Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-519/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: (torpaq icarə müqaviləsinin ləğvi, pretenziya qaydasına əməl edilməsi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqavilələrinin ləğv edilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-254/2019 saylı 18 iy ul 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 25 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə iddiaçı) ilə Cavabdeh (bundan sonra mətndə cavabdeh) arasında bağlanmış 22 yanvar 2008-ci il tarixli 062 №-li icarə müqaviləsinə əsasən, Zirə Tərəvəzçilik - Südçülük sovxozunun ərazisində ilk öncə 50 ha, daha sonra 22.07.2008-ci il tarixli 800 №-li icarə müqaviləsinə əsasən əlavə olaraq 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 99 il müddətinə cavabdehin icarəsinə verilmişdir. İddiaçı tərəfindən “Cavabdeh" MMC-nin rəhbərliyinə ünvanlanmış 08 iyun 2016-cı il tarixli, 1667 nömrəli məktubda bildirilir ki, İddiaçı idarəçiliyində olan X3 aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mövcud icarəçilər tərəfindən istifadə vəziyyəti RİH-də yaradılmış komissiya tərəfindən mütəmadi yoxlanılır. Komissiya tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı başçısının 22.01.2008-ci il tarixli 062 nömrəli və 22.07.2008-ci il tarixli 800 nömrəli sərəncamları ilə MMC-nin icarəsinə verilmiş, ümumilikdə 75 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təyinatına uyğun istifadə olunmur, torpaq sahəsinə görə icarə haqlarının ödənişi həyata keçirilmir. Qeyd olunanlara əsasən göstərilən nöqsanların aradan qaldırılması istiqamətində tərəflərindən təxirəsalınmaz tədbirlərin görülməsi və nəticəsi barədə rayon İcra Hakimiyyətinə məlumat verilməsi xahiş olunur. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq tərəflər arasında b ağlanmış 22 yanvar 2008-ci il tarixli 062 №-li və 22.07.2008-ci il tarixli 800 №-li icarə müqavilələrinin ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı başçısının 22.01.2008-ci il tarixli, 062 saylı sərəncamı ilə Cavabdeh MMC-yə 99 (doxsan doqquz) illik icarə qaydasında keçmiş xxx sovxozu ərazisindən 50 hektar torpaq sahəsi ayrılması barədə icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Elə həmin ildə RİHB-nın digər bir sərəncamı ilə (22.07.2008-ci il tarixli, 800 nömrəli) yuxarıda qeyd olunan ərazidən daha 25 hektar torpaq sahəsi 99 illik icarə qaydasında Cavabdeh MMC-nin icarəsinə verilmişdir. İcarəyə verilmiş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan təyinatına uyğun istif adə edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır. Lakin torpaq sahələri cavabdehə ayrıldığı müddətdən bu günə kimi təyinatı üzrə istifadə edilmir, icarə haqqları ödənilmir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün cavabdehə edilən xəbərdarlıqlar, yazılı bildirişlər nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti meydana gəlmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2-2(82)51/2019 saylı qətnaməsi ilə (hakim: Z.M.Tağıyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinin ləğvi üçün əsas mövcud deyil. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2-2(103)254/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2-2(82)-51/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 yanvar 2008-ci il tarixli 062 nömrəli və 22 iyul 2008-ci il tarixli 800 nömrəli icarə müqavilələri ləğv edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh onun icarəsinə verilən torpaq sahələrindən məqsədli təyinatına uyğun istifadə etməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2-2(103)-254/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam olaraq rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin qətnamədə əks etdirdiyi dəlillər məhkəmə kollegiyasının özü tərəfindən müəyyən etdiyi işin faktiki hallarına ziddir. “xxxx” MMC tərəfindən torpağın üzərində işlər iddiaçının məhkəməyə müraciət etməsindən xeyli əvvəl başlanmışdır. Məhkəmə özü qətnamədə (səh.3) qeyd edir ki, “xxxx” MMC-nin istifadəsində olan cəmi 75 ha əkinə yararlı torpaq sahəsinin 25 hektarı heyva bitkisinin biriki illik cavan qələmlərdən ibarət bağ altında, 25 hektarı birillik nar bitkisinin qələmlərdən ibarət bağ altında, 10 ha sarımsaq əkinləri altında v ə 15 ha ərazi isə erkən yazda tərəvəz bitkiləri əkmək üçün nəzərdə tutulmuşdur. Ekspertiza keçirildiyi dövrdə 10 ha sarımsaq əkininin 8 hektarında əkinın başa çatdığı, qalan 2 hektarında isə əkin davam etdirildiyi müəyyən edilmişdir. Qətnamənin 4-cü səhifəsində isə məhkəmə qeyd edir ki, X2 şahid qismində ifadəsi alınarkən bir-iki il bundan əvvəl ərazidə əkin işlərinin aparıldığını, heyva və nar qələmlərinin torpağa basdırıldığını təsdiq etmişdir. Lakin məhkəmə bu faktlara hüquqi qiymət verən zaman nəzərə almamışdır ki, əgər 2 illik bitkilərin olduğu 2018-ci ildə müəyyən edilirsə, deməli həmin bitkilər 2016-cı ildə əkilmişdir. Onların əkilməsi üçün isə torpağın becərilməsi ən azı 2015-ci ildən başlanmışdır. Amma məhkəmə bu halı müəyyən etmək əvəzinə, özü mütəxəssis kimi əkin sahəsinə baxış keçirmiş və heç bir xüsusi biliyə malik olmadan əsassız olaraq iddianı təmin etmişdir. Halbuki, məhkəmə iş materiallarında olan kifayət qədər əsaslandırılmış ixtisaslı ekspertlər tərəfindən verilmiş ekspert rəyində göstərilənlərə hüquqi qiymət verməli idi. Daha sonra qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tərtib edilmiş 20.07.2018-ci il tarixli yerli baxış aktına (protokoluna) qətnamənin ləğvi üçün əsaslardan biri kimi istinad edir və qeyd edir ki, həmin akt cavabdehin vəkili tərəfindən tərtib edilmişdir. Halbuki, həmin tarixdə keçirilmiş yerli baxış zamanı həm işə sədrlik etmiş hakim, həmçinin məhkəmə iclas katibi yerli baxışda şəxsən iştirak etmişlər və müvafiq sənədləşmə işləri onlar tərəfindən aparılmışdır, vəkil tərəfindən yox. Eyni z amanda mübahisələndirilən məhkəmə qətnaməsindən də görünür ki, məhkəmə cavabdehin vəkilinin soyadını və adını bir- iki yerdə səhv göstərmişdir ki, bu da protokolun qiymətləndirilməsində məhkəmənin diqqətsiz yanaşmasının göstəricisidir. Ən əsası isə odur ki, birinci instansiya məhkəməsi qeyd edilən yerli baxış protokolunu sübut kimi müəyyən etməmiş, ona hüquqi qiymət verməmiş, ondan iddianın rədd edilməsi qismində istifadə etməmişdir. Həmin yerli baxışdan sonra məhkəmə tərəfindən aqro-texniki ekspertizanın keçirilməsi qərara alınmışdır. Bundan başqa məhkəmə nədənsə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron rayon Statistika Komitəsinin 25 iyun 2019-cu il tarixli 154 saylı məktubunu icarə müqavilələri üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilmədiyini təsdiq edən sən əd kimi qəbul etmişdir. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, Abşeron RİHnin 12.06.2019-cu il tarixli müraciətinə cavab olaraq da bildirmişdir ki, Cavabdeh MMC-nin əkin sahələri və ya digər istehsal və emal işləri haqqında heç bir məlumat olmamışdır. Lakin işə baxan məhkəmə kollegiyası nəzərə almamışdır ki, cavabdehin qeydiyyatı və yerləşmə yeri Bakı şəhərinin Nizami rayonudur və bütün hesabatlar Nizami rayon ərazisi üzrə verilir. Belə olan halda Abşeron rayon Statistika Komitəsinin Nizami rayonu üzrə qeydiyyatda olan hüquqi şəxsin statistik məlumatlarina malik ola bilməz və bu məktub sübut kimi məhkəmə tərəfindən qəbul etməməlidir. Şikayət müəllifi həmçinin bildirir ki, məhkəmə müqavilə öhdəlikləri ilə bağlı iddiaçının pretenziya qaydasına əməl etməməsini nəzərə almamışdır. İş mater iallarında 10-11-ci səhifədə olan məktublardan birincisində 08.06.2016-cı il tarixi göstərilsə də, digər səhifədə olan məktubda bu tarixin 17.10.2016-cı il olması müəyyən edilir. Eyni zamanda iddiaçı tərəfindən pretenziya məktubunun cavabdehə çatdırılması vaxtını sübut edən hər hansı bir qəbz məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda isə əks etdirilir ki, iddiaçı ona məktubu məhz 17.10.2016-cı il tarixdə təqdim etmişdir. RİH-nin məktubunun 4 ay ərzində cavabdehə çatdırılmaması isə qeyrimümkündür. Deməli, məktub sadəcə arxa tarixlə cavabdehə göndərilmişdir ki, pretenziya müddətlərinə əməl edilməsi güman edilsin. Eyni zamanda iddiaçı iddia ərizəsi ilə məhkəməyə 15.11.2016-cı il tarixdə müraciət etmişdir. İcarə müqavilələrində icarədar olan iddiaçının müqaviləyə xitam vermək hüququ məhdudlaşdırılmışdır və burada (2.14-cü bənd) qeyd edilir ki, Tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu müqavilənin pozulmasına yol vermir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2-2(103)-254/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin tam olaraq rədd edilmə si barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə ya naşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərt ərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdı r. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bununla bağlı olaraq məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ məhkəmə icraatının bütün növləri, o cümlədən də mülki məhkəmə icraatı çərçivəçində həyata keçirili r. MPM-in 4.1-ci maddəsindən görünür ki, hüquq və azadlıqların, habelə qanuni maraqların müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qayda mülki prosessual qanunvericiliklə müəyyən edilən mülki məhkəmə icraatının qaydalarıdır. Qanunvericilik belə qaydaları müəyyən etməklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmini göstərir. Bunlar elə qaydalardır ki, məhkəmə müdafiəsi hüququnun onlardan kənarda realizə edilməsi mümkün deyildir və bu hüququn subyekti öz hüquq və azadlığının, eləcə də qanuni mənafelərinin həmin üsulla müdafiəsi istiqamətində fəaliyyət zamanı mütləq bu qaydaların tələblərinə əməl etməlidir. Pretenziya qaydasına riayət olunması mübahisələrin məhkəməyə çıxarılmadan tərəflər arasında qarşılıql ı razılıq əsasında həll olunmasına imkan yaradır. Azərbaycan Respublikası MPM-in 4.3-cü maddəsinə əsasən, məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında müxtəlif kateqoriyadan olan mübahisələr üçün onların pretenziya qaydasında nizama salınması nəzərdə tutulur. Hazırki işdə iddiaçı icarə müqavilələrinin ləğv edilməsini xahiş etmişdir. Həmin icarə müqavilələrində məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydası nəzərdə tutulmuşdur.( icarə müqavilələrinin 2.14-cü maddəsi). Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında n izama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir (MPM-in 150.0.7-ci maddəsi). Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq qaytarılır. MPM-in 150.0.7-ci maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə, bu, pretenziya qaydasının tətbiqi imkanının itirilibitirilməməsindən asılı olaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün əsasdır (MPM-in 259.0.1 və 261.0.9-cu maddələri). Kassasiya şikayətində də göstərildiyi kimi, iş materiallarının 10-11-ci səhifəsində olan pretenziya məktublarının birincis ində məktubun göndərilmə tarixi 08.06.2016-cı il göstərilsə də, digər səhifədə olan məktubda bu tarixin 17.10.2016-cı il olması müəyyən edilir. Eyni zamanda, iddiaçı tərəfindən pretenziya məktubunun cavabdehə çatdırılması vaxtını sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, pretenziya məktubunun cavabdehə təqdim edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsi müqavilə öhdəlikləri üzrə iddiaçının pretenziya qaydasına əməl edilib edilməməsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü maddəsində qeyd edilir ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Poz ulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu müqavilənin pozulmasına yol vermir. Göründüyü kimi, icarə müqavilələrinin 2.14-cü maddəsinə əsasən, cavabdeh öhdəliklərini pozubsa, iddiaçı pozuntu təşkil edən faktlar barədə cavabdehi rəsmi qaydada xəbərdar etdikdən sonra, 60 gün müddətində həmin pozuntular aradan qaldırılmazsa, yalnız bundan sonra məhkəmədə iddia qaldıra bilər. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən müqavilələrin qeyd edilən şərtinə iddiaçı tərəfindən əməl-edilib edilməməsinə hüquqi qiymət verməmişdir və iş materiallarında iddiaçının müqavilələrin bu şərtinə əməl etməsinə dair heç bir sübut yoxdur. İş materiallarında olan, iddiaçı tərəf indən məhkəməyə təqdim edilmiş Abşeron rayon Statistika Komitəsinin 25 iyun 2019-cu il tarixli 154 saylı məktubunda icarə müqavilələri üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi bildirilir. Həmin məktubda qeyd edilmişdir ki, Abşeron RİH-nin 12.06.2019-cu il tarixli müraciətinə cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC-nin əkin sahələri və ya digər istehsal və emal işləri haqqında heç bir məlumat olmamışdır. Beləliklə də apelyasiya instansiyası məhkəməsi həmin məktubu mötəbər sübut kimi qəbul edərək, cavabdehin ona icarəyə verilmiş torpaq sahələrindən təyinatı üzrə istifadə etməməsi qənaətinə gəlmişdir. Halbuki, cavabdehin hüquqi ünvanı və yerləşmə yeri Bakı şəhərinin Nizami rayonunda yerləşir. Belə olan halda, cavabdehə aid statistik hesablama məlumatlarının Abşeron ray on Statistika Komitəsindən tələb edilməsi və həmin təşkilatın cavab olaraq göndərdiyi məktubun mötəbər sübut kimi qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Bundan əlavə, iş materiallarında olan, yerində müayinə protokolunu da mötəbər sübut kimi qiymətləndirmək olmaz. Belə ki, yerində müayinə protokolundan görünür ki, yerli müayinə 07 iyul 2019-cu il tarixdə, saat 14:40-da başlanmış və saat 15:00-da başa çatmış, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, yerli müayinə zamanı cavabdehin həmin təsərrüfatda çalışan fəhləsi Adil Abdullayevin şahid qismində ifadəsi alınmışdır. İş materillarında olan iltizamdan isə görünür ki, şahid xxx həmin iltizamı 16:00-da imzalamışdır. Halbuki, həmin vaxt artıq prosessual hərəkətlər başa çatmış və bu barədə müvafiq protok ol tətib edilmişdir. (cild 2, səh 174-176) Azərbaycan Respublikası MPM-nin 194.1-ci maddəsinə əsasən, sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. Ona görə də, həmin yerli müayinə protokolu sübut kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən həmin müayinə protokolunu sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. ( 217.1 və 217.3) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217-ci maddəsinin tələblərinə uyğun deyil. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğun kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417, 418.1 və 419-cu m addələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-254/2019 saylı 18 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-519/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-519/2019
25.12.2019 · Müqavilələrin ləğv edilməsi - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver