Məhkəmə qərarları › İş №2-2(102)-203/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-203/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-203/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra icraatından irəli gələn mübahisələr, müqavilənin bağlanmış hesab edilməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “protokolun qanunla müə yyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-1009/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2015-ci il 12 avqust tarixli 2(001)8129/2015 nömrəli qətnaməsi ilə "xxxx" KB QSC-nin X7, X5 və X8 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia təmin edilərək: - X7, X5 və X4 müştərək qaydada "xxxx" KB QSC-nin xeyrinə 74.782,53 ABŞ dolları əsas, 2.801,06 ABŞ dolları faiz, 296,10 ABŞ dolları faiz, 296,10 ABŞ dolları cərimə, cəmi 77.879,69 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə borc və 30 m anat ödənilmiş dövlət rüsumunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan x 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 m2 yaşayış, 19,4 m2 köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə və həmin torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracdan satılması; - realizə edilmiş əmlakın dəyərindən 2014-cü il 14 noyabr tarixli kredit müqaviləsi üzrə 778.779,69 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə borc və ödənilmiş 30 manat dövlət rüsumunun QSC "xxxx" KB-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin X3 qaytarılması, ipoteka predmetini təşkil edən X3 mülkiyyətində olan xki, 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 99,7 m2 yaşayış, 19,4 m2 köməkçi s ahədən ibarət 7 nömrəli fərdi yaşayış evinin və həmin torpaq sahəsinin ilkin satış qiymətinin 135.000 manat müəyyən olunması və bu əmlakın boşaldılması, açıq hərracdan satıldıqdan sonra X1 həmin ünvandan çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

2. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 2016-cı il 11 aprel tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında borclulara 2016-cı il 11 aprel tarixli bildiriş göndərilmişdir. Borclular tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədi üzrə tələb yerinə yetirilmədiyi üçün, İcra şöbəsi Hərrac Mərkəzinə ipoteka predmetinin hərracdan satılması ilə bağlı məktubla müraciət etmişdir.

3. Binəqədi rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfin dən 2017-ci il 7 avqust tarixinə tutma yönəldilmiş mənzilin satılması ilə bağlı ilkin hərracın keçirilməsi təyin edilmiş, lakin hərracda iştirakçı olmadığı səbəbindən hərrac baş tutmamışdır. Bundan sonra, "xxxx" MMC tərəfindən 2017-ci il 11 sentyabr tarixinə təkrar hərrac təyin olunmuş, lakin təkrar hərracda da iştirakçı olmadığı səbəbindən baş tutmamış elan edilmişdir. 4. "xxxx" MMC həmçinin “İpoteka haqqında” Qanunun 43.7-cü maddəsinə əsasən ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 2017-ci il 15 sentyabr tarixli 01/3156 nömrəli məktub ünvanlayaraq, ipoteka predmetini almağı təklif etmişdir. Sonuncu tərəfindən həmin məktuba cavab olaraq göndərilmiş 2017ci il 2 oktyabr tarixli məktubla bankın xeyrinə yüklü olunmuş Abşeron rayonu, Mehdiabad qəsəb əsi, S.Rüstəm küçəsi 7 nömrəli fərdi yaşayış evinin əldə edilməsi barədə təklifin "xxxx" KB QSC tərəfindən qəbul olunduğu bildirilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Rüstəm küçəsi 7 nömrəli fərdi yaşayış evi ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim olunması xahiş edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(102)7/2023 nömrəli qərarı ilə X2 "xxxx" KB QSC-nin ləvğedicisi Əmanətlərin Sığortalanması Fonduna, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən DƏDRX Bakı sahə Ərazi İdarəsinə və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı ipotekaya xitam verilməsi və yüklülüyün ləğv olunması tələbinə dair iş üzrə id diaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 12 yanvar tarixli 2(103)- 695/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 20 aprel tarixli 2(103)-2556/2023 nömrəli qərardadı ilə X2 QSC "xxxx" KB-nin ləvğedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi və yüklülüyün ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraat QSC "xxxx" KB-nin "xxxx" MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı “protokolun qanunla müəyyən olunmuş müddətdə imzalanmış hesab edilməsi” tələbi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul olunanadək dayandırılması qərara alınmışdır.

7. QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş 2023-cü il 3 may tarixli **********233 nömrəli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2015-ci il 12 avqust tarixli 2(001)-8129/2015 nömrəli icra vərəqi üzrə görülmüş tədbirlər barədə məlumat verilməsi və məcburi icra tədbirlərini davam etdirilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. Ləğv prosesində olan "xxxx" KB QSC (bundan sonra-“iddiaçı”) "xxxx" MMC-yə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 7 nömrəli fərdi yaşayış evi və həmin torpaq sahəsinin (bundan sonra müvafiq olaraq-“yaşayış evi”, “torpaq sahəsi”) satılması ilə bağlı cavabdeh tərəfində n 2017-ci il 11 sentyabr tarixində keçirilmiş təkrar hərracın yekunlarına dair, ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci il 15 sentyabr tarixindən sonra cavabdeh tərəfindən yaşayış evi və torpaq sahəsi üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin iddiaçının adına rəsmiləşdirilməsi istiqamətində hər hansı addım atılmamışdır. Cavabdehə şifahi qaydada dəfələrlə müraciət edilərək, hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunmasının xahiş edilməsinə baxmayaraq, onun imzalanması üçün ipoteka saxlayan iddiaçıya təqdim olunmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1 və 43.7-1-ci maddələrinin tələbləri pozulmaqla, cavabdeh tərəfindən protokol təqdim edilməmiş və bankın iradəsinə zidd olaraq, ipoteka predmeti tərəflərindən əldə oluna bilməmiş, onun əldə edilməsi məhdudlaşdırılmışdır.

10. Üçüncü şəxs X6 (bundan sonra-“M.Məmmədov”) iddiaya etiraz edərək bildirmişdir ki, M.Məmmədov tərəfindən 2021-ci ildən başlayaraq iddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia qaldırılmış və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2021-ci il 27 aprel tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Bakı Apellyasiya Mə hkəməsinin 2022-ci il 12 yanvar tarixli qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 1 fevral tarixli qərarı ilə M.Məmmədovun kassasiya şikayəti təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Hal-hazırda M.Məmmədovun iddiası Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırkı iddia tələbinin məqsədi isə iddiaçının pozulmuş hüquqlarının bərpası olmamış, əksinə M.Məmmədov tərəfindən pozulmuş hüquqlarının bərpa olunması üçün qaldırılmış iddia üzrə məhkəmə qətnaməsinin qüvvəyə minməsinin süni şəkildə uzadılmasından ibarət olmuşdur. Hərrac 2017-ci il 11 sent yabr tarixində baş tutmamış elan olunmuş, hərrac baş tutmamış elan olunandan 4 il sonra 2021-ci ildə M.Məmmədov iddia qaldırmış və həmin iddia 2 il yarım məhkəmədə mübahisələndiriləndən sonra, ümumilikdə hərracın baş tutmamış elan edilməsindən 5 il sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya hərracın baş tutmamış elan olunması 5 il, ipotekaya xitam verilməsinin mübahisələndirildiyi isə 2 ildir ki məlumdur. İddiaçı isə 2023-cü ilin aprel ayında, iş Ali Məhkəmədən apellyasiya baxışına qaytarılandan sonra, ikinci apellyasiya baxışı zamanı hərrac təşkilatının müqavilə bağlamaqdan yayınmasına istinad etmişdir. Halbuki, 2017-ci ildən 2021-ci ilədək müqavilə bağlamaq, həmçinin 2021-ci ildə M.Məmmədov iddia qaldırarkən müqavilənin bağlanması üçün real addımlar atılması imkanı olsa da, 5 il ərzində müqavilə bağlanmadığı halda, 2023-cü ildə əsassız olaraq hazırki iddianı qaldırılmışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 8 sentyabr tarixli e-2-2(113)2561/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim G.Namazova).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işdə olan sənədlər və cavabdehin həm iddiaçıya, həm də icra şöbəsinə göndərdiyi 2017-ci il 15 sentyabr tarixli məktublar, o cümlədən mətbuatda dərc olunmuş məlumatdan müəyyən olunanlara görə, təkrar hərracın baş tutmaması elan edilmişdir. İddiaçı tərəf isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinin tələbi əsasında 2017-ci il 2 oktyabr tarixində hərrac təşkilatına məktub ünvanladıqlarını, həmin məktubla ipoteka predmetini qə bul etməyə hazır olduqlarını bildirdiklərinə və hazırkı tələbin irəli sürülməsinin haqlı əsası kimi də həmin məktubun surətinə istinad etmişlər. Məhkəmə iddiaçının bu mövqeyini əsassız hesab etmişdir.

13. Məhkəmə ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən olunmuş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığının müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə iclaslarında iddiaçı tərəfin mövqeyini aydınlaşdırmış, cavabında isə hərrac təşkilatına yalnız 2017-ci il 4 oktyabr tarixində aksept məktubunu təqdim etdiklərini və bundan sonra yalnız şifahi müraciətlər etdiklərini, həmin müraciətlərin nə vaxt, hansı əməkdaşları tərəfindən edildiyini xatırlamadıqlarını bildirmişlər.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı üzərinə düşən zəruri hərəkətləri yaxın müddət ərzində yerinə yetirməmiş (bilavasitə protokolun/müqavilənin imzalanması üçün səylər göstərməmiş, protokolun/müqavilənin imzalanmaması ilə bağlı nə icra şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkəti/hərəkətsizliyindən şikayət etməmiş, nədə ki, təcrübədə geniş yayılmış “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş), qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür

15. İpoteka qoyan tərəfindən təkrar hərracın baş tutmamasından 4 il sonra, 2021-ci ildə ipoteka yüklülüyün ləğv edilməsi nə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırılmış, həmin iş üzrə məhkəmə icraatı 2023-ci il tarixinə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi davam etmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra, iddiaçı tərəf yalnız 2023-cü il 20 aprel tarixində, hərracın baş tutulmaması barədə 2017-ci il 15 sentyabr tarixli elandan 6 ilə yaxın müddət sonra Bakı Kommersiya Məhkəməsinə hazırki iddia ilə müraciət etmişdir.

16. Göründüyü kimi, iddiaçı 2017-ci ildən 2023-cü ilə kimi sadəcə bir aksept məktubu (həmin məktubun yalnız surəti məhkəməyə təqdim olunmuş, bundan əlavə məhkəmənin sorğu-qərardadına əsasən cavabdehdən keçirilmiş hərraca dair bütün sənədlərin surətləri tələb olunmuş, lakin MMC tərəfindən məhkəməyə təqdim olunan sənədlərdə həmin məktubun surəti aşkar olunmamışdır) yazmaqla kifayətlənmiş və həmin illər ərzində ipoteka predmeti ilə bağlı ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında məhkəmə çəkişmələrindən xəbərdar olmuş, lakin Ali Məhkəmə tərəfindən ipoteka qoyanın kassasiya şikayəti qismən təmin edilib yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərildikdən sonra, hərrac protokolunun imzalanması tələbi ilə hərrac təşkilatına qarşı iddia qaldırmışdır.

17. İddiaçı hərrac təşkilatının protokolun imzalanmasından imtina etməsini və yaxud yayınmasını məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. İpoteka saxlayan tərəfindən qanunla müəyyən olunmuş vaxtda protokolun/müqavilənin imzalanması üçün məqsədli hərəkətlərin edildiyini sübuta yetirmədiyi üçün, məhkəmə tərəfindən hərrac təşkilatının imtina etm əsi və ya yayınması istiqamətində qiymətləndirmə aparılmasının məntiqi və qanuni əsası ola bilməz.

18. Digər ziddiyyətli məqam isə ondan ibarət olmuşdur ki, əgər ipoteka saxlayan həqiqətən də bankın xeyrinə yüklü edilmiş yaşayış evinin əldə olunması barədə təklifi vaxtında aksept etmişdirsə, bu zaman Binəqədi rayon İcra Şöbəsi tərəfindən ipoteka saxlayana ünvanlanmış 2019-cu il 30 may və 2020-ci il 24 avqust tarixli “icra vərəqəsinin hazırkı vəziyyəti barədə” məktublarına ən azı ipoteka predmetinin əldə edilməsinə dair hərrac mərkəzinə aksept verdiyini bildirməməsi sual doğurmuşdur. Əksinə, iddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2023-cü il 3 may tarixli məktubla özü Binəqədi Rayon İcra Şöbəsinə müraciət edərək, 2015-ci il 12 avqust tarixli 2(001)8129/2015 nömrəli icra vərə qi üzrə görülmüş tədbirlər barədə məlumat verilməsini və məcburi icra tədbirlərini davam etdirilməsini xahiş etmişdir.

19. Bütün bu ziddiyyətli məqamlara iddiaçının nümayəndəsi “fondun işinin çoxluğu, hərracın keçirildiyi vaxt iddiaçının təzə ləğv olunması, hərrac mərkəzinə çoxsaylı şifahi müraciətlər etmələri, bu cür iddia ilə müraciət etmək hüququnun olduğunun yalnız Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadının qəbul olunmasından sonra bilmələri, 2023-cü il 3 may tarixində Binəqədi rayon İcra Şöbəsinə göndərdikləri məcburi icra tədbirlərin davam etdirilməsi barədə məktubun şablon məktub olması” kimi arqumentlər irəli sürmüşdür. Həmin arqumentləri məhkəmə əsassız mülahizə kimi giymətləndirərək, qeyd etmişdir ki, iddiaçı ən azından “protokolun imzalanması öhdəliyinin hərrac mər kəzinin üzərinə qoyulması barədə” iddia ilə məhkəməyə vaxtında müracitə edə və digər tədbirlər görə bilərdi. İddiaçı isə ipoteka qoyanın ipotekaya xitam verilməsi barədə iddiasına məhkəmələrdə 2021-ci ildən etibarən 3 ilə yaxın müddətdə baxıldıqdan sonra hazırki iddianı qaldıraraq, qeyd olunan digər iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehin 2017-ci il 11 sentyabr tarixində keçirilmiş təkrar hərracın yekunlarına dair ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmasından imtinası və ya yayınması isə iş materialları ilə müəyyən olunmamışdır.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktların məhkəmədə sübut t əqdim edilmədən sadəcə şifahi müdafiə edilməsi, iddiaçının mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.

21. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1, 43.7-1, 43.8 və 46.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli Qərardadın 33-35, 37-39, 44, 45, 50, 51-54, 56, 57 və 59-cu bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamən in ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-1009/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddia tələbi ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində iddiaçı və cavabdeh tərəfindən imzalanmış hesab edilməsi ilə bağlıdır. Tələbdən də göründüyü kimi onu irəli sür məkdə iddiaçının əsas məqsədi ipoteka predmetini əldə etməkdən ibarətdir.

25. Bununla bağlı tənzimləmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir. Bununla yanaşı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qan ununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadında məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə bu məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, həmin Qərardadın 33-39, 43-45, 47-52, 57, 59, 61-62-ci bəndlərində aşağıdakılar qeyd edilmişdir: “İpoteka haqqında” Qanunun 43.8ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası. Bununla bağlı ilk növbədə qeyd edil məlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

26. «İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil o lur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, maddə 368) hesablanmağa başlayır. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.

27. Beləliklə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

28. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı qeyd edilmişdir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur. Belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

29. Məhkəmə qeyd etmişdir ki, hərracdan ipoteka predmeti olan və yaxud olmayan əmlakın əldə edilməsi qaydası qanunvericilikdə aydın şəklildə tənzimlənsə də, “İpoteka haqqında” Qanunun ilkin redaksiyasında ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka predmetini əldə etməsi qaydası müəyyən edilməmişdi. Lakin sonradan həmin qanuna edilmiş dəyişikliklə belə əldə etmə də əmlakın hərracdan əldə edilməsinə dair müəyyən edilmiş ümumi qaydaya uyğun nizamlanmışdır. Belə ki, “İpoteka haqqında” Qanuna 2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Qanunla əlavə edilmiş yeni 43.7-1-ci maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçıs ı 30 təqvim günü ərzində protokol imzalayır və bu protokol müqavilə qüvvəsinə malikdir.

30. Maddənin məzmunundan göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac tə şkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir. Bu baxımdan qeyd olunmuşdur ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Proto kolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

31. Bununla yanaşı, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla prot okolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir. Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Vahid məhkəmə təcrübəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən ipoteka pred metini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddət hesab olunur. Həmçinin qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Belə ki, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfin dən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

33. Hazırki işdə də iddiaçı bildirir ki, yekun protokolun imzalanması ondan asılı olmayan səbəblərdən baş vemişdir. Məhkəmə he sab etmişdir ki, iddiaçının istinad etdiyi hallar təsdiq olunmur. İddiaçının özünün istinad etdiyi hallara əsasən onun tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı cavabdeh təşkilata yalnız 04 oktyabr 2017-ci il tarixində aksept məktubu təqdim edilmiş, bundan sonra isə şifahi müraciətlər etmişlər. Lakin həmin müraciətlərin nə vaxt və hansı əməkdaşlar tərəfindən edildiyini xatırlamırlar.

34. İddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 6 ilə yaxın müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət edilməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəz ifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür. Eyni zamanda, işin hallarından görünür ki, ipoteka qoyan tərəfindən təkrar hərracın baş tutmamasından 4 il sonra (2021-ci ildə) ipoteka yüklülüyün ləğv edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırılmış, həmin iş üzrə məhkəmə icraatı 2023-ci il tarixinə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi davam etmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı tərəf 20 aprel 2023-cü il tarixində (təkrar hərracın baş tutulmaması tarixindən 6 ilə yaxın müddətdən sonra) Bakı Kommersiya Məhkəməsinə hazırki iddia ilə müraciət etmişdir.

35. İddiaçı 2017-ci ildən 2 023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla kifayətlənmiş və həmin illər ərzində ipoteka predmeti ilə bağlı ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında məhkəmə çəkişmələrindən xəbərdar olmuş, lakin Ali Məhkəmə tərəfindən ipoteka qoyanın kassasiya şikayəti qismən təmin edilib yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən sonra hərrac protokolunun imzalanmış hesab olunması barədə hazırkı iddianı irəli sürmüş, lakin cavabdehin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının nümayəndəsi keçən 6 il ərzində hər hansı addımın atılmaması ilə bağlı Fondun işinin çoxluğu, hərracın keçirildiyi vaxt "xxxx" KB QSC-nin təzə ləğv olunduğunu, hərrac mərkəzinə çoxsaylı şifahi müraciətlər etmələrini, bu cür iddia ilə müraciət etmək hüququnun olduğunun yalnız Ali Məhkəmənin 14dekabr 2022-ci il tarixli qərardadının qəbul edilməsindən sonra bildikləri ilə əsaslandırmağa çalışmışdır.

36. Məhkəmə həmin dəlili əsassız hesab edərək göstərmişdir ki, Fondun işinin çoxluğu və hərracın keçirildiyi vaxt "xxxx" KB QSCnin təzə ləğv olunması ilə bağlı dəlillər heç bir halda hazırki iddianın təkrar hərracın baş tutulmaması tarixindən 6 ilə yaxın müddət keçdikdən sonra irəli sürülməsinin əsaslandırılması kimi qəbul edilə bilməz.

37. İddiaçının hərrac mərkəzinə çoxsaylı şifahi müraciətlər etməsi isə yuxarıda qeyd olunduğu kimi hər hansı sübutla öz təsdiqini tapmır. Hər bir halda bu dəlill ər hazırki iddianın təkrar hərracın baş tutulmaması tarixindən 6 ilə yaxın müddət keçdikdən sonra irəli sürülməsinə əsas vermir.

38. Hazırki iddia ilə müraciət etmək hüququnun olduğunun yalnız Ali Məhkəmənin 14 dekabr 2022-ci il tarixli qərardadının qəbul edilməsindən sonra bildikləri ilə bağlı dəlillərə dair məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Bundan əlavə, hazırki iddianın təkrar hərracın baş tutulmaması tarixindən 6 ilə yaxın müddət keçdikdən sonra və ən əsası ipoteka predmeti ilə bağlı ipoteka qoyan tərəfindən qaldırılmış iddia əsasında işə Ali Məhkəmə tərəfindən ipoteka qoyanın kassasiya şikayəti əsasında baxılıb y enidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən sonra irəli sürülməsi Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərin də ziddir. Həmin maddəyə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

39. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tələbləri pozulmuşdur. İşin mat eriallarından müəyyən edilmişdir ki, 13 iyun 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsinin vəsatəti olmadan birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-8129/2015 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə aparılmış icra hərəkətlərinə dair (icra işinin) sənədlərin təsdiq olunmuş surətlərinin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilməsi və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-8129/2015 saylı icra vərəqəsi əsasında keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin AR Respublika Xammal və X14 Mərkəzi "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edi lməsi barədə qərardad qəbul etmişdir.

40. Məhkəmə həmin qərardadı qəbul edərkən belə hesab etmişdir ki, iddiaçı tərəf hərracın yekunlarını məhkəmə qaydasında mübahisələndirildiyindən və həmin hərrac Binəqədi rayon İcra Şöbəsinin icra işi əsasında keçirildiyindən, həmin sənədlər əsasında hazırkı işin obyektiv və ədalətli araşdırılması məqsədi ilə 12 avqust 2015-ci il tarixli, 2(001)-8129/2015 saylı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qətnaməsi əsasında başlanılmış icra hərəkətlərinə dair icra işinin və həmin icra işi əsasında keçirilmiş hərraca dair sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmalıdır.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin tələblərinə görə mülki prosesdə sübutların təqdim edilməsi vəzifəsi tamamilə tərəflərin üz ərinə düşür və işə baxan məhkəmənin müstəqil olaraq sübut toplamaq səlahiyyəti yoxdur. Mülki prosesin bu tələbləri Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1-ci maddələrindən irəli gəlir və məhkəmənin müstəqil olaraq sübut toplanması həmin maddələrdə təsbit edilmiş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə ziddir. Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsindən də görünür ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığı halda belə, məhkəmə müstəqil olaraq sübut toplamaq səlahiyyətinə malik deyil və yalnız zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi “işin obyektiv və ədalətli araşdırılması” imperativ qaydada müəyyən edilmiş prosessual qaydaların pozulması ilə həyata keçirilə bilməz. Çünki bu halda mülki prosessual qanunvericiliyin ən mühüm prinsiplərindən biri olan qanunçuluq prinsipi pozulmuş olur. Bununla yanaşı, hazırki iş üzrə irəli sürülmüş iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və o, iddianın əsaslı olmasını sübut edə bilmədiyindən və ona görə də, məhkəmənin müstəqil olaraq topladığı sübutlar mübahisənin həllinə təsir etmədiyindən, yəni məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgün olduğundan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntular qətnamənin ləğv edilməsi üçün əsas deyil.

42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 9.3, 415.5 və 425.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1, 43.7-1, 43.8 və 46.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk i və Kommersiya kollegiyalarının qəbul etdiyi 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli Qərardadın 33-39, 43-45, 47-52, 56, 57, 59, 61 və 62-ci bəndlərinə, MPM-in 9.1, 9.3, 13.1, 14.2, 77.1 və 77.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

43. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. MM-nin 6-cı maddəsinin tələbləri pozulmuşdur- 2017-ci il 2 oktyabr tarixli məktubdan sonra cavabdeh tərəfindən nə banka, nə də ləğvediciyə məlumat verilməmiş, ipoteka predmeti olan əmlakı əldə edilməsi və hərrac protokolunun imzalanması üçün şərait yaradılmamışdır. Sonradan M.Məmmədov i ddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış evi və torpaq sahəsinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlakların ipotekaya qoyulmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayəti apellyasiya məhkəməsinin 2022-ci il 12 yanvar tarixli qətnaməsi ilə təmin olunmuş, yeni qətnamə çıxarılmışdır. Qətnamədən M.Məmmədovun verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 1 fevral tarixli qərarı ilə təmin edilmiş, apell yasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Apellyasiya məhkəməsinin icraatında olan 2(103)2556/2023 nömrəli iş üzrə icraat, iddiaçının cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı “protokolun qanunla müəyyən olunmuş müddətdə imzalanmış hesab edilməsi” tələbi üzrə yekun məhkəmə aktı qəbul olunanadək dayandırılmışdır.

45. Hazırki mübahisə üzrə ipoteka predmetinin əldə olunması ilə bağlı bank hərrac təşkilatına iradə ifadəsini özündə əks etdirən məktubla müraciət ünvanlamış və hesab etmişdir ki, protokol banka təqdim olunduqdan sonra artıq həmin əmlak bankın balansına keçiriləcəkdir. Yazılı qaydada müraciət etdikdən sonra, dəfələrlə şifahi formada da hərrac təşkilatına müraciətlər olunmuş, lakin protokol imzalanması ü çün banka təqdim edilməmişdir. Göründüyü kimi, bankın yazılı və şifahi müraciətlərinə baxmayaraq, hərrac protokolu imzalanması üçün banka təqdim olunmamışdır. Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadı qəbul olunduqdan sonra bu mübahisələr üzrə yekun hüquqi mövqe müəyyən olunmuş və həmin mövqeyə əsasən də bank tərəfindən hərrac protokolunun imzalanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyinə zidd olan mövqe əsasında apellyasiya şikayətini təmin etməməklə, iddiaçının pozulmuş hüquqlarının məhkəmə vasitəsilə bərpa etməsinə mane olmuşdur.

46. MM-nin 9.3 və 425.1-ci maddələrinin tələbləri pozulmuşdur- bank tərəfindən hərrac təşkilatına 30 gün ərzində yazılı qaydada müraciət olunmuş və ipoteka predmetinin əldə olunması ilə bağlı mövqeyini açıq şəkildə bildirmişdir. Bu məsələlər qanunvericilikdə də konkret formada tənzimlənmədiyinə görə hər hansı iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etməyə zərurət olmamışdır. Əgər MM-in 9.3-cü maddəsinin tələbi ilə yanaşıldıqda, Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadı qəbul olunanadək qəbul olunmuş məhkəmə qərarları da qüvvədən düşmüş hesab olunmalı və həmin məsələlər apellyasiya məhkəməsinin hüquqi mövqeyinə uyğun tənzimlənməlidir. Apellyasiya məhkəməsi bankın 6 il sonra məhkəməyə müraciət etməsini MM-nin 425.1-ci maddəsinin tələblərinə də zidd olması ilə əsasl andırmasına baxmayaraq, M.Məmmədovun hərrac keçirildikdən 4 il sonra banka qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etməsinə toxunmamışdır. Həmin məntiqlə yanaşıldıqda, ipoteka qoyan da uzun müddət sonra məhkəməyə müraciət etmişdir və uzun müddətdir ki, ləğv prosesində olan banka ödəməli olduğu borcdan ödəniş etməmişdir. Halbuki, MM-in 425.1ci maddəsinin tələblərinə də zidd olan əsas məsələ M.Məmmədovun ləğv prosesində olan banka ödəməli olduğu kredit borcunun 9 il ərzində ödəməməsidir. Bankın 6 il ərzində “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair iddia qaldırmamasının yeganə səbəbi buna zərurət olmamasındən irəli gəlmişdir. Lakin Ali Məhkəmənin 2022-ci il 14 dekabr tarixli qərardadında qeyd olunmuşdur ki, “ipoteka saxlayan ipoteka pr edmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər”. Bu qərar qanuni qüvvəsini aldıqdan sonra bank tərəfindən müvafiq sənədlər toplanaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. 47. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-1 və 43ö8-ci maddələrinin tələbləri pozulmuşdur- təkrar hərrac baş tutmadığı zaman bank tərəfindən cavabdehə əmlakların əldə edilməsinə dair məktub (aksept) göndərilməsinə baxmayaraq, cavabdehin hərəkətsizliyi nəticəsində protokol tərtib olunmamış və nəticədə əmlakı bankın balansına keçirtmək mümkün olmamışdır. Cavabdehin hərəkətsizliyi nəticəsində bankın hüquqları pozulmuşdur. Təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində ipoteka saxlayanın müvafiq müraciəti olduğu halda hərrac təşkilatı olan cavabdeh protokolu imzalamaqdan yayındığından, ipoteka saxlayan olan iddiaçı ipoteka predmetinin hərracdan əldə edilməsinə dair hazırki tələb üzrə iddia qaldırmaqda haqlı olmuşdur. Təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası olduğundan, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və ya yayınması zamanı ipoteka saxlayana onun pozulmuş hüquqlarının real bərpası imkanı tanınmalıdır.

48. MPM-in 88, 217 və 385.1-ci maddələrinin tələbləri pozulmuşdur-aApellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamış, nəticədə iddiaçının hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

50. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

52. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

9. Mülki qanunvericiliyin şəxslərə görə qüvvəsi... 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.” “Maddə

415. Hərracın təşkili və keçirilmə qaydası... 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzala maqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” 53. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

43. Hərracı n baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 43.1-ci maddəyə “vasitəsində” sözündən sonra “və özünün rəsmi internet saytında” sözləri əlavə edilmişdir. 2023-cü il 17 fevral tarixli 813-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 43.1-ci maddədə “kütləvi informasiya vasitəsində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.) 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hə rracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.... 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. (2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 43.7-1-ci maddə əlavə edilmişdir.) 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir....” “Maddə

46. İpoteka predmetinin satışına xitam verilməsi 46.1. İpoteka predmetinin açıq baz arda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 43.1-ci maddəyə “vasitəsində” sözündən sonra “və özünün rəsmi internet saytında” sözləri əlavə edilmişdir. 17 fevral 2023-cü il tarixli 813-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 43.1-ci maddədə “kütləvi informasiya vasitəsində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.)...”

54. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlər lə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 56. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 57. “...ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.... İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı isə ilk növbədə qeyd edilməlidir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur.... Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin ye kun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadı).

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadında həmçinin göstərilmişdir ki, «Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar h ərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir»

59. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi prosedurdur və qanunvericiliyin tələbinə görə təkrar hərracın baş tutmaması barədə elan hərrac təşkilatı tərəfindən dərc edildikdən sonra 30 gün müddətində ipoteka predmeti olan əmlak ipoteka saxlayan tərəfindən əldə edilməlidir. Bu zaman əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsinə dair qanunvericilikdə tələb nəzərdə tutulmamışdır.

60. Baxılan iş üzrə hərrac təşkilatı 2017-ci il 15 sentyabr tarixində ikinci hərracın baş tutmaması barədə elan dərc etdirmiş və növbəti gündən başlayaraq 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatı arasında ipoteka predmeti olan əmlakın əldə edilməsi ilə bağlı müqavilə qüvvəli protokol imzalanmamış, iddiaçı cavabdehə 04 oktyabr 2017-ci il tarixli aksept məktubu ünvanlamaqla kifayətlənmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı qanunvericilikdə müəyyən olunmuş 30 günlük müddət ərzində protokolun imzalanması ilə bağlı bütün zəruri tədbirləri görməmiş, o cümlədən, iddiaçı ipoteka predmetinin əldə edilməsi üçün müraciəti 6 ilə yaxın müddət ərzində yerinə yetirməmiş və qanunvericilikdə müəyyən olunmuş 30 günlük müddəti ötürmüşdür.

61. Nəzərə alınmalıdır ki, cavabdehin yekun protokolun imzalanmasından əsassız imtina etməsi və yaxud yayınması halları məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin “iddiaçının ipoteka predmetini əldə etmək üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddəti ötürməsi səbəbindən iddia tələbinin təmin edilməsi üçün qanuni əsasların mövcud olmamasına dair” nəticəsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə və həmin maddə ilə bağlı qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

62. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına da ir dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

64. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli, 2-2(103)-1009/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli Z.B.Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar