Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-199/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması 20.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu, İddiaçının cavabdehə qarşı "borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 dekabr tarixli 2-2(103)-635/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı 2018-ci il 20 avqust tarixində iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə mürac iət edərək cavabdeh ilə aralarında bağlanmış 2015-ci il 5 mart tarixli QSZ-S 078/0315 saylı alqı-satqı müqaviləsinə xitam verilməsi, müqavilə üzrə ödənilməmiş 18.605,78 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün 12.834 manat cərimənin və 30 manat dövlət rüsumunun, ümumilikdə 31.469,78 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2019-cu il 8 yanvar tarixli 2(002)- 105/2019 saylı qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. 3. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 saylı Sərəncamı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsi yaradılmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 4 mart tarixli 2-2(113)-68/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir (hakim – A.Əliyeva).
5. Cavabdeh 2020-ci il 24 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 dekabr tarixli 2-2(103)-635/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-c i il 4 mart tarixli e-2-2(113)-68/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdehdən 8.668 manat əsas borc, gecikdirilmiş vaxt üçün 867 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 10 manat, ümumilikdə, 9.545 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və E.Kazımov).
7. Cavabdeh 2021-ci il 1 mart tarixində elektron qaydada kassasiya şikayət verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 dekabr tarixli 22(103)-635/2020 saylı qətnaməsinin ləğv edilməsinə, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti icraata qəbul edilmiş, işə kassasiya şikayəti əsasında Azər baycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında baxılması 2021-ci il 18 may tarixə təyin edilmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
402. Kassasiya şikayəti vermə hüququ Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.” “Maddə
407. Kassasiya şikayətinin məzmunu 407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud p rosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması;... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;...” “Maddə
411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkə məsinin hakimi qərardad çıxardır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....”
10. Azərbaycan Respublikası Konstitusıya Məhkəməsı Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral Qərarında aşağıdakılar qeyd olunmuşdur: "Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kas sasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Belə yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Fimar Hacıyevanın Azərbaycana qarşı şikayəti ilə bağlı 22 sentyabr 2005-ci il tarixli qərardadından da irəli gəlir. Həmin qərardadda Avropa Məhkəməsi ərizəçinin şikayətini qeyri-məqbul hesab edərək göstərmişdir ki, ərizəçi Ali Məhkəməyə verdiyi kassasiya şikayətini əsaslandırmayaraq yalnız Apellyasiya Məhkəməsi tərəfindən pros essual pozuntulara yol verildiyini iddia etmişdir. Avropa Məhkəməsi müvafiq dəlili irəli sürməyi şikayətçinin borcu kimi qiymətləndirərək kassasiya məhkəməsinin şikayətçinin dəlillərindən kənar araşdırma aparmaq vəzifəsinin olmaması qənaətinə gəlmişdir. İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
11. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə kassasiya şikayətinə kassasiya icraatında baxıla bilməz.
12. Hazırkı iş üzrə kassasiya şikayətində kassator yalnız işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuş hesab etdiyi konkret maddi və prosessual hüquq normalarını göstərməmişdir.
13. Bununla əlaqədar hazırkı iş üzrə kassasiya şikayəti MPM-nin 407.1.4, 407.2 və 408.1.5-ci maddələrinin tələbləri (bax yuxarıda § 9) pozulmaqla verilmişdir.
14. Həmç inin KMP-nin, MPM-nin 407.1.4, 407.2, 408.1.5 və 416-cı maddələrinə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fimar Hacıyevanın Azərbaycana qarşı şikayəti ilə bağlı 2005-ci il 22 sentyabr tarixli qərardadına istinadən formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 10) görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilməməsi kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qo yulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. Müvafiq dəlillər irəli sürmək şikayətçinin borcudur, kassasiya məhkəməsinin isə şikayətçinin dəlillərindən kənar araşdırma aparmaq vəzifəsi yoxdur.
15. Qeyd edilənlərə əsasən, MPM-nin 417.1.7-ci maddəsinə (bax yuxarıda § 9) görə, hazırkı iş üzrə kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və MPM-nin 407, 408 və 417 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 dekabr tarixli 2-2(103)-635/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Al i Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 aprel tarixli qərardadı ləğv edilsin və kommersiya mübahisələri üzrə iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.