Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-197/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı2 MMM və İddiaçı1 MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul vəsaitinin mədaxili ilə bağlı məlumata düzəliş edilərək digər hesaba mədaxil edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, iddiaçılar İddiaçı2 MMM və İddiaçı1 MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-2(103)-938/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLAR İ 1. 2016-cı il 20 iyun tarixli xəzinə mədaxil orderinin surətindən göründüyü kimi, X13 (bundan sonra – MMM) tərəfindən 14.850 manat vəsait təsisçi payı təyinatı ilə Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) mədaxil edilmişdir. 2. 2016-cı il 20 iyul tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, 234.930 manat məbləğində pul vəsaiti təsisçi payı kredit ödənişi təyinatı ilə İddiaçı1 MMC (bundan sonra –MMC) tərəfindən cavabdehə mədaxil edilmişdir. 3. 2016-cı il 21 iyul tarixli xəzinə mədaxil orderinin surətindən göründüyü kimi, 7.847 manat vəsait təsisçi payı təyinatı ilə iddiaçı tərəfindən cavabdehə mədaxil edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2017-ci il 7 sentyabr tarixli qətnaməsinə əsasən İddiaçı2 MMM-dən Cavabdeh ASC-nin xeyrinə 2014-cü il 26 yanvar tarixli kred it müqaviləsi üzrə 178.000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmaqla tutulması və ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 6 mart tarixli, 2(103)-1/2019 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı 2020-ci il 14 sentyabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2016-ıc il 20 iyul tarixli xəzinə mədaxil orderi ilə cavabdeh tərəfindən iddiaçı MMC-nin xeyrinə mədaxil edilən 234.930 manat vəsaitin düzəliş edilərək iddiaçı MMM-in xeyrinə hesaba mədaxil edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandır ılmışdır ki, X5 (bundan sonra – A.Əliyev), cavabdeh və iddiaçı MMM arasında imzalanan 2011-ci il 26 yanvar tarixli müqaviləyə əsasən, cavabdeh tərəfindən iddiaçı MMM-ə 36 ay müddətinə, illik 21 % olmaqla, 400.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi A.Əliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m. ümumi, 15 kv.m. yaşayış sahəsindən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı MMM tərəfindən kredit məbləği vaxtı-vaxtında ödənilmədiyindən onun şirkətinin təsisçisi və rəhbəri X10 (bundan sonra - S.Rəcəbov), A.Əliyevə müraciət edərək 2016-cı ilin iyul ayına cavabdehə 155.000 ABŞ dol ları ödənildiyi təqdirdə MMM tərəfindən cavabdeh bankdan götürülən kreditin tam bağlanmış olacağını və ipoteka ilə yüklü edilmiş əmlakların ipotekadan azad oluna biləcəyini bildirmişdir. İddiaçı MMM, S.Rəcəbova məxsus, Azərbaycanda santexnika və istilik sistemləri işlərinin görülməsi üzrə ixtisaslaşmış şirkət olmuşdur. A.Əliyev də Azərbaycan Respublikasında tanınmış tikinti şirkəti olan "xxxx" MMC-nin təsisçilərindən biridir. A.Əliyevin, eləcə də, onun qohumu, "xxxx" MMC-nin digər təsisçisi X4 (bundan sonra – R.Sultanov) MMM şirkətinin təsisçisi və direktoru S.Rəcəbov ilə yaxın dost münasibətləri olmuşdur. Həmin dost münasibətlərinə görə də S.Rəcəbovun xahişi ilə A.Əliyevə məxsus mənzillər MMM şirkətinin xeyrinə ipoteka ilə girov qoyulmuşdu. Krediti vaxtında ödəyə bilməyən S.Rəcəbov təkrar olaraq "xxxx" MMC-nin təsisçilərindən işlərinin yaxşı getməməsi səbəbindən qeyri-yaşayış sahəsi kimi istifadə edilən 2 mənzilin bankın əlinə keçməsinin qarşısını almaq üçün 155.000 ABŞ dolları vəsaitin ödənilməsini, bununla da mənzillərin ipotekadan azad edilməsini xahiş etmiş və gələcəkdə onun işləri qaydasına düşəndə hesablaşacaqlarını bildirmişdir. S.Rəcəbovun növbəti xahişi barədə "xxxx" MMC-nin digər həmtəsisçisi X7 (bundan sonra – R.İsmayılov) cavabdeh bankla danışıqlara qoşulmuşdur. Bankın əməkdaşı, eləcə də, İdarə heyətinin üzvü Şakir Allahverdiyev, həmçinin idarə heyətinin sədri Elmir Həsənovla olan şəxsi görüşlərdən sonra, bankın rəhbərliyi banka 155.000 ABŞ dolları vəsaitin ödəniləcəyi təqdirdə MMM tərəfindən bankdan götürülən kreditin tam bağlanacağı, həmin kredit üzrə ipote ka ilə yüklü edilmiş əmlakların azad ediləcəyi bildirilmiş, danışıqların nəticəsi kimi A.X1 (bundan sonra – Ş.Hüseynov) və X11 (bundan sonra – C.Əliyev) vasitəsilə banka 155.000 ABŞ dolları vəsait göndərmişdir. Vəsait 2016-cı il 19 iyul tarixdə banka aparılmış, kassaya təhvil verməzdən qabaq yenə də danışıqlar olmuş, bankdan ipotekaların azad olunması istənilmişdir. Pulu aparanlara mənzillərin ipotekadan azad olunacağı, bununla bağlı formal müqavilənin A.Əliyevə təqdim olunacağı bildirilmiş, hazırda o işlərlə məşğul olan şəxslərin bankda olmadığı, pulun verilib gedilməsi xahiş olunmuşdur. Ş.Hüseynov uzun illər cavabdeh bankla əməkdaşlıq edən mühasib kimi onların sözünə inanaraq, eyni zamanda C.Əliyev də, bankın rəhbər işçiləri tərəfindən deyilən sözün yerinə yetiriləcəyinə əmin olaraq pulu kassaya təhvil verərək bankdan uzaqlaşmışlar. Onlara heç bir qəbz, mədaxil sənədi verilməmişdir. Sonrakı gün banka müraciət edərkən mədaxil qəbzi istənilmiş, qəbz təqdim edildikdən sonra orada xeyrinə mədaxil olunan şirkət hissəsində iddiaçı MMM-in adının deyil, iddiaçı MMC-nin adının yazıldığı məlum olmuşdur. Ş.Hüseynov buna etiraz edərək pulun A.Əliyev tərəfindən iddiaçı MMM üçün ödənilməsi məqsədilə göndərildiyini, onun bu bankda iddiaçı MMM şirkətinin xeyrinə mənzillərinin girovda olduğunu bildirdikdə, bankın rəhbərliyindən Allahverdiyev Şakir və Həsənov Elmir bunun fərqinin olmadığını və mənzillər ipotekadan azad ediləcəyini və formal müqavilənin qaytarılacağını bildirmiş, lakin sonradan mənzillər ipotekadan azad edilməmişdir. İlk vaxtlar cavabdeh mənzillərin ipotekadan azad olunacağ ını, lakin işçilərin Bakıda olmadığını bəhanə edərək işi uzatmış, sonradan isə həmin vəsaitin iddiaçı MMC-nin xeyrinə mədaxil olmasına istinad etməklə ümumiyyətlə mənzilləri azad etməyəcəklərini bildirmişdir. Bu barədə iddiaçı MMM şirkətinin, iddiaçı MMC-nin, A.Əliyevin banka müraciəti və şikayətləri olsa da, məsələ öz müsbət həllini tapmamış, müraciətə cavab belə verilməmişdir. A.Əliyev Nizami rayon məhkəməsində iddia qaldırmış, məhkəmənin qətnaməsi ilə 234.930 manat, yəni 155.000 ABŞ dolları vəsaitin cavabdehə A.Əliyev tərəfindən iddiaçı MMM-in hesabına mədaxil olunmaq üçün göndərildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, 2016-cı il 20 iyul tarixli xəzinə mədaxil orderində göstərilən 234.930 manat, yəni 155.000 ABŞ dolları vəsait düzəliş edilərək iddiaçı MMM-in xeyrinə mədaxil olu nmalıdır.
7. Cavabdeh 2020-ci il 16 noyabr tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 2014-cü il 17 fevral tarixli olmaqla 42 ay müddətinə bağlanmasına, habelə mübahisə predmeti olan xəzinə mədaxil orderinin 2016-cı il 20 iyul tarixli olmasına istinad etməklə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddia tələbini rədd olunmasını xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 1 dekabr tarixli, e-2-2(113)-2501/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim - F.Qasımov).
9. Həmin məhkəmə bildirmişdir ki, iddianın əsaslandığı hal, yəni 234.930 manat vəsaitin 2016-cı il 20 iyul tarixdə cavabdeh MMM-in əvəzinə cavabdeh MMC-nin hesabına mədaxil edilməsi faktı iddiaçıya 1 gün sonra məlum olsa da, iddia ərizəsi ilə məhkəməyə 2020-ci il 14 sentyabr tarixdə müraciət olunmuş, müqavilədən irəli gələn öhdəliklər üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür.
10. Gəldiyi nəticəni məhkəmə “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6.3, 6.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.2, 375.2, 377.1-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü istinad etməklə əsaslandırmışdır.
11. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-2(103)-938/2021 saylı qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı MMM-ə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmaması barədə dəlili ilə razılaşmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1/2019 nömrəli iş üzrə 2019-cu il 6 mart tarixli qətnaməsindən görünür ki, İddiaçı2 MMM həmin iş üzrə tərəf olmuş, onun məhkəmə proseslərində iştirak etməməsi və birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi isə qətnamənin ona münasibətdə qüvvəyə minməsinə və hüquqi nəticələr doğurmasına maneə deyildir. Şikayətin iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə istinad edilərək, iddianın təmin edilməməsinin qanunsuzluğu, iddiaçıların bank tərəfindən hüquqlarının pozulmasını 2016cı il 20 iyul tarixdə deyil, ən tezi 2019-cu ildə bilmələri barədə dəlili də iddia ərizəsində əks olunan “Növbəti günlər, həftələr və aylar ərzində dəfələrlə banka gediş-gəliş oldu” qeydi və birinci instansiya məhkəməsində dindirilən şahidlər Ş.Hüseynov və C.Əliyevin ifadələri ilə tam təkzib olunmuşdur. Həmçinin, cavabdehin iddiaçılar qarşısında hazırkı iddia tələbi məzmununda öhdəliyinin əmələ gəlməsini təsdiq edəcək hər-ha nsı sair mötəbər sübutların mövcudluğu müəyyən olunmamış, iddiaçılar da bu əhəmiyyətə malik dəlilləri məhkəməyə təqdim etməmişdirlər.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6.3, 6.4-cü bəndlərinə, Mülki Məcəllənin 373.2, 375.2, 386.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci, MPM-in 82.3, 233.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 29 oktyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmin tarixdə iddiaçıların nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
16. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçılar kassasiya şikayəti verərək onun ləğv, iddia tə ləblərinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh bank iddiaçıların hüquqlarını pozduğunu əvvəlcə etiraf etməmiş, 2017-ci il 17 iyul tarixli rəsmi məktuba cavab verməmiş, sonradan 2018-ci ildə iddiaçılara qarşı məhkəmə qətnamələri əldə etməklə onların hüquqlarının pozulmasını rəsmiləşdirmişdir. Lakin, iddiaçılar həmin məhkəmə qətnamələri barədə də məlumatlı olmamışdırlar. İddiaçı MMM hüquqlarının pozulmasından 2019-cu il 4 iyul tarixdə (Nəsimi rayon Məhkəməsinin qətnaməsini əldə edərək ondan şikayət verdiyi gün), iddiaçı MMC isə 2019-cu il 23 sentyabr tarixdə (Yasamal rayon Məhkəməsinin 2(004)-2309/2018 saylı qətnam əsini əldə etdiyi gün) məlumatı olmuşdur. Apellyasiya məhkəməsinin istinad etdiyi şahidlərin məhkəmələrdə olan çıxışları isə, cavabdehin hazırki iddiaçılara qarşı məhkəmə çəkişmələri vaxtı olsa da, həmin məhkəmə prosesləri həmin işlər üzrə üçüncü şəxs olan A.Əliyevin apellyasiya şikayəti əsasında baş vermişdir. Həmçinin, həmin proseslərdə iddiaçı MMC ümumiyyətlə tərəf olmamış, iddiaçı MMM isə məhkəmədə iştirak etməmiş, qətnamə A.Əliyevə münasibətdə qəbul olunmuşdur.
18. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2020-ci il 13 yanvar tarixli 2(007)205/2020 saylı qətnaməsində göstərilmişdir ki, “iddiaçı A.Əliyev cavabdeh S.Rəcəbovun təsisçisi olduğu "xxxx" MMM-in Cavabdeh ASC-dən götürdüyü kreditlə əlaqədar öz əmlaklarını bankın xeyrinə yüklü etmiş və 2016-cı il 19 iyul tarixdə ona məxsus şəxsi vəsaiti hesabına "xxxx" MMM-in mühasibi Ş.Hüseynova, eləcə də qohumu C.Əliyevə 155.000 ABŞ dolları və ya həmin tarixə olan kursla 234.930 manat nağd pul vermişdir ki, "xxxx" MMM-in Cavabdeh ASC-yə olan borcunu ödəyib onun əmlakını, yəni iki ədəd mənzilini girovdan azad etsinlər.” Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, lakin şikayət geri qaytarılmışdır. Bu qətnamə hazırki iş üzrə ən mötəbər sübut olsa da, apellyasiya məhkəməsi bu sübuta qiymət verməmiş, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi Nəsimi rayon Məhkəməsinin baxdığı iş üzrə isə iddiaçı MMC ümumiyyətlə tərəf olmamış, iddiaçı MMM isə həmin məhkəmədə iştirak etməmiş, qətnamə şikayət verən ipoteka qoyan üçüncü şəxs A.Əliyevə münasibətdə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Aşağı instansiya məhkəmələri tərəfindən sübutlar ətraflı araşdırılmış və onların mötəbər olub-olmaması prosessual normalara əsasən müəyyən edilmiş, gəlinən nəticə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kass asiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə iddiaçılar tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlan ılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
373. İddia müddətlərihttp://e-qanun.az/framework/46944 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə
375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə ve rdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Milli X18 2002-ci il 10 aprel tarixli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2002-ci il 29 aprel tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikas ının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”
6. Mədaxil kassası 6.3. Gündüz mədaxil kassasına qəbul edilən nağd pul həmin əməliyyat gününün mühasibat balansında əks olunur. 6.4. “elanlar” nağd pulu təqdim edən tərəfindən mürəkkəbli və ya diyircəkli qələmlə doldurulur və bütün rekvizitlər üzrə yoxlanılmaq üçün kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə təqdim olunur: Bank hesabı olmayan fiziki şəxs tərəfindən pul köçürmələri ilə bağlı banka nağd pul şəxsiyyəti təsdiq edən sənədlə birlikdə təqdim edilməlidir. Fiziki şəxs şəxsiyyəti təsdiq edən sənədi təqdim etməkdən imtina etdikdə və ya şəxsiyyəti təsdiq edən sənədlə “elan” arasında uyğunsuzluq olduqda, bank mədaxil əməliyyatını həya ta keçirmir. 6.4.1. Uyğunsuzluq olmadıqda kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs tərəfindən kassa mədaxil jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq müştəriyə qaytarılır. 6.4.2. elanlar” nağd pulla birlikdə kassirə təqdim olunur. 6.4.3. Kassir “elanlar”ın tarixini, məbləğin rəqəmlə və yazı ilə qeyd olunmasını, kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır. Kassir nağd pulu qəbul etdikdən sonra “elanlar”da göstərilən məbləği qəbul etdiyi faktiki məbləğlə tutuşdurur: Məbləğlər uyğun gəldikdə, "nağd pulun mədaxili üçün elan"ın order, qəbz və elan hissəsi kassir tərəfindən imzalanır, order hissəsi hesabdan çıxarış ilə birlikdə müştəri yə təqdim edilməsi üçün məsul icraçıya verilir, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır. Məbləğlər uyğun gəlmədikdə, aşağıda göstərilən qaydada uyğunsuzluq aradan qaldırılır: - nağd pulun məbləği “nağd pulun mədaxili üçün elan”da göstərilən məbləğdən az olduqda, çatışmayan məbləğ müştəri tərəfindən ödənilir və ya faktiki qəbul edilmiş nağd pul məbləği “elanlar”ın arxa tərəfində qeydə alınır, imza və möhürlə təsdiqlənir, yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır; - nağd pulun məbləği “elanlar”da qeyd olunan məbləğdən artıq olduqda, artıq məbləğ müştəriyə qaytarılır və ya faktiki qəbul edilmiş nağd pulun məbləği “elanlar”ın arxa tərəfində qeydə alınır, imza və möhürlə təsdiqlənir, yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 3
6. Banklarla onların müştəriləri arasında münasibətlər 36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. 36.5. Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 233.3 Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. MPM-in 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
25. İddiaçıların kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Nizami rayon Məhkəməsinin 2020-ci il 13 yanvar tarixli 2(007)-205/2020 saylı qətnaməsi hazırki iş üzrə ən mötəbər sübut olsa da, apellyasiya məhkəməsi bu sübuta qiymət verməmiş, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi Nəsimi rayon Məhkəməsinin baxdığı iş üzrə isə iddiaçı MMC ümumiyyətlə tərəf olmamış, iddiaçı MMM isə həmin məhkəmədə iştirak etməmiş, qətnamə şikayət verən i poteka qoyan üçüncü şəxs A.Əliyevə münasibətdə çıxarılmışdır.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.
27. Belə ki, iş materiallarından 2016-cı il 20 iyul tarixli xəzinə mədaxil orderinə əsasən 234.930 manat məbləğində pul vəsaitinin iddiaçı MMC-nin adından onun kredit ödənişi kimi bankdakı hesabına mədaxil olu duğu, həmin orderdə müştərinin adı qrafasında iddiaçı MMC-nin adının və hesab nömrəsinin qeyd edildiyi müəyyən olunmuşdur.
28. Kassasiya şikayətində istinad olunan Bakı şəhər Nizami rayon Məhkəməsinin 2020-ci il 13 yanvar tarixli, 2(007)-205/2020 saylı qətnaməsi ilə X2 və X6 155.000 ABŞ dolları, bilavasitə 2016-cı il 19 iyul tarixə olan kurs üzrə 234.930 manat məbləğində pulun hər iki tərəfdən bərabər surətdə alınıb X3 xeyrinə tutulması qət edilmiş, həmin məhkəmənin 2020-ci il 7 fevral tarixli qərardadı ilə qətnamənin hazırki iş üzrə cavabdeh bankın maraqlarına toxunmasının öz təsdiqini tapmaması əsası ilə ondan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
29. Göründüyü kimi, iddiaçıların apellyasiya şikayətində və təkrarən kassasiya şikayətində mötəbər sübut kimi nəzərə alınmasını tələb etdikləri məhkəmə qətnaməsi A.Əliyevin Ş.Hüseynova və C.Əliyevə qarşı pul tələbinə dair işlə bağlı olmaqla, hazırki iddiaçılar və cavabdeh arasında olan mübahisə ilə həmin qətnamənin preyudisiallığı baxımından hər-hansı əlaqəsinin mövcudluğu müəyyən olunmamışdır.
30. Bundan fərqli olaraq, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2017-ci il 7 sentyabr tarixli, 2(006)-5520/2017 saylı qətnaməsi ilə hazırki iş üzrə cavabdeh bankın hazırki iş üzrə iddiaçı MMM-ə və A.Əliyevə qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə iddia tələbi qismən təmin olunaraq iddiaçı MMM-dən 2014-cü il 26 yanvar tarixli kredit müqaviləsi üzrə 178.000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmaqla bankın xeyrin ə tutulması və ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş, qətnamədə hazırki iş üzrə mübahisə predmeti olan 2016-cı il 20 iyul tarixli xəzinə mədaxil orderinə hüquqi qiymət verilərək həmin ödənişin iddiaçı MMC-nin borcu üzrə aparıldığı və ödənişin iddiaçı MMM-in borcunun qaytarılması kimi hesab oluna bilmədiyi öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 6 mart tarixli, 2(103)-1/2019 saylı qətnaməsi ilə A.Əliyevin həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin olunmamış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı MMM tərəfindən verilmiş kassasiya şikayəti isə apellyasiya məhkəməsinin 2020-ci il 30 yanvar tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardaddan verilən kassasiya şikayə ti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 20 iyul tarixli, 2(102)-3533/2020 saylı qərarı ilə təmin edilməmişdir.
31. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçı MMMin banka kredit borcunun olduğu və hazırki iş üzrə mübahisə predmeti olan 2016-cı il 20 iyul tarixli xəzinə mədaxil orderi üzrə ödənişin iddiaçı MMC-nin kredit ödənişi ilə bağlı olması və həmin mədaxil orderinin iddiaçı MMM-in borcunun ödənilməsi kimi qiymətləndirilə bilməməsi öz təsdiqini tapmış, hazırki iş üzrə iddiaçı MMC tərəfindən isə həmin iş üzrə birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə aktlarının mübahisələndirilməsi müəyyən olunmamışdır.
32. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilm iş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli xəzinə mədaxil orderinə müvafiq hüquqi qiymət verildiyindən və iddiaçı MMM həmin iş üzrə tərəf olduğundan, onun məhkəmə proseslərində iştirak etməməsi və birinci instansiya məhkəməsinin qətnaməsind ən apellyasiya şikayəti verməməsi həmin qətnamənin ona münasibətdə qüvvəyə minməsinə və hüquqi nəticələr yaratasına maneə ola bilməz.
35. Bundan başqa, Azərbaycan Respublikası Milli X18 2002-ci il 10 aprel tarixli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2002-ci il 29 aprel tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6.3-cü bəndinə görə, gündüz mədaxil kassasına qəbul edilən nağd pul həmin əməliyyat gününün mühasibat balansında əks olunur.
36. Həmin Qaydaların 6.4-cü bəndinə görə, “elanlar” nağd pulu təqdim edən tərəfindən mürəkkəbli və ya diyircəkli qələmlə doldurulur və bütün rekvizitlər üzrə yoxlanılmaq üçün kredit tə şkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə təqdim olunur. Uyğunsuzluq olmadıqda kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs tərəfindən kassa mədaxil jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq müştəriyə qaytarılır. “Elanlar” nağd pulla birlikdə kassirə təqdim olunur. Kassir “elanlar”ın tarixini, məbləğin rəqəmlə və yazı ilə qeyd olunmasını, kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır. Kassir nağd pulu qəbul etdikdən sonra “elanlar”da göstərilən məbləği qəbul etdiyi faktiki məbləğlə tutuşdurur. Məbləğlər uyğun gəldikdə, "nağd pulun mədaxili üçün elan"ın order, qəbz və elan hissəsi kassir tərəfindən imzalanı r, order hissəsi hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır.
37. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi).
39. Göründüyü kimi, iddia tələbinin əsaslandığı hal, yəni vəsaitin 2016-cı il 20 iyul tarixdə MMM-in əvəzinə MMC-nin hesabına mədaxil edilməsi faktı iddiaçıya yuxarıda istinad olunan qaydalar baxımından həmin gün və ya ən geci iddia ərizəsində də göstərildiyi kimi 1 gün sonra məlum olsa da, iddia ərizəsi ilə məhkəməyə 2020-ci il 14 sentyabr tarixdə müraciət olunmuş, bununla da müqavilədən irəli gələn öhdəliklər üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür.
40. MPM-in tələblərinə maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, ş ahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
41. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
42. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
43. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
44. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmiş və düzgün nəticəyə gəlinmişdir və iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətində gös tərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-2(103)-938/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
45. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli, 2-2(103)-938/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.