Məhkəmə qərarları › İş №2-2(102)-202/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-202/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-202/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(105)-119/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a ) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.433,21 manat əsas borc, əsas borcun illik beş faizi hesabı ilə 145 manat zərər əvəzi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat xidmət haqqı və ödənilmiş 146 manat dövlət rüsumu olmaqla, cəmi 18.024,21 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 15 avqust tarixli 2-2(119)1087/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 17.433,21 manat əsas borc, əsas borcun illik beş faizi hesabı ilə 145 manat zərər əvəzi, 142,73 manat ödənilmiş dövlət rüsumunun əvəzi və huquqi yar dımla bağlı vəkilə ödənilmiş 300 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 18.020,94 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – H.Alıyeva).

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(105)-119/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – M.Hüseynov, hakimlər – Z.Məmmədov və İ.Dəmirov).

5. Cavabdeh kassasiya şikayəti verərək qətna mənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü

6. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Məhkəmədə mülki işə başlama 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxış ını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.” “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İd diaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrin i izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. İşə kassasiya qayda sında baxılarkən, məhkəməyə təqdim edilmiş, hazırki iş üzrə tərəflər arasında 2025-ci il 4 mart tarixli barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır: “1. SAZİŞİN PREDMETİ 1.1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261,0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh hazırda 15.020,94 (on beş min iyimi manat, doxsan dörd qəpik) manat borcu etiraf edərək həmin məbləği hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür, İddiaçı QSC-ti iddianın predmeti olan 15.020,94 manat məbləği cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul e dir. 1.1.2. Hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: S/S Ödəniş tarixi Ödəniş məbləğİ/AZN 1. xx.xx.2025 1.000 2. xx.xx.2025 1.000 3. xx.xx.2025 1.000 4. xx.xx.2025 1.000 5. xx.xx.2025 1.000 6. xx.xx.2025 1.000 7. xx.xx.2025 1.000 8. xx.xx.2025 1.000 9. xx.xx.2025 1.000 10. xx.xx.2025 1.000 11. xx.xx.2026 1.000 12. xx.xx.2026 1.000 13. xx.xx.2026 1.000 14. xx.xx.2026 1.000 15. xx.xx.2026 1.020,94 Qalıq borc/AZN 14.020,94 13.020.94 12.020,94 11.020,94 10.020,94 9.020,94 8.020,94 7.020,94 6.020,94 5.020,94 4.020,94 3.020,94 2.020,94 1.020,94 0 1.1.3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 3 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq s azişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.

2. SAZİŞİN HÜQUQİ QÜVVƏSİ Hazırkı Saziş müvafiq Məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir.

3. XƏRCLƏR Tərəflərin Saziş və Məhkəmə İcraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir.

4. TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASİ Sazişə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir və Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təfsir edilir. Sazişdən irəli gələn və ya Sazişlə əlaqədar hər hansı mübahisə Azərbaycan Respublikası məhkəmələrinin aidiyyətindədir.

5. DİGƏR MÜDDƏALAR 5.1 Saziş Azərbaycan hər biri əsl olan və eyni razılaşmanı ehtiva edən 3 (ü ç) nüsxədə imzalanır. Tərəflərdən hər biri bu nüsxələrdən birini əldə edir. Digər nüsxə isə Məhkəməyə təqdim edilməlidir. 5.2 Sazişə edilən hər hansı əlavə və ya dəyişiklik yazılı şəkildə olmalı və tərəflər tərəfindən imzalanmalıdır. Sazişin hər hansı müddəası etibarsız hesab edildikdə, həmin müddəa Sazişdən çıxarılmış hesab olunur və Sazişin digər müddəaları tam hüquqi qüvvədə qalır. Tərəflər vicdanla hərəkət edərək çalışmalıdırlar ki, hər hansı belə bir müddəa etibarlı, Sazişin məqsədinə və təbiətinə uyğun gələn başqa bir müddəa ilə əvəz olunsun.”

9. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2025-ci il 4 mart tarixli barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə t utulmuş prosessual əsaslar mövcud deyildir və buna görə də təsdiq edilməlidir.

10. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

11. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 262.4, 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı QSC ilə Cavabdeh arasında 2025-ci il 4 mart tarixində bağlanmış barışıq sazişi təsdiq edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(105)-119/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar