Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-207/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ərizəçi “Azərxalça” X4 Birliyinin cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5rşı iş üzrə QƏRAR (açar sözlər: ərizəçinin ödəmə qabiliyyəti olmayan sayılması üçün Qanunda göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar iş materiallarına əlavə edilməmişdir.) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Ərizəçi “Azərxalça” X4 Birliyinin vəkili Vəkil Qulamhüseyn oğlunun iştirakı, Nigar Nəcəfzadənin katibliyi ilə, Ərizəçi ləğv prosesində olan “Azərxa lça” X4 Birliyinin müflis elan edilmə və iflas prosesinə başlanılma tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-64/2020 saylı qətnaməsindən ərizəçi “Azərxalça” X4 Birliyinin vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ərizəçi ləğv prosesində olan “Azərxalça” X4 Birliyi (bundan sonra- Birlik) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Birliyin müflis elan edilməsi və X3 əmlak inzibatçısı təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Birlik xx.xx.1991-ci il tarixdə Azərbaycan SSR X16 tərəfindən təsdiq edilmiş niz amnamə əsasında təsis edilmiş və hazırda da ********** saylı VÖEN ilə rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Prezidenti X13 xx.xx.2016-cı il tarixli 2032 saylı sərəncamına əsasən, Birlik ləğv edilmiş və Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirilməsi üçün (yeni hüquqi şəxs) “Azərxalça” X11 yaradılmışdır. Həmin Sərəncamının 6.3-cü maddəsinə əsasən, Birliyinin ləğvi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Respublikası Nazirlə r Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər X2 xx.xx.2016-cı il tarixli 17/PA- 766-21/14/18/11 saylı dərkənarı ilə Sərəncamın 6.3-cü bəndinin (ləğvetmə prosesinin icrası ilə bağlı işlərin) həyata keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş, sərəncamın icrasını təmin etmək məqsədilə dövlət mülkiyyətindəki hüquqi şəxs olan Birliyin ləğv edilmə prosesinin həyata keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli 133 saylı əmri əsasında Ləğvetmə komissiyası yaradılmışdır. Həmin tarixdən bu günə kimi Ləğvetmə Komissiyası tərəfindən ləğvetmə prosesi üzrə müvafiq işlər görülərək-Birliyin balansında olan əmlakların bir qismi açıq hərracdan satılmış və hərracdan daxil olan 85.000 manat vəsaitdən 61.273 manat əmək haqqı ödənişləri kimi işçilərə və qalıq 23.727 manat məbləğin də vergi borcu qismində dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Hazırda borclunun kreditorlara, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Baş Nazirin birinci müavini A.Rəsizadənin xx.xx.1996-cı il tarixli 124 c saylı sərəncamı üzrə bağlanmış xx.xx.1996-cı il tarixli müqavilə əsasında xx.xx.1997-ci il tarixədək geri qaytarmaq şərti ilə) 12 ay müddətinə ayrılmış 2 milyard AZM (400.000 manat) məbləğindəki uzunmüddətli kreditdən (məqsədli ssudadan) qalıq 296.389 manat, habelə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta üzrə 72.366,42 manat və vergilər üzrə 17.303.95 manat olmaqla, cəmi 386.059,37 manat borcu vardır. Həmin borca qarşılıq isə, Birliyin balansında Hacıqabul rayonunda yerləşən 100.000 manat məbləğində qi ymətləndirilmiş bir əmlakı (qeyri-yaşayış sahəsi) mövcuddur və həmin əmlakın hərraca dəfələrlə çıxarılmasına baxmayaraq tələb olmadığından satışı da mümkün olmamışdır (hazırda həmin daşınmaz əmlakda müxtəlif dövlət idarələri fəaliyyət göstərir). Sadalanan hallara əsasən Birliyin ödəniş qabiliyyətsiz olduğunu və kreditorların bütün tələblərinin vaxtının çatmasına baxmayaraq onun aktivlərinin və nağd vəsaitlərinin bütün kreditor tələblərinin təmini üçün kifayət etmədiyi təsdiq olunur. Digər tərəfdən, kreditor tələbləri vaxtı çatmış tələblər olduğundan (“Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən) 1 il ərzində vaxtı çatacaq borclar barədə məlumat təqdim edilmir. İddia ərizəsinə əlavə olunan xüsusilə maliyyə sənədləri Birliyin ödəniş qabiliyyətsi z olduğunu, onun aktivlərinin öhdəliklərini ödəyəcək həddə olmamasını təsdiq edir. İflas prosesinin qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsi üçün, hüquqi şəxsin müflis olmasında heç bir marağı olmayan- iqtisadiyyat üzrə ali təhsilə və təcrübəyə malik xx.xx.1959-cu il təvəllüdlü X9 əmlak inzibatçısı təyin edilməsi üçün məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı əsasında dövlət müəssisəsi olan Birliyin ləğvedilmə prosesi üzrə indiyə qədər aparılmış bütün işlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edildiyi üçün onun müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə ƏMDK-nın ayrıca razılığının (qərarının/rəyinin) alınmasına zərurət yaranmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il t arixli, e-2-2(81)1217/2019 saylı qətnaməsi ilə (hakim A.P.Oruczadə) ünvan 1 ünvanında yerləşən ləğv prosesində olan Birliyin müflis elan edilməsi və X3 əmlak inzibatçısı təyin olunması barədə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-64/2020 saylı qətnaməsi ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov) ərizəçi ləğv prosesində olan Birliyin apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(081)1217/2019 saylı qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixə olan Ləğvetmə Balansına əsasən, ləğv prosesində olan Birliyin xx.xx.2019-cu il tarixə 100.000 manat m əbləğində aktivi və 386.059,4 manat (296.389 manat - bank krediti; 72.366,4 manat - sosial sığorta və təminat üzrə; 17.304 manat- büdcə ilə bağlı) məbləğində passivi mövcuddur. xx xxxxxx 2016-cı il tarixinə ləğv prosesində olan Birliyin vergi orqanına təqdim etdiyi «Əmlak vergisi bəyannaməsi»nə əsasən Birliyə məxsus əmlakın ümumi qalıq dəyəri 468.320 manat təşkil etmişdir. Ərizəçinin ərizəsindən aydın olur ki, keçən müddət ərzində ləğv prosesində olan Birliyin əmlaklarının bir qisminin açıq hərracdan satılması nəticəsində cəmi 85.000 manat borcu ödənilmişdir. Ərizəçinin ləğvinə dair sərəncamın verildiyi tarixə Birliyə məxsus əmlakların dəyəri, onun kreditorlarına olan borcunun miqdarı ilə təxmini uyğunluq təşkil etmişdir, (əmlakın qalıq dəyəri 468.320 manat, borcunun miqdarı isə 471.059 ma nat (386.059,4 +85.000=471.059)). xx xxxxxx 2016-cı il tarixinə Birliyə məxsus 468.320 manat dəyərində əmlakların həmin ilin dekabr ayına dəyərinin xeyli dərəcədə - 270.000 manata qədər azalmasının, eləcə də Birliyə məxsus əmlakların əksər hissəsinin satılmasına baxmayaraq, borcun çox hissəsinin (386.059 manat) qalmasının səbəblərinə dair mötəbər sübutlar işə əlavə edilməmişdir. İşə əlavə olunmuş hərrac protokollarına əsasən, ləğvetmə prosesinə başlanmasından keçən müddət ərzində Birliyə məxsus qeyri-yaşayış binalarının hərrac vasitəsilə satışı həyata keçirilmiş, müəssisənin balansında bazar dəyəri 100.000 manat olan ünvan 2 ünvanından yerləşən qeyri-yaşayış binaları qalmışdır. İşin materiallarına həmin qeyri yaşayış binalarının hansı təyinatla istifadə edilməsinə (icarəyə verilib-verilməm əsinə və s.) dair hər hansı sübut da əlavə edilmədiyi üçün, həmin əmlakdan istifadəyə görə Birliyin borclarının ödənilməsinə yönəldiləcək gəlirinin olub-olmaması müəyyən edilmir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir və ya; b) borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir və ya c) borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir. İşin materiall arına, borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün Qanunun istinad olunan normasında göstərilən hallardan hər hansı birinin (məsələn borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir) mövcudluğuna dair hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda ərizəçinin ödəmə qabiliyyəti olmayan sayılması üçün Qanunun istinad olunan normasında göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar iş materiallarına əlavə olunmamış və məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5-ci, 61.6-cı maddələrinə, “Müflisləşmə və iflas haqqında” Azərbycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndi, 3-cü, 4.2-ci, 5-ci maddələrinə istinad etm işdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmiş və ərizənin təmin olunmaması əsasları aşağıdakılar hesab olunmuşdur: İflas prosesinə başlanılması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarı əlavə edilməmişdir. İş materiallarındakı sənədlərə görə xx.xx.2016-cı il tarixdə 468.320 manat qiymətləndirilən əmlakların həmin ilin dekabr ayında dəyərinin xeyli dərəcədə- 270.000 manata qədər azalmasının, eləcə də əmlakların çox hissəsinin satılmasına baxmayaraq borcun çox hissəsinin qalmasının səbəblərinə dair mötəbər sübutlar işə əlavə edilməmişdir. Hazırda ərizəçi nin Hacıqabul rayonunda yerləşən bir qeyri-yaşayış binasının hansı təyinatla istifadə edilməsinə dair hər hansı bir sübut əlavə olunmamışdır. Ərizəçinin ödəmə qabiliyyətli olmayan sayılması üçün “Müflisləşmə və iflas" haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsində göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar iş materiallarına əlavə olunmamış və məhkəməyə təqdim edilməmişdir. İlk əsasla bağlı şikayətdə bildirilmişdir ki, hüquqi şəxsin ləğvi onun hüquq və öhdəlikləri üzrə hüquqi varisliyin olmaması ilə fəaliyyətinə xitam verilməsi üsuludur. Mülki Məcəllənin "Hüquqi şəxsin ləğvi haqqında qərar" başlığını daşıyan 60-cı maddəsində hüquqi şəxsin (könüllü) ləğvi barədə qərar vermək səlahiyyətinin təsisçiyə və ya nizamnamə ilə vəkil edilmiş orqanına aid olduğu müə yyən edilmişdir. Mülki Məcəllənin 61.6-cı maddəsində "Ləğvetmə komissiyası hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır." norması mövcuddur. Ona görə də, hüquqi şəxsin ləğvi üçün bir dəfə iradə bəyan etmiş təsisçidən, könüllü ləğvetmə kimi ləğv etmənin bir üsulu olanmüflis olma ilə ləğvetmə üçün də ayrı bir iradə bəyanının tələb olunması korporativ hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir. Vəkil sorğusuna Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli cavab məktubunda Birliyin təsisçisinin 100% payla Azərbaycan Respublikası olduğu göstərilmişdir. Təsisçi adından Azərbaycan Respublikasının Prezidentinin hüquqi şəxsin ləğvinə dair xx.xx.2016-cı il tarixli 2032 saylı sərəncamı olmuşdur. Şikayətin təmin olunmamasının ikinci əsası Mülki Məcəllənin 61-ci maddəsinin tələbi kimi ləğvetmə komissiyasının əsas işi hüquqi şəxsin debitor və kreditorlarını müəyyən etmək, aktivləri real bazar dəyəri əsasında pul vəsaitinə çevirmək və tələblərin daxil olduğu növbəlilik qaydasında müvafiq hesablaşmaları aparmaqdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 586 saylı Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi" haqqında Əsasnamənin 3-cü maddəsinə əsasən, “Dövlət müəssisələrinin (obyektlərinin) və birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsi zamanı əmlakın real qiymətləndirilməsini həyat a keçirmək məqsədilə bu Əsasnaməyə uyğun olaraq qiymətləndiricilər və maliyyə məsləhətçiləri cəlb edilə bilər". Ləğvetmə komissiyası da müstəqil qiymətləndirici cəlb etməklə hüquqi şəxsin balansında olmuş əmlakların real bazar dəyərinin müəyyən olunması üçün müvafiq işlər görmüş, müstəqil qiymətləndirici olan "xxxxxxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli "Dövlət Əmlakının Qiymətləndirilməsi ilə bağlı Rəylər" əsasında Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyərinin 20.000 manat, Hacıqabul rayonu, İ. Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binasının bazar dəyərinin 100.000 manat, Lerik şəhəri, M. Baxışov küçəsi, 2 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyərinin 30.000 manat və Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən qeyri-yaşay ış binasının bazar dəyərinin 120.000 manat olmaqla, bütün aktivlərin həmin tarixə real bazar dəyərinin cəmi 270.000 manat olduğu müəyyən edilir. Həmin daşınmaz əmlakların açıq hərracdakı satışı nəticəsində daxil olmuş 85.000 manat pul vəsaiti də müvafiq növbəlilik qaydasında əmək haqlarının, qismən də vergi və sosial sığorta ödənişlərinə yönləndirilmişdir. Məhkəmə daşınmaz əmlakların real bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici rəyləri və həmin daşınmaz əmlakların satışına dair açıq hərrac protokolların məhkəməyə təqdim edilməsinə baxmayaraq mötəbər sübutların təqdim edilməməsini qeyd etməklə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətin təmin olunmamasının üçüncü əsası Hacıqabul rayonunda yerləşən qeyriyaşayış binası ərizəçiyə hər hansı ödəniş aparmadan dövlət qurumları tərəfindən öz fəaliyyətləri istiqamətində istifadə edilir. Bütün məhkəmə iclaslarında bu açıq şəkildə bəyan edilmişdir. Şikayətin təmin olunmamasının dördüncü əsasında hüquqi şəxsin ödəmə qabiliyyəti olmayan sayılması üçün qanunda göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutun məhkəməyə təqdim edilmədiyi göstərilmişdir. Halbuki qətnamədə məhkəmə müəyyən etmişdir ki, a) kreditor Maliyyə Nazirliyi ilə bağlanmış xx.xx.1996-cı il tarixli müqaviləyə əsasən, xx.xx.1997-ci il tarixdə geri qaytarılmaq şərti ilə, 12 ay müddətinə 2 milyard AZM məbləğində məqsədli 0.75 faizlə ssuda (kredit) verilmiş, qalıq 296.389 manatdır, b) Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, dövlət büdcəsinə əsas vergilə r üzrə 16.187,87 manat, hesablanmış faizlər üzrə 1.056,28 manat, maliyyə sanksiyaları üzrə 40 manat, dövlət rüsumu üzrə 19.80 manat olmaqla, ümumilikdə 17.303,95 manat vergi borcu, həmçinin məcburi dövlət sosial sığortası üzrə 70.208,36 manat əsas, hesablanmış penya üzrə 2.158,06 manat olmaqla, cəmi 72.366,42 manat borcu var. Məhkəməyə təqdim olunan sübutlar mötəbər qəbul edilərək işin halları kimi müəyyən edildiyi qətnamədə göstərilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-64/2020 saylı qətnaməsini ləğv edərək, “Azərxalça” X4 Birliyinin “müflis elan edilməsi və X3 əmlak inzibatçısı təyin edilməsi” haqqında ərizənin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Ərizəçi Birliyin in vəkili Vəkilməhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-64/2020 saylı qətnaməsinin ləğv edilməsi, Birliyin “müflis elan edilməsi və X3 əmlak inzibatçısı təyin edilməsi” haqqında ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işdə iştirak edən digər şəxslərinməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların i ştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtə rəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 1996-cı il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Birlik arasında müqavilə bağlanmış, həmin müqavilənin şərti olaraq isə ona 12 ay müddətinə 2 milyard AZM (400.000 manat) məbləğində məqsədli 0,75 faizlə ssuda verilmişdir. (xx.xx.1997-ci il tarixədək geri qaytarmaq şərti ilə). Azərbaycan Respulikası Vergilər Nazirliyinin **********053900 saylı məktubuna əsasən, ləğv prosesində olan Birliyin xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə əsas vergilər üzrə 16.187,87 manat, hesablanmış f aizlər üzrə 1.056,28 manat, maliyyə sanksiyaları üzrə 40 manat, dövlət rüsumu üzrə 19,80 manat olmaqla, ümumilikdə 17.303,95 manat vergi borcu, həmçinin məcburi dövlət sosial sığortası üzrə 70.208,36 manat əsas, hesablanmış penya üzrə isə 2.158,06 manat olmaqla cəmi 72.366,42 manat borcun olması göstərilmişdir. xx xxxx 2019-cu il tarixə olan Ləğvetmə Balansına əsasən, Ləğv prosesində olan “Azərxalça” X4 Birliyinin xx.xx.2019-cu il tarixə 100.000 AZN məbləğində aktivi və 386.059,4 AZN məbləğində passivi, Azərbaycan Respublikasının Auditorlar Palatasının xx xxxx 2019-cu il tarixli hesabatdan görünür ki, sərbəst auditor olan V.Talıbov xx xxxxxx 2018-ci il tarixdə “Azərxalça” X7 maliyyə hesabatı üzrə audit aparmış və Birliyin xx xxxx 2019-cu il tarixinə olan maliyyə vəziyyətinin ləğvetmə balan sında əks olunduğunu qeyd etmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxxx 2019-cu il tarixli, 2301 saylı məktubuna əsasən, Birliyin xx xxxxxxx 2019-cu il tarixə olan bütün bank hesablarında 0 AZN məbləğində pul vəsaiti mövcuddur. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx xxxx 2019-cu il tarixdən, Azərbaycan Respublikası Dövlət X14 tərəfindən xx xxxx 2019-cu il tarixdən sərəncam daxil olduğu və hazıradək qüvvədə olduğu da göstərilmişdir. “xxxxxxxx” ASC-nin xx xxxxxxx 2019-cu il tarixli, AB № SBF 17-04283 saylı məktubuna əsasən Birliyin AZ37ATAZ******************** saylı hesabında pul vəsaitində hesabının olmadığı göstərilmişdir. Eyni zamanda hesaba Vergilər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixində 17.307,19 manat məbləğində və Dövlət X14 tərəfindən xx.xx.2019-cu i l tarixində 72.366,42 manat məbləğində sərəncam qoyulduğu da qeyd edilmişdir. Dövlət əmlakının qiymətləndirilməsi ilə bağlı “xxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxxx 2016-cı il tarixli, PR/O-103-568 saylı rəyə əsasən, Birliyin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən qeyriyaşayış binalarının xx.xx.2016-cı il tarixə olan bazar dəyərinin qiyməti 120.000 manat təşkil edir, həmin qeyri-yaşayış binaları xx xxxxxx 2019-cu il tarixdə hərraca çıxarılmış və X6 60.000 manata satılmışdır. Dövlət əmlakının qiymətləndirilməsi ilə bağlı “xxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxxx 2016-cı il tarixli, PR/O-104-569 saylı rəyə əsasən, “Azərxalça” X4 Birliyinin mülkiyyətində olan ünvan 2 ünvanından yerləşən qeyri- yaşayış binalarının xx.xx.2016-cı il t arixə olan bazar dəyərinin qiyməti 100.000 manat təşkil edir, həmin qeyri-yaşayış binaları xx xxxx 2017-ci il tarixdə hərraca çıxarılmış, lakin obyektin satılması üçün sifariş verilmədiyindən əlavə 1-də göstərilmiş obyekt satılmamışdır. Dövlət əmlakının qiymətləndirilməsi ilə bağlı “xxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxxx 2016-cı il tarixli, PR/O-106-571 saylı rəyə əsasən, “Azərxalça” X4 Birliyinin mülkiyyətində olan ünvan 5 ünvanından yerləşən qeyri-yaşayış binalarının xx.xx.2016-cı il tarixə olan bazar dəyərinin qiyməti 30.000 manat təşkil edir, həmin qeyriyaşayış binaları xx xxxxxxxx 2017-ci il tarixdə hərraca çıxarılmış və 15.000 manata satılmışdır. Dövlət əmlakının qiymətləndirilməsi ilə bağlı “xxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxxx 2016-cı il tarixli, PR/O-105- 570 saylı rəyə əsasən, “Azərxalça” X4 Birliyinin mülkiyyətində olan Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən qeyriyaşayış binalarının xx.xx.2016-cı il tarixə olan bazar dəyərinin qiyməti 20.000 manat təşkil edir, həmin qeyri-yaşayış binaları xx xxxx 2017-ci il, xx xxxxx 2017-ci il və son olaraq xx xxxxxx 2017-ci il tarixlərdə hərraca çıxarılmış və xx xxxxxx 2017-ci il tarixdə 10.000 manata satılmışdır. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli, 03 və 04 saylı məktublardan görünür ki, ərizəçi ləğv prosesində olan “Azərxalça” X4 Birliyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edərək, müflisləşmə və iflas barədə məhkəməyə müraciət edəcəyini bildirmiş və ərizələrin surətlərini kreditorlara göndərmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, xx xxxxxx 2016-cı il tarixinə Birliyə məxsus, 468.320 manat dəyərində əmlakların həmin ilin dekabr ayına dəyərinin xeyli dərəcədə - 270.000 manata qədər azalmasının, eləcə də Birliyə məxsus əmlakların əksər hissəsinin satılmasına baxmayaraq, borcun çox hissəsinin (386.059 manat) qalmasının səbəblərinə dair mötəbər sübutlar işə əlavə edilməmiş, hərrac protokollarına əsasən, ləğvetmə prosesində başlanmasından keçən müddət ərzində Birliyə məxsus qeyri-yaşayış binalarının hərrac vasitəsilə satışı həyata keçirilmiş, müəssisənin balansında bazar dəyəri 100.000 manat olan ünvan 2 ünvanından yerləşən qeyri-yaşayış binaları qalmışdır ki, həmin qeyri yaşayış binalarının hansı təyinatla istifadə edilməsinə (icarəyə veri lib-verilməməsinə və s) dair hər hansı sübut da əlavə edilmədiyi üçün, həmin əmlakdan istifadəyə görə Birliyin borclarının ödənilməsinə yönəldiləcək gəlirinin olub-olmaması müəyyən edilmir. Borclunun ödəmə qabiliyyəti olmayan sayılması üçün Qanunun istinad olunan normasında göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair hər hansı sübut əlavə edilməmiş, hazırki halda ərizəçinin ödəmə qabiliyyəti olmayan sayılması üçün Qanunun istinad olunan normasında göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə-borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır, ərizəçi-məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxsdir, əmlak inzibatçısı-borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir, müvəqqəti əmlak inzibatçısı-borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun Vİ fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorl arın) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda ərizəçinin ö dəmə qabiliyyəti olmayan sayılması üçün Qanunun istinad olunan normasında göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. «Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-64/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-64/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-207/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-207/2020
01.07.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver