəməyə müraciət etmək hüququndan istifadə edilməsi qərarına məhkəmə əhəmiyyət verməmişdir. Kooperativin bu ali idarəetmə orqanından üstün orqanı yoxdur. MTK-nın dividendi Su mqayıt şəhəri, H.Əliyev prospekti 16-cı məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli (mansardlı) 2 girişli yaşayış binasının tikintisinə çəkilmiş xərclərin, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olmuş vəsaitin və təsisçilərlə hesablaşmanın auditinin nəticələrinin təsdiq edilməsi nəticəsində müəyyən olunmuşdur ki, bu dividendin ödənilməsi qaydası MM-in 110-2.1, 110-2.2-ci maddələrində nəzərdə tutulmuşdur. Kollegiya qərardadında MM-in 110-2.1, 110-2.2-ci maddələri istisna olmaqla 110-2.3-cü maddəsinə istinad etmişdir. Kollegiya MM-in 110-2.3-cü maddəsini hazırkı mübahisəyə düzgün tətbiq edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
34. Hazırkı kassasiya şikayətində apellyasiya insta nsiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəz ərdə tutulur: “Maddə 110-2. Kooperativin mənfəəti və onun bölüşdürülməsi 110-2.1. Kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 110-2.2. Kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-2.3. Kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və d ividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər.” “Maddə
111. Kooperativdə idarəetmə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanın ın üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz.... 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər....”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya m ülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;... “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiy a instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İddiaçıların kassasiya şikayətinin § 31-32-də göstərilən ümumi yığıncağın 2023-cü il 18 sentyabr tarixli iclasının Protokol qərarının (həmin iclas hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra keçirilmişdir) apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut qismində qiymətləndirilməməsi barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, əvvəla, həmin qərarın hazırki işin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur.
41. Belə ki, iş üzrə icraata xitam verən apellyasiya instansiyası məhkəməsinin mövqeyi də ondan ibarət olmuşdur ki, kooperativin xalis gəlirinin bölüşdürülməsi ilə qərar qəbul edilməsi məhkəmənin deyil, ümumi yığıncağın müstəsna səlahiyyətin ə aiddir.
42. İddiaçının istinad etdiyi cavabdeh MTK-nın təsisçilərinin ümumi yığıncağının 2023cü il 18 sentyabr tarixli iclasının Protokol qərarından da görünür ki, həmin tarixdə MTK-nın təsisçilərinin ümumi yığıncağının 94% səs və pay hüququ olan üzvlərinin iştirakı ilə iclası baş tutmuşdur. Həmin iclasda qəbul edilən qərarda “X9” MMC-nin MTK-nın Sumqayıt şəhəri, H.Əliyev prospekti 16-cı məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli (mansardlı) 2 girişli yaşayış binasının tikintisinə çəkilmiş xərclərin, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olmuş vəsaitin və təsisçilərlə hesablaşmanın auditinin nəticələrinin təsdiq olunması, Kooperativin sədri işləmiş Cavabdeh2 və Kooperativ üzvü Cavabdeh3 tərəfindən mənimsənilən Kooperativ üzvləri Qanuni nümayəndə, A.Çalbaya, İddiaçı1, Əli-X14na, İd diaçı3 və X5 ödənilməli olan 1.416.060,00 manat dividend və 228.028,00 manat dividend vergisinin ödənilməsini təmin etmək üçün MTK-nın kassasına qaytarılması məqsədilə həmin şəxslərə mediasiya və pretenziya qaydasında rəsmi müraciətlər edilməsi və eyni zamanda onların əməllərinə hüquqi qiymətin verilməsi üçün MTK adından hüquq mühafizə orqanlarına müraciətin olunması qərara alınmışdır.
43. Göründüyü kimi ümumi yığıncaq müstəsna səlahiyyətlərinə uyğun olaraq qeyd olunan qərarla “X9” MMC tərəfindən həyata keçirilmiş auditin nəticələri, o cümlədən təsisçilərlə hesablaşmanın auditinin nəticələri təsdiq edilmiş, hazırkı iddiaçılar da daxil olmaqla təsisçilərə 1.416.060,00 manat dividend və 228.028,00 manat dividend vergisinin ödənilməsini təmin etmək üçün tədbirlər görülməsi qərara alınmışdır.
44. Eyni zamanda məhkəmə aktlarının elektron bazasından görünür ki, iddiaçı Cavabdeh1 MTK cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kooperativ üzvləri olan Qanuni nümayəndə, Ayhan Çalbaya, İddiaçı1, Əli-X14na, İddiaçı3 və X3 pay haqlarına uyğun ödənilməli olan 1,416,060.00 (bir milyon dörd yüz on altı min altmış) manat divident məbləği və dövlətin büdcəsinə ödənilməli olan 228,028.00 (iki yüz iyirmi səkkiz min iyirmi səkkiz) manat divident vergisi, 410 (dörd yüz on) manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçının kassasına qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
45. Hazırda həmin iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
46. Kollegiya qeyd edir ki, həmin işin yekun həllindən və cavabdehlərin nə zaman həmin p ulun MTK-nın kassasına qaytarılmasını təmin etmələrindən asılı olmayaraq iddiaçıların dividend almaq hüququ ümumi yığıncağın 2023-cü il 18 sentyabr tarixli qərarı ilə tanınmışdır.
47. Bu mənada kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi həmin qərarın hazırki iş üzrə sübut qismində qiymətləndirilməməsi ilə bağlı dəlili tamamilə əsassızdır.
48. Həmçinin nəzərə alınır ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarındakı hüquqi mövqeyə görə “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanu nun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir”.
49. Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qərardadın ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
50. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
51. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar X20, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 yanvar tarixli 2-2(103)-78/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.