Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-2/2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-02/19 Bakı şəhəri xx xxxxxx 2020-ci il 22.01.2020 Açar sözlər: hesabdan silinmiş vergi borcunun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı MMC-nin vəkili Vəkil, cavabdeh “Cavabdehs” ASC-nin vəkili Vüqar Əmrahovun, üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin nümayəndəsi xxx1un və vəkili Ruslan Mustafayevin iştirakları ilə, İddiaçı MMC-nin direktoru xxx2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-558/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh ASC-yə qarşı (bundan sonra mətndə cavabdeh) Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti üçüncü şəxs qismində cəlb olunmaqla (bundan sonra mətndə üçüncü şəxs) 8.419,46 manat vəsaitin, əldən çıxmış faydaya görə 19.000 manat və işgüzar nüfuzun pozulmasına görə 100.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)385/2019 saylı qətnaməsi ilə (hakim Fərid Mədətli) iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-558/2019 saylı qətnaməsi ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. xx xxxx 2018-ci il tarixdə iddiaçının cavabdehə etdiyi müraciəti əsasında xx xxxxxxxx 2010-cu il tarixli, 634896 saylı bank hesabı müqaviləsi əs asında AZ88BRES00**********63489601 saylı cari hesabı açılmışdır. xx xxxxxxxx 2018-ci il tarixli bank hesab bəyənnaməsindən görünür ki, bank tərəfindən iddiaçının hesabında olan vəsaitdən 8.419,46 manat vəsait silinmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunun mətnindən müəyyən edilir ki, İddiaçı MMC bankdakı cari hesabında olan pulun 8.419,46 manat hissəsinin xx xxxxxxxx 2018ci il tarixdə sərəncam olmadan X1 AZ 17CTRE******************** hesabına “Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin ******* **********5A saylı sərəncamı əsasında” köçürüldüyü qeyd olunaraq, silinmiş pul vəsaitinin hesaba geri qaytarılmadığı və dəymiş zərərin ödənilməsinin təmin edilməməsi səbəbindən bankın təqsiri ucbatından vəsaitindən xx.xx.2018-ci il tarixdən pretenziya göndə rilən tarixə əldən çıxmış faydaya görə 6.000,00 manat zərərin hesablarına ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli müraciətə baxılması haqqında məktubda cəmiyyətin xx xxxxxxxx 2018-ci il tarixə şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalmanın mövcud olmadığı, həmçinin vergi orqanı tərəfindən cəmiyyətin bank hesablarından sərəncamların geri çağırılmasının təmin edildiyi bildirilmişdir. Vergi orqanı tərəfindən cavabdehə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli müraciətə baxılması haqqında məktubda İddiaçı MMC-nin dövlət büdcəsinə ödənilməmiş vergi borcu olduğu üçün xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh ASC-də olan bank hesablarına **********4A, **********75a, **********6A nömrəli sərəncamların hazırlanaraq göndərildiyi, eyni zamanda İddiaçı MMC-nin dövlət büdcəsinə ödənilməmiş vergi borcu olmadığı üçün bank hesablarında aktiv dondurulmalı və alınmalı sərəncamların mövcud olmadığı, əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə müraciət edilə bilməsi göstərilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən məhkəmə tərəfindən göndərilmiş sorğuya cavabda bildirilmişdir ki, vergi orqanı tərəfindən "İddiaçı" MMC-nin dövlət büdcəsinə ödənilməmiş vergi borcu olduğu üçün xx xxxxxxxx 2018-ci il tarixdə "Cavabdeh" ASC-də olan bank hesabına **********5A nömrəli sərəncam hazırlanaraq göndərilmiş və qeyd edilən sərəncam dövlət büdcəsinə ödənilməmiş vergi borcu olmadığı üçün xx xxxxxxxx 2018-ci il tarixdə geri çağırılmışdır. Eyni zamanda bildiririk ki, xx xxxx 2019-cu il tarixə "İddiaçı" MMC-nin dövlət büdcəsinə ödənilməmiş vergi borcu olmadığı üçün bank hesablarında aktiv dondurulmalı və alınmalı sərəncamlar mövcud deyildir. İşin halları kimi müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən geri götürülmə barədə sərəncam xx xxxxxxxx 2018-ci il saat 14:05-də banka daxil olanda xx xxxxxxxx 2018-ci il tarixdə hazırlanmış **********5A nömrəli sərəncam banka hələ göndərilməmişdir. Yəni vergi orqanı tərəfindən mövcud olmayan sərəncam geri çağırıldığından sistemin bunu icra etmə imkanı olmamışdır. Vergi orqanı tərəfindən icra edilməsi üçün **********5A nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli sərəncam Xırda Ödənişlər üzrə X3 (XÖHKS) vasitəsilə banka xx xxxxxxxx 2018-ci il tarixdə saat 17:24-də göndərildi yindən və sözügedən sistemə müvafiq olaraq sərəncam günün bağlanması prosesindən (17:05) sonra daxil olduğuna görə ertəsi gün, yəni xx xxxxxxxx 2018-ci il tarixdə icra edilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, sərəncamın icrası ilə iddiaçının əmlakında itki yaranmadığından və onun hesabından silinmiş məbləğ onun şəxsi vərəqində artıq ödəmə kimi qeydə alındığından, bunu iddiaçıya dəymiş maddi zərər kimi qiymətləndirmək olmaz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 4-1.7, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.3, 65.6, 65.9, 87.3, 87.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,1, 21.2, 443.4, 1096, prosessual h üquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx xxxx 2019-cu il tarixli məktubunda **********5A saylı sərəncamın cavabdehə xx xxxxxxxx 2018-ci il tarixdə göndərildiyi və xx xxxxxxxx 2018-ci il tarixdə geri çağırıldığı qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehin mövcud olmayan sərəncamın xx xxxxxxxx 2018-ci il tarixdə geri çağırılmasına dair dəlili əsassız olmuş, məhkəmə isə vergi orqanı tərəfindən göndərilmiş məktubu nəzərə almadan, yalnız cavabdehin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikay ətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiy a şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, vergi orqanı tərəfindən geri götürülmə barədə sərəncam banka ilkin, yəni vəsaitin alınması barədə sərəncamdan daha əvvəl daxil olduğundan, hələ mövcud olmayan sərəncamın geri götürülməsinin sistem tərəfindən icra edilməsi mümkün olmamışdır. Vəsaitin alınmasına dair sərəncam isə banka günün bağlanması prosesindən sonra daxil olduğundan, növbəti gün icra edilmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdi r ki, cavabdeh prosessual qanunvericiliklə üzərinə qoyulmuş sübutetmə yükünü kifayət qədər daşımamış, məhkəmə isə cavabdehin gətirdiyi dəlilləri istisna edən sübutlara lazımi qiymət verməmişdir. Məhkmə kollegiyası dəlil üzrə şağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş normaların məzmununa görə iddia qaldıran şəxs zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmalı, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə, mübahəsinin həlli üçün ilk növbədə sadalanmış dispozitiv şərtlərin müəyyən olunması zəruridir. İddiaçı ilə cavabdeh arasında bank hesabı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş və iddiaçı həmin müqavilə üzrə cavabdehin hərəkətlərinin qanunsuz olmasına əsaslanmaqla dəymiş zərərin ödənilməsini tələb etmişdir. Apellyasiya məhkəmə si cavabdehin hərəkətlərinin qanuni olması nəticəsinə gəlməklə hüquqi əsas kimi Azərbaycan Respublikası Milli X5 xx xxxxxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan respublikasinda nağdsiz hesablaşmalar və pul köçürmələri haqqinda” Təlimata istinad etmişdir. Halbuki, bu Təlimat xx xxxxxxxx 2013-cü il tarixli, 19/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi X4 qərarı ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin hüquqi əsasını həmçiin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) aşağıdakı müddəaları təşkil edir: - 958-ci maddəsinə əsasən, bank müştəri üçün həmin növ hesablardan ötrü qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulan əməliyyatlar aparmalıdır, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın; - 964-cü maddəsinə əsasən, hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Maddələrin tələbləri belə izah olunur ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmamışdırsa, həmin müqavilə üzrə hesablaşmaların aparılması qaydası qanunla, qanuna əsasən qəbul olunmuş bank qaydaları ilə tənzimlənməlidir. Qanunla müəyyən edilmiş qaydalarda müştərinin sərəncamı olmadan onun hesabında olan pul vəsaitinin silinməsi halları nəzərdə tutulmuşdur. Bu maddələrin tələb lərinə uyğun olaraq Azərbaycan Respublikası Milli Bankının xx xxxxxxxx 2013-cü il tarixli, 19/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat” (bundan sonra mətndə - Təlimat), habelə sonuncu halda “qanunla müəyyən eilmiş qaydaya” Azərbaycan Respublikasının Vergi Məcəlləsi aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdakı müddəalarında vergi orqanlarının müvafiq vergi borcunun alınması ilə bağlı sərəncamların qoyulması əks olunmuşdur: - 65.2.1-ci maddəsin əsasən, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödə niş) sənədi olan sərəncam verir; - 65.3-ci maddəsinə əsasən, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir. İstinad edilmiş Təlimatın 8-ci bəndində “Dövlət Sosial Müdafiə Fondunun, vergi və gömrük orqanlarının sərəncamları ilə hesablaşmalar” qaydaları tənzimlənmiş və 8.8 – 8.12-ci bəndlərində kağız daşıyıcısında vergi orqanlarının sərəncamları ilə hesablaşmaların aparılması prosedurları əks olunmuşdur. Lakin həmin Təlimatın 8.14-cü maddəsində nəzərdə tutulmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun, vergi və gömrük orqanlarının sərəncamlarının elektron qaydada təqdim edilməsi, icraya qəbul olunması və icrası ilə bağlı digər məsələ lər müvafiq dövlət orqanları ilə banklar arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. İşin hallarına əsasən, vergi orqanı tərəfindən sərəncamlar elektron qaydada Xırda Ödənişlər üzrə X3 (XÖHKS) vasitəsilə banka göndərilmiş və onların icrası müvafiq bank qaydalarına əsasən aparılmışdır. Azərbaycan Respublikası Mərkəzi X4 33/1 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları»nın: - 1-ci bəndinə əsasən, bu Qaydalar «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü və 45-ci maddələrinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan X6 Banklararas ı Milli Hesablaşmalar Sisteminin (bundan sonra — AZİPS) və Xırda Ödənişlər üzrə X2 (bundan sonra — XÖHKS) iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarını tənzimləyir; - 5.6-cı bəndinə əsasən, XÖHKS-də hesablaşmalar iştirakçıların klirinq hesabları vasitəsi ilə həyata keçirilir; - 5.7-ci bəndinə əsasən, XÖHKS-də hesablaşmalar iştirakçılar tərəfindən göndərilən ödəniş faylları əsasında aparılır. Ödəniş fayllarının tərkibi iki növdə ödəniş paketlərindən ibarət ola bilər: 5.7.1. ödəniş tapşırıqlarından ibarət olan ödəniş paketləri (MT102); 5.7.2. ödəniş tələbnamə-tapşırıqlarından ibarət olan ödəniş paketləri(MT104); - 5.8-ci bəndinə sasən, XÖHKS-ə göndərilən ödəniş fayllarına daxil olan ödəniş paketləri göndərilmə ardıcıllığı ilə icra edilir. Müddəaların tələblərinə görə, elektro n qaydada müvafiq hesablaşmaların aparılması xüsusi təyinatla yaradılmış elektron sistem vasitəsilə ilə həyata keçirilir ki, həmin sistemə daxil olan sənədlər göndərilmə ardıcıllığı ilə icra edilməlidir. İşin hallarından göründüyü kimi, vergi orqanı tərəfindən ilk öncə xx xxxxxxxx 2018ci il tarixində saat 14:05-də banka**********5A saylı sərəncamın icrasının dayadırılması barədə **********5GA saylı sərəncam göndərilmişdir. Sonuncu sərəncamın mahiyyəti onu ehtiva edir ki, bundan daha əvvəl banka vergi borcun alınması barədə göndərilmiş **********5A saylı sərəncamın icra edilməməsi xahiş olunur. Lakin yuxarıda istinad edilən sistemdə **********5A saylı alınma sərəncamı olmadığından, mövcud olmayan sərəncamın icra edilməməsi də mümkün olmamışdır. Həmin tarixdə saat 17:24-də isə həmin sistem v asitəsi ilə **********5A saylı vergi borcunun iddiaçının hesabından alınması barədə sərəncam göndərilmişdir ki, bu sərəncam növbəti gün, yəni xx xxxxxxxx 2018-ci il tarixdə icra edilmişdir. Qanunvericiliyin sadalanmış tələbləri işin hallarına münasibətdə tətbiqi o nəticəni yaradır ki, XÖHKS-də hesablaşmalar iştirakçıları tərəfindən göndərilmə ardıcıllığı ilə icra edildiyindən, cavabdeh tərəfindən əsaslı olaraq daha sonra göndərilmiş **********5A saylı alınma sərəncamı icra edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işin hallarına uyğun nəticəyə gəlmişdir. Yəni cavabdeh tərəfindən hər hansı bir qanunsuz hərəkətlərə yol verilmədiyindən, onun tərəfidnən deliktin törədilməsi istisna edilməlidir. Cavabdehin bildirdiyinə münas ibətdə məhkəmə kollegiyası sübutların qiymətləndirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İqtisadi mübahisə üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Azərbaycan Respublikası MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2); hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1); məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (80); qanuna və ya digər normativ hüquq i aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Prosessual qanunvericiliyin göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər tərəf hər hansı bir tələbini irəli sürürsə, bunun sübutu kimi yazılı sənədə istinad etdiyi halda, həmin sənədin etibarlılığı öz təsdiqini tapmalı və mübahisə doğurmamalıdır. Məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən hesablaşmaların ek ektron qaydada aparllması XÖHKS-mi vasitəsilə aparldığı göstərildiyindən, həmin sistemdə hər iki sərəncamların qeydə alınması tarixlərinə və vaxtına dair çıxarışlar təqdim edilmişdir. Yəni bu sənədlər qanunvericliyin tələblərinə əsasən müvafiq faktı təsdiq edən sübut kimi qiymətləndirilmişdir. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin xx xxxx 2019-cu il tarixli məktubu isə müvafiq faktın təsdiq edilməsi üçün sübut kimi qəbul edilməməlidir, çünki vergi orqanı tərəfindən elektron qaydada sərəncamların göndərilməsinin tarixini və vaxtını təsdiq etməmişdir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvəd ə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin direktoru xxx2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-558/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-2/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-2/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver