Məhkəmə qərarları › İş №2-2(102)-201/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-201/2025

27.02.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-201/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Garanizade İdel, X2, X1 və Nümayəndə1) qarşı nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutul ması və firmadan çıxarılması tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-694/2024 nömrəli qətnaməsindən üçüncü şəxslər X2 və X1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – birlikdə “iddiaçılar”, ayrı-ayrılıqda müvafiq olaraq “İddiaçı1” və “İddiaçı2”) Cavabdeh Firmasına (bundan sonra – “cavabdeh”) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Garanizade İdel, X2, X1 və Nümayəndə1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və cavabdehdən təsisçisi-iştirakçısı olaraq cəmiyyətdən çıxmaqları, cavabdeh lərin cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 aprel tarixli e-2-2(113)-210/2024 nömrəli qətnaməsi ilə tələbi təmin olunmuşdur (hakim – Ü.Həsənova).

3. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddiaçıların cavabdehin təsisçiliyindən çıxdıqları məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan paylarına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsi hissəsində dəyişdirilməsini, həmin hissədə iddiaçıların cəmiyyətin nizamnamə kapitalındakı paylarına, yəni faiz nisbətinə uyğun olaraq əmlak hissəsinin hazırkı balans dəyəri pul məbləğində müəyyən edilərək cavabdeh tərəfindən iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-694/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, İddiaçı1 cavabdehin nizamnamə kapitalındakı 15 faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaiti cavabdehdən İddiaçı1 ödənilməsi, İddiaçı2 cavabdehin nizamnamə kapitalındakı 15 faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən İddiaçı2 ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və Z.Şirinov).

5. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin tam ləğv olunmasını və iddia tələbinin təmin edil məməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(102)-659/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – B.Qəribov və E.Vəliyeva).

7. Üçüncü şəxslər X2 və X1 kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti...

405. Apellyasiya instansiyası məhkəməsi nin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə 418-1. Kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi 418-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahi dliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər X2 və X1 tərəfindən Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-694/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyindən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar mövcud deyil.

10. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2020-ci il 14 oktyabr tarixli 04/2020 nömrəli qərardadının 41-ci bəndində vurğulanmışdır ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən h issədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.

11. Həmçinin həmin qərardadın 42-ci bəndində qeyd olunmuşdur ki, şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir.

12. İş materiallarından görünür ki, hazırkı işə əvvəllər baxmış kassasiya məhkəməsi apellyasiya i nstansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 dekabr tarixli 22(102)-659/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-694/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, beləliklə də hazırda yenidən mübahisələndirilən məhkəmə aktına Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hüquqi münasibət bildirilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinin yenidən kassasiya icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir.

13. Bundan başqa, hazırkı iş üzrə üçüncü şəxslər X2 və X1 tərəfindən 2022-ci il 31 oktyabr t arixində Rusiya Federasiyasının Moskva şəhərində verilmiş 77 АД ******* nömrəli etibarnamə (İİ cild, səhvə 102) ilə nümayəndələri Nümayəndə1 “bütün dövlət orqanlarında nümayəndə olmağı, bununla əlaqədar olaraq müvafiq sənədləri vermək və almaq, imzalamaq, bildirişləri, məktubları almaq və s.” hərəkətləri etmək hüququ verilmişdir. Həmin etibarnamə 3 illik müddətinə verilmiş və onun tərcümə olunmuş məzmunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 Saylı Notariat ofisi tərəfindən 2022-ci il 2 noyabr tarixində təsdiq edilmişdir.

14. Göründüyü kimi, nümayəndəyə bütün dövlət orqanlarında, vəkalət verənləri təmsil etmək, habelə müvafiq sənədləri vermək və almaq, imzalamaq səlahiyyətləri verilmişdir. Məhkəmələr də dövlət orqanı olduğundan, qeyd edilən etibarnamə nümayəndənin məhkəmələrdə üçün cü şəxsləri təmsil etmək hüququnu ehtiva edir.

15. MPM-in tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmçinin kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

16. Hazırkı halda “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” 2024-cü il 2 avqust tarixli çıxarışda n (elektron kabinet) müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(103)-694/2024 nömrəli qətnaməsi üçüncü şəxslərin nümayəndəsi Nümayəndə1 (bundan sonra – “nümayəndə”) elektron kabinetinə 2024-cü il 2 avqust tarixində yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, nümayəndənin təsdiq edilmiş elektron ünvanı (email) vardır (XXXXXXElektron ünvan ). Bu o anlama gəlir ki, iddiaçının nümayəndəsinə münasibətdə MPM-in 135.8-ci maddəsinin (bax § 8) yalnız birinci dispozisiya şərti (qətnamənin “elektron kabinet”də yerləşdirilməsi) deyil, həm də ikinci dispozisiya şərti (ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması) yerinə yetirilmişdir.

17. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi id diaçının nümayəndəsinə 2024-cü il 2 avqust tarixində MPM-in 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq lazımi qaydada çatdırılmışdır.

18. Odur ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2024-cü il 3 avqust tarixində başlayaraq iş günü olan 4 oktyabr tarixində bitmişdir. Üçüncü şəxslər tərəfindən isə kassasiya şikayəti 5 ay 23 gün sonra (2025-ci il 26 yanvar) verilmiş, bununla da apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüş, müddətin bərpasına dair ərizə isə apellyasiya instansiyasına verilməmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, qanunun aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən onun tərəfindən aşkar olunmuş prose ssual pozuntulara məhəl qoyulmaması və ya nəzərdən qaçırılması gözlənilə bilməz.

20. Qeyd edilənlərə əsasən, verilmiş kassasiya şikayəti qanunla müəyyən olunmuş hüququ olmayan şəxs tərəfindən və müəyyən olunmuş müddətdə verilmədiyi üçün icraata qəbul edilə bilməz. Bu səbəbdən şikayət qeyri-mümkün hesab edilməlidir.

21. Şərh olunanları nəzərə alaraq və MPM-in 408-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 22(103)-694/2024 nömrəli qətnaməsindən üçüncü şəxslər X2 və X1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab hesab edilərək, icraata qəbulundan imtina edilsin və kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar