Məhkəmə qərarları › İş №2-2(102)-205/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-205/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-205/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 noyabr tarixli 2-2(103)-893/2023 nömrəli q ətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh ASC ilə "xxxx" MMC arasında 2017-ci il 19 aprel tarixli 17/000/HM/054427 nömrəli bank hesabı müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank müştəriyə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin müştərinin tapşırığı ilə köçürməsinə və nağd verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqaviləyə uyğun olaraq "xxxx" MMC "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107.000 manat məbləğin ödənilməsi barədə 2022-ci il 26 avqust tarixli 462484 nömrəli ödəmə tapşırığını Cavabdeh ASC-yə təqdim etmişdir.

3. Cavabdeh ASC də həmin ödəmə tapşırığına əsasən 107.000 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin hesabından çıxmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 4. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 29 mart tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107.000 manat məbləğində pulun ödənilməsi barədə tərtib edilmiş 462484 nömrəli ödəniş tapşırığının cavabdeh tərəfindən səhv icra olunması nəticəsində iddiaçıya vurulmuş 107.000 manat zərərin qaytarılması bar ədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən iddiaçının hesabdan öz mülahizəsinə uyğun istifadə etmək imkanı vardır. Lakin, cavabdeh tərəfindən iddiaçının qanuni hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107.000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462484 nömrəli ödəniş tapşırığı cavabdeh tərəfindən səhv icra edilmişdir. 462484 nömrəli ödəniş tapşırığında ödənişin konkret olaraq təyinatının qeyd edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəyənin iradəsinə zidd olaraq düzgün icra olunmamış, bank öz düşüncəsi əsasında hesab sahibinin pul vəsaiti üzərində əməliyyatlar icra etmişdir. Belə ki, 462484 nömrəli ödəniş tapşırığının təyinatında “2022-ci il 7 a prel tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” qeydi yazılmışdır. Həmin məbləğ iddiaçının hesabından çıxmış, lakin təyinatı üzrə hesaba mədaxil olmamışdır. Bunun səbəbi barədə bankdan məlumat aldıqda heç bir tutarlı əsas bildirmədən həmin məbləğin bankın öz mülahizəsinə əsasən kredit borcu üzrə silindiyi bildirilmişdir. Məhkəməyə təqdim edilən ödəniş tapşırığı və hesabdan çıxarışlarda həmin əməliyyatlar tam aydın şəkildə öz əksini tapmışdır. Bu müştəri və bank arasında olan münasibətlərə, hüquqi şəxsin öz vəsaiti barədə sərəncam vermə hüququna tam zidd olan bir addım olmaqla yanaşı, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) tələblərinin ciddi şəkildə pozulması deməkdir. Cavabdeh tərəfindən edilmiş bütün bu kobud qanun pozuntuları iddiaçı nın hüquqlarının və qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə yanaşı, eyni zamanda ona ciddi mənada maddi ziyan vurmuşdur.

6. Cavabdeh ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 iyul tarixli e-2-2(113)-2073/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (Z.Axundova).

8. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına uyğun qeyd etmişdir ki, tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinə əsasən cavabdeh iddiaçıya Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi, hesabdan müvafiq məbləğlərin iddiaçının tapşırığı ilə köçürməsinə və nağd verilməsi nə, hesab üzrə digər əməliyyatların aparılmasına dair iddiaçının sərəncamlarını yerinə yetirməyi, iddiaçı isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçının sərəncamı əsasında hesaba pul vəsaitinin qəbul edilməsi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin iddiaçının tapşırığı ilə köçürülməsi və nağd verilməsi, hesab üzrə digər əməliyyatların aparılması, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsi və onlanın pozulmasına yol verilməməsi cavabdehin vəzifəsi kimi müəyyənləşdirilmiş, eyni zamanda banka təqdim etdiyi sərəncam əsasında bank hesabına pul vəsaitinin qəbul olunması və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin iddiaçın ın tapşırığı ilə köçürülməsi və nağd verilməsini, hesab üzrə digər əməliyyatların aparılmasını tələb etmək, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsi və onların pozulmasına yol verilməməsini bankdan tələb etmək iddiaçının hüququ kimi təsbit olunmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, 2022-ci il 26 avqust tarixli 462484 nömrəli ödəmə tapşırığına uyğun olaraq iddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107.000 manat məbləğin ödənilməsi barədə verilmiş ödəmə tapşırığı təyinatına uyğun (“2022-ci il 7 aprel tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir) icra olunmamış və həmin vəsait iddiaçının hesabından 2022-ci il 26 avqust tarixində köçürülsə də, "xxxx" MMC-nin ödəmə tapşı rığında qeyd olunan hesabına daxil olmamışdır.

9. Eyni zamanda işin hallarından müştərinin pul vəsaitinin silinməsinə əsas ola biləcək hər hansı halın baş verməsi (MM-in 964.2-ci maddəsində göstərilən hallar) müəyyən olunmur. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş (baxmayaraq ki, bütün məhkəmə iclasları barədə məlumatlı olmuşdur), elektron qaydada göndərilən ərizələrdə isə yalnız iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin bunun əsaslarını qeyd etməmiş, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

10. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 107.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. Məhkəm ə bu qənaətini MM-in 21.1, 956.1, 957.1, 958, 959.2, 964.1, 964.2, 968-ci; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.5, 38.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 noyabr tarixli 2-2(103)-893/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iş in həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

15. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində bütün məhkəmə iclasları barədə kifayət qədər məlumatlı olsa da, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını və yalnız bir cümlə ilə iddianın rədd edilməsini xahiş etmiş, iddiaya etirazını heç bir halla əsaslandırmamış, buna dair heç bir dəlil irəli sürməmişdir. Bununla yanaşı o, apellyasiya şikayətində yeni faktlara istinad edərək, iddiaya etiraz etmişdir. Halbuki, Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 209.3cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

16. Bundan əlavə kollegiya qeyd etmişdir ki, hətta cavabdehin istinad etdiyi dəlillərə apellyasiya baxışı zamanı baxılsa belə bunun əsaslı olduğu müəyyən olunmur. Çünki, cavabdeh bildirdiyi yeni halları, yəni iddiaçının hesabında olan 2022-ci il 26 avqust tarixində köçürülən 107.000 manat vəsaitin "xxxx" MMC-nin cavabdehin Sumqayıt filialında olan hesabına köçürüldüyünü təsdiqləyən heç bir sübutu m əhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

17. Eyni zamanda cavabdeh bankın hazırda ləğvetmə prosesində olmasına görə iş üzrə icraata xitam verilməsi ilə bağlı dəlilləri də əsassız olmuşdur. Kollegiya hesab etmişdir ki, iddiaçının irəli sürdüyü iddia tələbləri ləğvetmə prosesində olan banka qarşı irəli sürülmüş kreditor tələblərə deyil, cavabdehin hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn tələblərə aiddir. Ona görə də, hazırki işə iddia icratı qaydasında baxılmalıdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.1, 957.1, 964.1, 964.2-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haq qında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına, MPM-in 77.1, 209.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarı üzrə - Həmin Qərarda göstərilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin MPM-in 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortal anması Fondu onun ləğvedicisi təyin edilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinə hal-hazırda mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil və icraata xitam verilməlidir.

21. MPM-in 387.2-ci maddəsi üzrə - İşə baxan apellyasiya məhkəməsinin kollegiyası bu qanunun tələblərini pozaraq mülki işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə xitam verməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 4 dekabr tarixli 2(103)-5114/2023 nömrəli qərardadı ilə həmin işə baxan məhkəmə kollegiyası, iddiaçı X1 cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xüsusi əmanət hesabı haqqında müqavilə üzrə pul” tələbinə dair işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə xitam vermişdir. b) Kassasiya şikayətində qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

24. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırı lması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

964. Pul vəsaitin in hesabdan silinməsinin əsasları 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.” “Maddə

966. Hesab əməliyyatlarının lazımınca aparılmaması üçün bankın məsuliyyəti Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.” 27. “ Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir....” “Maddə

73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz o lsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin....”

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə ş ərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...Məhkəmə müflis elan olunmuş banklar ilə bağlı işlərin (mübahisələrin) müxtəlif xarakterli olması, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış iqtisadi münasibətlərdən irəli gəlməsi, həmçinin mübahisənin hüquqi təbiətinə görə fərqlənməsi baxımndan hesab etmişdir ki, belə vəziyyətdə olan banka qarşı iddiaları iki əsas qrupa bölmək olar: müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddiaları. Yuxarıda göstərilən bölümə əsaslanmaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Banklar haqqında” Qanunu n 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-in 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır... İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən i rəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil...”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi Halları sübut etməlidir....” “Maddə

209. İşə mahiyyəti üzrə baxma ğın qurtarması... 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İş üzrə icraata xitam verilməli olması ilə bağlı kassasiya şikayətinin yeganə dəlili isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarında (bax yuxarıda § 28) göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.

32. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, “Banklar haqqında” Qanunun 7682 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”.

33. Göründüyü kimi, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır.

34. Baxılan iş üzrə iddia ərizəsindən və digər iş materiallarından aydın olur ki, hazırkı mübahisə iddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 manat məbləğində pulun ödənilməsi barədə tərtib edilmiş 462484 nömrəli öd əniş tapşırığının cavabdeh tərəfindən səhv icra edilməsi ilə əlaqədar yaranmışdır.

35. İddia ərizəsində qeyd edilənlərə əsasən sözügedən ödəmə tapşırığında qeyd olunan məbləğ iddiaçının hesabından çıxmış, lakin təyinatı üzrə hesaba mədaxil olmamışdır. 36. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin (bax yuxarıda § 27) məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəy ə minənədək gerigötürülməz olsun.

37. Göründüyü kimi iddiaçının irəli sürdüyü iddia tələbləri ləğvetmə prosesində olan banka qarşı irəli sürülmüş kreditor tələblərə deyil, cavabdehin hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn tələblərə aiddir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə iddianın predmetini “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər təşkil etmədiyindən, həmin Qanunun 72.1-ci və MPM-in 261.0, 261.0.1-ci maddələrinə (bax yuxarıda § 29) istinadla işin icraatına xitam vermək üçün hüquqi əsaslar mövcud olmamışdır.

39. Kassasiya şikayətinin hazırki qərarın § 22-də göstərilən dəlili ilə bağlı kollegiya vurğulayır ki, hazırki işdə iddia tələbləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2- ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarındakı müəyyənləşdirilmiş hüquqi mövqeyə uyğun olaraq ləğvetmə prosesində olan banka qarşı irəli sürülmüş kreditor tələblərə deyil, məhz cavabdehin hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn tələblərə aid olduğundan iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır.

40. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfin dən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmənin nəticəsi MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

41. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 noyabr tarixli 2-2(103)-893/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar