Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-210/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: arabağlantı müqaviləsindən irəli gələn borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “arabağlantı müqaviləsindən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə İddiaçı MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 22(103)-41/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İş üzrə tərəflər arasında yaranmış mübahisənin mahiyyəti ondan ibarətdir ki, İddiaçı MMC Cavabdeh MMC-dən aralarında bağlanmış arabağlantı müqaviləsindən irəli gələn borcun ödənilməsini, Cavabdeh MMC isə həmin müqavilənin şərtləri dəyişdirilməklə tərəflərin biri-birinə olan borcunun yenidən hesablanmasını tələb edir.
2. Tərəflər arasında bağlanmış “Arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında” 2006-0597 saylı 01.08.2006-cı il tarixli Müqavilənin 11.2-ci bəndinə əsasən, tərəflərin şəbəkələri arasında birbaşa və ya 3-cü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq mübadilə olunan trafikin (sabit-mobil və mobil-sabit) hə r dəqiqəsi üçün trafiki ötürən tərəf trafiki qəbul edən tərəfə 5 qəpik ödəyir.
3. Müqavilənin 12.4-cü bəndinə müvafiq olaraq bu Müqavilə qüvvəyə mindikdən sonra tərəflərdən hər hansı biri Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər operatorlarla və yaxud onlardan hər hansı biri ilə bu Müqavilənin şərtlərindən daha üstün şərtlərlə arabağlantı müqaviləsi bağlandıqda, həmin şərtlərin digər tərəfə şamil edilməsi məqsədi ilə müqaviləyə əlavə və dəyişikliklər ediləcəkdir. 4. 12.12.2013-cü il tarixdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi NM-TS-18/4141 saylı məktubla operatorlara müraciət edərək, şəbəkələrarası qoşulma və trafikin ötürülməsi üzrə hesablaşmalara dair müqavilələrdə dəyişiklik edilərək şəbəkələr arasında zənglərin sonlandırılması qiymətləri nin sabitmobil – 3 qəpik, mobil– sabit 5 qəpik müəyyən edilməsi tapşırılmışdır. Həmin tapşırığa uyğun olaraq yuxarıda qeyd edilən müqavilədə dəyişiklik edilməsə də, tərəflər müqavilənin 11.2-ci bəndində təsbit edilmiş “sabit-mobil - 5 qəpik, mobil-sabit 5 qəpik” qiymətlər “sabit-mobil – 3 qəpik, mobil-sabit - 5 qəpik qiymətləri ilə əvəz edilmişdir. 2017-ci ilədək tərəflər arasında hesablaşmalar məhz, həmin qiymətlərlə həyata keçirilmişdir.
5. Bu tarixədək olan müddət ərzində İddiaçı MMC qeyd edilən dəyişikliyin müqavilənin 11.2-ci bəndinin mətnində təsbit olunması üçün tərəflər arasında müvafiq Protokol imzalanması təklifi ilə Cavabdeh MMC-yə dəfələrlə müraciət etsə də, sonuncu, hesablaşmaları yeni tariflə aparmaqdan imtina etməsə də, protokolu imzalamamışdır.
6. Lakin, 2017-ci ilin iyun a yından İddiaçı MMC-nin Cavabdeh MMC-yə göndərdiyi elektron vergi hesab fakturalarında qeyd edilən hesablaşma məbləğləri Cavabdeh MMC tərəfindən ödənilməmiş qalmışdır.
7. Həmin tarixdən etibarən Cavabdeh MMC, İddiaçı MMC-yə bir neçə məktublarla müraciət edərək, MMC-yə tərəflər arasında bağlanmış müqavilənin 11.2-ci bəndində dəyişiklik edərək, burada qeyd edilmiş tarifləri “sabit-mobil - 3 qəpik, mobil-sabit - 3 qəpik" kimi müəyyən edilməsini və tərəflər arasında haqq-hesabı yeni tariflərlə hesablanmasını təklif etmişdir ki, İddiaçı MMC bu təklifdən imtina etmişdir. 8.Cavabdeh MMC öz təklifini əsaslandırmaq üçün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2014 - 2017-ci illər ərzində MMC-yə ünvanladığı məktublara istinad etmişdir ki, həmin məktublarda Nazirlik şəbə kələrarası zənglərin sonlandırılması qiymətlərini sabit-mobil – 3 qəpik, mobil –sabit – 3 qəpik kimi nəzərə alınmasını tövsiyyə etmiş və göstərmişdir ki, onun bu haqda 1-ci, yəni 2014-cü il tarixli məktubunun icrası Azərbaycanda fəaliyyət göstərən bütün şəbəkə operatorlarına şamil olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 01.08.2006-cı il tarixli müqaviləyə əsasən, cavabdehdən iddiaçının xeyrinə 01.07.2017 - 01.05.2019-cu il tarixləri əhatə edən dövrü üzrə yaranmış 357.115,52 manat əsas borcun, 14.480 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 371.985,52 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 avqust 2006-cı il tarixli 2006-0597 saylı Cavabdeh MMC ilə İddiaçı MMC şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında” müqaviləyə əsasən qarşılıqlı arabağlantının texniki, iqtisadi, kommersiya və hüquqi münasibətlərin tənzimlənməsi şərtləri və hesablaşma qaydaları müəyyənləşdirilmişdir. Lakin Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi nəticəsində İddiaçı MMC-yə külli miqdarda borcu yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 01.08.2006-cı il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən, tərəflər öz şəbəkələri arasında arabağlantı təşkil etməklə, qarşılıqlı olaraq, Respublika daxilində bir tərəfin şəbəkəsindən başlayaraq (çıxış), digər tərəfin şəbəkəsində sona çatan (giriş) trafikinin mübadiləsini həyata keçirirlər. Müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflər bir tərəfin şəbəkəsindən başlamaqla digər tərəfin şəbəkəsinə birbaşa və ya tranzit qaydasında ötürülən və burada sonlanan giriş və çıxış trafiki mübadiləsini həyata keçirirlər. Müqavilənin 11.2-ci bəndinə əsasən, tərəflərin şəbəkələri arasında birbaşa və ya üçüncü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq mübadilə olunan trafikin (sabit-mobil və mobil-sabit) hər dəqiqəsi üçün trafiki ötürən tərəf qəbuledən tərəfə 0.05 manat (AZN) ödəyir. Yuxarıda qeyd olunan müqavilənin bəndlərinə və şirkətlər arasında olan işgüzar adətlərə uyğun olaraq 2006-cı ilin avqust ayından 2017ci ilin iyun ayınadək hər ay üçün tərəflərindən qarşılıqlı hesablaşma aktları və EVHF Cavabdeh MMC-yə təqd im olunurdu. Təqdim olunmuş hesablaşma aktlara əsasən tərəflər arasında hesablaşma aparılırdı. Lakin sonradan operatorlar arasında heç bir görüş keçirilmədən, müzakirələr aparılmadan Cavabdeh MMC 01.06.2017-ci il tarixli 13074 saylı məktubla İddiaçı MMCyə müraciət edərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tövsiyəsini əsas gətirərək şəbəkələrarası qoşulma və trafikin ötürülməsi üzrə hesablaşmalara dair müqavilədə dəyişiklik edilərək şəbəkələr arasında zənglərin sonlandırılması qiymətlərinin sabit-mobil - 0.03 manat, mobil-sabit - 0.03 manat müəyyən edilməsini tələb etmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin arabağlantı hesablaşmalara dair məktubu İddiaçı MMC üçün məcburi xarakter daşıya bilməz.
11. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologi yaları Nazirliyinin Əsasnaməsinin 3.0.7-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək, müvafiq sahədə razılaşdırılmış beynəlxalq tarif siyasətini həyata keçirmək, beynəlxalq daşıma tariflərini və yığımlarını qüvvədə olan beynəlxalq qaydalara uyğun olaraq təsdiq etmək, habelə müvafiq sahədə tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə tətbiq edilən tariflərin monitorinqini aparmaq, bu barədə aidiyyəti qurumlara tövsiyələr vermək nəzərdə tutulmuşdur. Rabitə sahəsində hamıya bəlli olan faktdır ki, simli telefon operatorları tərəfindən zənglərin sonlandırılması xərc ləri mobil operatorlara müqayisədə daha yüksəkdir. Bunu nəzərə alaraq “Azərcell Telekom MMCnin müqavilədə dəyişiklik edilərək şəbəkələr arasında zənglərin sonlandırılması qiymətlərinin sabit-mobil - 0.03 manat, mobil-sabit - 0.03 manat müəyyən edilməsini tələbi tərəflərindən qəbul olunmamışdır və bu barədə 06.06.2017-ci il tarixli, AR/352 saylı məktubla Cavabdeh MMC-yə bildirilmişdir. Cavabdeh MMC müəsissələr arasında mövcud arabağlantı müqaviləsinə uyğun olaraq trafik mübadiləsini davam etdirməsinə baxmayaraq, 2017-ci ilin iyun ayından etibarən İddiaçı MMC tərəfindən təqdim olunmuş qarşılıqlı hesablaşma aktlarını təsdiq etməmiş və EVHF-lara əsasən yaranmış borcları ödəməmişdir.
12. Eyni zamanda Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qüvvəs i 01.06.2017-ci il tarixdən davam edən münasibətlərə şamil edilməklə, tərəflərin şəbəkələri arasında birbaşa və ya 3-cü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq mübadilə olunan trafikin (sabit-mobil və mobil- sabit) hər dəqiqəsi üçün 01.08.2006-cı il tarixli 2006-0597 saylı müqavilənin 11.2-ci bəndində nəzərdə tutulan 5 qəpikin 3 qəpiklə əvəz edilməsi barədə dəyişiklik edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyun tarixli, 22(81)666/2019 saylı qərardadı ilə “xxxx" MMC-nin müqaviləyə dəyişiklik edilməsi vəzifəsinin "İddiaçı" MMC-nin üzərinə qoyulması haqqında qarşılıqlı iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in 2019-cu il 10 iyun tarixli, 22(81)666/2019 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 357.115,49 manat əsas borcun, 3.500 manat dəbbə pulunun, cəmi 360.615,49 manatın və 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – A.Oruczadə).
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 01.08.2006-cı il tarixli müqavilə mövcuddur, həmin müqaviləyə nə tərəflərin razılığı ilə, nə də ki məhkəmə qaydasında hər hansı dəyişiklik edilməmişdir. Belə olan halda iddiaçı qüvvədə olan müqavilə üzrə göstərdiyi xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş qiymətlərdə ödənişin həyata keçirilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh MMC-nin istinad etdiyi Rabitə Nazirliyinin yeni tariflər (3=3 qəpik) haqqında məktubu, habelə cavabdehin digər operatorlarla yeni tariflərə əsasən müqavilələr bağlaması onun tərəfindən hazırda qüvvədə olan müqavilə üzrə öhdəliklərinin lazımınca icra edilməməsi üçün əsas ola bilməz.
16. Həmçinin dəbbə pulu tənasübsüz yüksək olduğundan, 3.500 manata qədər azaldılmalıdır.
17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 385.1, 386.1, 442, 448.1-ci maddələrinə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Telekommunikasiya haqqında qanun”) 12.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
18. Həmin qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, ilki n iddianı rədd edib, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat
19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 2-2(103)-608/2019 saylı qətnaməsi ilə (hakimlər V.M.Ağayev (sədrlik edən), A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayət təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında “Azercell” və İddiaçı şəbəkələri arasında qarşılıqlı trafik mübadiləsi ilə əlaqədar qarşılıqlı arabağlantının texniki, iqtisadi, kommersiya və hüquqi münasibətlərini, əsas prinsiplərini və şərtlərini tənzimləyən 20060597 saylı, 01.08.2006-ci il tarixli müqavilə bağlanmışdır ki, bu müqaviləyə əsasən tərəflərin şəbəkələri arasında birbaşa və ya üçüncü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq mübadilə olunan trafikin (mobil – sabit mobil) hər dəqiqəsi üçün trafiki ötürən tərəf trafiki qəbul edən tərəfə 0,05 manat ödəməyi öhdələrinə götürmüşlər. Hazırda sözügedən müqavilə qüvvədədir, onun şərtlərində hər hansı bir dəyişiklik olmamışdır. İddiaçı MMC həmin şərtlərə uyğun üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin Cavabdeh MMC öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir.
21. Nə qədər ki, mülki hüququn subyektləri arasında 2006-0597 saylı 01.08.2006-ci il tarixli arabağlantı müqaviləsi mövcuddur, həmin müqaviləyə nə tərəflərin razılığı ilə, nə də ki məhkəmə qaydasında hər hansı b ir dəyişiklik edilməmişdir, belə olan halda iddiaçı MMC qüvvədə olan müqavilə üzrə göstərdiyi xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş qiymətlərə uyğun ödənişin həyata keçirilməsini tələb etməkdə haqlıdır.
22. Cavabdeh MMC-nin dəlillərindən biri müqavilənin 12.4-cü bəndi ilə bağlıdır ki, həmin bəndin mənasına görə müqavilə qüvvəyə mindikdən sonra tərəflərdən hər hansı biri Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər operatorlarla və yaxud hər hansı biri ilə bu Müqavilənin şərtlərindən daha üstün şərtlərlə arabağlantı müqaviləsi bağlandıqda həmin şərtlərin digər tərəfə şamil edilməsi məqsədilə bu müqaviləyə əlavə və dəyişikliklər ediləcəkdir. Halbuki, qeyd edilən hal qüvvədə olan müqavilə şərtlərinə uyğun olaraq hazıradək yaranmış öhdəliklərin icra edilməməsi üçün əsas o la bilməz.
23. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi əsas borcun məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı MMC əsas borcun 357.115,52 manat məbləğində olduğunu qeyd etsə də, işin materiallarına əlavə olunmuş qarşılıqlı hesablaşma aktlarından və elektron qaimələrdən göründüyü kimi 01 iyun 2017-ci il - 30 aprel 2019cu il tarixləri arasında, ümumilikdə 7,142,309.73 dəqiqə trafik həcminə görə yaranmış borc məbləği 357.115,49 manat təşkil edir.
24. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 442, 462.1, 462.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 01 sentyabr tarixli, 2-2(102)-112/2020 saylı qərarı ilə (hakimlər A.S.Hüseynov (sədrlik edən), B.M.Məmmədli və B.F.Qəribov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 2-2(103)-608/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir.
27. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yuxarıda qeyd edilən məktubları məhz, inzibati orqanın inzibati aktları kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənmə si qanunla dövlət səlahiyyətinə aid edilməklə, Rabitə Nazirliyinə həvalə edilmiş və bununla da həmin inzibati orqanın operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi istiqamətində həyata keçirdiyi səlahiyyətlər ümumi (publik) hüquq sahəsinə aid olan səlahiyyətlərə aid edilmişdir.
28. Qanun inzibati orqanın bu sahədə həll etdiyi məsələləri dəqiq göstərmiş və müəyyən etmişdir ki, operatorlar biri-biri ilə arabağlantı müqavilələri bağlayarkən həmin müqavilələrin Rabitə Nazirliyinin müəyyən etdiyi şərtlərə zidd olmayan və qanunvericiliyə uyğun olan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və di gər məsələləri nəzərə almalıdırlar.
29. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli, 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"nin 3.0.44-cü bəndində, həmin Nazirliyin operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək səlahiyyətləri birbaşa müəyyən edilmişdir.
30. Rabitə Nazirliyinin qeyd edilən məktublarında Nazirlik imperativ xarakterli göstərişlər vermiş və onların operatorlar tərəfindən icra edilməsini tələb etmişdir. Məsələn, 18.07.2018-ci il tarixli məktubda (bax İ c., i.v. 20) Nazirlik “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12.2 və 12.3-cü ma ddələrinə istinad etməklə, operatorların Nazirlik tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq 7 gün ərzində qarşılıqlı arabağlantı müqaviləsini bağlamaq vəzifəsini və bu vəzifənin icra edilməməsinin və Nazirlik tərəfindən müəyyən olunan şərtləri nəzərə almadan qarşılıqlı hesablaşmaların aparılmasının yolverilməzliyini göstərmişdir.
31. Rabitə Nazirliyinin həmin məktubları həm formasına, həm də məzmununa görə inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktları olmuşdur, belə olan halda onların hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin həllində nəzərə alınmaması əsassız və qanunsuzdur.
32. Məhkəmə öz qə rarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13.06.2013-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
33. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-2(103)-41/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), E.C.Kazımov və R.Ə.Qurbanov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyun tarixli, 2-2(81)666/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qi smən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ƏDV daxil 214.269,29 manat pul tutulmuş, qalan hissədə iddia rədd edilmişdir.
34. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, cavabdeh “xxxx” MMC-nin iddiaçıya olan borcunun məbləğini müəyyənləşdirərkən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inzibati akt xarakterli məktubları ilə müəyyən edilmiş tarifləri nəzərə almamış, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. 35. “xxxx” MMC-nin qarşılıqlı iddiası baxılmamış saxlanıldığından və hazırda məhkəmənin icraatında “xxxx” MMC-nin iddia tələbi olmadığından qeyd edilən məbləğdən İddiaçı MMC –nin “xxxx” MMC-yə olan arabağlantı trafiki üzrə ödəməli olduğu məbləğin çıxılmasına dair apelyasiya şikayətində və “xxxx” MMC-nin qətnamənin icra üsulu və qaydasının müəyyən edilməsi barədə ərizədə irəli sürülmüş tələb təmin edilə bilməz.
36. Eyni zamanda cavabdehdən iddiaçının xeyrinə 14.840 manat məbləğində dəbbə pulu tutulması hissəsində də iddiaçının tələbi rədd edilməlidir.
37. Hazırkı halda arabağlantı trafiki üzrə cavabdeh tərəfindən ödənişin halhazıradək həyata keçirilməməsinin səbəbi "İddiaçı" MMC–nin ödənişləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyən etdiyi yeni tarif üzrə qəbul etməyə razılıq verməməsi olduğundan, öhdəliyin vaxtında icra edilməməsinə görə cavabdeh məsuliyyət daşımır.
38. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərb aycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair" 13.06.2013-cü il tarixli qərarının tələblərinə, Mülki Məcəllənin 462.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
39. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və cavabdehdən 357.115,492 manat əsas borc, 3.500 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Tərəflər azad surətdə qarşılıqlı razılıq əsasında müqavilə şərtlərini müəyyən edib müqaviləni imzalamışlar. Sonradan cavabdeh "Cavabdeh" MMC A zərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tövsiyəsini əsas gətirərək, şəbəkələrarası qoşulma və trafikin ötürülməsi üzrə hesablaşmalara dair müqavilədə dəyişiklik edərək, şəbəkələr arasında zənglərin sonlandırılması qiymətlərinin sabit-mobil 0,03 manat və mobil-sabit 0,03 manat müəyyən edilməsini tələb etmişdir.
41. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arabağlantı ilə bağlı hesablaşmaların 0,05 manatla deyil, 0,03 manatla aparılması barədə məktubu məcburi xarakter daşıya bilməz. Həmin məktub tövsiyyə xarakteri daşıyır.
42. Məhkəmə qanunsuz və əsassız olaraq nazirliyin tövsiyə xarakterli məktubunu inzibati akt kimi qəbul etmiş və tariflərin həmin məktubda müəyyən edilmiş qaydada hesablanmalı olduğu qənaətinə g əlmişdir. Halbuki, tərəflər arasında imzalanmış müqaviləyə istənilən dəyişiklik və əlavə tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər.
43. Arabağlantı müqaviləsinin 14.3-cü bəndinə görə müqaviləyə əlavə və dəyişikliklər qarşılıqlı razılıq əsasında tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən yazılı olaraq edilir və müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
45. Apelyasiya məhkəməsi düzgün olmayaraq hazırki mübahisəyə müqavilənin 12.4-cü bəndini tətbiq etmişdir. Həmin bəndə görə müqavilə qüvvəyə mindikdən sonra tərəflərdən hər-hansı biri Azərbaycan Respublikas ı ərazisində fəaliyyət göstərən digər operatorlarla və yaxud hər-hansı biri ilə bu müqavilənin şərtlərindən daha üstün şərtlərlə arabağlantı müqaviləsi bağladıqda həmin şərtlərin digər tərəfə şamil edilməsi məqsədilə bu müqaviləyə əlavə və dəyişikliklər ediləcəkdir. Müqavilənin bu bəndini hazırki mübahisəyə tətbiq etmək olmaz.
46. Kassasiya şikayəti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsinin 3.0.7-ci bəndinin, "Telekommunikasiya haqqında qanun”un 12.1-ci, Mülki Məcəllənin 385.1, 386.1, 390.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçısının izahatı
48. İddiaçı və cavabdeh məhkəmə ic lasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan son məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
49. Əvvəlki tarixlərdə keçirilmiş məhkəmə iclaslarında tərəflərin vəkilləri, iddiaçı və cavabdeh arasında hazırkı mübahisə üzrə mübahisənin barışıq sazişi ilə tamamlanması istiqamətində danışıqların aparıldığını, bu məqsədlə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər və məhkəmə tərkibi bu halı nəzərə alaraq iclası iki dəfə təxirə salmış, sonuncu dəfə təyin edilmiş məhkəmə iclasının vaxtınadək məhkəməyə hər hansı barışıq sazişi bilavasitə, yaxud tərəflərin elektron kabineti vasitəsi ilə təqdim edilmədiyindən mübahisəyə iddiaçının kassasiya şikayətinin dəlilləri əsasında baxılması qərara alınmışdır.
50. Azərbaycan Respublikası MPM-ni n 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
51. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
52. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmiş dir.
53. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
55. Mülki Prosessual Məcəllənin 416-cı maddəsin də nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 56. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu “Maddə 12. tənzimlənməsi” Operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin 12.2. Arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır. 12.3. Operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir.
57. Mülki Məcəllənin müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə
462. Dəbbə pulu anlayışı 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-2(103)-41/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
59. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arabağlantı ilə bağlı hesablaşmaların 0,05 manatla deyil, 0,03 manatla aparılması barədə məktubunun məcburi xarakter daşıya bilmədiyi, həmin məktubun yalnız tövsiyyə xarakteri daşıdığı barədə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Res publikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq məktubları məhz, inzibati orqanın inzibati aktları kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13.06.2013-cü il tarixli qərarına görə inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır.
60. Məhz həmin məktublarda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12.2 və 12.3-cü maddələrinə istinad etməklə, operatorların Nazirlik tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq 7 gün ərzində qarşılıqlı arabağlantı müqaviləsini bağlamaq vəzifəsi və bu vəzifənin icra edilməməsinin və Nazirlik tərəfindən müəyyən olunan şərtləri nəzərə almadan qarşılıqlı hesablaşmaların aparılmasının yolverilməzliyi göstərilmişdir.
61. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericiliklə, operatorlar biri-biri ilə arabağlantı müqavilələri bağlayarkən həmin müqavilələrin Rabitə Nazirliyinin müəyyən etdiyi şərtlərə zidd olmayan və qanunvericiliyə uyğun olan texniki, iqtisadi (şəbəkələrarası q oşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və digər məsələləri nəzərə almalıdırlar. Rabitə Nazirliyinin qeyd edilən məktublarında Nazirlik imperativ xarakterli göstərişlər vermiş və onların operatorlar tərəfindən icra edilməsini tələb etmişdir.
62. İş materiallarını araşdıraraq və qanunvericiliyə istinadla apelyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi qanunla dövlət səlahiyyətinə aid edilməklə, Rabitə Nazirliyinə həvalə edilmiş və bununla, həmin inzibati orqanın operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi istiqamətində həyata keçirdiyi səlahiyyətlər ü mumi (publik) hüquq sahəsinə aid olan səlahiyyətlərə aid edilmişdir. Qanun inzibati orqanın bu sahədə həll etdiyi məsələləri dəqiq göstərmiş və müəyyən etmişdir ki, operatorlar biri-biri ilə arabağlantı müqavilələri bağlayarkən həmin müqavilələrin Rabitə Nazirliyinin müəyyən etdiyi şərtlərə zidd olmayan və qanunvericiliyə uyğun olan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və digər məsələləri nəzərə almalıdırlar.
63. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli, 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haq qında Əsasnamə"nin 3.0.44-cü bəndində, həmin Nazirliyin operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək səlahiyyətləri birbaşa müəyyən edilmişdir.
64. Rabitə Nazirliyinin həmin məktubları həm formasına, həm də məzmununa görə inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktlar olduğundan, onların hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin həllində nəzərə alınmaması əsassız və qanunsuzdur. Bu hal da iddiaçının, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin arabağlantı ilə bağlı hesablaşmaların 0,05 manatla deyil, 0,03 manatla aparılması barədə məktubunun məcburi xarakter daşıya bilmədiyi, həmin məktubun tövsiyyə xarakter daşıdığı, məhkəmənin qanunsuz və əsassız olaraq nazirliyin tövsiyə xarakterli məktubunu inzibati akt kimi qəbul etməsi barədə dəlilinin əsassız olduğunu sübut edir.
65. Tərəflər arasında imzalanmış müqaviləyə istənilən dəyişiklik və əlavə tərəflərin qarşılıqlı razılığı ilə edilə bilsə də, apelyasiya instansiyası məhkəməsi qətnaməsində Nazirliyin tövsiyə xarakterli məktubunun inzibati akt kimi qəbul edilməsi və tariflərin həmin məktubda müəyyən edilmiş qaydada hesablanmalı olmasını qeyd etməklə, düzgün nəticəyə gəlmiş, bu zaman həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, cavabdeh “xxxx” MMC-ni n iddiaçıya olan borcunun məbləğini müəyyənləşdirərkən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inzibati akt xarakterli məktubları ilə müəyyən edilmiş tarifləri nəzərə almamış, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
66. Hazırkı halda arabağlantı trafiki üzrə cavabdeh tərəfindən ödənişin halhazıradək həyata keçirilməməsinin səbəbi İddiaçı MMC–nin ödənişləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyən etdiyi yeni tarif üzrə qəbul etməyə razılıq verməməsi olduğundan, öhdəliyin vaxtında icra edilməməsinə görə cavabdeh məsuliyyət daşımır və buna görə də cavabdehdən iddiaçının xeyrinə 14.840 manat məbləğində dəbbə pulu tutulması hissəsində də iddiaçının tələbi rədd edilməlidir.
67. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 22(103)-41/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
69. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-2(103)-41/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi anda