Məhkəmə qərarları › İş №2-2(102)-206/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-206/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-206/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr və pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 dekabr tarixli 2-2(105)-131/2024 nöm rəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Distribütor İddiaçı QSC (VÖEN **********) ilə diler Cavabdeh (VÖEN **********) arasında 2019-cu il 10 iyun tarixli ******* nömrəli diler müqaviləsi (bundan sonra – “diler müqaviləsi”) bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir; - 1.2-ci bəndinə əsasən, diler bu müqavilə üzrə öhdəliklərini yerinə yetirərkən distribütorun agenti və ya səlahiyyətli nümayəndəsi kimi yox, məhz malların satışı üzrə müstəqil diler kimi fəaliyy ət göstərəcək və bu müqavilədən irəli gələn öhdəliklərinə görə hər-hansı üçüncü tərəflər qarşısında məsuliyyət daşıyacaq; - 2.1.2-ci bəndinə əsasən, malların dilerə müəyyən müddətə ödəmə şərti ilə nisyə alğı-satqı müqaviləsi əsasında və ya hər-hansı digər əsaslarla verilməsi şərtlərini birtərəfli qaydada müəyyən etmək və dəyişmək distribütorun hüququdur; - 2.4.7-ci bəndinə əsasən, distribütordan aldığı mala görə ödənişi mal Dilerə təhvil verildiyi gündən hesablanmaqla 30 gün ərzində həyata keçirmək dilerin öhdəliklərinə aiddir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 16.633,29 manat məbləğində əsas borc, əsas borca münasibə tdə illik beş faiz hesablanmaqla 69 manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqı və ödənilmiş 142 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17.144,29 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi işin göstərilən halları ilə (bax §1) əsaslandırılmış və əlavə bildirilmişdir ki, dilerin distribütordan aldığı mala görə borcu yaranmış, cavabdehin iddiaçıya olan borcu 16.633,29 manat məbləğində əsas borc, həmin borca münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən illik beş faiz hesablanmaqla 69 manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqı və ödənilmiş 146 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17.144,29 manat təşkil etmişdir.

4. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli e-2-2(119)999/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 16.633,29 manat məbləğində əsas borcun, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 69 manat, 140,11 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 17.142,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – H.Alıyeva).

5. Məhkəmə qeyd etmişdir ki, İddiaçı QSC-nin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış 2024-cü il 1 yanvar tarixli üzləşmə aktına (bundan sonra – “üzləşmə aktı”) görə, 2023-cü il 31 dekabr tarixinə Cavabdeh İddiaçı QSC-yə qalıq borcu 16.633,29 manat təşkil etmişdir. 6. 2024-cü il 22 aprel tarixli 364 nömrəli maliyyə arayışına görə, Cavabdeh 2019-cu il 10 iyun tarixli ******* nömrəli diler müqaviləsi üzrə İddiaçı QSC-yə olan borcu 16.633,29 manat təşkil etmişdir. Borcdan bu günə qədər heç bir ödəniş həyata keçirilməmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında diler müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən diler cavabdeh tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən distribütor iddiaçı tərəfindən ona təklif olunmuş malların satışını həyata keçirmişdir. Lakin cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmiş və onun iddiaçıya 16.633,29 manat məbləğində borcu yaranmışdır.

8. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirmədiyinə v ə borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır.

9. Məhkəmə öz qətnaməsini MM-nin 385.1, 390.1, 399.1, 425.1, 427.3, 442, 445.7 və 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14..2, 77.1, 88, 107, 119.1 və 121.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 dekabr tarixli 2-2(105)-131/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – M.Hüseynov və İ.Dəmirov).

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu və iddiaçıya borcunun olmasını mübahisələndirməyən cavabdeh, müvafiq dəlillər irəli sürməklə yalnız borcun məbləğini mübahisələndirmişdir. Belə ki, öz apellyasiya şikayətində cavabdeh qaimələrə əsasən iddiaçıya 12.000 manata yaxın borcu olduğunu etiraf etmişdir. Bununla belə cavabdeh öz etirazının əsasını təşkil edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir.

13. Cavabdeh apell yasiya şikayətinin onun məhkəmə iclasında iştirakının təmin edilməməsi, işin hallarının araşdırılması üçün münasibəti və gətirəcəkləri dəlillərin nəzərə alınmaması ilə bağlı dəlillərinə münasinbətdə isə qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq birinci instansiya məhkəməsndə iş üzrə keçirilmiş 4 hazırlıq və 1 məhkəmə baxış iclasının heç birində, habelə apellyasiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında da iştirak etməmiş, elektron kabinet vasitəsi ilə məhkəmə iclaslarının təxirə salınması barədə müraciətlər etsə də, buna imkanı və vaxtı olduğu halda araşdırılması üçün hər-hansı dəlil və sübut təqdim etməmişdir.

14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 427.1, 427.2, 442 və 600.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad ilə əsaslandırmışdır.

15. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

16. MM-in 425-ci maddəsi üzrə - məhkəmələr iddiaçının iddia tələbi ilə bağlı öz öhdəliklərinə vicdanlı yanaşıb-yanaşmamasını, hüquqlarından sui-istifadə edibetməməsini araşdırmamışdır. Belə ki, iddiaçı borc məbləğini özündə əks etdirən qaimə və qəbzləri cavabdehlə aralarındakı müqavilə tələblərinə əsasən təqdim etməmiş və borcun məbləği ilə bağlı məhkəmələrin dəqiqləşdirmə aparmamasından bir növ yararlanmışdır.

17. MM-in 600.4-cü maddəsi üzrə - cavabdeh müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməsə iddiaçı ödənişi cavabdehdən tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi isə bu məsələni ümumiyyətlə araşdırmamışdır ki, borcun əsası olan əşyalar hardadı və necə təhvil verilib.

18. MPM-in 88 və 97.1-ci maddələri üzrə - apellyasiya şikayətində məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi üzləşdirmə aktının cavabdeh tərəfindən imzalanmadığı qeyd olunmuşdur. Məhkəmə isə imzalayan şəxsin səlahiyyətlərini və ümumiyyətlə imzanın cavabdehə məxsus olub-olmadığını araşdırmadan bu akta sübut kimi qiymət verərək düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə öz təşəbbüsü ilə xəttşünaslıq ekspertizası təyin etməklə bu məsələni aydınlaşdıra və həmçinin istinad etdiyi sübutun mötəbərliyini əsaslandıra b ilərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əş yanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədlərihttps://eqanun.az/framework/46945 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

25. Kassasiya şikayəti ndə istinad olunan MM-in 426 və 600.4-cü maddələrinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.

26. Belə ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulması qeyd edilsə də, bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

27. Eyni zamanda, kassasiya şikayətində həmin maddələrin və MPM-in 88, 97.1-ci maddələrinin pozulması ilə bağlı dəlillər MPM-in 407.2-ci maddəsinin tələblərinə zidd olaraq işin hallarının araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə əsaslandırılmışdır.

28. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

29. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu nun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən e dilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətin ə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası. QƏRARA ALİR: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 dekabr tarixli 2-2(105)-131/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar