Məhkəmə qərarları › İş №2-2(102)-211/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-211/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-211/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), borclunun icranı gecikdirməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi (real zərər və əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-951/2023 nömrəli qətnaməsin dən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 5 iyul tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən, Xaçmaz şəhəri, Əliağa Şıxlinski küçəsi, ev 32-də yaşayan İddiaçı 2021-ci il 23 iyun tarixində DİN-in 102 xidmətinə zəng etməklə və 2021-ci il 25 iyun tarixində Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək, 2021-ci il 13 aprel tarixdə saat 15-16 radələrində tanışı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 77 ünvanında yerləşən “Alov” zavodunun qarşısında İran İslam Respublikasından Rusiya Federasiyasına 2 TİR qarğıdalı göndərmək adı ilə ona məxsus 20.000 ABŞ dolları, yəni 34.000 manat məbləğində pulunu ələ keçirməsini bildirmişdir. Bununla əlaqədar Cavabdeh izahatında bil dirmişdir ki, meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Bu işlə əlaqədar olaraq çoxsaylı insanlarla ünsiyyətdə və iş birliyində olur. Onlardan biri də Süleyman adlı şəxs olmuşdur. Süleymanı 2020-ci ilin sentyabr ayından tanıyır. Süleymanla bir neçə dəfə ticarətlə bağlı sövdələşmələri olmuş, aralarında bir neçə dəfə yüngül narazılıq olsa da, sonradan hər ikisinin səyi və razılığa gəlməsi nəticəsində bu narazılıqlar aradan qalxmışdır. Lakin sonradan yenə də aralarında ticarətlə bağlı narazılıqlar yaranmışdır. Belə ki, Süleymana göndərdiyi malların pulunu verməkdən imtina etmişdir. Hər dəfə müxtəlif yollarla onu aldadaraq malların ona göndərilməsinə nail olmuşdur. Lakin malların pullarının ödənilməsinə gəldikdə müxtəlif səbəblər gətirməklə ödəməkdən yayınmışdır. Süleyman gah göndərdiyi malların xarab çıxdığını, gah da gömrükdən gec çıxdığını, isti vurduğunu, ailədə xəstəsi olduğunu, xərclədiyini, soyuq vurduğunu demişdir. Axırıncı dəfə də ona pullardan əlini çəkməsini bildirmişdir. Hal-hazırda Süleymanın göndərilən mallara görə ona olan borcu 150.000 ABŞ dolları məbləğindədir. Ondan yenə mal göndərməyini istədikdə ona bildirmişdir ki, “Mənim pulum yoxdur. Sənin mənə olan borclarından ver”. O da oğlu vasitəsilə ona 2020-ci il 10-13 aprel tarixində tanımadığı taksi sürücüsü ilə göndərdiyi pulu Alov zavodunun qarşısında almışdır. O, həmin pulu başqa işlə bağlı İrana göndərmişdir. İran vətəndaşı da onu aldadaraq pulu mənimsəmişdir. Sonradan Süleymanın oğlu ona telefonla zəng edərək ondan 20.000 ABŞ dollarını tələb etmişdir. Ona atasının ona olan borclarından kiçik bir hissəsi olduğu nu bildirmişdir. İddiaçı ona İran İslam Respublikasından Rusiya Federasiyasına iki tır qarğıdalı göndərməyini vəd edib ondan hər dəfə 10.000 ABŞ dolları olmaqla ümumilikdə 20.000 ABŞ dolları almamışdır. Süleyman oğlu Müşviqin vasitəsi ilə ona olan borcunun kiçik bir hissəsini təşkil edən 20.000 ABŞ dollarını göndərmişdir. O, həmin pulları hər dəfə Alov zavodunun qarşısında götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ələ keçirilən iddiaçıya məxsus 20.000 ABŞ dolları məbləğində pulun (real zərər), əldən çıxmış fayda qismində 2000 ABŞ dolları məbləğində pulun, mənəvi zərər qismində iddiaçıya dəymiş 2000 manat məbləğində ziyanın, hüquqi yardım üçün ödənilmiş 310 manat məbləğində xidmət haqqının və ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh özünün qarğıdalı biznesi ilə məşğul olduğunu, İran İslam Respublikasından Rusiya Federasiyasına TİR ilə qarğıdalı göndərdiyini, bu işdə yaxşı gəlir olduğunu bildirib, iddiaçının da pul qoyub yaxşı gəlir əldə edəcəyini vəd edərək həmin biznesə pul qoymağını təklif etmişdir. O da inanaraq cavabdehə 2021-ci il 13 aprel tarixində İran İslam Respublikasından Rusiya Federasiyasına 2 tır qarğıdalı məhsulunu göndərmək üçün X4 vasitəsilə 20.000 ABŞ dolları məbləğində pul göndərmişdir. Həmin gün saat 15-16 radələ rində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 77 ünvanında yerləşən “Alov” zavodu qarşısında cavabdeh 20.000 ABŞ dolları məbləğində pulu almışdır. Pulu almasına baxmayaraq, o vədinə əməl etməmiş, qarğıdalı göndərməmiş, üzərinə düşən öhdəliyi icra etməmişdir. Həmçinin, o, iddiaçıdan aldığı 20.000 ABŞ dolları məbləğini geri qaytarmamışdır. Cavabdeh bu hərəkəti ilə iddiaçıya xeyli maddi və mənəvi ziyan vurmuşdur. O, bununla əlaqədar Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etmiş, iş üzrə aparılan araşdırmalar zamanı cavabdeh verdiyi izahatda 20.000 ABŞ dollarını ələ keçirdiyini etiraf etmişdir. Lakin yekunda aparılan araşdırma nəticəsində cavabdehin əməlində dələduzluq faktının olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Cavabdeh idd iaçını aldadaraq 20.000 ABŞ dolları məbləğində pulunu mənimsədiyindən və iddiaçıya söz verdiyi qarğıdalı biznesini həyata keçirmədiyindən, iddiaçı 20.000 ABŞ dolları müqabilində qazanmalı olduğu qazancdan məhrum olmuşdur. Belə ki, iddiaçı cavabdehin dələduzluq yolu ilə mənimsədiyi pulu digər biznesə və yaxud hər hansı banka əmanət qismində yatırıb illik ən azı 10% gəlir əldə edə bilərdi. Cavabdeh bir ildən artıq müddətdir ki, iddiaçının 20.000 ABŞ dolları məbləğində pulunu qanunsuz olaraq mənimsədiyindən, iddiaçı həmin gəlirdən məhrum olmuşdur. Başqa sözlə, iddiaçıya 20.000 ABŞ dollarının ən azı 10% həcmində (20000x10%=2000), yəni 2000 ABŞ dolları məbləğində əldən çıxmış fayda qismində ziyan dəymişdir. Eyni zamanda, qanunvericiliyin tələbinə əsasən, mülki hüquq pozuntusu nəticəsində hüquql arı pozulmuş şəxs mənəvi zərər tələb edə bilər. Cavabdehin onu aldadaraq, dələduzluq yolu ilə 20.000 ABŞ dolları məbləğində pulunu mənimsəməsi, aradan keçən bir il ərzində pulunu qaytarmaması, onun hüquq mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalaraq dəfələrlə polis və prokurorluq orqanlarına getməsi, hər dəfəsində yaşadığı Xaçmaz rayonundan Bakıya gəlib-getməsi, saatlarla idarələrdə gözləməsi və baş verən digər xoşagəlməz hallar nəticəsində ona mənəvi zərər dəymiş, əsəbləri pozulmuş, güclü ruhi həyəcan və sarsıntılar keçirmişdir. Bununla bağlı 2000 manat məbləğində mənəvi zərər tələb edir.

4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmiş, lakin cavabdeh məhkəmə iclasında verdiyi izahatında meyvə ticarəti ilə bağlı münasibətlərin iddiaçının atası Süleyman Sal manovla olduğunu, qarğıdalı ticarəti ilə bağlı danışıqların iddiaçının atası ilə aparıldığını, iddiaçının həmin danışıqlarda müşahidəçi qismində iştirak etdiyini, 20.000 ABŞ dolları məbləğində pulun ona verilməsi ilə bağlı razılaşmanın Süleyman Salmanovla olduğunu, hər dəfə 10.000 ABŞ dolları olmaqla cəmi 20.000 ABŞ dolları məbləğində pulu taksi vasitəsi ilə Bakıya göndərdiyini və sözügedən vəsaiti qəbul etdiyini, lakin qarğıdalının İrandan gətirilməsində müəyyən problemlərin yaranması səbəbindən, onun üzərinə düşən öhdəliyin yerinə yetirilmədiyini bildirmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 avqust tarixli e-2-2(113)-2278/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – E.Əliyev).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkə mədə tədqiq edilmiş sübutlara əsasən, 2021-ci ilin aprel ayında iddiaçının atası Süleyman Salmanovla cavabdeh bir araya gələrək İran İslam Respublikasından alınan qarğıdalının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı razılıq əldə etmişlər, həmin qarğıdalının alınması üçün tələb olunan 20.000 ABŞ dolları iddiaçı tərəfindən hər dəfə 10.000 ABŞ dolları olmaqla cavabdehə taksi vasitəsi ilə göndərilmiş və həmin vəsaiti sonuncu qəbul etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı izahatında cavabdehin qarğıdalı ticarəti ilə məşgul olmağı ona təklif etdiyini, lakin hər dəfə 10.000 ABŞ dolları olmaqla, cəmi 20.000 ABŞ dolları məbləğində pulun cavabdehə göndərilməsini atasının göstərişi ilə icra etdiyini və həmin pulun çox bir hissəsinin özünə məxsus olduğunu bildirm işdir. Cavabdeh izahatında qarğıdalının alınması üçün 20.000 ABŞ dolları məbləğində vəsaiti aldığını təsdiq etsə də, qarğıdalının alınması ilə bağlı razılaşmanın iddiaçı ilə deyil, onun atası Süleyman Salmanovla olduğunu və məhz sonuncunun tapşırığına əsasən mübahisəli vəsaitin ona göndərildiyini bildirmişdir.

7. Göründüyü kimi 20.000 ABŞ dollarının cavabdeh tərəfindən alınması mübahisəsiz hal olsa da, məhkəmə baxışında müəyyən edilmişdir ki, İran İslam Respublikasından alınan qarğıdalının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı razılaşma cavabdeh ilə iddiaçının atası Süleyman Salmanov arasında olmuş və məhz sonuncunun göstərişi ilə iddiaçı 20.000 ABŞ dollarını cavabdehə göndərmişdir. Belə olan halda, iddiaçı İran İslam Respublikasından alınan qarğıdalının Rusiya Federasiyasına gönd ərilməsi ilə bağlı razılaşmanın cavabdeh ilə onun arasında olmasına, həmçinin tələb olunan pulun çox bir hissəsinin ona məxsus olmasına istinad etsə də, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, İran İslam Respublikasından alınan qarğıdalının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı razılaşma cavabdeh ilə iddiaçının atası Süleyman Salmanovun arasında olduğundan, həmçinin 20.000 ABŞ dollarının cavabdehə göndərilməsi göstərişini məhz iddiaçının atası Süleyman Salmanov verdiyinə görə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Bu səbəbdən iddia təmin edilə bilməz.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 385.1, 386.1-ci maddələrinə və "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-951/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilərə k, 20.000 ABŞ dolları (real zərər) və 2000 ABŞ dolları (əldən çıxmış fayda) məbləğində pul vəsaiti (ödəniş gününə olan manat məzənnəsi ilə), hüquqi yardım üçün ödənilmiş 310 manat məbləğində xidmət haqqı, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 315 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 yanvar tarixli 2-2(103)-951/2023 nömrəli əlavə qətnaməsi ilə 2000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaç ı cavabdehlə arasında qarğıdalı məhsulunun biznesi ilə bağlı şifahi razılaşma əldə olunduğunu, bu məqsədlə sonuncuya 20.000 ABŞ dolları məbləğində pul vəsaiti verildiyini bildirmişdir. Həmin razılaşmaya əsasən, cavabdeh öz üzərinə İran İslam Respublikasından Rusiya Federasiyasına 2 yük avtomobili qarğıdalı məhsulunun göndərilməsi öhdəliyini götürmüşdür. Lakin cavabdeh həmin öhdəliyini icra etməmiş, habelə ona verilmiş pul vəsaitinin qaytarılmasından imtina etmişdir. Cavabdeh də ona 20.000 ABŞ dolları məbləğində pulun verildiyini etiraf edir, lakin bildirir ki, razılaşma eyni məqsədlərlə, yəni qarğıdalı məhsulunun biznesi üçün iddiaçı ilə deyil, onun atası Süleyman Salmanovla bağlanmışdır. Eyni zamanda, qarğıdalının xaricdən gətirilməsi ondan asılı olmayan səbəblərdən mümkün olmamışdır.

13. Göründüyü kimi məhz iddiaçı tərəfindən cavabdehə 20.000 ABŞ dolları məbləğində pulun verilməsi və bunun müqabilində cavabdehin öz üzərinə İran İslam Respublikasından Rusiya Federasiyasına qarğıdalının göndərilməsi öhdəliyini götürməsi, habelə həmin öhdəliyin icra olunmaması tam təsdiq olunur. Belə olan halda isə cavabdeh həmin pul vəsaitinin iddiaçının istinad etdiyi razılaşmaya əsasən deyil, məhz iddiaçının atası ilə əldə olunmuş razılaşmaya əsasən ödənildiyini bildirdiyi üçün həmin halları sübutetmə yükü onun üzərinə düşür. Lakin o, bu halları, həmçinin üzərinə götürdüyü öhdəliyi ondan asılı olmayan səbəblərə görə icra etməməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifə sini yerinə yetirə bilməmişdir.

14. Bunun əksinə apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X2 məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, o, ilin çox hissəsini Rusiya Federasiyasında yaşayır və əsasən Azərbaycandan meyvələrin gətirilməsi və satışı ilə məşğul olur. Oğlu isə Xaçmaz rayonunda yaşayır və orada meyvə işi ilə məşğul olur. Ata-bala olduğundan onlar həm bir yerdə, həm də ayrı-ayrı işlər görür. Hazırkı qarğıdalı biznesi isə cavabdeh tərəfindən təklif edildikdə həmin işlə məşğul olmaq barədə oğlu təşəbbüs göstərmişdir. Cavabdehi o, əvvəlcədən tanımışdır və oğlunun böyüyü və ağsaqqalı olaraq söhbətlərdə iştirak etmişdir. Lakin həmin biznesə qoşulmaq və pul qoymaq bərədə oğlu təşəbbüs göstərmiş və özünə məxs us pulu həmin biznesə qoyaraq o, biznesə qoşulmuşdur. O isə büyük kimi razılığını bildirmişdir. Həmin biznes və pullar oğluna məxsus olduğundan, məntiqlə pulun və biznesin sahibi oğlu olduğundan o, həmin tələb barədə iddia qaldıra bilməz. Həmçinin, gələcəkdə belə bir iddia qaldırmayacağı barədə də öhdəlik götürür.

15. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı birgə fəaliyyət haqqında müqaviləyə istinad edərək öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini (MM-in 443.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlıdır. Ona görə də, 20.000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.

16. Həmçinin kollegiya iddiaçının 20.000 ABŞ dolları məbləğində pulun geri qaytarılması ilə bağlı 2021-ci ilin iyun ayında ərizə ilə polisə şi kayət etdiyini, həmin məbləğin hazıra kimi iddiaçıya qaytarılmadığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı cavabdehdən cəmi 2000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır (20.000 x 5% = 1000 x 2 il = 2000).

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 443.1, 445.7-ci və MPM-in 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 2023-cü il 5 dekabr tarixli 2-2(103)-951/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 19. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə riayət edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, atası Süleyman Salmanov cavabdehlə qarğıdalı biznesi barədə sövdələşmələr apararkən iddiaçı şəxsən bütün sövdələşmələrdə iştirak etdiyindən və pulu da cavabdehə taksi vasitəsilə şəxsən özü göndərdiyindən subyektiv hüq uqa malikdir və pulun cavabdehə verildiyi də mübahisəsiz olduğundan iddia təmin edilməlidir. Halbuki, birinci instansiya məhkəməsində həm cavabdeh tərəfindən, həm də sədrlik edən tərəfindən iddiaçıya dəfələrlə “tələb olunan 20.000 dollar məbləğində pul kimə məxsus idi, sizə, yoxsa atanıza?” sualına cavab olaraq göstərmişdir ki, “bəli, atam cavabdehlə çoxdan tanışdır və uzun müddətdir ki, birgə ticarətlə məşğuldurlar, atam Rusiya Federasiyasında olur, cavabdeh isə həm İran İslam Respublikasından, həm də Azərbaycandan müxtəlif tərəvəz məhsullarını alaraq Rusiya Federasiyasına, atama göndərirdi və atam həmin məhsulları Rusiyada satırdı, belə ticarətlə məşğul idilər, həmin qarğıdalı biznesi də bu ticarətin bir hissəsi idi, mən həmin pulları iki dəfəyə, atamın tapşırığı ilə, taksi vasitəsilə cavabdehə göndərmişəm” kimi cavab vermişdir. İddiaçının “atanız göndərmə desəydi, siz yenə göndərəcəkdinizmi?” sualına da cavabı “xeyr, atam göndərmə desəydi, göndərməyəcəkdim” kimi olmuşdur. Bütün verilən suallardan tam şəkildə sübuta yetirilmişdir ki, göndərilən pul iddiaçıya deyil, məhz atası Süleyman Salmanova məxsus olmuşdur. Bu hal birinci instansiya məhkəməsində tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə iclasında tam təsdiq olunmuşdur. Lakin apellyasiya məhkəməsi işin bu halını qətnaməsində düzgün əsaslandıra bilməmişdir.

20. MPM-in 217, 372.1, 386, 390-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası qətnamə çıxararkən tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, qətnaməni öz mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. Məhkəmə iddia tələbini təmin etsə də, bunu əsaslandırmamış, məhkəmə iclaslarında əsas cavabdehin iştirakını təmin etmədiyindən işin hallarını tam və hərtərəfli araşdırmamış, yalnız iddiaçının izahatı əsasında düzgün olmayan qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzg ün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə bo rcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....”

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətlə ri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilm əsi üçün əsas yoxdur.

28. Kassasiya şikayətinin hazırki qərarın §19-da göstərilən dəlilləri isə əsassızdır. Belə ki, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın §12-17-də verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 20.000 ABŞ dolları məbləğində pulun verilməsi və bunun müqabilində cavabdehin öz üzərinə İran İslam Respublikasından Rusiya Federasiyasına qarğıdalının göndərilməsi öhdəliyini götürməsi, habelə həmin öhdəliyin icra olunmaması tam təsdiq olunduğuna görə cavabdehin həmin pul vəsaitinin iddiaçının istinad etdiyi razılaşmaya əsasən deyil, məhz iddiaçının atası ilə əldə olunmuş razılaşmaya əsasən ödənildiyinə dair izahatı ilə bağlı sübutetmə yükü MPM-in 77-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərinə düşsə də, o, buna dair sübutları işin faktiki hallarına və sübutlara qiymət vermək səlahiyyətinə malik olan aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.

29. Göründüyü kimi qeyd olunan halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş və apellyasiya instansiyası məhkəməsi də bununla bağlı sübutetmə yükünü düzgün müəyyənləşdirmişdir.

30. Bundan əlavə apellyasiya instansiya məhkəməsi öz mövqeyini apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X1 ərizəsi ilə də əsaslandırmışdır. Belə ki, həmin ərizədə sonuncu bildirmişdir ki, o, ilin çox hissəsini Rusiya Federasiyasında yaşayır və əsasən Azərbaycandan meyvələrin gətirilməsi və satışı ilə məşğul olur. Oğlu isə Xaçmaz rayonunda yaşa yır və orada meyvə işi ilə məşğul olur. Ata-bala olduğundan onlar həm bir yerdə, həm də ayrı-ayrı işlər görür. Hazırkı qarğıdalı biznesi isə cavabdeh tərəfindən təklif edildikdə həmin işlə məşğul olmaq barədə oğlu təşəbbüs göstərmişdir. Cavabdehi o, əvvəlcədən tanımışdır və oğlunun böyüyü və ağsaqqalı olaraq söhbətlərdə iştirak etmişdir. Lakin həmin biznesə qoşulmaq və pul qoymaq bərədə oğlu təşəbbüs göstərmiş və özünə məxsus pulu həmin biznesə qoyaraq o, biznesə qoşulmuşdur. O isə büyük kimi razılığını bildirmişdir. Həmin biznes və pullar oğluna məxsus olduğundan, məntiqlə pulun və biznesin sahibi oğlu olduğundan o, həmin tələb barədə iddia qaldıra bilməz. Həmçinin gələcəkdə belə bir iddia qaldırmayacağı barədə də öhdəlik götürür.

31. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddə sinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

32. Hüquq i həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməl idir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı).

33. Cavabdehin işə onun iştirakı olmadan baxılması barədə dəlilləri də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə bildirişləri həm cavabdehin, həm də onun nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin SMS bildirişlər cavabdehin nümayəndə və vəkilinin istifadəsində olan və hazırki kassasiya şikayətində də qeyd edilən m obil nömrəyə göndərilmişdir.

34. Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmənin nəticəsi MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

35. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-951/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar