Məhkəmə qərarları › İş №2-2(102)-63/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-63/2021

27.01.2021 · Müqavilələrin ləğv edilməsi - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-63/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-ə qarşı pul tələbinə dair iş üzrə QƏRARDAD Açar sözlər: barışıq sazişi əsasında məsələyə hüquqi qiymət verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimi Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və Abiddin Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibinin iştirakı ilə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 avqust tarixli 2-2(103)-370/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı Abşeron RİH cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh MMC ilə Abşeron RİH arasında bağlanmış xxx tarixli, xxx nömrəli və xxx tarixli xxx nömrəli icarə müqavilələrinin ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 3 may tarixli, 2-2(85)-22/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron RİH ilə cavabdeh MMC arasında bağlanmış xxx tarixli, xxx nömrəli və xxx tarixli, xxx nömrəli icarə müqavilələri ləğv olunmuşdur (hakim-Z.Pirverdiyev). Sumqayıt Apellyasiya Məhkəməsinin 2018-ci il 30 yanvar tarixli, 2-2(105)-15/2018 saylı qərardadına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 3 may tarixli qətnaməsinin ləğv olunması və iş aidiyyatı üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdı r. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 yanvar tarixli, 2-2(82)51/2019 saylı qətnaməsi ilə iddiaçı Abşeron RİH-in cavabdeh MMC-ə qarşı müqavilələrin ləğvi tələbinə dair iddiası rədd olunmuş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, 100 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı Abşeron RİH-dən tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD xxx VÖEN ********** Müxbir hesab AZ 4xxx********************SWİFT BİKxxx. Hesab xxx********************) ödənilmişdir (hakim Z.Tağıyev). İddiaçı 2019-cu il 12 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2019-cu il 18 iyul tarixli e-2-2(103)-254/2019 saylı qətnaməsi ilə iddiaçı Abşeron RİH-in apellyasiya şikayəti təmin olunmuş, iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 yanvar tarixli, 2-2(82)-51/2019 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Abşeron RİH-in iddia tələbi təmin olunmuş, iddiaçı Abşeron RİH ilə cavabdeh MMC arasında bağlanmış xxx tarixli xxx nömrəli və 2008-ci il 22 iyul tarixli xxx nömrəli icarə müqavilələri ləğv edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – V.Ağayev və A.Nuriyeva). Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv olunmasını və iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2019-cu il 25 dekabr tarixli, 2-2(102)-519/2019 saylı qərarı ilə cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyul tarixli, 2-2(103)-254/19 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən–K.Bədəlov, hakimlər – İ.Dadaşov və S.Hüseynova). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 avqust tarixli e-2-2(103)-370/2020 saylı qətnaməsi ilə iddiaçı Abşeron RİH tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)51/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin edilmiş, iddiaçı Abşeron RİH ilə cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli xxx nömrəli və xx xxxx 2008-ci il tarixli xxx nömrəli icarə müqavilələri ləğv olunmuşdur (sədrlik edən – R.Qurbanov, hakimlər – E.Nağıyeva və V.Baxışova). Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən hər iki tərəf imzaladıqları ərizə və barışıq sazişi ilə məhkəməyə müraciət edərək onlar arasında bağlanmış xxx tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtlərini müzakirə edib, barışıq sazişinin təsdiq olunmasını xahiş edən tərəflərin izahatla rını dinlədikdən sonra hesab edir ki, işin mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəlmişdirlər:

1. Bu Barışıq Sazişində göstərilən Cavabdehin öhdəliklərinin Cavabdeh tərəfindən yerinə yetiriləcəyi müqabilində İddiaçı Cavabdehə qarşı məhkəmə iddiasından, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xxx saylı xxx tarixli və xxx saylı xxx tarixli torpaq icarə müqavilələrinin ləğv edilməsi tələbindən imtina edir.

2. Cavabdeh adıçəkilən icarə müqavilələri üzrə icarəyə götürülən torpaq sahəsində aşağıdakı işləri görməyi öz öhdəsinə götürür a. 25 hektar torpaq sahəsində əlavə nar ağacları əkmək; b. əlavə su rezervuan qazmaq; c. 25 hektar torpaq sahəsi üçün yeni i rriqasiya sistemi qurmaq; d. 25 hektar torpaq sahəsi üçün yeni su nasosu quraşdırmaq; e. torpaq sahəsində çalışan işçilərin sayını artırmaq; f. 1 (bir) ədəd traktor əldə etmək; və g. çeşidləmə-qutulaşdırma sexi və müvafiq ofis binasını tikmək, bu şərtlə ki, müvafiq dövlət orqanları belə tikinti üçün müvafiq icazə və razılıqları vermiş olsun.

3. Cavabdeh bu Barışıq Sazişinin 2-ci maddəsinin “a”-“d” bəndlərində göstərilmiş öhdəliklərini 2021-ci il 31 dekabr tarixinədək, 2-ci maddənin bəndlərində göstərilmiş öhdəliklərini 2022-ci il 31 dekabr tarixinədək, 2-ci maddənin “g” bəndində göstərilmiş öhdəliyini isə 2023-cü il 31 dekabr tarixinədək yerinə yetirməyi öhdəsinə götürür..

4. Cavabdeh bu Barışıq Sazişi üzrə öhdəliklərinin icrası barədə hər təqvim ilində 1 (bir) dəfə olmaqla İddiaçıya yazıl ı məlumat verməlidir.

5. Bu Barışıq Sazişi üzrə cavabdehin öhdəliklərinin icrası ilə tanış olmaq üçün İddiaçı icarəyə götürülmüş torpaq sahəsinə Cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı ilə baxış keçirə bilər. Torpaq sahəsinə keçirilən baxış barədə İddiaçı Cavabdehə 5 (beş) iş günü qabaqcadan yazılı məlumat verməlidir.

6. Tərəflərin bu Barışıq Sazişi üzrə öhdəliklərinin icra edilməməsi və ya icrasının gecikdirilməsi onların iradəsindən birbaşa və ya dolayısı ilə asılı olmayan hal səbəbindən (o cümlədən, lakin bunlarla məhdudlaşmadan tətillər, üsyanlar, işin dayandırılması, əmək mübahisələri, hadisələr, müharibə və terror aktları, mülki və hərbi iğtişaşlar, təbiət hadisələri, epidemiyalar, dayanmalar, kommunal və kommunikasiya xətlərinin və avadanlığın (o cümlədən suyun təclüzatmın ) itirilməsi və ya zədələnməsi, dövlət orqanlarının və dövlət hakimiyyti funksiyaların həyata keçirən şəxslərin və qurumların qərarları) baş verdiyi təqdirdə Tərəf öhdəliyin belə icra edilməməsi və ya öhdəliyin icrasının gecikdirilməsinə məsuliyyət daşımır (bundan sonra “Fors-Major Halı”).

7. Fors-Major halı səbəbindən öhdəliyinin icrasını həyata keçirə bilməyən və ya vaxtında həyata keçirə bilməyən Tərəf (bundan sonra “Məruz Qalmış Tərəf’ adlanacaq) digər Tərəfə (“Məruz Qalmayan Tərəf’ adlanacaq) yazılı bildiriş təqdim etməlidir. Yazılı bildirişdə Fors- Major Halı təsvir edilməli və Fors-Major Halının onun hansı öhdəliyinin icrasına təsir etdiyi bildirişdə göstərməlidir. Məruz Qalmış Tərəf belə yazılı bildirişi ForsMajor Halının onun öhdəliyin icrasına təsir etdiyini bildikdən sonra 15 (o n beş) iş günü ərzində Məruz Qalmayan Tərəfə göndərməlidir. Məruz Qalmış Tərəf Fors-Major Halının onun öhdəliyinin icrasına təsirinin bitməsindən mümkün qədər qısa zamanda öz öhdəliyinin icrasına başlamalıdır.

8. Hər bir tərəfin hazırkı məhkəmə işi ilə əlaqədar çəkdiyi bütün məhkəmə xərcləri onun özünə aid edilir və tərəflər bu məhkəmə xərclərinin əvəzini bir-birinə ödəmirlər.

9. Bu Barışıq Sazişini imzaladıqdan dərhal sonra Tərəflər bu Barışıq Sazişinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi üçün müvafiq ərizə ilə birlikdə onu Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim edirlər. Tərəflər bu Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla tələb olunun hər hansı digər hərək ətləri də icra etməyi öhdəsinə götürürlər.

10. Barışıq Sazişinin təsdiq edilməsinin və iş üzrə icraata xitam verilməsinin nəticələri tərəflərə aydındır. Tərəflər başa düşürlər ki, Barışıq Sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə gələcəkdə iddia qaldırılmasını istisna edir.

11. Bu Barışıq Sazişi onun Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə müvafiq məhkəmə aktının qanuni qüvvəyə minməsi ilə eyni tarixdə qüvvəyə minir.

12. Bu Barışıq Sazişi 2(iki) vərəqdən, 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanır və möhürlə təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişi, iddianın etiraf edilməsi, iddiadan imtina edilməsi ilə bağlı qaydalar və bu hərəkətlərin məhkəmə tərəfindən qəbul olunmaması ilə bağlı qaydalar Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.3, 52.3, 52.4, 52.5-ci maddələrində nəzərdə tutulmuşdur. Bundan başqa həmin normalara əsasən barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir, belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in: - 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. - 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin ba rışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişi qanuna ziddir və buna görə də təsdiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 362-ci maddəsində etibarnamə ilə bağlı qaydalar nəzərdə tutulmuşdur. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verili r (Mülki Məcəllənin 362.1, 362.5-ci maddələri). Bundan başqa MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə ki, Barışıq Sazişi İddiaçı adından Hüquq şöbəsinin müdiri kimi xxx oğlu tərəfindən imzalanmışdır. Lakin, iş materiallarında onun həmin vəzifədə işləməsini göstərən mötəbər sübut təqdim olunmamış, İdd iaçı adından xxxa hazırki iş üzrə icarə müqavilələrinin ləğv edilməsi tələblərindən imtina olunması və barışıq sazişinin bağlanması səlahiyyətinin verilməsinə dair etibarnamə verilməmişdir. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməməli, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 18 avqust tarixli e-2-2(103)-370/2020 saylı qətnaməsindən verilən kassasiya şikayətinə əsasən işin mahiyyəti üzrə baxılması davam edilməlidir. Şərh olunanları və MPM-in 52.3, 52.4, 52.5, 74.2, 191.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh MMC arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməsin. Kassasiya şikayətinə əsasən işin mahiyyəti üzrə baxılması davam etdirilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar