Məhkəmə qərarları › İş №2-2(102)-216/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-216/2025

21.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-216/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə torpaqlarının icarəsi, torpağının icarəçinin istifadəsinə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" MMC) “torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(104)- 183/2024 nömrəli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh (bundan sonra-“cavabdeh” və ya “bələdiyyə”) 2004-cü il 30 iyun tarixli 12 nömrəli qərarı ilə İddiaçı (bundan sonra-“iddiaçı”) kənd təsərrüfatı məqsədi üçün icarə yolu ilə 50 il müddətinə 13 ha torpaq sahəsinin verilməsi və hər il 1 ha-dan 50.000 manat olmaqla icarə haqqı alınması qərara alınmış və tərəflər arasında 2004-cü il 3 iyul tarixli 1 saylı icarə müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçının adına “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-5279 saylı (KOD ********) 2004-cü il 28 avqust tarixli şəhadətnamə verilmişdir.

2. B ələdiyyənin 2014-cü il 9 oktyabr tarixli 10 nömrəli qərarı iddiaçı ilə bağlanmış 2004-cü il 3 iyul tarixli 1 saylı icarə müqaviləsi ləğv edilmişdir.

3. İddiaçı 2018-ci il 17 oktyabr tarixində bələdiyyəyə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) 2014-cü il 9 oktyabr tarixli 10 nömrəli qərarın ləğv edilməsi, torpaq sahəsinin onun istifadəsinə qaytarılması və vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin 2021-ci il 10 fevral tarixli 2-1(114)-4/2021 nömrəli qərardaddı ilə qərarın ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması hissəsində iddia tələbi inzibati aktın mübahisələmdirilmə müddətinin ötürülmə əsası ilə mümkün sayılmamış, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2021-ci il 1 iyun tarixli 2-1(104)-406/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Bu qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati kollegiyasının 2021-ci il 19 oktyabr tarixli 2-1(102)-1705/2021 nömrəli qərardadı ilə mümkün sayılmamışdır.

5. Bələdiyyə tərəfindən qəbul edilmiş 2021-ci il 30 mart tarixli 3 nömrəli qərarla iddiaçının icarəsinə torpaq ayrılması barədə 2004-cü il 30 iyun tarixli 12 nömrəli qərar ləğv edimişdir.

6. İddiaçı bələdiyyəyə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) 2021-ci il 30 mart tarixli 3 nömrəli qərarın ləğv edilməsi barədə iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin 2022-ci il 19 yanvar tarixli 2-1(114)-74/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, hə min qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2023cü il 17 may tarixli 2-1(104)-220/2023 nömrəli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2023-cü il 30 noyabr tarixli 2-1(102)-2422/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

7. Bələdiyyə də öz növbəsində iddiaçıya qarşı aralarında bağlanmış 2004-cü il 3 iyul tarixli 1 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış, həmin iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 7 mart tarixli 2-2(115)-3/2024 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh bələdiyyəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bələdiyyənin 2004-cü il 3 iyul tarixli 1 2 nömrəli qərarı əsasında aralarında bağlanmış torpaq icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsrrüfatlı təyinatlı torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü il 3 iyul tarixli 12 saylı icarə müqaviləsi əsasında istifadəsinə verilmiş həmin sahədə 5750 ədəd xurma ağacı əkilmiş, illər üzrə məhsul götürülmüşdür. Lakin 2014-cü ilin oktyabr ayında bələdiyyə tərəfindən icarə müddəti başa çatmadan torpaq sahəsi qanunsuz olaraq geri alınmış, bağ isə məhv edilmişdir. İcarə müqaviləsinin birtərəfli qaydada ləğvi üçün hər hansı hüquqi əsas olmamışdır. İddiaçı müqavilə şərtlərinə əməl etmiş, torpaq icarə haqlarını vaxtında ödəmiş və müqavilənin pozulmasına səbəb olan halla r baş verməmişdir. Buna baxmayaraq, cavabdeh icarə müqaviləsini qanunsuz olaraq ləğv edərək, hazırda həmin ərazini bələdiyyə sədri olmuş şəxsin yaxın qohumunun rəhbərlik etdiyi "xxxx" MMC-yə vermişdir ki, bu da onun mülki hüquqlarının pozulmasına səbəb olmuşdur.

10. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 20 iyun tarixli e-2-2(115)-10/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim G.Quliyeva).

11. Məhkəmənin gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, bələdiyyə 2014-cü il 9 oktyabr tarixində tərəflər arasında bağlanmış icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini qərara almış və müqavilə əsasında icarəyə verilmiş torpaq sahəsi icarəçinin istifadəsindən alınmışdır. İcarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı bələdiyyənin qərarı qanuni qüvvəyə minmiş məh kəmə qərarı ilə ləğv edilmişdir. Həmçinin bələdiyyə icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş qətnamə ilə iddia tələbi təmin edilməmişdir.

12. Göründüyü kimi, tərəflər arasında 2004-cü il 3 iyul tarixində 13 ha torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsi qüvvədədir. Torpaq sahəsi icarəçinin istifadəsindən geri alınmışdır. Halbuki icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyə verənin vəzifələridir. Ona görə də tərəflər arasında bağlanmış 2004cü il 3 iyul tarixli 1 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəçinin istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəçinin istifadəsinə geri qaytarılmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 700.1, 700.2, 706-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1, “Torpaq icarəsi haqqında” Qanunun 20, 22-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İşə apellyasiya qaydasında baxılarkən "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(104)-183/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və İ.Həsənov).

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərərflər arasında bağlanmış icarə müqaviləsi müxtəlif məhkəmə instansiyalarında mübahisələndirilsə də, məhkəmə qətnamələri ilə qüvvədə qaldığından və qeyd edilən torpaq sahəsini iddiaçının istifadəsinə vermək cavabdehin vəzifəsi olduğundan, məhkəmə iddianı təmin etməkdə haqlı olmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm ış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir.

18. Cavabdeh və üçüncü şəxs MMC ayrı-ayrılıqda kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, üçüncü şəxslərin cəlb edilməsi üçün işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

19. Hər iki kassasiya şikayəti aşağıda qeyd olunan eyni dəlillərlə əsaslandırılmışdır.

20. MM-in 157.8, 158.1, 158.2, 165.2-ci maddələri üzrə - iddiaçının tələb etdiyi 13 ha torpaq sahəsi artıq 2015-ci il 18 fevral tarixli icarə müqaviləsi ilə "xxxx" MMC-yə icarəyə verilmişdir. Bu, Şəmkir rayon İcra Hakimiyyətinin 2015-ci il 6 fevral tarixli sərəncamı və həmin sərəncamın icrası məqsədilə qəbul edilmiş 2015-ci il 19 m art tarixli 65 saylı sərəncam əsasında həyata keçirilmişdir. Həmin sərəncamlara əsasən Sabirkənd kəndi ərazisində ümumilikdə 19 ha torpaq sahəsi "xxxx" MMC-yə inşaat bazarı məqsədilə ayrılmış, həmin ərazi subicarə müqavilələri ilə 39 nəfər sahibkara verilmiş və torpaq sahəsində əsaslı tikinti işləri aparılmışdır. Məhkəmə tərəfindən bu hallar, o cümlədən torpaq sahəsinin hazırda digər şəxslərin istifadəsində olması və onların hüquqlarının qanuni sənədlərlə təsdiqlənməsi araşdırılmamış, həmin şəxslər işə cəlb edilməmişdir. Həmçinin məhkəmə iddia tələbinin icrası nəticəsində üçüncü şəxslərin icarə və istifadə hüquqlarının pozulacağını, torpaq sahəsinin faktiki vəziyyətini, ərazidə aparılmış tikintiquraşdırma işlərini araşdırmadan qərar qəbul etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 27 noyabr tarixli rəylə təsdiqlənmişdir ki, hazırda həmin torpaq sahəsində "xxxx" MMC-yə ayrılmış ərazidə qanuni əsaslarla tikinti işləri aparılmış, mağazalar və digər ticarət obyektləri inşa edilmişdir. Bu səbəbdən qətnamənin icrası faktiki olaraq mümkün deyil və mövcud icarə müqavilələri, sərəncamlar və tikililər nəzərə alınmadan iddia tələbinin təmin edilməsi qanuna ziddir.

21. MM-in 6, 152.5, 152.6, 560.1-ci maddələri üzrə - məhkəmə vicdanlılıq və ədalətlilik prinsiplərini, hüquqdan sui-istifadəyə yol verilməməsi tələblərini nəzərə almamışdır. Mübahisəli torpaq sahəsində tikinti işlərinin hansı dövrdə aparıldığı, icazə və sərəncamların qüvvədə olub-olmaması, iddiaçının həmin müddət ərzində mövqeyi, torpaq sahəsinin "xxxx" MMC-yə və digər sahibkarlara icarəyə verilərkən və həmin sahədə əsaslı tikinti işləri aparılarkən əvvəlki icarəçi kimi bu tikinti işlərinə açıq və ya dolayısı razılıq verib-vermədiyi, həmin dövrdə etiraz edib-etmədiyi, cavabdehin torpaq sahəsindən 10 ilə yaxın istifadə faktı və iş üçün əhəmiyyətli bu kimi hallar məhkəmə tərəfindən araşdırılmamış, çəkişmə prinsipinə əməl olunmamış, "xxxx" MMC ilə yanaşı hazırda torpaq sahəsindən istifadə edən digər şəxslər işə cəlb edilməmişdir. Bu isə "xxxx" MMCnin və subicarədar sahibkarların icarə hüquqlarının pozulmasına səbəb olmaqla, MPM-in 387.2.4, 418.4.6-cı maddələrinə ziddir.

22. MPM-in 8 və 9-cu maddələri üzrə - məhkəmə tərəfindən Şəmkir rayon Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr Xidmətinin 2025-ci il 30 yanvar tarixli rəyi, Şəmkir rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 2024-cü il 30 yanvar tarixli rəyi, 2015-ci il 18 fevral tarixli 01 nömrəli icarə müqaviləsi, Şəmkir Rayon İcra Hakimiyyətinin 2015-ci il 6 fevral və 2015-ci il 19 mart tarixli sərəncamları və bu sənədlər əsasında torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsi və həmin sahədə 39 sahibkarın subicarə müqavilələri əsasında fəaliyyət göstərməsi faktı nəzərə alınmamış, bu sübutlara hüquqi qiymət verilməmişdir. Həmçinin, məhkəmə mübahisəli torpaq sahəsinin faktiki vəziyyəti, ərazidə əsaslı tikinti işlərinin aparılması, sahibkarların həmin sahədə uzun müddət fəaliyyət göstərməsi halları üzrə sübutları da araşdırmamış, torpaq sahəsinə baxış keçirməmiş və qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara əsaslandırmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı e tiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası nın Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən v ə ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə

706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.”

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. …” 28. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

20. İcarəyəverənin vəzifələri İcarəyəverənin vəzifələri aşağıdakılardır: icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək;....” “Maddə

22. İcarəçinin hüquqları İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;...”

29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifə si 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. İddiaçı hazırki iddiasında bələdiyyə ilə arasında bağlanmış 2004-cü il 3 iyul tarixli icarə müqaviləsinə istinad edərək, torpaq sahəsinin onun istifadəsinə qaytarılmasını tələb edir.

31. Cavabdeh isə iddiaya etiraz edərək, icarə müqaviləsinin 2014-cü ildə ləğv edildiyini, həmin torpaq sahəsinin 10 ilə yaxın müddətdir ki üçüncü şəxsin icarəsinə verildiyini və hazırda onun və digər çoxsaylı subicarəçilərin istifadəsində olduğunu bildirir.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibrətdir ki, bələdiyyənin 2004-cü il 30 iyun tarixli qərarı ilə iddiaçıya icarə əsasında 50 il müddətinə 13 ha torpaq sah əsinin verilməsi qərara alınmış və tərəflər arasında 2004-cü il 3 iyul tarixli icarə müqaviləsi bağlanmışdır. 2014-cü il 9 oktyabr tarixində bələdiyyə tərəfindən iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərar iddiaçı tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilsə də, qanuni qüvvəsini almış məhkəmə aktları ilə inzibati aktın mübahisələndirilməsi müddətinin ötürülməsi səbəbindən iddiası mümkün sayılmamışdır. Sonradan 2021-ci il 30 mart tarixində bələdiyyə iddiaçıya torpaq ayrılması barədə 2004-cü il 30 iyun tarxli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul etmiş, iddiaçı həmin qərarı da inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiası təmin edi lmişdir.

33. İddiaçının 2018-ci il 17 oktyabr tarixində bələdiyyəyə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) 2014-cü il 9 oktyabr tarixli 10 nömrəli qərarın ləğv edilməsi, torpaq sahəsinin onun istifadəsinə qaytarılması tələbi üzrə qəbul edilmiş, Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvədə olan 2021-ci il 10 fevral tarixli 2-1(114)-4/2021 nömrəli qərardadında qeyd olunmuşdur ki,... iddiaçı iddia ərizəsində mübahisəli torpaq sahəsini 2014-cü ilin sonundan onun istifadəsindən alındığını və həmin tarixdən icarə haqqı ödəmədiyini göstərmişdir. Həmçinin iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, 2014-cü ildən iddiaçının iddia etdiyi torpaq sahəsində üçüncü şəxsə məxsus cəmiyyət yaradılmışdır. Belə olan vəziyyətdə iddiaçının mübahisələndirdiyi qərardan həmin vaxt xəbərin in olmaması əsaslı və inandırıcı görünmür.

34. Bundan sonra bələdiyyə iddiaçıya qarşı icarə müqaviləsinin ləğvi barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmış və Gəncə Kommersiya Məhkəməsinin 2024cü il 7 mart tarixli 2-2(115)-3/2024 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir (bax yuxarıda - §1-7).

35. Torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması barədə hazırkı iddianı təmin edən hər iki instansiya məhkəməsi tərəflər arasında əvvəllər mövcud olmuş inzibati və kommersiya mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktlarına istinadla tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olduğunu qeyd etmişlər.

36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edilməsini zəruri hesab edir ki, inzibati icraat qaydasında baxılmış işlər üzrə yalnız bələdiyyə tərəfindən qəbul edilmiş inzibati aktların (qərarların) “İnzibati icraat” haqqında Qanunun tələblərinə uyğunluğu yoxlanılmaqla, iddiaçı ilə bələdiyyə arasında bağlanmış mülki hüquqi müqavilənin-icarə müqaviləsinin hüquqi qüvvəsinə qiymət verilməmişdir.

37. Nəzərə alınmalıdır ki, hər hansı şəxsin icarəsinə torpaq ayrılması barədə bələdiyyə qərarının ləğv olunmaması, sonradan həmin şəxslə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin digər bir mülki hüquqi əsasa (tərəflərin qarşılıqlı razılığı, müqavilə müddətinin bitməsi, icarə haqqının vaxtında ödənilməməsi, müqavilə üzrə öhdəliklərin icrasının mümkünsüz olması və s.) görə ləğvini istisna etmir.

38. Qeyd edildiyi kimi, baxılan işdə tərəflər arasındakı icarə münasibətlərinə 2014-cü ildən faktiki olaraq xitam verilmiş, torpaq sahəsi digər şəxslərin istifadəsinə verilmiş və iddiaçı tərəfindən də həmin vaxtdan icarə haqqı ödənişləri dayandırılmışdır (bax yuxarıda § 34).

39. Bələdiyyə tərəfindən qaldırılmış, icarə müqaviləsinin ləğvi barədə iddianın təmin edilməməsi barədə Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 7 mart tarixli 2-2(115)3/2024 nömrəli qətnaməsinə gəldikdə, həmin qətnamənin baxılan hazırki iş üzrə preyudisial hesab edilməsi üçün həmin aktın qanuni qüvvəsini aldığı müəyyən edilməlidir. İşin materiallarına bunu təsdiq hər hansı sənəd (həmin məhkəmədən alınmış arayış və s.) əlavə edilməmiş, hətta cavabdehin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin 2024-cü il 12 sentyabr tarixində keçirilmiş iclasında bu qətnaməni gec əldə etdiklərini, yaxın müddətdə ondan apellyasiya şikayəti verəcəklərini bildirmişdir.

40. Buna baxmayaraq, işə mahiyyəti üzrə baxmış məhkəmələr qətnamənin qanuni qüvvəyə minib-minməməsi ilə bağlı hər hansı hüquqi qiymətləndirmə aparmadan həmin qətnaməni preyudisial akt kimi qiymətləndirmiş, bununla da MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddənin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. İşin materiallarından həmçinin görünür ki, cavabdeh və üçüncü şəxs MMC kassasiya şikayətinin dəlillərində qeyd etdikləri məsələləri (bax yuxarıda § 20-22) apellyasiya baxışında verdikləri izahatlarında da vurğulamış və bununla bağlı yazılı sübutları apellyasiya məhkəməsinə təqdim etmişlər. Belə ki, cavabdehin və üçüncü şə xs MMC-nin nümayəndələri izahatlarında mübahisəli torpaq sahəsi də daxil olmaqla 19 ha torpaq sahəsinin bələdiyyə tərəfindən yaradılmış MMC-nin icarəsinə verildiyini, orada müvafiq icra hakimiyyətinin sərəncamına əsasən böyük ticarət mərkəzi inşa edildiyini, tikintinin aparıldığı müddətdən keçən 10 il ərzində iddiaçı tərəfindən heç bir etirazın bildirilmədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxsaylı şəxslərin MMC ilə icarə müqaviləsi bağlamaqla 10 ildən artıq müddətdir ki, həmin ticarət mərkəzində fəaliyyət göstərdiklərini, hazırkı iddia tələbinin təmin olunmasının həmin sahibkarların fəaliyyətinin dayandırılmasına səbəb olmaqla hüquqlarını pozacağını bildirmiş (bax - 2024-cü il 28 avqust və 6 noyabr tarixli məhkəmə iclas protokolları) və sübut qismində Şəmkir rayon İcra Hakimi yyəti Başçısının 2015-ci il 19 mart tarixli 65 nömrəli Sərəncamını təqdim etmişlər.

42. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan yazılı sübutları işin materiallarına əlavə etsə də, onlara ümumiyyətlə qiymət verməmiş, MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından həmin sübutların qəbul edilib-edilməməsi məsələsini tərəflərlə müzakirə etməmiş və bu barədə heç bir əsaslandırma aparmamışdır.

43. Halbuki, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il 18 mart tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

45. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün hüquqi həlli baxımından, iddiaçının qaytarılması üçün iddia qaldırdığı torpaq sahəsinin hazırki hüquqi statusu ilə bağlı qeyd olunan sübutların qəbul edilib-edilməməsi xüsusi əhəmiyyət kəsb edir. Həmçinin iş üzrə qəbul ediləcək qətnamə üçüncü şəxs MMC ilə yanaşı, onunla bağlanmış subicarə müqavilələri əsasında uzun müddətdir ki, həmin ərazidə fəaliyyət göstərən çoxsaylı subicarəçilərin də hüquqlarına toxunacağından, işə həmin şəxslər cəlb edilməklə baxılmalıdır.

46. Əks yanaşma MPM-in 418.4.6-cı və 418.5-ci maddələrinin tələblərinə əsasən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməklə, məhkəmə qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun akt ı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

48. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulduğundan, kassasiya şikayətləri təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli və yuxarıda qeyd olunan zəruri hallar ətraflı araşdırmaqla mübahisəyə düzgün hüquqi qiymət verməlidir.

50. MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(104)-183/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar