Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-219/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə obyektinin subicarəyə verilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), icarə haqqı tələbi, icarəçinin məsuliyyət daşıdığı hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı icarə haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1097/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Subicarəyə verən "xxxx" MMC və subicarəçi Cavabdeh MMC arasında 2022-ci il 15 sentyabr tarixli 01/22-1 nömrəli subicarə müqaviləsi (bundan sonra - “subicarə müqaviləsi”) bağlanmışdır. Subicarə müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, bu müqavilə ilə subicarəyə verən icarə müqaviləsi əsasında sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 953 kv.m olan qeyri-yaşayış binasının 933 kv.m olan hissəsini və 0.38291 ha torpaq sahəsinin 0.20 ha hissəsini subicarəçiyə öz fəaliyyətini həyata keçirmək məqsədi üçün subicarəyə verir və subicarəçi bu müqavilədə n əzərdə tutulmuş icarə haqqını subicarəyə verənə ödəyir. - 2.2.3-cü bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş icarə haqqını subicarəyə verənə vaxtında və tam həcmdə ödəmək subicarəçinin vəzifəsidir. - 3.1-ci bəndinə əsasən, obyektin aylıq icarə haqqı 18.000 manat təşkil edir. İcarə haqqına ƏDV daxil deyil və ƏDV subicarəçi tərəfindən ödənilir. - 3.2-ci bəndinə əsasən, icarə haqqı 3 ayda bir dəfə üç aylıq müddətin birinci ayında subicarəyə verən tərəfindən təqdim olunmuş elektron qaimə əsasında onun təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində nağdsız qaydada (bank köçürməsi yolu ilə) subicarəyə verənə ödənilməlidir. - 4-cü bəndinə əsasən, müqavilə 2022-ci il 15 oktyabr tarixindən etibarən qüvvəyə minir və müqavilə üzrə subicarənin müddəti bu müqavilənin qüvvəyə mindiyi tarixd ən etibarən 24 (iyirmi dörd) ay təşkil edir. - 5.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş müddətdə icarə haqqının ödənilməsi gecikərsə, subicarəçi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1%-i miqdarında dəbbə pulu ödəyir.
2. Subicarə müqaviləsinə 1 nömrəli əlavə ilə müqavilənin 3.2-ci bəndi yeni redaksiyada verilmişdir: 3.2. Hər ay üçün icarə haqqı subicarəyə verən tərəfindən hər ay əvvəlcədən təqdim olunmuş elektron qaimə əsasında onun təqdim edildiyi tarixdən etibarən 5 iş günü ərzində nağdsız qaydada (bank köçürməsi yolu ilə) subicarəyə verənə ödənilir. Eyni zamanda müqavilədə aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilmişdir. 3.4. Subicarəçinin müraciətinə və subicarəyə verənin razılığına əsasən 2023-cü il 15 iyun tarixindən 2023-cü il 15 sentyabr tarixinədək olan 3 ayl ıq müddət üçün aylıq icarə haqqı müqavilənin 3.1-ci bəndində göstərilmiş aylıq icarə haqqının 50%-ni, yəni ƏDV-siz 9.000 manat təşkil edəcək. 3. 2022-ci il 15 oktyabr tarixli təhvil-təslim aktı ilə obyekt (qeyri-yaşayış binası və torpaq sahəsi) və əşyalar (laminat masa yığılma, ağ dolab, oval masa, divar mebeli yığılma, kondisioner gree, qara oturacaq, “reseption” masası, şüşə masa, masa, turniket boz, qazanxana və boz açar dolabı) "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə subicarəyə verilmişdir. 4. "xxxx" MMC tərəfindən subicarə müqaviləsi üzrə icarə haqqına görə ümumilikdə 127.440 manat (19.440 manat ƏDV olmaqla) məbləğində 2023-cü il 15 sentyabr tarixli EBDO 356198 nömrəli, 2023-cü il 4 oktyabr tarixli EBDP 010113 nömrəli, 2023-cü il 28 noyabr tarixli EBDQ 516984 nömrəli, 2023-cü il 28 noya br tarixli EBDT 819075 nömrəli, 2023-cü il 30 dekabr tarixli EBDV 765742 nömrəli, 2024-cü il 30 yanvar tarixli EBDX 286338 nömrəli, 2024-cü il 20 fevral tarixli EBDY 928197 nömrəli elektron qaimələr elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. 5. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə icarə haqqının ödənilməsi dair 2024cü il 28 fevral tarixli pretenziya ünvanlanmışd, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 12 mart tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - subicarə müqaviləsi əsasında cavabdehə təqdim olunmuş elektron qaimələr üzrə cəmi ƏDV ilə birlikdə 127.440 manat icarə haqqın ın; - cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş elektron qaimələr üzrə ƏDV ilə birlikdə cəmi 98.235 manat dəbbə pulunun; - cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 127.440 manat icarə haqqı borcuna Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2024-cü il 1 fevral tarixində müəyyən edilmiş 7,75 % bank uçot dərəcəsinə uyğun hesablanmış 9.876,60 manat faizin; - çəkilmiş xərclərin əvəzi olaraq 526 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 1.020 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, subicarə müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 2023-cü il 15 sentyabr - 2024-cü il 20 fevral tarix aralığındakı elektron qaimələr cəmi ƏDV ilə birlikdə 127.440 manat icarə haqqı iddiaçıya ödənilməmişdir. Halbuki subicarə müqaviləsinin 3.2-ci bəndinə əsasən, hər ay üçün icarə haqqı subicarəyə verən tərəfindən hər ay əvvəlcədən təqdim olunmuş elektron qaimə əsasında onun təqdim edildiyi tarixdən etibarən 5 iş günü ərzində nağdsız qaydada (bank köçürməsi yolu ilə) subicarəyə verənə ödənilməlidir. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən icarə haqqı borclarının ödənilməsi gecikdirilmişdir. İcarə haqqı borcunun ödənilməsi ilə bağlı 2024-cü il 22 yanvar tarixində tərəflərindən cavabdehə sonuncu xəbərdarlıq, 2024-cü il 28 fevral tarixində isə pretenziya göndərilsə də, borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Subicarə müqaviləsinin 7.1-ci bəndinə əsasən bu müqavilənin yerinə yetirilmə si zamanı tərəflər arasında yaranmış mübahisələr birbaşa danışıqlar yolu ilə həll olunur. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, danışıqlar nəticəsində tərəflər razılığa gəlmədikdə, mübahisə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll olunur. Odur ki, subicarə müqaviləsi üzrə ƏDV ilə birlikdə 127.440 manat icarə haqqı borcu məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. İddiaçı bununla yanaşı bildirmişdir ki, subicarə müqaviləsinin 5.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş müddətdə icarə haqqının ödənilməsi gecikərsə, subicarəçi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1%-i miqdarında dəbbə pulu ödəyir. İcarə haqları cavabdeh tərəfindən vaxtında ödənilmədiyi üçün subicarə müqaviləsinin 5.2-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün 1% olmaqla 2023-cü il 15 sentyabr - 2024-cü il 20 fevral tarix aralığındakı elektron qaimələr üzrə ƏDV ilə birlikdə icarə haqqı məbləğlərinə hesablanmış cəmi dəbbə pulunun məbləği 98.235 manat təşkil etmişdir. Həmin pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Həmçinin cavabdeh icarə haqqı borcunu ödəməkdən yayınmaqla borcun ödənilməsini gecikdirməklə ondan faydalandığına görə o, qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizlər də ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2024-cü il 1 fevral tarixində müəyyən edilmiş bank uçot dərəcəsi 7,75 %-dir, həmin dərəcə ilə 127.440 manat icarə haqqı borcuna hesablanmış faiz 9.876,60 manat (127.440 manat x 7,75%) təşkil edir və həmin məbləğ də məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən pozulmuş hüquqlarının bərpa etmək üçün tərəflərindən çəkilmiş xərclərin əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək: - subicarə müqaviləsi əsasında cavabdehə təqdim edilmiş elektron qaimələr üzrə cəmi ƏDV ilə birlikdə 127.440 manat icarə haqqının; - cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş elektron qaimələr üzrə ƏDV ilə birlikdə cəmi 188.717,40 manat dəbbə pulunun; - cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 127.440 manat icarə haqqı borcuna Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2024-cü il 1 fevral tarixində müəyyən edilmiş 7,75 % bank uçot dərəcəsinə uyğun hesablanmış 9.876,60 manat faizin; - çəkilmiş xərclərin əvəzi olaraq 617 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 1.020 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 avqust tarixli 2-2(113)-2408/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən ƏDV daxil 127.440 manat icarə haqqı borcu, 6.000 manat dəbbə pulu olmaqla, ümumilikdə 133.440 manat pul, dövlət rüsumunun əvəzi olaraq 245 manat və vəkil xərclərinin əvəzi olaraq 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).
12. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, məhkəmə iclasında iş materiallarında olan “fləş kart”a baxış keçirilərkən foto şəkillərdən müəyyən olunanlara görə cavabdehə məxsus binada bəzi ota qlar əşyasızdır, bəzi otaqlarda isə müxtəlif məişət əşyaları (bir qismi sökülü vəziyyətdə) yığılmışdır, eyni zamanda anbarda karton qutular və əşyalar saxlanılmaqdadır. CD-diskdə və fləş kartda olan videoyazılarla müəyyən olunur ki, 2024cü il 11 yanvar tarixində icarəçi tərəfindən icarə obyektində çəkiliş aparılmış, obyekt yeni təmir edilmiş vəziyyətdədir.
13. Mövqeyini əsaslandıran məhkəmə bildirmişdir ki, cavabdeh 2023-cü il 15 sentyabr tarixinədək olan müddət üçün həmin müqavilə üzrə icarə haqqını iddiaçıya ödəmiş, hazırda iddiaçı 2023-cü il 15 sentyabr – 2024-cü il 15 mart tarixləri arası dövr üçün icarə haqqının ödənilməsini cavabdehdən tələb etmişdir. İşin mübahisəli halı icarə obyektinin icarəyə verənə qaytarılması, yəni icarə münasibətlərinə faktiki xitam verilməsi tarixi ilə bağlı olmuşdur. Həmin halla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh icarə müqaviləsinə vaxtından əvvəl xitam vermək barədə niyyətini əvvəlcədən iddiaçıya bildirdiyini, icarə obyektini 2023-cü il 15 noyabr tarixindən tərk etdiyini, iddiaçının tələbi ilə obyekti icarədən əvvəlki vəziyyətə qaytardıqdan sonra iddiaçıya təhvil verdiyini və tərəflər arasında razılığa əsasən icarə haqqının 2023-cü il 15 noyabr tarixinədək olan müddət üçün tutulmalı olduğunu iddia etsə də, iddia etirazına əsas kimi istinad etdiyi həmin halları təsdiq edən mötəbər sübutları (təhvil-təslim aktı, xəbərdarlıq məktubları və s.) məhkəməyə təqdim etməmişdir.
14. Cavabdeh tərəfindən təqdim olunmuş İnternet vergi İdarəsinin Obyekt siyahısından çıxarışa münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin sənəd yalnız icarə obyektinin 2 023-cü il 15 noyabr tarixində cavabdehin vergi uçotundan çıxarıldığını sübuta yetirməklə, nə icarə müqaviləsinə həmin müqavilədə göstərilən qaydada vaxtından əvvəl xitam verilməsini, nə də ki, icarə obyektinin həmin tarixdə iddiaçıya qaytarılmasını sübuta yetirmir.
15. Məhkəmə iclasında tədqiq olunmuş videoyazılara münasibətdə isə qeyd olunmuşdur ki, həmin videoyazılar cavabdehin etirazının əsası kimi istinad etdiyi faktiki halların əksinə olaraq cavabdehin 2024-cü il 11 yanvar tarixində hələ də icarə sahəsində olması faktını təsdiq edir. Odur ki, cavabdehin 2024-cü il 15 mart tarixinədək olan müddət ərzində icarə sahəsini iddiaçıya təhvil verməsi iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçı həmin tarixədək olan müddət üçün icarə haqqının ödənilməsini cavabdehdən tələb etməkdə h aqlı olmuşdur.
16. İddiaçı iddia ərizəsində həmçinin 188.717,40 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən olunduğundan və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 467-ci maddəsinin tələblərini, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, cavabdehdən t utulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğin azaldılaraq 6.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.
17. İddianın pul öhdəliklərinin gecikdirilməsinə görə MM-in 449.1-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə isə qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin formalaşdırılmış hüquqi mövqeyinə əsasən, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı MM-in 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən MM-in 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə iddiaçı tərəfindən cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Buna görə də cavabdehin ödə nilməsini gecikdirdiyi pul məbləğinə MM-in 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni 385.1, 442, 443.1, 448.1, 449.1, 462.1, 467, 700.1 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın təmin olunmuş hissələrdə “cavabdehdən ƏDV daxil 54.000 manat icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi” istisna olmaqla rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1097/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).
21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı 2023-cü il 15 sentyabr –2024-cü 15 mart tarixləri üzrə icarə haqqının cavabdeh tərəfindən ödənilməməsi müəyyən olunmuşdur. Cavabdeh ödənişin edilməməsini icarə obyektindən istifadə etmədikləri əsası ilə əsaslandırmışdır. Lakin qeyd olunan dəlil ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda həqiqətən də cavabdeh tərəfindən 2023-cü il 15 sentyabr - 2024-cü il 15 mart tarixləri üçün icarə haqqının ödənilməməsi müəyyən edilmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərin araşdırılmasını və müəyyən olunmasını qeyd etmişdir. Məhkəmə kollegiyası həmçinin şikayətin dəlilləri ilə bağlı onu da qeyd etmişdir ki, elektron qaimələrin cavabdeh şirkətə məxsus mühasibatlığın səhvi ucbatından qəbul olunması cavabdehin məsuliyyət çərçivəsinə daxil olan məsələdir. Digər tərəfdən icarə obyektində olan kommunal xidmətlərdən istifadə edilməməsi cavabdehi icarə haqqı borcunu ödəmək vəzifəsində azad etmir. Belə ki, iddiaçının cavabdeh tərəfindən heç bir məlumat verilmədən icarə obyektini boş altmaq niyyətinin olduğunu bilməsi ağlabatan olmamışdır. Cavabdeh icarə obyektini boşaltdığı təqdirdə müqavilənin ləğv edilməsi niyyətini (MM 421.1-ci maddəsi) qarşı tərəfə bildirməli, müqavilənin ləğvi ilə bağlı lazımı tədbirləri görməli idi. Lakin iş materiallarında cavabdehin müqaviləyə xitam verilməsi və icarə sahəsini boşaltmaq niyyəti barədə iddiaçıya məlumat verilməsi barədə hər hansı sübut mövcud olmamışdır. Bu tədbirlərin görülməməsinin məsuliyyətini cavabdeh daşımalıdır. Belə ki, müqavilənin ləğvi ilə bağlı təşəbbüs göstərdiyini iddia edən məhz cavabdehdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 421.1, 425, 442, 462.1, 467, 700.1 və 700.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabde h həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən ləğv edilərək iddianın təmin olunmuş hissələrdə “cavabdehdən ƏDV daxil 54.000 manat icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi” istisna olmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh MM-in 421.3-cü maddəsi üzrə bildirir ki, məhkəmə iş üzrə bütün sübutlara məcmu halda qiymət vermiş olsaydı, cavabdehin icarə obyektindən çıxdığını və icarə müqaviləsinə xitam verdiyi ilə bağlı iradə ifadəsini icarəçiyə bildirdiyini müəyyən edə bilərdi. Məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, cavabdehin təqdim etdiyi bəzi sübutlara isə münasibət bildirməmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının yeganə sübutu elektron qaimələ r təşkil edir. Həmin qaimələr cavabdeh tərəfindən qəbul edilmədiyi və dəfələrlə geri qaytarılması barədə sübutlar təqdim olunmuş, sonuncunun məhkəmədə verdiyi izahatlarda “e-qaimələrin qanunvericiliyin tələbi ilə 5 gün ərzində geri qaytarılmadıqda avtomatik qəbul edildiyi, hazırkı qaimələrin də dəfələrlə geri qaytarılmasına baxmayaraq, bayram günlərində göndərilməsi və ya mühasibatlığın diqqətsizliyinə görə avtomatik olaraq qəbul edildiyi və bu halların sübutlarla təsdiqini tapdığı” bildirilmişdir.
26. Bundan başqa məhkəmə icarə obyektinin qaz, işıq və su sayğaclarının sərfiyyatlarına dair hesabatlardan istifadə etməklə də icarə obyektinin boşaldıldığını və qaytarıldığını müəyyən edə bilərdi. Sözügedən sayğaclar iddiaçının adına olmuşdur. Bununla bağlı izahatlarda qeyd edilmişdir. İddiaçın ın yeganə sübutu e-qaimələrdir, halbuki iddia olunan kimi icarə münasibətləri davam etsəydi, iddiaçı elə özü sərfiyyatlarla bağlı hesabatları təqdim edə bilərdi. Həmçinin məhkəmə icarə müqaviləsinin nə vaxtdan xitam verildiyini müəyyən etməmişdir.
27. MPM-in 76, 77, 88 və 217-ci maddələri üzrə - Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r.
28. İşin həlli üçün kifayət qədər əhəmiyyət kəsb etdiyindən, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsiplərinin təmini məqsədilə “e-qaimələrin geri qaytarılması, öhdəliklərin icrasından imtina, obyektin boşaldılması, elektrik, qaz, su sayğaclarının göstəricilərinin müqayisəli təhlili, icarə müqaviləsinə nə vaxtdan xitam verilməsi məsələsi” və digər halları araşdırıb onları qiymətləndirməklə işi mahiyyəti üzrə həll etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəmə aktını qismən – “cavabdehdən 73.440 manat əsas borc və 6.000 manat dəbbə pulunun tutulması” hissəsində yoxlamışdır. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsini n qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayış ı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələb lərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun v ə ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir)....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Ma ddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi q əbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini ape llyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
37. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 22(103)-1097/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.