Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-635/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh X3 və onun vəkili X5 iştirakı ilə, İddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“MMC”) cavabdeh X4 (VÖEN:**********) qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-68/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC cavabdeh X4 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.605,78 manat qalıq borcun, gecikdirilmiş vaxt üçün 1860 manat cərimənin və 30 manat dövlət rüsumunun, ümumilikdə 20.495,78 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı MMC (əvvəlki adı “xxxx” MMC) cavabdehə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli QSC-S078/0315 saylı alqı satqı müqaviləsinə əsasən ümumi dəyəri 123.937,95 manat məbləğində 1707,84 ton klinker markalı sement məhsulları satmış, xx.xx.2016-cı il tarixinədək həmin məbləğdən 105.332,17 manatnı cavabdeh ödəmiş, 18.605,78 manat ödənilməmiş qalıq borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə qiymətinin 0,1 faizi miqdarında alıcıya cərimə tətbiq edə bilər. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-68/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, cavabdehlə heç vaxt müqavilə imzalamamış, klinker alış-satışı ilə heç vaxt məşğul olmamışdır. Görünür, kim isəonun şəxsiyyət vəsiqəmi əldə edib, cavabdehlə müqavilə bağlayıb, onun hesabına bəhrələnib. O isə indi görmədiyi məhsula görə maddi məsuliyyət daşımalıdır. İddia ərizəsinə 1 il Bakı şəhəri Qaradağ rayon məhkəməsində baxılıb, sonra bu işi ötürdülər 1 saylı Bakı İqzibati-İqtisadi məhkəməsinə. Burada həmin iş 1,5 il süründürüldükdən sonra işi ötürdülər Bakı Kommersiya Məhkəməsinə. Sonuncu məhkəmə onu məhkəməyə dəvət etmədən, iştirakımı təmin etmədən, qanunsuz qətnamə qəbul etdi. Bu 3 ilə yaxın müddət ərzində 2 dəfə məhkəməxətşünaslıq ekspertizası təyin edildi və hər iki ekspertizanın rəyində göstərildi ki, müqavilədə və qaimə fakturalarda imzalar onun tərəfindən icra olunub. Lakin, bütün məsuliyyətlə etiraf edir ki, həmin müqaviləni və qaimə-fakturaları birinci dəfə məhkəmələrdə görmüş və onları heç vaxt imzalamamışdır. Bu işin üç məhkəmədən keçməsinə baxmayaraq, birinci instansiya məhkəmələrinin hakimləri heç maraqlanmadılar ki, iddiaçı tərəfin nümayəndəsi onunla müqaviləni imzalayan, qaimə-fakturaları imzalayan şəxslərdən birini məhkəmə iclasına dəvət etsinlər və onlar onun üzünə desinlər ki, həqiqətən bu sənədləri o, imzalamışdır. Belə bir şahid yoxdur, ola da bilməz, Ona görə ki, həmin sənədlərdəki imzaları mən çəkməmişəm. Qətnamədən gecikdirilmiş müddət üçün 300 manat cərimə məbləğinin ödənilməsi hissəsindən narazı və şikayətçidir. Belə ki, cavabdeh iddiaçı ilə qarşılıqlı iş birliyi davam edir və mütəmadi olaraq onlardan tikinti obyektlərində istifadə etmək üçün beton məhsulu alınır, Belə bir vəziyyətdə cərimə tələb edilməsi ədalətsizlik olardı. Çünki mütəmadi yerinə yetirilən ödənişlər üzrə hansı məbləğdə pul vəsaitinin borc olaraq gecikdirilməsi və gecikdirmənin konkret hansı məbləğdə borc vəsaitinə görə təyin edilməsi mümkünsüzdür. İddiaçı 48.350,76 manat məbləğində iddia qaldırmış, qısa müddət ərzində borcun böyük bir hissəsi ödənilmiş və 18.350,76 manat borc qalmışdır. Ödəmə aparılan zaman iddiaçı ilə aparılan danışıqlarda borcun məbləği azaldılarsa, məhkəmədə iddianı baxılmamış saxlanılması və cərimə məbləğinin tam götürülməsi barədə razılaşma olmuş, sonradan məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olumasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehlə razılaşmamış, iddia olunan 18.605,78 manat qalıq borc cavabdeh tərəfindən ona təqdim edilən qaimə fakturalar üzrə ödənilməyən əlavə dəyər vergsi üzrə borcu olduğunu qeyd edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə QZS-S-78 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən alıcıya malların hər ay maksimum alış həcmi 1300 ton olmaqla, 1 ton Klinker malı üçün satış qiyməti 61,50 manat və daşınma satıcı tərəfindən həyata keçirildiyi halda xıdmət haqqı sonuncu tərəfindən tətbiq olunacağı müəyyən ləşdirilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən iddia olunur ki, aşağıda göstərilən qaiməfakturalar üzrə cavabdehə mallar təqdim etmişdir: 1) xx.xx.2015-cü il tarixli 8370 №-li qaimə-faktura üzrə malın dəyəri 73 717,59 manat, 18% ƏDV 13 269,17 manat (cəmi 86 986,76 manat); 2) xx.xx.2015-ci il 837193 №-li qaimə-faktura üzrə malın dəyəri 15 960,48 manat, 18% ƏDV 2872,89 manat (cəmi 18.833,37 manat); 3) xx.xx.2015-ci il tarixli 837273 №-li qaimə-faktura üzrə malın dəyəri 2 173,41 manat, 18% ƏDV 391,21 manat (cəmi 2 564,62 manat); 4) xx.xx.2015-ci il tarixli 837319 №-li qaimə-faktura üzrə malın dəyəri 4 758,87 manat, 18% ƏDV 856,60 manat (cəmi 5 615,47 manat); 5) xx.xx.2015-ci il tarixli 046961 №-li qaimə-faktura üzrə malın dəyəri 8 421,81 manat, 18% ƏDV 1515,93 manat (cəmi 9 937,74 manat) İddiaçının məhkəməyə təqdim etdiyi xx xxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, qeyd olunan qaimə-fakturalar üzrə, ümumilikdə cavabdehin ödəməli olduğu 123 937,25 manat məbləğdə borcun 105 332,17 manatı cavabdeh tərfindən ödənilmiş, 18 605,78 manat qalıq borcu qalmışdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, ilk öncə mübahisələndirir ki, iddiaçı ilə müqavilə bağlamamış, ondan mal almamış, kimsə onun adından istifadə etmişdir. Lakin iş materiallarından görünür ki, iş birinci instansiya məhkəmələrinin icraatında olarakən, alqı-satqı müqaviləsində, həmçinin, sadlanan qaimə-fakturalardakı alıcı qarşısında imzaların cavabdehə məxsus olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzində aparılması üçün məhkəməxətşünaslıq ekspertizaları və sənədələrin texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin müxtəlif ekspertləri tərəfindən verilmiş: - xx xxxxxx 2018-ci il tarixdə 29766 №-li (ekspert Əminə İbrahimova, tədqiqatın dəyəri: 142 manat), 27 may 2019-cu il tarixli 11125 №-li (ekspert Mətanət Muradova, tədqiqatın dəyəri 173 manat), xx xxxxxx 2020-ci il tarixli 31382 №-li (ekspert Aygün Həşimova tədqiqatın dəyəri 230 manat) məhkəmə xəttşünaslıq ekspert rəyilərinə əsasən alqı-satqı müqaviləsində “alıcı” qrafasındakı, habelə, qeyd olunan birinci dörd qaimə fakturalarda “təhvil aldı” qrafasındakı imzaların X6 tərfindən icra olunduğu müəyyən olunmuş; - xx xxxxxx 2020-ci il tarixli 31780 №-li sənədlərtin texniki ekspertizası rəyində (ekspert Elza Əhmədova, tədqiqatın dəyəri 61,52 manat) isə yuxarıda 5-ci sırada qeyd olunan - xx.xx.2015-ci il tarixli 046961 №-li qaimə-fakturanın “təhvil aldım” qrafasındakı ağardıcı boyanın altında Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti “Super Petrol” mətnli möhür əksi və imzanın olduğu müəyyən edilmişdir. Həmin rəylərin təsviri əsaslanıdırıcı hissələrindən isə görünür ki, tədqiqat “Əlyazmaların tədqiqat metodikası” imzaların tədqiqat medodikasından istifadə olunmaqla aparılmaqla imzalar təhlil olunmuş və yekun nəticəyə gəlinmişdir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd olunan rəylərin nəticələrini sübut əhəmiyyətli məlumatlar kimi qəbul edir. Belə olan halda, tədqiq olunan xətşünaslıq ekspertizası üzrə ekspertlər tərəfindən verilmiş üç rəyin hər birindən göründüyü kimi, - həm alqı-satqı müqaviləsində, həm də qeyd olunan 1-ci dörd faktura üzrə alıcı qarşısındakı imzaların cavabdehə məxsus olduğu müəyyən edilmiş və yalnız sonuncu - “sənədlərin texniki ekspertizasının rəyində” ümumi dəyəri 9 937,74 manat olan bir ədəd qaimə-faktura üzrə (xx.xx.2015-ci il tarixli 046961 №-li) cavabdehin imzası aşkar edilməmişdir. Beləliklə də, həmin qaimə-faktura istisna olmaqla, cavabdehin apellyasiya şikayətinin alqı-satqı müqaviləsini bağlamadığını və birinci dörd qaimə fakturanı imzalmadığını mübahisələndirən dəlilləri əsassızdır. Digər bir ədəd, xx.xx.2015-ci il tarixli 046961 №-li qaimə-fakturaya gəldikdə, cavabdeh tərəfindən imzalanmadığı, daha konkret “Təhvil aldı” qrafasında “Super Petrol” mətnli möhür əksi və imza mövcud olduğu halda həmin fakturada göstərilən ƏDV daxil, 9 937,74 manat məbəlğində malların cavabdehdən həmin mallara görə ödəniş tələb olunması tamamilə əsassızdır. Hər bir halda, iddiaçı tərəfindən həmin dəyərdə malları cavabdehə təqdim etdiyini təsdiq edə bilən, başqa sübutetmə vasitələri mövcud deyil. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin fakturadakı imzanın ona məxsus olmadığını mübahısələndirən dəlilləri ilə razılaşır. Beləliklə də iddiaçı tərəfindən cavabdehə birinci dörd qaimə faktura üzrə olan ümumilikdə, 114.000,22 manat dəyərində mal verildiyi sübuta yetirilir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, alıcı, satıcı tərəfindən ona mal verildiyi halda, həmin malın dəyərini ödəmək vəzifəsini daşıyır. İddiaçının qeyd olunan maliyyə arayışından göründüyü kimi, satıcıdan aldığı 114.000,22 manat dəyərində malın yalnız 105.332,17 manat məbləği cavabdeh tərəfindən ödənilmişdir. Hər bir halda, MPM-in 77.1-ci maddəsinin tələbi baxımından, daha artıq ödəniş etdiyini və borcunu bağlıdığını sübut etmə yükü, məhz cavabdehin üzərinə düşür. Belə olan halda, cavabdehin iddiaçıya olan qalıq borcu – 8.668 (114000,22- 105.332,17) manat təşkil etmiş olur. Beləliklə də iddiaçının, 18.605,78 manat qalıq borcun cavabdehdən tutulması barədə tələbinin, 8 668,00 manat məbləğində olan hissəsində əsaslı olduğu sübuta yetirilir. Konkret halda, onun gecikdirilmiş vaxt üçün ödənilməsini tələb etdiyi - əsas (18.605,78 manat qalıq) borcun 10 faizi miqdarında - yəni, 1860 manat məbləğində cərimə tələbinə diqqət yetirsək, cavabdehin hazırkı, həqiqiliyi müəyyən edilən 8 668,00 manat məbləğində əsas borcuna münasibətdə, həddindən artıq tənasübsüzdür. Belə ki, 8 668,00 manat məbləğində borcun 10 faizini 867 manat təşkil edir. Bu baxımdan, həmçinin, iddiaçı tərəfindən məhkəməyə alqı-satqı müqaviləsinin 3.1ci bəndinə müvafiq olaraq (ödənişin gecikdirildiyi hər günə görə müqavilə qiymətinin 0,1 faizi miqdarında) hesablama təqdim edilmədiyini, habelə, Mülki Məcəllənin 467-ci maddəsiniən tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçıya olan 8 668,00 manat qalıq borcunun 10 faizi miqdarında, yəni, 867 manat cərimə məbləğinin tutulması hər iki tərəfin əmlak mənafeyinə uyğun və mütənasib hesab edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, əhəmiyyəti olan hallar aydınlaşdırmamış, işdə olan sübutlara, o cümlədən, ekspert rəylərinə düzgün hüquqi qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Qeyd olunan həmin hallar isə MPM-in 385.1-ci maddəsinin tələbinə görə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin qanunsuz, əsassız və ədalətsiz olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-68/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməli, cavabdeh X2 8668 manat əsas borc, gecikdirilmiş vaxt üçün 867 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 10 manat, ümumilikdə, 9545 (doqquz min beş yüz qırx beş) manat tutularaq iddiaçı «İddiaçı” MMCyə ödənilməsi qət olunmalı, qalan hissədə iddia rədd edilməlidir. Eyni zamanda, MPM-in 107, 115, və 119.1-ci maddələrnə müvafiq olaraq məhkəmə məsrəfi kimi, iş üzrə 607 manat məbəlğində ekspertiza xərcinin 407 manatı iddiaçıya, 200 manatı isə cavabdehə aid edilərək, onlardan Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlındakı hesabına tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-68/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı «İddiaçı” MMC-nin iddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 8668 manat əsas borc, gecikdirilmiş vaxt üçün 867 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 10 manat, ümumilikdə, 9545 (doqquz min beş yüz qırx beş) manat tutularaq iddiaçı «İddiaçı” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə 607 manat ekspertiza xərcinin 407 manatı İddiaçı MMC-yə, 200 manatı isə cavabdeh Qurbanov Asim oğluna aid edilərək, onlardan tutularaq AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlındakı hesabına ödənilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-635/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-635/2020
10.12.2020 · Müqavilələrin ləğv edilməsi - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver