Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-209/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka yüklülüyündən azadetmə və hüquqmüəyyənedici sənədlərin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qalıq ipoteka predmetinin yüklülükdən azad edilməsi və hüquqmüəyyənedici sənədlərin geri qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 noyabr tarixli 22(103)-386/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. X5 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, 22 nömrəli evin 9 nömrəli mənzili "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş və yüklülük Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsində seriya nömrəsi MA ******* ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. İddiaçı məxsus Astara şəhəri, Heydər Əliyev küçəsi, bina 22, 4 nömrəli mənzil, ********** qeydiyyat nömrəsi ilə 2012-ci il 26 sentyabr qeydiyyat tarixi ilə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 3. 2022-ci il 8 iyul tarixli 59 nömrəli Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri inzibati ərazi dairəsi nümayəndəl iyi tərəfindən "xxxx" ASC-nin 2022-ci il 5 iyul tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, X4 vərəsələri X2, X9 və X3r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra -“iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinin və X5 məxsus olmuş Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli evin 9 saylı mənzilinin sabiq "xxxx" ASC, indiki cavabdehin girovundan (yüklülükdən) azad edilməsi və hüquqmüəyyənedici sənədlərin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən verilmiş 2019-cu il 1 may tarixli çıxarışa əsasən iddiaçının hər hansı kredit öhdəliyi mövcud deyil. 2021-ci il 25 avqust tarixli çıxarışdan da məlum olur ki, onun tərəfindən həm 12.000 manat məbləğ, həm də 4.000 manat məbləğ kreditlə bağlı öhdəliklər icra olunmuşdur. Göründüyü kimi, o, müqavilə öhdəliklərini keçmiş cavabdeh qarşısında yerinə yetirmiş, lakin cavabdeh həmin müqavilələrdən yaranan öhdəliklər üzrə borcu olmasını əsas gətirərək mənzillərin ipotekadan azad edilməsindən imtina edir.
6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 dekabr tarixli e-2-2(113)-4908/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim E.Əliyev).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə ilk öncə 12.00 0 manat, daha sonra isə 4.000 manat məbləğində kredit götürmüş, öhdəliyin təminatı olaraq isə hazırki iş üzrə tərəflər və X7 arasında ipoteka müqavilələri bağlanmış, X5 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, ev 22, 9 nömrəli mənzil və iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsi, bina 22, 4 nömrəli mənzil cavabdehin xeyrinə yüklü edilmişdir. İddiaçı iddia ərizəsində və izahatında kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək borcu ödədiyini və bu səbəbdən ipoteka predmeti olan əmlakların yüklülükdən azad edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən bina 22, 4 nömrəli mənzilin yüklülükdən azad edilməsi hissəsində rədd edilməlidir. Belə ki, iddiaçı kredit müqavilələri üzrə b orcun ödənilməsini qeyd etsə də, məhkəməyə hər iki kredit müqaviləsi üzrə borcların tam həcmdə ödənilməsi barədə mötəbər sübut təqdim etməmiş, cavabdeh isə 2022-ci il 16 noyabr tarixinə 2013-cü il 5 fevral tarixli 12.000 manat məbləğində kredit üzrə cəmi 15.583,77 manat, 2012-ci il 27 sentyabr tarixli 4.000 manat məbləğində kredit üzrə isə 5.224,47 manat borcların olması ilə bağlı maliyyə arayışı təqdim etmişdir.
9. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddia X5 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, bina 22, 9 nömrəli mənzilin yüklülükdən azad edilməsi hissəsində də rədd edilməlidir. Belə ki, iddiaçı ipoteka qoyan X4 hüquqi varisi olması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyinə görə onun həmin tələb üzrə iddia ərizəsini verməyə subyektiv hüququ yoxdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 11 fevral tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
11. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 16 may tarixli 2-2(103)-386/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəz inə göndərilmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 24 iyul tarixli məlumata əsasən, məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından vəsatətdə göstərilən sənədlərin tam təqdim olunmaması səbəbindən imtina olunmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin 2023-ci il 18 avqust tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 16 may tarixli 2-2(103)-386/2023 saylı qərardadı icra olunması üçün təkrarən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
15. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 24 oktyabr tarixli məlumata əsasən məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir. Həmin məlumatda qeyd olunmuşdur ki, məhkəmə-mühasibat eksperti qarşı sında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə 2023-cü il 7 sentyabr tarixli vəsatət göndərilmiş, həmin vəsatətdə (tərəflər arasında bağlanmış 2013-cü il 5 fevral tarixli və 2012-ci il 27 sentyabr tarixli kredit müqavilələri, həmin müqavilələr üzrə tərtib edilmiş razılaşmalar, sazişlər və əlavələr daxil olmaqla cari hesabdan çıxarış (gedişat, müqavilələr bağlanan tarixdən 2023-cü il 7 sentyabr tarixə, (kodlaşdırılmış yox) məxariclər və mədaxillər göstərilməklə, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə, ayrı-ayrılıqda) ödəniş qəbzləri, elanlar, ödəniş tapşırıqları (müştəri və bank tərəfindən təqdim edilən, ayrı-ayrılıqda), faizlərin və cərimələrin hesablanması barədə hesabdan çıxarış (gedişat, müqavilələr bağlanan tarixdən 2023-cü il 7 sentyabr tarixə);) təqdim edilməsi xahiş edilmişdir. Həmin vəsatətə cavab olaraq 2023-cü il 13 oktyabr tarixdə 2023-cü il 12 oktyabr tarixli məktubla Mərkəzə əlavə sənədlər təqdim olunmuşdur. Həmin sənədlərlə tanışlıq zamanı, vəsatətdə qeyd olunan lazımi sənədlərin (2013-cü il 5 fevral tarixli və 2012-ci il 27 sentyabr tarixli kredit müqavilələri) əlavə olunmadığı müəyyən edilmişdir, yəni təqdim olunmuş sənədlər tam təqdim edilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 28 noyabr tarixli 2-2(103)-386/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinə aid hissədə ləğv edilərək, həmin hissədə iddia təmin edilmiş, iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzili cavabdeh qarşısında ipoteka ilə yüklülükdən azad edilərək həmin mənzilə aid hüquqmüəyyənedici sənədlərin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).
17. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən əsaslı hesab edərək gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddia tələblərinin qanuni əsasını “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.
18. Hazırki halda iddianın əsaslı hesab edilməsi üç ün müəyyən edilməlidir ki, ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunduğuna görə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən həmin öhdəliyə xitam verilmişdir. Həmin halı sübutetmə yükü isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının üzərinə düşür.
19. İddiaçı həmin halı sübut etmək üçün "xxxx" MMC tərəfindən verilən İddiaçı kredit borclarına dair 25 avqust 2021-ci il və 05 oktyabr 2022-ci il tarixli hesabdan çıxarışları təqdim etmişdir. Həmin çıxarışlardan müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-dən aldığı 05 fevral 2013-cü il tarixli müqavilə üzrə 12000 manat və 27 sentyabr 2012-ci il tarixli müqavilə üzrə 4000 manat məbləğində kredit borcları tam olaraq ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən sübutlara əsasən onun kredit müqavilələri üzrə heç bir borcunun olmadığı müəyyən edilir.
20. Cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsində iddiaya etiraz etmiş və iddiaçının borcunun mövcud olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlara etiraz etdiyi üçün həmin sübutların qeyri-mötəbərliyini sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür. Lakin cavabdeh həmin sübutların qeyri-mötəbər olmasını təsdiq edən şübhədən kənar sübutu məhkəməyə təqdim etməmiş, yalnız birtərəfli qaydada özü tərəfindən tərtib edilən 16 noyabr 2022-ci il tarixli maliyyə arayışlarını vermişdir.
21. Həmin arayışlara əsasən İddiaçı İxtiyar oğlunun 27 sentyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 3.404,27 manat əsas, 1.213,47 manat faiz, 606,73 manat cərimə, cəmi 5.224,47 manat məbləğində və 05 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə 11.413,27 manat əsas, 4.170,50 manat faiz, cəmi 15.583,77 manat məbləğində borcu vardır.
22. Birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan və mötəbərliyini şübhə altına almadan iddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən verilən hesabdan çıxarışları deyil, məhz cavabdeh tərəfindən birtərəfli qaydada verilən maliyyə arayışlarını əsas götürərək, iddiaçının kredit müqavilələri üzrə yuxarıda qeyd olunan məbləğlərdə borcunun olduğu qənaətinə gəlmişdir.
23. Halbuki, birtərəfli qaydada verilən maliyyə arayışları əsasında həmin hal müəyyən oluna bilməzdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iş tirak etməmiş, bu səbəbdən cavabdehə təklif edilmişdir ki, "xxxx" MMC tərəfindən verilən hesabdan çıxarışlarda olan məlumatlarla maliyyə arayışlarında olan məlumatlar arasındakı ziddiyyətə aydınlıq gətirilsin. Buna cavab olaraq cavabdeh bildirmişdir ki, "xxxx" ASC-nin lisenziyası müvafiq dövlət orqanı tərəfindən ləğv edildikdən sonra texniki səhv nəticəsində həmin reyestrdə şəxsin kreditinin bağlı olması göstərilmişdir. Hal-hazırda bu texniki səhv aradan qaldırılmış və Mərkəzi Kredit X1 iki aktiv kreditinin olması görünməkdədir. Məhkəməyə təqdim edilən arayışdan da görünür ki, hazırda 11413,27 manat və 3404,27 manat əsas məbləği olan iki kredit mövcuddur.
24. Həmin cavaba qoşma kimi əlavə olunan "xxxx" MMC tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli hesabdan çıxarışda isə qeyd olunmuşd ur ki, İddiaçı 05 fevral 2013-cü il tarixli 12.000 manat məbləğində kredit üzrə 11.413,27 manat əsas, 0 manat faiz borcu və 27 sentyabr 2012-ci il tarixli 4000 manat məbləğində kredit üzrə 3.404,27 manat əsas, 1.213,49 manat faiz borcu vardır.
25. Göründüyü kimi İddiaçı "xxxx" ASC ilə bağlanan 27 sentyabr 2012-ci il və 05 fevral 2013-cü il tarixli kredit müqavilələri üzrə borcunun olubolmaması üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda olan məlumatlar ziddiyyətlidir və biri digərini istisna edir.
26. Odur ki, yaranmış zərurətlə əlaqədar olaraq, həmin məsələyə aydınlıq gətirilməsi və borc olmadığı və ya olduğu təqdirdə bunu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün hazırki apellyasiya baxışı zamanı iddiaçının vəsatətinə əsasən "xxxx" MMCyə məktub göndərilm işdir. Həmin məktuba cavab olaraq sonuncu bildirmişdir ki, İddiaçı İxtiyar oğluna məxsus öhdəliklər 12 fevral 2018-ci il tarixində Cavabdeh BOKT MMC (BOKT) tərəfindən Büronun məlumat bazasına “tam ödənilmiş” statusu ilə təqdim edilmişdir. Daha sonra, 30 noyabr 2023-cü il tarixində müvafiq öhdəliklər BOKT-nin rəsmi müraciəti əsasında aktiv statusa keçirilmişdir. Büroda məlumat təchizatçılarının (bank, bank olmayan kredit təşkilatı və s.) təqdim etdiyi informasiyalar texniki emal edir və bu məlumatların hər birinin dəqiqliyi Büro tərəfindən yoxlanılmır. Həmçinin müvafiq məlumatların yenilənməsi məlumat təchizatçıları tərəfindən həyata keçirir. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən, müraciətdə qeyd edilən sənədlər (borcun olub-olmamasını təsdiq edən sənədlər) Büroda toplanılmır.
27. Göründüyü kimi "xxxx" MMC onda olan məlumatların məhz Cavabdeh BOKT MMC tərəfindən verilən məlumatlar olduğunu və bu məlumatların dəqiqliyinin Büro tərəfindən yoxlanılmadığını bildirmişdir. Bu isə onu deməyə əsas vermişdir ki, "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli hesabdan çıxarışında əks olunan borc əvvəlcədən mövcud olmamış, yalnız hazırki apellyasiya baxışı zamanı məhkəmənin sorğusundan sonra Cavabdeh BOKT MMCnin iddiaçının borcunun olması barədə məlumatları "xxxx" MMCyə ötürmüş və bunun nəticəsində iddiaçının borcu olduğu 25 aprel 2023-cü il tarixli hesabdan çıxarışda əks olunmuşdur.
28. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, əvvəla, cavabdeh birinci instansiya məhkəməsində bütün məhkəmə iclasları barədə kifayət qədər məlumatlı olsa da, məhk əmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddiaya etirazını yalnız maliyyə arayışı ilə əsaslandırmış, hər hansı texniki səhvə yol verildiyinə ümumiyyətlə istinad etməmişdir. Apellyasiya baxışı zamanı da məhkəmə iclaslarında iştirak etməmiş, yalnız məhkəmənin qeyd olunan məktubundan sonra "xxxx" MMC-nin qeyd olunan hesabdan çıxarışını məhkəməyə təqdim etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. Bundan əlavə, həmin Məcəllənin 372.2-ci maddəs ində təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir.
29. Bundan əlavə, kredit müqaviləsi üzrə borcun olub-olmaması məsələsi formal mülahizələrə və təkcə birtərəfli qaydada cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasında deyil, məhz borcu təsdiq edən müvafiq maliyyə sənədləri əsasında həll oluna bilər. Bu mənada qeyd olunanların aydınlaşdırılması, yəni iddiaçının kredit borcunun mövcud olub-olmamasının müəyyən edilməsi məqsədi ilə apellyasiya instan siyası məhkəməsinin 16 may 2023-ci il tarixli 2-2(103)-386/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
30. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli məlumatına əsasən məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından vəsatətdə göstərilən sənədlərin tam təqdim olunmaması səbəbindən imtina olunmuşdur. Bundan sonra, məhkəmənin 18 avqust 2023-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə 16 may 2023-ci il tarixli 2-2(103)-386/2023 saylı qərardad icra olunması üçün təkrarən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ver ilmiş 24 oktyabr 2023-cü il tarixli məlumatına əsasən məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından aparılmasından imtina edilmişdir. Həmin məlumatda da qeyd olunmuşdur ki, məhkəmə-mühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, həmin vəsatətdə ("xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 05 fevral 2013-cü il tarixli və 27 sentyabr 2012-ci il tarixli kredit müqavilələri, həmin müqavilələr üzrə tərtib edilmiş razılaşmalar, sazişlər və əlavələr daxil olmaqla cari hesabdan çıxarış (gedişat, müqavilələr bağlanan tarixdən xx.xx.2023-cü il tarixə, (kodlaşdırılmış yox) məxariclər və mədaxillər göstərilməklə, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə, ayrı-ayrılıqd a) ödəniş qəbzləri, elanlar, ödəniş tapşırıqları (müştəri və bank tərəfindən təqdim edilən, ayrı-ayrılıqda), faizlərin və cərimələrin hesablanması barədə hesabdan çıxarış (gedişat, müqavilələr bağlanan tarixdən 07 sentyabr 2023-cü il tarixə) təqdim edilməsi xahiş edilmişdir. Həmin vəsatətə cavab olaraq 13 oktyabr 2023-cü il tarixində 12 oktyabr 2023-cü il tarixli məktubla Mərkəzə (02-vərəq) əlavə sənədlər təqdim olunmuşdur. Həmin sənədlərlə tanışlıq zamanı, vəsatətdə qeyd olunan lazımi sənədlərin (05 fevral 2013-cü il tarixli və 27 sentyabr 2012-ci il tarixli kredit müqavilələri) əlavə olunmadığı müəyyən edilmişdir, yəni təqdim olunmuş sənədlər tam təqdim edilməmişdir.
31. Göründüyü kimi ekspertizanın keçirilməsi məhz cavabdehin lazımi sənədləri ekspertə təqdim etməməsi səbəbindən baş tutm amışdır.
32. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin mübahisəsiz hallarına əsasən kredit müqavilələri müvafiq olaraq 27 sentyabr 2012-ci il və 05 fevral 2013-cü il tarixlərdə, yəni 10-11 il bundan əvvəl bağlanmışdır, lakin "xxxx" ASC müqavilələr üzrə İddiaçı kredit borcunun olduğunu bildirsə də, keçən kifayət qədər uzun müddət ərzində həmin borcların İddiaçı tələb edilməsi ilə bağlı hər hansı tədbir görməmiş və məhkəməyə müraciət etməmişdir.
33. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Şirvan Kommersiya Məhkəməsinə müraciət etdiklərini, lakin məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarıldığını bildirsə də, bu halı təsdiq edən sübutları təqdim etməmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsində bu fakta istinad olunmamış və sübutlar təqdim edilməmişdir.
34. Bundan əlavə, "xxxx" MMC tərəfindən verilən hesabdan çıxarış məlumatlarından görünür ki, 27 sentiyabr 2012-ci il və 05 fevral 2013-cü il tarixli kredit müqavilələrindən sonra da digər banklar və BOKT-lar ("xxxx" KB ASC, “Kapital Bank” SB, "xxxx" ASC, “TCF” BOKT) tərəfindən İddiaçı bir neçə dəfə yeni kreditlər verilmişdir. Halbuki, bank kreditləşməsi sahəsində məlum olan hal ondan ibarətdir ki, bankların mövcud siyasətinə və təcrübəsinə əsasən müştərinin hər hansısa bir digər banka kredit borcu mövcud olduğu halda (həmin məlumatlar mərkəzləşdirilir), ona yeni kredit verilməsindən bir qayda olaraq imtina edilir.
35. Beləliklə, qeyd olunanları, həmçinin "xxxx" MMC tərəfindən verilən 25 avqust 2021ci il və 05 oktyabr 2022-ci il tarixli hesabdan çıxarışlara əsasən iddiaçının borcunun olmadığının müəyyən edildiyini, həm in məlumatların məhz cavabdeh tərəfindən "xxxx" MMC-yə təqdim edilən məlumatlar əsasında verildiyini, 27 sentyabr 2012-ci il və 05 fevral 2013-cü il tarixli kredit müqavilələrinin bağlanmasından 10 ildən artıq müddət keçdiyini və ona görə də, həmin kredit müqavilələri üzrə ödəniş sənədlərinin hazırda iddiaçıda olmamasının ağlabatan olduğunu (iddiaçı ödəniş sənədlərinin onda qalmamasının bu şəkildə izah etmişdir), bu müddətdə iddiaçının digər banklardan kreditlər götürdüyünü, hazırki işə apellyasiya instansiyasında baxılan zaman verilən 25 aprel 2023-cü il tarixli hesabdan çıxarışda və cavabdeh tərəfindən təqdim edilən maliyyə arayışında qeyd olunan borcun həqiqiliyinin müəyyən edilmədiyini, bununla bağlı cavabdeh tərəfindən lazımi maliyyə sənədlərinin təqdim edilmədiyini, 25 avqust 2021-ci il və 05 oktyabr 2022-ci il tarixli hesabdan çıxarışlarda göstərilən məlumatların texniki səhv olaraq Büroya təqdim edildiyini təsdiq edən heç bir sübutun təqdim edilmədiyini, həmçinin məhkəməmühasibatlıq ekspertizasının iki dəfə aparılmasının məhz cavabdehin hərəkətsizliyinə, yəni lazımi sənədləri təqdim etmədiyinə görə mümkün olmadığını və Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 27 sentyabr 2012-ci il və 05 fevral 2013-cü il tarixli kredit müqavilələri üzrə İddiaçı heç bir borcunun olmadığı faktı məhkəmə tərəfindən qəbul edilməlidir.
36. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki işdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-ci maddəsinin dispozitiv şərtlə ri mövcuddur. Əsas öhdəliyə xitam verildiyinə görə iddiaçı ona məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsini və hüquqmüəyyənedici sənədlərin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin hissədə iddia təmin edilməlidir.
37. Məhkəmə hesab etmişdir ki, X5 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, bina 22, 9 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi hissəsində iddia rədd edilməlidir. Belə ki, işin hallarından görünür ki, həmin ipoteka predmeti X5 məxsus olmuşdur və o, İddiaçı qayınatası olmuşdur. X7 vəfat etmişdir və Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən 08 iyul 2022-ci il tarixli 59 nömrəli məktubla verilən məlumat a görə onun vərəsələri X2, X9 və X3r.
38. Məhkəmə qeyd etmişdir ki, X7 vəfat etdiyinə görə ona məxsus olmuş mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə tələb irəli sürmək hüququ məhz sonuncunun vərəsələrinə məxsusdur. Lakin hazırda İddiaçı mərhum Ədalət İbrahimovun vərəsəsi olması faktı müəyyən olunmur. Çünki o, nə bu hala istinad etməmiş, nə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
39. Bu mənada məhkəmə hesab etmişdir ki, İddiaçı həmin iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
40. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, yuxarıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni İddiaçı məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 528-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 77.1, 97.5, 209.3, 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
42. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, toplanmış sübutlar üzrə iddianın rədd olunmasına dair yeni qərarın çıxarılması, bu mümkün olmadıqda isə işin təkrar apellyasiya baxışına qaytarılması b arədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. MM-in 385.1 və 425.1-ci maddələrinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələbləri pozulmuşdur - məhkəmə “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə istinad edərək, əsas öhdəliyə xitam verildiyinə görə ipoteka müqaviləsinə də xitam verilməsi nəticəsinə gəlmişdir. Lakin qanunvericiliyin məhkəmə qətnaməsi haqqında tələbi olan “məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır” prinsipi pozulmuşdur. Belə ki, məhkəmə hansı sübutlarla əsas öhdəliyə xitam verilməsinə dair heç bir sübuta istinad etməmişdir. İstər rayon məhkəməsində istərsə də apellyasiya məhkəməsində iddiaçıya kredit üzrə ödənişlərini təsdiq edən sənədlərin məhkəm əyə təqdim edilməsi tələb edilsə də, heç bir ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. Bankın lisenziyasının ləğvi prosesi dövrünə təsadüf edən texniki səhv nəticəsində kredit reyestrində aparılan yanlış qeydə əsaslanmaqla qətnamə çıxarmaq prosessual pozuntu hesab edilməlidir. Cavabdehin borcunun qalmasına dair istər hesabdan çıxarış sənədləri, istərsə də maliyyə arayışları dəfələrlə məhkəməyə təqdim edilmişdir. Cavabdeh qanunun tələbinin pozulmasına görə məsuliyyət daşıdığını bildiyi halda əgər borc bağlanmışsa əmlakı girovdan azad etməməsi və yaxud iddiaçının bu günə kimi hansı səbəbdən buna dair müraciət etməməsi anlaşılan deyildir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yer də lazımi şəkildə öhdəliklərini icra etməlidirlər. İddiaçı öhdəliyin icra edilməsinə dair kassa mədaxil qəbzləri təqdim etmədiyi halda məhkəmənin bu borcun ödənilməsi qənaətinə gəlməsi aydın deyildir.
44. MPM-in 8.1, 9.1, 76.1, 77.1-ci maddələrinin tələbləri pozulmuşdur- iddiaçı öz tələbini yəni kredit müqaviləsi üzrə borcunu tam ödəyib qurtarmasına dair iddiasını sübut edə bilmir. İddiaçı banka olan borcunu tam ödəməsinə dair iddiasını yalnız Kredit Bürosunun verdiyi çıxarışla əsaslandırmış, cavabdeh isə həmin çıxarışın texniki səhv səbəbindən baş verməsini sübut edərək büronun yeni çıxarışını məhkəməyə təqdim etmişdir. Məhkəmə Kredit Bürosuna məlumatların cavabdeh tərəfindən verilməsini əsas gətirərək bu sübutun əsaslı olmamasını bildirmişdir. Bundan başqa, iddiaçının kredit bürosunun çı xarışına əsaslanıb borcunun olmadığını bildirdikdə onun təqdim etdiyi çıxarışı məhkəmənin sübut kimi qəbul etməsi, lakin cavabdehin həmin kredit bürosunun çıxarışına əsaslandıqda bu çıxarışı məhkəmənin sübut kimi hesab etməməsi anlaşılan deyildir. Halbuki, işin hallarından da göründüyü kimi, iddiaçı öz iddiasını sübut edə bilmədiyi halda, cavabdeh öz etirazını sübutlarla əsaslandırmışdır.
45. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, təyin edilən məhkəmə mühasibatlıq ekspertizaları cavabdehin hərəkətsizliyi nəticəsində baş tutmamışdır. Lakin istər rayon məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı məhkəmələr tərəfindən tələb edilən sənədlər təqdim edilmişdir. Ekspertin sənədlərin tələb edilməsinə dair şablon vəsatətlərdə göstərilən (məxariclər, mədaxillər göstərilməklə, cari, ssuda, f aiz və cərimə hesabları göstərilməklə, ayrı-ayrılıqda, ödəniş qəbzləri, elanlar, ödəniş tapşırıqları, müştəri və bank tərəfindən təqdim edilən, ayrı-ayrılıqda, faizlərin və cərimələrin hesablanması barədə hesabdan çıxarış, gedişat, müqavilələr bağlanan tarixdən 2023-cü il 7 sentyabr tarixə) sənədlərin ümumiyyətlə mövcud olub-olmaması araşdırılmamışdır. Belə ki, ekspertə araşdırma aparılması üçün lazım olan hesabdan çıxarış sənədi 2-3 dəfə məhkəməyə təqdim edilmişdir. Həmin hesabdan çıxarışlarda bütün əməliyyatlar öz əksini tapır. Əsas, faiz, cərimə borclarının ödənilməsi və silinməsi də daxil olmaqla bütün əməliyyatlar hesabdan çıxarış sənədində mövcud olduğu halda ekspertin nəyə görə hesablama aparıb rəy verməməsi məlum deyildir. Məhkəmənin isə sənədlərin təqdim edilməməsi bəhanəsini cava bdeh qəbul etmir. Hesabdan çıxarış sənədində iddiaçının bütün ödənişləri görünür. Cavabdeh iddiaçının borcunun tam bağlamamasına dair dəlilini hesabdan çıxarış əsasında sübut etmiş, iddiaçı ödəniş etməsinə dair məhkəməyə kassa mədaxil qəbzlərini təqdim etməmiş, məhkəmə isə işin bu halına münasibət bildirməmişdir. Bu isə tərəflərin bərabərliyi və işin faktlar əsasında həll edilməsi prinsipinin pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
47. Kassasiya şikayətinin tələb hissəsində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv olunmasını xahiş etsə də, onun dəlillərindən görünür ki, sonuncu qətnaməni yalnız iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Odur ki, MP M-in 403 və 416-cı maddələrinə uyğun olaraq qətnamənin əsaslılığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılacaqdır.
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində x itam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.” 50. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir:... 48.1.2. əsas öhdəliyə xitam verildikdə;...”
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndiri lməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 53. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydal arla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
54. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, iddiaçı hazırkı iddia tələbində kredit öhdəliklərinin tam icrasına istinadən, həmin öhdəliklərin təminatı qismində bağlanmış ipoteka müqavilələri ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi ipoteka ilə təmin edilmiş əsas öhdəliyin iddiaçı tərəfindən tam icra edilməsi qənaətinə gələrək, iddiaçıya məxsus mənzilin ipoteka yüklülüyündən azad edilməsi hissəsi ndə iddianı təmin etmişdir.
55. Cavabdeh iddia tələbinə etirazında, habelə hazırkı kassasiya şikayətində tərəflər arasında bağlanmış 2013-cü il 5 fevral tarixli və 2012-ci il 27 sentyabr tarixli kredit müqavilələri üzrə öhdəliklərin iddiaçı tərəfindən icra edilməməsinə, sonuncunun kredit müqavilələri üzrə borc öhdəliyinin tam icra edilməsi haqqında məlumatın kredit bürosuna təqdim edilməsinin texniki səhvlə əlaqədar olmasına istinad etsə də, buna dair mötəbər sübutları, o cümlədən kredit müqavilələri və həmin müqavilələr üzrə tərtib olunmuş ödəniş qrafiklərini işin faktiki hallarına və sübutlara qiymət vermək səlahiyyətinə malik olan, işə baxmış məhkəmələrə təqdim etməmiş, MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
56. Həmçinin i şin materiallarından görünür ki, cavabdehin kassasiya şikayətində istinad etdiyi hesabdan çıxarış məlumatları ipoteka ilə təmin edilmiş kredit öhdəliyi üzrə borcun mövcud olub-olmamasını müəyyən etmək üçün yetərli olmamış, bununla əlaqədar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsindən imtina olunmuşdur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
57. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı).
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 noyabr tarixli 2-2(103)-386/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov A.Ə.Abbasov